Məhkəmə qərarları › İş №2(107)-257/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-257/2023

15.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-257/2023 15.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlakın ümumi birgə əmlak hesab edilməsi, əmlak payının müəyyən edilməsi və cavabdehlə bərabər istifadəsinə verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakdan payın müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın ümumi birgə əmlak hesab edilməsi, əmlak payının müəyyən edilməsi və cavabdehlə bərabər istifadəsinə verilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(051)-42/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 21 mart 1989-cu ildə ölmüş X3 miras qalmış və onun vərəsələri X4, X8, X9, X6 və Cavabdeh adına paylı mülkiyyət hüququ ilə xx.xx.1990-cı ildə qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı Cavabdeh ilə xx.xx.2000-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş və yaşamaq üçün həmin evə köçmüşdür. Onların birgə nikahlarından xx.xx.2002-ci il tarixdə Abuzər, xx.xx.2003-cü il tarixdə Türkan adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə ünvan 2 ünvanında yerləşən torpaq sahəsində cavabdehlə birgə inşa etdikləri yaşayış evinin onların ümumi (birgə) əmlakı hesab edilməsi, 2003-cü il tarixdə doğulmuş Türkan adlı azyaşlı uşağının mənafeyi nəzərə alınmaqla onun mübahisəli əmlakdan 2/3 hissədə əmlak payının müəyyən edilməsi, həmin əmlakın cavabdehlə bərabər Türkan adlı uşağı ilə birlikdə istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)–1549/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlakın ümumi birgə əmlak hesab edilməsi, əmlak payının müəyyən edilməsi və cavabdehlə bərabər istifadəsinə verilməsi tələbinə dair mülki iş üzrə X10, X15, X16, X12 üçüncü şəxs qismində işə cəlb edilmişlər.

4. Mülki işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdehla birgə nikah müddətində birgə qazancları hesabına Mingəçevir şəhəri, Kür küçəsi 6 ünvanında yerləşən torpaq sahəsində inşa etdirdikləri 70 kv. metr sahədən ibarət bir mərtəbəli yaşayış evinin və 40 kv. metr sahədən ibarət yardımçı sahənin tikintisi və təmirinə çəkdikləri 40000 manat vəsaitin 2003-cü il tarixdə doğulmuş Türkan adlı azyaşlı uşağının onun yanında qalması səbəbilə mənafeyi nəzərə alınmaqla 2/3 hissəsinin, yəni 26600 manat vəsaitin Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, cavabdehlə xx.xx.2000-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişdir. O, Cavabdeh 1/5 hissədə paylı mülkiyyətində olan Mingəçevir şəhəri, Kür küçəsi 6 saylı evə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2002-ci il tarixdə Abuzər, xx.xx.2003-cü il tarixdə Türkan adlı uşaqları doğulmuşdur. Birgə nikah dövründə Cavabdeh paylı mülkiyyətində olan Mingəçevir şəhəri, Kür küçəsi 6 saylı evdə yaşamışlar. Belə ki, həmin dövrdə həyətdə böyük bir tövlə, çardaq inşa etdirməklə yaşadıqları evi tam hazır vəziyyətə gətirməklə yaşayış sahəsini tam təmirli hala çatdırıb orada yaşamışlar. Sonradan qayınanası ilə ailədaxili münaqişələri olduğuna görə səhhətində yaranan xəstəliklə əlaqədar stresdən uzaq olmaq məqsədilə həmin evdən çıxmalı olmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və uşaqların saxlanması üçün hər ay hər uşağa görə 150 manat aliment qət edilmişdir. Sonradan öz aralarında barışdıqlarından, o, sosial müavinət düzəltmək məqsədilə alimentdən imtina etmişdir. Bu müddət ərzində cavabdeh Rusiya Federasiyasında işləmiş, könüllü onlara pul vəsaiti göndərmişdir. Həmçinin cavabdeh Rusiya Federasiyasından gəldikdən sonra ayrıca mənzil alacağı barədə ona vəd vermişdir. Lakin o, 2019-cu ilin oktyabr ayında qayıtdıqdan sonra nəinki ayrı mənzil almış, hətta yaxın qohumu ilə evlənib onu birgə inşa etdirdikləri evə köçürmüşdür. Həmin vaxt aldadıldığını başa düşmüşdür. Cavabdeh onlara verdiyi vədi yerinə yetirməmişdir. Hazırda cavabdeh birgə inşa etdirdikləri evdə ailə qurduğu arvadı ilə birgə yaşasa da, onun zəhmətinin əvəzini ödəmək istəmir. Həmin evin və yardımçı sahənin tikintisinə, təmirinə 40000 manatdan artıq birgə qazandıqları vəsait xərcləmişlər. Cavabdeh isə onun zəhməti və qazancı hesabına inşa edilən evə tam yiyələnməklə sahiblənmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir.

6. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi vəkil Nümayəndə əsasən iddia ərizəsinin məzmununa və təmsil etdiyi şəxsin izahatına uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdeh iddianı qəbul etmədi, məhkəməyə təqdim etdiyi iddiaya qarşı etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçının mübahisələndirdiyi 70 kv. metrdən ibarət olan 1 yaşayış otağı, 1 hamam, 1 mətbəx, koridor heç də əlavə olaraq tikilməmişdir. Əslində ümumi sahəsi 40 kv. metr olan həmin tikilinin yerində köhnə yaşadıqları evə bitişik mətbəx və eyvan olmuşdur. Həmin mətbəx sökülüb, bir metr uzadılıb, əvəzinə evə bitişik 1 yataq otağı, eyvanın yerində də evə bitişik olaraq 1 mətbəx, hamam inşa edilib və istifadəyə tam hazır olmayıb. Tikintidə həyətlərində olan atasından qalan tikinti materiallarından istifadə edilib, yalnız dam örtüyü və sementə pul xərclənib. İddiada bəhs edilən tövlə də eynilə yeni tikilməyib. Köhnə tövlənin yarısı sökülüb, qonşunun arakəsmə divarına bitişik yenidən inşa edilib. Tövlənin inşasında da atasından qalan tikinti materialları ilə birgə sökülən tövlənin materiallarından istifadə edilib. Tövlənin tikintisində də yalnız dam örtüyünə və daşların yarısına pul xərclənib. Ayrıca hər iki tikilidə anası, qardaşları Məmmədov Azər, Məmmədov Azad və Məmmədov Rövşən həm maddi, həm də tikinti işlərində onlara kömək etmişlər. Çünki onun həmin tikililəri başa çatdırmaq üçün kifayət qədər vəsaiti olmamışdır. Anası və qardaşları da paylı mülkiyyətçilər kimi atasından qalmış miras əmlakın abadlaşmasında yaxından iştirak etmişlər. Tikinti zamanı iddiaçı anasıgildə qalırdı. Səbəb də iddiaçının onunla və anası ilə yola getməməsi olmuşdur. İddiaçı onların nikahı pozulmamışdan əvvəl, 2015-ci ildən evdən çıxıb getmişdir. 2016-cı ilin noyabr ayında rəsmi olaraq boşanmışlar. İddiaçı evdən gedəndə evin bütün əşyalarını, həyətdəki 50 ədəd toyuğu, həmçinin özü ilə pul da aparmışdır. Köhnə evləri qəza vəziyyətində olduğuna görə o, Rusiya Federasiyasında olanda qardaşları Azər və Rövşən Məmmədovlar tərəfindən köhnə evləri sökülüb, bəhs edilən tikiliyə bitişik yeni ev tikilib. xx.xx.2016-cı il tarixdə nikahları pozulmuşdur. Lakin İddiaçı nikah pozulduqdan 5 il 8 ay 21 gün sonra məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı 3 illik iddia müddətini də ötürmüşdür. Odur ki, iddia əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir.

8. Üçüncü şəxs X15 məhkəmə iclası zamanı izahatında göstərdi ki, mübahisəli ev 1961-ci ildə tikilib, mərhum atasından onlara miras qalmışdır. Həmin evin mətbəxini söküb otaq düzəltmiş, eyvanını da mətbəx düzəltmişlər. O, qardaşları ilə birgə yığışıb analarına kömək məqsədilə bunları etmişlər. Həmin tikilidə Şəlalə ilə Daşqının vəsaiti olmamışdır. Həmin vaxt Daşqının ailə problemləri yarandığı üçün çıxıb Rusiyaya getmişdir, anasına görə tikilini təmir etmişlər. Daşqın pulu ailəsinə göndərib, evin təmirində onların vəsaitindən istifadə olunmayıb. Onlar tövlənin şiferini yeniləmişlər, qonşu isə hasarını yeniləmişdir. Daşqın anasının yanında qalsa da, maddi imkanı olmadığından anasına görə o, digər qardaşları ilə birgə yığışıb, təmir işlərini görmüşdür

9. Üçüncü şəxs X10 iştirak etdiyi məhkəmə iclasında izahatında göstərdi ki, İddiaçı onun keçmiş gəlinidir. Mübahisəli ev mərhum ərindən ona və uşaqlarına miras qalmışdır. Şəlalə gələndə evin mətbəxi balaca idi. Köhnə mətbəxi söküb böyüdərək yeni otaq düzəltmiş və mətbəxin qabağındakı eyvanı isə mətbəx etmişlər. Bütün materiallar köhnə tikilidən sökülənlər olmuşdur. Hamam və ayaqyolunu özü düzəltdirmişdir. Həmin vaxt iddiaçı onunla küsülü olduğundan evdə qalmamış, ustalara özü qulluq etmişdir. İddiaçı evdə nə qədər cehiz əşyası var idisə, hamısını yığıb özü ilə aparmış, hətta ona məxsus əşyaları da aparmışdır. Həyətdə tikilmiş tövlə əvvəldən tikilmiş tövlə idi, qonşu tövlə tərəf hasarı özü hörmüş, uşaqların köməyi ilə ancaq şifer alıb, həmin tövləni yeniləmişlər. Daşqın boşanıb RF-na getdikdən sonra digər oğullarının köməyi ilə şəraiti tamamlamışlar. Çertyoju ustaya çəkdiriblər, döşəməni, şiferi uşaqları vurmuşdur. “Banu” verilişi onların evlərində çəkilmişdir, lakin nə zaman çəkildiyini xatırlamır.

10. Üçüncü şəxs X12 iştirak etdiyi məhkəmə iclasında izahatında göstərdi ki, mübahisəli ev 1961-ci ildə tikilib, mərhum atasından onlara miras qalmışdır. Həmin evin mətbəxini söküb otaq, eyvanını isə mətbəx etmişlər. Təmir-tikinti işlərini qardaşları ilə birgə analarına kömək məqsədilə etmişlər. Həmin tikilidə Şəlalə ilə Daşqının vəsaiti olmamışdır. Çünki həmin vaxt Daşqın ailə problemləri yarandığı üçün çıxıb Rusiyaya getmişdir. Daşqın pulu ailəsinə göndərib, evin təmirində onların vəsaitindən istifadə olunmayıb. Tövlənin hasarını qonşu, şiferini isə onlar yeniləmişlər. Daşqın anasının yanında qalsa da, maddi imkanı olmadığından digər qardaşları yığışıb mübahisəli evin təmir işlərini görmüşlər.

11. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, iddiaçı bacısı qızıdır. Cavabdeh isə bacısı qızının keçmiş əridir. İddiaçı ailəsi ilə birlikdə qayınanasının yanında yaşayırdı. Təxminən 8-9 il əvvəl yaşadıqları evdə artırma işləri aparmışlar və usta kimi otağın astar üzlüyünü və mətbəxin kafelini o, vurmuşdur. Əlavə tikilmiş otağa yeni qapı qoyan Osman adlı usta olub və aynabəndin döşəməsini vuran ustanın isə adını bilmir. Təxminən həmin evdə 20 gün işləmişdir. Kafelin kvadratını 6 manata vurmuşdur. Həmin vaxt Şəlalə gördüyü iş üçün ona 750 manat pul vermişdir. Pulu ona hissə-hissə, 3-4 dəfə olmaqla Şəlalə verib. Təmir üçün materialları Daşqın və Şəlalə birlikdə almışlar. Daşqın dənizdə işləyirdi, arabir gəlirdi, Şəlalə həmin vaxt qayınanası və uşaqları ilə birlikdə yaşayırdılar. Tikinti və təmir işləri gedən zaman Daşqının qardaşlarından təkcə Rövşəni görmüşdür, 1-2 dəfə gəlibgetmişdir.

12. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Daşqınla həmkəndlidir. Daşqının xahişi ilə yeni tikiliyə qaz çəkmişdir. Qaz çəkdiyi zaman köhnə xırda borulardan istifadə etmişdir. İş üzrə göstərişi Daşqın verirdi, Daşqın işi gördürən zaman Şəlalə ilə məsləhətləşirdi. Şəlalə də ustalara çay-çörək verirdi. Həmin vaxt evdə başqa ustalar da olmuşdur. Daşqının qardaşlarını həmin vaxt orada görməmişdir. O həmin vaxt qaz turbalarını üstdən çəkmişdir. Sonradan montaj işlərini Mustafa adlı usta aparmışdır.

13. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, Daşqınla həmkəndlidir, Şəlalə isə Daşqının keçmiş arvadıdır. Təxminən 6-7 il əvvəl mübahisəli evdə 20 kv. m. döşəməni işləmişdir. O həmin evdə döşəməni vuran zaman Daşqın, anası, arvadı və iki uşağı ilə birlikdə yaşayırdılar. Qardaşları isə arabir gəlib-gedirdilər. O, döşəməni vurmağa gəldiyi zaman artıq tikinti materialları alınmışdı. Gördüyü işin pulunu isə Daşqın vermişdir. Həmin evdə görəcəyi işlər barəsində Daşqın göstəriş vermişdir. Gördüyü iş üçün pulu 2 dəfəyə almış, bir dəfə Daşqın, ikinci dəfə isə Daşqın evdə olmadığına görə Şəlalə pulu vermişdir. Həmin vaxt mətbəx və yataq otağının döşəməsini vurmuş, belə ki, köhnə döşəmə sökülüb, yenisini vurmuşdur. Həmin işi 5-6 günə görmüş, başqa işi olduğu üçün gündə 3 saat, 5 saat və ya 8 saat işləmişdir. Mil vurulmuşdur, köhnə və ya yeni mil olmasını xatırlamır.

14. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Daşqınla həmkəndlidir. Daşqının xahişi ilə tövləyə 2 dəmir qapı düzəltmişdir. Həmin qapıları 6-7 il bundan əvvəl düzəltdiyi üçün hansı qiymətə razılaşdıqlarını xatırlamır. Qapını düzəltmək üçün materialı təzə alıb vermişlər, zəhmət haqqını Daşqın və Şəlalə vermişdir. Həmin vaxt tək işləmişdir, təmir işləri getdiyi üçün, Daşqının qonşuları və qardaşları gəlib-gedirdilər. Təmir işlərinin aparılmasında hamısı köməklik edib, Daşqın balıqda olan vaxtı da olmuşdur. Hamama su çəkmiş, yəni quraşdırma işləri görmüşdür. Daşqın onu çağırıb ki, bu işlər görüləsidir. Bir kəndçi kimi Daşqın, Gülyaz, Azər deyiblər ki, həyətdə bu kimi işlər görüləsidir, o da gəlib həmin işləri görüb pulunu almışdır. Gördüyü iş üçün Daşqının qardaşları ona pul verməmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/1895 nömrəli və xx.xx.2022-ci il tarixli, 10/7284 nömrəli ekspert rəylərini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, məhkəmə o nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixli, 10/7284 nömrəli ekspert rəyi daha aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həm də təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəldiyindən, işin qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edilməli və nəzərə alınmalıdır.

16. İddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında iddia etmişdir ki, Cavabdehla birgə nikah müddətində Mingəçevir şəhəri, Kür küçəsi 6 ünvanında yerləşən torpaq sahəsində inşa etdirdikləri 70 kv. m. sahədən ibarət bir mərtəbəli yaşayış evinin və 40 kv. m. sahədən ibarət yardımçı sahənin tikintisi və təmirinə xərclənmiş 40000 manat vəsait birgə qazancları hesabına çəkilmişdir. Odur ki, 2003-cü il tarixdə doğulmuş Türkan adlı azyaşlı uşağının onun yanında qalması səbəbilə mənafeyi nəzərə alınmaqla çəkilmiş vəsaitin 2/3 hissəsinin, yəni 26600 manat vəsaitin Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməmiş və qeyd edilən fərdi yaşayış evinin və yardımçı sahənin təmir-tikinti işlərinə çəkilən xərcin yalnız onun və qardaşları tərəfindən çəkildiyini bildirmişdir. Bununla yanaşı cavabdeh, həmçinin iddiaçının iddia müddətini ötürməklə iddia verdiyinə istinad edərək, iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

17. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi, həmçinin işdə olan sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh xx.xx.2000-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişdir. İddiaçı Cavabdeh 1/5 hissədə paylı mülkiyyətində olan Mingəçevir şəhəri, Kür küçəsi 6 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların birgə nikahından xx.xx.2002-ci il tarixdə Abuzər, xx.xx.2003-cü il tarixdə Türkan adlı uşaqları doğulmuşdur. Birgə nikah dövründə iddiaçı uşaqları ilə birlikdə Cavabdeh və üçüncü şəxslərin paylı mülkiyyətində olan ünvan 1 evdə yaşamışdır. Həmin müddət ərzində mübahisəli evdə və yardımçı sahədə təmir-tikinti işləri aparılmışdır. Məhkəmə iclası zamanı bu faktın mövcudluğu tərəflərin izahatları ilə müəyyən edildiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin təmir-tikinti işlərinin həyata keçirilməsi zamanı çəkilmiş xərclərin məbləği və kim tərəfindən qarşılanması barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında Cavabdehla birgə nikah müddətində Mingəçevir şəhəri, Kür küçəsi 6 ünvanında yerləşən torpaq sahəsində inşa etdirdikləri 70 kv. m. sahədən ibarət bir mərtəbəli yaşayış evinin və 40 kv. m. sahədən ibarət yardımçı sahənin tikintisinə və təmirinə xərclənmiş 40000 manat vəsaitin birgə qazandıqları vəsait hesabına çəkildiyini bildirmişdir. Cavabdeh tərəf isə qeyd edilən fərdi yaşayış evinin və yardımçı sahənin təmir-tikinti işlərinə çəkilən xərcin yalnız onun və qardaşları tərəfindən çəkildiyini, tikinti işləri aparılan zaman iddiaçının atası evində qaldığını bildirmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar, iş üzrə verilmiş izahatlar və şahid ifadələri əsasında araşdırır.

18. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə paylı mülkiyyətdə olan mübahisəli fərdi yaşayış evinin əsaslı təmir edilməsi, həmin təmir işlərinə çəkilən xərclərin yalnız iddiaçı ilə Cavabdeh birgə nikah dövründə qazandıqları vəsaitdən ibarət olması və yaxud digər paylı mülkiyyətçilərin də həmin əsaslı təmir-tikinti işlərinə vəsait qoyması, həmçinin görülmüş işlərə sərf olunmuş vəsaitin ümumi məbləği müəyyən edilməlidir.

19. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçı gəlin köçməmişdən əvvəl mübahisəli fərdi yaşayış evi üzərində cavabdehin və üçüncü şəxslərin paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı gəlin köçən vaxt mübahisəli fərdi yaşayış evi 1 otaqdan, ona bitişik mətbəx və eyvandan ibarət olmuşdur. Lakin sonradan evə artırılmalar edilmiş, köhnə mətbəx sökülüb, bir metr uzadılıb, əvəzinə evə bitişik 1 yataq otağı, eyvanın yerində də evə bitişik olaraq 1 mətbəx, hamam inşa edilmiş, həmçinin təmir-tikinti zamanı yardımçı sahə olan köhnə tövlənin yarısı sökülmüş, qonşunun arakəsmə divarına bitişik yenidən inşa edilmişdir. Nəticədə, həmin fərdi yaşayış evi 1 yaşayış otağından, biri yaşayış otağına çevirilmiş 2 dəhlizdən, mətbəx və sanuzel qovşağından ibarət 70 kv. m. hissədən, mal tövləsi və çardaxdan ibarət 40 kv.m. yardımçı sahədən ibarət olmuşdur. O cümlədən həmin hissələrə elektrik və santexnika xətləri quraşdırılmışdır. Bu işlərin görülməsinə ustalar cəlb edilmişdir.

20. Məhkəmə, həmçinin mübahisənin qanuni həll edilməsi üçün görülmüş təmir-tikinti işlərinə çəkilmiş xərclərin kimin (kimlərin) tərəfindən ödənildiyinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, təmir-tikinti işlərinin görülməsində tərəflərin bildirdikləri ziddiyyətli olmuşdur. Belə ki, iddiaçı tərəf yalnız Cavabdehla onun qazandığı vəsait hesabına aparıldığını, üçüncü şəxslər isə iddiaçı ilə cavabdehin vəsaitindən istifadə olunmadığını bildirmişlər. Cavabdeh isə bütün paylı mülkiyyətçilərin vəsaitlərindən və əl əməyindən istifadə olunduğunu göstərmişdir. İddiaçı tərəf öz tələbinin əsası kimi üçüncü şəxslərin hər birinin özlərinə məxsus evləri olduğuna və ayrı yaşadıqlarına, üçüncü şəxslər isə təmir işləri aparılan vaxt iddiaçı üçüncü şəxs Gülyaz Məmmədova ilə küsülü olduğuna görə mübahisəli evdə qalmamasına və təmirdə işləyən şəxslərə Gülyaz Məmmədovanın qulluq etməsinə istinad etmişdir. Cavabdeh isə dənizdə işlədiyinə və evdə olmadığına görə bütün işlərin görülməsində üçüncü şəxslərin iştirak etdiyini göstərmişdir. Bununla belə tərəflərin heç biri məhkəmə iclası zamanı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilən sübutlarla sübut edə bilməmişlər. İddiaçı tərəfindən dindirilmiş şahidlər isə aparılmış təmir işlərinin cüzi bir hissəsi ilə bağlı iddiaçının bildirdiklərini təsdiq etmişlər. Bu hal isə məhkəmənin yekun və inamlı nəticəyə gəlməsi üçün kifayət etməmişdir. Belə olan halda məhkəmə mübahisəni işin müəyyən edilmiş hallarına uyğun olaraq həll edilməsi qənaətinə gəlmişdir.

21. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə mübahisəli fərdi yaşayış evində təmir-tikinti işləri 2009-2016-cı illər aralığında, yəni iddiaçı ilə cavabdeh birgə nikahda olan müddətdə aparılmışdır. Həmin təmir-tikinti işlərinə iddiaçı ilə cavabdehin birgə nikah dövründə qazandıqları vəsaitlə yanaşı, paylı mülkiyyətçilər də vəsait xərcləmişlər. Hazırda heç bir tərəf kimin hansı məbləğdə vəsait xərcləməsini aydın və birmənalı şəkildə sübut edə bilmədiyindən, məhkəmə həmin vəsaitin tərəflərə münasibətdə bərabər məbləğdə bölünməsini işin həqiqi hallarına uyğun hesab edir.

22. Məhkəmə, həmçinin təmir-tikinti işlərinə çəkilmiş xərclərin məbləği ilə bağlı qeyd edir ki, iş üzrə təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən mübahisəli fərdi yaşayış evinin 2009-2016-cı illər aralığında təmir-tikinti işlərinə 18721,5 manat məbləğində vəsait xərcləndiyi müəyyən edilmişdir. Ekspert rəyi işdə olan digər sübutlarla təkzib edilmədiyindən, məhkəmə ekspert rəyini sübut növü kimi qəbul etmişdir.

23. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi miras əmlak kimi cavabdehin və üçüncü şəxslərin paylı mülkiyyətində olduğundan, birgə nikah dövründə əldə edilmiş əmlak deyildir. Bununla belə işin müəyyən olunmuş hallarına görə həmin fərdi yaşayış evinin təmir və tikinti işlərinə cavabdeh də iddiaçı ilə birgə nikahda olduğu vaxt, bir qazancları hesabına digər paylı mülkiyyətçilərlə bərabər məbləğdə vəsait xərcləmişdir. Cavabdehin xərclədiyi həmin vəsaitlər tərəflərin birgə nikah dövründə əldə edilmiş gəlirləri olduğundan, iddiaçının çəkilmiş xərclərin cavabdehin payına düşən hissədən öz payını tələb etmək hüququ yaranmışdır.

24. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, cavabdeh və paylı mülkiyyətçi olan iş üzrə üçüncü şəxslər tərəfindən evin təmir-tikinti işlərinə ayrı-ayrılıqda nə qədər vəsait xərcləndiyi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmadığından, evin təmirinə və tikintisinə çəkilmiş ümumi xərc paylı mülkiyyətçilər arasında paylarına mütənasib olaraq bərabər miqdarda bölünməli və Cavabdeh payına düşən hissədə iddiaçının payı müəyyən edilməlidir.

25. Məhkəmə, iddianın 70 kv. metr sahədən ibarət bir mərtəbəli yaşayış evinin və 40 kv. metr sahədən ibarət yardımçı sahənin tikintisi və təmirinə çəkilmiş 40000 manat vəsaitin 2003-cü il tarixdə doğulmuş Türkan adlı azyaşlı uşağın iddiaçının yanında qalması səbəbilə mənafeyi nəzərə alınmaqla 2/3 hissəsinin, yəni 26600 manat vəsaitin Cavabdeh alınıb ona ödənilməsi barədə hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə təmir-tikinti işlərinə çəkilmiş xərcin sübut növü kimi qəbul edilmiş ekspert rəyində göstərilən 18721,5 manat məbləğində müəyyən edilməsini işin həqiqi hallarına uyğun hesab edir.

26. Məhkəmə iddianın çəkilmiş vəsaitin 2003-cü il tarixdə doğulmuş Türkan adlı azyaşlı uşağın iddiaçının yanında qalması səbəbilə mənafeyi nəzərə alınmaqla 2/3 hissəsinin Cavabdeh alınıb ona ödənilməsi barədə hissəsi ilə bağlı hesab edir ki, iddiaçı iddianın həmin hissəsi ilə bağlı istinad etdiyi halları sübut etməmiş, yalnız uşağın onun yanında qalması faktına istinad etməklə kifayətlənmişdir. Bu isə əmlakın qeyri-bərabər bölünməsi üçün əsas deyildir.

27. Ona görə də məhkəmə hesab edir ki, evin təmirinə və tikintisinə çəkilmiş ümumi xərc paylı mülkiyyətçilər arasında bərabər bölüşdürüldükdən sonra Cavabdeh payına düşən hissədə iddiaçının çəkdiyi xərc ½ hissədə müəyyən edilməlidir.

28. Məhkəmə, həmçinin cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, hazırkı tələb üzrə iddia müddətinin tətbiq edilməsi üçün qanunda nəzərdə tutulmuş kifayət qədər əsaslar yoxdur.

29. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, işin müəyyən olunmuş hallarına görə Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, lakin Cavabdeh qətnamənin aliment hissəsi ilə bağlı apellyasiya şikayəti vermişdir. Tərəflər barışdıqlarına görə İddiaçı aliment tələbindən imtina etmiş, bununla da Cavabdeh apellyasiya şikayətindən imtina etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-494/2017 nömrəli, 14 fevral 2017ci il tarixli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 7 dekabr 2016-cı il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi X18 tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilmiş və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Bu müddət ərzində cavabdeh Rusiya Federasiyasında işləmiş, könüllü onlara pul vəsaiti göndərmiş, həmçinin cavabdeh Rusiya Federasiyasından gəldikdən sonra ona ayrıca mənzil alacağı barədə vəd vermişdir. Lakin cavabdeh 2019-cu ilin oktyabr ayında qayıtdıqdan sonra nəinki ayrı mənzil almış, hətta yaxın qohumu ilə evlənmişdir. Bununla da iddiaçı aldadıldığını və hüququnun pozulduğunu bilmişdir.

30. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu 2019-cu ilin oktyabr ayında bilmiş, həmin tarixdən də ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddətinin axımı başlanmışdır. Bundan sonra iddiaçı məhkəməyə 28 avqust 2020-ci il tarixdə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürmədiyindən, hazırkı tələb üzrə iddia müddəti tətbiq edilməməlidir.

31. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Cavabdeh 1872,15 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

32. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi vəkil Nümayəndə vəsatəti əsasında təyin edilmiş xx.xx.2021-ci il tarixli məhkəmə tikinti–texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat məhkəmə xərci iddiaçıdan, cavabdehin vəsatəti əsasında təyin edilmiş xx.xx.2022ci tarixli məhkəmə tikinti–texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat məhkəmə xərci isə cavabdehdən tutulmalıdır.

33. İş materiallarında olan xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatların dəyəri ümumilikdə 200 manat təşkil etmişdir.

34. Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(051)-42/2022 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia qismən təmin olunmuş, Cavabdeh 1872,15 (bir min səkkiz yüz yetmiş iki manat on beş qəpik) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, Cavabdeh ekspertiza tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

35. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8, 32, 36 və 37-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217, 223 və 225-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

36. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-5424/2016 saylı, 07 dekabr 2016-cı il tarixli qətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan, 28 oktyabr 2000-ci il tarixdə Mingəçevir şəhər Nikah evində bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2002-ci il tarixdə doğulmuş Abuzər, xx.xx.2003-cü il tarixdə doğulmuş Türkan adlı uşaqların cavabdeh İddiaçı yanında qalmaları müəyyən edilmiş, Cavabdeh xx.xx.2002-ci ildə doğulmuş Abuzər, xx.xx.2003-cü ildə doğulmuş Türkan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir.

37. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-494/2017 nömrəli, 14 fevral 2017-ci il tarixli qərardadının surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsindən iddiaçı Cavabdeh nümayəndəsi X18 tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilmiş və iddiaçı Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilmişdir.

38. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 12 avqust 2020-ci il tarixli məktubdan görünür ki, Mingəçevir DTİ və MHQİ tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 79A nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 fərdi yaşayış evi X4, X8, X6, Cavabdeh adlarına paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Ərazi İdarəsinin elektron məlumat bazasına əsasən JN-571F nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də Mingəçevir şəhərində Cavabdeh ümumbirgə (10 nəfər) mülkiyyətində 0.10 hektar həyətyanı torpaq sahəsi qeyd edilmişdir.

39. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 10 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, ünvan 1 fərdi yaşayış evi üzərində X4, X8, X9, X6, Cavabdeh paylı mülkiyyət hüququ Mingəçevir DTİ və MHQİ tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 79A nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmışdır.

40. İşdə olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 199 saylı qərarı ilə Mingəçevir şəhəri ərazisindən X4, Cavabdeh və digər ailə üzvlərinin mülkiyyətinə 0.10 hektar həyətyanı torpaq sahəsi verilmişdir.

41. İşdə olan videogörüntüdən görünür ki, İddiaçı ilə Cavabdeh oğluna keçirilmiş kiçik toy şənliyinin qeydə alınması zamanı yaşadıqları evin və yardımçı sahənin, çardaxın görüntüləri videoda əks olunmuşdur. Yaşayış evinin orta təmirli vəziyyətdə olması qeydə alınmışdır.

42. İş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********39 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhər dövlət notariat kontorunun xx.xx.1990-cı il tarixli, 4c/1594 və xx.xx.1990-cı il tarixli, 4c/1595 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvan 1 fərdi yaşayış evi üzərində X4, X8, X9, X6, Cavabdeh paylı mülkiyyət hüququ Mingəçevir DTİ və MHQİ tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 79A nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmışdır. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi üzərində X8, X5, X14 ümumbirgə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi üzərində X6 tam mülkiyyət hüququ xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X7 adına JN-571F şəhadətnamədən başqa qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir.

43. İş materiallarına əlavə edilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli Məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixdə təyin edilmiş məhkəmə-tikinti ekspertizası haqqında qərardad ilə Mingəçevir şəhəri, Kür küçəsi 6 ünvanında yerləşən torpaq sahəsində inşa olunmuş tikilinin neçənci ildə inşa edilməsini müəyyən etmək tələb olunmuşdur. Tikinti işlərinin aparılma tarixinin, müddətinin müəyyən olunmasına dair metodika olmadığından, həmin tikinti işlərinin neçənci ildə aparılmasını müəyyənləşdirmək mümkün olmamışdır.

44. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021ci il tarixli, 10/1895 nömrəli rəyindən görünür ki, Mingəçevir şəhəri, Kür küçəsi ev 6-da yerləşən bir mərtəbəli fərdi yaşayış evinin 2009-2016-cı illər aralığında inşa edilmiş 1 yaşayış otağından, biri yaşayış otağına çevirilmiş 2 dəhlizdən, mətbəx və sanuzel qovşağından ibarət 70 kv. m. hissəsinin və mal tövləsi və çardaxdan ibarət 40 kv.m. yardımçı sahənin tikintisi və təmirinə, habelə həmin tikililərin özülünün tökülməsinə, bütövlükdə həmin sahələrin hazırkı vəziyyətə çatdırılmasına görə sərf edilmiş materiallara, zəhmət haqqı da daxil olmaqla yeni tikinti materialları daxil olmaqla aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uvğun olaraq ümumi dəyəri təqribən 26351 manat məbləğində müəyyən olunmuşdur.

45. İş materiallarına əlavə edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/7284 nömrəli rəyindən görünür ki, Mingəçevir şəhəri, Kür küçəsi ev 6-da yerləşən bir mərtəbəli fərdi yaşayış evinin 2009-2016-cı illər aralığında inşa edilmiş 1 yaşayış otağından, biri yaşayış otağına çevirilmiş 2 dəhlizdən, mətbəx və sanuzel qovşağından ibarət 70 kv. m. hissəsinin və mal tövləsi və çardaxdan ibarət 40 kv.m. yardımçı sahənin tikintisi və təmirinə, habelə həmin tikililərin özülünün tökülməsinə, bütövlükdə həmin sahələrin hazırkı vəziyyətə çatdırılmasına görə sərf edilmiş materiallara, zəhmət haqqı da daxil olmaqla yeni tikinti materialları daxil olmaqla aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uvğun olaraq ümumi dəyəri təqribən 18721,5 manat məbləğində müəyyən olunmuşdur.

46. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

47. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh məhkəməyə verdiyi izahatında onun mübahisələndirdiyi tikililərin 2009-2012-cı illərdə onun həmin həyətdə yaşadığı müddətdə deyil, 2017-ci ildən sonra inşa edildiyini göstərdiyindən və məhkəməyə bu şəkildə yazılı izahat təqdim etdiklərindən 2012-ci ildə həmin həyətdə çəkilmiş “Banu” verlişinin diskini təqdim etmişdir. Həmin diskə məhkəmə iclasında baxış keçirilmiş və həmin verilişdə Gülyaz Məmmədova, Azər Məmmədov və qeyrilərinin sərbəst şəkildə söylədiklərindən belə məlum olur ki, Mingəçevir şəhəri Kür küçəsi 6 saylı evdə mən, Gülyaz Məmmədova, Cavabdeh və onun övladları yaşayır. Digərləri həmin mənzilə qonaq kimi dəvət olunmuşlar. Məhkəmə “Banu” verilişindən olan həmin çəkilişi sübut kimi qəbul etməmiş, qəbul etməməsinin səbəblərini əsaslandırmamışdır.

48. Hazırda Cavabdeh və 3-cü şəxslər məhkəməyə ərizə təqdim etmişlər ki, onlar həmin tikinti işlərinin 2017-ciildən sonra aparılmasına dair izahat verməmişlər.

49. Məhkəmə tərəfindən yerli baxış keçirilmiş, məhz bundan sonra cavabdeh və 3-cü şəxslər onun mübahisə etdiyi tikililərin tikintisinin onun həmin həyətdə yaşadığı müddətdə aparılmasını təsdiq etmişlər.

50. Məhz bu səbəbdən məhkəmənin 19 aprel 2021-ci il tarixli qərardadı ilə həmin tikililərə çəkilmiş xərclərin müəyyən edilməsi ilə bağlı məhkəmə texniki-tikinti ekspertizası təyin olunmuşdur.

51. Daha sonra Cavabdeh məhkəməyə təqdim etdiyi 15 mart 2021-ci il tarixli ərizəsində tikililərin o Rusiya Federasiyasında olduğu müddətdə inşa edildiyini, həmin vaxt evlərinin qəzalı vəziyyətdə olması, o Rusiya Federasiyasından gələrkən anasının və qardaşlarının onu təzə evdə gözlədiyini göstərirdi. Bu halla Cavabdeh qardaşlarının 2017ci ildən sonra aparılan tikililərin tikintisində iştirak etdiyini göstərmişdir.

52. Cavabdeh 12 aprel 2021-ci il tarixli ərizəsində isə onun mübahisə etdiyi həmin tikintidə qardaşlarından Rövşən və Azər Məmədovların iştirak etdiyini göstərmiş, anası Gülyaz Məmmədova və qardaşı Azad Məmmədovun iştirak etdiyini göstərməmişdir.

53. Bütün bunlar isə onu göstərir ki, Cavabdeh və 3-cü şəxslərin izahatları heç də onun yaşadığı dövrdə tikilən tikililərlə bağlı olmayıb, həmin tikiliyə bitişik sonradan tikilmiş 3 otaqla bağlıdır. Məhkəmə isə özünün də təsdiq etdiyi kimi şübhəli, mötəbər olmayan sübutlardan istifadə etdiyini təsdiq etmişdir. Halbu ki, onun təqdim etdiyi diskdən görünür ki, qeyd edilən tikililərdən ancaq onun ailəsi istifadə etmiş, orada ona məxsus əşyalar yerləşdirilmişdir. O, məhkəməyə şahidlər təqdim etmişdir ki, aparılan tikinti işlərində iştirak etmişdir. O şahidlərə konkret olaraq hansı işlərin görülməsinə dair dəlillər gətirsə də, məhkəmə iclasında iştirak edən həmin tikililərə iddia edən Azər Məmmədov və qeyriləri şahid qismində dindirilən şahidlərə zəhmət haqqı kimi hər hansı bir vəsait verdiklərini göstərməmiş, hətta şahidə belə bir müraciət etdiklərini göstərməmişlər.

54. Digər tərəfdən evin mişar daşdan hörülməsini və yaşayış evin çardağının qurulmasını həyata keçirilmiş Mustafa adlı şəxs Cavabdeh qohumu olduğundan, qapı pəncərini düzəltmiş şəxsin Daşqının sinif yoldaşı olduğunu, həmin şəxsləri məhkəməyə şahid qismində gətirə bilməmişlər. Ancaq məhkəməyə vəsatət vermişdir ki, əgər onun həmin tikililərin tikilməsi zamanı zəhməti olmamışdırsa, Mustafa adlı ustanı məhkəməyə gətirilməsi təmin edilsin, o da eyni qaydada izahat versin, o iddiadan imtina edir. Ancaq cavabdeh bundan da imtina etmişdir. O bu barədə yazılı vəsatətini məkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak etmiş, Cavabdeh verdiyi izahatlada təsdiq edilmiş 2017-ci ildən sonra aparılmış tikinti işlərində iştirak etmiş Azər və Rövşən Məmmədovun 2016-cı ildə aparılan tikinti işləri üzrə payının müəyyən edilməsi əsassızdır. Digər tərəfdən yaşayış evləri olan Azər Məmmədov və Rövşən Məmmədovun yaşamadıqları, istifadə etmədikləri evin tikintisində pay əldə etmək məqsədilə iştirak etmələri barədə dəlillər də əsassızdır. Mingəçevir şəhəri Kür küçəsi 6 saylı evdə yerləşən fərdi yaşayış evi isə cavabdeh və 3-cü şəxslərin ümumi paylı mülkiyyətinə miras qaydasında keçmişdir. Həmin əmlakın bir hissəsi İddiaçı və Cavabdeh tərəfindən sökülərək yenidən tikilmişdir. Cavabdeh həmin həyətdə 1/10 hissədə torpaq sahəsində payı, yaşayış evindən isə 1/5 hissə payı vardır. Digər mülkiyyətçilərin razılığı ilə Cavabdeh özünə düşən hissəni ləğv edib, yenidən inşa etdirmişdir.

55. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(051)- 42/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

56. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçının tikintinin aparılması və ona çəkilən xərclər barədə iddia tələbi tamamilə yalan və uydurmadır, ona qarşı sadəcə əvvəlki məhkəmə mübahisələrində olduğu kimi əsassız varlanma niyyəti güdür. Həmin mübahisələndirilən tikinti və ona çəkilən xərc evin və torpaq sahəsinin paylı mülkiyyətçiləri və evdə qeydiyyatda olan, onunla birgə yaşayan anası X10, eləcə də qardaşları Azər, Azad və Rövşən Məmmədovlar tərəfindən həyata keçirilmişdir. O isə tikintinin bəzi fəhlə işlərini görmüşdür. Yəni, iddiaçının iddia tələbi tamamilə əsassızdır.

57. Qeyd etmək istəyir ki, İddiaçı mübahisələndirdiyi 70 kv.metrdən ibarət olan 1 yaşayış otağı, 1 ayaqyolu-hamam, 1 mətbəz, koridor heç də əlavə olaraq tikilməmişdir. Əslində ümumi sahəsi 40 kv.metr olan həmin tikilinin yerində köhnə yaşadığı evə bitişik mətbəx və eyvan olub. Həmin mətbəx sökülüb bir metr uzadılıb əvəzinə evə bitişik bir yataq otağı və eyvanın yerində də evə bitişik olaraq bir mətbəx, ayaqyolu-hamam inşa edilib və istifadəyə tam hazır olmayıb. Tikintidə həyətində olan atasından qalan tikinti materiallarından istifadə edilib, yalnız dam örtüyü və sementə pul xərclənib. İddiada bəhs edilən pəyə də eynilə yeni tikilməyib. Köhnə pəyənin yarısı sökülüb, qonşunun ara kəsmə divarına bitişik yenidən inşa edilib. Pəyənin inşasında da atasından qalan tikinti materialları ilə birgə sökülən pəyənin materiallarından istifadə edilib. Pəyənin tikintisində də yalnız dam örtüyünə və daşların yarısına pul xərclənib. Ayrıca hər iki tikilidə qardaşları Məmmədov Azər, Məmmədov Rövşən və Məmmədov Azad öz maliyyə vəsaitləri ilə iştirak ediblər, yəni onlar tikinti işlərində atalarından miras qalmış evin paylı mülkiyyətçiləri kimi iştirak ediblər. Bu tikinti zamanı İddiaçı adəti üzrə anasıgildə qalırdı. Tez-tez evdən çıxıb gedirdi. Səbəb də anasıyla və onunla heç vaxt yola getməməsi olub.

58. Bu baxımdan ekspert rəyi ilə müəyyən edilmiş 18721.5 manat xərc 5 nəfər paylı mülkiyyətçiyə münasibətdə hər birinə 3744.3 manat təşkil edir ki, onun payına münasibətdə iddiaçı ilə birgə nikah dövründə ümumi əmlakın bölünməsi zamanı paylar bərabər hesab edildiyi üçün (Ailə Məcəlləsi, maddə 37.1) iddiaçının payı 1872.15 (3744.3:2) manat müəyyən edilir.

59. Nikahları xx.xx.2016-cı il tarixdə pozulduğu və artıq onlar nə rəsmi, nə də faktiki ər-arvad münasibətində olmadığı halda İddiaçı bu tələblə xx.xx.2020-ci il tarixdə - 03 il 08 ay 21 gün sonra məhkəməyə müraciət etməklə 3 illik iddia müddətini ötürmüşdür, yəni bu fakt barədə İddiaçı məlumatının olmaması mümkünsüzdür və o, hazırkı tələblə 3 il ərzində məhkəməyə müraciət etmək imkanlarından məhdud olmamışdır. Lakin, məhkəmə işin bu faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və qeyd etmişdir ki, guya iddiaçı bununla bağlı 2020-ci ildən məlumatlı olmuşdur.

60. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(051)- 42/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı tərəfindən ötürülmüş 3 illik iddia müddətini tətbiq etməklə iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

61. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

62. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil3 öz verdikləri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şiakyətinin isə təmin edilməməsini xahiş etdilər.

63. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

64. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 8.2-ci maddəsinə əsasən iddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydaları rəhbər tutur. 32.1-ci maddəsinə görənikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2–ci maddəsinə görə ər–arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər–arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər–arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər–arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3–cü maddəsinə əsasən mübahisə olduqda, ər–arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər–arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrıayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

65. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 217.1-ci maddəsinə görə paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir. 223.2–ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3–cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 225.1–ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 1281-ci maddəsinə əsasən əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

67. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tədbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

68. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 may 2008-ci il tarixli qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

69. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarında göstərilir ki, qanunverici Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan ümumi əmlakın bölünməsi haqqında tələblərə 3 illik iddia müddətini tətbiq edərkən, bütün hallarda Mülki Məcəllənin qaydalarının rəhbər tutulmalı olduğunu müəyyən etmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Göründüyü kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında qeyd etmişdir ki, qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. Qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu 29 iyul 2019-cu il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.

Apellyasiya baxışının hədləri

70. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

71. Hər iki tərəf Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(051)- 42/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

72. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, iddianın təmin olunmuş hissəsində iddia müddətinin tətbiq edilməməsi barədə gəldiyi nəticə ilə razılaşmır.

73. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 1 fərdi yaşayış evi 21 mart 1989-cu ildə ölmüş X3 miras qalmış və X4, X8, X9, X6 və Cavabdeh adına paylı mülkiyyət hüququ ilə xx.xx.1990-cı ildə qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin, həmin ünvanda yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi onların ümumi birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həmin miras əmlakdan cavabdeh və üçüncü şəxslərin paylarının real bölgüsü aparılmamışdır. Həmin miras əmlakın bölünməsi təsərrüfat təyinatının itirilməsinə və, eyni zamanda, zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülməmiş və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyətində qalmışdır.

74. Hazırki iş üzrə müəyyən edilmiş qaydada miras qalmış həmin evdə təmir və bərpa işləti bütün mülkiyyətçilərin razılığı və vəsaiti hesabına həyata keçirilmişdir. İddiaçı və cavabdeh üçüncü şəxslərdən həmin miras əmlakda təmir-bərpa işləri aparılması üçün vəsait xərcləmələri barədə hər hansı bir göstəriş almamışlar. 1990-cı ildə cavabdeh və üçüncü şəxslərin adlarına qeydiyyata alınmış fərdi yaşayış evi hal-hazırda da mövcuddur və onun üzərində əlavə yaxşılaşdırmalar və genişləndirmələr aparılmışdır ki, hazırki iş üzrə iddiaçı da həmin işlərin görülməsinin şahidi və iştirakçısı olmuşdur. İddiaçı ilə cavabdeh arasında 07 dekabr 2016-cı ildə nikah pozularkən iddiaçı görülmüş və görülməsi ehtimal olunan işlər barədə məlumatlı olmuş, nikah pozulduqdan sonra həmin evdə yaşamadığı dövr ərzində hər hansı tikinti-bərpa işlərinin görülməməsini bildirmişdir.

75. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi tikinti texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/7284 nömrəli rəyini əsas götürməklə Mingəçevir şəhəri, Kür küçəsi ev 6-da yerləşən bir mərtəbəli fərdi yaşayış evinin tikinti-təmir işlərinə çəkilmiş xərci 18721,5 manat məbləğində müəyyən etməkdə və həmin xərcdən ümumi mülkiyyətçilərdən biri olan Cavabdeh payını müəyyən etdikdən sonra həmin payı sonuncu və İddiaçı arasında bərabər bölməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı çəkilmiş xərcin 2/3 hissəsinin Cavabdeh alınıb ona ödənilməli olması ilə bağlı istinad etdiyi halları sübut etməmiş, yalnız uşağın onun yanında qalması faktına istinad etməklə kifayətlənmişdir. Bu isə əmlakın qeyri-bərabər bölünməsi üçün əsas deyildir.

76. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, həmin apellyasiya şikayətinin dəlilləri qismən – iddia müddətinin tətbiq edilməli olması ilə bağlı hissədə əsaslıdır.

77. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmiş, məhkəmə isə iddiaçının ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu 2019-cu ilin oktyabr ayında bildiyini hesab etməklə iddia müddətinin keçmədiyi qənaətinə gəlmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 07 dekabr 2016-cı il tarixdə Cavabdeh ilə nikahları pozulduğu zaman iddiaçı Məmmədova X1 şəhəri, Kür küçəsi 6 ünvanında yerləşən torpaq sahəsində inşa etdirdikləri 70 kv. metr sahədən ibarət bir mərtəbəli yaşayış evinin və 40 kv. metr sahədən ibarət yardımçı sahənin mövcudluğundan xəbərdar olmuşdur. Bu qətnamənin 29cu bəndində göstərilmiş hallar iddiaçının hüququnun pozulduğunu 2019-cu ildə bildiyi anlamına gəlmir.

78. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarından göründüyü kimi, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu 29 iyul 2019-cu il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.

79. Hazırki iş üzrə iddiaçı cavabdehi ona ayrıca mənzil alacağı barədə vəd verməklə 2019-cu ilin oktyabr ayınadək aldatdığını və həmin vaxtdan sonra hüququnun pozulduğunu bildiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının həmin dəlillərini əsaslı şübhələrdən kənar sübut kimi qəbul etməklə səhvə yol vermişdir. Əslində, cavabdeh iddiaçı ilə aralarında olan nikah pozulmamışdan daha əvvəl həmin evi gələcəkdə oraya qayıtmamaq şərtilə tərk etməklə özünün hüquqlarının pozulduğunu həmin vaxtdan bildiyini bəyan etmiş olmuşdur.

80. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində iddia müddətini tətbiq etməmklə düzgün nəticəyə gəlmədiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(051)-42/2022 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, İddiaçı Cavabdeh qarşı əmlakın ümumi birgə əmlak hesab edilməsi, əmlak payının müəyyən edilməsi və cavabdehlə bərabər istifadəsinə verilməsi tələbinə dair iddiası həmin hissədə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.

81. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(051)-42/2022 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı əmlakın ümumi birgə əmlak hesab edilməsi, əmlak payının müəyyən edilməsi və cavabdehlə bərabər istifadəsinə verilməsi tələbinə dair iddiası həmin hissədə də rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar