Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-198/2021 06.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı - İddiaçı; Cavabdeh - Cavabdeh iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(037)-254/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-254/2020 saylı (hakim Rəfayel Şirinov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı JN-247F Kod 40712018 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə üzrə onun və ailə üzvlərinin birgə mülkiyyətində olan, İsmayıllı rayon Qalınçaq kəndində yerləşən 0,24 hektar həyətyanı torpaq sahəsinin qərb tərəfindən zəbt edilmiş 0,08 hektar hissəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneəçiliklərə qadağa qoyulmasına dair iddia tələbi təmin edilməmiş, İddiaçı 240,70 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X10 Xidmətinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra- cavabdeh) qarşı JN-247F Kod 40712018 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə üzrə onun və ailə üzvlərinin birgə mülkiyyətində olan, İsmayıllı rayon Qalınçaq kəndində yerləşən 0,24 hektar həyətyanı torpaq sahəsinin qərb tərəfindən zəbt edilmiş 0,08 hektar hissəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneəçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instаnsiyа məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə 0,24 hektar həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Cavabdehin mülkiyyətində olan həyətyanı torpaq sahəsi onun qonşuluğundadır. Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsindən əlavə onun mülkiyyətində olan torpaq sahəsini qərb tərəfindən 0,08 hektar hissəsini zəbt edərək istifadə edir. O, cavabdehə dəfələrlə irad bildirsə də nəticəsi olmamış və onun mülkiyyət hüququnu pozmaqda davam edir. Cavabdehin onun torpaq sahəsinin 0,08 hektar hissəsini zəbt etməməsi barədə verilmiş mütəxəssis rəyi ilə razılaşmır. Onun həyətindən çay keçir və yerində müayinə zamanı mütəxəssisə bildirmişdir ki, çayda ölçü işləri aparmasın, lakin o həmin çayda ölçü işləri aparmışdır. Ölçü işləri düzgün aparılmamışdır. Cavabdehin JN- 247F Kod 40712018 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə üzrə onun və ailə üzvlərinin birgə mülkiyyətində olan, İsmayıllı rayon Qalınçaq kəndində yerləşən 0,24 hektar həyətyanı torpaq sahəsinin qərb tərəfindən zəbt edilmiş 0,08 hektar hissəsindən çıxarılmasını, torpaq sahəsinin boşaldılmasını və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneəçiliklərə qadağa qoyulmasını tələb edir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instаnsiyа məhkəməsinin iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun qardaşıdır. O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz, ədalətsiz və heç bir hüquqi əsasa söykənmədən birtərəfli qəbul olunmuş sənəd hesab edir. Məhkəmənin rəsmi müraciətinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X10 Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsi xx xxxx 2020-ci ildə mübahisəli torpaq sahələrinə yerində baxış keçirərək düzgün olmayan bir mütəxəsis rəyi vermişdir. Mütəxəsis tərəfindən yerində müayinə aparılarkən həyətyanı torpaq sahəsinin şərq tərəfindən axan çayın yatağı, habelə çay yatağından şərq tərəfdə yerləşən qonşu həyətinin bir hissəsi onun həyətyanı torpaq sahəsinin tərkib hissəsi kimi göstərilməklə ona məxsus həyətyanı torpaq sahəsinin faktiki vəziyyətdə 0,24 ha olmaqla düz olduğu barədə əsassız və səhv rəy verilmişdir. Rəydə cavabdehə məxsus həyətyanı torpaq sahəsinin faktiki vəziyyətdə 0,41 ha olması, cavabdehə məxsus torpağın 0,06 ha artıq olması məlum olsa da, onun torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmədiyi barədə səhv qənaətə gəlinmişdir. Eyni zamanda cavabdehin həyətyanı torpaq sahəsi faktiki vəziyyətdə 0,55 hektardan artıqdır. Lakin mütəxəsis 0,41 ha kimi göstərmişdir 0,14 ha zəbt etdiyi bələdiyyə torpağını qeyd etməmişdir. Bu da rəyin düzgün tərtib edilmədiyini təsdiq edir. Məhkəmə isə bu hallara hüquqi qiymət yermədən mütəxəsis rəyinə istinad edərək, yerində baxış keçirmədən, mübahisənin düzgün və ədalətli həlli üçün vacib olan prosessual hərəkətləri etmədən iddianı əsassız olaraq rədd etmişdir. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(019)-439/2018 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(037)-254/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(037)-254/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(037)-254/2020 saylı qətnaməsi dəyişdirilmdən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2004-cü il tarixli, JN 247F KOD 40712018 nömrəli reyestrdə 1S-1553 nömrə ilə təsdiq edilmiş Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli 72 saylı qərarı ilə İsmayıllı rayonun Qalınçaq kəndi ərazisindən 0,24 hektar həyətyanı torpaq sahəsi İddiaçı Sərxan oğlu, X5 və X8 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2004-cü il tarixli, JN 245F KOD 40712018 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli 72 saylı qərarı ilə İsmayıllı rayonun Qalınçaq kəndi ərazisindən 0,35 hektar həyətyanı torpaq sahəsi Cavabdeh Sərxan oğlu, X6, X7 və X2 mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan İsmayıllı rayon Qalınçaq kəndi ərazisində yerləşən, JN – 247F KOD 40712018 nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,24 hektar həyətyanı torpaq sahəsinin qərb tərəfindən 0,08 hektar hissəsinin hazırda Cavabdeh tərəfindən zəbt edilib-edilməməsi, həmin hissənin hazırda iddiaçı və ya cavabdehin istifadəsində olması barədə mütəxəssis rəyi verilməsi üçün X10 Xidmətinə sorğu göndərilmişdir. Sorğunun nəticəsi olaraq verilmiş mütəxəssis rəyində göstərilir ki, İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində yerləşən JN 247F nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,24 hektar həyətyanı torpaq sahəsi faktiki olaraq özünün istifadəsindədir və həmin həyətyanı torpaq sahəsinin qərb tərəfindən 0,08 hektar hissəsindən Cavabdeh istifadə etmir. İş üzrə qаnuni və obyektiv qərаr qəbul edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-2211/2020 saylı qərardadı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması ekspertizanın aparılması Müstəqil Məhkəmə Ekspertizаsı MMC-yə həvаlə edilmişdir. İş materiallarına əlavə edilmiş X1 xx xxxxxx 2021-ci il tarixli, 31 nömrəli rəyindən qeyd edilmişdir ki: - mübahisəli torpaq sahələrinin naturada qeydə alınan koordinatlarının ərazinin ümumi xəritə materialları əsasında aparılan müqayisəli dəqiqləşdirilmə işləri nəticəsində İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə (JN-247F, kod-********) əsasən İddiaçı mülkiyyətində olan 0.24 hektar həyətyanı torpaq sahəsinin həmin şəhadətnamənin planında göstərilən ölçüləri və koordinatları faktiki yerindəki ölçüləri və koordinatları ilə qismən üst-üstə düşməsi müəyyən olunmuşdur. Yəni, JN-247F saylı şəhadətnamənin plan hissəsində göstərilən ölçü və coğrafi yerləşməsi müvafiq olaraq naturadakı ölçü və coğrafi yerləşməsi ilə qismən uyğun gəlir. Belə ki, mübahisəli torpaq sahəsinin şimal-şərq hissəsinin ölçüləri və konfiqurasiyasının fərqli olması müəyyənləşirilmişdir. - İsmayıllı rayonu, Qalınçaqkəndində yerləşən Torpağın mülıkiyyətə verilməsinə dair Şəhadətnaməyə (JN-2475F, kod-********) əsasən İddiaçı mülkiyyətində olan 0.35 hektar həyətyanı torpaq sahəsinin həmin şəhadətnamədə göstərilən ölçüləri və koordinatları faktiki yerindəki ölçüləri və koordinatları ilə qismən üst-üstə düşməsi müəyyən olunmuşdur. Yəni, JN-247F saylı şəhadətnamənin plan hissəsində göstərilən ölçü və coğrafi yerləşməsi müvafiq olaraq naturadakı ölçü və coğrafi yerləşməsi ilə qismən uyğun gəlir. Belə ki mübahisəli torpaq sahəsinin şimal-şərq hissəsinin ölçüləri və konfiqurasiyasının fərqli olması müəyyənləşdirilmişdir. - İddiaçı məxsus torpaq sahəsinin ölçü və planında (eskiz planında) göstərilən coğrafi yerləşməsi ilə Cavabdeh məxsus torpaq sahəsinin ölçü və planında (eskiz planında) göstərilən coğrafi yerləşməsi üst-üstə düşmür. - Hüquqmüəyyənedici sənədə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.24 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsi halı aşkarlanmamışdır. (Ekspert rəyində iki yerdə Cavabdeh adı səhvən Həmid kimi getmişdir. Məhkəmə kollegiyası bunu mexaniki səhv kimi qəbul edir) Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən JN-247F Kod 40712018 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə üzrə İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətlərinə 0,24 hektar həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsi onun qonşuluğundadır. İddiaçı, cavabdehin öz mülkiyyətində olan torpaq sahəsindən əlavə onun mülkiyyətində olan torpaq sahəsini qərb tərəfindən 0,08 hektar hissəsini zəbt edərək istifadə etməsini əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Lakin elektron bazada iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin qanuni sahibliyində olan torpaq sahələri üst-üstə düşmədiyi və bununla da zəbt halının olmadığı müəyyən edilmişdir. Bu faktlar iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq olunur. Məhkəmə kollegiyası da ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X3rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Aparılmış araşdırma nəticəsində, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsi zəbt etməsi öz təsdiqini tapmamışdır. “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаtlа, su fondu, ehtiyаt fondu və s.), torpаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Qərаrın 6-cı bəndinə əsаsən Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu mаddələrinə müvаfiq olаrаq torpаq sаhələri üzərində hüquqlаrın dövlət qeydiyyаtı məcburidir. Torpаq üzərində hüquqlаr (mülkiyyət hüququ, istifаdə hüququ, icаrə hüququ), hаbelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüquq hаqqındа şəhаdətnаmə dövlət torpаq kаdаstrındа və dövlət torpаq reyestrində qeydiyyаtа аlınmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin madddədə sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürülməlidir. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisədirilməsinitəsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər biri birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəəzərə almaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-254/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul İddiaçı tutulmalı və X4 MMC-nin (Kapital Bank ASC-nin Sahil filialı, Kod: 201218, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, VÖEN: **********, Hesab: AZ64AİİB400900C**********208) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-254/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul İddiaçı tutulsun və X4 MMC-nin (Kapital Bank ASC-nin Sahil filialı, Kod: 201218, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, VÖEN: **********, Hesab: AZ64AİİB400900C**********208) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyаsiyа Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-198/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-198/2021
06.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver