Məhkəmə qərarları › İş №2(107)-2430/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2430/2020

08.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2430/2020 08.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən payının müəyyən edilərək naturada bölünməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1523/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin X5 tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən paylı mülkiyyətdə olan evdən payına düşən hissənin münasib şəkildə ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tələbin artırılmasına dair ərizə təqdim edərək, ƏMDK yanında DƏDRX-nin X5 tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən onun ½ pay hüququnun müəyyən edilməsi və həmin hissənin naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1523/2020 nömrəli (C.İmanov) qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “evdən payının müəyyən edilərək naturada bölünməsi tələbinə dair” tələbinə dair iddia ərizəsi üzrə tikinti-texniki ekspertizasının rəyi alınanadək işin icraatı dayandırılması qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1523/2020 nömrəli qərardadını ləğv edərək, işə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini xahiş etmişdir Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1523/2020 saylı qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız olraq ekspertiza təyin edərək icraatı dayandırmışdır. Qərardaddan da göründüyü kimi məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Lakin həmin ekspertizanın keçirilməsinin nə üçün zəruri olmasını əsaslandırmamışdır. Belə ki, həmin fərdi yaşayış evi 1 otaqdan ibarətdir və onun bölünməsi qeyri mümkündür. Ona görə də hazırkı iş üzrə ekspertizanın təyin edilməsi lüzümsuz idi. Hesab edir ki, ekspertizanın təyin edilərək işin rəy alınanadək dayandırılması məhkəmə prosesinin əsassız yerə uzanmasına və süründürməçiliyə gətirib çıxarır və nəticədə ədalət məhkəməsinin səmərəliliyini azaldır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1523/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə İddiaçı,Cavabdeh və onun nümayəndəsi və vəkili X1 rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı və cavabdeh rəsmi poçt vasitəsilə yanaşı həmçinin müvafiq olaraq istifadələrində olan 055 741 45 52, 051755 72 21,055 *** ** ** mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayət ərizələrini işdə olan sənədlərlə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1523/2020 nömrəli qərardadına əsasən birinci instansiya məhkəməsi mülki proses tərəflərini dinlədikdən və iş materiallarını araşdırdıqdan sonra hesab etmişdir ki, iş üzrə obyektiv yekun məhkəmə qərarının çıxarılması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X5 tərəfindən MA seriyalı, ******* nömrəli çıxarış əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ½ hissə naturada hansı qaydada bölünməsi müəyyən edilməlidir. Həmin məsələnin araşdırılması üçün xüsusi bilik tələb olunduğundan iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmalı, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməli və mülki işin icraatı ekspert rəyi alınana kimi dayandırılmalıdır. Göründüyü kimi işin obyektiv həlli məqsədiləı xüsusi bilik tələb edən ekspert rəyi lazım olduğundan iş üzrə icraatı dayandırmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nın 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə işin icraatını dayandırır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə, Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa icraat dayandırılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərindən kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, şikayətin dəlilləri icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 1523/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1523/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar