Məhkəmə qərarları › İş №2(107)-228/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-228/2025

27.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-228/2025 27.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsi olmaqla “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraata xitam, qüvvə) X12 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X5 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsi olmaqla “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(075)-1684/2024 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, atası X2 12 fevral 2022-ci il tarixdə Şəki şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(075)-1684/2024 nömrəli qərardadı ilə Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə xitam verilməsi, ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması tələbi ilə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilməsinin izah edilməsi, xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumunun Ərizəçi geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə Ərizəçi şikаyət vermişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(075)-1684/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə xitam verməklə kobud prosessual pozuntuya yol vermişdir. Belə ki, maraqlı şəxs Şəki rayon Qeydiyyat Şöbəsi 20 may 2024-cü il tarixli imtina məktubunda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.1-ci maddəsinə istinad etmiş və qeyd etmişdir ki, həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Ölüm haqqında tibbi məlumat dərhal tibb müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməlidir. Lakin işin faktiki hallarından da göründüyü kimi tibb müəssisəsi tərəfindən onun mərhum atasının vəfat etməsi barədə məlumat tibb müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməmişdir. Buna görə də Şəki rayon Qeydiyyat Şöbəsi 20 may 2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Göründüyü kimi şəxsin ölümü barədə tibbi məlumat elə həmin günü Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2cimaddəsinə uyğun olaraq “Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil edilməli və bunun əsasında ölüm faktı qeydə alınmalı və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Onun mərhum atasının ölümü barədə tibbi məlumat onun ölüm günü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil edilməmiş və buna görə də maraqlı şəxs ondan şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış tələb edir. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd edir ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması tələbi ilə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilər. Halbu ki, onun atası 12 fevral 2022-ci il tarixdə vəfat etmiş və onun vəfatından 3 il sonra ölüm haqqında tibbi şəhadətnamə vasitəsi ilə ölüm haqqında şəhadətnamənin alınmasına yol verilmir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(075)- 1684/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası müəyyən etmişdir ki, Ərizəçi atası X2 12 fevral 2022-ci il tarixdə Şəki şəhərində vəfat etməsini əsas gətirərək, onun ölümünə dair tibbi şəhadətnamənin alınması məqsədi ilə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X11 müraciət etmiş, lakin həmin təşkilat ölüm haqqında tibbi şəhadətnamə əvəzinə X2 12 fevral 2022-ci il tarixdə vəfat etməsi barədə Təcili və X6 Stansiyasının Xəbərdarlıq vərəqəsini və həmin təşkilatın kitabından çıxarışı təqdim etməklə, əslində ərizəçinin müraciətindən imtina etmiş, bundan sonra Ərizəçi atası X2 12 fevral 2022-ci il tarixdə vəfat etməsinə dair ölüm haqqında şəhadətnamənin alınması məqsədi ilə Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, həmin təşkilat da ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktının məhkəmə qaydasında müəyyən edilməli olmasını əsas gətirərək, ərizəçinin müraciətindən imtina etməklə, ona məhkəməyə müraciət etməsini məsləhət bilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, ərizəçinin mərhum atası vəfat edən gün “Şəki Rayon Mərkəzi Xəstəxanası” X13 Təcili və X7 Stansiyasına müraciət edilmiş, təcili yardım briqadası ölüm hadisəsinin baş verdiyi ünvanda olmuş, 1946-cı il təvəllüdlü X2 meyidini aşkar etmiş və müvafiq qeydiyyat aparmışlar. Lakin ərizəçinin ölüm haqqında tibbi şəhadətnamənin verilməsi barədə müraciətindən imtina edilmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda X2 hansı tarixdə, harada vəfat etməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Belə olan halda “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olunduğundan ərizəçi həmin şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması barədə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetnə Birliyi” X15 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X13 06 may 2024-cü il tarixli arayışı ilə X3 xx.xx.2022-ci il tarixdə saat 09:26 radələrində TTTYS çağırış verilməsi, bu haqda “Təcili və X7 X1 kitabı”nda 1959 nömrə ilə “Kişi cinsli meyid, keçirlmiş beyin insultundan ağırlaşma” diaqnozu ilə qeydiyyata düşməsi, iş materiallarında olan Təcili və X7 Stansiyası Xəbərdarlıq vərəqəsi ilə xx.xx.2022-ci il tarixdə 09:45-də M.Cəbrayılov 2/3 ünvanında, 1946-cı il təvəllüdlü X8 TTY briqadası çatanadək bioloji ölümün baş verməsinin müəyyən edilməsi, lakin ərizəçiyə 1946-cı il təvəllüdlü X4 ölümünə dair tibbi şəhadətnamənin verilməsindən imtina edilməsi nəzərə alınaraq, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərək, Ərizəçi ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması tələbi ilə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilmək hüququnu izah etməkdə doğru mövqedən çıxış etmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(075)-1684/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(075)-1684/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 191, 261, 263-264, 397-398, 402, 404 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(075)-1684/2024 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar