Məhkəmə qərarları › İş №2(107)-257/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-257/2024

30.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-257/2024 30.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmlak tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Publik Hüquqi şəxsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 16 mart 2023-cü il tаrixli, 2(063)-18/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehə qarşı əmlak tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus cehiz əşyalarının-3000 manat dəyərində “Mebel stenka"nın, 1600 manat dəyərində 2 ədəd divanın (qorka), 800 manat dəyərində 4 ədəd kreslonun, 1000 manat 1 ədəd yataq dəstinin, 100 manat dəyərində 1 ədəd dəmir yatağın (krovat), 100 manat dəyərində 2 ədəd divanın (korolevski), 700 manat dəyərində 7 ədəd yataq üçün döşəyin, 700 manat dəyərində 12 ədəd yorğanın, 180 manat dəyərində 3 ədəd yastığın (balınc), 90 manat dəyərində 9 ədəd döşəkçənin, 200 manat dəyərində 4 ədəd yataq örtüyünün (odeyal), 1500 manat dəyərində 3 ədəd xalçanın, 100 manat 1 ədəd döşəmənin, 500 manat dəyərində “LG” plazma televizorun, 150 manat dəyərində nahar üçün 48 predmetdən ibarət olan qab-qacaq dəstinin, 50 manat dəyərində 1 ədəd çay dəstinin (bogema), 200 manat dəyərində 1 ədəd çay dəstinin (madonna), 30 manat dəyərində çay dəstinin (qara), 100 manat dəyərində 100 ədəd boşqabın, 60 manat dəyərində 100 ədəd nəlbəkinin, 100 manat dəyərində 100 ədəd stəkanın,140 manat dəyərində 7 ədəd qazanın, 60 manat dəyərində 4 ədəd tavanın, 40 manat dəyərində 4 ədəd meyvə vazasının, 60 manat dəyərində 12 büllur (xrustal) stəkanın, 60 manat dəyərində 6 ədəd büllur (xrustal) bokalın, 60 manat dəyərində 6 ədəd rəngli büllur xrustal) bokalın, 120 manat dəyərində 24 ədəd kompot bokalının, 30 manat dəyərində 2 ədəd çaydanın, 30 manat dəyərində 5 ədəd çaydanın (çaynikin), 60 manat dəyərində 6 qaşıq dəstinin, 70 manat dəyərində 1 ədəd sandığın, 100 manat dəyərində 1 ədəd “Gepas” ətçəkən maşının, 40 manat dəyərində 1 ədəd ütünün, 90 manat dəyərində 1 ədəd bişintı sobasının (İltimat), 20 manat dəyərində çilçırağın (lüstra), 30 manat dəyərində güldanın, 10 manat dəyərində çexol dəstinin, 20 manat dəyərində çexol prostinyanın, 120 manat dəyərində 4 ədəd dəmir kaminin, 120 manat dəyərində paltaryuyanın, 1000 manat dəyərində 1 ədəd boyunbağının (yoluçnu sep), 1000 manat dəyərində fantaziya komplekt dəstinin, 500 manat dəyərində sapfir sırğanın, 600 manat dəyərində nişan üzüyünün, 300 manat dəyərində 1 ədəd tac üzüyün, 200 manat dəyərində 1 ədəd ulduz üzüyün, 1500 manat dəyərində 1 ədəd qızıl qolbağın, 150 manat dəyərində 1 ədəd nazik zəncir boyunbağının (sep), cavabdehdən alınaraq ona qaytarılması, nikah dövründə əldə olunmuş ümumi birgə mülkiyyət olan 500 manat dəyərində 1 ədəd “Dnepr” soyuducunun, 400 manat dəyərində plazma televizorun, 380 manat dəyərində 4 gözlu qaz sobasının (S), 80 manat dəyərində “Lider” elektrik sobasının, 40 manat dəyərində 1 ədəd ütünün, 100 manat dəyərində pərdənin, 50 manat dəyərində dəmir yatağın (krovat), 40 manat dəyərində qab dolablarının (şkaflar), 100 manat dəyərində qaz balonunun, 30 manat dəyərində 1 ədəd mikserin, 40 manat dəyərində 4 ədəd bışinti qablarının, 50 manat dəyərində “DVD”nin, 40 manat dəyərində ventilyatorun (sərinkeş), 2100 manat dəyərində 50 baş xırdabuynuzlu mal-qaranın (20 erkək, 1 dişi qoyun sosial yardım nəticəsində verilib), 10000 manat dəyərində 10 baş iribuynuzlu mal-qaranın (inək) və 10 baş iribuynuzlu mal-qaranın (inək) iddiaçı və cavabdeh arasında bərabər şəkildə bölünməsi və dövlət rüsumu olaraq ödənilmiş 185.25 manat pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 06 iyun 2005-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin başçısının Qaradağlı və Çiyni kəndləri üzrə nümayəndəliyində nikah bağlanmış və həmin nikah 09 nömrə ilə qeyd edilmişdir. Ucar Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(063)-610/2021 saylı qətnaməsi ilə həmin nikah pozulmuşdur. Nikah pozulduqdan sonra İddiaçı cavabdeh tərəfindən ciddi şəkildə əmlak hüquqları pozulmuşdur. Cavabdeh öz hərəkətlərini davam etdirərək, iddiaçının əmlak hüquqlarını hələ də pozmuş olur. Belə ki, cavabdeh hələ də iddiaçıya məxsus əmlakı geri qaytarmaqdan imtina edir. Həmin əşyalar-cehiz əşyaları və birgə nikah dövründə alınan əmlak olmaqla 2 yerə bölünür. Həmin əşyalar-3000 manat dəyərində “Mebel stenka", 1600 manat dəyərində 2 ədəd divan (qorka), 800 manat dəyərində 4 ədəd kreslo, 1000 manat dəyərində 1 ədəd yataq dəsti, 100 manat dəyərində 1 ədəd dəmir yataq (krovat), 100 manat dəyərində 2 ədəd divan (korolevski), 700 manat dəyərində 7 ədəd yataq üçün döşək, 700 manat dəyərində 12 ədəd yorğan, 180 manat dəyərində 3 ədəd yastıq (balınc), 90 manat dəyərində 9 ədəd döşəkçə, 20 manat dəyərində 4 ədəd yataq örtüyü (odeyal), 1500 manat dəyərində 3 ədəd xalça, 100 manat 1 ədəd döşəmə, 500 manat dəyərində “LG” plazma televizor, 150 manat dəyərində nahar üçün 48 predmetdən ibarət olan qab-qacaq dəsti, 50 manat dəyərində 1 ədəd çay dəsti (bogema),200 manat dəyərində 1 ədəd çay dəsti (madonna), 30 manat dəyərində çay dəsti (qara), 100 manat dəyərində 100 ədəd boşqab, 60 manat dəyərində 100 ədəd nəlbəki, 100 manat dəyərində 100 ədəd stəkan, 140 manat dəyərində 7 ədəd qazan, 60 manat dəyərində 4 ədəd tava, 40 manat dəyərində 4 ədəd meyvə vazası, 60 manat dəyərində 12 büllur (xrustal) stəkan, 60 manat dəyərində 6 ədəd büllur (xrustal) bokal, 60 manat dəyərində 6 ədəd rəngli büllur (xrustal) bokal, 120 manat dəyərində 24 ədəd kompot bokalı, 30 manat dəyərində 2 ədəd çaydan, 30 manat dəyərində 5 ədəd çaydan (çaynik), 60 manat dəyərində 6 qaşıq dəsti, 70 manat dəyərində 1 ədəd sandıq, 100 manat dəyərində 1 ədəd “Gepas” ətçəkən maşın, 40 manat dəyərində 1 ədəd ütü, 90 manat dəyərində 1 ədəd bişintı sobası (İltimat), 20 manat dəyərində çilçıraq (lüstra), 30 manat dəyərində güldan, 10 manat dəyərində çexol dəsti, 20 manat dəyərində çexol prostinya, 120 manat dəyərində 4 ədəd dəmir kamin, 120 manat dəyərində paltaryuyan, qızıl-zinət əşyaları-1000 manat dəyərində 1 ədəd boyunbağı (yoluçnu sep), 1000 manat dəyərində fantaziya komplekt dəsti, 500 manat dəyərində sapfir sırğa, 600 manat dəyərində nişan üzüyü, 300 manat dəyərində 1 ədəd tac üzük, 200 manat dəyərində 1 ədəd ulduz üzük, 1500 manat dəyərində 1 ədəd qızıl qolbaq, 150 manat dəyərində 1 ədəd nazik zəncir boyunbağı (sep,) birgə nikah dövründə əldə olunmuş əmlak-500 manat dəyərində 1 ədəd “Dnepr” soyuducu, 400 manat dəyərində plazma televizor, 380 manat dəyərində 4 gözlu qaz sobası (S), 80 manat dəyərində “Lider” elektrik sobası, 40 manat dəyərində 1 ədəd ütü, 100 manat dəyərində pərdə, 50 manat dəyərində dəmir yataq (krovat), 40 manat dəyərində qab dolabları (şkaflar), 100 manat dəyərində qaz balonu, 30 manat dəyərində 1 ədəd mikser, 40 manat dəyərində 4 ədəd bişinti qabları, 50 manat dəyərində “DVD”, 40 manat dəyərində ventilyator (sərinkeş), 2100 manat dəyərində 50 baş xırdabuynuzlu mal-qara (20 erkək, 1 dişi qoyun sosial yardım nəticəsində verilib), 10000 manat dəyərində 10 baş iribuynuzlu mal-qaradan (inək) ibarət olmuşdur. Yuxarıda sadalanan əşyalara nisbətdə iddiaçının mülkiyyət hüququ cavabdeh tərəfindən hələ də pozulmaqda davam edir. İddiaçı tərəf mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini istəsə də, cavabdeh mediasiya sessiyalarında iştirak etməməsinə görə işin mediasiya mərhələsində həll edilməsi mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət edir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçıya məhkəmə iclasının vaxt və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərmiş, teleqramda o, iddiaçı olduğu cavabdehə qarşı mülki iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərimiş, iştirakı olmadan məhkəmə iclasını keçirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi.

5. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, ərizədə yazılanlar həqiqətə uyğun deyildir, belə ki, iddiaçı onunla ailə quranda cəmi 3 dəst yorğan-döşək gətirmiş, özü də qardaşının qızının toy mərasimində hədiyyə etmişdir. Paltaryuyan maşını o, almışdır və hal-hazırda istifadəyə yararsızdır. Həmçinin, iddiaçı evdən gedərkən qızıl-zinət əşyalarını, habelə onun himayəsində qalmış qızına məxsus anası tərəfindən hədiyyə etdiyi əşyaları da özü ilə aparmışdır. Bununla bağlı polis şöbəsinə də müraciət etmişdir, bu barədə sənədlər iş materiallarına əlavə edilmişdir. İddiaçı 50 baş xırda buynuzlu və 10 ədəd iri buynuzlu mal-qaranın olmasını təsdiq edən sübutu və sənədi məhkəməyə təqdim etməmişdir. Ailə qurandan sonra atası bir baş iri buynuzlu mal-qara ona vermişdir, onu da sataraq qızının təhsil xərcini ödəmişdir. Bu kənd icra nümayəndəliyinin qeydiyyat kitabında da göstərilmişdir. Əlavə olaraq bildirmişdir ki, məşğulluqdan verilmiş qoyunlar birgə yaşadıqları dövrdə satılaraq evin təmirinə xərclənmiş və ustalara əl haqqı kimi verilmişdir. İddiaçı tələb etdiyi əmlakların hansı mağazadan almasını, qarantiya müddətinə dair sənədi, hansı qiymətə və nə vaxt almasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Yaşadığı evdə iddiaçıya məxsus hər hansı əşya yoxdur, bunu sübut edən sənəd də yoxdur. İddaçının təqdim etdiyi fotoşəkillər sübut kimi qəbul edilə bilməz.

6. Ucar Rayon Məhkəməsinin 16 mart 2023-cü il tаrixli, 2(063)-18/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı, ona məxsus iddia tələbi üzrə tələb etdiyi əmlakların özgəsinin, yəni cavabdehin qanunsuz istifadəsində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı toy mərasimi ilə bağlı fotoşəkillər təqdim etmişdir. Məhkəmə bununla bağlı bu nəticəyə gəlir ki, yuxarıda qeyd olunanlara əsasən tələb olunan həmin əşyaların cavabdehin qanunsuz sahibliyində və dəyərinin iddia ərizəsində göstərildiyi kimi olması kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçının cavabdehlə birgə nikah dövründə iddia ərizəsində göstərdirdiyi əmlakların qazandıqları məhkəmə iclasında müəyyən olunmamışdır, buna görə də iddia həmin hissədə də təmin edilməməlidir.

9. Qanunverciliyin tələbindən göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iddia üzrə iddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

10. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı əmlak tələbi barədə iddia tələbi təmin edilməməli, iddia təmin edilmədiyindən onun tərəfindən ödənilmiş dövlət rüsumu da ona aid edilməlidir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2, 225.1, 225.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin iş üzrə hələ hazırlıq iclası zamanı cavabdehin iddianı qismən qəbul etməsi barədə ərizəsinin olmasına baxmayaraq, hakim təxminən 1 ildən sonra iddianın təmin edilməməsi barədə qətnamə qəbul etdiyini bildirmişdir.

14. Birinci instansiya məhkəməsi işi qeyri-obyektiv və olduqca qərəzli araşdırdığından onun cavabdeh tərəfindən pozulmuş hüquqları hələ də, pozulmaqda davam edir.

15. Hakim iş üçün əhəmiyyətli heç bir sübutu araşdırmamışdır. Birinci instansiya məhkəməsində göstərilən heç bir hal işin hallarına uyğun deyildir.

16. Odur ki, Ucar Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(063)-18/2023 saylı qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ucar Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(063)-18/2023 nömrəli qətnaməsinin ləğv edilib, iddiasının tam təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında iddiaçı tərəfindən mal-qaranın satılaraq evə xərclənməsini görmədiyini, iddiaçının mal-qaranı onunla birgə nikahları dövründə satmadığını, cavabdeh tərəfindən ona məxsus əşyaları qaytarılmadığından cavabdehdən tələb etdiyi ona məxsus cehiz və qızıl zinət əşyalarının bütünlükdə, cavabdehlə birgə nikah dövründə əldə etdikləri əmlakların isə yarısının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(063)-18/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, həmçinin izahatında iddiaçı tərəfin dediyi əşyaların heç birisinin onda olmadığını, iddiaçı elə bir əşyaları gətirmişdirsə onda qarantiya vərəqəsini təqdim etməli olduğunu, iddiaçının onun ünvanına gətirdiyi cehizin yalnız 3 ədəd döşəkdən ibarət olduğunu, həmin 3 ədəd döşəyi də iddiaçının qardaşının gəlib apardığını, iddiaçı ilə birgə nikahları dövrdə məşğulluqdan verilən qoyunları sataraq evinin təmirinə xərclədiyini göstərmişdir.

20. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 Publik Hüquqi şəxsinin nümayəndəsi X4 apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında göstərmişdir ki, 06 dekabr 2019-cu ildə Dövlət Məşğulluq Xidməti Ucar rayon Məşğulluq Mərkəzi ilə Cavabdeh arasında bağlanmış özünəməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən Cavabdeh 21 baş qoyun verilmişdir. 03 may 2021-ci il tarixdə keçirilən yekun monitorinq üzrə Cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması halı müəyyən edilmədiyindən elə həmin tarixdəcə 21 baş qoyun Cavabdeh mülkiyyətinə verilmişdir.

21. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş hüquqlar fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsində təsbit edilmişdir ki, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

25. Qərar: “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli Qərarının 3.6-cı bəndinə əsasən əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyator Ucar Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(063)-18/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə nəzərə almamışdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı 06 iyun 2005-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra İddiaçı cehiz əşyalarını da Cavabdeh yaşadığı ünvana aparmışdır. Həmçinin tərəflərin birgə nikah münasibətlərində olduqları dövrdə, yəni 06 dekabr 2019-cu ildə Dövlət Məşğulluq Xidməti Ucar rayon Məşğulluq Mərkəzi ilə Cavabdeh arasında bağlanmış özünəməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən Cavabdeh 21 baş qoyun verilmişdir. 03 may 2021-ci il tarixdə keçirilən yekun monitorinq üzrə Cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması halı müəyyən edilmədiyindən elə həmin tarixdəcə 21 baş qoyun Cavabdeh mülkiyyətinə verilmişdir. Ailə münasibətləri pisləşdiyindən tərəflər arasında bağlanmış nikah Ucar Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(063)-610/2021 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı iddia ərizəsində göstərdiyi cehiz və qızıl-zinət əşyalarının cavabdeh tərəfindən ona qaytarılmadığına istinad edərək, həmin əşyaların, cavabdehlə birgə nikah dövründə əldə etdikləri əmlakların isə yarısının cavabdehdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh isə 26 may 2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş ərizəsində iddia tələbini qismən etiraf etməsinə baxmayaraq, məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin 26 may 2022-ci il tarixdə göndərdiyi ərizədəki tələbin etirafına dair hallar nəzərə alınmadan, iddia tələbinin etirafı qəbul edilməmişdirsə buna hüquqi qiymət verilmədən iddia tələbi rədd edilməklə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamamışdır.

34. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

35. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

36. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

37. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

38. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

39. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

40. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması da təsbit olunmuşdur.

41. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

42. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığında, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin iş üzrə hələ hazırlıq iclası zamanı cavabdehin iddianı qismən qəbul etməsi barədə ərizəsinin olmasına, hakimin iş üçün əhəmiyyətli heç bir sübutu araşdırmamasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, işdə olan Cavabdeh 26 may 2022-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsindən görünür ki, o, həmin ərizədə Sevdanın gətirdiyi cehiz əmlaklarını ərizədə qeyd etdiyini göstərmiş, həmin əmlakların mebel stenka, 4 ədəd kreslo, 1 ədəd yataq taxtı, 1 ədəd dəmir yataq krovat, 5 ədəd yataq üçün döşək, 3 ədəd yastıq balınc, 6 ədəd döşəkcə, 2 ədəd odeyal yataq örtüyü, 2 ədəd xalça, 1 ədəd döşəmə, 1 ədəd plazma televizor, nahar üçün 1 adamlıq boşqab (tarelka) 30 ədəd, çay dəsti, 1 ədəd Bogema çay dəsti, 1 ədəd çay dəsti qara rəngli, 30 ədəd nəlbəki, 30 ədəd stəkan, 2 ədəd qazan dəsti, 2 ədəd tava, 2 ədəd meyvə vazı, 6 ədəd billur qədəh (bakal), 1 ədəd çaydan, qaşıq dəsti 20 ədəd, 1 ədəd sandıq, 1 ədəd ətçəkən maşın, 1 ədəd ütü, 1ədəd bişinti sobası, 1 ədəd güldan, 5 ədəd çexol dəsti, 5 ədəd çexol-prastina, 1 ədəd paltar yuyan maşın, 4 ədəd pərdə, 1 ədəd sərinkeş (ventilyator) və 21 baş məşğulluqdan verilən qoyunlardan ibarət olduğunu göstərmişdir. O, həmçinin həmin ərizəsində 21 baş qoyunun Sevdanın öz razılığı əsasında onunla yaşadığı dövrdə satıldığını, evin təmiri üçün və ustalara xərcləndiyini, bundan əlavə Sevdanın onun evində onun qeyd etdiyi əmlakdan başqa heç bir cehiz və digər əmlakının olmadığını göstərmişdir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

46. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

47. Cavabdeh tərəfindən iddia tələbinin qismən etirafına dair ərizə təqdim edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə həmin ərizənin qəbul edilən olub-olmamasına dair hər hansı bir əsaslandırma aparmamışdır.

48. İddia tələbinin mahiyyətindən göründüyü kimi, iddiaçı ona məxsus cehiz və qızıl-zinət əşyalarını, həmçinin cavabdehlə birgə nikah dövründə əldə etdikləri əmlakın yarısını tələb edir.

49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsaslanan həmin iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının iddia etdiyi sayda və növdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir.

50. Cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi 26 may 2022-ci il tarixli ərizəsi ilə həmin ərizədə göstərilən 1 ədəd mebel stenka (divar mebeli), 4 ədəd kreslo (qoltuq), 1 ədəd yataq taxtı (iki nəfərlik çarpayı), 1 ədəd dəmir yataq krovat (metal yataq), 5 ədəd yataq üçün döşək (1 nəfərlik döşək), 3 ədəd yastıq balınc, 6 ədəd döşəkcə, 2 ədəd yataq örtüyü (odeyal), 2 ədəd xalça, 1 ədəd döşəmə (xalı), 1 ədəd plazma televizor (“LG” markalı), 30 ədəd boşqab, 1 dəst Madonna çay dəsti, 1 dəst Bogema çay dəsti, 1 dəst qara rəngli çay dəsti, 30 ədəd nəlbəki, 30 ədəd stəkan, 2 dəst qazan dəsti, 2 ədəd tava, 2 ədəd meyvə vazı, 6 ədəd billur qədəh (bakal), 1 ədəd çaydan, 20 ədəddən ibarət 2 qaşıq dəsti, 1 ədəd sandıq, 1 ədəd ətçəkən maşın (“Geepas” markalı), 1 ədəd ütü, 1ədəd bişinti sobası (“İtimat” markalı), 1 ədəd güldan, çexol (yataq örtük) dəsti, çexol prostina (yataq döşəyi örtüyü) 1 ədəd paltar yuyan maşından ibarət iddiaçıya məxsus cehiz əşyalarının mövcudluğu, həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olması, həmçinin tərəflərin birgə nikahları dövründə 4 ədəd pərdənin, 1 ədəd sərinkeşin alınması, 21 baş qoyunun cavabdehin mülkiyyətinə daxil olması, 4 ədəd pərdənin, 1 ədəd sərinkeşin cavabdehin sahibliyində olması, 21 baş qoyunun isə cavabdeh tərəfindən satılması müəyyən edilmişdir.

51. Kollegiya qeyd edir ki, cavabdehin iddia tələbini qismən etirafının qanuna zidd olması, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halı müəyyən edilməmişdir.

52. Bu baxımdan birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.

53. Kollegiya qeyd edir ki, 21 baş qoyunun satılması cavabdehin izahatı ilə öz təsdiqini tapdığı halda həmin qoyunların tərəflərin birgə yaşadıqları, birgə nikahda olduqları dövrdə satılması, onların satışına iddiaçı tərəfindən razılıq verilməsi, satıldıqdan sonra əldə edilən vəsaitin tərəflərin ailə ehtiyaclarına sərf edilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

54. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehin etiraf etdiyi həddə cehiz əşyalarının naturada, olmadıqda dəyərini, birgə nikah dövründə alınmış 4 ədəd pərdədən 2 ədədini naturada, olmadıqda 2 ədəd pərdənin dəyərini, naturada bölünməsi mümkün olmadığından və cavabdehin sahibliyində olduğundan 35 manat dəyərində 1 ədəd sərinkeşin dəyərinin yarısını, satılmaqla naturada mövcud olmaması nəzərə alınaraq 21 baş qoyunun dəyərinin yarısını Cavabdeh tələb etməkdə haqlı olmuşdur.

55. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi əmlakarın dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə kollegiyasının qərardadı əsasında müstəqil qiymətləndirici "xxxx" MMC-nin rəyi alınmışdır.

56. İşdə olan "xxxx" MMC-nin 08 aprel 2024-cü il tarixli qiymətləndirmə rəyində göstərilmişdir ki, 1 ədəd mebel stenkanın (divar mebeli) dəyəri 400 manat, 4 ədəd kreslonun (qoltuq) hər birinin dəyəri 105 manat olmaqla 4 ədədinin cəmi dəyəri 420 manat, 1 ədəd yataq taxtının (iki nəfərlik çarpayı) dəyəri 145 manat, 1 ədəd dəmir yataq krovatın (metal yataq) dəyəri 95 manat, 5 ədəd yataq üçün döşəyin (1 nəfərlik döşək) hər birinin dəyəri 100 manat olmaqla cəmi dəyəri 500 manat, 3 ədəd yastıq balıncın hər birinin dəyəri 22 manat olmaqla cəmi dəyəri 66 manat, 6 ədəd döşəkcənin hər birinin dəyəri 10 manat olmaqla cəmi dəyəri 60 manat, 2 ədəd yataq örtüyünün (odeyal) hər birinin dəyəri 35 manat olmaqla cəmi dəyəri 70 manat, 2 ədəd xalçanın hər birinin dəyəri 220 manat olmaqla cəmi dəyəri 440 manat, 1 ədəd döşəmənin (xalı) dəyəri 60 manat, 1 ədəd plazma televizorun (“LG” markalı) dəyəri 380 manat, 30 ədəd boşqabın hər birinin dəyəri 1,20 manat olmaqla cəmi dəyəri 36 manat, 1 dəst çay dəstinin dəyəri 50 manat, 1 dəst qara rəngli çay dəstinin dəyəri 30 manat, 30 ədəd stəkanın hər birinin dəyəri 1 manat olmaqla cəmi dəyəri 30 manat, 30 ədəd nəlbəkinin hər birinin dəyəri 1 manat olmaqla cəmi dəyəri 30 manat, 2 dəst qazan dəstinin hər dəstinin dəyəri 38 manat olmaqla cəmi dəyəri 76 manat, 2 ədəd tavanın hər birinin dəyəri 18 manat olmaqla cəmi dəyəri 36 manat, 2 ədəd vazın hər birinin dəyəri 10 manat olmaqla cəmi dəyəri 20 manat, 6 ədəd qədəhin hər birinin dəyəri 8 manat olmaqla cəmi dəyəri 48 manat, 1 ədəd çaydanın dəyəri 18 manat, 20 ədəddən ibarət 1 qaşıq dəstinin dəyəri 15 manat, 1 ədəd sandığın dəyəri 70 manat, 1 ədəd elektrik ətçəkən maşının (“Geepas” markalı) dəyəri 120 manat, 1 ədəd ütünün dəyəri 40 manat, 4 gözlü qaz sobasının (“Şölen”) dəyəri 350 manat, 1 ədəd güldanın dəyəri 30 manat, 5 dəst yataq örtük dəstinin hər dəsti 30 manat olmaqla cəmi dəyəri 150 manat, yataq örtük döşəyinin hər ədədi 6 manat olmaqla 5 ədədinin cəmi dəyəri 30 manat, 1 ədəd paltar yuyan maşının dəyəri 120 manat, 4 ədəd pərdənin hər biri 25 manat olmaqla cəmi dəyəri 100 manat, 1 ədəd sərinkeşin dəyəri 35 manat, 21 baş xırdabuynuzlu heyvandan hər ədədinin dəyəri 340 manat olmaqla cəmi dəyəri 7140 manat təşkil edir. 57 “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 9.2-ci bəndinə əsasən əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır.

58. Məhkəmə kollegiyası qeyd edir ki, qiymətləndiricinin rəyi nəzərdən keçirilərkən müəyyən edilir ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, qiymətləndiricinin rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında alınmış həmin rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu baxımdan iddiaçının qiymətləndiricinin rəyində göstərilənlə müqayisədə daha yüksək dəyərdə olduğunu göstərdiyi əşyalara münasibətdə məhz qiymətləndiricinin rəyində müəyyən edilmiş dəyərlər əsas götürülməlidir.

59. Qiymətləndiricinin rəyi nəzərdən keçirilərkən bəzi əşyalara münasibətdə qiymətləndirici tərəfindən daha yüksək qiymət təyin edilməsi müəyyən edilsə də bu zaman məhz iddiaçının iddia ərizəsində göstərdiyi məbləğlər əsas götürülməlidir. Lakin iddiaçı tərəfindən 21 baş qoyun cavabdehdən tələb edilən 50 baş xırdabuynuzlu mal-qaranın tərkibinə daxil edilməklə tələb edilən 21 baş qoyunun neçə manat təşkil etməsi barədə iddia ərizəsində dəqiq fikir ifadə edilmədiyindən kollegiya hesab edir ki, 21 baş qoyunun dəyərinin müəyyən edilməsində müstəqil qiymətləndirici "xxxx" MMC-nin 08 aprel 2024-cü il tarixli qiymətləndirmə rəyi əsas götürülməlidir.

60. Belə ki, iddia ərizəsində buna dair qəti fikir olmasa da qiymətləndiricinin rəyində tələb edilən qoyunların hər birinin neçə manat təşkil etməsi barədə dəqiq fikir ifadə edilmişdir.

61. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən 3 çay dəsti tələb edilmiş, cavabdehin etiraf ərizəsindən onda olan iddiaçıya məxsus çay dəstlərinin sayının 3 dəst olması müəyyən edilmişdir. Müstəqil qiymətləndirici "xxxx" MMC-nin 08 aprel 2024-cü il tarixli qiymətləndirmə rəyində 2 çay dəstinin dəyəri müəyyən edilsə də, “Madonna” çay dəstinin dəyəri müəyyən edilməmişdir. İddiaçı iddia ərizəsində “Madonna” çay dəstinin dəyərinin 200 manat təşkil etməsini göstərsə də, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı qiymətləndirmə rəyində digər çay dəsti üçün 50 manat dəyər müəyyən edilməsi nəzərə alınaraq, Madonna çay dəstinin dəyərinin də 50 manat təşkil etməsinin qəbul edilməsini, iddia ərizəsində qazan sayını 7 ədəd göstərməsinə baxmayaraq, onların 2 dəst qazan olaraq qəbul edilməsini, qiymətləndiricinin rəyində 20 ədəd göstərilmiş qaşığın əslində 2 qaşıq dəsti olaraq qəbul edilməsini, iddia ərizəsində 100 manat dəyərində tələb etdiyi pərdənin əslində 4 ədəd pərdə olmasının qəbul edilməsini xahiş etmişdir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin 26 may 2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş ərizəsində qeyd edilənlər istisna olmaqla iddia ərizəsində tələb edilən digər cehiz əşyalarının, o cümlədən qızıl-zinət əşyalarının onun mülkiyyətində, həmçinin cavabdehin qanunsuz sahibliyində olmasına, cavabdehin 26 may 2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş ərizəsində qeyd edilənlər istisna olmaqla cavabdehlə birgə nikahları dövründə digər əşyaların əldə edilməsinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

63. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

64. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

66. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 16 mart 2023-cü il tаrixli, 2(063)-18/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilməli, 400 manat dəyərində 1 ədəd mebel stenka (divar mebeli), hər birinin dəyəri 105 manat olmaqla cəmi 420 manat dəyərində 4 ədəd kreslo (qoltuq), 145 manat dəyərində 1 ədəd yataq taxtı (iki nəfərlik çarpayı), 95 manat dəyərində 1 ədəd dəmir yataq krovat (metal yataq), hər birinin dəyəri 100 manat olmaqla cəmi 500 manat dəyərində 5 ədəd yataq üçün döşək (1 nəfərlik döşək), hər birinin dəyəri 22 manat olmaqla cəmi 66 manat dəyərində 3 ədəd yastıq balınc, hər birinin dəyəri 10 manat olmaqla cəmi 60 manat dəyərində 6 ədəd döşəkcə, hər birinin dəyəri 35 manat olmaqla cəmi 70 manat dəyərində 2 ədəd yataq örtüyü (odeyal), hər birinin dəyəri 220 manat olmaqla cəmi 440 manat dəyərində 2 ədəd xalça, 60 manat dəyərində 1 ədəd döşəmə (xalı), 380 manat dəyərində 1 ədəd plazma televizor (“LG” markalı), hər birinin dəyəri 1 manat olmaqla cəmi 30 manat dəyərində 30 ədəd boşqab, 50 manat dəyərində 1 dəst “Madonna” çay dəsti, 50 manat dəyərində 1 dəst “Bogema” çay dəsti, 30 manat dəyərində 1 dəst qara rəngli çay dəsti, hər birinin dəyəri 0,60 manat olmaqla cəmi 18 manat dəyərində 30 ədəd nəlbəki, hər birinin dəyəri 1 manat olmaqla cəmi 30 manat dəyərində 30 ədəd stəkan, hər dəstinin dəyəri 38 manat olmaqla cəmi 76 manat dəyərində 2 dəst qazan dəsti, hər birinin dəyəri 15 manat olmaqla cəmi 30 manat dəyərində 2 ədəd tava, hər birinin dəyəri 10 manat olmaqla cəmi 20 manat dəyərində 2 ədəd meyvə vazı, hər birinin dəyəri 8 manat olmaqla cəmi 48 manat dəyərində 6 ədəd billur qədəh (bakal), 15 manat dəyərində 1 ədəd çaydan, 15 manat dəyərində 20 ədəddən ibarət 2 qaşıq dəsti, 70 manat dəyərində 1 ədəd sandıq, 100 manat dəyərində 1 ədəd ətçəkən maşın (“Geepas” markalı), 40 manat dəyərində 1 ədəd ütü, 90 manat dəyərində 1ədəd bişinti sobası (“İtimat” markalı), 30 manat dəyərində 1 ədəd güldan, 10 manat dəyərində çexol (yataq örtük) dəsti, 20 manat dəyərində çexol prostina (yataq döşəyi örtüyü) 120 manat dəyərində 1 ədəd paltar yuyan maşın naturada olmadıqda həmin əmlakların dəyəri, hər birinin dəyəri 25 manat olmaqla cəmi 100 manat dəyərində 4 ədəd pərdədən 2 ədədi naturada olmadıqda dəyəri, 35 manat dəyərində sərinkeşin dəyərinin yarısını təşkil edən 17,50 manat, hər birinin dəyəri 340 manat olmaqla 21 baş qoyunun cəmi dəyəri olan 7140 manatın yarısı 3570 manat və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 91,66 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı verilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir.

67. İddia qismən təmin edildiyindən 174 manat qiymətləndirmə xərcinin 87 manat İddiaçı, 87 manatı isə Cavabdeh tutularaq müstəqil qiymətləndirici Kristal MM MMC-nin (VÖEN: **********, hesablaşma hesabı: AZ73İBAZ********************) hesabına ödənilməlidir.

68. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 16 mart 2023-cü il tаrixli, 2(063)-18/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilsin. 400 manat dəyərində 1 ədəd mebel stenka (divar mebeli), hər birinin dəyəri 105 manat olmaqla cəmi 420 manat dəyərində 4 ədəd kreslo (qoltuq), 145 manat dəyərində 1 ədəd yataq taxtı (iki nəfərlik çarpayı), 95 manat dəyərində 1 ədəd dəmir yataq krovat (metal yataq), hər birinin dəyəri 100 manat olmaqla cəmi 500 manat dəyərində 5 ədəd yataq üçün döşək (1 nəfərlik döşək), hər birinin dəyəri 22 manat olmaqla cəmi 66 manat dəyərində 3 ədəd yastıq balınc, hər birinin dəyəri 10 manat olmaqla cəmi 60 manat dəyərində 6 ədəd döşəkcə, hər birinin dəyəri 35 manat olmaqla cəmi 70 manat dəyərində 2 ədəd yataq örtüyü (odeyal), hər birinin dəyəri 220 manat olmaqla cəmi 440 manat dəyərində 2 ədəd xalça, 60 manat dəyərində 1 ədəd döşəmə (xalı), 380 manat dəyərində 1 ədəd plazma televizor (“LG” markalı), hər birinin dəyəri 1 manat olmaqla cəmi 30 manat dəyərində 30 ədəd boşqab, 50 manat dəyərində 1 dəst “Madonna” çay dəsti, 50 manat dəyərində 1 dəst “Bogema” çay dəsti, 30 manat dəyərində 1 dəst qara rəngli çay dəsti, hər birinin dəyəri 0,60 manat olmaqla cəmi 18 manat dəyərində 30 ədəd nəlbəki, hər birinin dəyəri 1 manat olmaqla cəmi 30 manat dəyərində 30 ədəd stəkan, hər dəstinin dəyəri 38 manat olmaqla cəmi 76 manat dəyərində 2 dəst qazan dəsti, hər birinin dəyəri 15 manat olmaqla cəmi 30 manat dəyərində 2 ədəd tava, hər birinin dəyəri 10 manat olmaqla cəmi 20 manat dəyərində 2 ədəd meyvə vazı, hər birinin dəyəri 8 manat olmaqla cəmi 48 manat dəyərində 6 ədəd billur qədəh (bakal), 15 manat dəyərində 1 ədəd çaydan, 15 manat dəyərində 20 ədəddən ibarət 2 qaşıq dəsti, 70 manat dəyərində 1 ədəd sandıq, 100 manat dəyərində 1 ədəd ətçəkən maşın (“Geepas” markalı), 40 manat dəyərində 1 ədəd ütü, 90 manat dəyərində 1ədəd bişinti sobası (“İtimat” markalı), 30 manat dəyərində 1 ədəd güldan, 10 manat dəyərində çexol (yataq örtük) dəsti, 20 manat dəyərində çexol prostina (yataq döşəyi örtüyü), 120 manat dəyərində 1 ədəd paltar yuyan maşın naturada, olmadıqda həmin əmlakların dəyəri, hər birinin dəyəri 25 manat olmaqla cəmi 100 manat dəyərində 4 ədəd pərdədən 2 ədədi naturada, olmadıqda dəyəri, 35 manat dəyərində sərinkeşin dəyərinin yarısını təşkil edən 17,50 manat, hər birinin dəyəri 340 manat olmaqla 21 baş qoyunun cəmi dəyəri olan 7140 manatın yarısı 3570 manat və 91,66 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. 174 manat qiymətləndirmə xərcinin 87 manat İddiaçı, 87 manatı isə Cavabdeh tutularaq müstəqil qiymətləndirici Kristal MM MMC-nin (VÖEN: **********, hesablaşma hesabı: AZ73İBAZ********************) hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar