Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1963/2021 26.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “evdən payının müəyyən edilərək naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(075)- 102/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən paylı mülkiyyətdə olan evdən payına düşən hissənin münasib şəkildə ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tələbin artırılmasına dair ərizə təqdim edərək, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən onun ½ pay hüququnun müəyyən edilməsi və həmin hissənin naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov ) 06 avqust 2021-ci il tarixli, 2(075)-102/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı aid payın ½ hissədə müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiаçı İddiaçı dövlət büdcəsinə ödədiyi 10 mаnаt dövlət rüsumunun оnun özünə аid edilməsi, 50 manat ekspertiza xərcinin İddiaçındаn alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X1, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesaba ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. işin faktiki halları: İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi onun və qardaşı Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onların birgə mülkiyyətlərindədir. Lakin o, sözügedən əmlakdan payına düşən hissəni sənədləşdirə bilmir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Şəki Rayon Məhkəməsinin 2(075)-102/2021 saylı, 06.08.2021-ci il tarixli qətnaməsindən narazıdır. Bildirir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-102/2021 saylı, 06.08. 2021-ci il tarixli qətnaməsi aşağıdakı səbəblərə görə qismən ləğv edilməlidir. Birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə əhəmiyyət verməmiş, işə baxarkən real faktları araşdırmamış və əsassız subutlara üstünlük verərək ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Eyni zamanda bildirir ki, ekspert qrupu qarşı tərəflə “münasibətlər” yaratmış və qarşı tərəfin mənafeyinə uyğun rəy vermişdir. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 2(075)-102/2021 saylı, 06.08.2021-ci il tarixli qətnaməsini qismən ləğv edilməsini, iddianın “Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət revsterdən çıxarışına əsasən müəyyən edilmiş İddiaçı aid ½ hissənin (həyət və mənzil ilə bir yerdə) naturada ayrılaraq İddiaçı verilməsi“ hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, sözügedən mübahisəli fərdi yaşayış evində onun da payı mövcuddur. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə obyektiv baxılmamış, ekspert tərəfindən düzgün rəy verilməmişdir. Ekspert yerində baxış keçirərkən ətraflı tədqiqat aparmamış, cavabdeh tərəflə isti münasibətləri olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o eksperti birinci dəfə tədqiqat apararkən görmüşdür. Bu gün də iddiaçının evdə yaşamasına maneçilik törətmir, sadəcə evin hər tərəfi qonşularla əhatə olunduğundan, yola bir çıxışları olduğundan naturada ayrılması mümkün deyil. İddiaçı həmin evi satmaq istəyir, lakin ona yarı pulu deyil, az məbləğdə pul təklif edir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş edir. Hüquqi məsələlər : Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator qətnamənin yalnız “mübahisəli evin naturada bölünməsinin təmin olunmaması” hissəsində mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(075)-102/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət retestrindən Seriya MA ******* nömrəli çıxarış və fərdi yaşayış evinin torpaq sahəsinin planının təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətlərindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 13.09.2011-ci il tarixli, 4521 nömrəli daşınmaz əmlakın texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti X3 və Cavabdehdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli, 10/4166 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, tədqiq olunan fərdi yaşayış evinin faktiki vəziyyətinə görə, fərdi yaşayış evində yalnız bir yaşayış otağının olmasını, fərdi yaşayış evinin üç tərəfdən qonşu evlərlə və bir tərəfdən yol ilə əhatə olunduğunu, həyətyanı sahədə tikililərin inşa edildiyini, fərdi yaşayış evinin tərkibində olan kommunal xıdmətli sahələri (mətbəx dəhliz, və s.) yeganə olduğuna gorə X4 2.08.01.89*-nun 1.1., 2.2., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun paylara uyğun bölünməsi texniki cəhətdən mümkün deyil. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli məsələnin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini, eləcə də iddiaçının subyektiv hüququnun olmasını nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsində göstərilmişdir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Kollegiya iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, tədqiq olunan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətinə görə, fərdi yaşayış evində yalnız bir yaşayış otağının olmasını, fərdi yaşayış evinin üç tərəfdən qonşu evlərlə və bir tərəfdən yol ilə əhatə olunduğunu, həyətyanı sahədə tikililərin inşa edildiyini, fərdi yaşayış evinin tərkibində olan kommunal xıdmətli sahələri (mətbəx dəhliz, və s.) yeganə olduğuna görə X4 2.08.01.89*-nun 1.1., 2.2., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun paylara uyğun bölünməsi texniki cəhətdən mümkün deyil. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və apellyasiya şikayətində göstərilən qaydada yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu, ekspertin nədə səhv etdiyi açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. İkincisi, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da şikayətin dəlilləri ilə bağlı göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə, həmçinin apellyasiya baxışında təqdim etmədiyindən iddiaçının göstərdikləri əsaslı hesab edilə bilməz. Üçüncüsü, kollegiyanın qənaətinə görə cavabdeh də iddiaçı ilə eyni hüquqlu olmaqla öz əmlakı üzərində qanunvericiliklə müəyyən olunmuş hüquqlara, o cümlədən də payının müəyyən edilməsi və ayrılmasını tələb etmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Dördüncü, apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, hər bir mübahisənin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Həmçinin kollegiya qeyd edir ki, tələb yazılı sübutlarla (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Sübutların qiymətləndirilməsinin məzmununu aşağıdakılar ehtiva edir: onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Kollegiya qeyd edir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasaiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasaiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə təmin оlunaraq yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla dəyişdirilə və ya ləğv oluna bilməz. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(075)-102/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (mübahisəli evin naturada bölünməsinin təmin olunmaması hissəsində) dəyişdirilmədən saxlanılsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1963/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1963/2021
26.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver