Məhkəmə qərarları › İş №2(107)-2036/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2036/2021

25.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2036/2021 25.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı Qəbələ Rayon Mirzəbəyli Bələdiyyəsinin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi və maneələrə son qoyulması" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(025)-555/2021 nömrəli qərardadından iş üzrə iddiaçı Qəbələ Rayon Mirzəbəyli Bələdiyyəsi tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Qəbələ Rayon Mirzəbəyli Bələdiyyəsi Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi və maneələrə son qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Mirzəbəyli kəndində Mirzəbəyli Bələdiyyəsinə məxsus 1.7 ha torpaq sahəsindən cavabdeh tərəfindən istifadəyə maneələrə son qoyulması, cavadehin həmin torpaq sahəsindən çıxarılması və cavabdeh tərəfindən tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. Qəbələ Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(025)-555/2021 saylı qərardadı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan iddiaçı X2 Cavabdeh qarşı “mülkiyyətində olan ferma binasına və torpaq sahəsinə gediş-gəliş yolunun açılması, bu sahələrdən digər yardımçı vasitələrlə birlikdə istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılıb qurtarana kimi Qəbələ Rayon Məhkəməsinin icraatında olan iddiaçı Qəbələ Rayon Mirzəbəyli Bələdiyyəsinin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi və maneələrə son qoyulması" tələbinə dair mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 13 sentyabr 2021-ci il tarixli, 2(025)- 555/2021 saylı qərardadı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan iddiaçı X2 Cavabdeh qarşı “mülkiyyətində olan ferma binasına və torpaq sahəsinə gediş-gəliş yolunun açılması, bu sahələrdən digər yardımçı vasitələrlə birlikdə istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılıb qurtarana kimi Qəbələ Rayon Məhkəməsinin icraatında olan iddiaçı Qəbələ Rayon Mirzəbəyli Bələdiyyəsinin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi və maneələrə son qoyulması" tələbinə dair mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı Qəbələ Rayon Mirzəbəyli Bələdiyyəsinin sədri X6 məhkəməyə şikayətlə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(025)-555/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(025)-555/2021 saylı qərardadı ilə iddiaçı Qəbələ Rayon Mirzəbəyli Bələdiyyəsinin sədri X6 tərəfindən verilmiş şikayət təmin edilməyərək mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayət ərizəsini işdə olan sənədlərlə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırarkən ona əsaslanmışdır ki, iddiaçı X2 Cavabdeh qarşı “mülkiyyətində olan ferma binasına və torpaq sahəsinə gedişgəliş yolunun açılması, bu sahələrdən digər yardımçı vasitələrlə birlikdə istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Qəbələ Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli 2(025)-550/2019 nömrəli qətnaməsi ilə iddiaçı X1 mülkiyyətində olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 249 kv.m qeyri-yaşayış sahəsinə və 0,10 ha torpaq sahəsinə gediş-gəliş yolun açılması, həmin sahələrdən istifadəyə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması və həmin sahələrə daxil olmaq cavabdehə qadağan edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2(025)-550/2019 saylı qətnaməsi qismən yəni, iddiaçı X1 mülkiyyətində olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 249 kv.m qeyriyaşayış sahəsinə və 0,10 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması, həmin sahələrdən istifadəyə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolllegiyasının 29 aprel 2021 il tarixli 2(102)-2039/2021 nömrəli qərarına əsasən iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-86/2020 nömrəli iş üzrə 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə texniki-tikinti ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə tapşırılmışdır. Məhkəmə tikinti-texniki ekspertizаsı təyin edildiyinə görə ekspertin rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icrааtın dаyаndırılması qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Çünki iş üzrə icraatın dayandırılması dedikdə, məhkəmədən və işdə iştirak edən şəxslərdən asılı olmayan səbəblərə görə məhkəmə prosesini davam etdirməyin qeyrimümkün olması və bunlara görə iş üzrə bütövlükdə prosessual fəaliyyətin müvəqqəti hərəkətsiz saxlanılması analşılır. Kollegiya bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi öz mövqeyində o zaman haqlı olardı ki, mübahislər arasında bağlılıq və ya asılılıq, həmçinin məhkəmə prosesini davam etdirməyin qeyri-mümkün olması Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin tələblərinə cavab versin, yəni məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə hazırkı işə baxmaq mümkün olmasın. X7 Məhkəməsinin Mülki Kollegiyasının icraatında yuxarıda qeyd olunan mülki işlə Qəbələ Rayon Məhkəməsi tərəfindən icraatı dayandırılmış mülki iş arasında hər hansı bağlılığın (asılılığın) olması, məhkəmə prosesinin davam etdirilməsini qeyri-mümkün edən hal müəyyən edilmir. Beləliklə məhkəmə kollegiyası sadlanan hallara əsasən hesab edir ki, Qəbələ Rayon Məhkəməsi icraatında olan 2(025)-555/2021 nömrəli mülki iş üzrə icraatı dayandırmaqda haqlı olmamış, tərəflər arasında olan mübahisələrin bir-biri ilə bağlılığını, məhkəmə prosesinin davam etdirməyin qeyri-mümkünlüyünü əsaslandırmamış, mülki işlərdən birinin digərinin nəticəsinə nə cür təsir edəcəyini dəqiqləşdirməmiş və beləliklə də düzgün olmayan qərardad qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən, Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, şikayətin dəlilləri icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı Qəbələ Rayon Mirzəbəyli Bələdiyyəsinin sədri X6 tərəfindən verilmiş şikayət təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(025)-555/2021 saylı qərardadı tam, həmin qərardada bağlı 23 sentyabr 2021-ci il tarixli, 2(025)-555/2021 saylı qərardadı qismən “ şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin. İddiaçı Qəbələ Rayon Mirzəbəyli Bələdiyyəsinin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi və maneələrə son qoyulması" tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar