Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-253/2024 13.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (açar sözlər: Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dаir” mülki iş üzrə Göyçay Rаyоn Məhkəməsinin 31 iyul 2023-cü il tаrixli, 2(046)-1388/2023 saylı qətnаməsindən İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Göyçay rayon Qeydiyyat Şöbəsinin çıxarışından görünür ki, Cavabdeh1 ilə X7 arasında nikah Göyçay rayon Qeydiyyat Şöbəsində 21 aprel 2018-ci il tarixdə 77 saylı aktla bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Zeynallı soyadı verilmişdir.
2. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X3 doğulmuşdur.
3. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(023)-651/2019 saylı qətnaməsindən çıxarışdan görünür ki, iddia qismən təmin edilmiş, 12 sentyabr 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşı çatana kimi saxlanılması üçün Cavabdeh1 10 may 2019-cu ildən başlayaraq ayda 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir.
4. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(023)-165/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh1 İddiaçı Mashir qızı ilə Göyçay rayon Qeydiyyat Şöbəsində 21 aprel 2018-ci ildə 77 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından 12 sentyabr 2018-ci ildə anadan olmuş X3, İddiaçı himayəsində saxlanılması qət edilmişdir.
5. İş materiallarında olan Göyçay rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(046)-147/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və X5 qarşı əmlakın çıxarılması tələbinə dair iddiası təmin edilmişdir.
6. İş materiallarında olan “Tural” adına olan mağazanın rəyindən görünür ki, 1 ədəd 750 əyyarlı çəkisi 5 qram olan nişan üzüyünün qiyməti 800 (səkkiz yüz) manat, 750 əyyarlı ümumi çəkisi 30 qram olan boyunbağı-qolbağı, sırğa və üzük dəstinin qiyməti 4300 (dörd min üz yüz) manat, 1 ədəd 585 əyyarlı çəkisi 6 qram olan üzüyün qiyməti 400 (dörd yüz) manat ümumi dəyəri 5500 (beş min beş yüz) manatdır.
II. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 1 ədəd 750 əyyarlı çəkisi 5 qram olan nişan üzüyü qiyməti 800 (səkkiz yüz) manat, 750 əyyarlı ümumi çəkisi 30 qram olan boyunbağı-qolbağı, sırğa və üzük dəsti qiyməti 4300 (dörd min üç yüz) manat, 1 ədəd 585 əyyarlı çəkisi 6 qram olan üzük qiyməti 400 (dörd yüz) manat, ümumi dəyəri 5500 (beş min beş yüz) manat olan qızıl-zinət əşyalarının habelə özləri olmadıqda belə onların ümumi dəyəri olan 5500 manat pulun, habelə ödənilmiş 75 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini işin yuxarıda qeyd edilən faktiki halları ilə əsaslandırmış və iddia ərizəsində əlavə olaraq göstərilmişdir ki, cavabdehlə nikah bağlandıqdan sonra nikaha daxil olmamışdan əvvəl əldə etdiyi müəyyən daşınar əmlakı, o cümlədən qızıl əşyaları özü ilə cavabdehin qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilə aparmışdır. Apardığı daşınar əmlakın siyahısı aşağıdakı kimidir: 1 ədəd 750 əyyarlı çəkisi 5 qram olan nişan üzüyü qiyməti 800 (səkkiz yüz) manat, 750 əyyarlı ümumi çəkisi 30 qram oian boyumbağı-qolbağı, sırğa və üzük dəsti qiyməti 4300 (dörd min üç yüz) manat, 1 ədəd 585 əyyarlı çəkisi 6 qram olan üzük qiyməti 400 (dörd yüz) manat, ümumi dəyəri 5500 (beş min beş yüz) manatdır. Cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək ona geri qaytarmaqdan imtina etmişdir. Hesab etmişdir ki, onun mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmalıdır
9. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddiaya qarşı etiraz vermişlər. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı ilə ailəli olduğu müddətdə iddiaçının atası qızının ad gününə gələcəyini bildirmiş, gələrkən həmin gün mübahisə yaranmış, dəfələrlə baş verən belə mübahisələrə baxmayaraq qızının ad günü daha təntərahlı keçirilmədiyi üçün mübahisə yaranmışdır. Həmin gün iddiaçı atası ilə və birgə nikahdan olan Məlahətlə birlikdə Göyçay rayonunda yaşayan Xalasıgilə getmişdir. Gedərkən qızılziynət əşyaları üstündə aparmışdır. Sonra iddiaçı zəng vuraraq uşağın paltarları və uşaq yemini salafanda olduğunu və həmin salafanı ona gətirməyini bildirmişdir. Salafanı ona aparan vaxt ondan sənədlər olan çantanın yerini soruşmuşdur. Çünki, çantanın içində ailə üzvlərinə aid sənədlər, xüsusəndə Zeynalı Zeynala aid diplom, sertfikart, qızıl-qolbağ və qızıl sep vardı. İddiaçı həmin çantanı özü ilə apardığını bildirmişdir. Qızıl sırqa və qızıl üzük daimi üstündə olurdu, yəni daimi istifadə edirdi. Qızıl sepi isə istifadə etmirdi sənədlərlə birlikdə sözgedən çantada saxlayırdı. İddiaçı xalasıgildə bir neçə gün qaldıqdan sonra övladı Məlahətlə birlikdə Qazax rayonuna valideyinlərinə məxsus evə köçmüşdür. Bundan bir neçə müddət sonra iddiaçı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək 12 sentyabr 2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2019-cu il tarixli, 2(023)- 651/2019 saylı qətnaməsi ilə ondan hər ay sabit pul məbləğində 160 manat alimentin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilmişdir. Aralarında olan mübahisələrə görə ailənin bərpa olunması mümkün olmadığı üçün 2019-cu ilin ortalarında iddiaçı ilə aralarında olan nikahın pozulmasına dair Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət etdi və Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)-165/2020 saylı qətnaməsi ilə iddiaçı ilə Cavabdeh1 arasında olan nikah pozulmuşdur. İddiaçı ilə məhkəmədə nikahın pozulması vaxtı pandemiya dövrünə təsadüf etdiyi üçün nikahın pozulması vaxtın uzanmağına səbəb olmuşdur. İddiaçının özü ilə gətirdiyi cehiz əşyalarıda 2023-cii ilə kimi valideyinlərinə məxsus evdə qalmış, dəfələrlə onlarla danışıqlar aparsa da, həmin əmlakları evdən çıxarmamışlar. Ona görə də, atası Asif Zeynallı məcbur qalaraq həmin əmlakların evdən çıxarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin olunmuş və icra olunması üçün Göyçay rayon İcra və Probasiya şöbəsinə yönləndirilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı öz əmlakını aparmışdır. Göründüyü kimi iddiaçı ilə münasibətlər 2019-cu ildən pozulmuş, məhkəmə qətnaməsi ilə nikah 2020-ci ildə pozulmuşdur. Lakin bu illər ərzində iddiaçı əmlak tələbi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. Buda onu göstərir ki, iddia ərizəsində qeyd edilən şişirdilmiş qızıl-zinət əşyaları deyil, mövcud olan qızıl-zinət əşyaları özündə olmuşdur. İddiaçı ailə həyatı qurmağına görə ona və ailəsinə qərəzli şəkildə problemlər yaratmaq istəyir. Hesab edir ki, iddiaçının ona qarşı irəli sürdüyü tələb qanunun, maddi və hüquqi normalarını pozmuş, belə halda məhkəmə iddiaçının iddia tələbini təmin etmiş olarsa onun hüquqları hətta qanunun tələbləri pozulmuş olacaqdır.
10. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, ər-arvad münasibətləri 2019-cu ilin aprel ayında pozulmuş, evdə mübahisə olduğundan uşağı Məlahət Zeynallını götürüb Göyçay şəhərində yaşayan xalasıgilə getmişdir.Özü ilə bir çanta aparmış, çantada uşaqların paltarları olmuşdur.Sonradan çatışmayan paltarları da gətirmək üçün Cavabdeh1 demiş, o da həmin əşyaları gətirmişdir.İddia ərizəsində qeyd etdiyi qızıl əşyaları ona hədiyyə edilmiş, həmin əşyalardan istifadə etmişdir.Lakin 2019-cu ilin aprel ayında evi tərk edəndə qızılları özü ilə aparmamış, həmin əşyalar evdə qalmışdır.Qızılların geri qaytarılması ilə əlaqədar məhkəməyə ona görə müraciət etməmişdir ki, ümid edirdi cavabdehlə barışar. Çünki aradabir telefonla onunla əlaqə saxlayırdı. İddianın təmin edilməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı etiraf etməyərək izahat verərək birdirmişdir ki, İddiaçı onun xalası qızıdır. Onlar ailə qurandan sonra atasına məxsus olan Göyçay şəhəri Xaqani küçəsi 3 saylı evdə yaşamışlar. İddiaçı özünə məxsus olan əşyaları həmin evdə yerləşdirmişdir. İddiaçıya iddia ərizəsində qeyd edilən qızıl əşyaları hədiyyə edilmişdir. 2019-cu ilin aprel ayında iddiaçının ad gününün təntərahlı keçirilmədiyi üçün mübahisə yaranmışdır. Həmin gün iddiaçı atası ilə və birgə nikahdan olan Məlahətlə birlikdə Göyçay rayonunda yaşayan xalasıgilə getmişdir. Gedərkən qızılzinət əşyaları üstündə aparmışdır. Sonra iddiaçı zəng vuraraq uşağın paltarları və uşaq yemini salafanda olduğunu və həmin salafanı ona gətirməyini bildirmişdir. Salafanı ona aparan vaxt iddiaçıdan sənədlər olan çantanın yerini soruşmuşdur. Çünki, çantanın içində ailə üzvlərinə aid sənədlər, xüsusəndə ona aid diplom, sertfikart, qızıl-qolbağ və qızıl sep vardı. İddiaçı həmin çantanı özü ilə apardığını bildirmişdir. Qızıl sırğa və qızıl üzük daimi üstündə olurdu, yəni daimi istifadə edirdi. Qızıl sepi isə istifadə etmirdi sənədlərlə birlikdə sözgedən çantada saxlayırdı. İddiaçı xalasıgildə bir neçə gün qaldıqdan sonra övladı Məlahətlə birlikdə Qazax rayonuna valideyinlərinə məxsus evə köçmüşdür. Aralarında olan mübahisələrə görə ailənin bərpa olunması mümkün olmadığı üçün 2019-cu ilin ortalarında iddiaçı ilə aralarında olan nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(023)- 165/2020 saylı qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuşdur. İddiaçı ilə məhkəmədə nikahın pozulması vaxtı pandemiya dövrünə təsadüf etdiyi üçün nikahın pozulması vaxtın uzanmağına səbəb olmuşdur. İddiaçının özü ilə gətirdiyi cehiz əşyalarıda 2023-cü ilə kimi valideyinlərinə məxsus evdə qalmış, dəfələrlə onlarla danışıqlar aparsa da, həmin əmlakları evdən çıxarmamışlar. Ona görə də, atası məcbur qalaraq həmin əmlakların evdən çıxarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin olunmuş və icra olunması üçün Göyçay İcra Probasiya şöbəsinə yönləndirilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı öz əmlakını aparmışdır. İddiaçı ilə münasibətlər 2019-cu ildən pozulmuş, məhkəmə qətnaməsi ilə nikah 2020-ci ildə pozulmuşdur. Lakin bu illər ərzində iddiaçı əmlak tələbi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. İddiaçı ilə «whatsapp» sosial şəbəkəsi ilə qızı Məlahətlə canlı videogörüntü vasitəsilə ünsiyyətdə olmaq üçün əlaqə saxlamışdır. Onun barışmaq niyyəti olmamış, çünki ikinci dəfə ailə qurmuşdur. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı etiraf etməyərək izahat verərək birdirmişdir ki, qızıl əşyalarının alınmasında o bir ana olaraq iştirak etmişdir. Lakin qızıl əşyalarının qiyməti iddia ərizəsində göstərildiyi məbləğdə olmamışdır. Belə ki, nişan üzüyü 585 əyyarında olmuş və qiyməti 200 manat olmuş, qızıl dəstin qiyməti 1200 manat olmuş, 585 əyyarında olan qızıl üzüyün qiyməti isə 200 manat olmuşdur. Qızıl əşyaları iddiaçı üzərində gəzdirmiş, yalnız boyunbağını otağında çantanın içərisində saxlamışdır. 2019-cu ilin aprel ayında mübahisədən sonra iddiaçı özünə məxsus olan bəzi əşyaları, həmçinin qızıl əşyaları özü ilə aparmışdır. Bu vaxtadək həmin qızıl əşyaların qaytarılması ilə əlaqədar onlara müraciət etməmişdir, çünki əşyalar özündə olmuşdur. İddianın təmin edilməməsini xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 iddianı etiraf etməmiş, Cavabdeh1 izahatına oxşar izahat verib iddianın təmin olunmamasını xahiş etmişdir.
14. Göyçay Rаyоn Məhkəməsinin (hakim Elçin Qurbanov) 31 iyul 2023-cü il tаrixli, 2(046)-1388/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.
15. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən tələb etdiyi qızıl əşyalarının cavabdehlərdə qalmasını təsdiq edən hər hansı bir sübut təqdim edilməmiş, bununla da iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.
16. İddiaçı vəkili Vəkil Göyçay Rаyоn Məhkəməsinin 31 iyul 2023-cü il tаrixli, 2(046)- 1388/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi hazırkı hüquqi nəticəyə gəlməklə özgənin qanunsuz sahibliyində olan əmlaklarını geri tələb etməyi və beləliklə həmin əmlaklarına yenidən sahib olmağı və onlardan istifadə etməyi ilə bağlı qanunvericiliyin ona verdiyi imkandan yararlanmağına şərait yaratmamış və beləliklə də qanunevriciliyin bununla bağlı tələbini kobud pozumuşdur. Göstərilən əşyaların mövcud olma faktı iş materiallarında olan toy foto şəkillər ilə təsdiq olunur. İşin mübahisə olunmayan halı odur ki, o, evdən gedərkən cavabdehdən boşanmaq və ondan birdəfəlik ayrı yaşamaq niyyəti ilə getməmişdir. Boşanma təşəbbüsü ilə məhz Cavabdeh1 çıxış etmiş və məhkəmədə iddia qaldıraraq ondan boşanmışdır. Bu o deməkdir ki, onun cavabdehlər ilə yaşadığı evdən çıxmağı müvəqqəti hal olmuş, bu hərəkəti boşanma və ya cavabdeh ilə birdəfəlik ayrı yaşamaq niyyəti ilə olmamışdır. Bu səbəbdən, onun əvvəlcədən evdən gedərkən ona məxsus hazırda tələb etdiyi qızıl-zinət əşyalarını özü ilə götürərək atası evinə aparmağı üçün zərurət və ehtiyyac yox idi. Bunun əksinə dair cavabdehin dəlili və məhkəmənin bununla bağlı mövqeyi əsassızdır. Ona görə ki, o, qısa müddətə (təqribən bir neçə aylıq) müvəqqəti olaraq işin hallarında qeyd etdiyi səbəblərə görə (cavabdeh ilə münasibətlərin normallaşması üçün və uşağa qulluqda anasının yaxından dəstəyi üçün) atası gildə yaşamağa məcbur olmuşdur. Lakin, həmin müddətdə nigahın pozulması təşəbbüsü ilə məhz cavabdeh çıxış etmişdir. Onun belə bir niyyəti olsa idi və evdən birdəfəlik çıxmaq niyyəti olsa idi ona məxsus zəruri qiymətli əşyaları özü ilə götürməyinin mənitiqi əsası olardı. Lakin, hazırkı halda bunu demək doğru deyildir. Qeyd edir ki, onun Cavabdeh1 qarşı aliment tələbi ilə çıxış etməyi isə normal haldır. Çünki, uşaq həmçinin onun uşağıdır. Ondan faktiki ayrı yaşadığı müddətdə o uşağı ilə maraqlanmamış və uşağın maddi təminatı üçün heçnə etməmişdir və bu istiqamətdə ona dəstək olmamışdır. Onun Cavabdeh1 qarşı aliment tələbi ilə çıxış etməyi heç də ondan ayrılmağı və ya boşanmağı məqsədi daşımırdı. Belə bir niyyəti olsa idi, boşanma iddiası ilə o (iddiaçı) çıxış edərdi. Bu hərəkəti, yalnız uşağın təminatı məqsədilə atılan məcburi addım idi. Lakin, cavabdehlər iddia tələbinə qarşı etirazlarında və bununla bağlı məhkəmədə verdikləri izahatlarında aliment tələbi ilə bağlı hərəkətlərini və bir müddət onlardan ayrı yaşamağını evdən məqsədli şəkildə birdəfəlik çıxmaq niyyətinin olmasını göstərmişlər. Halbuki, bu doğru deyil. Çünki, bir daha qeyd edir ki, boşanma və onunla olan nikaha rəsmi qaydada xitam verilməsi Cavabdeh1 təşəbbüsü ilə olmuş və məhz cavabdehlərin məsləhəti və təkidi ilə Zeynal onunla olan nikah münasibətinə xitam vermək üçün iddia ilə məhkəməyə müraciət etmişdir. Yəni, bütün bu hallar onu deməyə bir daha əsas verir ki, onun cavabdehlər ilə yaşadığı evdən əvvəlcədən planlı şəkildə və ərindən gələcəkdə boşanma niyyəti ilə birdəfəlik çıxmaq məqsədi olmamışdır. Belə olan halda, uşağın zəruri paltarları və ona aid bəzi paltarlar istisna olmaqla, onun evdən hər-hansı qiymətli ona məxsus qızıl-zinət əşyasını götürməyi üçün əsas olmamışdır. Bundan əlavə, o, cavabdehlər ilə yaşdığı evdən çıxarkən Göyçayda yaşayan digər xalasıgildə yaşamışdır. Bir neçə gün orda qaldıqdan sonra atası evinə getmişdir. Yəni, o, məqsədli və ya gizli şəkildə yox, hər kəsin güzü önündə evdən çıxmış və digər yaxın qohumunun, yəni xalasının evinə sığınmışdır. Lakin, nəsəndə işə mahiyyəti üzrə baxan məhkəmə bütün bu halları diqqətəlayıq araşdırmamış, bu hallar ilə bağlı qətnamədə doğru əsaslandırma aparmamış və sonda yanlış hüquqi nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə onu da nəzərə alır ki, münasibətlərin 2019-cu ilin aprel ayında pozulmasından və İddiaçı yaşadığı Göyçay şəhəri Xəqani küçəsi 3 saylı evi həmin vaxt tərk etdikdən sonra iddia etdiyi qızıl əşyalarını cavabdehlərdən tələb etməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, baxmayarak ki, cavabdeh X6 qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Qazax rayon məhkəməsinin 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiası qsimən təmin edilmiş və X9 qarşı nikahın pozulması tələbinə dair iddiası Qazax rayon məhkəməsinin 09.iyun 2020-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. X1 ona və X5 qarşı əmlakın çıxarılması tələbinə dair iddiası Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin olunduqdan və İddiaçı cavabdehlərlə birgə yaşadığı evi tərk etdikdən təxminən 4 il sonra qızıl-ziynət əşyalarının cavabdehlərdə qalmasını mübahisələndirmiş və bu barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi ilə bağlı mövqeyini cavabdehlər ilə yaşdağı evi tərk etdikdən təqribən 4 il sonra qaldırmağı ilə əsaslandırmışdır. Məhkəmənin belə əsaslandırma aparması yanlışdır və qanunvericiliyin tələbi ilə üzlaşmır. Belə ki, nikah dövründə əldə olunan ona məxsus olan əşyaların habelə qızıl-zinət əşyalarına dair iddia tələbi ilə o, nikahın pozulmasından sonrakı 3 il ərzində məhkəmədə iddia qaldıra bilər. Məhkəmə hazırkı qətnaməni qəbul edərkən qeyd olunduğu kimi, heç bir mötəbər sübuta əsaslanmamış, yalnız cavabdehlərin verdiyi əsassız və yalan izahatlar ilə və öz subyektiv mövqeyi ilə kifayətlənmiş, onun iddia tələbinə dair əsaslı dəlillərini nəzərə almamışdır. Tələb olunan qızıl-zinət əşyalarının cavabdeh Zeynlalı Zeynalda olması faktını təsdiq edən onunla aralarında mobil telefonda "whatsapp" proqramı vasitəsilə yazışmaları qeydə alınmışdır. Belə ki, 2022-ci ilin oktyabr ayında Cavabdeh1 ilə arasında ona məxsus ***-***- **-** mobil noməsi ilə - cavabdehə məxsus ***-***-**-** mobil nömrələri arasında aparılan “whatsapp” proqramı vasitəsilə həmin yazışmalarda cavabdeh ona məxsus qızılların onda olmasını etiraf etmişdir. Daha dəqiq desək, həmin yazışmalarda cavabdeh “lap elə bil ki, qızılları da verdim sənə yenə də onunla xoşbəxt ola biləcəksən?" sözlərini ona yazmışdır. (Yazışma bir daha apellyasiya instansiya məhkəməsində araşdırılmaq üçün təqdim ediləcək). Hətta bu yazışmanı Cavabdeh1 birinci instansiya məhkəmə iclasında etiraf etmiş, lakin yazışmanın onun tərəfindən 2017-ci ildə yazıldığı bildirmişdir. Lakin, məhkəmə bu halları və cavabdehin izahatını olduğu kimi qətnamədə əks etdirməmişdir. Təkcə bu hal, qızılların cavabdehdə olması faktı təsdiq edir. Bütün bunları məhkəmənin diqqətinə çatdırsa da, nədənsə məhkəmə bu halları diqqətəlayiq nəzərə almamışdır. Nəticə etibarilə, hesab edir ki, birinci instansiya mahkəməsi, iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün bu halları lazımi qaydada aydınlaşdırmadan yanlış hüquqi nəticəyə gələrək, sonda düzgün olmayan qətnamə qəbul etmişdir bu səbəbdən həmin qətnamə ləğv olunmalıdır. Bütun bunlar bir daha onu deməyə əsəs verir ki, qətnamə qanuni və əsaslı deyildir. Ona görə ki, hazırkı mülki iş hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu hal hazırkı iş üzrə 31 iyul 2023-cü il tаrixli, 2(046)-1388/2023 saylı qətnamənin ləğvi üçün əsasdır. Qeyd olunanlara əsasən Göyçay Rаyоn Məhkəməsinin 31 iyul 2023-cü il tаrixli, 2(046)-1388/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
19. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
23. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
26. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 71ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş cehiz əmlakının geri qaytarılması, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı cehiz əmlakının geri qaytarılması onun mülkiyyətidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
29. Maddə 34.1. Nikаhа dаxil olаnаdək onlаrа məxsus olаn əmlаk, hаbelə nikаh dövründə hədiyyə şəklində və yа vərəsəlik qаydаsındа, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlаk ər-аrvаdın hər birinin аyrıcа mülkiyyətindədir (ər-аrvаdın hər birinin əmlаkıdır).
Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:
30. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
31. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
32. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
34. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
35. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...). - 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. - 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.
37. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
38. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
39. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
41. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
44. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
45. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
46. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rаyоn Məhkəməsinin 31 iyul 2023-cü il tаrixli, 2(046)- 1388/2023 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalıdır.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
49. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
50. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 nikah münasibətlərinə daxil olduqdan sonra iddiaçıya iddia ərizəsində qeyd edilmiş 3 adda qızıl əşyaları hədiyyə edilmiş, bu səbəbdən iddiaçı həmin əşyaların mülkiyyətçisi olmuşdur.
51. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.
52. İddianı təmin etməyən birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, İddiaçı tərəfindən tələb etdiyi qızıl əşyalarının cavabdehlərdə qalmasını təsdiq edən hər hansı bir sübut təqdim edilməmiş, bununla da iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
54. Apellyasiya baxışı zamanı iddiaçı “əlavə sübutun təqdim edilməsi” barədə məhkəməyə ərizə göndərmiş, həmin ərizədə qeyd edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında “whatsapp” proqramı vasitəsi ilə yazışma olması faktı müəyyən edilmişdir. Belə ki, “whatsapp” proqramı vasitəsilə həmin yazışmalarda cavabdeh iddiaçıya məxsus qızılların onda olmasını etiraf edərək həmin yazışmalarda cavabdeh “lap elə bil ki, qızılları da verdim sənə yenə də onunla xoşbəxt ola biləcəksən?" sözlərini iddiaçıya yazmışdır.
55. İddiaçı tərəfin təqdim etdiyi “whatsapp” yazışmalarına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyası işin tam, hərtərəfli və obyektiv araşdırılması baxımından həmin yazışmaları tədqiq etmişdir. Həmin yazışmalarda Cavabdeh1 iddiaçıya “lap elə bil ki, qızılları da verdim sənə yenə də onunla xoşbəxt ola biləcəksən?" sözlərini yazmışdır.
56. İddiaçı tərəf həm apellyasiya şikayətində və həm də məhkəmə kollegiyasının iclasında həmin “whatsapp” proqramı vasitəsi ilə yazışmaları birinci instansiya məhkəməsinə təqdim etdiyini göstərmişdir.
57. Lakin nə birinci instansiya məhkəməsinin iclas protokolunda bu barədə qeyd vardır, nə də qəbul edilmiş qətnamədə işin bu diqqətəlayiq halına qiymət verilmişdir.
58. Düzdür, qanunun tələbinə görə, sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməlidir. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
59. Məhkəmə kolegiyası qeyd edir ki, “whatsapp” yazışmaları birinci instansiya məhkəməsinə təqdim edilməmiş olsaydı belə, həmin yazışmaların məzmunu məhkəmə kollegiyasında mübahisənin həlli və iddianın əsaslılığı ilə bağlı daxili inam yaratmışdır.
60. Kollegiyanın bu qənaətini gücləndirirən amillərdən biri də Cavabdeh1 iddiaçı ilə aralarında həmin yazışmaların mövcudluğunun etirafı olmuşdur və Cavabdeh1 həmin yazışmada qızılların onda olmasını təsdiq etməsini başqa cür yozmağa çalışsa da, bunun əksinin inandırıcı və ağlabatan izahını verə bilməmişdir.
61. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
62. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh qismində həm də öz keçmiş qayınata və qayınanasını da göstərmişdir.
63. İşin müəyyən edilmiş hallarına görə, mübahisə premeti olan qızıl-zinət əşyaları Cavabdeh1 olduğundan həmin şəxslər hazırkı iddiaya cavab verməli olan şəxslər deyildirlər. Ona görə də iddianın Cavabdeh2 və Cavabdeh3 qarşı yönəldilməsi düzgün olmamışdır.
64. Beləliklə də, mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
65. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini təmin etməməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rаyоn Məhkəməsinin 31 iyul 2023-cü il tаrixli, 2(046)-1388/2023 saylı qətnaməsi ləğv edilməli, iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməli, Cavabdeh1 qızıl-zinət əşyaları - 1 ədəd 750 əyyarlı çəkisi 5 qram, qiyməti 800 (səkkiz yüz) manat olan qızıl nişan üzüyü, 1 ədəd 750 əyyarlı ümumi çəkisi 30 qram qiyməti 4300 (dörd min üç yüz) manat olan qızıl boyunbağı-qolbağı, qızıl sırğa və qızıl üzük dəsti, 1 ədəd 585 əyyarlı çəkisi 6 qram qiyməti 400 (dörd yüz) manat olan qızıl üzük, olmadıqda onların ümumi dəyəri 5500 (beş min beş yüz) manat alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rаyоn Məhkəməsinin 31 iyul 2023-cü il tаrixli, 2(046)-1388/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 qızıl-zinət əşyaları - 1 ədəd 750 əyyarlı çəkisi 5 qram, qiyməti 800 (səkkiz yüz) manat olan qızıl nişan üzüyü, 1 ədəd 750 əyyarlı ümumi çəkisi 30 qram qiyməti 4300 (dörd min üç yüz) manat olan qızıl boyunbağı-qolbağı, qızıl sırğa və qızıl üzük dəsti, 1 ədəd 585 əyyarlı çəkisi 6 qram qiyməti 400 (dörd yüz) manat olan qızıl üzük, olmadıqda onların ümumi dəyəri 5500 (beş min beş yüz) manat, həmçinin dövlət büdcəsinə ödənilmiş 113 (bir yüz on üç) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia Cavabdeh2 və Cavabdeh3 aid hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov