Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-201/2024 09.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi X3 Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təstiq edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiqi, tələbdən kənara çıxma) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Ərizəçi X3, Maraqlı şəxs, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi X3 Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təstiq edilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(051)-2320/2023 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs 5000 manat borc vermişdir. İlk vaxtlar cavabdeh həmin pulun vaxtında qaytarılmasına söz verdi. Lakin cavabdeh verdiyi sözə əməl etmədi. Maraqlı şəxs pulun qaytarılmasını dəfələrlə xahiş və tələb etsə də, o müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Hətta iki dəfə ondan yazılı şəkildə möhlət verilməsini xahiş etsə də, yenə də öz öhdəliyini icra etməmişdir. Bundan əlavə 26 avqust 2023-cü ildə o cavabdehə 700 manat pul da vermişdir. Buna dair də sübutları var. 24 oktyabr 2022-ci il tarixində Maraqlı şəxs ilə bərabər könüllü şəkildə Mingəçevir şəhəri 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində olmuşlar. Aralarında bağlanan xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən 5000 (beş min) manat borc pul verilməsi və həmin pulun xx.xx.2022-ci il tarixinə kimi qaytarılması ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Lakin qarşı tərəf Maraqlı şəxs Barışıq Sazişini icra etmir və həmin Sazişin icrasından imtinasını da əsaslandırmır, heç bir əsaslı səbəb göstərmir. Barışıq Sazişinin 1-ci bəndində qeyd edilir ki, “İkinci tərəf, yəni Maraqlı şəxs birinci tərəfdən, yəni ondan 5000 manat məbləğində borc pul götürdüyünü etiraf edir. İkinci tərəf birinci tərəfdən götürdüyü 5000 manatı xx.xx.2022-ci ilədək ödəmək öhdəliyini öz üzərinə götürür. Tərəflər sazişin şərtləri pozulduğu halda məhkəməyə müraciət edə bilərlər”. Məhz bu məsələ ilə bağlı mediasiyada onlara ətraflı məlumat verildi, bütün məsələlər izah olundu və hər ikisi sərbəst şəkildə imza etməklə razılıqlarını, iradə ifadələrini bildirmişlər. Lakin Maraqlı şəxs barışıq sazişinin tələblərini, xüsusilə də qeyd edilən 1-ci bəndin şərtlərini kobud surətdə pozmuş və icra etməmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Belə olan halda məcburən barışıq sazişinin təsdiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Birinci instansiya məhkəməsində icraat:
3. Ərizəçi X8 birinci instansiya məhkəməsinin məhkəmə iclasında Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Maraqlı şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, onunla telefonoqram vasitəsi ilə əlaqə saxlanan zaman bildirmişdir ki, həqiqətən onun ərizəçiyə borcu vardır. Maddi imkanı olmadığından borcunu qaytara bilməmişdir. Gələcəkdə pulu olduqda borcunu qaytaracaqdır.
5. Mingəçevir Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(051)-2320/2023 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) ərizənin təmin edilməsi, Ərizəçi ilə borclu Maraqlı şəxs arasında olan 24 oktyabr 2022-ci il tarixli 5000 (beş min) manat məbləğində borc müqaviləsinin bağlanması ilə bağlı barışıq sazişinin təsdiq edilməsi və barışıq sazişinin məcburi icra edilməsi, 5000 (beş min) manat pulun Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 24 oktyabr 2022-ci il tarixində könüllü şəkildə Mingəçevir şəhəri 1 saylı Mediasiya Təşkilatında barışıq sazişi balanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs Ərizəçi 5000 (beş min) manat borc pul almasını etiraf etmiş və həmin pulun xx.xx.2022-ci il tarixinə kimi qaytarılmasını öhdəsinə götüpmüşdür. Lakin Maraqlı şəxs barşıq sazişini könüllü olaraq icra etməmişdir. Odur ki, Ərizəçi barışıq sazişini təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdr.
7. Gəldiyi nəticəni isə onunla əsaslandırmışdır ki, borc alanın ərizəçiyə olan borcunu 24 oktyabr 2022-ci il tarixli barışıq sazişində ərizəçidən aldığı 5000 (beş min) manat borc pul məbləğini etiraf etməsi, qeyd olunan borc məbləğinin borclu tərəfindən xx.xx.2022-ci il tarixdə tam olaraq ödəmək öhdəliyini öz üzərinə götürdüyü məhkəmə iclasında tərəflərin həmçinin iş materiallarında olan sənədlərlə də öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməlidir.
8. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17, 306.2, 355-23.1, 355-24, 355-25.1, 355-25.3, 355-26-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a)Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti vermişdir.
10. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, hesab edir ki, məhkəmənin bu qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, iş hərtərəfli, tam və obyektiv araşdırılmamış, məhkəmədə tərəf kimi iştirakı təmin olunmamış, iştrirakının təmin olunması üçün prosessual tələblərə əməl olunmamış və nəticədə o, zəruri sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, qətnamə qanunsuz, əsassız və ədalətsiz olduğuna görə ləğv olunmalıdır.
11. Qeyd etmək istəyir ki, o, Ərizəçi 2022-ci ilin əvvəllərindən sələmə hissə-hissə borc pul alıb sələmi ilə birgə qaytarmışdır. 2022-ci ilin oktyabr ayına qədər o, Ərizəçi ümumilikdə 3800 manat pul qaytarmışdır və 1200 manat verəcəyi qalmışdır. Həmin pulları o, ona pul kartından pul kartına ödəmişdir. Ərizəçi bank kartı olmadığına görə onun göstərişi ilə pulu dostu Rəqşanın bank kartına ödəmişdir.
12. 2022-ci ilin oktyabr ayında Ərizəçi və dostu Rəqşan onu Mingəçevir şəhərindəki Qələbə meydanının yaxınlığında olan çayxanaya çağırıb demişlər ki, ya sən 1200 manatı təcili qaytarmalısan, ya da pulu gecikdirdiyinə görə bizimlə mediasiya təşkilatına gedib orada yenidən 5000 manat borc sazişinə imza edib təsdiqləməlisən. Əks təqdirdə, səni polisə verib tutduracağıq, başına oyun açacağıq, o, da qorxduğu üçün almadığı 5000 manat barışıq sazişinə mediasiyada imza etməyə razılaşmışdır.
13. Barışıq sazişini imzaladıqdan sonra o, 1200 manat qalan borcunu da 4 ay ödəyə bilməmişdir. Nəhayət, o, 2023-cü ilin fevral ayının 28-də Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Sahilyanı Mühafizəsinə müddətindən artıq həqiqi hərbi xidmətə təyin olunmuş və hal-hazıradək həmin hərbi hissədə “çavuş” hərbi rütbəsi ilə hərbi xidmətdədir. Hərbi xidmətə başlayandan 2023-cü ilin sentyabr ayına qədər o, pul kartı vasitəsi ilə və ödəmə terminalı vasitəsi ilə Ərizəçi dostu Rəqşanın bank kartına 4200 manat pul ödəmişdir və buna dair sübutları vardır. Yəni, qeyd etməyi zəruri hesab edir ki, Ərizəçi onu acizliyindən yükləyərək ondan 2022-ci ilin oktyabr ayına qədər ödəmə terminalı vasitəsi ilə 3800 manat, barışıq sazişini təsir və təzyiq göstərməklə, hədələməklə imza etdirdikdən sonra isə 2023-cü ilin fevral ayından sentyabr ayına qədər 4200 manat, cəmi 8000 manat pul ödəməyinə nail olmuşdur. Məhkəmə yalnız ərizəçinin iştirakı ilə işə baxdığına görə, işin digər halları barədə məlumatsız olmuş, birtərəfli iş apararaq ondan məcburi olaraq 5000 manat alınıb ərizəçiyə verilməsi barədə qətnamə çıxarmışdır.
14. Məhkəmə qətnaməsində göstərilir ki, Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Əvvəla qeyd edir ki, ona məhkəmə iclasının vaxtı və yeri barədə nə rəsmi, nə də şifahi qaydada məlumat verilməmişdir. Belə ki, yuxarıda qeyd etdiyi kimi o, Dövlət Sərhəd Xidmətinin Bakı şəhəri Türkan qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsində çavuş rütbəsində hərbi xidmətdədir, digər ərazilərə təlimlərə göndərilir və ona şəxsən və ya hərbi hissə vasitəsi ilə məhkəmə bildirişi verilməmişdir. Əgər ona qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə məhkəmə iclası haqqında məlumat verilsəydi, ya o, özü, ya da etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında iştirak edərdilər və lazımi sübutları məhkəməyə təqdim edib öz hüquqlarından istifadə edərdilər, məhkəmə çəkişmə prinsipi əsasında keçirilərdi.
15. Digər tərəfdən, məhkəmə qətnaməsində qeyd olunur ki, onunla telefonoqram vasitəsilə əlaqə saxlanılıb və o, guya demişdir ki,“həqiqətən mənim ərizəçiyə borcum var, maddi imkanım olmadığından borcu qaytara bilməmişəm, gələcəkdə pulum olduqda borcu qaytarcağam”. Qeyd etmək istəyir ki, onun mobil telefonuna həqiqətən zəng gəlmiş və telefonda danışan bir xanım ona demişdir ki, 10 gündür məhkəmə gedir, niyə məhkəməyə gəlmirsiniz, o, isə həmin xanımdan soruşmuşdur ki, bu nə məhkəmədir, o, ona demişdir ki, Ərizəçilə əlaqəli 5000 manat borc pul məsələsidir, 10 gündür ki, məhkəmə gedir, səndən şikayət edir, bu gün saat 15.00-a qədər məhkəmə iclasına gəlin. O, isə onunla danışan həmin xanıma bildirmişdir ki, məhkəmənin vaxtı barədə ona deyilməmişdir, o, hal-hazırda Lənkəran rayonu ərazisində hərbi təlimdədir, növbəti həftə məhkəməyə gələ bilər və Ərizəçi iştirakı ilə işə aydınlıq gətirər. Yəni, o, borcu etiraf etməmiş, buna dair hər hansı etirafedici söz telefonda deməmişdir. Həqiqət isə yuxarıda qeyd etdiyi kimidir.
16. Göründüyü kimi, məhkəmə yuxarıda qeyd olunan çoxsaylı prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmaqla məhkəmə keçirmiş və sonda qanunsuz qətnamə çıxarmışdır. Bir daha qeyd edir ki, o, maraqlı şəxs kimi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə məhkəmə tərəfindən onun iştirakı olmadan birtərəfli qaydada baxılmışdır.
17. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2320/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etirazı daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2320/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2320/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi X8 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2320/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmçinin izahatına əlavə olaraq Maraqlı şəxs ilə aralarında mediasiya qaydasında barışıq sazişi imzalandıqdan sonra və onun Mingəçevir Şəhər Məhkəməsinə ərizə ilə müraciət etməsinədək Maraqlı şəxs tərəfindən ona olan 5000 manat borcdan hissə-hissə 4 dəfəyə cəmi 900 manat pulun qaytarıldığını, borcdan 900 manatının qaytarılmasından sonra isə onun tərəfindən Maraqlı şəxs yenidən 700 manat borcun verildiyini, hazırda Maraqlı şəxs ona cəmi 4800 manat borcunun qaldığını göstərmişdir.
22. Ərizəçi X3 yuxarıdakı məzmunlu izahatından sonra Maraqlı şəxs ərizəçi X3 izahatında mediasiya qaydasında barışıq sazişi imzalandıqdan sonra ərizəçiyə 900 manat pul vəsaitini ödəməsi, 900 manatı ödədikdən sonra ərizəçinin ona yenidən 700 manat borc verməsinə dair göstərdiklərinin doğru olduğunu göstərmişdir.
Tətbiq edilən hüquq
23. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanunu: 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 306.2-ci maddəsinə əsasən Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maraqlı şəxs apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2320/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etdiyindən kollegiya Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2320/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq iddianı düzgün olmayaraq yuxarıda qeyd edildiyi qaydada tam təmin etmiş və iddia tələbindən kənara çıxmışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2320/2023 nömrəli qətnаməsi qismən ləğv edilməlidir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
30. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, ərizəçi X8 ilə Maraqlı şəxs arasında 24 oktyabr 2022-ci il tarixdə könüllü şəkildə Mingəçevir şəhəri 1 saylı Mediasiya Təşkilatında barışıq sazişi balanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs Ərizəçi 5000 (beş min) manat borc pul almasını etiraf etmiş və həmin pulun xx.xx.2022-ci il tarixinə kimi qaytarılmasını öhdəsinə götümüşdür. Lakin Maraqlı şəxs 5000 manat borcdan 900 manatını ərizəçinin birinci instansiya məhkəməsinə müraciətinədək ödəməsinə baxmayaraq, qalan 4100 manat borca dair hissədə barşıq sazişini könüllü olaraq icra etməmişdir. Birinci instansiya məhkəməsi isə 5000 manat borca dair barışıq sazişini tam təsdiq etməklə yanaşı tələbdə pulun tutulması istənilmədiyi halda Maraqlı şəxs 5000 manat pulun alınaraq Ərizəçi ödənilməsini də qət etmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.
32. Belə ki, Ərizəçi ərizəsində Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bu isə onu deməyə əsas verir ki, ərizəçinin maraqlı şəxsə qarşı tələbi 5000 manat pulun alınması ilə bağlı deyil, mediasiya qaydasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü mаddəsinin tələbindən də göründüyü kimi hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
33. Göründüyü kimi, birinci instansiya məhkəməsi Maraqlı şəxs 5000 manat pulun alınaraq Ərizəçi ödənilməsi nəticəsinə gələrkən iddia tələbindən kənara çıxmaqla səhvə yol vermişdir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi ərizəsində maraqlı şəxslə aralarında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri üzrə maraqlı şəxsin ona olan 5000 manat borcunu 20 dekabr 2022-ci il tarixədək ödəmək öhdəliyini götürməsinə baxmayaraq, Maraqlı şəxs barışıq sazişinin tələblərini, xüsusilə maraqlı şəxsin ondan 5000 manat borcu almasını etiraf etməsinə dair 1-ci bəndinin şərtlərini kobud surətdə pozaraq, icra etmədiyini göstərməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında 5000 manat borcdan 900 manatının birinci instansiya məhkəməsinə barışıq sazişinin təsdiq edilməsinə dair ərizənin verilməsinədək ödənildiyini etiraf etmişdir.
36. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin ərizəçiyə olan borcunun qaytarılmasına dair dəlili ilə qismən razılaşaraq qeyd edir ki, ərizəçinin izahatı ilə 5000 manat borcdan 900 manatının barışıq sazişinin təsdiqinə qədər ödənilməsi təsdiq edilməsinə baxmayaraq, qalan 4100 manat borcun da qaytarılması barədə maraqlı şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, barışıq sazişinin qanunvericiliyə zidd olması halı müəyyən edilməsə də öhdəliyin icra edilmiş hissəsi üzrə də barışıq sazişinin təsdiq edilməsi məhkəmə qətnaməsinin icrasında anlaşılmazlıqların yaranması ilə yanaşı, maraqlı şəxsdən ödənilmiş məbləğin yenidən tələb edilməsinə səbəb ola bilər.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmədə iştrirakının təmin olunması üçün prosessual tələblərə əməl olunmamasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan 20 sentyabr 2023-cü il tarixli SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən Maraqlı şəxs barışıq sazişinin mediasiya qaydasında təsdiqi zamanı ona aid olduğunu göstərdiyi 55-524-52-16 nömrəli mobil telefonuna SMS göndərilməklə sonuncuya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hədə qorxu təsiri altında mediasiya qaydasında imzalanmış barışıq sazişinə imza atmasına dair dəlilini də əsassız hesab edərək qeyd edir ki, həmin sənədə hədə qorxu altında imza atmışdırsa maraqlı şəxsin 24 oktyabr 2022-ci il tarixdən sonra bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmək imkanı olmuşdur. Maraqlı şəxs bununla əlaqədar hər hansı bir hüquq mühafizə orqanına müraciət etməsinə dair heç bir fikir ifadə etməməklə yanaşı buna dair məhkəmə kollegiyasına hər hansı bir sənəd də təqdim etməmişdir. Barışıq sazişi məhz mediatorun iştirakı ilə imzalanmaqla və mediasiya qaydasında təsdiq edilməklə onun maraqlı şəxs tərəfindən təsir və təzyiq altında imzalanması halı müəyyən edilməmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 900 manat istisna olmaqla 5000 manat borcdan yerdə qalan 4100 manatının ərizəçiyə ödənilməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, maraqlı şəxs buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin pul kartı vasitəsi ilə və ödəmə terminalı vasitəsi ilə məbləği Ərizəçi dostu Rəqşanın bank kartına ödəməsinə dair dəlilinə də münasibət bildirərək qeyd edir ki, iş materialı ilə Rəqşan adlı şəxsin Maraqlı şəxs qəbul etdiyi vəsaiti Ərizəçi ödəməsi, Ərizəçi ona olan borcu Rəqşan adlı şəxsin kart hesabına ödəməsini Maraqlı şəxs xahiş etməsi və yaxud bununla əlaqədar sonuncuya tapşırıq verməsi iş materialları ilə öz təsdiqini tapmamış, həmçinin maraqlı şəxs tərəfindən də buna dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
41. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
43. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
44. Məhkəmə kollegiyası ərizəçi tərəfindən sonradan maraqlı şəxsə yenidən 700 manat pul verməsinə münasibətdə qeyd edir ki, həmin məbləğ barışıq sazişinin tərtib və təsdiq edilməsi üçün əsas olan borcun kütləsinə daxil deyildir.
45. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2320/2023 nömrəli qətnaməsi 5000 manat pulun Maraqlı şəxs alınaraq X4 ödənilməsi və Maraqlı şəxs ilə X8 arasında 24 oktyabr 2022-ci il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin 5000 manat borcdan 900 manatı üzrə barışıq sazişinin təsdiq edilməsi hissələrində ləğv edilməli, 5000 manat pulun Maraqlı şəxs alınaraq X4 ödənilməsi qətnamədən xaric edilməli, Maraqlı şəxs ilə X8 arasında 24 oktyabr 2022-ci il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin 5000 manat borcdan 900 manatı üzrə barışıq sazişinin təsdiq edilməsi hissəsində yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə rədd edilməli, qətnamə maraqlı şəxsin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2320/2023 nömrəli qətnaməsi 5000 manat pulun Maraqlı şəxs alınaraq X4 ödənilməsi və Maraqlı şəxs ilə X8 arasında 24 oktyabr 2022-ci il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin 5000 manat borcdan 900 manatı üzrə barışıq sazişinin təsdiq edilməsi hissələrində ləğv edilsin. 5000 manat pulun Maraqlı şəxs alınaraq X4 ödənilməsi hissəsi qətnamədən xaric edilsin. Maraqlı şəxs ilə X8 arasında 24 oktyabr 2022-ci il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin 5000 manat borcdan 900 manatı üzrə barışıq sazişinin təsdiq edilməsi hissəsində yeni qətnamə qəbul edilsin və iddia tələbi həmin hissədə rədd edilsin. Qətnamə Maraqlı şəxs оğlunun apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.