Məhkəmə qərarları › İş №2(107)-233/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-233/2021

27.01.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-233/2021 27.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Vəkil, cavabdehlər X19 və X9 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X19, X20, Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın qəbul edilməsinin müəyyən olunması və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1180/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1180/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X19, X20, Cavabdeh2 və Cavabdeh3 qarşı “X12 və X1 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onlar tərəfindən qəbul edilməsinin müəyyən olunması, X7 adından tərtib olunaraq Mingəçevir şəhər 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxx 2015-ci il tarixli vəsiyyətnamənin etibarsız sayılması və hər birinin miras payının müəyyən olunması tələbinə dair” iddiası rədd edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X12 və X1 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onlar tərəfindən qəbul edilməsinin müəyyən olunması və miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin həcmini artıraraq izahatında göstərmişdir ki, tərəflərin valideynləri xx xxxxxx 1962-ci ildə evlənmişlər. X12 və X5 birgə nikahında altı uşaqları olmuşdur. Mingəçevir şəhəri Nəsimi küçəsi, 8 ünvanında yerləşən yaşayış evi X7 adına xx xxxxxxx 2014-cü ildə qeydə alınmışdır. Müsənbər Bayramova xx xxxx 2018-ci ildə, Əmiraslan Bayramov isə xx xxxxxxx 2018-ci ildə vəfat etmişdir. Müsənbər Bayramova və Əmiraslan Bayramov vəfat etdikdən sonra sözügedən evdə iddiaçılar yaşayır və miras əmlak onlar tərəfindən faktiki olaraq qəbul olunmuşdur. X12 və X3 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın iddiaçılar tərəfindən qəbul edilməsinin müəyyən olunması və miras paylarının müəyyən edilməsi barədə iddia qaldırmışlar. Məhkəmə sorğusuna əsasən məhkəməyə təqdim olunmuş X7 vərəsəlik işi ilə tanış olduqdan sonra məlum olmuşdur ki, 1932-ci il təvəlüdlü X12 xx xxxx 2015-ci ildə X8 ilə ümumibirgə mülkiyyətdə olan əmlakını nəvəsi X13 vəsiyyət etmişdir. Qanunvericiliyə əsasən vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Əmiraslan Bayramovun vəsiyyətnaməni imzalaya bilməməsi səbəbi latın qrafikasını bilmədiyi göstərilmişdir. Halbuki, latın qrafikasını bilməməsi imzalaya bilməməsi kimi sayıla bilməz. Səbəb bundan ibarətdir ki, Əmiraslan Bayramov həmin vaxt yüksək yaşlı olması səbəbindən öz hərəkətlərinin mənasını başa düşməmişdir. Əmiraslan Bayramova vəsiyyətnaməni X25 oxumuş, onun yerinə X31 imzalamış, şahid isə X18 və X4 imzalamışdır. Şahidlərin hər birisi miras qoyulan şəxs X10 yüksələn və enən xətt üzrə qohumlarıdır. Belə ki, X2 İbrahimovun anası, Cavabdeh1 xalası, X34 Həsənovanın nəvəsi, Rəşid Məmmədov digər xalasının əri, Məcburə Məmmədova isə Rəşid Məmmədovun anasıdır və bir ünvanda yaşayırlar. Ona görə də X12 və X1 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onlar tərəfindən qəbul edilməsinin müəyyən olunması, X7 adından tərtib olunaraq Mingəçevir şəhər 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxx 2015-ci il tarixli vəsiyyətnamənin etibarsız sayılması və hər birinin miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X20 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçılar məhkəməyə müraciət edərək X7 adından tərtib olunmuş və Mingəçevir şəhər 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxx 2015-ci il tarixli vəsiyyətnamənin etibarsız sayılması ilə bağlı onlara qarşı iddia qaldırmışdır. İddia tələbi tam əsassız və qanunsuzdur. İddianın əsası kimi göstərilmişdir ki, guya Əmiraslan Bayramov yaşlı olması səbəbindən öz hərəkətlərinin mənasını başa düşməmiş və orada olan şahidlər onların yüksələn və enən xətt üzrə qohumlarıdır. Lakin bunlar tam əsassızdır. Belə ki, Əmiraslan Bayramov yaşlı olsa da, ölənədək öz hərəkətlərinin mənasını başa düşmüşdür. Şahid kimi göstərilən şəxslər isə onların nə yüksələn, nə də enən xətt üzrə vərəsələri deyil. Şəxs anlaqsız və ya öz hərəkətlərini idarə edə bilməzsə onun adından kiminsə qanunsuz hərəkət etməsinə notarius tərəfindən icazə verilməzdi. Buna görə də, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 və X19 digər cavabdehin izahatına uyğun izahat verərək iddinın rədd edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Mingəçevir şəhər “Asan xidmət” X17 notariusu X26 göstərmişdir ki, X7 adından tərtib olunmuş və Mingəçevir şəhər 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxx 2015-ci il tarixli vəsiyyətnamənin etibarsız sayılması tələb olunur. Lakin sözügedən tələbin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, X12 vəsiyyətnamə tərtib edilərkən öz hərəkətlərinin mənasını tam başa düşmüşdür. Şəxsin yaşlı olması və latın qrafikasında yazmağı bacarmaması vəsiyyətnamənin etibarsızlığına səbəb ola bilməz. Bundan əlavə şahidlər nə yüksələn, nə də enən xətt üzrə vəsiyyət qoyulan şəxsin qohumları deyil. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1180/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmamış və işin faktiki hallarını araşdırmamışdır. Belə ki, cavabdehlərin də təsdiq etdiyi kimi miras əmlak iddiaçılar və Cavabdeh3 faktiki idarəçiliyindədir. Məhkəmə iclasında İddiaçı1 və Cavabdeh3 iştirak etsə də, qətnamədə bu hal əksini tapmamışdır. İşin halları bundan ibarətdir ki, iddiaçılarla cavabdehlər Cavabdeh2 və Cavabdeh3 doğma bacı- qardaşdırlar. Cavabdeh1 isə mərhum qardaşları Elçin Bayramovun həyat yoldaşıdır. Onların valideynləri X12 ilə X14 xx xxxxxx 1962-ci ildə evlənmişlər və nikahdan sonra anaları “Bayramova” soyadını götürmüşdür. Birgə evlilikdən onların 6 uşağı olmuşdur: 1955-ci il təvəllüdlü Səbirə, 1959-cu il təvəllüdlü Yusif, 1961-ci il təvəllüdlü Fikrət, 1967-ci il təvəllüdlü Sevda, 1969-cu il təvəllüdlü Nəzakət və 1971-ci il təvəllüdlü Elçin. Ölənə qədər valideynləri ünvan 1 ünvanında yaşamışlar. Həmin əmlak 0.0632 ha torpaq sahəsi və 120.8 kv.m sahəsi olan yaşayış evindən ibarət olmaqla xx xxxxxxx 2014-cü ildə X7 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. X22 xx xxxx 2018-ci ildə, ataları Əmiraslan Bayramov xx xxxxxxx 2018-ci ildə vəfat etmişdir. Valideynləri vəfat etdikdən sonra iddiaçılar və Cavabdeh3 mirası qəbul edib həmin evdə yaşayırlar. Valideynlərindən miras qalmış əşyalar və fərdi yaşayış evi tam onların idarəçiliyindədir. Mirası faktiki qəbul etmişlər. Eyni zamanda, qardaşları Elçinin övladlarına miras payı verilməsinə razıdırlar. Baxmayaraq ki, onlar valideynlərinin xəstəliyi vaxtından həmin evi tərk etmişlər. Məhkəmə sorğusuna əsasən məhkəməyə təqdim olunmuş X7 vərəsəlik işi ilə tanış olduqdan sonra məlum olmuşdur ki, 1932-ci il təvəllüdlü X12 xx xxxx 2015-ci ildə X8 ilə ümumibirgə mülkiyyətdə olan əmlakını nəvəsi X13 vəsiyyət etmişdir. Hesab edirlər ki, vəsiyyətnamə tərtib olunarkən 83 yaşlı bir şəxs aldatmaya məruz qalmışdır. Bu barədə onlar məlumatlı olduqdan dərhal sonra həmin vəsiyyətnamənin etibarsız sayılması barədə iddia qaldırmışlar. Həmin vəsiyyətnamənin Əmiraslan Bayramovun imzalaya bilməməsinin səbəbi kimi onun latın qrafikasını oxuya bilməməsi göstərilmişdir. Əmiraslan Bayramova vəsiyyətnaməni X25 oxumuş, onun yerinə X31 imzalamış, şahid kimi isə X18 və X4 imzalamışdır. Şahidlərin hər birisi miras qoyulan şəxs X10 qohumlarıdır. Belə ki, X2 İbrahimovun anası Cavabdeh1 xalası, X34 Həsənovanın nəvəsi, Rəşid Məmmədov digər xalasının əri, Məcburə Məmmədova isə Rəşid Məmmədovun anasıdır və bir ünvanda yaşayırlar. Mülki Məcəllənin 1183.1-ci maddəsinə əsasən əgər vəsiyyət edən lal-kardırsa və ya lal-kar və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməklə rəsmiləşdirir. Halbuki, Əmiraslan Bayramov lal-kar və ya lal-kar və savadsız olmamışdır. Onlar mirasa sahiblik etməklə, onu idarə etməklə faktiki qəbul etmişlər. Miras əmlak olan Mingəçevir şəhəri Nəsimi küçəsi 8 saylı ev onların valideynlərinin birgə nikah dövründə birgə qazancı hesabına inşa edilib, mülkiyyətlərinə qeydə alındığından ataları özünə məxsus əmlak payını vəsiyyət qoya bilərdi. Məhkəmə qətnaməsində göstərilən bu dəlillərə də hüquqi qiymət verilməmişdir. Miras qalmış yaşayış evi ümumibirgə mülkiyyətdə olduğundan Əmiraslan Bayramov həmin əmlakı vəsiyyət edə bilməzdi və ya ona düşən payı vəsiyyət edə bilərdi. Məhkəmə vəsiyyətnamənin etibarsız sayılması barədə iddia tələbini rədd edərkən tələblərinin miras paylarının müəyyən olunması ilə bağlı hissəsi üzrə onların məcburi pay almaq hüquqlarını da nəzərə almamışdır. Ona görə də hesab edirlər ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1180/2020 nömrəli qətnаməsi ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1180/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər X19 və X20 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, iddiaçılar onlara mübahisəli mülkə daxil olmağa və orada yaşamağa imkan vermirlər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlardan məhkəmə iclasına gələn olmamışdır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1180/2020 nömrəli qətnaməsi qismən (İddiaçı1 aid hissədə) ləğv edilməli və ləğv edilən hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxx 2018-ci ildə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxxxxx 2018-ci ildə ölmüşdür. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X15 xx xxxxxx 2006-cı ildə ölmüşdür. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Müsənbər Bayramova və Əmiraslan Bayramov arasında nikah xx xxxxxx 1962ci ildə Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Nəsimi küçəsi 8 saylı fərdi yaşayış evi X7 adına mülkiyyət hüququ əsasında xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan xx xxxx 2015-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X12 özünə məxsus bütün əmlakı nəvəsi X13 vəsiyyət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək göstərmişdir ki, iddia tələbi əsasızdır və təmin olunması üçün heç bir hüquqi əsası yoxdur. İddiaçlar tələblərini vəsiyyət edənin yaşlı olması səbəbindən öz hərəkətlərinin mənasını başa düşməməsi və şahidlərin vəsiyyət olunan şəxsin yaxın qohumları olması ilə əsaslandırsa da, lakin hər iki əsas məhkəmə üçün qəbuledilməzdir. Belə ki, X7 yaşlı olması onun öz hərəkətlərinin mənasını başa düşməməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə, iş materiallarından və qanunun tələbindən də bilindiyi kimi, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları vəsiyyət şahidləri ola bilməzlər. Lakin vəsiyyətnamə tərtib edilərkən arada iştirak edən şahidlər hazırkı tələb üzrə vəsiyyət qoyulan vərəsə İbrahim Bayramovun yaxın qohumları və ya onun yüksələn və enən xətt üzrə qohumları sayıla bilməz. Bundan əlavə, miras əmlakın iddiaçılar tərəfindən faktiki qəbul edilməsi və payların bölünməsi məhkəmə iclasında təsdiqini tapmamışdır. Bununla əlaqədar iddiaçılar tərəfindən heç bir mötəbər sübut təqdim olunmamış və hər hansı əsaslı sübut gətirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti əsasında işi araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən İddiaçı1 münasibətdə maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və ona münasibətdə iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçılarla cavabdehlər Cavabdeh2 və Cavabdeh3 doğma bacı-qardaşdırlar. Cavabdeh1 isə mərhum qardaşları Elçin Bayramovun həyat yoldaşıdır. Onların valideynləri X12 ilə X14 xx xxxxxx 1962-ci ildə evlənmişlər və nikahdan sonra anaları “Bayramova” soyadını götürmüşdür. Birgə evlilikdən onların 6 uşağı olmuşdur: 1955-ci il təvəllüdlü Səbirə, 1959-cu il təvəllüdlü Yusif, 1961-ci il təvəllüdlü Fikrət, 1967-ci il təvəllüdlü Sevda, 1969-cu il təvəllüdlü Nəzakət və 1971-ci il təvəllüdlü Elçin. Ölənə qədər valideynləri ünvan 1 ünvanında yaşamışlar. Həmin əmlak 0.0632 ha torpaq sahəsi və 120.8 kv.metr ümumi sahəsi olan yaşayış evindən ibarət olmaqla xx xxxxxxx 2014-cü ildə X7 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. X22 xx xxxx 2018-ci ildə, ataları Əmiraslan Bayramov xx xxxxxxx 2018-ci ildə vəfat etmişdir... İddiaçıların mülahizələrinə görə, valideynləri vəfat etdikdən sonra onlar və Cavabdeh3 mirası qəbul edib həmin evdə yaşayırlar. Valideynlərindən miras qalmış əşyalar və fərdi yaşayış evi tam onların idarəçiliyindədir. Mirası faktiki qəbul etmişlər. Sonradan onlara məlum olmuşdur ki, mərhum ataları X12 onun adından tərtib olunmuş xx xxxx 2015-ci il tarixli vəsiyyətnaməyə əsasən özünə məxsus bütün əmlakı nəvəsi X13 vəsiyyət etmişdir. Onlar bu vəsiyyətnamənin mötəbərliyinə şübhə edirlər. Eyni zamanda, qardaşları Elçinin övladlarına miras payı verilməsinə razıdırlar. İddiaçılar mərhum valideynlərinə məxsus olmuş daşınmaz əmlakdan (yaşayış evi və torpaq sahəsindən) miras pay tələb edirlər. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinin hüquqi əsaslarına diqqət yetirməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir... Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.1-ci maddəsinə görə, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə görə isə, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qanunun müddəalarına görə, mirasın qəbulu elə bir davranış tərzidir ki, bu davranışla vərəsə özünün miras əmlakı əldə etmək və ona yiyələnmək niyyətini ifadə edir, miras qoyanın vərəsəsi olduğunu nümayiş etdirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qanunla müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyrirəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla mirasın qəbulu zamanı, yaxud mirasın bölünməsində iştirak etmək üçün vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu, yaxud vərəsə tanınması haqqında yazılı ərizə verir, bununla mirasa sahib çıxmaq və ya mirasdan pay almaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyrirəsmi üsulla mirasın qəbulu isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericilik miras açıldığı gündən sonra onun vərəsələr tərəfindən qəbuluna 3 aydan 6 ayadək müddət müəyyən etmişdir, yəni vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər; miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Hazırkı işdə miras qoyan X12 xx xxxxxxx 2018-ci ildə ölmüş və o, sağlığında xx xxxx 2015-ci il tarixli vəsiyyətnaməyə əsasən özünə məxsus bütün əmlakı nəvəsi X13 vəsiyyət etmişdir. İddiaçılar həmin vəsiyyətnamənin mötəbərliyini şübhə altına alaraq iddia edirlər ki, vəsiyyətnamə tərtib olunarkən 83 yaşlı bir şəxs aldatmaya məruz qalmışdır. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə eyni mövqeyi bölüşərək hesab edir ki, sözügedən vəsiyyətnamənin tərtib edilməsi zamanı onun etibarsızlığına səbəb ola biləcək hər hansı qanun pozuntusuna və ya saxtakarlığa yol verilməsi halları müəyyən olunmamışdır. Belə ki, vəsiyyətnamə notariat formasında və Mülki Məcəllənin 1179, 1180, 1182, 1190-cı maddələrinin tələblərinə əməl edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən ahıl yaşlı şəxs olduğundan, notarius vəsiyyətnaməni onun özünün və həm də bir neçə nəfər şahidin iştirakı ilə tərtib etmiş, vəsiyyətnamə vəsiyyət edən və həmin şahidlər tərəfindən imzalanaraq notarius tərəfindən təsdiq olunmuşdır. Apellyasiya şikayətinin başqa bir dəlili odur ki, miras əmlak olan Mingəçevir şəhəri Nəsimi küçəsi 8 saylı ev iddiaçıların valideynlərinin birgə nikah dövründə birgə qazancı hesabına inşa edilib, mülkiyyətlərinə qeydə alındığından ataları özünə məxsus əmlak payını vəsiyyət qoya bilərdi. Məhkəmə bu hala da hüquqi qiymət verilməmişdir. Miras qalmış yaşayış evi ümumibirgə mülkiyyətdə olduğundan Əmiraslan Bayramov həmin əmlakı vəsiyyət edə bilməzdi və ya ona düşən payı vəsiyyət edə bilərdi. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların X22 xx xxxx 2018-ci ildə vəfat edərkən onların ataları Əmiraslan Bayramov sağ olmuş və sonuncu 4 ay sonra (xx xxxxxxx 2018-ci ildə) vəfat etmişdir. Anaları vəfat edəndən sonra iddiaçılar yenə də ondan qalan mirası (mübahisəli evin ½ hissəsini) Mülki Məcəllənin 1243 və 1246-cı maddələrində müəyyən olunmuş qaydada və müddətdə qəbul etməmişlər, buna görə də mərhumə Müsənbər Bayramovadan qalmış miras əmlak həmin mirası faktiki qəbul etmiş qanun üzrə vərəsə kimi onun əri Əmiraslan Bayramovun mülkiyyətinə keçərək sonuncudan qalan mirasın tərkibində olmuşdur. Hazırda iddiaçıların X22dan onlara miras qalmasını iddia edərək həmin mirasdan paylarının müəyyən olunmasını tələb etmələri əsassızdır. İddiaçıların apellyasiya şikayətindəki dəlillərindən biri də odur ki, valideynləri vəfat etdikdən sonra onlar və cavabdehlərdən Cavabdeh3 mirası qəbul edib həmin evdə yaşayırlar. Valideynlərindən miras qalmış əşyalar və fərdi yaşayış evi tam onların idarəçiliyindədir. Mirası faktiki qəbul etmişlər. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı miras mülkdə hazırda heç kəsin yaşamadığı, iddiaçıların cavabdehlərə (X19 və X16) həmin mülkə daxil olmağa və orada yaşamağa imkan vermədikləri, iddiaçıların özlərinin də həmin evdə yaşamadıqları və oradan hər hansı formada istifadə etmədikləri, özlərinin başqa yaşayış yerlərinin olduğu məlum olmuşdur. Belə vəziyyətdə iddiaçıların onlar tərəfindən mirasın faktiki qəbul edilməsi barədə mülahizələri qəbulolunmazdır. İşdə olan ərizələrdən görünür ki, X7 xx xxxxxxx 2018-ci ildə vəfat etməsi ilə əlaqədar miras açılandan sonra X19 (cavabdeh) xx.xx.2018-ci il tarixdə, İddiaçı1 (iddiaçılardan biri) isə xx.xx.2019-cu il tarixdə mirası qəbul etmək (vərəsə tanınmaq) barədə Notariat kontoruna müraciət etmişlər. Digər vərəsələr mirasdan pay almaq (vərəsə tanınmaq) üçün nə notariat orqanına ərizə ilə müraciət etməmiş, nə də mirası faktiki qəbul etmələrini təsdiqləyən davranış tərzi nümayiş etdirməmişlər (mirasın qəbul edilməsi qaydası və müddəti Mülki Məcəllənin 1243 və 1246-cı maddələrində təsbit olunmuşdur). Ona görə də məhkəmə kollegiyasının qənaətincə, ünvan 1 ünvanında mərhum X7 mülkiyyətinə aid 0.0632 ha torpaq sahəsindən və 120.8 kv.m ümumi sahəsi olan yaşayış evindən ibarət miras əmlak vəsiyyət üzrə vərəsə X19 və mirasda məcburi pay hüququ olan vərəsə İddiaçı1 arasında bölünməlidir. Qeyd edildiyi kimi, mərhum X7 altı övladı olmuş, onlardan biri daha əvvəl vəfat etmişdir. Ə.Bayramovun arvadı da özündən əvvəl vəfat etmişdir. Əmiraslan Bayramov sağlığında bütün əmlakını vəfat etmiş övladının oğluna (nəvəsi İbrahim Bayramova) vəsiyyət etmişdir. Mülki Məcəllənin 1193 və 1196-cı maddələrinin müəyyən etdiyi qaydaya görə mərhum X6 qalmış mirasın yarısı vəsiyyətnamə üzrə vərəsəsinə (X13) verilməli, qalan yarısı isə bərabər paylarla miras almağa çağırıla biləcək qanun üzrə vərəsələri (sağ olan beş övladı) üçün mirasda məcburi pay kimi nəzərdə tutulmalı, mirasda məcburi pay hüququ olan vərəsələrdən yalnız bir nəfərinin (İddiaçı1) mirasdan qanuni şəkildə pay istəməsi (bu barədə notariusa vaxtında ərizə verməsi) nəzərə alınaraq ona mirasın 1/10 hissəsi həcmində (1/2 hissə : 5 pay) məcburi pay verilməli, mirası qəbul etməmiş məcburi pay hüququ olan digər vərəsələrin payları (mirasın 4/10 hissəsi) isə Mülki Məcəllənin 1202.1-ci maddəsinə müvafiq olaraq vəsiyyət üzrə miras payın üzərinə əlavə edilməlidir (1/2 hissə + 4/10 hissə = 9/10 hissə). Beləliklə, ünvan 1 ünvanında mərhum X7 mülkiyyətinə aid 0.0632 ha torpaq sahəsindən və 120.8 kv.m ümumi sahəsi olan yaşayış evindən ibarət miras əmlakın 9/10 hissəsi X10 (cavabdeh), 1/10 hissəsi isə İddiaçı1 (iddiaçı) miras payı kimi müəyyən olunmalıdır. Mülki Prosessuаl Məcəllənin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinin qismən (İddiaçı1 münasibətdə) təmin edilməsinə əsas vardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsi iş üzrə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmişdir. Məhkəmə kollegiyasının qənaətincə, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1180/2020 nömrəli qətnaməsi qismən (İddiaçı1 aid hissədə) ləğv edilməli və ləğv edilən hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 385, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)- 1180/2020 nömrəli qətnaməsi qismən, yəni İddiaçı1 aid hissədə ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X19, X20, Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın qəbul edilməsinin müəyyən olunması, miras əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddiası qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən 0.0632 ha torpaq sahəsindən və 120.8 kv.m ümumi sahəsi olan yaşayış evindən ibarət miras əmlakda İddiaçı1 miras payı 1/10 hissə, qalan 9/10 hissə isə cavabdeh X10 miras payı kimi müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1180/2020 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar