Məhkəmə qərarları › İş №2(107)-244/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-244/2023

07.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-244/2023 07.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: maneələrin aradan qaldırılması və inşa edilmiş tikilinin sökülməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdehin nümayəndəsi - X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması tələbinə dair” ilk iddiası və Cavabdeh İddiaçı qarşı “inşa edilmiş tikilinin sökülməsi tələbinə dair” qarşılıqlı iddiası üzrə Şəki Rаyon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(075)-27/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə, sonradan tələbin azaldılması və dəqiqləşdirilməsinə dair ərizə ilə ünvan 1 ünvanda yerləşən evinin cavabdeh X8 yaşadığı həyət ilə aralarında olan hasarın bünövrəsinin və həmin hasarın cavabdeh tərəfindən təmir edilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu ünvan 2 ünvanında yerləşən, fərdi yaşayış evini, cavabdehin mülkiyyətçisi olduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ayıran divarın üzərində inşa edilmiş yaşayış evinin və həmin divarın hündürlüyünün düzgün inşa edilmədiyi hissəsinin, cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

3. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, ünvan 4 ünvanda yaşayır. Evinə bitişik həyəti olan Cavabdeh valideynləri ilə birlikdə sonradan onların məhəlləsinə gəlmişlər. Sahib illərlə onun evinin divarına bitişik qeyri-qanuni dülgər sexi işlətmiş, sanitar qovşağı tikmiş, evinə yaxın hissədə qanunsuz şüşəbənd tikmişdir. Cavabdeh onun həyət divarının arxa hissəsində öz həyəti tərəfindən evində nə qədər əşya, paslanmış dəmir varsa hamısını hasarın həmin hissəsinə yığmışdır. Həyət divarı, vaxtilə onun mərhum qardaşı tərəfindən tikilmişdir. Evi və həyətyanı divarın tikilməsinə dair onun təsdiqedici və hüquqi sənədləri də mövcuddur. Onun qonşusu olan Cavabdeh onun divarından 40 il hər cür istifadə etmiş, uçurmaq vəziyyətinə salsa da, həyət divarına bir daş belə qoymamışdır. O, tək qadın ola-ola, həyət divarını təmir etdirmişdir. Onun divarı təmir etdirməsi barədə cavabdehin mərhum anası Səmayənin verdiyi yazılı məlumat da mövcuddur. O, uzun illər cavabdehin bu hərəkətlərinə qonşuluq naminə dözmüşdür. Göstərmişdir ki, 2014-cü ildə isə cavabddeh onun mülkiyyətində olan evinə yaxın hamam tikən zaman dəfələrlə etdiyi xahişi nəzərə almadığı üçün məcburiyyət qarşısında qalaraq müvafiq dövlət orqanlarına: polisə şöbəsinə, məhkəməyə və icra hakimiyyətinə müraciət etmiş və nəticədə cavabdeh tərəfindən aparılan hamam tikintisi işləri dayandırılmışdır. Lakin cavabdeh tərəfindən törədilən titrəyişlər və zərbələr nəticəsində qədim və onun üçün çox doğma olan ata evi yaşayış üçün yararsız hala düşmüşdür. Ona görə də məcburiyyət qarşısında qalaraq evinin yerində həyət divarlarına bitişik sadə və imkansız alt-üst 2 otaq tikdirməli olmuşdur. Məhkəmənin 18 noyabr 2014-cü il tarixli, 2(075)-2781/2014 saylı qətnaməsinə əsasən X3 mülkiyyətində olan, ünvan 5 ünvanda yerləşən evin həyətində hamam tikintisi məqsədilə quraşdırılmış dəmir dayaqlar və onun üzərində quraşdırılmış dəmir konstruksiya kəsilərək 1 metr 50 santimetr məsafədə sərhəd hasarından geri çəkilməsi və həmin həyətdə anbar binası kimi inşa olunmuş, hal-hazırda mişar sexi kimi fəaliyyət göstərən tikili, həmin tikilinin yanında inşa olunmuş sanitar qovşaq sökülərək götürülməsi qət edilmişdir. Sonradan yararsız halda olan köhnə, qanunsuz sex ləğv edilmişdir. Lakin yaşadığı otağın 2 addımlığında olan sanitar qovşaq, başqa qanunsuz tikililər saxlanılmış, məhkəmə tərəfindən verilən qərar icra olunmamışdır. O isə yenə də təkid etməmişdir. Hazırda onunla cavabdeh arasında olan həyət divarının cavabdeh tərəfindən olan hissəsində təmir işlərinə ehtiyac vardır. Yaşadığı həmin ev, cavabdeh olan qonşusunun həyətindən 3 metrlik məsafədə yerləşir. O, öz evində rahatlıq tapa bilmir. Cavabdeh həyətində hər gün balta ilə, motorla odun parçalayır. Bu zaman onun evinin divarı yırğalanır. O, bu məsələ barədə dəfələrlə cavabdehin bacısından, qardaşından motorunu və baltasını onun evinin yaxınlığında yox, həyətinin aşağı hissəsində işlətməyi xahiş etmişdir. Yaxın qonşusu olan usta Natiq Əfəndiyevdən köməklik istəmişdir. Natiq Əfəndiyev ona evinin arxasından öz ev divarının bünövrəsini qazmaq, evinin divarını qoruyucu ilə örtmək, möhkəmləndirmək lazım olduğunu bildirmişdir. Qonşunun həyətinə heç bir ziyan vurmamaq şərtilə, divarı təmir etdirərək möhkəmləndirməyi cavabdeh Sahibin bacısı Bənövşə Nəsrullayevadan, qardaşı İbrahim Məmmədzadədən cavabdehi başa salmağı dəfələrlə xahiş etmişdir. Ev divarının dibini təmirə icazə verməsini, baltasının, motorunun səsini uzaqlaşdırmasını istəmişdir. Lakin onun xahişinin heç bir mənası olmamışdır. Göstərmişdir ki, hazırda əsas istəyi cavabdeh X8 yaşadığı həyət ilə onun yaşadığı həyət arasında olan hasarın bünövrəsinin və həmin hasarın cavabdehin mülkiyyətində olan torpaq hissəsində qazıntı işləri aparmaqla təmir etdirilməsini istəyir. Lakin cavabdeh buna mane olaraq onu həyətlərinə buraxmır. Bununla da aralarında olan divarın və həmin divarın bünövrəsinin cavabdehin mülkiyyətində olan torpaq sahəsi hissəsində qazıntı işləri aparmaqla təmir edilməsinə maneələr yaradır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qarşılıqlı iddiaya münasibət bildirərək göstərmişdir ki, onu əsaslı hesab etmir. Qeyd etmişdir ki, onun evinin və həyətyanı sahəsinin qanuni sənədləri olmaqla tam mülkiyyətindədir. Evində və həyətində heç bir qeyri-qanuni tikili yoxdur. Əsas iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi (arvadı) X6 izahat verərək göstərmişdir ki, İddiaçı ona qarşı, iddiaçıya məxsus, Giləhli küçəsi, ev 24 ünvanında yerləşən fərdi yaşayış evinin bünövrəsinin, mülkiyyətçisi olduğu Giləhli küçəsi, ev 26 ünvanında yerləşən fərdi yaşayış evinə məxsus həyətin qazılması ilə təmirinə imkan verilməsi, buna paralel, Giləhli küçəsi, ev 26 ünvanında yerləşən fərdi yaşayış evində, iddiaçının fantaziyası ilə, son illərdə inşa edilmiş, özbaşına tikililərin və həyət divarına bitişik sanitar qovşağının sökülüb götürülməsinə dair iddiasını qəbul etmir. Bildirmişdir ki, iddiaçı ilə uzun illərdir ki, qonşuluqda yaşayırlar. İddiaçı ilə onlar arasında daş hasar vardır. Onların evləri həmin hasardan 3-4 metr aralıda yerləşir. Həmin 3-4 metrlik hissə isə küçədən onlara daxil olan qapı-darvazadır. İddiaçının inşa etdiyi ev bəzi yerlərdə hasarla üst-üstə düşür. Yəni, iddiaçının evinin divarının müəyyən hissəsi hasarı əvəz edir. Qeyd etmişdir ki, iddiaçının istəyi mülkiyyətlərində olan torpaq hissəsində evinin və hasarının bünövrəsini qazaraq orada təmir işləri görməkdir. Halbuki, həmin hissəsdə onlar tərəfindən hər hansı divara doğru su axıdılmır. Ümumiyyətlə divarın onlara tərəf olan hissəsində iddiaçıya hər hansı ziyan vurulmamışdır. Buna görə də İddianı tam əsassız hesab edir. Həmçinin bildirilmişdir ki, iddiaçıya məxsus, ünvan 6 ünvanında yerləşən, fərdi yaşayış evini, mülkiyyətçisi olduğu ünvan 7 ünvanında yerləşən, fərdi yaşayış evindən ayıran divar iddiaçı tərəfindən, Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsinin” tələbləri kobud surətdə pozulması ilə tikilmişdir, bundan başqa iddiaçı özünə məxsus olan fərdi yaşayış evini də, bir başa olaraq həmin divarın üzərində inşa etmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, o, öz həyətində hansısa iş gördüyü zaman, onun başına səs düşür. Onun həyətində hansısa iş görməyi ilə əlaqədar, onun rahatlığı pozulur. Göstərmişdir ki, onlar öz həyətində gördüyü işləri ictimai asayişin qorunması məqsədi ilə, həmin işləri səhər saat 07:00-dan, axşam saat 21:00-dək görür. İddiaçının öz evində rahat olmamasının əsas səbəbi onun özünün Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsinin” tələblərini kobud surətdə pozaraq ara məsafəsi buraxmadan, qonşu ilə ara divarı üzərində fərdi yaşayış evi inşa etməsidir. Bu səbəbdən o, öz həyətində hərəkət edən zaman, iddiaçı divarın arxasında, narahat olur. Göstərmişdir ki, iddiaçı daima onlarla qonşuluq prinsipləri daim kobud surətdə pozmuş, əsassız ittihamlarla onu məhkəmələrə çəkmişdir. Bu səbəbdən hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Şəki Rаyon Məhkəməsinin (hakim Cahid İmanov) 10 noyabr 2022-ci il tarixli, 2(075)-27/2022 saylı qətnaməsi ilə İddiaçı ona məxsus olan Şəki şəhəri, Güləhli küçəsi, 24 ünvanda yerləşən evinin cavabdeh X8 yaşadığı həyət ilə aralarında olan hasarın bünövrəsinin və həmin hasarın cavabdeh tərəfindən təmir edilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair ilk iddianın təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 10.40 manat dövlət rüsumunun onun özünə aid edilməsi, Cavabdeh mülkiyyətçisi olduğu ünvan 2 ünvanında yerləşən, fərdi yaşayış evini İddiaçı mülkiyyətçisi olduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ayıran divarın üzərində inşa edilmiş yaşayış evinin və həmin divarın hündürlüyünün düzgün inşa edilmədiyi hissəsinin, İddiaçı öz hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi, Cavabdeh tərəfindən ödənilmiş 10.40 manat dövlət rüsumu onun özünə aid edilməsi, iş üzrə 100 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə - AZ.MEM. VÖİN **********, X7, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilməsi qət edilmişdir.

6. Cavabdeh Şəki Rаyon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(075)-27/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh оğlu apellyasiya şikayətini belə əsaslandırmışdır ki, “İddiaçı, cavabdehə aid torpaq sahəsini qazmağı ilə, təmir işləri görmək istəməsində haqsız olması və öz iddiası ilə, qonşusunun mülkiyyət hüquqlarını, haqsız tələbi ilə pozmaq istəməsini, məhkəmə vasitəsi ilə leqallaşdırmağa çalışması müəyyən edilmişdir. Qeyd edilənlərdən əlavə, iki qonşu arasındakı sərhəd xəttinin üzərində tikilmiş divarın və həmin divar boyu, divar üzərinə quraşdırılmış metal lövhələrin ümumi hündürlüyünün 5.72 m olması ilə, qonşusuna panoram görünüşünü bağlaması ilə, həm də qonşunun evinə hava axınları və sirkulyasiyasının qarşısını almaqla, yaşayış evində daimi rütubətin saxlanılmasına və demək olar ki, orta əsrlərin həbsxanasına bənzər şərait yaratmışdır ki, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd edilən tələblərin, iş üzrə iddiaçı tərəfindən pozulması, yəni qonşu ilə sərhəd divarı üzərində yaşayış evi tikməsi və divarın qalan hissəsini 5,72 m-dək hündürlüyə qaldırması ilə, həmin divarın cavabdehin yaşadığı evin qarşısını bağlaması və qonşunun yaşayış evində daimi rütubətin saxlanılması ilə, daimi rütubətlə bağlı xəstəliklərin bu evdən uzaqlaşmaması və iş üzrə keçirilmiş ekspertizalar üzrə verilmiş rəylərin, qanunsuz və tərəfli verilməsi ilə, məhkəmə, işin qeyd edilən hallarını nəzərə alınmamışdır. Qətnamədə qeyd edilir ki, -“müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan fərdi yaşayış evinin arxa divarı, cavabdehlə qonşu sahə ilə, sərhəd xəttində inşa edilmiş və həmin fərdi yaşayış evinin arxa divarı tikinti normalarına uyğundur”. Təkcə bu fakt, yəni “iddiaçıya məxsus olan fərdi yaşayış evinin arxa divarının, cavabdehlə qonşunun sahəsi ilə, sərhəd xəttində inşa edilməsi” faktı, iş üzrə təyin edilmiş bütün tikinti-texniki ekspertizalarının və həmin ekspertizalar üzrə verilmiş bütün rəylərin, qanunazidd və tərəfli aparılması ilə verilməsini sübut edir. Məhkəmə qonşular arasında, hasar tikilisinin hündürlüyünün 5.2 m olmasını nəzərə almadan, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1 bəndinin tələblərinin pozulması faktını sübut kimi qəbul etməməklə, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. İddiaçı 5.2 m hündürlüyündə hasar tikilisinə və yaşayış evinin qonşu ilə sərhəd xəttində inşa edilməsinə kim tərəfindən icazə verilməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Qanunların pozulması ilə inşa edilmiş hasar tikilisinin hündürlüyü 5,2 m-dir. Qanunların pozulması ilə inşa edilmiş yaşayış evi, qonşu ilə sərhəd xəttinin üzərində inşa edilməsi ilə, hündürlüyü 6 m-dən yuxarıdır. Qətnamə bu faktlarla uyğun deyildir. Ona görə də, Şəki Rаyon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(075)-27/2022 saylı qətnaməsinin ləğv edilərək ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və Şəki Rаyon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(075)-27/2022 saylı qətnaməsinin ləğv edərək qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Şəki Rаyon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(075)-27/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

12. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

13. İş üzrə cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ilk iddianın təmin edilməməsinə və iddiaçının həmin hissədən apellyasiya şikayəti verməməsinə görə, məhkəmə kollegiyası tərəfindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığını qarşılıqlı iddianın təmin edilməməsi hissəsində yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

15. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

16. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi.

Maddə 95. Tikinti obyektlərinin sökülməsi Maddə 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: Maddə 95.1.1. Tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; Maddə 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; Maddə 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; Maddə 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; Maddə 95.1.4. Sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Maddə 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Maddə 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu

152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Maddə 170. Qonşuluq hüququ (...) 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.

Maddə 171. Qonşu təsirinə dözmək vəzifəsi 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rаyon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(075)-27/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

21. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. İş materialında olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 11 avqust 2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 8 ünvanında 0.0661 ha torpaq sahəsində yerləşən 33.7 kv.m yaşayış, 47.5 kv.m köməkçi sahələrdən ibarət olan, 2 mərtəbəli, 2 otaqlı və 13.8 kv.m yaşayış, 32.1 kv.m köməkçi sahəsən ibarət olan, 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evləri İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli, reyestr kitabının 62 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır.

23. İş materialında olan 07 avqust 2015-ci il tarixli, 294 invertar nömrəli, **********31- 10301 reyestr nömrəli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

24. İş materialında olan 30 yanvar 2021-ci il tarixli, 10 nömrəli arayışdan görünür ki, İddiaçı Şəki şəhəri, Giləhli küçəsi, 24 saylı evdə yaşayır.

25. İş materialında olan 16 oktyabr 2020-ci il tarixli, 7307 invertar nömrəli, **********64-10301 reyestr nömrəli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin 5/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi X1, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi X4, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi X5 mülkiyyətindədir.

26. İş materialında olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 27 oktyabr 2020-ci il tarixli, **********64-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 10 ünvanında 0.033 ha torpaq sahəsində yerləşən 64.1 kv.m yaşayış, 68.9 kv.m köməkçi sahələrdən ibarət olan, 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin 5/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi X1, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi X4, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi X5 adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli, reyestr kitabının 27 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır.

27. İş materialında olan Şəki şəhər İHB-nin 15 oktyabr 2014-cü il tarixli, 1/234 saylı sərəncamından görünür ki, ünvan 7-da yaşayan Cavabdeh İXM-nin 194.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 500 manat məbləğində inzibati cərimə edilmişdir.

28. İş materialında olan “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun 27 aprel 2021ci il tarixli, 34 nömrəli məktubunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 8 ünvanında uçmuş köhnə evinin yerində tikdiyi yeni tikilinin dam örtüyünün kirəmitlə əvəz olunması tövsiyə edilmişdir.

29. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2022-ci il tarixli, 10/2140 nömrəli ekspert rəyində göstərilmişdir ki; - məhkəmə qərardadının 1-ci və 3-cü suallarının cavablandırılması mümkün olmamışdır. - qərardadın 2-ci sualı üzrə göstərilmişdir ki, tədqiq olunan hasar tikilisinin hündürlüyünün 5.2 m olduğu nəzərə alaraq Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1 bəndinin tələblərinin pozulduğu müəyyən olunur. - Fərdi yaşayış evinin arxa divarının Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsi tərəfindən tərtib edilən **********31-10301 reyestr nömrəli texniki pasport sənədində göstərildiyi kimi qonşu sahə ilə sərhəd xəttində inşa edildiyini və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1.1-ci bəndini nəzərə alaraq tədqiq olunan fərdi yaşayış evinin arxa divarının tikinti normalarına uyğun inşa edildiyi müəyyən olunur. Ekspertiza xərci 50 manat təşkil etmişdir.

30. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/4249 nömrəli ekspert rəyində göstərilmişdir ki; - qərardadın 1-ci sualı üzrə Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən məhkəmə predmeti olan daş hasar və İddiaçı inşa etmiş olduğu evin arxa divarı xx.xx.2015-ci il tarixli RX seriyalı N ******* nömrəli Torpağa Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədlərin hüdudları daxilində yerləşir. - qərardadın 3-cü sualı üzrə göstərilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən xx.xx.2015-ci il tarixli RX seriyalı N ******* nömrəli X13 qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı inşa etmiş olduğu hasar və evinin cavabdehə tərəf arxa hissəsində İddiaçı məxsus olub cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi yoxdur. Ekspertiza xərci 50 manat təşkil etmişdir.

31. İş materialında olan Şəki Rayon Məhkəməsinin 18 noyabr 2014-cü il tarixli, 2(075)-2781/2014 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X3 mülkiyyətində olan, ünvan 5 ünvanda yerləşən evin həyətində hamam tikintisi məqsədilə quraşdırılmış dəmir dayaqlar və onun üzərində quraşdırılmış dəmir konstruksiya kəsilərək 1 metr 50 santimetr məsafədə sərhəd hasarından geri çəkilməsi və həmin həyətdə anbar binası kimi inşa olunmuş, hal-hazırda mişar sexi kimi fəaliyyət göstərən tikili, həmin tikilinin yanında inşa olunmuş sanitar qovşağın sökülərək götürülməsi, iddianın öz başına inşa olunmuş mətbəxin sökülməsi hissəsində təmin edilməməsi qət edilmişdir.

32. İş materialında olan Şəki Apellyasiya Məhkəməsinin 06 fevral 2015-ci il tarixli, 2(107)-185/2015 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 18 noyabr 2014-cü il tarixli, 2(075)-2781/2014 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

33. İş materialında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyun 2015-ci il tarixli, 2(102)-2479/2015 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin 06 fevral 2015-ci il tarixli, 2(107)-185/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

34. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh qonşudurlar. Şəki şəhəri, Güləhli küçəsi, 24 ünvanda yerləşən ev və həyətyanı torpaq sahəsi iddiaçının tam mülkiyyətində olsa da, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin isə ¼ hissəsi Cavabdeh və digər şəxslərin paylı mülkiyyətlərindədir. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan fərdi yaşayış evinin arxa divarı cavabdehlə qonşu sahə ilə sərhəd xəttində inşa edilmiş və həmin fərdi yaşayış evinin arxa divarı tikinti normalarına uyğundur. Müəyyən edilmişdir ki, məhkəmə predmeti olan daş hasar və İddiaçı inşa etmiş olduğu evin arxa divarı xx.xx.2015-ci il tarixli RX seriyalı N ******* nömrəli Torpağa Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin hüdudları daxilində yerləşir. Bundan başqa aydınlaşdırılmışdır ki, İddiaçı inşa etmiş olduğu hasar və evinin cavabdehə tərəf arxa hissəsində İddiaçı məxsus olub cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi yoxdur. Həmçinin tədqiq olunan hasar tikilisinin hündürlüyü 5.2 m olmaqla Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1 bəndinin tələblərinin pozulduğu müəyyən olunur. İddiaçı ilk iddianı müdafiə etmiş, qarşılıqlı iddianı isə qəbul etməmiş, həmçinin cavabdeh ilk iddianı qəbul etməmiş, qarşılıqlı iddianı isə müdafiə etmişdir.

35. Eyni zamanda müəyyən olunmuşdurki, Şəki şəhəri, Güləhli küçəsi, 24 ünvanda yerləşən ev və həyətyanı torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. Həmçinin iddiaçının tikdirmiş olduğu ev və hasar tam olaraq onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Yəni iddiaçının evinin və hasarının hər hansı bir hissəsi cavabdehə məxsus olan torpaq sahəsinin hər hansısa bir hissəsində yerləşməmişdir. İddiaçının hasarın cavabdehə tərəf olan hissəsində hər hansı torpaq sahəsi yoxdur.

36. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən inşa edilmiş hasar tam olaraq onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində inşa edilsə də, həmin hasarın hündürlüyü 5.2 m olmaqla Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1 bəndinin tələblərinə ziddir. Lakin həmin hasar tikinti normalarına zidd inşa edilsə də, cavabehin hər hansı marağına toxunmur və onun hüquqlarını hər hansısa formada məhdudlaşdırmır. İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. Cavabdehin özünün də göstərdiyi kimi, divarın hündürlüyü həmin divarın üzərinə quraşdırılmış metal lövhələrlə birlikdə 5.2 m-dir. Yəni söhbət divarın hündürlüyündən deyil, həmin divarın üstünə quraşdırılmış metal lövhələrdən gedir.

37. Digər tərəfdən, yuxarıda qeyd olunan normaların birgə təhlilindən də göründüyü kimi torpaq sahəsinin və digər daşınmaz əmlak mülkiyyətçisinin qonşu təsirinə dözmək vəzifəsi vardır və həmin vəzifə qanunda təsbit edilmişdir. (18, 19)

38. Məhkəmə kolleğiyası qeyd edir ki, cavabdehin qarşılıqlı iddiasının və apellyasiya şikayətinin dəlilləri iş materiallarındakı digər sübutlarla yanaşı, Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2022-ci il tarixli, 10/2140 nömrəli və 05 sentyabr 2022-ci il tarixli, 10/4249 nömrəli ekspert rəyləri ilə də təkzib edilir.

39. Məhkəmə kollegiyası iş üzrə alınmış ekspert rəylərinin kifayət qədər aydın olmaqla bir-birini tamamladığını vurğulayaraq hesab edir ki, iş üzrə yenidən ekspertiza keçirilməsinə lüzum yoxdur.

40. Məhkəmə kollegiyası həmin ekspert rəylərini MPM-in 88 və 103-cü maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirir və mötəbər sübut kimi qəbul edilir.

41. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

42. Apellyasiya şikayətinin iş üzrə alınmış ekspert rəylərinin qanunazidd olması barədə dəlili əsassızdır.

43. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur.

44. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

45. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

46. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları əsasən düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rаyon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(075)- 27/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh оğlu tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Rаyon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(075)-27/2022 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar