Məhkəmə qərarları › İş №2(107)-2218/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2218/2020

12.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2218/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-109/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-109/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsinin onlara təhvil verilməsi” tələbinə dair iddiаsı təmin edilərək Cavabdeh Zaqatala rayonu Muxax kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala ərazi idarəsinin verdiyi xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,7429 ha torpaq sahəsinin zəbt etdiyi 0,67 ha hissəsindən çıxarılması, torpaq sahəsinin həmin hissəsinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 təhvil verilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (bundan sonra iddiaçı və ya İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4) Cavabdeh qarşı (bundan sonra cavabdeh və ya Cavabdeh) iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Zaqatala rayonu Muxax kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala ərazi idarəsinin verdiyi xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,7429 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına, həmin torpaq sahəsinin onlara təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehin iddiaçılara məxsus 0,7429 ha torpaq sahəsinin 0,67 ha hissəsindən çıxarılmasına və həmin hissənin iddiaçılara təhvil verilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçıların xüsusi mülkiyyətlərində Zaqatala rayonu Muxax kəndində yerləşən 0,7429 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsi onlara islahat zamanı 1996-cı ildə qəbul olunmuş X4 əsasən verilmişdir. Həmin torpaq sahəsi boş torpaq sahəsidir. Həmin torpaq sahəsi keçən ildən etibarən cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək istifadə edilir. 2018-ci ilin noyabr ayında torpağın hüquq müəyyən edici sənədlərini hazırlayarkən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti idarəsinin əməkdaşları xüsusi texnika vasitəsi ilə torpağın sərhədlərini onlara göstərmişlər. Torpağın sərhədləri göstərilən zaman cavabdeh də iştirak etmişdir. Lakin cavabdeh torpaq sahəsinin iddiaçılara məxsus olmasına əhəmiyyət vermədən qanunsuz olaraq torpaqdan istifadə etməyə davam edərək orada ağaclar əkmişdir. Dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsələr də, o, həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Cavabdehə məxsus torpaq iddiaçıların qonşuluğunda yerləşir. Cavabdeh həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almışdır. Onların mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh izahatında göstərmişdir ki, o, çıxarış əsasında X2 mülkiyyətində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,75 və 0,2416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini alqı-satqı müqaviləsi əsasında almışdır. Hazırda həmin torpaq sahələrindən istifadə edir. O, iddiaçıların torpaq sahəsini zəbt etməmişdir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-109/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılar Zaqatala rayonu Muxax kəndində yerləşən 0,7429 ha torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınan zaman qeydiyyat orqanı tərəfindən torpaq sahəsinin yerləşmə vəziyyətində səhvə yol verilmiş və həmin torpaq sahəsinə dair "torpaq sahəsinin planı və ölçüsü" sənədində torpaq sahəsinin döngə nöqtələrinin koordinatları düzgün işlənməmişdir. Nəticədə torpaq sahəsinə baxış keçirmiş mütəxəssis və ekspert "torpaq sahəsinin planı və ölçüsü" sənədində səhv qeyd edilmiş koordinatlar əsasında həmin torpaq sahəsinin müəyyən hissəsinin onun tərəfindən istifadə edildiyi qənaətinə gəlmişdirlər. Halbuki, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olan sənədlərə diqqət yetirdikdə, onun iddiaçılara məxsus torpaq sahəsini zəbt etmədiyi tam sübut olunur. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala şəhəri Muxax kəndində yerləşən 0,7429 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2, X10 və İddiaçı4 adına xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 141 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin tərəfindən xx xxxxxxxx 2017ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X2, X14, X3, X5 və X9 ümumi birgə mülkiyyətləri kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in xx xxxxxx 2017-ci il tarixdə verdiyi RX seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,2416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X2, X14, X3, X5 və X9 ümumi birgə mülkiyyətləri kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində 122 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ƏMDK yanında DƏDRX tərəfindən xx xxxxxxxx 2017-ci il tarixdə X6, X21, X11, X15 və X12 verilmiş qeydiyyat nömrəsi ********** olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 5000 manata Cavabdeh satılmışdır. AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin tərəfindən xx xxxxxx 2017-ci il tarixdə X6, X21, X11, X15 və X12 verilmiş qeydiyyat nömrəsi ********** olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,2416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 5000 manata Cavabdeh satılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilməklə, mübahisə predmeti olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən torpaq sahəsinə mütəxəssislər tərəfindən yerində müayinə keçirilmiş, ölçmə işləri aparılmışdır. Keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin X7 Məsuliyyətli Cəmiyyəti Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyində bildirilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, X17 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş 0,7429 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edilmiş və tərtib olunmuş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli və ******* nömrəli Huquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlar əsasında X6, X18, X11, X15 və X9 ümumi birgə mülkiyyətinə verilmiş 0,75 ha və 0,2416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sərhədləri müəyyən edilmiş və tərtib olunmuş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Huquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş 0 7429 ba kənd təsərrüfatı təyinatlı toroaq sahəsinin 0,67 hektar hissəsi Cavabdeh tərəfindən istifadə edilir. X1, X13, İddiaçı3 və İddiaçı4 ümumi paylı mülkiyyətində olan 0,7429 ha torpaq sahəsinin 0,67 hektar hissəsini Cavabdeh istifadə edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2017 nömrəli xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, X17 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş 0,7429 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edilmiş və tərtib olunmuş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli və ******* nömrəli Huquqiann dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlar əsasında X16 oglu, X18, X11, X15 və X9 ümumı birgə mülkiyyətinə verilmiş 0,75 ha və 0,2416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sərhədləri müəyyən edilmiş və tərtib olunmuş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş 0,7429 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,67 hektar hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş 0,7429 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,67 hektar hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İşin gerçək halı ondan ibarətdir ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,7429 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətləri kimi adlarına qeydə alınmışdır. Hazırda Cavabdeh həmin torpaq sahəsinin 0,67 ha hissəsini zəbt etmiş və dolayısı ilə də iddiaçıların həmin torpaq sahəsindən istifadə və sahiblik etmələrinə maneçilik törətmişdir. Buna görə də iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçılar Zaqatala rayonu Muxax kəndində yerləşən 0,7429 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçiləridir və onların öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh heç bir əsas olmadan iddiaçılara məxsus olan torpaq sahəsinin 0,67 ha hissəsini zəbt etmişdir. Cavabdehin torpaq sahəsinin həmin hissəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,7429 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehin həmin torpaq sahəsinin zəbt edilmiş 0,67 ha hissəsinə heç bir hüququ yoxdur. Qeyd olunanlar mütəxəssis və ekspert rəyi ilə də öz təsdiqini tapmışdır.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6-cı maddəsinə görə, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 222.1-ci maddəsinə görə, əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2-ci maddəsinə görə, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 238.1, 238.3-cü maddələrinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 82-ci maddəsinə əsasən, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyasının fikrincə birinci instansiya məhkəməsi hazırkı iş üzrə ekspert rəyini sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Cavabdeh apelyasiya şikayətində iddia tələbinin əsassız olmasını, torpaq sahəsi üzərində iddiaçıların hüquqları dövlət qeydiyyatına alınan zaman qeydiyyat orqanı tərəfindən torpaq sahəsinin yerləşmə vəziyyətində səhvə yol verilməsini və həmin torpaq sahəsinə dair "torpaq sahəsinin planı və ölçüsü" sənədində torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının düzgün işlənməməsini, habelə iddiaçıların torpaq sahəsinin onun tərəfindən zəbt edilməməsini göstərsə də, bütün bunları təsdiq edən hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apelyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X28 Məhkəməsi “X8” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X28 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-109/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-109/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar