Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-201/2020 08.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-1022/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-1022/2019 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia qismən təmin edilmiş, Zaqatala rayonu, Fındıqlı kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin X7 verdiyi xx.xx.2015-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli Dövlət Reyestrindən verilmiş Çıxarışda göstərilən 3.4699 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və həmin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və qeyriləri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların mülkiyyətində olan Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 3,4699 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsini onlara təhvil verilməsi və 6000 manat vurulmuş ziyanın cavabdehlərdən alınmasına dair qətnamənin çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2015-ci il tarixli qeydiyyat nömrəsi ********* olan RX seriyalı ******* nömrəli Çıxarış əsasında onların birgə mülkiyyətinə Fındıqlı kəndində yerləşən 3,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin fındıq bağının 1 hektarını şifahi əsaslarla cavabdehə icarə müddəti 2018-ci ilin dekabr ayında bitməklə icarəyə vermişlər. İcarə müddəti bitməsinə baxmayaraq cavabdeh fındıq bağından əl çəkməmiş, həmin bağdan bir ton beş yüz kiloqram fındıq yığmışdır. Polisə müraciət etmişlər, nəticəsi olmadığından məhkəməyə müraciət etməli olmuşlar. Cavabdehin yığdığı fındığın bir kiloqramı 4 manat olmaqla cəmi 6000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər və digər iddiaçılar məhkəmə iclasına gəlməmişlər. Birinci instansiya məhkəməsi digər iddiaçıların və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətlərinin dəlilləri İddiaçı1 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamənin 6000 manat ziyan tələbi ilə bağlı hissəsindən narazıdır. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə vəkilinin həmin tarixdə başqa işlə bağlı məhkəmə iclasının təxirə salınmasına dair məktub təqdim etməsinə baxmayaraq və cavabdehlərin iştirakını təmin etmədən məhkəmə keçirmişdir. Məhkəmə həmin torpaq sahəsinin onların məxsus olduğuna və həmin torpaq sahəsində fındıq bağı salındığını qətnamədə qeyd etmişdir. Cavabdehin iltizamda qeyd etdiyi 2018-ci ilin dekabr ayınadək torpaqdan çıxacağını bildirdiyini, lakin icarə müddətinin bitməsinə baxmayaraq cavabdehlərin üzərinə düşən öhdəliyi icra etməmələrini, yəni torpaq sahəsindən çıxmamalarını qətnamədə qeyd etsə də, həmin bağdan bir ton beş yüz kiloqram fındıq yığaraq onlara 6000 manat ziyan vurmalarını nəzərə almamışdır. Onlar bu barədə polisə müraciət etmişdilər, məhkəmənin qətnamə qəbul etdiyi gün polisdə aparılmış araşdırmanın nəticəsi olaraq qəbul edilmiş qərarın surətini almamışdılar. Lakin polisdə araşdırma aparıldığını məhkəmə iclasında bildirmişdir. Məhkəmə 6000 manat ziyan tələbi ilə bağlı hissədə yetərincə sübutların olmadığını qeyd edərək tələsik qətnamə çıxarmışdır. O, növbəti məhkəmədə cavabdehlərin həmin fındıq bağından fındıq məhsulu yığdıqlarına və ona 6000 manat məbləğində ziyan vurmalarına dair sübutlarını, yəni fotoşəkilləri və polisin qərarını təqdim edəcəkdi. Lakin məhkəmə işi tələsik yekunlaşdıraraq ona sübutlarını təqdim etmək üçün şərait yaratmamışdır. Bundan başqa o, hesab edirdi ki, cavabdehlər məhkəmə iclasında iştirak edəcək, onlara məxsus fındıq bağından çıxmadıqlarını və fındıq məhsulunu özləri yığdıqlarını etiraf edəcəkdirlər. Lakin məhkəmə cavabdehlərin iştirakını təmin etmədən, fındıq bağının cavabdehlər tərəfindən zəbt olunub-olunmadığını, fındıq məhsulunun onlar tərəfindən yığılıb yığılmadığını, fındıq məhsulu yığılmışdırsa neçə kiloqram yığdıqlarını, həmin fındığın bazarda dəyərinin neçə manat olduğunu, onlara cəmi neçə manat ziyan vurduqlarını araşdırmadan qətnamə qəbul edilmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)- 1022/2019 nömrəli qətnaməsinin ləğv edilməsinə, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, onlar qeyd edilən qətnamədən narazıdırlar və hesab edirlər ki, qətnamə onların müdafiə hüququ pozulmaqla qəbul edilmişdir. Belə ki, məhkəmə prosesi onların iştirakları olmadan keçirilmiş, onların həmin məhkəmədə iştirakı təmin edilməmişdir. Belə ki, iddiaçıların vəkili Əhməd Nəbiyev onlara məktub göndərək prosesin təxirə salınması barədə müraciət etdiyini bildirmiş və həmin məktub Zaqatala Rayon Məhkəməsinədəgöndərilmişdir. Lakin bütün bunlara baxmayaraq məhkəmə keçirilmiş və onların iştirakı olmadan onların hüquqlarını pozan qətnamə qəbul edilmişdir. Tələb edilən torpaq sahəsinin bir hektar hissəsi 150 fındıq ağacı olmaqla tərəfindən 1999-cu ilin noyabr ayında 1000 ABŞ dolları müqabilində satın alınmışdır və həmintarixdən onların istifadəsindədir. Belə ki, o, pulu Zakatala rayon Pasan və Fındıqlı kənd sakinləri X3, X1, X6. X5 və X2 iştirakı ilə İddiaçı1 vermişdir. İddiaçı2 da bağı onların satın aldıqlarını bilirdi. Qeyd edilən bir hektar bağ sahəsi tərəflərindən icarəyə götürülməmişdir, bağ satın alınmışdır. Bütün yuxarıda qeyd edilən xüsusatlar Zaqatala Rayon Məhkəməsi tərəfindən araşdırılmamışdır. Bütün yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, iddia tələbi əsasıszdır və rədd edilməlidir. Göründüyü kimi, məhkəmə iclasında hər hansı bir sübut tədqiq olunmamış, tərəflərin iştirakı təmin edilmədiyi üçün qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)- 1022/2019 nömrəli qətnaməsinin ləğv edilməsini,iddiaçılar İddiaçı1, İddiaçı2, X8, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onların mülkiyyətində olan Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 3.4699 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin onlara təhvil verilməsi və 6000 manat vurulmuş ziyanın cavabdehlərdən alınması tələbinə dair iddialarının rədd edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmin apelyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. İddiaçılar İddiaçı1, İddiaçı2, X8, İddiaçı4, İddiaçı5 və İddiaçı6 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-1022/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan RX nömrəli ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, mübahisələndirilən 3,4699 ha torpaq sahəsi iş üzrə iddiaçıların ümumi birgə mülkiyyətindədir. İşdə olan Cavabdeh1 tərəfindən yazılmış iltizamdan görünür ki, o, 2018-ci ilin dekabr ayınadək mübahisələndirilən torpaq sahəsindən çıxacağını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 vı 157.1ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iş üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən iş üzrə cavabdeh 2018-ci ilin dekabr ayınadək çıxacağını bildirmiş, lakin bununla üzərinə düşən öhdəliyi icra etməmişdir. Müəyyən olunmuşdur ki, torpaq sahəsinin bir hissəsi cavabdehə 2018-ci ilin dekabr ayınadək şifahi qaydada icarəyə verilmiş, yəni tərəflər arasında yazılı icarə müqaviləsi mövcud olmamış(belə bir sübutu tərəflər məhkəməyə təqdim etməmişlər). Şifahi razılaşma əsasında cavabdeh 2018-ci ilin dekabr ayında torpaq sahəsini boşaltmalı olduğu halda bunu etməmişdir. Yaranmış vəziyyətdə məhkəmə tələbin cavabdehlərin torpaq sahəsindən çıxarması və torpaq sahəsinin iddiaçılara təhvil verilməsi hissəsinə münasibətdə tələblə razılaşır. Birinci instansiya məhkəməsi tələbin 6000 manat maddi ziyan hissəsinə münasibətdə işə tələbi əsassız hesab etmişdir. Çünki iddiaçılar 6000 manat ziyanın dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Odur ki, birinci instansiya məhkəməsi tələbin həmin hissəsinin təmin olunmaması qənatinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətlərinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apelyatorların apelyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan tərəflər göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin cavabdehlərin apelyasiya şikayətində məhkəmə prosesinin onların iştirakları olmadan keçirilməsi, onların həmin məhkəmədə iştirakının təmin edilməməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1022/2019 nömrəli qərardadı ilə hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və işin məhkəmə hazırlıq iclası xx xxxxxxxx 2019-cu il tarixə, saat 12:15-ə təyin edilmişdir. xx xxxxxx 2019-cu ildə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsi məqsədi ilə, cavabdehlərə məktub göndərilmişdir. xx xxxxxxxx 2019-cu ildə iddiaçılardan İddiaçı1 iştirakı ilə məhkəmə hazırlıq iclası keçirilmiş və mülki işin məhkəmə baxışı xx xxxxxxxx 2019-cu il tarixə, saat 10:15-ə təyin edilmişdir. xx xxxxxxxx 2019-cu ildə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi məqdəsi ilə, cavabdehlərə məktub göndərilmişdir. Cavabdeh1 göndərilmiş məktub xx xxxxxxxx 2019-cu ildə onun ünvan 1i ünvanında xəbərnamənin şəxsən qrafasına imza edilməklə qəbul edilmiş və xəbərnamə məhkəməyə geri qaytarılmışdır. Həmçinin məhkəmə kollegiyası tərəfindən də, hazırki məhkəmə iclası ilə bağlı bildirişlər ünvan 1i ünvanına göndərilmiş və cavabdehlər həmin ünvanda bildirişləri alaraq məhkəmə kollegiyasının iclasında iştirak etmişlər. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verdiyindən cavabdehlərin apelyasiya şikayətində göstərdikləri əsaslı hesab edilə bilməz Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)- 1022/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)- 1022/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-201/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-201/2020
08.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver