Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-250/2020 30.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi və İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-673/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh 23769 manat dəyərində əmlakların və ya həmin əmlakların dəyəri olan 23769 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd etdiyi əmlaklardan bir hissəsi məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən könüllü olaraq ona qaytarılmışdır. Ona görə də ilk iddia tələbinin həcmini azaldaraq cəmi 6374 manat məbləğində əmlaklar, həmin əmlaklar olmadıqda isə onların dəyərinin və məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-673/2019 nömrəli (hakim R.Şirinov) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 800 manat dəyərində 1 ədəd ağ qızıldan olan 7 qram çəkidə nişan üzüyü, 1160 manat dəyərində bir ədəd ağ qızıldan olan 10 qram çəkidə zəncir, 940 manat dəyərində bir cüt 8 qram çəkidə ağ qızıldan olan sırqa, 700 manat dəyərində bir ədəd 6 qram çəkidə ağ qızıldan olan brilyant qaşlı üzük və 700 manat dəyərində bir ədəd 6 qram çəkidə ağ qızıldan olan brilyant qaşlı bilərzikdən ibarət – (cəmi dəyəri 3500 manat olan ağ qızıl dəsti), 400 manat dəyərində bir ədəd 6 qram çəkidə italyan qızılı olan üzük, 150 manat dəyərində bir ədəd 3 qram çəkidə 583 əyarlı rus qızılı olan tək qaşlı üzük, 150 manat dəyərində bir ədəd palto, 50 manat dəyərində bir cüt çəkmə, hər biri 50 manat olmaqla cəmi 150 manat dəyərində üç ədəd don, hər biri 25 manat olmaqla cəmi dəyəri 100 manat olan dörd ədəd çanta, hər biri 25 manat olmaqla cəmi 75 manat dəyərində üç ədəd idman ayaqqabıları, hər biri 6 manat olmaqla cəmi 150 manat dəyərində 25 ədəd kofta, hər biri 25 manat olmaqla cəmi 50 manat dəyərində iki ədəd pencək, hər biri 33 manat olmaqla cəmi 99 manat dəyərində üç ədəd bujiteriya, 30 manat dəyərində bir ədəd jilet, 100 manat dəyərində kosmetika dəsti, hər biri 20 manat olmaqla cəmi 60 manat dəyərində üç ədəd şalvar, 40 manat dəyərində bir cüt tufli, 20 manat dəyərində bir cüt yay ayaqqabısı, 320 manat dəyərində bir ədəd “Evroluxs” markalı senserli dörd göz qaz peçi, 80 manat dəyərində bir ədəd “Evroluxs” markalı ütü feni, hər biri 25 manat olmaqla cəmi 50 manat dəyərində xrustal mürəbbə qabından ibarət əmlaklar, həmin əmlaklar olmadıqda isə onların dəyəri olan cəmi 6374 (altı min üç yüz yetmiş dörd) manat pul alınaraq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Musayev Gülşən Əlmövsüm qızına ödənilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdeh Musayev X2 Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-673/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş əridir. O, cavabdehlə xx xxxx 2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və gəlin köçdüyü evə cehiz əmlakları və özünə məxsus şəxsi geyim əşyaları aparmışdır. Cavabdehlə aralarında olan nikah xx xxxx 2019-cu il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Faktiki olaraq ayrılıb ata evinə qayıdarkən ona məxsus cehiz əmlakları, qızıl-zinyət əşyaları və geyim paltarları cavabdehə məxsus evdə qalmışdır. O, cavabdehdən bir neçə dəfə ona məxsus əmlakları qaytarmasını tələb etsə də cavabdeh əmlaklarını qaytarmamışdır. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh ona məxsus əmlakların bir hissəsini qaytarmış, qalan əmlaklarını və ya onların dəyərini tələb etsə də cavabdeh ona məxsus əmlakları qaytarmaqdan imtina etmişdir. O, cavabdehdən 800 manat dəyərində 1 ədəd ağ qızıldan olan 7 qram çəkidə nişan üzüyü, 1160 manat dəyərində bir ədəd ağ qızıldan olan 10 qram çəkidə zəncir, 940 manat dəyərində bir cüt 8 qram çəkidə ağ qızıldan olan sırqa, 700 manat dəyərində bir ədəd 6 qram çəkidə ağ qızıldan olan brilyant qaşlı üzük və 700 manat dəyərində bir ədəd 6 qram çəkidə ağ qızıldan olan brilyant qaşlı bilərzikdən ibarət – cəmi dəyəri 3500 manat olan ağ qızıl dəsti, 400 manat dəyərində bir ədəd 6 qram çəkidə italyan qızılı olan üzük, 150 manat dəyərində bir ədəd 3 qram çəkidə 583 əyarlı rus qızılı olan tək qaşlı üzük, 150 manat dəyərində bir ədəd palto, 50 manat dəyərində bir cüt çəkmə, hər biri 50 manat olmaqla cəmi 150 manat dəyərində üç ədəd don, hər biri 25 manat olmaqla cəmi dəyəri 100 manat olan dörd ədəd çanta, hər biri 25 manat olmaqla cəmi 75 manat dəyərində üç ədəd idman ayaqqabıları, hər biri 6 manat olmaqla cəmi 150 manat dəyərində 25 ədəd kofta, hər biri 25 manat olmaqla cəmi 50 manat dəyərində iki ədəd pencək, hər biri 33 manat olmaqla cəmi 99 manat dəyərində üç ədəd bujiteriya, 30 manat dəyərində bir ədəd jilet, 100 manat dəyərində kosmetika dəsti, hər biri 20 manat olmaqla cəmi 60 manat dəyərində üç ədəd şalvar, 40 manat dəyərində bir cüt tufli, 20 manat dəyərində bir cüt yay ayaqqabısı, 320 manat dəyərində bir ədəd “Evroluxs” markalı senserli dörd göz qaz peçi, 80 manat dəyərində bir ədəd “Evroluxs” markalı ütü feni, hər biri 25 manat olmaqla cəmi 50 manat dəyərində xrustal mürəbbə qabından ibarət əmlakları, həmin əmlaklar olmadıqda isə onların ümumi dəyəri 6374 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə heç bir araşdırma aparmadan iddiaçının mənafeyini üstün tutaraq onun xeyrinə qətnamə çıxarmışdır. İddiaçı gəlin köçərkən özü ilə cehiz əmlakları gətirmişdir. Onun gətirdiyi əmlakların çox hissəsini iş məhkəmənin icraatında olduğu müddətdə ona qaytarılmışdır. Tələb etdiyi geyim əşyalarını ata evinə gedərkən özü ilə aparmışdır. Onların evində iddiaçının heç bir geyim əşyası qalmamışdır. Yalnız iddiaçının cehiz kimi gətirdiyi “Evroluxs” markalı senserli dörd göz qaz peçi onların evindədir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-673/2019 nömrəli qətnaməsinin “Evroluxs” markalı senserli dörd göz qaz peçi hissəsi saxlanılmaqla qalan hissədə ləğv edilərək qızıl-zinət əşyalarının qiymətləndirilmə ekspertizası keçirildikdın sonra qızıl-zinət əşyalarının müəyyən edilmiş qiyməti üzrə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak etmiş cavabdeh (apelyator) Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddaçı onun keçmiş arvadıdır. İddiaçının mübahisələndirdiyi qızıl-zinət əşyaları hazırda ondadır. Lakin iddiaçı tərəf qızıl-zinətin dəyərini yüksək qiymətləndirdiklərindən, həmin əşyaları vermək istəmir. Cavabdeh sonda ədalətli qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirdmişdir ki, sözügedən qızıl-zinət hazırda cavabdeh tərəfdədir. Lakin cavabdeh tərəf ona acıq edərək həmin qızılları qaytarmaqdan imtina edir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. (sonuncu iclasa cavabdehin bacısı X3 gəlmiş, lakin etibarnamədə konkret olaraq məhkəmə üçün səlahiyyət verilmədiyindən məhkəmə onu səlahiyyətli şəxs kimi qəbul etmədi). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-673/2019 nömrəli qətnaməsi qızıl-zinət əşyasının dəyərinə münasibətdə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(037)-536 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı ilə cavabdehin arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 110 nömrə ilə qeyd olunmuş nikahın pozulması qət olunmuşdur. Apelyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, № 9/1442 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən istifadədə olmuş 7 adda qızılzinət əşyasının hazırki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3620,0 manat müəyyən edilir. Zərgərlik məlumatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini, sayını və işlənmə dərəcəsini müəyyən etmək mümkün deyildir. Bu səbəbdəndə brilyant qaşlar üzrə qiymətləndirmə aaparmaq mümkün olmamışdır. 01 ədəd 750 əyarlı ağ qızıl nişan üzüyü, çəkisi 560 manat, 01 ədəd 750 əyarlı ağ qızıl zəncir, çəkisi 10 qr. - 800 manat, 01 ədəd 750 əyarlı ağ qızıl sırğa, çəkisi 8 qram -640 manat, 01 ədəd 750 əyarlı briliyant qaşlı ağ qızıl üzük, çəkisi 6 qram-480 manat, 01 ədəd 750 əyarlı brliyant qaşlı ağ qızıl bilərzik, 6 qram- 480 manat, italiya istehsalı olan 750 əyarlı üzük, çəkisi 6 qram-480 manat, rusiya istehsalı olan 583 əyarlı tək qaşlı üzük, cəkisi 3 qram-180 manat, cəmi 3620 manat. Məhkəmə kollegiyası iddia ərizəsində qeyd olunan mübahisəli qızıl-zinət və digər əşyaların araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə isə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Mülki Məcəllənin 225.2-ci maddəsində təsbit edilmişdir ki, nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, iddia tələbinə etirazın, eləcə də apelyasiya şikayətində qeyd olunan dəlillərin əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş qızıl-zinətin və digər əşyaların mövcudluğunu, onların cavabdehdə olduğunu və cavabdeh tərəfindən qaytarılmadığını, qızıl-zinətin və həmin əşyaların toy-nişan ərəfəsində hədiyyə olaraq cavabdeh tərəfindən hədiyyə olaraq verilməsini sübut etməli, cavabdeh tərəf isə iddia tələbinə dair etirazın dəlillərini əsaslandırmalıdır. Lakin məhkəmə kollegiyası tərəfindən dəfələrlə təklif olunmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında mübahisəli qızıl-zinətin hədiyyə olaraq cavabdehə verilməsini etiraf etsə də, apelyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bu halı yalnız öz izahatları ilə əsaslandırmağa çalışmışdır. Cavabdeh tərəfin özünün izahatına münasibətdə isə kollegiya nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apelyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apelyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsaslı olmasa da, mübahisəli qızıl-zinət əşyalarınını dəyəri hissəsində dəyişdirilməsi üçün əsasdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh tərəf məhkəmə araşdırması zamanı mübahisəli qızıl-zinət əşyalarının toy günü iddiaçıya verilməsini və hazırda onda olmasını inkar etməmişdir. Cavabdehin mübahisələndirdiyi hal əsasən iddiaçı tərəfin qızıl-zinətin dəyərinin süni şəkildə şişirdilməsindən ibarət olmuşdur. Göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi, cavabdeh isə iddia tələbinə etirazının əsası kimi istinad etdikləri hallara dair izahat vermiş, həmçinin mövcud olan və təqdim edilməsi mümkün olan sübutlar məhkəməyə təqdim edilmişdir. Tərəflərə təklif olunsa da, təqdim olunanlardan əlavə məhkəməyə hər hansı bir sübut təqdim etmək imkanlarının olmadığını bildirdilər. Lakin, həm birinci, həm də apelyasiya instansiya məhkəməsində tərəflərin hər biri mübahisə üzrə izahatlarında məhz özünün haqlı tərəf olduğunu bəyan edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qızıl-zinət əşyalarının dəyəri onun izahatı ilə yanaşı digər mötəbər sübutlarla birgə qiymətləndirilməlidir. Bu baxımdan kollegiya belə qənaətə gəlir ki, qeyd olunan qızıl-zinətin dəyərinə münasibətdə ekspert rəyi daha mötəbər sübut kimi qəbul edilməlidir. Bu səbəbdən də iş üzrə verilmiş ekspert rəyində göstərilən qiymətlər nəzərə alınmaqla iddiaçıya məxsus olan iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları,01 ədəd 750 əyarlı ağ qızıl nişan üzüyü, çəkisi 560 manat, 01 ədəd 750 əyarlı ağ qızıl zəncir, çəkisi 10 qr. - 800 manat, 01 ədəd 750 əyarlı ağ qızıl sırğa, çəkisi 8 qram -640 manat, 01 ədəd 750 əyarlı briliyant qaşlı ağ qızıl üzük, çəkisi 6 qram-480 manat, 01 ədəd 750 əyarlı brliyant qaşlı ağ qızıl bilərzik, 6 qram- 480 manat, italiya istehsalı olan 750 əyarlı üzük, çəkisi 6 qram-400 manat, rusiya istehsalı olan 583 əyarlı tək qaşlı üzük, cəkisi 3 qram-150 manat, həmin əşyalar olmadıqda onların dəyəri cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası italiya istehsalı olan 750 əyarlı üzüyə, çəkisi 6 qram-400 manat, rusiya istehsalı olan 583 əyarlı tək qaşlı üzüyə, cəkisi 3 qram-150 manat münasibətdə iddia ərizəsində qeyd olunmuş qiymətləri ona görə əsas götürür ki, bu iddia tələbindən kənara çıxmaq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 389-cu maddəsinə görə, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)- 673/2019 nömrəli qətnaməsi mübahisəli qızıl-zinət əşyasının dəyərinə münasibətdə ekspert rəyi əsas götürülməklə dəyişdirilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, qeyd оlunаn məhkəmə xərci tərəflərə аid edilməli və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesаbına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-673/2019 nömrəli qətnaməsi- 800 manat dəyərində 1 ədəd ağ qızıldan olan 7 qram çəkidə nişan üzük, 1160 manat dəyərində bir ədəd ağ qızıldan olan 10 qram çəkidə zəncir, 940 manat dəyərində bir cüt 8 qram çəkidə ağ qızıldan olan sırqa, 700 manat dəyərində bir ədəd 6 qram çəkidə ağ qızıldan olan brilyant qaşlı üzük və 700 manat dəyərində bir ədəd 6 qram çəkidə ağ qızıldan olan brilyant qaşlı bilərzikdən ibarət – cəmi dəyəri 3500 manat ağ qızıl dəsti və həmin əmlakların cəmi dəyəri 6574 manat,” (əmlakların dəyəri) hissəsində dəyişdirilsin. 01 ədəd 750 əyarlı ağ qızıl nişan üzüyü, çəkisi -560 manat, 01 ədəd 750 əyarlı ağ qızıl zəncir, çəkisi 10 qr. - 800 manat, 01 ədəd 750 əyarlı ağ qızıl sırğa, çəkisi 8 qram -640 manat, 01 ədəd 750 əyarlı briliyant qaşlı ağ qızıl üzük, çəkisi 6 qram-480 manat, 01 ədəd 750 əyarlı brliyant qaşlı ağ qızıl bilərzik, 6 qram- 480 manat (cəmi dəyəri 2960 manat ağ qızıl dəsti və ümumi əmlakların dəyəri 5834 (beş min səkkiz yüz otuz dörd) manat dəyərində müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-250/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-250/2020
30.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver