Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2145/2020 18.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin 1/5 hissədə bölünməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-691/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-691/2020 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin edilmiş, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 Cavabdeh1 və Cavabdeh2 qarşı Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.25 ha torpaq sahəsinin 1/6 hissədə paylarının müəyyən edilməsi barədə tələbinin təmin edilməsi qət edilmişdir. Həmçinin göstərilmişdir ki, bu qətnamə JN 180F nömrəli Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasən mərhum X2, İddiaçı2, Cavabdeh1, İddiaçı1, Cavabdeh2 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin 1/6 hissədə paylarının iddiaçıların adına dövlət qeydiyyatına alınması üçün əsasdır. Qətnamənin icrası DƏDRX-nin 16 saylı Ucar ərazi İdarəsinə həvalə edilmişdir. İşin halları İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Göyçay rayonu Çayarxı kəndində yerləşən JN 180F saylı Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən onların və cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin paylarının müəyyən edilməsi, eləcə də həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən paylarının müəyyən edilərək naturada ayırılaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 iddianın həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək Göyçay rayonu Çayarxı kəndində yerləşən JN 180F saylı Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən onların və cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı3 birinci instansiya məhkəməsinin iclаsının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin iddiaçı məhkəmə baxışında iştirak etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа iş üzrə İddiaçı2 iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayon X3 xx xxxxxxxx 1998-ci il tarixli 42 nömrəli qərarı ilə X4 ailə başçısı olmaqla, İddiaçı1, İddiaçı2, İddiaçı3, X5 və Cavabdeh2 Göyçay rayonu Çayarxı kəndi ərazisində 0.25 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair JN 180F nömrəli Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə verilmişdir. xx.xx.2004cü il tarixdə X4 vəfat etmişdir. Lakin cavabdehlər birgə mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etməyə imkan vermir, onları həmin torpaq sahəsinə buraxmır. Bu səbəbdən cavabdehlərlə birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin hər birinə düşən payın müəyyən edilməsi zərurəti yaranmışdır. Lakin cavabdeh könüllü olaraq onların payını vermək istəmir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 birinci instansiya məhkəməsinə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, X3 1998-ci il 17 sentyabr tarixli 42 saylı qərarının göstərildiyi JN 180F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin tərtib edilərkən qüsurların olması, onun etibarsız olmasına dəlalət edir. Belə ki, sənədin ilk səhifəsində sakin kimi 6 nəfər göstərilsə də, faktiki olaraq qardaşı X6 da, vəfat etdiyi tarixədək xx.xx.2000-ci il tarixədək onlarla həmin mülkiyyətdə yaşamışdır. Lakin adı aktda daxil edilməmişdir. İddiaçı tərəf cavabdeh olaraq Şəbinə Hümbətovanın da həmin mülkdə yaşamasını qeyd etsələr də, İddiaçı2la Cavabdeh1 əvvəl nikahda olmuş, onların arasında bağlanmış nikah xx xxxx 2004- cü il tarixdə Göyçay Rayon Məhkəməsinin qətnaməsinə əsasən ləğv edilmiş və halhazırda Cavabdeh1 faktiki olaraq həmin mülkdə yaşamır. Həmçinin İddiaçı2 uzun müddətdir ki, Göyçay rayonunda yaşamır. Buna görə də hesab edir ki, iddia ərizəsində qeyd edilən iddiaçıların hüquqlarını məhdudlaşdırmağı barədə olan fikirləri həqiqəti əks etdirmir. İş üzrə Cavabdeh1 birinci instansiya məhkəməsinin iclаsının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda… məhkəmə işə baxmağa haqlıdır. Birinci instansiya məhkəməsi cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh2 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnaməsi ilə razılaşmır, hesab edir ki, məhkəmənin mübahisə olunan qətnaməsi qeyriqanuni və əsassızdır, işin halları tam, hərtərəfli araşdırılmamış, iş üzrə sübutlara tam, hərtərəfli, obyektiv və düzgün hüquqi qiymət verilməməklə çıxarılmış, AR MPM-nın 14, 49cu maddələrin tələbləri pozulmaqla, maddi və prosessual hüquq normaları məhkəmə tərəfindən düzgün tətbiq olunmamaqla qeyri-qanuni qətnamə çıxarılmışdır. Məhkəmə qətnamə çıxararkən iddiaçılar tərəfindən məhkəməyə təqdim olunan JN 180F saylı torpağa mülkiyyət hüququ verən şəhadətnaməni əsas götürmüşdür ki, bu da öz növbəsində qeyri-qanuni qətnamənin çıxarılmasına səbəb olmuşdur. İddiaçılar tərəfindən məhkəməyə təqdim olunan JN 180F saylı torpağa mülkiyyət hüququ verən şəhadətnamə mülkiyyət hüququnu təstiq edən sənəd hesab olunmur. Qanunvericiliyin tələbinə görə xüsusi mülkiyyət hüququ verən yeganə sənəd "Qeydiyyat vəsiqəsi" və ya "Reyestrdən Çıxarış" hesab olunur. Qanunvericiliyin tələblərinəəməl olunsaydı mübahisəli torpaq sahəsi birinci növbədə onların valideynlərinin adına özəlləşdirilməli və ondan sonra mübahisəli torpaq sahəsi miras əmlak kimi tanınmalı və varislər arasında miras əmlakda payların müəyyən olunması barədə mübahisə yarana bilərdi. Mübahisəli torpaq sahəsi atası İddiaçı1 ölmündən əvvəl anasının adına rəsmiləşdirilmiş və anası ölən günə qədər torpaq sahəsinə görə dövlətə bütün ödəmələri ödəmişdir. Anasının ölümündən sonra mübahisəli torpaq sahəsi bu günə kimi onun istifadəsində olmuş, torpağa görə bütün ödəmələr tərəfindən ödənilmişdir. X1 hələ rəhmətə getməmişdən əvvəl xx.xx.2001-ci il tarixdə onun adına vəsiyyətnamə vermiş və vəsiyyətnamənin göstərişinə əsasən anasının ölümündən sonra ona məxsus olan daşınar və daşınmaz əmlak miras əmlak kimi ona verilməsi göstərilmişdir. İşin bu halında mübahisəli torpaq sahəsi anasının adına özəlləşmiş olsaydı vəsiyyətnaməyə əsasən onun mülkiyyətinə verilməli idi. O, məhkəməyə JN-671 saylı torpağa mülkiyyət hüququ verən şəhadətnamə təqdim etmiş və etirazında göstərmişdir ki, iddiaçılara aid olan torpaq sahəsi Çayarxı kəndinin bayşqa yerində yerləşir. Məhkəmə iş üçün böyük əhəmiyyət kəsb edən bu sübutu nəinki araşdırmadı hətta çıxarmış olduğu qətnamədə ona heç bir hüquqi qiymət vermədi. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)- 691/2020 nömrəli qətnaməsinin ləğv olunması iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 ona qarşı ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin paylarının müəyyən edilməsi barədə iddia tələblərinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-691/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh1 lazımı qaydada məhkəmə kollegiyasının iclaslarına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-691/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası JN 180F saylı Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədən görünür ki, mərhum X2, İddiaçı2, Cavabdeh1, İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətlərinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2004-cü il tarixdə Göyçay rayonunun Çayarxı kəndində vəfat etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə və 71-ci maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 220.2 və 220.3-cü maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Göyçay rayon X3 xx xxxxxxxx 1998-ci il tarixli 42 nömrəli qərarı ilə X4 ailə başçısı olmaqla, İddiaçı1, İddiaçı2, İddiaçı3, X5 və Cavabdeh2 Göyçay rayonu Çayarxı kəndi ərazisində 0.25 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair JN 180F nömrəli Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə verilmişdir. X4 xx.xx.2004-cü il tarixdə Göyçay rayonunun Çayarxı kəndində vəfat etmişdir. Hal-hazırda iddia predmeti olan torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri olan iddiaçılar öz paylarının ayrılmasını tələb edirlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.25 ha torpaq sahəsinin 1/6 hissədə paylarının ayrılaraq onlara verilməsi barədə tələbi təmin edilməlidir. Belə olan halda ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyrindən, eyni zamanda iddiaçılar iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiklərindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-691/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-691/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2145/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2145/2020
18.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver