Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-268/2020 14.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-683/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 146,1 kv.m, yaşayış 60,4 kv.m olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi, onun açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2 (046)-662/2016 saylı qətnaməsinə əsasən İddiaçı ASC-yə ödənilməli olduğu 24301 ABŞ dolları 31 sent əsas kredit borcunun, 4755 ABŞ dolları 15 sent faiz borcunun və 27 manat 99 qəpik dövlət rüsumunun, həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 146,1 kv.m, yaşayış 60,4 kv.m olan fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə Cavabdeh digər əmlakları hesabına ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-683/2019 nömrəli (hakim Z.Quliyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 50.000 (əlli min) manat müəyyən olunmaqla açıq hərracda satılması, satışdan əldə edilən vəsaitdən Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2 (046)-662/2016 saylı qətnaməsinə əsasən İddiaçı ASC-yə ödənilməli olduğu 24301 (iyirmi dörd min üç yüz bir) ABŞ dolları 31 (otuz bir) sent əsas kredit borcu, 4755 (dörd min yeddi yüz əlli beş) ABŞ dolları 15 (on beş) sent faiz borcu ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və 27 (iyirmi yeddi) manat 99 (doxsan doqquz) qəpik dövlət rüsumu borcu, həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASCyə ödənilməsi, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə iddianın təmin olunmaməsı qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir. İşin faktiki halları: İddiаçı İddiaçı ASC iddiasını оnunla əsaslandırmışdır ki, xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 140xx-xx/000736 saylı kredit müqaviləsi əsasən Cavabdeh 36 ay müddətinə, illik 27 faiz olmaqla 27500 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixdə bağlanmış, ipoteka müqaviləsinə görə mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 146,1 kv.m, yaşayış 60,4 kv.m olan fərdi yaşayış evi kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxxxx 2014-cü il tarixli, 140xx-xx/000736 saylı kredit müqaviləsi ləğv edilmiş, xx xxxxxx 2014-cü il tarixli, 140xx-xx/000736 saylı kredit müqaviləsi üzrə Cavabdeh 24301,31 (iyirmi dörd min üç yüz bir ABŞ dolları otuz bir sent) ABŞ dolları kreditin əsas məbləği, 4755,17 (dörd min yeddi yüz əlli beş ABŞ dolları on yeddi sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 29056,48 (iyirmi doqquz min əlli altı ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları manat ekvivalenti ilə və dövlət rüsumu kimi ödənilmiş 27,99 (iyirmi yeddi manat doxsan doqquz qəpik) manat pul tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan, Cavabdeh məxsus Göyçay şəhəri, R.Rza küçəsində yerləşən ümumi sahəsi 146,1 kv.m, yaşayış sahəsi 60,4 kv,m olan 38 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan, Cavabdeh məxsus Göyçay şəhəri, R.Rza küçəsində yerləşən ümumi sahəsi 146,1 kv.m, yaşayış sahəsi 60,4 kv,m olan 38 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 (qırx beş min) manat müəyyən edilməsi, Cavabdeh məxsus Göyçay şəhəri, R.Rza küçəsində yerləşən ümumi sahəsi 146,1 kv.m, yaşayış sahəsi 60,4 kv,m olan 38 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh cəmi 29056,48 (iyirmi doqquz min əlli altı ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları borcu və dövlət rusumu kimi ödənilmiş 27,99 (iyirmi doqquz manat doxsan doqquz qəpik) manat pul tutularaq, iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2 (046)- 662/2016 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 140xx-xx/000736 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh 24301,31 ABŞ dolları kreditin əsas məbləği, 4755,17 ABŞ dolları faiz borcu olmaqla, cəmi 29056,48 ABŞ dolları manat ekvivalenti ilə və dövlət rüsumu kimi ödənilmiş 27,99 manat pul tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsində Cavabdeh münasibətdə dəyişdirilmədən, onun apellyasiya şikayəti isə həmin hissədə təmin edilmədən saxlanılmışdır. Eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi qismən, yəni ipoteka predmeti olan, Cavabdeh məxsus Göyçay şəhəri, R.Rza küçəsində yerləşən ümumi sahəsi 146,1 kv.m, yaşayış sahəsi 60,4 kv,m olan 38 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, evin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməsi, evinin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh cəmi 29056,48 ABŞ dolları borcunun və dövlət rusumu kimi ödənilmiş 27,99 manat pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi, ev satıldıqdan 1 ay sonra boşaldılması hissəsində ləğv edilməsi və iddianın həmin hissədə baxılmamış saxlanılması qərara alınmışdır. Həmin qərardadla iddiaçıya “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş, ipoteka predmetinə yönəldilməsi barədə işlər üçün mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etməklə ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilmişdir. İpoteka predmetinə yənəlilməsi barədə bildiriş xx xxxxxx 2019-cu il tarixdə cavabdehə göndərilmiş və xx.xx.2019-cu il tarixdə bildirişin cavabı banka daxil olmuş və xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində bildiriş qeydə alınmışdır. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırılmışlar ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-683/2019 nömrəli qətnaməsi maddi və prossesual hüququ normaları ilə qəbuıl edildiyindən qətnamə ləğv edilməlidir. Belə ki, onun Göyçay şəhəri, R.Rza küçəsi 38 nömrəli evi cəmi 50000 manata qiymətləndirilmişdir. O, evin həmin qiymətə olmasına kəskin etirazını bildirmiş və məhkəmədən evin yenidən qiymətləndirilməsi barədə ekspertiza keçirməsini, evin bu günkü dəyərinin müəyyən edilməsini xahiş etmiş, lakin məhkəmə onun xahişini nəzərə almamışiır. Sadalanan xüsusatlardan göründüyü kimi, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prossesual normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin faktiki hallarına uyğun deyildir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-683/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 140xx-xx/000736 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən illik 27 % hesablanmaqla 36 aylıq müddətə Cavabdeh27500 ABŞ dolları məbləğində kredit verilmiş, borclu həmin kredit borcunu müəyyən olunmuş müddətdə onu faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür (xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi). İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 2.1.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 3.1-ci maddəsində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur (müqavilənin 3.1-ci bəndi). İpotekanın predmetiünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir. (2.1.1-ci bənd). İpoteka predmetinin qiyməti 45000 manat məbləğində qiymətləndirilmişdir (2.1.5-ci bənd). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin Göyçay filialının xeyrinə yüklü edilmişdir (qeydiyyat tarixi xx.xx.2015). Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(046)-662/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxxxx 2014-cü il tarixli, 140xx-xx/000736 saylı kredit müqaviləsi ləğv edilmiş, xx xxxxxx 2014-cü il tarixli, 140xx-xx/000736 saylı kredit müqaviləsi üzrə Cavabdeh 24301,31 (iyirmi dörd min üç yüz bir ABŞ dolları otuz bir sent) ABŞ dolları kreditin əsas məbləği, 4755,17 (dörd min yeddi yüz əlli beş ABŞ dolları on yeddi sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 29056,48 (iyirmi doqquz min əlli altı ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları manat ekvivalenti ilə və dövlət rüsumu kimi ödənilmiş 27,99 (iyirmi yeddi manat doxsan doqquz qəpik) manat pul tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan, Cavabdeh məxsus Göyçay şəhəri, R.Rza küçəsində yerləşən ümumi sahəsi 146,1 kv.m, yaşayış sahəsi 60,4 kv,m olan 38 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan, Cavabdeh məxsus Göyçay şəhəri, R.Rza küçəsində yerləşən ümumi sahəsi 146,1 kv.m, yaşayış sahəsi 60,4 kv,m olan 38 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 (qırx beş min) manat müəyyən edilməsi, Cavabdeh məxsus Göyçay şəhəri, R.Rza küçəsində yerləşən ümumi sahəsi 146,1 kv.m, yaşayış sahəsi 60,4 kv,m olan 38 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh cəmi 29056,48 (iyirmi doqquz min əlli altı ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları borcunun və dövlət rusumu kimi ödənilmiş 27,99 (iyirmi doqquz manat doxsan doqquz qəpik) manat pul tutularaq, iddiaçının xeyrinə ödənilməsi, Cavabdeh məxsus Göyçay şəhəri, R.Rza küçəsində yerləşən ümumi sahəsi 146,1 kv.m, yaşayış sahəsi 60,4 kv,m olan 38 saylı fərdi yaşayış evi satıldıqdan 1 ay sonra boşaldılması, ioteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə cavabdehdən ümumi qaydada icra edilməsi tələbi təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli 2 (107)-668/2017 saylı qətnaməsi ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 140xx-xx/000736 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh 24301,31 ABŞ dolları kreditin əsas məbləği, 4755,17 ABŞ dolları faiz borcu olmaqla, cəmi 29056,48 ABŞ dolları manat ekvivalenti ilə və dövlət rüsumu kimi ödənilmiş 27,99 manat pul tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsində Cavabdeh münasibətdə dəyişdirilmədən, onun apellyasiya şikayəti isə həmin hissədə təmin edilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli 2 (107)-668/2017 saylı qərardadı ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi qismən, yəni ipoteka predmeti olan, Cavabdeh məxsus Göyçay şəhəri, R.Rza küçəsində yerləşən ümumi sahəsi 146,1 kv.m, yaşayış sahəsi 60,4 kv,m olan 38 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, evin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməsi, evinin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh cəmi 29056,48 ABŞ dolları borcunun və dövlət rusumu kimi ödənilmiş 27,99 manat pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi, ev satıldıqdan 1 ay sonra boşaldılması hissəsində ləğv edilməsi və iddianın həmin hissədə baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixli məktub ünvanlayaraq Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Bildiriş bank tərəfindən xx.xx.2019-cu il tarixdə ipoteka qoyan Cavabdeh göndərilmişdir. İpoteka predmeti olan Cavabdeh məxsus daşınmaz əmlak üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixinə bazar qiyməti 50000 manat təşkil edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82-ci, 295,296.1-ci və 317-ci maddələrinə, İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 295-ci və 297-ci maddələrinə istinad edərək hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, iş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun ) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, X1 ilə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun; 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldilməli, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 50.000 manat müəyyən olunmaqla açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2 (046)-662/2016 saylı qətnaməsinə əsasən İddiaçı ASC-yə ödənilməli olduğu 24301 ABŞ dolları 31 sent əsas kredit borcu, 4755 ABŞ dolları 15 sent faiz borcu ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və 27 manat 99 qəpik dövlət rüsumu borcu, həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-yə ödənilməlidir. Ona görə də kreditor hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, Cavabdeh apelyasiya şikayətində evin qiyməti ilə razılaşmadığını bildirsə də, məhkəmə kollegiyası tərəfindən təklif olunmasına baxmayaraq buna dair hər hansı mötəbər sübut təqdim etməmiş, öz fikrini formal mülahizələr əsasında əsaslandırmağa çalışmışdır. Cavabdeh isə apelyasiya şikayətində bank tərəfindən əsas borcun düzgün hesablanmadığını, həddindən artıq yüksək hesablandığını bildirmişdir. Lаkin cаvаbdeh bununlа bаğlı məhkəməyə heç bir sənəd təqdim etməmiş, şişirdilmənin nədən ibаrət оlmаsını əsаslаndırmаmışdır. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-683/2019 nömrəli qətnaməsi verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-268/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-268/2020
14.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver