Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-252/2022 07.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(025)-397/2021 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlamış kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 28932.64 manat məbləğində kredit borcu, 4758.45 manat məbləğində faiz borcu və 7606.99 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 41298 (qırx bir min iki yüz doxsan səkkiz) manat 08 (səkkiz) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Qəbələ şəhəri, N.Nərimanov küçəsi, 22C-də xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətli 62.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının açıq hərracdan satılması, 41298 (qırx bir min iki yüz doxsan səkkiz) manat 08 (səkkiz) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması, Qəbələ şəhəri, N.Nərimanov küçəsi, 22C-də xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşəjı xüsusi mülkiyyətli 62.6 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 həmin qeyri-yaşayış binasına istifadə hüquqlarının itirilməsi, həmin qeyri-yaşayış binasının boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(025)-397/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 027R********** saylı kredit razılaşması üzrə 28932 manat 64 qəpik əsas borc, 4758 manat 45 qəpik faiz, 2000 manat cərimə borcu olmaqla, cəmi 35691 manat 09 qəpik kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 027R********** saylı kredit razılaşmasının ləğv edilməsi, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 62.6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasına və 0.007 ha torpaq sahəsinə yönəldilməsi, həmin qeyri yaşayış binasının torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması, qeyri yaşayış binasının və torpaq sahəsinin ilkin satış (likvid) qiymətinin 24000 (iyirmi dörd min) manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına borcun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin ipoteka qoyana - Cavabdeh3 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 62.6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasına və 0.007 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 həmin qeyri yaşayış binasından və torpaq sahəsindən çıxarılması, 250 manat qiymətləndirmə xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti vermişdir. İddiaçı QSC məhkəmə kollegiyasına ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdehlər banka olan borclarını tam şəkildə ödədikləri üçün iddia tələbindən imtina edirlər. İşə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 52.1-ci maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina yazılı formada ifadə edilməlidir. Həmin Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır və ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən edilir. Mülki Prosessuаl Məcəllənin 391-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi bu məcəllənin 19-20-ci fəsillərində göstərilən əsasları olduqda apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. Mülki Prosessuаl Məcəllənin 261.0.4-cü mаddəsinə əsаsən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icrааtа xitаm verilir. Mülki işin materiallarından görünür ki, iddiaçının iddia tələbindən imtina etməsi tərəflərin hüquq və maraqlarına toxunmur. Belə vəziyyətdə məhkəmə kollegiyası hazırki iş üzrə İddiaçı QSC-nin iddiаdan imtina etməsinə dаir ərizəsinə nəzərə alaraq mülki işin icraatına xitam verilməsini mümkün hesab edir. Ona görə də Qəbələ Rayon Məhkəməsinin 2(025)-397/2021 saylı, 19 oktyabr 2021-ci il tаrixli qətnaməsi ləğv edilib, işin icrааtınа xitаm verilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 370, 391 və 400cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilsin. Qəbələ Rayon Məhkəməsinin 2(025)-397/2021 saylı, 19 oktyabr 2021-ci il tаrixli qətnaməsi ləğv edilsin. Hazırki mülki iş üzrə icraata xitam verilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-252/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-252/2022
07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver