Məhkəmə qərarları › İş №2(107)-22/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-22/2025

15.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-22/2025 15.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçınun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin Ağdaş rayon Şöbəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi, həyətyanı torpaq sahəsinin geri qaytarılması, üzərinə inşa edilmiş evin məcburi sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Torpaq sahəsinin boşaldılması, tikilinin sökülməsi, ziyanın ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiаçı İddiaçınun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin Ağdaş rayon Şöbəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi, həyətyanı torpaq sahəsinin geri qaytarılması, üzərinə inşa edilmiş evin məcburi sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(014)-134/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiаçı İddiaçınun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin Ağdaş rayon Şöbəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi, həyətyanı torpaq sahəsinin geri qaytarılması, üzərinə inşa edilmiş evin məcburi sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş Rayonu Ağdaş Bələdiyyəsinin 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarının ləğv edilməsi, Ağdaş şəhəri 42 saylı məhəllədəki 54 saylı torpaq sahəsində inşa edilən tikililərdə Cavabdeh2 və faktiki yaşayan şəxslərin əşyaları ilə bir çıxardılması, torpaq sahəsi üzərində inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsinin İddiaçına geri qaytarılaraq təhvil verilməsi, İddiaçına dəymiş 50.000 manat məbləğində maddi ziyanın və ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini хаhiş еtmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 saylı qərarına əsasən İddiaçına Ağdaş şəhəri 42-ci məhəllədəki torpaq sahəsindən yaşayış evi tikdirmək üçün 25 metr uzunluqda 20 metr enində olmaqla 54 nömrəli yerdə 500 kv.m torpaq sahəsi verilmiş 18 fevral 1992-ci il tarixində Ağdaş rayon İcra Hakimiyyətinin baş memarı və baş mühəndisinin iştirakı ilə Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 saylı qərarının icra olunması ilə əlaqədar akt tərtib edilmişdir. 18 fevral 1992-ci il tarixində isə həmin torpaq sahəsinə müqavilə imzalanmış və bununla bağlı rüsum ödənilmişdir. Bundan sonra İddiaçı tərəfindən çəpərlənərək sərhədlər müəyyən edilmiş torpaq sahəsinə tikinti işləri aparmaq üçün 4 maşın çay daşı boşaldılmışdır.Həmçinin həyətyanı torpaq sahəsinə meyvə ağacları əkilmiş və yaşıllıq yaradılmışdır. Lakin iddiaçı 1996-cı il tarixdə zərurət səbəbindən ölkə hüdudlarından keçərək Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində məskunlaşmışdır və Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. İddiaçının səhhətində problemlər yarandığından xaricdə uzunmüddətli müalicə olunmuşdur. İddiaçı həmin torpaq sahəsinə dair mülki qeydiyyatına alınaraq çıxarış almaq üçün qızına Nümayəndə etibarnamə əsasında səlahiyyətlərini vermişdir.Nümayəndə qıızna aid olan torpaq sahəsinin qeydiyyata alınması üçün müəyyən sənədlərin əldə olunması üçün Ağdaş rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Ağdaş rayon Hakimiyyətinə Zümrüd xanıma bildirmişdilər ki, torpaq sahəsi artıq Bələdiyyənin balansındadır və qeyd olunan sənədlərdə Bələdiyyədən götürə bilər. Zümrüd xanım Ağdaş Cavabdeh1nə müraciət edərək mülkiyyət hüququnun qeydiyyata alınması üçün müəyyən olunmuş sənədləri arxivdən verilməsini xahiş etmişdir və buradan məlum olmuşdur ki, iddiaçı ölkə ərazisində olmadığından istifadə edərək həmin torpaq sahəsi qanunsuz iddiaçının razılığı belə alınmadan başqa adama verilmişdir. Nümayəndə tərəfindən etibarnamə əsasında sənədərin verilməsi üçün Ağdaş Bələdiyyəsinə müraciət etmişdir. Ağdaş Bələdiyyəsi həmin müraciətə xx.xx.2018-ci il tarixli 244 saylı məktubla cavabinda bildirmişdir ki, 2000-ci ildə Bələdiyyənin baş kitabında İddiaçı adına 0.05 ha torpaq sahəsi qeydə alınmış lakin heç bir torpaq vergisi ödənilmədiyindən sözügedən torpaq sahəsi Ağdaş Bələdiyyəsi sədrinin 01 iyul 2006-cı il tarixli nömrəli qərarı ilə Ağdam rayon Qiyaslı kənd sakini Cavabdeh2 verilmişdir. Bələdiyyənin qeyd olunan qərarı tamamilə əsassızdır. Belə ki, Konstitusiyanın 13-cü maddəsinə əsasən “AR-da mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” 29-cu maddədə isə “Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz”. Yəni vətəndaşın zəruri səbələrdən ölkənin hüdudlarını tərk etməsindən istifadə edilərək iddiaçı mülkiyyətindən məhrum edilmişdir.Göründüyü kimi Ağdaş Bələdiyyəsi tərəfindən iddiaçı tamamilə qanunsuz və əsassız səbəbdən torpaq vergisinin ödənilməməsi səbəbindən mülkiyyətdən məhrum edilmişdir. Faktiki olaraq Bələdiyyənin balansında olmayan torpaq sahəsi Cavabdeh2 verilmişdir. İddiaçı tərəfindən qeyd olunan torpaq sahəsi xx.xx.1990-cı il tarixində Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 12 saylı qərraı ilə iddiaçıya ayrılmıdşır. Beləliklə 1990-cı ilin tarixində sözügedən torpaq sahəsi İcraiyyə Komitəsinin balansından çıxmışdır və bununla bağlıda iddiaçı dövlət rüsumu ödəmişdir. Faktiki olaraq cavabdehin balansında olmayan torpaq sahəsini Cavabdeh2 verilmişdir. Cavabdeh2da bugunə qədər qanunsuz olaraq torpaq sahəsindən istifadə edərək iddiaçıya maddi ziyan vurmuşdur.Qanunsuz Bələdiyyə qərarına əsasən sözügedən torpaq sahəsi Cavabdeh2 satılmış və həmin torpaq sahəsində cavabdeh tərəfindən tikililər inşa etdirilmişdir. İddiaçına sözügedən torpaq sahəsindən məhrum edilməsi ilə əlaqədar habelə həmin torpaq sahəsindən əldə edə biləcəyi gəlirlərdən məhrum edilməsi nəticəsində zərər vurulmuşdur.Hesab etsək ki, həmin 0.05 ha torpaq sahəsinin bugunki bazar qiyməti nəzərə alınmaqla hər sota görə 3500 manat məbləğində olmaqla cəmi 17500 manat və bundan əlavə iddiaçını 2006-cı ildən bəri əldə edə biləcəyi gəlirlər qismində həmin torpaq sahəsində evin tikilməsi və tikilidən əldə olunan gəlirlər də (icarə haqqı) daxil olmaqla 50.000 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.Odur ki, Ağdaş Rayonu Ağdaş Bələdiyyəsinin 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarının ləğv edilməsi, həyətyanı torpaq sahəsi geri qaytarılmalı, həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikililərin sökülməsi və ona dəyən 50000manat məbləğinəd maddi zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçınun vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsində qeyd edilənləri müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir.

4. İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həmin torpaq sahəsi qanunvericiliyə uyğun olaraq Bələdiyyə tərəfindən ona və ailə üzvlərinə ayrılmış, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş, bu 17 il ərzində iddiaçı tərəfindən həmin torpaq sahəsinə dair hər hansı tələb irəli sürülməmiş, yalnız 2019-cu ildə ilk dəfə olaraq məhkəməyə müraciət etmiş, tələblərini təmin etdirə bilmədiyindən yenidən məhkəməyə ərizə ilə müraciət etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq izahatında mübahisə predmeti olan torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq cavabdehə ayrıldığını, bu keçən müddət ərzində iddiaçının həmin torpaq sahəsi ilə maraqlanmadığını və mühabisələndirməyinin bildirmişdir.

7. Maraqlı orqan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı MPM-nin 185.5-ci mаddəsinə əsаsən, maraqlı orqanın məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirаkı оlmаdаn bахılmаsını mümkün saymışdır.

8. Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) xx.xx.2023-cü il tarixli, e- 2(014)-134/2023 nömrəli qərardadı ilə iddiаçı İddiaçınun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin Ağdaş rayon Şöbəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi, həyətyanı torpaq sahəsinin geri qaytarılması, üzərinə inşa edilmiş evin məcburi sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin “Ağdaş Rayonu Ağdaş Bələdiyyəsinin 01 iyun 2006-cı il tarixli, 204 nömrəli qərarının ləğv edilməsinə” dair hissəsinə ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə xitam verilmişdir.

9. Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) xx.xx.2023-cü il tarixli, e-2(014)- 134/2023 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçınun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin Ağdaş rayon Şöbəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi, həyətyanı torpaq sahəsinin geri qaytarılması, üzərinə inşa edilmiş evin məcburi sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiаçıyа аid еdilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ağdaş Rayonu Ağdaş Bələdiyyəsinin 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarının ləğv edilməsi, Ağdaş şəhəri 42 saylı məhəllədəki 54 saylı torpaq sahəsində inşa edilən tikililərdə Cavabdeh2 və faktiki yaşayan şəxslərin əşyaları ilə bir çıxardılması, torpaq sahəsi üzərində inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsinin İddiaçına geri qaytarılaraq təhvil verilməsi, İddiaçına dəymiş 50.000 manat məbləğində maddi ziyanın və ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini tələb etsə də, cavabdehin əmlakdan istifadəsinin qanunsuz olduğuna dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

11. Məhkəmə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halların mövcud olmasını sübut etməlidir.

12. Məhkəmə qeyd etmişdir ki, hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz.

13. Məhkəmə qeyd etmişdir ki, Ağdaş rayonu Ağdaş Bələdiyyəsinin 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarının ləğv edilməsi, Ağdaş şəhəri 42 №-li məhəllədəki 54 saylı torpaq sahəsində inşa edilən tikililərdə Cavabdeh2 və faktiki yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxardılması, torpaq sahəsi üzərində inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsinin İddiaçına geri qaytarılaraq təhvil verilməsi, İddiaçına dəymiş 50 000 (əlli min) manat məbləğində maddi ziyanın ödənilməsi tələblərindən tələblərindən ibarət iddia ərizəsinin Ağdaş rayonu Ağdaş Bələdiyyəsinin 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarının ləğv edilməsi tələbi hissəsində iş üzrə icraata Ağdaş Rayon Məhkəməsinin 08 may 2022-ci il tarixli qərardadı ilə xitam verilmişdir.

14. Məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbinin predmetini təşkil edən hallar, ilk tələb olan Bələdiyyə qərarının ləğvindən asılı olduğundan, həmin tələb üzrə iş üzrə icraata xitam verildiyindən, iddia qeyd olunan hissədə münasibət bildirilməsi mümkün olmadığından (inzibati məhkəmələrinin səlahiyyətinə aid olduğundan) iddiaçının digər tələbləri də - “həyətyanı torpaq sahəsinin geri qaytarılması, üzərinə inşa edilmiş evin məcburi sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi” təmin edilə bilməz.

15. Məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumu iddiаçıyа аid еdilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68, 84, 111-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 139.1, 152.1, 152.5, 1096.1, 1097.1,-ci maddələrinə, İnsan hüquqlarinin və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli, “Marks Belçikaya qarşı” “Sporronq və Lonnpot İsveçə qarşı”, “Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli, “X4rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

18. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, Ağdaş Rayon Məhkəməsinin hakimi tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, mübahisəli torpaq sahəsinin xx.xx.1990-cı il tarixində İddiaçına Ağdaş Şəhər Xalq Deputatlar Sovetliyin İcrayyə Komitəsinin 12 saylı qərarı ilə ayrılması faktı ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Bundan əlavə olaraq, qeyd olunan torpaq sahəsini İddiaçı tərəfindən hasarlanması və evin tikilməsi ilə bağlı eskiz lahiyələrin hazırlanması ilə bağlı sənədləri məhkəməyə təqdim edilməsinə baxmayaraq hakim tərəfindən qeyd olunan sənədlər nəzərə alınmamışdır.

19. Məhkəməyə iddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 244 saylı məktub cavabını məhkəməyə təqdim edərək, faktiki olaraq qanunsuz və əsasız olaraq qeyd olunan mübahisəli torpaq sahəsini iddiaçının mülkiyyətindən alınmasını sübut etmişlər. Qeyd olunan məktubda Cavabdeh1 qeyd edir ki, İddiaçı tərəfindən torpaq vergisi ödənilməmişdir və buna görədə torpaq başqa şəxsə verilmişdir. Burda bir sual yaranır, hansı qanuna əsasən torpaq vergisin ödənilməməsi, vətəndaşı torpağından məhrum edir. Faktiki olaraq qeyd olunan məktubla sübut edilmişdir ki, bələdiyyə tərəfindən qanunsuz və əsasız olaraq torpaq digər şəxsə verilmişdir.

20. Bundan əlavə olaraq, cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı sənədlərin qanunsuz olmasını sübut edilən ödəniş qəbzi məhkəməyə təqdim edilmişdir. Qeyd olunan qəbzdə ödəniş tarixi 12 iyun 2005-ci il tarixi qeyd edilmişdir, sonra qələmlə 2006cı ilə düzəldilmişdir. Necə ola bilər ki, torpaq sahəsin verilməsi ilə bağlı bütün sənədləşmə işləri 2006-cı ilin iyun ayında aparılsın, bank tərəfindən verilən medaxil qəbzi isə 2005-ci il tarixli olsun. Göründüyü kimi, bu və digər uyğunsuzluqları məhkəmə nəzərə almaq istəmiyib.

21. Hesab edir ki, Ağdaş rayon Məhkəməsinin hakimi mülki işə obyektiv baxmamışdır və işin materiallrında olan sənədləri araşdırmamışdır. İşin düzgün və hərtərəfli araşdırılmasına yönəldilmiş iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilən vəsatətləri təmin etməmişdir və beləliklə cavabdehin xeyrinə qətnamə qəbul etmişdir.

22. Prosessin hazırlıq icraatında iddiaçı tərəfindən iddia tələbini dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, Ağdaş rayon Ağdaş Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 204 saylı qərarı əsasında Ağdaş rayon Ağdaş Bələdiyyəsi və Cavabdeh2 arasında bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, Ağdaş şəhəri 42 №-li məhəllədəki 54 saylı torpaq sahəsində inşa edilən tikililərdə Cavabdeh2 və faktiki yaşayan şəxsləri əşyaları ilə birlikdə çıxardılması, torpaq sahəsi üzərində inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsinin İddiaçına geri qaytarılaraq təhvil verilməsi və İddiaçına dəymiş 50 000 (əlli min) manat məbləğində maddi ziyanın və ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumun cavabdehlərdən, Cavabdeh2 və Ağdaş Rayon Ağdaş Bələdiyyəsindən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Hakim tərəfindən heç bir prosessual əsaslandırma vermədən vəsatəti təmin etməmişdir. Hakim tərəfindən tərtib edilən və imzalanılan qətnamədə də heç bir əsaslandırılma verilməmişdir.

23. Məhkəməyə bildirmək istəyir ki, cavabdehin torpaqla bağlı hüquq müəyyən edici sənədi olan rayon Ağdaş Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 204 saylı qərarın etibarsız hesab edilməsi ilə bağlı Şəki İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir və Şəki İnzibati Məhkəməsinin hakimi cənab Fəxri Hacızadə tərəfindən iş icraata qəbul edilmişdir. Bununla bağlı Ağdaş Rayon Məhkəməsinə hazırlıq icraatı mərhələsində xx.xx.2023-cü il tarixində hakimə vəsatət verərək, Şəki İnzibatı Məhkəmədə iş üzrə qanuni qüvvəyə minmiş qərər qəbul edilənədək Ağdaş Rayon Məhkəməsinin icraatında olan işin dayandırılmasını xahiş edilmişdir. Lakin hakim heç bir əsaslandırma vermədən vəsatəti təmin etməmişdir və icraatı dayandırmamışdır, beləliklə Mülki-Prosessual Məcəlləsinin 254 maddəsində qeyd olunan imperativ normasını kobud surətdə pozmuşdur. Qeyd olunan vəsatətlə bağlı qətnamədə heç bir qeyd edilməmişdir.

24. Hakim tərəfindən tərtib edilən qətnamədə qeyd edilir ki, iddiaçının tələbin predmeti təşkil edən Bələdiyyənin qərarın ləğv edilməsinə xx.xx.2022-ci qərardadı ilə xitam verilmişdir və qeyd olunan hissədə işə xitam verildiyinə görə digər hissədə təmin edilməsi mümkün deyil. Hakimin bu mövgəyi ilə razılaşmırlar. İlkin olaraq qeyd etmək istəyirlər ki, xx.xx.2022-ci il tarixli qərardad ümiyyətlə mövcüd deyil, bu çox güman ki hakimin texniki səhvidi. Qərardad və qətnamə eyni gündə qəbul edilmişdir xx.xx.2023-cü il tarixində və qanuni qüvvəyə minməmişdir. Digər tərəfdən əgər hakim üçün qeyd oluna bələdiyyyə qərarın ləğv edilməsi mühüm əhəmiyyət kəsb edirsə, onda niyə Şəki İnzibati Məhkəməsində işin aparılmasına görə, hakim vəsatəti təmin edərək icraatı dayandırmamışdır. Hakimin bu mövqəyi qanunsuz və əsasızdır. Göründüyü kimi, hakim tərəfindən qətnamə işin materiallarında olan sənədlərə və sübutlara əsasən qəbul edilməmişdir, hakim yalnız öz fikirlərinə və hüquqi mövqəyinə əsasən qətnaməni qəbuletmişdir və bu cür də əsaslandırmışdır.

25. Mübahisəli torpaq sahəsi Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 №-li qərarına əsasən İddiaçın mülkiyyətinə verilmişdir və qeyd olunan tarixdən artıq iddiaçının mülkiyyətində olmuşdur. Ağdaş rayon Ağdaş Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 204 saylı qərarı əsasında qeyd olunan torpaq sahəsi qanunsuz olaraq, iddiaçının mülkiyyətindən alınaraq cavabdehin mülkiyyətinə verilmişdir.

26. Mülki Məcəllənin 152.5-ci maddəsi hakim tərəfindən kobud surətdə pozulmuşdur. İşin hallarından və məhkəməyə təqdimedilən sənədlərdən görünür ki, Ağdaş rayon Ağdaş Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 204 saylı qərarı əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilmişdir. Qeyd olunan torpaq sahəsi faktiki olaraq iddiaçıya məxsus olduğunu arxiv sənədləriilə və işin materiallarında olan digər sənədlərlə sübut olunur, lakin hakim bu sənədləri nəzərə almamışdır və qanunsuz və əsasız olaraq iddia tələbini rədd etmişdir

27. İddiaçına sözügedən torpaq sahəsindən məhrum olması ilə əlaqədar, habelə həmin torpaq sahəsindən əldə edə biləcəyi gəlirlərdən (təsərrüfat fəaliyyəti nəticəsində, yaxud torpaq sahəsinin istifadəyə verilməsi ilə bağlı əldə edə biləcəyi gəlirlər və s.) məhrum olması nəticəsində zərər vurulmuşdur. Qeyd olunan zərərlə bağlı mütəxəsis rəyini məhkəməyə təqdim edilmişdir. Lakin hakim tərəfindən qeyd olunan sübutlara məhəl qoymamışdır və hüquqi qiymət verməmişdir. Hesab etsə ki, həmin 0,05 ha torpaq sahəsinin bu günkü bazar qiyməti nəzərə alınmaqla hər sota görə 3500 (üç min beş yüz) manat məbləğində olmaqla, cəmi 17 500 (on yeddimin beş yüz) manat təşkil edir və bundan əlavə iddiaçının 2006-cı ildən bəri əldə edə biləcəyi gəlirlər qismində həmin torpaq sahəsində evin tikilməsi və tikilidən əldə olunan gəlirlər də (icarə haqqı və s.) daxil olmaqla 50 000 (əlli min) manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Hakim qətnaməni əsaslandıraraq, yalnız özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Bu faktı sübut edən, qətnamədə hakim tərəfindən istinad edilən mövcüd olmayan xx.xx.2022-ci il tarixli qərardaddı. Düşünür ki, texniki səhv nəticəsində xx.xx.2022-ci il tarix qeyd edilmişdir, xx.xx.2023-cü iləvəzinə, lakin hər bir halda xx.xx.2023-cü il tarixli qərardadda qanuni qüvvəyə minməmişdir və işə xitam verilməsi əsası prediyusial xarakter daşımırdı, çünki aidiyyatla bağlı idi.

29. Hakim işə baxaraq, işin hərtərəfli, tamvə obyektiv tədqiqinə lazımı şərait yaratmamışdır. İş üçün əhəmiyyət kəsb edən, vəkil tərəfindən əldə edilə bilməyən sübutların əldə edilməsi ilə bağlı vəsatətləri təmin etməmişdir, iş üçün əhəmiyyət kəsb edən, iddia tələbin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməmişdir, iş üçün əhəmiyyət kəsb edən hazırlıq icraatı mərhələsində işin dayandırılması ilə bağlı vəsatəti təmin etməmişdir, hakimə verilən etirazı baxılmamış saxlamışdır və ən əsası təmin edilməyən vəsatətləri, təmin edilməməsi səbəbini əsaslandırmamışdır.

30. Mübahisəli torpaq sahəsi ümiyyətlə Ağdaş rayon Ağdaş Bələdiyyəsinin mülkiyyətində idimi torpaq sahəsi üzrə qərar qəbul ediləndə, iddiaçının razılığı alınmışdırmı, torpaq sahəsi digər tərəfə veriləndə, mübahisəli torpaq saəhəsin faktiki koordinatları üst-üstə düşürmü və digər faktiki hallar var ki, hakim tərəfindən araşdırılmadan qətnamə qəbul edilmişdir. Qeyd olunan faktların araşdırılması ilə bağlı iddiaçı tərəfindən verilən vəsatətləri hakim təmin etməmişdir.

31. Hakim qətnamədə Ağdaş rayon Ağdaş Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 204 saylı qərarın əsas gətirərək, qeyd edir ki, qeyd olunan qərar qüvvədə olduğuna görə iddia tələbi təmin edilə bilməz. Lakin hakim tərəfindən qeyd olunan qərarın əsaslı və mötəbər sübut kimi qəbul edilb-edilməməsi ilə bağlı heç bir araşdırma aparmamışdır. Bundan əlavə olaraq, qeyd olunan qərarın etibarsız hesab edilməsi ilə bağlı Şəki İnzibati Məhkəməsində mübahisələndirilməsi ilə bağlı məlumatı Ağdaş rayon Məhkəməsinin hakiminə verilmişdir və bununla bağlı qeydi qətnaməsində hakim aparmışdır, lakin bu faktlaraq baxmayaraq cavabdeh tərəfindən təqdim edilmiş Ağdaş rayon Ağdaş Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 204 saylı qərarın mötəbərliyi ilə bağlı hakimin əsasız olaraq heç bir şübhələri olmamışdır. Qeyd olunan qərarın qeyri-mötəbər sübut olaraq hesab edilməsinin sübut edən, məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş saxta qəbz, qələmlə düzəliş edilmiş rəqəmlərlə və qeyd olunan qərarın verilmə əsası. Qeyd etmək istəyir ki, qanunda torpaq vergisin və digər rüsumların ödənilməməsiilə bağlı heç bir şəxs mülkiyyətindən məhrum edilə bilməz.

32. Göründüyü kimi, hakim tərəfindən qətnamə işin materiallarında olan sənədlərə və sübutlara əsasən qəbul edilməmişdir, hakim yalnız öz fikirlərinə və hüquqi mövqəyinə əsasən qətnaməni qəbul etmişdir və bu cür də əsaslandırmışdır.

33. Odur ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(014)-134/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddiaçının nümayəndəsi Nümayəndə Füzuli qızı, cavabdeh Aşdaş rayonu Ağdaş Bələdiyyəsinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasına göndərdiyi ərizəsində məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etsə də, məhkəmə iclasına gəlməyən digər şəxslər gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 139.1-ci maddəsinə əasasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əasasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 149.2-ci maddəsinə əasasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

38. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

40. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(014)- 134/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

45. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 saylı qərarına əsasən İddiaçına Ağdaş şəhəri 42-ci məhəllədəki torpaq sahəsindən yaşayış evi tikdirmək üçün 25 metr uzunluqda 20 metr enində olmaqla 500 kv.m torpaq sahəsi verilmişdir. Lakin sözügedən torpaq sahəsi Ağdaş Bələdiyyəsinin 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarı ilə Cavabdeh2 verilmişdir. İddiaçınun cavabdeh Ağdaş Bələdiyyəsinə qarşı Ağdaş Bələdiyyəsinin 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarının etibarsız hesab edilməsinə dair iddiası Şəki İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2-1(116)-175/2024 nömrəli qərarı ilə mümkün sayılmamış, Şəki İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2-1(116)-175/2024 nömrəli qərarı qanuni qüvvəsini almışdır.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri ilə razılaşmır və hesab edir ki, şikayət təmin edilə bilməz.

47. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli torpaq sahəsinin xx.xx.1990-cı il tarixində İddiaçına Ağdaş Şəhər Xalq Deputatlar Sovetliyin İcrayyə Komitəsinin 12 saylı qərarı ilə ayrılması, qanunsuz və əsasız olaraq qeyd olunan mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətindən alınması, cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı sənədlərin qanunsuz olmasını sübut edilən ödəniş qəbzinin məhkəməyə təqdim edilməsi, iddiaçıya sözügedən torpaq sahəsindən məhrum olması ilə əlaqədar, habelə həmin torpaq sahəsindən əldə edə biləcəyi gəlirlərdən məhrum olması nəticəsində zərər vurulması, mübahisəli torpaq sahəsinin Ağdaş rayon Ağdaş Bələdiyyəsinin mülkiyyətində olub-olmaması, torpaq sahəsi üzrə qərar qəbul ediləndə iddiaçının razılığının alınıb-alınmaması, torpaq sahəsi digər tərəfə veriləndə mübahisəli torpaq sahəsinin faktiki koordinatlarının üst-üstə düşüb-düşməməsinin hakim tərəfindən araşdırılmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının Ağdaş Şəhər Xalq Deputatlar Sovetinin İcrayyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 12 saylı qərarı ilə ona ayrıldığını göstərdiyi torpaq sahəsinin sonradan Cavabdeh2 verilməsinə dair Ağdaş Bələdiyyəsinin 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarı İddiaçı tərəfindən mübahisələndirilsə də, sonuncunun iddia tələbi mümkün sayılmamışdır. Bu səbəbdən də hazırkı vəziyyətdə mübahisəli torpaq sahəsinin Cavabdeh2 verilməsində qanunvericiliyin tələblərinin pozulması halına istinad edilməsi mümkünsüzdür.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələbini dəqiqləşdirilməsinə dair vəsatətin təmin edilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, ilkin iddia ərizəsində qeyd edilməyən yeni bir tələbə dair ərizənin icraata qəbul edilməməsi iddiaçının həmin tələblə yenidən ümumi qaydada məhkəməyə iddia verməsini istisna etmir.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin Şəki İnzibatı Məhkəməsində iş üzrə qanuni qüvvəyə minmiş qərər qəbul edilənədək Ağdaş Rayon Məhkəməsinin icraatında olan işin dayandırılmasına dair vəsatətini təmin etməməsi, qeyd olunan vəsatətlə bağlı qətnamədə heç bir qeydin edilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, buna dair vəsatət iddiaçı tərəfindən məhkəmə kollegiyasına da təqdim edilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli 2(107)-1088/2023 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi (vəkili) Vəkil vəsatəti təmin edilmiş, iddiаçı İddiaçınun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin Ağdaş rayon Şöbəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi, həyətyanı torpaq sahəsinin geri qaytarılması, üzərində inşa edilmiş evin məcburi sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair 2(107)- 1088/2023 saylı işin icraatı, İddiaçınun Cavabdeh1nə qarşı Ağdaş Rayonu Ağdaş Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 204 nömrəli qərarının etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə Şəki İnzibati Məhkəməsinin icraatında olan 1(116)-1713/2023 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilib və qanuni qüvvəyə minənədək dayandırılmışdır.

50. Kollegiya əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsində iş üzrə icraatın dayandırılması məsələsinin məhkəmə qətnaməsində də müzakirə edilməli olması kimi bir tələb nəzərdə tutulmamışdır.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələbinin bir hissəsi üzrə icraata xitam verilməsinə dair texniki səhv olaraq xx.xx.2023-cü il əvəzinə xx.xx.2022-ci il kimi qeyd edilmiş qərardadının qanuni qüvvəsini almaması səbəbli işə xitam verilməsi əsasının preyudisial xarakter daşımamasına dair dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi Ağdaş Rayon Məhkəməsinin iddia tələbinin bir hissəsi üzrə icraata xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli, e-2(014)-134/2023 nömrəli qərardadı 08 iyun 2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin qərardad mübahisələndirilməmiş, əksinə həmin vaxtdan təxminən bir aya yaxın müddət keçdikdən sonra, yəni 07 iyul 2023-cü il tarixdə iş üzrə icraata xitam verilməsinə dair qərardaddan deyil, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(014)-134/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmişdir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

52. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçınun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(014)-134/2023 nömrəli qətnaməsi İddiaçınun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar