Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-226/2023 01.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı alqısatqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı alqısatqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(019)-26/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Balakən rayonu Şambul kəndində yaşayır. 11 mart 2005-ci ildə həmkəndliləri Cavabdeh1 və onun ailə üzvləri X28, Cavabdeh3, Cavabdeh4 ailəsinin mülkiyyətinə verilmiş 1,19 ha kənd təsərrüfatı təyinatlı torpq sahəsinin 1,1869,67 kv.m cizgidə əks olunmuş torpaq sahəsini həmin dövrün Azərbaycan manatı ilə 1.180.000 (bir milyon bir yüz səksən min) manata almışdır. Torpaq sahəsini alması barədə Balakən Rayon İcra Hakimiyyəti Şambul kənd İnzibati Ərazi Dairəsi nümayəndəliyində 11 mart 2005-ci ildə yazılı formada akt tərtib etmişlər.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, X29, Cavabdeh3 və Cavabdeh4 ilə onun arasında 11 mart 2005-ci ildə Balakən rayon Şambul kəndində yerləşən 1186.967 kv.metr kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə dair alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi, yaxud cavabdehlərə həmin torpaq sahəsini alarkən ödədiyi 3000 (üç min) manat pulun, həmçinin torpağın yaxşılaşdırlması üçün 5000 (beş min) manat pulun cəmi 8000 (səkkiz min) manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, İddiaçı ilə Cavabdeh1, X29, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə aralarında 11 mart 2005-ci ildə Balakən rayonu Şambul kəndində yerləşən 1186,967 kv.metr kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə dair alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Şambul kəndində yaşayır. 11 mart 2005-ci ildə həmkəndliləri Cavabdeh1 və onun ailə üzvləri X28, Cavabdeh3, Cavabdeh4 ailəsinin mülkiyyətinə verilmiş 1,19 ha kənd təsərrüfatı təyinatlı torpq sahəsinin 1186,967 kv.m cizgidə əks olunmuş torpaq sahəsini həmin dövrün Azərbaycan manatı ilə 1.180.000 (bir milyon bir yüz səksən min) manata almışdır. Torpaq sahəsini alması barədə Balakən Rayon İcra Hakimiyyəti Şambul kənd İnzibati Ərazi Dairəsi nümayəndəliyində 11 mart 2005-ci ildə yazılı formada akt tərtib etmişlər. Aktı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 şahidlər X6, X24, X14, X34, X30, X2 sakinləri imzalamış və Balakən Rayon İcra Hakimiyyəti Şambul kənd İnzibati Ərazi Dairəsinin nümayəndəliyinin möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda Cavabdeh1 və onun ailə üzvləri X28, Cavabdeh3 və Cavabdeh4 tərəfindən xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova ərizə ünvanlanmış, həmin ərizədə Cavabdeh1 və onun ailə üzvləri birlikdə Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə 1,19 ha torpaq sahəsini ailə üzvlərinin razılığı ilə satmaq qərarına gəldiklərini, satmaq istədiyi torpaq sahəsinin girova qoyulmadığını və onunla bağlı məhkəmə mübahisəsinin olmadığını bildirmişlər. Azərbaycan Respublikası Nazirlər Komitəsinin 23 iyul 1981-ci il tarixli 158 nömrəli qərarına müvafiq olaraq satmaq istədikləri 1,19 ha torpaq sahəsinin normativ qiyməti barədə arayış verilməsini xahiş etmiş, ailə üzvləri Cavabdeh1 başda olmaqla onlara məxsus torpaq sahəsinin satılmasına razılıqlarını imzaları ilə təsdiq etmiş, həmin sənədi Şambul Bələdiyyəsi öz möhürü ilə möhürləmişdir. Cavabdeh ilə aralarında alqı-satqı barədə akt tərtib olunarkən Cavabdeh1 onun ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpağına dair JN-535, KOD 40116018 olan Dövlət Aktını da ona vermişdir. Torpağa aqrotexniki qulluq göstərmiş, orada 1000 dən çox ağac əkmişdir. Həmin ağaclar 500 ədədi çinar ağacı, 200 ədədi-akasiya, 60 ədədi tut və digər ağaclardan ibarətdir. Həmin torpaq sahəsinin ətrafına ekskvatorla 400 metr məsafədə kanal qazdırmışdır. Həmin kanalın üzərinə də ağaclar əkmişdir. Həmin torpağın yaxşılaşdırılması, ağacların əkilməsi, kanalın qazılması üçün 5000 (beş min) manat pul xərcləmişdir. 18 ildir ki, həmin torpaq sahəsindən istifadə edir. İndiyə qədər Cavabdeh1 və onun ailə üzvlərinin həmin torpaq sahəsindən istifadə etməyinə dair heç bir narazılıq bildirməmişlər. Torpağın vergisini müntəzəm olaraq ödəmişdir. 11 mart 2005-ci ildən cavabdehlərdən alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə edilmiş Balakən rayonu Şambul kənd İcra nümayəndəliyində 11 mart 2005-ci ildə tərtib edilmiş aktdan görünür ki, Balakən rayonu Şambul kənd sakini Cavabdeh1, Şambul kənd icra nümayəndəsi X19, Cavabdeh1, X29, Cavabdeh3, Cavabdeh4, X6, X24, X9,X31,X10, X20, X15 tərəfindən JN-535 nömrəli mülkiyyət hüququna X48 535 Q sahəsi 1186,9 kv.m cizgidə əks olunmuş torpaq sahəsi Şambul kənd sakini X1 və torpaq sahəsinn dəyəri bir milyon bir yüz səkkiz min manat məbləğində pulu alır. İddia ərizəsinə əlavə edilmiş keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova ünvanlanmış ərizədən görünür ki, Cavabdeh1 və onun ailə üzvləri X28, Cavabdeh3 və Cavabdeh4 tərəfindən xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova ərizə ünvanlanmış, həmin ərizədə Cavabdeh1 və onun ailə üzvləri birlikdə Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə 1,19 ha torpaq sahəsini ailə üzvlərinin razılığı ilə satmaq qərarına gəldiklərini, satmaq istədikləri torpaq sahəsinin girova qoyulmadığını və onunla bağlı məhkəmə mübahisəsinin olmadığını bildirmişlər. Azərbaycan Respublikası Nazirlər Komitəsinin 23 iyul 1981 -ci il tarixli 158 nömrəli qərarına müvafiq olaraq satmaq istədikləri 1,19 ha torpaq sahəsinin normativ qiyməti barədə arayış verməsini xahiş etmiş, ailə üzvləri Cavabdeh1 başda olmaqla onlara məxsus torpaq sahəsinin satılmasına razılıqları imzaları ilə təsdiq etmiş, həmin sənədi Şambul Bələdiyyəsi öz möhürü ilə möhürləmişdir. Bundan sonra o, dəfələrlə cavabdeh X7 və onun ailə üzvlərini Balakən rayon Notariat Kontoruna alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün dəvət etsə də, onlar Notariat Kontoruna qəlməkdən boyun qaçırmışlar. 25 sentyabr 2019-cu ildə Cavabdeh1 onun adına Notariat Ofisindən etibarnamə verərək 20 il müddətə bütün idarə və təşkilatlarda, dövlət orqanlarında, o cümlədən, qeydiyyat, notariat və vergi orqanlarında, banklarda, daşınmaz əmlakın dövlət reyestri xidmətinin müvafiq idarəsində və digər yerlərdə ona məxsus olan əmlak hüquqları, habelə vərəsəliyə aid bütün hüquqlar ilə əlaqədar onu təmsil etməyi, adından mirasın qəbulu və ya ərizəsi verməyi, ona çatası sənədləri, o cümlədən, vərəsəlik hüququ haqqında şəhadətnaməni, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və 1 saylı arayışı almağı, aldığına görə imza etməyi, sonradan həmin mirasa daxil olan Balakən rayonu Şambul kəndində yerləşən 1.44 ha torpaqsahəsinin mülki nömrəsi 535Q olan 1186,967 kv.m olan hissəsində ona məxsus olan hissəsinə dair öz mülahizəsinə görə sərəncam verməyi, satmağı, pulunu almağı, notariat kontorunda bu barədə müqavilə imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün digər hərəkətləri etməyi etibar etmişdir. Lakin o, Notariat Ofisinə müraciət edib, etibarnamə əsasında sənədləşməni həyata keçirmək istərkən, etibarnamədə onun diqər ailə üzvlərinin adlarının olmadığını bildirərək, sənədləşməni apara bilmədiyini göstərdi. Qeyd etmək istəyir ki, cavabdeh X21 həyat yoldaşı X29 3 iyun 2006-cı il tarixdə vəfat etmişdir, diqər ailə üzvləri isə Rusiya Federasiyasındadır. Ona görə də onlardan etibarnamə ala bilmir. O, nümayəndəsi vasitəsilə pul tələbi hissəsində iddianın həcmini azaltmışdır. Belə ki, yalnız qeyd edilən alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsini istəyir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir.
5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermis və İddiaçı ilə cavabdehlər Cavabdeh1, X29, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə aralarında 11 mart 2005-ci ildə Balakən rayonu Şambul kəndində yerləşən 1186,967 kv.metr kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə dair alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, JN-535 KOD 40116018 saylı Torpağa Mülkiyyət Hüququna X49 əsasən Balakən rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 19 may tarixli 07 nömrəli qərarı ilə Balakən rayonu Şambul kəndində yerləşən 1.44 ha kənd təərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, X16, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 11 mart 2005-ci il tarixli akta istinad edib onunla Cavabdeh1, X29, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə aralarında 11 mart 2005-ci ildə Balakən rayonu Şambul kəndində yerləşən 1186,967 kv.metr kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə dair alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı və sair) yazılı formada bağlanmalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur.
9. İddiaçı iddia ərizəsində JN:535 saylı Torpağa Mülkiyyət Hüququna X48 göstərilən 535Q gizgisində əks olunmuş 1186,967 kv.metr torpaq sahəsinə dair 11 mart 2005-ci il tarixli alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi tələbini qoymuş və bu tələbin əsaslandırıldığı hallar kimi 11 mart 2005-ci il tarixdə Balakən RİH-nin Şambul inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nümayəndənin və kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş akt nəticəsində Cavabdeh1, X28, Cavabdeh3 və Cavabdeh4 həmin torpaq sahəsini ona satdıqlarını və manatın köhnə məzənnəsi ilə onların bir milyon bir yüz səksən min manat pul aldıqlarını, lakin sonradan müqavilənin rəsmiləşdirilməsi üçün onları notariat kontoruna dəvət etsə də, onların notariat kontoruna gəlməkdən boyun qaçırdıqlarını göstərmişdir.
10. Bu xüsusda iş materiallarına istinad edən məhkəmə bildirir ki, iş materiallarına əsasən iddiaçının adı (soyadı, adı və atasının adı) İddiaçı olduğu halda sadə yazılı alqısatqı müqaviləsi kimi etibarlılığı tələbi qoyulmuş 11 mart 2005-ci il tarixli aktda torpaq sahəsi satılan şəxsin adı (soyadı, adı və atasının adı) X12 olaraq qeyd edilmişdir. İddiaçı ilə X3 eyni şəxs olması barədə isə işdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və ya digər mötəbər sübut yoxdur. Belə olan halda 11 mart 2005-ci il tarixli aktın-ehtimal olunan sadə yazılı müqavilənin Cavabdeh1, X28, Cavabdeh3 və Cavabdeh4 ilə X11 adlı şəxslə deyil, məhz İddiaçı ilə bağlanması və bu müqavilə tərəflərinin üzərinə müəyyən öhdəliklər götürmələri (torpağın satılması, titul sahibliyinə verilməsi, pulun alınması və sair) bu aktın özü ilə təsdiq olunmur və bunun əksini təsdiq edən, yəni həmin İddiaçı ilə X3 eyni şəxs olması və müqavilənin məhz İddiaçı ilə bağlanması barədə işdə heç bir mötəbər sübut mövcud deyildir və belə sübut da iddiaçı tərəfindən təqdim edilməmişdir.
11. Digər tərəfdən 11 mart 2005-ci il tarixli aktda müqaviləyə aid şərtlər; müqavilənin müddəti, satıcıların və alıcının (məhz İddiaçı) öhdəlikləri, o cümlədən torpaq sahəsinin alıcıya təhvil verilməsi müddəti, müqavilənin icra vaxtı, satıcıların həmin müqavilənin rəsmiləşdirilməsi üçün hansı vaxt ərzində notariat orqanına getməli olması, bu sadə yazılı müqavilənin icra edilməməsinə görə tərəflərin məsuliyyəti, pulun məhz İddiaçı tərəfindən kimə verilməsi, 4 mülkiyyətçidən kimin tərəfindən və kimdən (İddiaçı yoxsa başqa şəxsdən) alınması (aktda «aldım» ifadəsi altında pulun bir nəfər tərəfindən alınması ehtiva edilsə də, Cavabdeh1, Fatma Əzizova, Cavabdeh3 və Cavabdeh4 hər biri tərəfindən pulu alması qeyd edilmiş, lakin kimdən alınması göstərilməmişdir) və sair şərtlər göstərilməmişdir. Digər tərəfdən İddiaçı, Cavabdeh1, X28, Cavabdeh3 və Cavabdeh4 həmin 11 mart 2005-ci il tarixli aktın notarial qaydada rəsmiləşdirilməsi üçün notariat orqanına gəlmələri barədə bildirməsi, bu vəzifənin həmin müqavilə kimi qeyd edlilən aktdan irəli gəlməsi və məhz Cavabdeh1, X28, Cavabdeh3 və Cavabdeh4 bu alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsindən yayınmasını və bu əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin onların təqsiri ucbatından baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Əksinə iş materiallarında olan notarial qaydada təsdiq olunmuş 25 sentyabr 2019-cu il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə ilə Cavabdeh1 İddiaçı bütün idarə və təşkilatlarda, dövlət orqanlarında, o cümlədən qeydiyyat, notariat və vergi orqanlarında, banklarda, daşınmaz əmlakın dövlət reyestri xidmətinin müvafiq idarəsində və digər yerlərlərdə ona məxsus olan əmlak hüquqları, habelə vərəsəliyə aid bütün hüquqlar ilə əlaqədar onu təmsil etməyi, adından mirasın qəbulu və ya imtina ərizəsi verməyi, ona çatası sənədləri, o cümlədən, vərəsəlik hüququ haqqında şəhadətnaməni, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və 1 saylı arayışı almağı, aldığına görə imza etməyi, sonradan həmin mirasa daxil olan Balakən rayonu Şambul kəndində yerləşən 1.44 ha torpaq sahəsinin mülkün nömrəsi 535Q olan 1186,967 kv.m olan hissəsindən ona məxsus olan hissəsinə dair öz mülahizəsinə görə sərəncam verməyi, satmağı, pulunu almağı, notariat kontorunda bu barədə müqavilə imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaşqədar olan bütün hərəkətləri etməyi xx.xx.2069-cu il tarixədək etibar etmişdir. Göründüyü kimi, Cavabdeh1 həmin vaxt olmuş iddiaçının çağırışı əsasında notariat orqanına gəlmiş və o cümlədən sözügedən torpaq sahəsinin özünə məxsus olan hissəsi üzərində sərəncam verməyi, həmçinin çıxarışı almağı və vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı iddiaçıya həvalə etmişdir. Həmin vaxt da X28 artıq vəfat etmişdir. Belə ki, iş materiallarına əsasən Cavabdeh1 arvadı X16 03 iyun 2006-cı il tarixdə vəfat etdiyi müəyyən olunur. Belə olan halda 03 iyun 2006-cı ildən sonra iddiaçı tərəfindən X28 alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat orqanına çağrıla və o, vəfat etdiyi səbəbindən notariat orqanına gələ bilməzdi. İddiaçı tərəfindən Cavabdeh1, Fatma Əzizovanın, Cavabdeh3 və Cavabdeh4 03 iyun 2006-cı il tarixdən əvvəl hansı tarixdə və hansı vaxtda sözügedən alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat orqanına çağrılması, lakin onların həmin vaxt notariat orqanına gəlməməklə həmin alqı-satqının rəsmiləşdirilməsindən yayınması, bununla da əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin onların təqsiri ucbatından baş verməsi barədə işdə heç bir sübut yoxdur və iddiaçı da belə sübutları məhkəməyə təqdim edə bilməmişdir.
12. Bundan başqa iddia ərizəsində cavabdeh kimi göstərilən Cavabdeh2 ilə İddiaçı arasında isə torpaq sahəsinin alqı-satqısı ilə bağlı heç bir sadə yazılı müqavilə bağlanmamışdır. Belə ki, 11 mart 2005-ci il tarixli aktda Cavabdeh2 adı və imzası yoxdur. Ona görə də məhkəmə cavabdehlərin torpaq sahəsinin alqı-satqı müqaviləsinin notariat orqanında rəsmiləşdirilməsindən yayınması və - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin onların təqsiri ucbatından baş verməsi barədə iddia tələbinin əsaslandırıldığı halın mövcudluğunu qəbul etmir.
13. Qeyd edildiyi kimi, Mülki Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 335.2-ci maddəsinin və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən 22 mart 2006-cı il tarixli qərarının hazırki işdə tətbiq edilməsi üçün torpaq sahəsinin alqı-satqı müqaviləsi sadə yazılı formada bağlanmalı, həmin müqavilə (əqd) qanuna zidd olmamalı, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalıdır. İş materiallaırna əsasən sözügedən müqavilənin (əqd) qanuna zidd olmaması, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınması şərtləri mövcud olmadığından hazırki işə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 335.2-ci maddəsində və İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında göstərilən şərtlər tətbiq edilə bilməz və iddia təmin oluna bilməz.
14. Belə ki, yuxarıda göstərildiyi kimi tərtib edilən akt formasında həyata keçirilməsi ehtimal edilən həmin alqı-satqı qanunda nəzərdə tutulmuş forma və məzmun şərtlərinə əməl edilmiş müqavilə deyildir, qanunun tələblərinə uyğun deyildir, bütün mülkiyyətçilərin razılaşması ilə həyata keçirilməmişdir; bu zaman yetkinlik yaşına çatmış Cavabdeh2 (xx.xx.1983-cü il tarixdə doğulmuşdur) buna razılığı alınmamışdır. 11 mart 2005-ci il tarixli aktda Cavabdeh2 həmin torpaq sahəsini satması barədə adı və imzası yoxdur. Bundan başqa, Cavabdeh1 və digər şəxslərin torpaq mülkiyyətçisi olan Cavabdeh2 razılığı olmadan həmin alqı-satqını həyata keçirməyə lazımi səlahiyyətləri olmamış və İddiaçı da bunu bilmişdir və ən azından bilməli idi. Belə ki, həmin vaxt İddiaçı JN:535 saylı Torpağa Mülkiyyət Hüququna X50 verilmişdir ki, həmin Dövlət Aktında da ümumi mülkiyyətçilərin sırasında Cavabdeh2 da adı vardır. 11 mart 2005-ci il tarixli aktda isə Cavabdeh2 adı, imzası və razılığı olmamışdır. Ona görə də 11 mart 2005-ci il tarixli akt ehtimal edilən əqd kimi qanunauyğun bağlanması və həmin vaxt qüvvədə olan Mülki Məcəlləsinin 335.2-ci maddəsi və Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan 22 mart 2006-cı il tarixli qərarının şərtlərinə uyğun olması barədə nə forma, nə də məzmun cəhətdən hüquqi əsas vermir. Digər torpaq mülkiyyətçisinin (Cavabdeh2) razılığı olmadan həmin torpaq sahəsinin iddiaçıya qeyri-müəyyən formada satılması qanunazidddir, ona görə də aktla bağlanması ehtimal edilən alqı-satqı müqaviləsinin etibarlı saylıması üçün heç bir faktoloji və hüquqi əsaslar yoxdur.
15. İş materiallarından həmçinin görünür ki, ümumi birgə mülkiyyətçilərdən biri-X28 03 iyun 2006-cı il tarixdə vəfat etmişdir. Hazırki iddia üzrə bağlanması ehtimal edilən əqdin bu və ya digər formada və ya ad altında etibarlı hesab edilməsi isə mərhum X16 vərəsələrinin və JN:535 KOD 40116018 saylı Torpağa Mülkiyyət Hüququna X50 üzrə digər torpaq mülkiyyətçilərinin həmin 1186,967 kv.metr torpaq sahəsinə mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı ki, bu da yolverilməzdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, mülkiyyət hüquqları qanunla qorunur və qanunda göstərilmiş hallardan başqa heç kim mülkiyyətindən məhrum edilə bilməz. 1186,967 kv.metr torpaq sahəsi mülkiyyətçilərinin həmin torpaq sahəsinə mülkiyyət hüququna müdaxilə üçün isə hazırki iş üzrə qanunda göstərilən hallar və əsaslar mövcud deyildir.
16. Məhkəmə həmçinin hesab edir ki, əks hal mülkiyyətçiləri və vəfat etmiş mülkiyyətçinin (X16) vərəsələrinin sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarına əsassız maneə yaratmaqla onları həddən artıq məhdudiyyət yükünə məruz qoyardı və həmin şəxslərin mülkiyyət hüquqlarının müdafiəsi ilə iddiaçının pozulması ehtimal olunan hüquqlarının müdafiəsi arasında ədalətli tarazlıq prinsipini cavabdehlərin və ölmüş şəxsin vərəsələrinin ziyanına pozmuş olardı. Belə ki, həmin torpaq sahəsinə cavabdehlərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı isə həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan heç bir hüquq əldə etməmişdir. Bü xüsusda cavabdehlərin həmin torpaq sahəsinə mülkiyyət hüquqları, o cümlədən torpaq sahəsindən maneəsiz istifadə hüquqları müdafiə olunmalıdır. Məhkəmə bir daha qeyd edir ki, Avropa Konvsensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz; yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
17. İşin müəyyən olunmuş faktoloji hallarına tətbiq edilməli olan hüquqi normaları, həmçinin Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinin standartları nöqteyi-nəzərindən hüquqi qiymət verən məhkəmə hesab edir ki, hazırki halda iddianın təmin edilməsi, sözügedən alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi və bununla da cavabdehlərin və ölmüş mülkiyyətçinin vərəsələrinin mülkiyyət hüquqlarından məhrum edilməsi üçün konvensial və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hüquqi əsaslar yoxdur. Ancaq məhkəmə onu da nəzərə çatdırır ki, Azərbaycan Respublikasının qanunvericiliyi belə halda iddiaçıya cavabdehlərdən sərf etdiyi zəruri məsrəfləriin əvəzinin ödənilməsini və yaxşılaşdırma xərclərini tələb edə bilər. Yəni qanunvericilik iddiaçının da hüquqlarını bərpa etmək üçün çatımlı və ədalətli kompensator mexanizm müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
18. Qeyd edilənlər hazırki iddianın heç bir faktoloji və hüquqi əsaslara malik olmadığını və tamamilə əsassız olduğunu göstərir.
19. İş materiallarına əsasən iş üzrə ekspertiza xərci cəmi 200 manat təşkil edir və bu məbləğ məntiqli və ağlabatan həddədir. Belə ki, bu məbləğ iki ekspertiza tədqiqatının cəmi dəyərini özündə ehtiva edir. Ona görə də həmin məbləğ iddiaçıdan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İşdə olan «X18» MMC-nin 16 oktyabr 2021-ci il tarixli 470 saylı bildirişindən görünür ki, iş üzrə həmin cəmiyyətin mütəxəssis xərci 300 manat təşkil edir.
20. Göründüyü kimi, qanun norması ödənilməli olan mütəxəssis xərcinin tələb olunan məbləğdə deyil, məntiqli həddə müəyyən olunmasını qeyd edir. Məntiqli hədd həmin məbləğin ağlabatan və ədalət meyarları əsasında müəyyən olunmasını ehtiva edir. İş materiallarından görünür ki, iş üzrə iki ekspertiza tədqiqatının ümumi dəyəri 200 manat təşkil etdiyi halda, mütəxəssis xərcinin 300 manat kimi göstərilməsi həmin xərcin ağlabatan, ədalətli və bü xususda məntiqli olmadığını göstərir. Belə ki, həmin sahə bir ərazidə yerləşir və ora bir dəfə mütəxəssis tərəfindən baxış həyata keçirilmişdir. Ona görə də mütəxəssis xərcinin 100 manat məbləğində müəyyən olunması işin hallarına tam uyğun olmaqla ağlabatan və ədalətlidir və bu xüsusda məntiqlidir
21. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli qanun normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı İddiaçı ilə Cavabdeh1, X29, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə aralarında 11 mart 2005-ci ildə Balakən rayonu Şambul kəndində yerləşən 1186,967 kv.metr kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə dair alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
22. Balakən Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(019)-26/2022 saylı qətnaməsi ilə (hakim Zamin Tahirov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı İddiaçı ilə Cavabdeh1, X29, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə aralarında 11 mart 2005-ci ildə Balakən rayonu Şambul kəndində yerləşən 1186,967 kv.metr kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə dair alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, iş üzrə 200 manat ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X33 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi, iş üzrə 100 manat mütəxəssis xərcinin İddiaçı tutularaq «X18» MMC-nin Kapital Bank ASC Sahil filialı Kod 201218 VÖEN ********** SVVİFT kod AİİBAZ2X M\h AZ37NABZ013501**********1944 VÖEN **********Hesab AZ64AİİB400900C**********208 saylı hesabına ödənilməsi qət edilmişdir.
23. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 140, 144, 146, 152, 213-215, 222, 225, 329, 334, 337, 405, 406, 417, 567, 646, 647, 1133, 1145 və 1151-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
24. İş materiallarında olan JN:535 KOD 40116018 saylı Torpağa Mülkiyyət Hüququna X45 görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 19 may tarixli 07 nömrəli qərarı ilə Balakən rayonu Şambul kəndində yerləşən 1.44 ha kənd təərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, X16, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmişdir.
25. İş materiallarında olan Balakən rayonu Şambul kənd sakini Cavabdeh1, Şambul kənd icra nümayəndəsi X19, Cavabdeh1, X29, Cavabdeh3, Cavabdeh4, X6, X24, X9,X31, X10, X20, X15 və X11 tərəfindən Balakən rayonu Şambul kənd İcra nümayəndəliyində 11 mart 2005-ci ildə tərtib edilmiş aktdan görünür ki, JN-535 nömrəli mülkiyyət hüququna X48 535 Q sahəsi 1186,9 kv.m cizgidə əks olunmuş torpaq sahəsi Şambul kənd sakini X1 və torpaq sahəsinn dəyəri bir milyon bir yüz səkkiz min manat məbləğində pulu Cavabdeh1, Fatma Əzizova, Cavabdeh3 və Rəhilə Mustafayeva alır. Həmin aktda torpaq sahəsinin digər ümumi birgə mülkiyyətçisi Cavabdeh2 Vəli oğlunun adı, iştirakı və imzası yoxdur. Həmçinin sözügedən akt R.Mustafayev, H.Nuriyev və R.Osmanov tərəfindən imzalanmamışdır.
26. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova ünvanlanmış ərizədən görünür ki, Cavabdeh1 və onun ailə üzvləri X28, Cavabdeh3 və Cavabdeh4 tərəfindən xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova ərizə ünvanlanmış, həmin ərizədə Cavabdeh1 və onun ailə üzvləri ilə birlikdə Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə 1,19 ha torpaq sahəsini ailə üzvlərinin razılığı ilə salmaq qərarına gəldiyini,satmq istədiyi torpaq sahəsinin girova qoyulmadığını və onunla bağlı məhkəmə mübahisəsinin olmadığını bildirmişlər
27. İş materiallarına əlavə olunmuş X8 16 oktyabr 2021-ci il tarixli 470 nömrəli mütəxəssis rəyində göstərilir ki, Balakən rayonu Şambul kəndində yerləşən 1186.967 kv.m torpaq sahəsinə baxış keçirilən zaman həmin torpaq sahəsində təxminən 594 ədəd əkilmiş akasiya və çinar ağacları olması təxmin edilir. Ağaclar torpaq sahəsində 624 ((44m + 268m) x 2) metr uzunluğunda, sərhədboyu 2 cərgə, 0.90-1.20 metr aralığında əkilmişdir. Həmin ağacların yaşı təqribən 15 (13-17) il təşkil edir. Yaşıllıq və ya hasar məqsədilə əkilmiş 1 ədəd akasiya və çinar ağacının əkilməsinə, suvarılmasına, qulluq edilməsinə göstərilən müddətdə xərclənən vəsaitin dəyəri təxminən 15,00 manat müəyyən edilir. O cümlədən: -15 yaşı olan 594 ədəd akasiya və çinar ağaclarının dəyəri (594əd x 15/Ti) - 8910,00 manat müəyyən edilir. Balakən rayonu Şambul kəndində yerləşən 1186.967 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinin hamarlanması, təmizlənməsi, şumlanması, suvarılaraq münbitləşdirilməsinə çəkilən xərc təqribən 1200.00 (min iki yüz) manat olur. Balakən rayonu Şambul kəndində yerləşən 1186.967 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş, istifadəyə tam yararlı, gəlir gətirmə qabiliyyətinə malik torpaq sahəsinin orta bazar qiyməti təxminən 6490.00 (altı min dörd yüz doxsan) manat müəyyən edilir. Həmin Cəmiyyətin bildirişində mütəxəssis xərcinin 300 manat olması göstərilmişdir.
28. İş materiallarına əlavə olunmuş məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 may 2022-ci il tarixli 7/306-9/2187 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Balakən Rayon Məhkəməsinin 2(019)-768/2021 saylı mülki iş materialındakı 470 №-li mütəxəssis rəyinə (səhifə 85-91) əsasən - Balakən rayonu Şambul kəndində yerləşən 1186,967 kv.metr torpaq sahəsində 15 yaşı olan 594 ədəd akasiya və çinar ağacları əkilmişdir. Həmin torpaq sahəsində hamarlanma, təmizlənmə, şumlanma, suvarılaraq münbitləşdirilməsi kimi yaxşılaşdırma işləri görülmüşdür; respublikada yerləşən ting satışı mağazalarında, yerli internet saytlarında mövcud olan qiymətlərdən, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və eləcə də iş materialında olan xx.xx.2021-ci il tarixli, 470 №-li mütəxəssis rəyindən (cild i.v 85-91) istifadə edilməklə Balakən rayonu Şambul kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 624 metr (44+268=312x2=624) uzunluğunda torpaq sahəsində əkilmiş 594 ədəd 15 illik akasiya və çinar ağaclarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 41580,00 (594 x 70 m) manat, həmin torpaq sahəsində hamarlanma, təmizlənmə, şumlanma, suvarılaraq münbitləşdirilmə işlərinə çəkilən xərcin miqdarı təxminən 1200,00 manat müəyyən edilir. Ekspert qeyd edir ki, iş mütəxəssis rəyində qeyd edilən 15 yaşlı (akasiya və çinar) ağacların pərakəndə satışı nəzərdə tutulmur. Həmin çoxillik ağacların orta bazar qiyməti müəyyən edilərkən qələmlərin alınması, daşınması, əkilməsi, suvarılması, aqrotexniki qulluq, qorunması və sair nəzərə alır.
29. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 04 may 2022-ci il tarixli, 7/306- 9/2187 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-bioloji və məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir.
30. İş materiallarına əlavə olunmuş məhkəmə-tikinti texniki ekspertizasının 16 sentyabr 2022-ci il tarixli, 10/1969 saylı rəyində göstərilmişdir ki, Balakən rayonu Şambul kəndində yerləşən sahəsi 1186,967 kv.metr təşkil edən kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş mübahisəli torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərinin ümumi dəyəri təqribən 5700,0 manat məbləğində müəyyən edilmişdir; rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Balakən rayonu Şambul kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş mübahisəli torpaq sahəsinin orta bazar qiymətinə uyğun ümumi dəyəri təqribən 6500,0 manat məbləğində müəyyən edilir. Rəyə 3 vərəqdən ibarət internet məlumatları əlavə edilir.
31. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 16 sentyabr 2022-ci il tarixli 10/1969 № li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir.
32. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün həmin vaxt qanunda nəzərdə tutulmuş 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
33. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
34. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin və birinci instansiya məhkəməsində verdiyi izahatın dəillərinə uyğun əsaslandıraraq göstərmişdir ki, tərəflər arasında torpaq sahəsinin alınması ilə bağlı müqavilə qanunla müəyyən edilmiş qaydada aparılmasa da, alğı-satqı tərəflər arasındakı iradə ifadəsi iddia ərizəsinə əlavə olunmuş digər sənədlərlə yazılı şəkildə özündə ifadə olunmuşdur.
35. İddiaçı 2005-ci ildən aldığı torpaq sahəsini faktiki istifadə etməklə faktiki mülkiyyətçisi hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasi və Azərbaycan Respublikasinin tərəfdar cixdığı “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əasən hər bir fiziki və hüquqişəxs özmülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından mərhumedilə bilməz.
36. Ona görə də, Balakən Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(019)- 26/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
38. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
39. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
40. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
42. Azərbaycan Respeublikası Ailə Məcəlləsi: 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
43. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
44. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunu: 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər; notariuslar vəmüvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. 46-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir.
45. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur; -əqdin natorial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalıdır. -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.
46. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
48. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
49. İddiaçı Balakən Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(019)-26/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Əvvəla, ona görə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən bir neçə hala istinad etmişdir ki, həmin hallar da iddiaçının iddia tələbinin qanuni əsasının olmaması, eyni zamanda iddianı irəli sürməyə subyektiv hüququnun olmaması ilə bağlıdır. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən bir neçə ekspertizalar keçirilməsinin və X8 16 oktyabr 2021-ci il tarixli 470 nömrəli mütəxəssis rəyinin, məhkəmə-bioloji və məhkəməəmtəəşünaslıq ekspertizasının 04 may 2022-ci il tarixli 7/306-9/2187 №-li rəyinin və məhkəmə-tikinti texniki ekspertizasının 16 sentyabr 2022-ci il tarixli, 10/1969 saylı rəyinin alınmasının hansı zərurətdən irəli gəlməsi bəlli deyildir.
51. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi qərarına gələrkən əsaslandığı hallardan biri belə olmuşdur ki, iş materiallarına əsasən iddiaçının adı (soyadı, adı və atasının adı) İddiaçı olduğu halda sadə yazılı alqı-satqı müqaviləsi kimi etibarlılığı tələbi qoyulmuş 11 mart 2005-ci il tarixli aktda torpaq sahəsi satılan şəxsin adı (soyadı, adı və atasının adı) X11 olaraq qeyd edilmişdir. Məhkəmə kolelgiyası bununla bağlı qeyd edir ki, 11 mart 2005-ci il tarixli aktda torpaq sahəsi satılan şəxsin adı (soyadı, adı və atasının adı) X11 olaraq qeyd edilmiş, hazırki iddianı İddiaçı verdiyi halda, onun iddia ərizəsinə əlavə etdiyi Balakən rayon İcra Hakimiyyəti Şambul kəndi inzibati əriazi dairəsinin xx.xx.2021-ci ildə verdiyi arayış X3 adına verilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş 25 sentyabr 2019-cu il tarixli etibarnamə isə Cavabdeh1 tərəfindən İddiaçı verilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Balakən rayon Meşəşambul kəndində anadan olmuş X11 adlı şəxs vardır ki, o da xx.xx.1998-ci ildə anadan olmuşdur. Balakən rayon Qaysa kəndində anadan olmuş X11 adlı şəxs vardır ki, o da xx.xx.1994-cü ildə anadan olmuşdur. Göründüyü kimi, həmin şəxslərdən heç biri hazırki iş üzrə mübahisələndirilən 11 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən yetkinlik yaşına çatmamış şəxslər olmuşlar. Məhkəmə kollegiyası hesab edir ki, göstərilmiş hallar 11 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsində göstərilən X11 ilə hazırki iş üzrə iddianı verən İddiaçı eyni şəxs olduqlarını deməyə əsas verəcək hallar olaraq qəbul edilir. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, iddiaçının adı kənd əhalisi arasında Məhəmməd olaraq bilindiyindən mübahisəli aktda və icra nümayəndəsinin arayışında adı Məhəmməd olaraq yazılmışdır və hazırki iş üzrə cavabdehlər 11 mart 2005-ci il tarixli akta imza atan X3 hazırki iş üzrə İddiaçı olub-olmamasını mübahisələndirmədiklərindən həmin aktın imzalanmasına iştirak edən şəxslərin məhkəməyə çağırılaraq bu məsələ ilə bağlı dindirilməsinə ehtiyac görülməmişdir.
52. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünüdüyü kimi, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında qeyd edilir ki, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur; -əqdin natorial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalıdır. -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. İş materiallarından aydın olur ki, qanunvericinin əqdin bağlanmış hesab edilməsi üçün tələb etdiyi ilkin şərt, yəni tərəflər arasında torpağın alqı-satqısına dair sadə yazılı əqd hesab oluna biləcək yazılı sənəd mövcuddur. Eyni zamanda ikinci şərt də mövcuddur. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq olunmuş 25 sentyabr 2019-cu il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə ilə Cavabdeh1 İddiaçı bütün idarə və təşkilatlarda, dövlət orqanlarında, o cümlədən qeydiyyat, notariat və vergi orqanlarında, banklarda, daşınmaz əmlakın dövlət reyestri xidmətinin müvafiq idarəsində və digər yerlərlərdə ona məxsus olan əmlak hüquqları, habelə vərəsəliyə aid bütün hüquqlar ilə əlaqədar onu təmsil etməyi, adından mirasın qəbulu və ya imtina ərizəsi verməyi, ona çatası sənədləri, o cümlədən, vərəsəlik hüququ haqqında şəhadətnaməni, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və 1 saylı arayışı almağı, aldığına görə imza etməyi, sonradan həmin mirasa daxil olan Balakən rayonu Şambul kəndində yerləşən 1.44 ha torpaq sahəsinin mülkün nömrəsi 535Q olan 11869,67 kv.m olan hissəsindən ona məxsus olan hissəsinə dair öz mülahizəsinə görə sərəncam verməyi, satmağı, pulunu almağı, notariat kontorunda bu barədə müqavilə imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaşqədar olan bütün hərəkətləri etməyi xx.xx.2069-cu il tarixədək etibar etmişdir. Bu hal onu deməyə əsas verir ki, Cavabdeh1 iddiaçının çağırışı əsasında notariat orqanına getmiş, lakin müqaviləni notariat qaydada təsdiq etmək imkanı olduğu halda, sözügedən torpaq sahəsinin özünə məxsus olan hissəsi üzərində sərəncam verməyi, həmçinin çıxarışı almağı və vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı iddiaçıya həvalə etmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə iddiaçının həmin etibarnamə əsasında sözügedən torpaq sahəsinin özünə satılması barədə notariat qaydada müqavilə bağlamaq hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.
53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi qərarına gələrkən əsaslandığı hallardan biri də 11 mart 2005-ci il tarixli aktda Cavabdeh2 həmin torpaq sahəsini satması barədə adı və imzasının olmaması olmuşdur ki, həmin halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, JN-535 KOD 40116018 saylı Torpağa Mülkiyyət Hüququna X49 əsasən Balakən rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 19 may tarixli 07 nömrəli qərarı ilə Balakən rayonu Şambul kəndində yerləşən 1.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, X16, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmişdir. 11 mart 2005-ci il tarixli aktda isə həmin torpaq sahəsinin 1.19 ha hissəsinin hazırki iddiaçıya satılması qeyd edilmişdir. Həmin akt tərtib edilərkən iddiaçıdan satdıqları torpağın pulunu almış cavabdehlər yuxarıda götərilən Dövlət Aktını iddiaçıya təhvil vermişlər. Cavabdeh2 həmin aktın tərtib edilməisndən ötən müddət ərzində həmin aktı mübahisələndirməmişdir. Bu da ona dəlalət edir ki, o da öz-özlüyündə torpaq sahəsinin satılması faktı ilə razılaşmışdır. Bu qətnamənin 40-cı bəndində göstərilən hüquq normalarının tələbinə görə ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. (MM 222) Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh1, X28, Cavabdeh3 və Cavabdeh4 torpaq sahəsinin 1.19 ha hissəsini İddiaçı satmağa səlahiyyətli olmuşlar.
54. Eyni zamanda, birinci instansiya məhkəməsi hazırki halda alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinin mərhum X16 vərəsələrinin hüquqlarını pozulmasına səbəb olacağına istinad etmişdir. Məhkəmə kollegiyası həmin halla bağlı qeyd edir ki, işin hallarından göründüyü kimi, X28 03 iyun 2006-cı il tarixdə vəfat etmişdir, alqı-satqı ilə bağlı mübahisəli akt isə 11 mart 2005-ci ildə imzalanmışdır. Göründüyü kimi, X28 öz sağlığında öz mülkiyyətində olan əmlak barədə sərəncam vermiş, torpaq sahəsi satıldıqdan (Balakən rayonu Şambul kəndində yerləşən mübahisəli 1.19 ha torpaq sahəsinin həmin vaxt faktiki olaraq İddiaçı sahibliyinə verilmiş olması və torpaq sahəsinin satılması ilə əlaqədar pulun həmin vaxt İddiaçı alınmış olması nəzərə alınmalıdır) bir il keçdikdən sonra vəfat etmişdir. Hazırki halda, həmin alqı-satqının etibarlı hesab edilməsi mərhum X16 vərəsələrinin hüquqlarını pozan hal kimi qiymətləndirilməməlidir. Çünki, bu qətnamənin 40-cı bəndində göstərilən hüquq normalarının tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. (MM 1133, 1145, 1151) Göründüyü kimi, miras qoyan X16 03 iyun 2006-cı il tarixdə ölməsi ilə vərəsəlik açılmış və ondan miras qalmış hazırki iş üzrə mübahisə edilən ümumibirgə torpaq sahəsinin ona düşən hissəsi hazırki iş üzrə cavabdehlər – eyni zamanda miras qoyanın birinci nömrəli vərəsələri olan əri və uşaqları tərəfindən faktiki olaraq qəbul edilə bilməmişdir, ona görə ki, mübahisəli torpaq sahəsi həmin vaxt iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Eyni zamanda cavabdehlər də mirasın qəbulundan imtina etməmişlər (MM 1256).
55. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(019)-26/2022 saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməli, Balakən rayon Şambul kəndində yerləşən 1.19 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə dair 11 mart 2005-ci il tarixli alqı-satqı aktı etibarlı hesab edilməlidir.
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Balakən Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(019)-26/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı alqısatqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən JN-535, KOD 40116018 olan Dövlət Aktı ilə Cavabdeh1, X28, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə verilmiş Balakən rayon Şambul kəndində yerləşən 1.44 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin 535Q olan cizgilər daxilində yerləşən 1186,967 kvm hissəsinin İddiaçı satılması barədə 11 mart 2005-ci il tarixdə tərtib edilmiş alqı-satqı aktı etibarlı hesab edilsin. İddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq İddiaçı ödənilsin. İş üzrə 200 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X33 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə 100 manat mütəxəssis xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq «X18» MMC-nin Kapital Bank ASC Sahil filialı Kod 201218 VÖEN ********** SVVİFT kod AİİBAZ2X M\h AZ37NABZ**********0 ********* VÖEN ********** Hesab AZ64AİİB400900C**********208 saylı hesabına ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev