Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2223/2021 11.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(051)-1919/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 29.09.2021-ci il tarixdə əmlak tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(051)-1919/2021 saylı Qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı 18.10.2021-ci il tarixdə şikayət ilə Məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli 2(051)-1919/2021 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh onlara məxsus rəydə göstərilmiş 2 adda qızıl-zinət əşyalarının və ya onların rəydə qeyd edildiyi dəyərinin və 30 (otuz) manat dövlət rüsumunun tutulub onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin geri qaytarılması ilə bağlı qərardad çıxarılmış və qərardad 11.10.2021-ci il tarixdə ona çatmışdır. Qərardadın heç bir hüquqi əsası yoxdur. Belə ki, iddianın qaytarılması üçün əsas ola biləcək MPM-in 152-ci maddənin tələbləri mövcud deyil. Hakim iddianı qaytararkən qanunun tələblərinə deyil, öz rəyini bildirmişdir. Hakimin belə bir səlahiyyəti yoxdur. Apelyasiya instansiyasında kollegial baxıldıqda sözügedən qərardadın əsassız olması aydınlaşacaq. Odur ki, heç bir hüquqi əsası olmayan qərardadın ləğv olunması mütləqdir. İddia ərizəsinin forma və məzmununa riayət edilmişdir. Hakim iddianın qaytarılması üçün əsas olaraq qızıl-zinət əşyalarının qiymətinin iddiada yazılmasını qeyd etməməsini qeyd etsə də MPM-də belə bir qayda yoxdur. Hakim iddianı icraata götürülməli iş hazırlıq icraatından baxışa təyin olunanadək iddia ərizəsində olan problemlərlə bağlı məsələləri bildirməli və o iddia ərizəsində dəqiqləşdirmə aparmalıdır. Odur ki, həmin qərardadın ləğv olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 30 oktyabr 2021-ci il tarixli, 2(051)-1919/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(051)- 1919/2021 saylı qərardadı ləğv edilməli və İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiasına mahiyyəti üzrə baxılması üçün mülki işin materialları həmin Məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə iddia ərizəsini qaytarmasını onunla əsaslandırmışdır ki, İddiaçı şikayətində “hakimin iddia ərizəsini qaytarmaq səlahiyyətinin olmadığını və iddianın qaytarılması üçün heç bir əsasın olmadığını” qeyd etmişdir. Məhkəmə şikayətçi İddiaçı nəzərinə çatdırır ki, Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsində aydın şəkildə qeyd edilmişdir ki, iddia ərizəsinin qaytarılması barədə hakim qərardad çıxarır və MPM-in 152.1.1-ci maddəsinin mənasından da aydın olur ki, iddia ərizəsinin MPM-in 149- cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi geri qaytarılır. MPM-in 149.2.3-cü maddəsində isə tam aydın şəkildə qeyd edilmişdir ki, iddianın predmeti və qiyməti, iddiaçının tələbləri və cavabdehə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddiaçı isə öz iddia ərizəsində nöqsanlara yol vermiş, yəni iddia ərizəsinin məzmun və nəticə hissəsində nə iddia predmetini aydın şəkildə qeyd etmiş, nə də iddianın qiymətini göstərmişdir. İddia ərizəsinin məzmununda və nəticə hissəsində tələbini “...2 adda qızıl-zinət əşyaları...” kimi qeyd etmişdir. Bu isə öz növbəsində iddia ərizəsinin qanunvercilikdə göstərilmiş normalara uyğun tərtib edilmədən yazıldığına dəlalət edir. Birinci instansiya məhkəməsi iş üzrə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılarkən Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu əsaslandırması və gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Lakin birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarakən hansı əsasla işin geri qaytarılması qənaitinə gəldiyini əsaslandırmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, maddi hüquq normaları baxımından iddia əsaslıdır və birinci instansiya məhəkməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılarkən yalnışlığa yol vermişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi maddi hüquq normaları baxımından əsaslandırılmış, iddia predmeti və cavabdeh mövcud olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Şərh edilən qanun normalarından göründüyü kimi, hazırkı iddia tələbi üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmasının əsası yoxdur. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Mingəçevir şəhər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(051)-1919/2021 saylı qərardadı ləğv edilməli və İddiaçı Cavabdeh qarşı “əmlak tələbi”nə dair iddiasına mahiyyəti üzrə baxılması üçün mülki iş həmin Məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi həmin məhkəməyə göndərmək barədə qərardad qəbul edə bilər. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər: Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(051)-1919/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiasına mahiyyəti üzrə baxılması üçün mülki iş həmin Məhkəməyə göndərilsin. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2223/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2223/2021
11.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver