Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-271/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X6, X4 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(039)- 2272/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh, Rafiq Heydərova, Gilas Heydərovaya və Zülfiyyə Vəlizadəyə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2014-cü il tarixli 115 LN.2004.211014.00002 saylı Kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə 42205.62 manat əsas, 1381.25 manat faiz və 4961.57 manat cərimə olmaqla, cəmi 48548.44 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, X6 məxsus Yevlax şəhəri, Zərdabi küçəsi 43 saylı fərdi yaşayış evi, 0.04621 ha torpaq sahəsi ilə birlikdə və Yevlax şəhəri, X16 96A saylı qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka əmlakının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh ümumi qaydada tutulması ipoteka əmlakı olan yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən gec bir ay ərzində Rafiq Heydərov, Gilas Heydərova və Zülfiyyə Vəlizadə tərəfindən yaşayış evinin boşaltması, həmin yaşayış evinə istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(039)-2272/2019 nömrəli qətnaməsi ilə (hakim T.Əliyev) iddia qismən təmin edilərək, Cavabdeh xx xxxxxxx 2014cü il tarixli, 115.LN.2004.211014.00002 saylı kredit müqaviləsi üzrə 41,930.73 manat əsas, 3,368.44 manat faiz borcu, 200 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 45,529 (qırx beş min beş yüz iyirmi doqquz) manat 17 (on yeddi) qəpik İddiaçı ASC-nin xeyrinə tutulması, tələb ipoteka ipoteka predmeti olan, cavabdeh X6 məxsus, Yevlax şəhəri, X16 96A saylı qeyri-yaşayış binasına və Yevlax şəhəri, Zərdabi küçəsi 43 saylı fərdi yaşayış evinə, 0.04621 ha torpaq sahəsi ilə birlikdə yönəldilməklə həmin daşınmaz əmlaklar açıq hərracdan satılması və satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC-yə ödənilməsi, Yevlax şəhəri, Zərdabi küçəsi, 43 saylı fərdi yaşayış evi satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlər X9, X7 və X2 həmin yaşayış evindən, istifadə hüququ itirilmiş hesab edilməklə çıxarılmaları və onlar tərəfindən yaşayış evinin boşaldılması, Yevlax şəhəri, X16 96A saylı qeyri-yaşayış binasının ilkin satış qiymətinin 50,000 (əlli min) manat müəyyən edilməsi, Yevlax şəhəri, Zərdabi küçəsi, 43 saylı fərdi yaşayış evi, 0.04621 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 30,000 (otuz min) manat müəyyən edilməsi, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx xxxxxxx 2014-cü il tarixli, 115.LN.2004.211014.00002 nömrəli kredit müqaviləsinə əsasən ilkin 6 %lə 37 ay müddətinə 45,000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq 115.CL.240113.00003/a saylı xx.xx.2013-cü il tarixli və 115.CL.211014.00002/a saylı xx.xx.2014-ci il tarixli ipoteka müqavilələrinə əsasən Rafiq Heydərova məxsus Yevlax şəhəri, Zərdabi küçəsi, 43 saylı fərdi yaşayış evi, 0.04621 ha torpaq sahəsi ilə birlikdə və Yevlax şəhəri, X16, 96A saylı qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmişdir. Bu səbəbdən, Cavabdeh xx xxxxxx 2017-ci il tarixə banka olan borcu 42,205.62 manat əsas, 1,381.25 manat faiz və 4,961.57 manat cərimə olmaqla, cəmi 48,548.44 manat borc təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdehapelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin faktiki halları araşdırılmadan maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, həmin kredit məbləğini bankdan götürdükdən sonra Respublikada iki dəfə devalvasiya olduğundan maddi çətinliklərlə üzləşmiş, bu səbəbdən ödənişləri vaxtında edə bilməmişdir. Lakin, Bank tərəfindən şərait yaradılacağı təqdirdə əsas borc hissəsində borcu hissə-hissə gələcəkdə ödəyəcəkdir. Həmçinin daşınmaz əmlakların hər ikisinin ilkin satış qiyməti çox aşağı məbləğdə qiymətləndirilmişdir. Belə ki, ipoteka qoyulmuş daşınmaz əmlakların məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş ilkin satış qiymətləri həqiqi real qiymətindən 3 dəfə azdır. Bu isə onun avə ilə üzvlərini mənafeyinin pozulması ilə nəticələnən bir haldır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı tərəfin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qətnamsəinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(039)- 2272/2019 nömrəli qətnaməsi ipoteka predmetlərinin dəyərinə münasibətdə dəyişdirilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 115.LN.2004.211014.00002 nömrəli kredit müqaviləsi ilə müəyyən olunur ki, Cavabdeh illik 6 %-lə 37 ay müddətinə 45.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Rafiq Heydərov və Cavabdeh arasında bağlanmış115.CL.211014.00002/a saylı xx.xx.2014-ci il tarixli ipoteka müqaviləsi ilə müəyyən olunur ki, Rafiq Heydərova məxsus Yevlax şəhəri, X16 96A saylı qeyri-yaşayış binası Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh Gilas Heydərova notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək həmin qeyri-yaşayış sahəsinin ipoteka qoyulmasına etiraz etmədiyini bildirmişdir. İpoteka müqaviləsində qeyri-yaşayış sahəsi 50,000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı ASC ilə Rafiq Heydərov və Cavabdeh arasında bağlanmış 115.CL.211013.00003/a saylı xx.xx.2014-ci il tarixli ipoteka müqaviləsi ilə (müqavilə xx xxxxxxx 2014-cü il tarixdə notarial qaydada təsdiq edilmişdir) müəyyən olunur ki, Rafiq Heydərova məxsus Yevlax şəhəri, Zərdabi küçəsi, 43 saylı fərdi yaşayış evi, 0.04621 ha torpaq sahəsi ilə birlikdə Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Maliyyə arayışına əsasən İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 115.LN.2004.211014.00002 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi tarixə 42.205.62 manat əsas, 3,863.77 manat faiz borcu, 2,482.52 manat hesablanmış cərimə, xx xxxxxxx 2019-cu il tarixə 42.205.62 manat əsas, 3,862.04 manat faiz, 2,480.78 hesablanmış artırılmış faiz borcu mövcuddur. Ekspert rəyində qeyd edilir ki, İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 115.LN.2004.211014.00002 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə 41,930.73 manat əsas, 3,368.44 manat faiz borcu mövcuddur. Apelyasiya icraatı zamanı təyin edilmiş "xxxx" MMC-nin xx xxx 2020-ci il tarixli, LF 05 nömrəli qiymətləndirmə rəyindən müəyyən olunur ki, cavabdeh X6 məxsus Yevlax şəhəri, Zərdabi küçəsi 43 saylı fərdi yaşayış evinin, 0.04621 ha torpaq sahəsi ilə birlikdə hazırkı real bazar qiymət 35000 manat və X6 məxsus Yevlax şəhəri, X16 96A saylı qeyri-yaşayış binasının hazırkı real bazar qiyməti 52000 manat müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmış və yenidən əmlakların qiymətləndirilməsini təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 115.LN.2004.211014.00002 nömrəli kredit müqaviləsinin qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə də göründüyü kimi iddiaçının Cavabdeh münasibətdə tələbi qanuni və əsaslıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının cavabdehlər (zamin) X9, X7 və X1 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı ilə cavabdehlər X9, X7 və X2 arasında bağlanmış zaminlik müqaviləsində müəyyən olunmuşdur ki, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər bankla bağladığı kredit müqaviləsinin və zaminlik müqaviləsinin şərtlərini yerinə yetirmədiklərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bununla belə, iş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun ) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, X3 ilə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun; 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx xxxxxxx 2014-cü il tarixli, 115.LN.2004.211014.00002 nömrəli kredit müqaviləsinə əsasən ilkin 6 %-lə 37 ay müddətinə 45,000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq 115.CL.240113.00003/a saylı xx.xx.2013cü il tarixli və 115.CL.211014.00002/a saylı xx.xx.2014-ci il tarixli ipoteka müqavilələrinə əsasən Rafiq Heydərova məxsus Yevlax şəhəri, Zərdabi küçəsi, 43 saylı fərdi yaşayış evi, 0.04621 ha torpaq sahəsi ilə birlikdə və Yevlax şəhəri, X16, 96A saylı qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Kredit borcunun kredit müqaviləsi və ona əlavə olan ödəniş cədvəlinə uyğun şəkildə ödənilməsi barədə bank tərəfindən cavabdehə edilmiş xəbərdarlıqların da heç bir nəticəsi olmamışdır. İpoteka predmeti olan evin yüklülüyünə dair reyestrdən çıxarış verilmişdir. Kredit borcunun kredit müqavilələri və onlara əlavə olan ödəniş cədvəllərinə uyğun şəkildə ödənilməsi barədə bank tərəfindən cavabdehə edilmiş xəbərdarlıqların da heç bir nəticəsi olmamışdır. Məhkəmə kollegiyası cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayət qismən əsaslıdır. Belə ki, iş materiallarında olan apelyasiya icraatı zamanı təyin edilmiş "xxxx" MMCnin xx xxx 2020-ci il tarixli, LF 05 nömrəli qiymətləndirmə rəyindən müəyyən olunur ki, cavabdeh X6 məxsus Yevlax şəhəri, Zərdabi küçəsi 43 saylı fərdi yaşayış evinin, 0.04621 ha torpaq sahəsi ilə birlikdə hazırkı real bazar qiymət 35000 manat və X6 məxsus Yevlax şəhəri, X16 96A saylı qeyri-yaşayış binasının hazırkı real bazar qiyməti 52000 manat müəyyən edilmişdir. Apelyasiya şikayətinin digər dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə də müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən də görünür ki, əsas məbləğə faiz hesablanması məhz müqavilədə nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yalnız ipoteka predmetinin dəyəri hissəsində dəyişdirilməsi üçün əsas ola bilər. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cаvаbdeh X8 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli, 2(039)-2272/2019 nömrəli qətnaməsi ipoteka predmetinin dəyərinə münasibətdə dəyişdirilməlidir. Q Ə T E T D İ: Cаvаbdeh Cavabdehtərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(039)-2272/2019 nömrəli qətnaməsi “ipoteka predmetləri olan Yevlax şəhəri, Zərdabi küçəsi 43 saylı fərdi yaşayış evinin, 0.04621 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 30.000 mаnаt, Yevlax şəhəri, X16 96A saylı qeyri-yaşayış binasının ilkin satış qiymətinin isə 50.000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilsin. İpoteka predmetiləri olan Yevlax şəhəri, Zərdabi küçəsi 43 saylı fərdi yaşayış evinin, 0.04621 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri 35.000 (otuz beş min) mаnаt, Yevlax şəhəri, X16 96A saylı qeyri-yaşayış binasının likvid dəyəri isə 52.000 (əlli iki min) manat həddində müəyyən edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(039)-2272/2019 nömrəli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-271/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-271/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver