Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-189/2024 15.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs qızı, X6 və X9 qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi, prosessual hüquq normasının düzgün təfsir edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X5 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs, X6 və X9 qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(075)-2309/2023 saylı qətnaməsindən iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, özü, Maraqlı şəxs, X10 və X6 arasında bağlanmış 06 dekabr 2021-ci il tarixli barışıq sazişinin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə X17 tərəfindən könüllü icra edilməyən 2.1.2, 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1.2, 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndlərinin təsdiq edilməsi və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının maraqlı şəxslər Maraqlı şəxs, X10 və X3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, özü, Maraqlı şəxs, X10 və X6 arasında bağlanmış 06 dekabr 2021-ci il tarixli barışıq sazişinin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs qızı, X6 və X10 tərəfindən könüllü icra edilməyən 2.1.2, 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1.2, 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndlərinin təsdiq edilməsi və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının maraqlı şəxslər Maraqlı şəxs, X10 və X3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, onunla əri Maraqlı şəxs, qaynatası X10 və qaynanası X6 arasında qızıl-zinət əşyalarının qaytarılması, evdən istifadə hüququnun tanınması və evə köçürülmə təmin edilməsi barədə tələblər üzrə mediasiya prosesi zamanı 06 dekabr 2021-ci il tarixi barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin 2.1.2-ci bəndinə əsasən Maraqlı şəxs, X6 və X2 Günel Asim qızına məxsus olan 200 manat məbləğində qızıl boyunbağının, 2000 manat məbləğində qızıl boyunbağının, 900 manat məbləğində qızıl sırğaüzük dəstinin, 200 manat məbləğində qızıl paxlava üzüyün, hər biri 200 manat məbləğində olan 2 ədəd qızıl üzüyün, 150 manat məbləğində qızıl bilərziyin və 250 manat məbləğində qızıl sırğanın sonuncu dəfə onlarda qaldığını və tərəflərindən satıldığını qəbul etmişlər, 2.1.3-cü bəndinə əsasən Maraqlı şəxs, X6 və X2 Günel Asim qızına məxsus olan 200 manat məbləğində qızıl boyunbağını 10 yanvar 2022-ci il tarixədək, 2000 manat məbləğində qızıl boyunbağını, 900 manat məbləğində qızıl sırğa-üzük dəstini, 200 manat məbləğində qızıl paxlava üzüyü, hər biri 200 manat məbləğində olan 2 ədəd qızıl üzüyü, 150 manat məbləğində qızıl bilərziyi və 250 manat məbləğində qızıl sırğanı, olmadıqda həmin əmlakların dəyərini 06 may 2023-cü il tarixədək Ərizəçi qaytarmağı müştərək qaydada öz öhdələrinə götürmüşlər. 2.1.4-cü bəndinə əsasən X7 adına texniki pasportu işlənilmiş, hazırda ailə üzvləri ilə birlikdə yaşadığı və Ərizəçi gəlin düşdüyü (köçdüyü) ünvan 1 ünvanında yerləşən və hazırda hüquqmüəyyənedici sənədi olmayan fərdi yaşayış evinə Ərizəçi istifadə hüquqlarının tanınmasına, həmin fərdi yaşayış evinə onun uşaqları ilə birlikdə köçməsinə və yaşamasına, gələcəkdə bununla bağlı hər hansı bir tələblərinin olmayacağına Maraqlı şəxs, X6 və lbadullayev Əjdər Ənvər oğlu razıdırlar. 2.1.5-ci bəndinə əsasən gələcəkdə ailə münasibətlərinin pozulacağı halda Maraqlı şəxs 10000 (on min) manat məbləğində Ərizəçi təzminat ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs, X10 və X6 barışıq sazişinin 2.1.2, 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndlərinin şərtlərinə riayət etməmişlər. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(075)-2309/2023 saylı qətnaməsi ilə (hakim E.Vəliyev) Ərizəçi Maraqlı şəxs, X10 və X6 ilə onun aralarında bağlanmış 06 dekabr 2021-ci il tarixli barışıq sazişinin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs qızı, X6 və X10 tərəfindən könüllü icra edilməyən 2.1.2, 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1.2, 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndlərinin təsdiq edilməsini və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının maraqlı şəxslər Maraqlı şəxs, X10 və X3 alınaraq ona verilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Ərizəçi ilə əri Maraqlı şəxs, qaynatası X10 və qaynanası X6 arasında qızıl-zinət əşyalarının qaytarılması, evdən istifadə hüququnun tanınması və evə köçürülmə təmin edilməsi barədə tələblər üzrə mediasiya prosesi zamanı 06 dekabr 2021-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin 2.1.2-ci bəndinə əsasən Maraqlı şəxs, X6 və X2 Günel Asim qızına məxsus olan 200 manat məbləğində qızıl boyunbağının, 2000 manat məbləğində qızıl boyunbağının, 900 manat məbləğində qızıl sırğa-üzük dəstinin, 200 manat məbləğində qızıl paxlava üzüyün, hər biri 200 manat məbləğində olan 2 ədəd qızıl üzüyün, 150 manat məbləğində qızıl bilərziyin və 250 manat məbləğində qızıl sırğanın sonuncu dəfə onlarda qaldığını və tərəflərindən satıldığını qəbul etmişlər, 2.1.3-cü bəndinə əsasən Maraqlı şəxs, X6 və X2 Günel Asim qızına məxsus olan 200 manat məbləğində qızıl boyunbağını 10 yanvar 2022-ci il tarixədək, 2000 manat məbləğində qızıl boyunbağını, 900 manat məbləğində qızıl sırğa-üzük dəstini, 200 manat məbləğində qızıl paxlava üzüyü, hər biri 200 manat məbləğində olan 2 ədəd qızıl üzüyü, 150 manat məbləğində qızıl bilərziyi və 250 manat məbləğində qızıl sırğanı, olmadıqda həmin əmlakların dəyərini 06 may 2023-cü il tarixədək Ərizəçi qaytarmağı müştərək qaydada öz öhdələrinə götürmüşlər. 2.1.4-cü bəndinə əsasən X7 adına texniki pasportu işlənilmiş, hazırda ailə üzvləri ilə birlikdə yaşadığı və Ərizəçi gəlin düşdüyü (köçdüyü) ünvan 1 ünvanında yerləşən və hazırda hüquqmüəyyənedici sənədi olmayan fərdi yaşayış evinə Ərizəçi istifadə hüquqlarının tanınmasına, həmin fərdi yaşayış evinə onun uşaqları ilə birlikdə köçməsinə və yaşamasına, gələcəkdə bununla bağlı hər hansı bir tələblərinin olmayacağına Maraqlı şəxs, X6 və lbadullayev Əjdər Ənvər oğlu razıdırlar. 2.1.5-ci bəndinə əsasən gələcəkdə ailə münasibətlərinin pozulacağı halda Maraqlı şəxs 10000 (on min) manat məbləğində Ərizəçi təzminat ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs, X10 və X6 barışıq sazişinin 2.1.2, 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndlərinin şərtlərinə riayət etməmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Göstərilənlərə əsasən Ərizəçi ilə Maraqlı şəxs, X10 və X6 aralarında bağlanmış 06 dekabr 2021-ci il tarixli barışıq sazişinin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs qızı, X6 və X10 tərəfindən könüllü icra edilməyən 2.1.2, 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1.2, 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndlərinin təsdiq edilməsi və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının maraqlı şəxslər Maraqlı şəxs, X10 və X3 alınaraq ona verilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 119.1, 217.3, 217.4, 355-23.1, 355-23.2, 355-25, 355- 26.1, 355-26.1.1, 355-26.1.2, 355-26.2-ci maddələri, Ailə Məcəlləsinin 7-1-ci maddəsi, Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun 26.1, 26.1.1, 26.1.2, 26.1.3, 26.1.4, 26.1.5, 26.2, 26.3, 26.4, 26.5, 26.6, 34.1, 34.2 və 34.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, e-2(075)-2309/2023 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qətnaməsində qeyd etmişdir ki, qanunvericilik normalarından da göründüyü qızıl-zinyət tələbi, hazırda hüquqmüəyyənedici sənədi olmayan fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və gələcəkdə ailə münasibətlərinin pozulması halında pul ödənilməsi ilə bağlı olan barışıq sazişi qanuna zidd bağlanmışdır. Lakin mediasiya sessiyasında hər iki tərəfin könüllü və qarşılıqlı razılaşması əsasında bağlanmış barışıq sazişinin hansı qanuna zidd olmasını əsaslandırmamışdır. Göründüyü kimi belə qanunsuz və əsassız qətnamələrlə məhkəmə-hüquq sistemində islahatlara açıq-aydın qarşı çıxılmaqdadır. Buna görə də Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, e-2(075)-2309/2023 saylı qətnaməsindən narazıdır. Onu da qeyd edir ki, məhkəmə tərəflər aralarında bağlanmış mediasiyaya dair barışıq sazişinin etibarlı, yəni qanunvericiliyin tələblərinə uyğun olduğunu qəbul etmirsə, bu o deməkdir ki, onların aralarında qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya keçirilməmişdir (məhkəmənin qəbul etdiyi qərarlar bunu deməyə əsas verir). Belə olduğu halda, aralarında qanunvericiliyin tələblərinə uyğun mediasiya keçirilməmişdirsə, onda niyə bu işi icraata götürüb baxılırdı. Axı ailə mübahisələri üzrə məhkəmədən öncə mediasiya prosesi keçirilməlidir. Görünür ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin kəskinləşməsinin qarşısının alınması və tərəflərin mövqelərinin uzlaşmasından narazıdır ki, barışıq sazişlərinin təsdiq edilməsindən qanunsuz və əsassız imtina edilir. Qeyd edilənləri nəzərə alaraq Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2023cü il tarixli, e-2(075)-2309/2023 saylı qətnaməsi ləğv edilərək ərizənin təmin edilməsi dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, e-2(075)-2309/2023 saylı qətnaməsi ləğv edilərək ərizənin təmin edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, e-2(075)-2309/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq maraqlı şəxslər X6 və X10 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Maraqlı şəxslər məhkəməyə teleqram göndərərək xəstə olduqları üçün məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanunu: 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Həmin Məcəllənin 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Həmin Məcəllənin 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, e-2(075)-2309/2023 saylı qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(075)-2309/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni barışıq sazişinin təsdiq edilməyən qızıl-zinətə aid hissədə prosesual hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(075)- 2309/2023 saylı qətnaməsi qismən, barışıq sazişinin təsdiq edilməyən qızıl boyunbağı 200 manat, qızıl boyunbağı 2000 manat, qızıl-sırğa üzük dəsti 900 manat, qızıl paxlava üzüyü 200 manat, 2 ədəd qızıl üzük 200 manat, qızıl bilərzik 150 manat və qızıl sırğa 250 manata aid hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, barışıq sazişi həmin hissədə təsdiq edilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 06 dekabr 2021-ci il tarixli, 2021-09815 nömrəli barışıq sazişindən görünür ki, sazişin 2.1.2-ci bəndinə əsasən Maraqlı şəxs, X6 və X2 Günel Asim qızına məxsus olan 200 manat məbləğində qızıl boyunbağının, 2000 manat məbləğində qızıl boyunbağının, 900 manat məbləğində qızıl sırğa-üzük dəstinin, 200 manat məbləğində qızıl paxlava üzüyün, hər biri 200 manat məbləğində olan 2 ədəd qızıl üzüyün, 150 manat məbləğində qızıl bilərziyin və 250 manat məbləğində qızıl sırğanın sonuncu dəfə onlarda qaldığını və tərəflərindən satıldığını qəbul etmişlər, 2.1.3-cü bəndinə əsasən Maraqlı şəxs, X6 və X2 Günel Asim qızına məxsus olan 200 manat məbləğində qızıl boyunbağını 10 yanvar 2022-ci il tarixədək, 2000 manat məbləğində qızıl boyunbağını, 900 manat məbləğində qızıl sırğa-üzük dəstini, 200 manat məbləğində qızıl paxlava üzüyü, hər biri 200 manat məbləğində olan 2 ədəd qızıl üzüyü, 150 manat məbləğində qızıl bilərziyi və 250 manat məbləğində qızıl sırğanı, olmadıqda həmin əmlakların dəyərini 06 may 2023-cü il tarixədək Ərizəçi qaytarmağı müştərək qaydada öz öhdələrinə götürmüşlər. 2.1.4-cü bəndinə əsasən X7 adına texniki pasportu işlənilmiş, hazırda ailə üzvləri ilə birlikdə yaşadığı və Ərizəçi gəlin düşdüyü (köçdüyü) ünvan 1 ünvanında yerləşən və hazırda hüquqmüəyyənedici sənədi olmayan fərdi yaşayış evinə Ərizəçi istifadə hüquqlarının tanınmasına, həmin fərdi yaşayış evinə onun uşaqları ilə birlikdə köçməsinə və yaşamasına, gələcəkdə bununla bağlı hər hansı bir tələblərinin olmayacağına Maraqlı şəxs, X6 və lbadullayev Əjdər Ənvər oğlu razıdırlar. 2.1.5-ci bəndinə əsasən gələcəkdə ailə münasibətlərinin pozulacağı halda Maraqlı şəxs 10000 (on min) manat məbləğində Ərizəçi təzminat ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Şikayətin ilk dəlili ondan ibarətdir ki, hazırda hüquqmüəyyənedici sənədi olmayan fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və gələcəkdə ailə münasibətlərinin pozulması halında pul ödənilməsi ilə bağlı olan barışıq sazişi qanuna zidd bağlanmışdır. Lakin mediasiya sessiyasında hər iki tərəfin könüllü və qarşılıqlı razılaşması əsasında bağlanmış barışıq sazişinin hansı qanuna zidd olmasını əsaslandırmamışdır. Göründüyü kimi belə qanunsuz və əsassız qətnamələrlə məhkəmə-hüquq sistemində islahatlara açıq-aydın qarşı çıxılmaqdadır. Kollegiya hesab edir ki, şikayət əsassızdır. Məhkəmə kollegiyası tərəfindən ünvan 2 ünvanında yerləşən 5 nömrəli evin X10, Maraqlı şəxs və X1 adına qeydiyyatdan keçib-keçməməsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə sorğu verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən sorğuya cavab verilərək qeyd edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən X7, İbadullahzadə Siyavuş Əjdər oğlunun, X4 adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. X11 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Halbuki, həmin barışıq sazişinin hüquqmüəyyənedici sənədi olmayan fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması hissəsi yuxarıda qeyd edilən qanunun müddəalarına zidd bağlanmışdır. Yəni mübahisələndirilən fərdi yaşayış evinin cavabdehlərin adına qeydiyyatdan keçərək mövcud olması barədə iddiaçı tərəf hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, həmin fərdi yaşayış evi cavabdehlərin mülkiyyətində deyildirsə gələcəkdə digər şəxslərin də mülkiyyətinə keçməsi ehtimalı da mövcud olaraq qalmaqdadır. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə əsassızdır. Eyni zamanda kollegiya qeyd edir ki, gələcəkdə ailə münasibətlərinin pozulması halında 10000 manat pulun ödənilməsi ilə bağlı barşıq sazişi də X11 müddəalarına zidd olmuşdur. Belə ki, barışıq sazişindən görünür ki, ailə münasibətlərinin pozulacağı halda Maraqlı şəxs 10000 (on min) manat məbləğində Ərizəçi təzminat ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Halbuki həmin sazişdə ailə münasibətlərinin kim tərəfindən pozulacağı halında təzminat ödənilməsinə dair hər hansı bir müddəa yer almamışdır. Yəni Ərizəçi istədiyi vaxt ailə münasibətlərini pozaraq Maraqlı şəxs 10000 (on min) manat məbləğində təzminat ala bilər. Kollegiyanın qənaətinə görə barışıq sazişinin bu hissəsi də X14 müddəalarına zidd olduğundan təsdiq edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni barışıq sazişinin təsdiq edilməyən qızıl-zinətə aid hissədə prosessual hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 06 dekabr 2021-ci il tarixli, 2021-09815 nömrəli barışıq sazişindən görünür ki, sazişin 2.1.2-ci bəndinə əsasən Maraqlı şəxs, X6 və X2 Günel Asim qızına məxsus olan 200 manat məbləğində qızıl boyunbağının, 2000 manat məbləğində qızıl boyunbağının, 900 manat məbləğində qızıl sırğa-üzük dəstinin, 200 manat məbləğində qızıl paxlava üzüyün, hər biri 200 manat məbləğində olan 2 ədəd qızıl üzüyün, 150 manat məbləğində qızıl bilərziyin və 250 manat məbləğində qızıl sırğanın sonuncu dəfə onlarda qaldığını və tərəflərindən satıldığını qəbul etmişlər, 2.1.3-cü bəndinə əsasən Maraqlı şəxs, X6 və X2 Günel Asim qızına məxsus olan 200 manat məbləğində qızıl boyunbağını 10 yanvar 2022-ci il tarixədək, 2000 manat məbləğində qızıl boyunbağını, 900 manat məbləğində qızıl sırğa-üzük dəstini, 200 manat məbləğində qızıl paxlava üzüyü, hər biri 200 manat məbləğində olan 2 ədəd qızıl üzüyü, 150 manat məbləğində qızıl bilərziyi və 250 manat məbləğində qızıl sırğanı, olmadıqda həmin əmlakların dəyərini 06 may 2023-cü il tarixədək Ərizəçi qaytarmağı müştərək qaydada öz öhdələrinə götürmüşlər. Kollegiya hesab edir ki, barışıq sazişinin qızıl-zinət əşyalarına aid hissədə təmin etməməklə birinci instansiya məhkəməsi səhvə yol vermişdir. Belə ki, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 06 dekabr 2021-ci il tarixli, 2021-09815 nömrəli barışıq sazişinin 2.1.2-ci bəndi X11 müddəalarına zidd olmamışdır. Çünki cavabdehlər Maraqlı şəxs, X6 və X2 Günel Asim qızına məxsus olan 200 manat məbləğində qızıl boyunbağının, 2000 manat məbləğində qızıl boyunbağının, 900 manat məbləğində qızıl sırğa-üzük dəstinin, 200 manat məbləğində qızıl paxlava üzüyün, hər biri 200 manat məbləğində olan 2 ədəd qızıl üzüyün, 150 manat məbləğində qızıl bilərziyin və 250 manat məbləğində qızıl sırğanın sonuncu dəfə onlarda qaldığını və tərəflərindən satıldığını qəbul etmişlər. Həmin əşyalar mövcud olmadıqda həmin əmlakların dəyərini 06 may 2023-cü il tarixədək Ərizəçi qaytarmağı müştərək qaydada öz öhdələrinə götürmüşlər. Tərəflər ailə münasibətlərində olmuş, eyni zamnda iddiaçıya qızıl-zinət əşyaları bağışlanmasını cavabdehlər mübahisləndirməmişlər. Həmin əşyaların özlərində olduğunu etiraf etmişlər. Yəni, kollegiyanın qənaətinə görə barışıq sazişi X14 müddəalarına zidd olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni barışıq sazişinin təsdiq edilməyən qızıl-zinətə aid hissədə prosesual hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(075)- 2309/2023 saylı qətnaməsi qismən, barışıq sazişinin təsdiq edilməyən qızıl boyunbağı 200 manat, qızıl boyunbağı 2000 manat, qızıl-sırğa üzük dəsti 900 manat, qızıl paxlava üzüyü 200 manat, 2 ədəd qızıl üzük 200 manat, qızıl bilərzik 150 manat və qızıl sırğa 250 manata aid hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, barışıq sazişi həmin hissədə təsdiq edilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən iddiaçıya kassasiya şikayəti vermək hüququ tanındığından, iddianın təmin edilən hissəsi 5000 manatdan az olduğundan cavabdehlər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(075)-2309/2023 saylı qətnaməsi qismən, barışıq sazişinin təsdiq edilməyən 2.1.2 və 2.1.3-cü bəndlərinə aid hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. Barışıq sazişi həmin hissədə yəni qızıl boyunbağı 200 manat, qızıl boyunbağı 2000 manat, qızıl-sırğa üzük dəsti 900 manat, qızıl paxlava üzüyü 200 manat, 2 ədəd qızıl üzük 200 manat, qızıl bilərzik 150 manat və qızıl sırğa 250 manata aid hissədə təsdiq edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçının tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-189/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-189/2024
15.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver