Məhkəmə qərarları › İş №2(107)-192/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-192/2021

09.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-192/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, X13 Cəmiyyəti İctimai Birliyinin nümayəndəsi X1 iştirakı ilə X13 Cəmiyyəti İctimai Birliyinin Cavabdeh qarş qeyri yaşayış sahəsinin boşaldılması tələbinə dаir mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1182/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh “Əlil Qadınlar” Cəmiyyəti İctimai Birliyi tərəfindən icarəyə götürülmüş Əmlak Məslələri Dövlət Komitəsinə məxsus olan, ünvan 1 ünvanda yerləşən 121 kv.m sahəsi olan ofisdə cəmiyyətin fəaliyyətinə və ofis otaqlarından istifadə edilməsinə törədilən maneçiliklərə son qoyulması və Cavabdeh Əlil Qadınlar Cəmiyyəti X6 şəhər Şöbəsinin dəyirmi möhürü, künc ştampı, təşkilata aid olan bütün sənədlərin alınaraq cəmiyyətə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, “Əlil Qadınları Cəmiyyəti” İctimai Birliyinin qanuni istifadəsində (sahibliyində) olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 121 kv.m təşkil edən qeyri –yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (i/m səh.84). Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1182/2020 nömrəli (hakim H.Mirzəliyev) qətnaməsi ilə iddiа təmin edilərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında bağlanmış müqavilə əsasında “Əlil Qadınları Cəmiyyəti” İctimai Birliyinin qanuni sahibliyində və istifadəsində olan, ünvan 1 ünvanında yerləşən binanın 1ci mərtəbəsində 121 kv.m ölçüdə sahəsi olan ofis otaqlarından Cavabdeh ofisə topladığı naməlum şəxslərlə birlikdə çıxarılması, otaqların boşaldılması və “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin dəyirmi möhürü, künc ştampı, təşkilata aid olan bütün sənədlər cavabdehdən alınaraq cəmiyyətə qaytarılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1182/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasi “Əlil Qadinlar” Cəmiyyəti İctimai Birliyi üzrə Mingəçevir şəhər şöbəsinin fəaliyyətinin təmin edilməsi, cəmiyyətin fəaliyyət proqramı və lahiyələrinə uyğun olaraq əlil insanlara lazımi qayğı məqsədi ilə “Əlil Qadinlar” Cəmiyyəti İctimai Birliyi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olan, ünvan 1 saylıünvanda yerləşən binanın 1-ci mərtəbəsində 121 kv.m ölçüdə sahəsi olan otaqları ofis fəaliyyəti təyinatı ilə icarəyə götürülmüşdür. Cəmiyyətin idarə heyyəti tərəfindən Cavabdeh ƏQC İB-nin Mingəçevir şəhər şöbəsinin sədri vəzifəsinə təyin edilmişdir. Cavabdeh uzun müddət bu vəzifəni tutmuş və cəmiyyətin icarəyə götürmüş olduğu ofis otaqları şöbənin istifadəsində olmuşdur. ƏQC İB-nin Azərbaycan Respublikasının Prezidenti Fondundan maliyyələşdirilmiş Əlilliyi olan uşaqlar üçün “İcma əsaslı Reabilitasya Mərkəzi”nin (50 ƏOU) və “ X14”nin (30 az təminatlı, sosial təhlükəli vəziyyətdə olan uşaqlar) həmin binada yerləşdirilməsi, dövlət proqramlarının uğurla həyata keçirilməsi məqsədi ilə aparılan araşdırma zamanı Cavabdeh tərəfindən qanunsuzluqlara yol verildiyi, Azərbaycan Respublikasi “Əlil Qadınlar” Cəmiyyəti İctimai Birliyi üzrə Mingəçevir şəhər şöbəsinin fəaliyyətinin bərbad hala salındığı, cavabdehin yalnız öz şəxsi mənafeyi üçün çalışdığı müəyyən edilmişdir. Belə ki, cavabdeh ofis binasını onun təyinatına zidd olaraq, qanunsuz kommersiya, sahibkarlıq fəaliyyəti üçün buna heç bir səlahiyyəti olmadığı halda icarəyə (sub icarə) vermiş, ƏQC İB-nin Mingəçevir şəhər şöbəsinin ofis otaqları Cavabdeh tərəfindən bərbad hala salınaraq zibilxanaya çevrilmiş, təşkilatın fəaliyyəti tamamilə iflic edilmişdir. Uzun illər vergidən yayınma halları ilə həmin ofis tikiş sexi, şirniyyat sexi , kimi işlədərək, himayədarlıq etmiş, müxtəlif insanlara icarəyə verilmişdir. Hal-hazırda Azərbaycan Respublikasi “Əlil Qadınlar” Cəmiyyəti ictimai Birliyi tərəfindən əlil qadınlarla və digər əlilliyi olan uşaqlarla bağlı heç bir proqram həyata keçirə bilmir. Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin ehtiyyat fondundan dəstək aldıqıları 50 nəfər əlil, 30 nəfər az təminatlı, şəhid, sosial durumu ağır, nənə, baba himayəsində olan uşaqlar bağlı proqramlarını həyata keçirə bilmirik. Qeyd edilən səbəblərə görə cəmiyyətin idarə heyəti tərəfindən xx.xx.2019-cu il tarixdən Cavabdeh fəaliyyətində yol verdiyi qanunsuzluqlarla əlaqədar ƏQC İB-nin Mingəçevir şəhər şöbəsinin sədri vəzifəsindən azad edilmişdir. xx.xx.2019-cu il tarixdən azad edilmiş keçmiş sədri Cavabdeh tərəfindən təşkilatın dəyirmi möhürü, künc ştampı, təşkilata aid olan bütün sənədlər, “Əlil Qadınlar” Cəmiyyəti İctimai Birliyi tərəfindən icarəyə götürülmüş Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olan, ünvan 1 ünvanda yerəşən ofis otaqları ƏQC İB-nin sədri vəzifəsinə müvəqqəti təyin edilmiş X5 təhvil verilməsi tələb edilmişdir. Cavabdeh bütün cabadehliyi olduğu sənədləri və ƏQCİB-ə məxsus dəyirmi möhür və künc ştampını xx.xx.2019-cu il tarixdə təhvil verəcəyini söz veməsinə baxmayaraq həmin gündən gizlənməyə başlamış, telefon zənglərinə cavab verməmiş, Cavabdeh təşkilatın dəyirmi möhürü, künc ştampı, təşkilata aid olan bütün sənədləri təhvil verməkdən yayınmış, qeyd edilən ünvanda yerləşən ofis otaqlarını cəmiyyətə qaytarmamaq üçün qeyri-qanuni icarəyə verdiyi otaqlardan əlavə olaraq 2 gün ərzində 5 nəfər qadın toplayıb ofisdə perajki bişirtdirib satmaqla məşğul olurlar. Bu qadınlar cəmiyyətin nümayəndələrinə qarşı şantaj edərək işləməyə, cəmiyyətin fəaliyyət göstərməsinə əngəllər yaradırlar. Ona görə də Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında bağlanmış müqavilə əsasında “Əlil Qadınları Cəmiyyəti” İctimai Birliyinin qanuni sahibliyidə və istifadəsində olan, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 121 kv.m ölçüdə sahəsi olan ofis otaqlarından Cavabdeh ofisə topladığı naməlum şəxslərlə birlikdə çıxarılaraq otaqların boşaldılması və “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin dəyirmi möhürü, künc ştampı, təşkilata aid olan bütün sənədlərin cavabdehdən alınaraq cəmiyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, o, 22 il əvvəl “Əlil Qadınlar Cəmiyyəti” İBnin Mingəçevir şəhər Şöbəsinin sədri təyin olunmuş, həmin şöbə ünvan 3 saylıünvanda yerləşən 121 kv.m sahəsi olan qeyri-yaşayış sahəsində fəaliyyəti göstərir. Əmlak Məsələləri Dövlət Komitəsi xx.xx.2009-cu il tarixli icarə müqaviləsini onunla bağlamış, həmin müqaviləyə özü imza etmiş və müqavilə şöbənin möhürü ilə möhürlənmişdir. Müqaviləyə əsasən hər ay icarə haqqı ödəyir və ofisdə əlil qadın və uşaqların ehtiyaclarını qarşılamaq üçün müəyyən fəaliyyətlə məşğul olurlar. O, ofisdə əsaslı təmir işləri aparmış, Mingəçevir Şəhər İcra Hakimiyyətinə müraciət edərək qeyri yaşayış sahəsindən küçəyə əlavə giriş qapıları açdırmışdır. İddiaçının onu sədr vəzifəsindən azad etməsindən məlumatı olmamış, ona işdən azad olunması ilə bağlı əmr təqdim olunmamışdır. Göstərdiklərini nəzərə alaraq Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1182/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən X13 Cəmiyyəti İctimai Birliyinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, qətnamə qismən ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: xx.xx.2009-cu il tarixli 9183 nömrəli Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinin kserosurətindən görünür ki, sözügedən müqavilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini ilə Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyəti İB-nin sədri (prezidenti) arasında bağlansa da həmin müqavilə Əlil Qadınlar Cəmiyyəti İB-nin Mingəçevir şəhər Şöbəsinin möhürü ilə möhürlənmiş və cavabdeh tərəfindən imzalanmışdır. Müqavilə 6 (altı) ay müddətinə bağlansa da, sözügedən qeyri-yaşayış sahəsi hazırki vaxta qədər şöbənin istifadəsindədir. İş məhkəmənin icraatına daxil olduqdan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini ilə Azərbaycan Respublikası “Əlil Qadınlar Cəmiyyətinin” İB-nin sədri (prezidenti) arasında xx.xx.2019-cu il tarixdə 11501/9183 nömrəli Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmış və həmin müqavilə Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyəti İB-nin prezidenti tərəfindən möhürlənib, imzalanmışdır. Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyəti Mingəçevir şəhər Şöbəsinin xx.xx.1999-cu il tarixli təsis yığıncağının protokolundan görünür ki, şöbə həmin tarixdə təsis edilmiş, Cavabdeh şöbəyə sədr təyin edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, ********** VÖEN-lə vergi ödəyicisinin adı ünvan 4 ünvanında yerləşən Əlil Qadınlar Cəmiyyətinin Mingəçevir Şəhər Şöbəsidir. Mingəçevir Şəhər İcra Hakimiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2016-cı il tarixli 274 nömrəli məktubundan görünür ki, Cavabdeh ünvan 3 saylı binanın İ mərtəbəsində fəaliyyət göstərən qeyri-yaşayış sahəsindən küçəyə əlavə giriş qapılarının açılması barədə müraciət etmiş, Mingəçevir İH-i tərəfindən buna etiraz edilməmişdir. “Əlil Qadınlar” Cəmiyyəti İctimai Birliyi üzrə xx xxxxxxxx 2019-cu il tarixli 09 № li əmrdən görünür ki, X7 xx xxxxxxxx 2019-cu il tarixdə ƏQC İB-nin Mingəçevir şəhər şöbəsinə müvəqqəti sədri vəzifəsinə təyin edilmiş, Cavabdeh tərəfindən təşkilatın dəyirmi möhür, künc ştampı, təşkilata aid olan bütün sənədlərin, 20 Yanvar küçəsi 21 ünvanda yerləşən ümumi sahəsi 121 kv.m olan ofis binasının təhfil götürülməsi ƏQC İB-nin Mingəçevir şəhər şöbəsinin müvəqqəti sədri vəzifəsinə təyin edilən X3 təhfil verilməsi əmr edilmişdir. “Əlil Qadınlar” Cəmiyyəti İctimai Birliyi üzrə xx xxxxxx 2019-cu il tarixli 02 № li əmrdən görünür ki, X4 xx xxxxxx 2019-cu il tarixdə ƏQC İB-nin hüquqşünası vəzifəsinə təyin edilməsi əmr edilmişdir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət (o cümlədən sahiblik və istifadə) hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-152.4, 157.2 və 157.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ – subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Sаhiblik hüququ - əmlаkа (əşyаyа) fаktik sаhibliyin həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdə hüququ əmlаkdаn (əşyаyаdаn) оnun fаydаlı təbii xаssələrini hаsil etməyin, hаbelə оndаn fаydа götürməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdədən fаydа, gəlir, аrtım, bəhər törəmə şəklində və bаşqа fоrmаlаrdа оlа bilər. Sərəncаm hüququ - əmlаkın (əşyаnın) hüquqi müqəddаrаtını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. Mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən qeyriyaşayış sahəsi istifadə və sahiblik hüququ ilə iddiaçı tərəfə məxsusdur.. Mülki Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyasının iclasında işin faktiki halları ilə müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının istifadəsinə verilmişdir. Hazırda həmin qeyriyaşayış sahəsi cavabdeh tərəfindən tutulmuşdur. Cavabdehin mübahisəli qeyri-yaşayış sahəsinə sahibliyinin hüquqi əsası yoxdur. Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 43.2.-ci maddəsinin tələbinə görə hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə də hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir. Birinci, cavabdeh apellyasiya şikayətində öz mənafeyindən çıxış etməklə, iddiaçı tərəfin həmin əmlaka heç bir aidiyyətinin olmadığını bildirsə də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İkincisi, iş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi qeyriyaşayış sahəsinə sahiblik və istifadə hüququ olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə olunur ki, bu da iddiaçının qanunla qorunan sahiblik və istifadə hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Üçüncüsü, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf cavabdehin həmin obyektdən çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sözügedən qətnaməni qəbul edərkən iddia tələbindən kənara çıxmaqla prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, iddia tələbindən göründüyü kimi iddiaçı tələbinin həcminin azaldılması barədə ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, , “Əlil Qadınları Cəmiyyəti” İctimai Birliyinin qanuni istifadəsində (sahibliyində) olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 121 kv.m təşkil edən qeyri–yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (i/m səh.84). Lakin işə baxan birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxamaqla Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında bağlanmış müqavilə əsasında “Əlil Qadınları Cəmiyyəti” İctimai Birliyinin qanuni sahibliyində və istifadəsində olan, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 121 kv.m ölçüdə sahəsi olan ofis otaqlarından Cavabdeh ofisə topladığı naməlum şəxslərlə birlikdə çıxarılması, otaqlar boşaldılması və “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin dəyirmi möhürü, künc ştampı, təşkilata aid olan bütün sənədlər cavabdehdən alınaraq cəmiyyətə qaytarılması barədə qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq belə hesab edir ki, apellyasiya şikayəti qətnamənin tamamilə ləğvi və iddianın rədd olunması üçün əsaslı olmasa da, qismən ləğv və ləğv edilmiş edilmiş hissənin qətnamədən xaric olunması üçün əsasdır. Yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1182/2020 nömrəli qətnaməsi “ofisə topladığı naməlum şəxslərlə birlikdə və Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin dəyirmi möhürü, künc ştampı, təşkilata aid olan bütün sənədlər cavabdehdən alınaraq cəmiyyətə qaytarılması” hissəsində ləğv edilməli və həmin hissələr qətnamədən xaric edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402- 406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qə t e t d i : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1182/2020 nömrəli qətnaməsi “ofisə topladığı naməlum şəxslərlə birlikdə və Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin dəyirmi möhürü, künc ştampı, təşkilata aid olan bütün sənədlər cavabdehdən alınaraq cəmiyyətə qaytarılması” hissələrində ləğv edilsin və həmin hissələr qətnamədən xaric edilsin. Qətnamə qalan hissələrdə, yəni “Cavabdeh Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin qanuni istifadəsində (sahibliyində) olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 121 kv.m təşkil edən qeyri –yaşayış sahəsindən çıxarılması və boşaldılması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar