Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1994/2021 09.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı əmlak tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlak tələbi, mülkiyyət hüququ, 3-cü şəxs) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh və X1 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(033)-580/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh və X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “TEREX” -820SX markalı, AZ 10D-980 dövlət qeydiyyat nişanlı ekskavator yükləyicisinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən əmlaka həbs qoyulan zaman əmlak-texnika hansı vəziyyətdə idisə, yəni işlək və saz vəziyyətdə texnikanın iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizənin dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı 02.06.2021-ci il tarixli ərizə ilə müraciət edərək mülki iş üzrə Zaqatala rayonu Muxax kənd sakini X1 əlavə cavabdeh olaraq işə cəlb edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi məhkəmənin icraatına qəbul edilərək X3 cavabdeh qismində, Ədalət Paşayev isə üçüncü şəxs qismində işə cəlb edilmişlər. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, "TEREX"-820SX markalı, AZ 10D- 980 dövlət deydiyyat nişanlı Ekskavator yükləyicisi qardaşı olan iddiaçının xüsusi mülkiyyətinə daxildir. Bununla bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Yevlax X7 Mərkəzindən 06 aprel 2021-ci il tarixdə 44 saylı məktub da əldə etmişdir. İddiaçıya məxsus "TEREX"- 820SX markalı, AZ 10D-980 dövlət deydiyyat nişanlı Ekskavator yükləyicisini Cavabdeh qanunsuz və əsassız yollarla əldə etmiş və hazırda onun və digər cavabdeh X1 nəzarətində və istifadəsindədir. Cavabdeh yuxarıda qeyd edilən qanunsuz əməlləri barəsində X5 müraciət edilmiş, araşdırma aparılmış, cavabdeh iddiaçıya məxsus texnikanın onda olmasını etiraf etmiş və izahat vermiş, lakin mübahisə mülki xarakterli olduğu üçün iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. iddia ərizəsinin predmetini təşkil edən texnika-"TEREX"-820SX markalı, ağ rəngli, 2010-cu ildə istehsal edilmiş, 238924 və 40772634 mühərrik nömrəli, zavod nömrəsi şassi HM9117, qeydiyyat nömrəsi AZ 10D-980 olan Ekskavator - yükləyicisidir. İddiaçıya məxsus “TEREX"-820SX markalı, AZ 10D-980 dövlət deydiyyat nişanlı Ekskavator yükləyicisini cavabdehlər könüllü olaraq qaytarmaqdan imtina edir. Bu hal mülkiyyətçi olaraq qardaşı olan iddiaçının istifadə, sahiblik və sərəncam vermək hüquqlarını pozur. Eyni zamanda, həmin texnikadan istifadə edərək İddiaçı ailəsinin dolanışığını təmin etmək istəyir. Texnikanın iddiaçıda olmaması həm də ona maddi ziyan vurur. Hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(033)-580/2021 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddia təmin edilmiş, "TEREX-820 SX" markalı AZ10D- 980 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyicisi cavabdehlər Cavabdeh və X1 qanunsuz sahibliyindən alınaraq Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən əmlaka həbs qoyulan zaman olduğu işlək və saz vəziyyətdə İddiaçı qaytarılması, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, «TEREX-820 SX» markalı AZ10D-980 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyici İddiaçı mülkiyyətində olan mübahisəli ekskavator-yükləyici Cavabdeh qanunsuz sahibliyindədir. Mübahisə predmeti olan TEREX”-820SX markalı, AZ 10D-980 dövlət qeydiyyat nişanlı Ekskavator yükləyicisi Azərbaycan ’Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin “Texnaz App” elektron sistemində Yevlax rayonu, Rüstəmli kənd sakini İddiaçı adına qeydiyyatdadır. Ona məxsus Ekskavator yükləyici Terex-820SX markalı 10 D 980 dövlət qeydiyyat nişanlı traktor etibarnaməsiz idarə olunduğu üçün Ağdaş rayon Polis Şöbəsinin mühavizə olunan duracağına yerləşdirilmişdir. Traktoru təhvil almaq üçün ondan Ağdaş RPŞ-in DYPB-nə şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə gəlməyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş Rayon Polis Şöbəsi tərəfindən xahiş edilmişdir. AZ 10D-980 dövlət qeydiyyatlı ekskovator yükləyicisi X6 MMCnin tapşırığı əsasında sürücü Əyyam Mirzəyev tərəfindən Azərbaycan Respublikası ərazisində idarə edilməsinə icazə verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)- 580/2021 nömrəli, 28.04.2021-ci il tarixli icra sənədinə əsasən 17.05.2021-ci il tarixdə Cavabdeh Zaqatala rayon Suvagil kəndində yerləşən evinə baxış keçirilmiş və baxış zamanı icra sənədində qeyd edilmiş AZ 10D-980 dövlət qeydiyyat nişanlı ekskavator yükləyicisinin həqiqətən də Cavabdeh istifadəsində olduğu, nəqliyyat vasitəsinin işlək və saz vəziyyətdə olduğu müəyyən edilmişdir. Həmin nəqliyyat vasitəsi Cavabdeh CM-nin 303-cü maddəsi izah olunmaqla özünə təhvil verilmişdir. "TEREX"-820SX markalı, ağ rəngli, 2010-cu ildə istehsal edilmiş, 238924 və 40772634 mühərrik nömrəli, zavod nömrəsi şassi HM9117, qeydiyyat nömrəsi AZ 10D-980 olan ekskavator - yükləyicisi İddiaçı adına, AZKT001539TŞ033939 nömrəli hesab arayışa əsasən qeydiyyata alınmışdır. Texnika 24.07.2015-ci il tarixədək AG Bank“ ASC-də girovdadır qeydi əlavə qeyd hissəsində əks olunmuşdur. İddiaçı tələb etdiyi «TEREX-820 SX» markalı 238924, 40772634 mühərrik nömrəli HM9117 şassi nömrəli AZ10D-980 dövlət qeydiyyat nişanlı ekskavator yükləyicisi 24 iyul 2013-cü il tarixdən onun adına qeydiyyatdadır və onun mülkiyyətindədir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə cavabdehlərin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdehlərin onlara dəymiş maddi zərər barədə aidiyyətı üzrə müraciət etmək hüquqları vardır. Hansı ki, etirazlarında göstərirlər ki, pul vəsaiti verməklə «TEREX-820 SX» markalı AZ10D-980 dövlət qeydiyyatnişanlı ekskavator-yükləyicisini əldə etmişlər. Bunun nəticəsində aldadılmışlar və onlara zərər dəymişdir. Məhkəmə cavabdehlərin vicdanlı alıcı olmaları ilə bağlı dəlillərinə qiymət verərək qeyd etmişdir ki, cavabdehlər «TEREX-820 SX» markalı AZ10D-980 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyicisinin mülkiyyətçisinin onlara satan Ədalət Paşayev olmadığını bilmişlər, eyni zamanda iddiaçının mülkiyyətində olan texnika onun iradəsinə zidd şəkildə onun sahibliyindən çıxmışdır. Bu hallar işdə olan sənədlərlə, tərəflərin izahatları və Zaqatala RPŞ-nin İstintaq bölməsinin HK-1/204 nömrəli materialında toplanmış sübutlarla öz təsdiqini tapır. Ona görə də, cavabdehlər qeyd olunan texnikanı vicdanlı əldə edən sayılmır. İddiaçı "«TEREX-820 SX»" markalı AZ10D-980 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyicisinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan «TEREX-820 SX» markalı AZ10D-980 dövlət qeydiyyat nişanlı ekskavatoryükləyicisinin cavabdehdə olması və ekskavator-yükləyicisinin cavabdehlərin istifadə etməsi iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehlərin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan ekskavator-yükləyicisindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdehlərin qanunsuz sahibliyində olan «TEREX-820 SX» markalı AZ10D-980 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyici alınaraq İddiaçı qaytarılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh və X1 qanunsuz sahibliyində olan «TEREX-820 SX» markalı AZ10D-980 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyicisi alınaraq Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən əmlaka həbs qoyulan zaman olduğu işlək və saz vəziyyətdə İddiaçı qaytarılmalıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən özünə aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.5-ci, 152.8-ci, 157.2-ci, 157.4-cü, 181.1-ci, 182.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə hakmı tərəfindən qanunı və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamışdır. Mülki iş materialına əlavə olunmuş işdə olan 24 iyul 2013-cü ilə tarixli TŞ 036700 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, “TEREX”-820 SX markalı, ağ rəngli, 2010-cu ildə istehsal edilmiş 238924 və 40772634 mühərrik nömrəli, zavod nömrəsi şassi HM 9117, qeydiyayt nömrəsi AZ 10 D 980 dövlət qeydiyyat nişanlı ekskavator yükləyicısi İddiaçı adına, ÄZKT001539TŞÖ33939 nömrəli hesab arayışa əsasən qeydiyyata alınmışdır. Texnika 24.07.2015-ci il tarixədək "AG Bank” AS C-də girovdadır qeydi əlavə qeyd hissəsində əks olunmuşdur. Məhkəmə sübutları qiymətləndirərkən qeyd edir ki, texnika 24.07.2015-ci il tarixədək "AG Bank” ASC-də girovdadır. Texnikanın girovdan azad olunması ilə bağlı iddiaçı tərəfindən mülki iş materialına hər hansı bir sənəd əlavə olunmamışdır. İddiaçının həmin texnika vasitəsinə mülkiyyət hüququnun olub-olmaması aydın deyil. Məhkəmə ilk növbədə iddiaçının həmin texnikaya mülkiyyət hüququnun olubolmaması, həmin əmlakın hal-hazırda girovda olub-olmamasını araşdırmalı, əmlakın girovda olduğu təqdirdə prosesə 3-cü şəxs qismində "xxxx" ASC-ni cəlb etməli idi. Mülki işə əlavə olunmuş sənəddən aydın olur ki, texnika "AG bank” ASC-də girovda olmuşdur. Texnika girovdadırsa "AG Bank”ASC-nin texnikaya dair əşya hüququ mövcuddur. Lakin məhkəmə tərəfindən iddiaçının iddia tələbinə dair subyektiv hüququnun mülkiyyət hüququnun olub-olmaması, iddiaçının “AG Bank ASC-yə öhdəliyinin olub- olmaması, texnikanın özgəninkiləşdirilməsinə dair qadağanın qüvvədə olub-olmaması məsələsini araşdırmamışdır. Eyni zamanda prosesə üçüncü şəxs qismində "xxxx" ASC-m cəlb olunmaması girov saxlayanın əşya hüququnun pozulması ilə nəticələnmişdir. Qeyd olunanlara əsasən onlar Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(033)- 580/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh və X3 verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(033)-580/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(033)-580/2021 saylı qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və 3-cü şəxs AG Bank ASC-in nümayəndəsi məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəllənin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir, Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(033)-580/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, düzgün olaraq qarşılıqlı iddianı təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(033)-580/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, «TEREX-820 SX» markalı AZ10D-980 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyici İddiaçı mülkiyyətində olan mübahisəli ekskavator-yükləyici Cavabdeh qanunsuz sahibliyindədir. Mübahisə predmeti olan TEREX”-820SX markalı, AZ 10D-980 dövlət qeydiyyat nişanlı Ekskavator yükləyicisi Azərbaycan ’Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin “Texnaz App” elektron sistemində Yevlax rayonu, Rüstəmli kənd sakini İddiaçı adına qeydiyyatdadır. Ona məxsus Ekskavator yükləyici Terex-820SX markalı 10 D 980 dövlət qeydiyyat nişanlı traktor etibarnaməsiz idarə olunduğu üçün Ağdaş rayon Polis Şöbəsinin mühavizə olunan duracağına yerləşdirilmişdir. Traktoru təhvil almaq üçün ondan Ağdaş RPŞ-in DYPB-nə şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə gəlməyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş Rayon Polis Şöbəsi tərəfindən xahiş edilmişdir. AZ10 D 980 dövlət qeydiyyatlı ekskovator yükləyicisi X6 MMC-nin tapşırığı əsasında sürücü Əyyam Mirzəyev tərəfindən Azərbaycan Respublikası ərazisində idarə edilməsinə icazə verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-580/2021 nömrəli, 28.04.2021-ci il tarixli icra sənədinə əsasən 17.05.2021-ci il tarixdə Cavabdeh Zaqatala rayon Suvagil kəndində yerləşən evinə baxış keçirilmiş və baxış zamanı icra sənədində qeyd edilmiş AZ 10D-980 dövlət qeydiyyat nişanlı ekskavator yükləyicisinin həqiqətən də Cavabdeh istifadəsində olduğu, nəqliyyat vasitəsinin işlək və saz vəziyyətdə olduğu müəyyən edilmişdir. Həmin nəqliyyat vasitəsi Cavabdeh CM-nin 303-cü maddəsi izah olunmaqla özünə təhvil verilmişdir. "TEREX"-820SX markalı, ağ rəngli, 2010-cu ildə istehsal edilmiş, 238924 və 40772634 mühərrik nömrəli, zavod nömrəsi şassi HM9117, qeydiyyat nömrəsi AZ 10D-980 olan ekskavator - yükləyicisi İddiaçı adına, AZKT001539TŞ033939 nömrəli hesab arayışa əsasən qeydiyyata alınmışdır. Texnika 24.07.2015-ci il tarixədək AG Bank“ ASC-də girovdadır qeydi əlavə qeyd hissəsində əks olunmuşdur. İddiaçı tələb etdiyi «TEREX-820 SX» markalı 238924, 40772634 mühərrik nömrəli HM9117 şassi nömrəli AZ10D-980 dövlət qeydiyyat nişanlı ekskavator yükləyicisi 24 iyul 2013-cü il tarixdən onun adına qeydiyyatdadır və onun mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianı təmin etmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, texnikanın girovdan azad olunması ilə bağlı iddiaçı tərəfindən mülki iş materialına hər hansı bir sənəd əlavə olunmamışdır. İddiaçının həmin texnika vasitəsinə mülkiyyət hüququnun olub-olmaması aydın deyil. Məhkəmə ilk növbədə iddiaçının həmin texnikaya mülkiyyət hüququnun olub-olmaması, həmin əmlakın hal-hazırda girovda olub-olmamasını araşdırmalı, əmlakın girovda olduğu təqdirdə prosesə 3-cü şəxs qismində "xxxx" ASC-ni cəlb etməli idi. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmır. İşdə olan 24 iyul 2013-cü il tarixli TŞ 036700 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, "TEREX"-820SX markalı, ağ rəngli, 2010-cu ildə istehsal edilmiş, 238924 və 40772634 mühərrik nömrəli, zavod nömrəsi şassi HM9117, qeydiyyat nömrəsi AZ 10D-980 olan ekskavator - yükləyicisi İddiaçı adına, AZKT001539TŞ033939 nömrəli hesab arayışa əsasən qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası tərəfindən "xxxx" ASC 3-cü şəxs kimi işə cəlb edilmiş, lakin 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə kollegiya qeyd edir ki, iddiaçının mülkiyyətində olan "TEREX"-820SX markalı, ağ rəngli, 2010-cu ildə istehsal edilmiş, 238924 və 40772634 mühərrik nömrəli, zavod nömrəsi şassi HM9117, qeydiyyat nömrəsi AZ 10D-980 olan ekskavator - yükləyicisi girov qoyulsa da iddiaçı ona olan mülkiyyət hüququnu itirmir. Yəni mülkiyyətində olan əmlakla bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcuddur. Bundan başqa cavabdeh tərəf həmin TEREX"-820SX markalı ekskavatoru qanuni əsaslarla əldə etməsinə dair məhkəməyə sübut təqdim etməlidir. Ancaq belə bir sübut növü cavabdeh tərəfdən təqdim edilməmişdir. Şikayətin digər dəlili ondan ibarətdir ki, texnika girovdadırsa "AG Bank” ASC-nin texnikaya dair əşya hüququ mövcuddur. Lakin məhkəmə iddiaçının “AG Bank ASC-yə öhdəliyinin olub-olmaması, texnikanın özgəninkiləşdirilməsinə dair qadağanın qüvvədə olub-olmaması məsələsini araşdırmamışdır. Məhkəmə kollegiyası şikayətin bu hissəsi ilə də razılaşmır. Belə ki, əgər "AG Bank” ASC-nin texnikaya dair əşya hüququ mövcuddursa və bu hüquq iddiaçı tərəfindən pozulursa, pozulmuş hüququnun bərpa edilməsi üçün, "AG Bank” ASC tərəfindən apelyatorlara belə bir səlahiyyət verilməmişdir. Yəni "AG Bank” ASC pozulmuş hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət edə bilər. Bundan başqa iddiaçının “AG Bank ASCyə öhdəliyinin olub-olmaması isə hazırkı mübahisənin predmetinə aid deyildir. Öhdəlik olmuş olsa belə bunu mübahisələndirmək hüququ “AG Bank ASC-yə məxsusdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən tərəflərin izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, düzgün olaraq iddianı təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(033)- 580/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(033)-580/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1994/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1994/2021
09.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver