Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-278/2023 14.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair (Açar sözlər: Alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi) X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Salmanov Əli Sabir oğlunun katibliyi ilə İddiaçı1, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 vəkili Vəkil1, Cavabdeh, Cavabdeh vəkili Vəkil3 Həşim oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tаrixli 2(019)-28/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Dövlət Notariat Kontorunda bağlanmış AN-İ№0293318 saylı 12 may 2012-ci il tarixli Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışının ləğv olunması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinə Cavabdeh Balakən rayonu Talalar kəndində yerləşən ailə üzvlərinə məxsus 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişlər. Məhkəmədə məlumatları olmuşdur ki, cavabdeh Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 04 fevral tarixli 02 nömrəli qərarı ilə ailə üzvlərinə verilmiş 1.10 ha torpaq sahəsini özəlləşdirmişdir. Cavabdehin məhkəmə iclasına təqdim etdiyi sübutlar əldə olunmuşdur. Cavabdehə həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2013-cü il tarixdə **********97 reyestr nömrəli çıxarış verilmişdir. Həmin çıxarışın verilməsinə əsas olmuş ilkin sənəd Balakən rayon Dövlət notariat Kontorunda bağlanmış AN-İ № ******* saylı 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsidir. Birinci instansiya məhkəməsində icraat İddiaçı və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1, onun nümayəndəsi-vəkili-Zaqatala rayon Vəkil Bürosunun vəkili Vəkil1 oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, məhkəməyə müraciət edən vaxt 1.0479 ha torpaq sahəsinin Cavabdeh satılması barədə 12 may 2012-ci il tarixli Alqı-satqı müqaviləsinin bağlandığını və Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışının verildiyini bildiklərini, həmin vaxt, yəni 12 may 2012-ci il tarixdə İddiaçı1 19 yaşı olmaqla hərbi ximətdə olduğunu və bu alqı-satqıdan xəbərsiz olduğunu, İddiaçı3 isə 21 yaşının olduğunu və onun da bu alqı-satqıdan xəbərsiz olduğunu, 12 may 2012-ci il tarixdə X2 ümumiyyətlə Azərbaycan Respublikasında olmadığını və Rusiya Federasiyasında olduğunu, Ramazan Süleymanovun 12 may 2012- ci il tarixli alqı-satqı müqaviləsinə imza etmədiyini və imza etməsinin mümkün olmamasını göstərərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, İddiaçı2 əlavə olaraq 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinə imza etmədiyini, əri X2 həmin vaxt Rusiyada olduğunu və Ramazanın ona onun adından müqaviləni imzalamaq üçün etibarnamə və müvafiq səlahiyyət vermədiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh və onun vəkili-Zaqatala rayon Vəkil Bürosunun vəkili Vəkil3 Həşim oğlu iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu bildirərək rədd olunmasını xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi və Balakən rayon Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi məhkəməyə ərizə göndərərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün daxil olan müraciətlərlə bağlı görülən iş həcminin artması və eyni zamanda ərazi idarəsinin cavabdeh qismində cəlb edildiyi digər məhkəmə proseslərində nümayəndənin iştirakı ilə əlaqədar olaraq 06 dekabr 2021-ci il tarixində saat 16:00-da baxılacaq 2(019)-28/2021 saylı mülki işin məhkəmə iclasında nümayəndələrinin iştirakının təmin edilməsinin mümkün olmayacağını bildirərək, nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab edir. Balakən Rayon Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli 2(019)-28/2021 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia qismən təmin olunmuş, 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qismən-alqı-satqı predmeti olmuş 1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)-cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh satılması hissəsində etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın qismən-1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)- cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması, iş üzrə ödənilmiş 5 manat dövlət rüsumunun Cavabdeh alınıb iddiaçılar X5, İddiaçı3 və İddiaçı2 ödənilməsi; iş üzrə 126 manat ekspertiza xərcinin 63 manatının Cavabdeh və 63 manatının iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, JN 258 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna X13 əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə Balakən rayonu Talalar kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X2, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi mülkiyyətinə verilmişdir. Notarial qaydada təsdiq olunmuş 12 may 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində X2 ümumi birgə mülkiyyət hüququ ilə özünə və İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus Balakən rayonu Talalar kəndində yerləşən ümumi sahəsi 1.10 ha əkin məqsədli istifadə növlü torpaq sahəsinin 1.0479 ha hissəsini 1500 (bir min beş yüz) manata Cavabdeh İsə oğluna satması göstərilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Dövlət Notariat Kontorunda bağlanmış AN-İ№0293318 saylı 12 may 2012ci il tarixli Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışının ləğv olunması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 12 noyabr 2021-ci il tarixli, 4/1531 saylı rəyi ilə müəyyən olunur ki, 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin 2-ci vərəqində “Satıcı: X4” qrafasındakı “Suleymanov” yazısı və imza - İddiaçı2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 247-249-cu vərəqlərində olan 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı- satqı müqaviləsinin 2-ci vərəqində “Satıcı: X4”qrafasındakı imzada-imzaların qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. İşdəki sübutlar əsasında həmçinin müəyyən edildi ki, 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini satıcı kimi qeyd olunmuş X2 əvəzinə onun arvadı və torpaq sahəsinin birgə mülkiyyətçisi İddiaçı2 imzalamış, bu zaman onun X4 tərəfindən onun əvəzinə əqdi imzalamağa səlahiyyət verilən etibarnaməsi olmamış, həmçinin həmin vaxt, yəni 12 may 2012-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı3 yetkinlik yaşına çatan şəxslər olmuş və onlardan həmin əqdin bağlanmasına dair müvafiq razılıq alınmamışdır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, faktiki olaraq İddiaçı2 ilə Cavabdeh arasında X4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi mülkiyyətinə verilmiş 1.10 ha torpaq sahəsinin 1.0479 ha hissəsinin alqı-satqısı ilə bağlı 12 may 2012-ci il tarixli alqısatqı müqaviləsi bağlandığı vaxt İddiaçı1 və İddiaçı3 yetkinlik yaşına çatmışlar. Lakin iş materialları ilə müəyyən olunur ki, İddiaçı1 və İddiaçı3 1.0479 ha torpaq sahəsinin alqısatqısına razılıq verməmiş, notariat qaydada bu müqavilə bağlanarkən onlar dəvət edilməmiş, onlardan yazılı və ya şifahi razılıq alınmamış, onların buna münasibəti belə müəyyən edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, sözügedən torpaq sahəsini almış Cavabdeh da iddiaçılar kimi Balakən rayonu Talalar kəndində yaşayır və iddiaçıları tanıyır, həmçinin alqı-satqı notariat orqanında İddiaçı2 və Cavabdeh iştirakı ilə Dövlət Aktı əsasında həyata keçirilmişdir. X12 isə alqı-satqının predmeti olan 1.0479 ha torpaq sahəsinin daxil olduğu 1.10 ha torpaq sahəsinin X4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi mülkiyyətində olduğu qeyd edilmişdir. Belə olan halda Cavabdeh həmin 1.10 ha torpaq sahəsinə daxil olan 1.0479 ha torpaq sahəsinin JN 258 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna X13 əsasən X2, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi mülkiyyətinə verildiyini, həmin torpaq sahəsi ilə bağlı 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinin X2 əvəzinə buna müvafiq etibarnaməsi olmadan İddiaçı2 tərəfindən imzandığını, bu zaman ümumi mülkiyyətin digər subyektlərinin-X2, İddiaçı1 və İddiaçı3 notariat orqanında iştirak etmədiklərini, bu alqı-satqı müqaviləsinin bağlanmasına onların şifahi və ya yazılı qaydada razılığının olmadığını və İddiaçı2 onların adından və onların razılğı ilə belə bir müqaviləni bağlamağa səlahiyyətinin olmadığını bilirdi və ya ən azından bilməli idi. İşin müəyyən olunmuş hallarından görünür ki, JN 258 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna X13 əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli qərarı ilə Balakən rayonu Talalar kəndi 1.10 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X2, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi mülkiyyətinə verilmişdir və qanunvericliyin tələbinə əsasən onların payları bərabər sayılmaqla hər birinin həmin torpaq sahəsi üzərində 1/4 payı vardır. Həmçinin 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini torpaq sahəsinin digər ümumi mülkiyyətçisi İddiaçı2 imzalamışdır. X4 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışı 1.0479 ha torpaq sahəsinin özünə çatan 1/4 hissəsi üzrə mübahisələndirməmiş, öz torpaq payına münasibətdə həmin müqavilənin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi barədə iddia tələbi irəli sürməmişdir. İş materiallarına əsasən İddiaçı1, İddiaçı3 və İddiaçı2 isə X2 adından 1.0479 ha torpaq sahəsinin ona düşən payı üzrə (1/4 hissə) 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv barədə iddia ilə məhkəməyə müraciət etməyə sübyektiv hüquqları yoxdur. Belə ki, X4 iddiaçılara bununla bağlı etibarnamə verməmiş və ya qanunla nəzərdə tutulmuş qaydada onlara bu subyektiv hüququ verməmişdir. Halbuki məhkəməyə müraciət etmək hüququnu müəyyən edən həm Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, həm də Azərbaycan Respublikası MPMnin 4-cü maddəsinin mənasına görə öz hüquqları və azadlıqlarını müdafiə etmək, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə məhkəməyə müraciət etmək üçün şəxs müvafiq subyektiv hüquqa malik olmalıdır. İddiaçıların isə X2 alqı-satqı predmeti olmuş torpaq sahəsinin ona düşən torpaq payına münasibətdə 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması və xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə bağlı belə bir subyektiv hüquqa malik olması iş materialları ilə müəyyən olunmur. Həmçinin işin faktoloji hallarından görünür ki, İddiaçı2 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin imzalyıb, 1.0479 ha torpaq sahəsindən ona düşən payın (1/4 hissə) Cavabdeh satılması barədə öz iradə ifadəsini həyata keçirmiş, həmin pay üzərində sərəncam verməklə öz mülkiyyət hüquqlarını reallaşdırmış və alqı-satqı müqabilində Cavabdeh 1500 manat pul almışdır. İşdə İddiaçı2 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzalamaması, 1.0479 ha torpaq sahəsindən ona düşən payını Cavabdeh satmaması, payını özgəninkiləşdirərkən öz iradə ifadəsini həyata keçirməməsi və ya qarşı tərəfin onu aldatması, onu hədələməsi, nis niyyətlə onunla razılığa gəlməsi, onun ağır vəziyyətindən istifadə etməsi, bunun vacib əhəmiyyətli yanılmanın təsiri altında və ya başqa əqdin etibarsızılığ üçün nəzərdə tutulmuş digər əsaslardan baş verməsini təsdiq edən heç bir sübut yoxdur və iddiaçı tərəf də belə sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia İddiaçı2 1.0470 ha torpaq sahəsinin öz payına düşən 1/4 hissəsinin alqı- satqısına dair 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin hissədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv edilməsi və X2 1.0470 ha torpaq sahəsindən 1/4 hissə payı ilə əlaqədar 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin hissədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə Cavabdeh hazırki iddia tələbi üzrə iddia müddətinin ötürüldüyü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373 və 375-ci maddələrini rəhbər tutaraq, hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə hüquqi qiymət verərək, hesab edir ki, həmin ərizə əsassızdır və təmin olunmamalıdır. Belə ki, ən əvvəl məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibinin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. İş materiallarından görünür ki, iddiaçılar, o cümlədən İddiaçı1 və İddiaçı3 mübahisə predmetini təşkil edən torpaq sahəsinin mülkiyyətçisi olmuşlar və onların hazırki iddia tələbləri onların mülkiyyət hüquqlarının pozuntularının aradan qaldırılması haqqında tələblərdir ki, qanuna görə də belə tələblərə də iddia müddəti şamil edilmir. Digər tərəfdən, Mülki Məcəllənin 354.2-ci maddəsi maraqlı şəxsin əqdin etibarsızlığına əsas verən halları bildiyi və bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilməsini göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən isə iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, cavabdehin tətbiq edilməsini xahiş etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-375-ci maddələrində göstərilən müddətlər və şərtlərlə Mülki Məcəllənin 354.1 və 354.2-ci maddələrində göstərilən müddətləri və şərtləri fərqləndirmək lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372- 375-ci maddələrində göstərilən müddətlər iddia müddətləri adlanır və həmin müddətlər yalnız mübahisə tərəfinin verdiyi ərizə əsasında tətbiq edilir və həmin iddia müddətlərinin keçməsi iddiadan imtina barədə qərar çıxarılması üçuün əsasdır. Bu zaman tələb hüququ mövcud olur, lakin iddia müddəti keçdiyinə görə həmin tələb təmin olunmur. Lakin hazırki işdən örünür ki, iddiaçıların tələbləri, o cümlədən iddia predmetini təşkil edən çıxarışın ləğvi tələbi mülkiyyət hüquqlarının pozuntularının aradan qaldırılması haqqında tələbdir ki, qanunvericliyə əsasən buna da iddia müddəti tətbiq olunmur. Digər tərəfdən, işdə iddiaçılaran iddia müddətinin ötürülməsi, o cümlədən kəsici müddətin ötürülməsi barədə heç bir sübut yoxdur və cavabdeh də belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 12 may 2012ci il tarixli alqı-satqı müqaviləsindən və sözügedən çıxarışdan məhkəməyə müraciət edilən vaxt xəbər tutduqlarını bidirir və bu hal iş üzrə cavabdeh tərəfindən təkzib olunmamışdır, həmçinin işdə bunun əksini təsdiq edən heç bir sübut yoxdur. Ona görə də məhkəmə hesab edlir ki, hazırki iddiaya iddia müddəti tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2, 139.1, 139.3, 140, 141.1, 141.2, 141.3, 144.1, 144.2, 144.2-1, 144.3, 144.5, 146.1, 146.2, 146.8, 149.2, 152.1, 213.1, 213.2, 214.1, 215.4-215.6, 220.1- 220.3, 221, 222, 223.1, 337.1, 337.2, 337.3, 337.4 və 337.5, 339, 339.2, 340.1, 340.2, 347.1, 347.2, 354.1, 354.2 və 567-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1 və 4.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09 dekabr 2019-cu il tarixli qərarına, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarına və “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli və “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarlarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh аpellyаsiyа şikаyətləri vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2022-ci il tarixli, 2(107)-432/2022 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil3 Həşim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Balakən Rayon Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli 2(019)-28/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qismən-alqı-satqı predmeti olmuş 1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)-cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh satılması hissəsində etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın qismən- 1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)- cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməsinə aid təmin olunmuş hissədə də rədd edilmiş, qətnamə iddianın təmin olunmamış mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2022-ci il tarixli, 2(107)- 432/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2022-ci il tarixli 2(102)-4337/2022 saylı qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2022-ci il tarixli, 2(107)-432/2022 nömrəli qətnaməsi qismən, yəni iddianın iddiaçılar İddiaçı1 və İddiaçı3 aid hissədə rədd edilməsi hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2022-ci il tarixli, 2(107)-432/2022 nömrəli qətnaməsinin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, mülki işin materiallarından görünür ki, mübahisələndirilən alqı-satqı müqaviləsində tərəflərin iradə ifadəsi, qarşılıqlı razılığı mövcud olmamışdır. Bunun üçün məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmamışdır. Çünki qeyd olunan maddi hüquq normalarında əqdlərin bir hissəsinin etibarsızlığından deyil, əqdlərin ümumi etibarsızlığından bəhs edilir. Məhkəmə iddianı qismən yox, tam təmin etməli idi. Konstitusiya Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Lakin mübahisələndirilən alqı-satqı müqaviləsində qanunvericiliyin tələblərini pozmaqla, iradə ifadəsinin bildirilməməsi bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsasdır. Mülki qanunvericiliyə əsasən əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh əmlakı vicdanlı şəkildə əldə etməmiş, torpaq mülkiyyətçilərindən X7 Federasiyasında olduğunu, İddiaçı1 Hərbi Xidmətdə olduğunu, İddiaçı3 ümumiyyətlə alqı-satqıda iştirak etmədiyini məhkəmə iclasında bildirmişdir. Vermiş olduğu ifadə bir daha onu təsdiq edir ki, cavabdeh əmlakı vicdanlı şəkildə əldə etməmişdir. Ona görə də, Balakən rayon Məhkəməsinin 2(019)-28/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv olunması və həmin hissə üzrə iddianın təmin olunaraq yeni qərar qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı1 iddiaçıların apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, iddialarının tam şəkildə təmin olunmasını xahiş edir. O, həmçinin izahatında 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini bəyənmədiyini, bu səbəbdən də Balakən Rayon Məhkəməsində həmin müqavilənin etibarsızlığına dair iddia qaldırdığını göstərmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçıların vəkili Vəkil1 iddiaçıların apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, iddiaçıların iddialarının tam şəkildə təmin olunmasını xahiş edir. Bildirir ki, 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi iddiaçılar tərəfindən bəyənilməmişdir. Bu səbəbdən də iddiaçılar Balakən Rayon Məhkəməsində həmin müqavilənin etibarsızlığına dair iddia qaldırmışlar. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh iddiaçıların apellyasiya şikayətlərinə etiraz edərək şikayətin təmin edilməməsini, həmçinin iddiaçıların iddia tələblərinin rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi (vəkili) Vəkil3 Həşim oğlu iddiaçıların apellyasiya şikayətlərinə etiraz edərək şikayətin təmin edilməməsini, həmçinin iddiaçıların iddia tələblərinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaçılardan İddiaçı3 və İddiaçı2, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Üçüncü şəxs məhkəməyə göndərdiyi müraciətində işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etsə də digər iddiaçılar isə səbəblərini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 144.1 -ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 213.1 -ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2- ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3- cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.5- ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6- cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 324.4- cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1- ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2- ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3- cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 354.1- ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2- ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.2- ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 425.1 -ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 Aprel 2021-ci İl tarixli qərarı. “S.N.Məmmədоvаnın şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kоllegiyаsının аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Azərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 оktyаbr 2004-cü il tаrixli qərаrı. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2022-ci il tarixli 2(102)-4337/2022 saylı qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2022-ci il tarixli, 2(107)-432/2022 nömrəli qətnaməsi qismən, yəni iddianın iddiaçılar İddiaçı1 və İddiaçı3 aid hissədə rədd edilməsi hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2022-ci il tarixli, 2(107)-432/2022 nömrəli qətnaməsinin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ona görə də məhkəmə kollegiyası Balakən Rayon Məhkəməsinin 2(019)-28/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin əsaslılığını iddianın təmin olunmuş hissəsində yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı3 aid hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə həmin hissədə iddia təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddialarının təmin edilməsinə dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində yanlışlığa yol verilmişdir. Məhkəmə kollegiyası iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 apellyasiya şikayətində mübahisələndirilən alqı-satqı müqaviləsində tərəflərin iradə ifadəsinin, qarşılıqlı razılığının mövcud olmaması, əqdlərin bir hissəsinin etibarsızlığının deyil, ümumilikdə etibarsızlığın mümkün olması, mübahisələndirilən alqı-satqı müqaviləsində qanunvericiliyin tələblərini pozmaqla, iradə ifadəsinin bildirilməməsi, cavabdehin əmlakı vicdanlı şəkildə əldə etməməsi, torpaq mülkiyyətçilərindən X7 Federasiyasında olduğunun, İddiaçı1 Hərbi Xidmətdə olduğunun, İddiaçı3 ümumiyyətlə alqı-satqıda iştirak etmədiyinin nəzərə alınmaması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, İddiaçı1 və İddiaçı3 iddialarının təmin olunmuş hissəsi istisna olmaqla qalan hissələrdə Balakən Rayon Məhkəməsinin 2(019)-28/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Mübahisələndirilən 12 may 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasında iddiaçılar İddiaçı1 və İddiaçı3 iradə ifadəsinin, buna qarşılıqlı razılıqlarının mövcud olmaması, mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanmasında qanunvericiliyin tələbləriniin pozulması, iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən iradə ifadəsinin bildirilməməsi, cavabdehin əmlakı vicdanlı şəkildə əldə etməməsi barədə göstərdikləri hallar öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, JN 258 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna X13 əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli qərarı ilə Balakən rayonu Talalar kəndi 1.10 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X2, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi mülkiyyətinə verilmişdir və qanunvericliyin tələbinə əsasən onların payları bərabər sayılmaqla hər birinin həmin torpaq sahəsi üzərində 1/4 payı vardır. Həmin torpaq sahəsinin 1.0479 ha hissəsi 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satılmışdır. 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin məzmununda İddiaçı1 və İddiaçı3 da 1.0479 ha torpaq sahəsinin mülkiyyətçiləri olmaları qeyd edilsə də İddiaçı1 və İddiaçı3 tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair hər hansı bir etibarnamə vermələrinə istinad edilməmişdir. Müqavilədə torpaq satıcısının X4 olması, digər mülkiyyətçilərin torpaq satışında X3 razılıq vermələri əksini tapsa da həmin müqavilə satıcı X2 əvəzindən İddiaçı2 tərəfindən imzalanmışdır. Beləliklə İddiaçı1 və İddiaçı3 mülkiyyətlərində olan torpağın özgəninkiləşdirilməsində İddiaçı2 səlahiyyət və razılıq verən hər hansı bir sənədin olması halı müəyyən edilməmişdir. 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********97 olan, ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli çıxarış verilmişdir. Göründüyü kimi 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında İddiaçı1 və İddiaçı3 məxsus torpaq sahəsi onların iştirakı olmadan və həmin şəxslərin iradəsi ziddinə satılmışdır. Əqdlərin etibarsız sayılması barədə qərar çıxarılarkən məhkəmə, əqdin etibarsızlığına dəlalət edən hüquqi faktları və qanunda nəzərdə tutulmuş hüquqi əsası (normanı) konkret olaraq bildirməlidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı maddi hüquq norması kimi Mülki Məcəllənin 337.3-cü maddəsinin tələblərinin nəzərdən keçirilməsini məqsədə uyğun hesab edir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu səbəblə də müqaviləyə istinad olunaraq hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, məhkəmə icraatının ilk vəzifəsi və aydınlıq gətirməsi lazım gələn xüsusat həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsidir. Çünki iddia tələbinin əsaslandığı müqavilənin etibarsız olması, birbaşa həmin müqavilə üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə haqq (hüquq) və öhdəliyin yaranmadığını göstərir. Alacaq haqqı (tələb hüququ) yaranmadığı təqdirdə isə, aydın məsələdir ki, onun pozulmasından da söhbət gedə bilməz. Buna görə də müqaviləyə istinad edilərək irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olubolmamağından asılıdır. Əhəmiyyətsiz əqdin haqq və öhdəlik əmələ gətirmək keyfiyyəti və xüsusiyyəti olmadığına görə, yalnız əqdin tərəfləri deyil, istənilən maraqlı şəxs əqdin əhəmiyyətsizliyinə istinad edə bilər. Əqdin puç, yəni əhəmiyyətsiz olub-olmadığı barəsində mübahisə yaranarsa bu mübahisənin aradan qaldırılması üçün məhkəmədə etibarsızlıq halının təsbiti üçün iddia qaldırıla bilər. Belə bir iddianın qaldırılması hər hansı bir müddətlə məhdudlaşmır. Göründüyü kimi birinci instansiya məhkəməsi hazırkı mübahisənin həllində əqdin etibarsız hesab edilməsinin əsası kimi ümumilikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4 və 337.5, 339, 339.2, 340.1, 340.2, 347.1, 347.2, 354.1, 354.2ci maddələrinə istinad etsə də həmin normaları sadalamaqla kifayətlənmiş, istinad edilən normaların ayrıca tənzimləmə qaydalarının olmasını diqqətə almamış, beləliklə mübahisəli hüquq münasibətini nizama salan konkret maddi hüquq normasına istinad etməməkdə səhvə yol vermişdir. Nəzərə almaq lazımdır ki, hər bir əqdin əsas məqsədi və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərtlər (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərtlər (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Kollegiyanın qənaətinə görə tərəflərin bağlamış olduğu müqavilə yuxarıda qeyd edilən şərtə cavab vermir (yəni bağlanmış əqd qanuni olmamış, qanunvericiliyin tələblərinə uyğun gəlməmişdir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarında hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur. İstər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Göründüyü kimi əhəmiyyətsiz əqd arzu olunan hüquqi nəticəni əmələ gətirmək qabiliyyəti olmayan bir əqd olduğuna görə, əqdin əhəmiyyətsizliyi halı müddətdən asılı olmayaraq həmişə irəli sürülə bilər. Çünki zamanın keçməsi əqdin qanuna zidd bir şəkildə bağlanmış olması faktını aradan qaldırmır. 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən mübahisələndirilməklə yanaşı onlar həmin müqaviləni sonradan bəyənmələri barədə hər hansı bir təşəbbüs irəli sürməmişlər. Əksinə məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı1 və iddiaçıların vəkili Vəkil1 iddiaçılar tərəfindən 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin bəyənilmədiyini göstərmişlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə əldə edənin vicdanlı alıcı kimi qəbul edilməsi mümkünsüzdür. Belə ki, “S.N.Məmmədоvаnın şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kоllegiyаsının аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Azərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 оktyаbr 2004-cü il tаrixli qərаrındа Kоnstitusiyа Məhkəməsinin hüquqi müvqeyi оndаn ibаrət оlmuşdur ki, əmlаkı bаşqа şəxslərdən əldə edən hər bir аlıcıdа əqdin legitimsizliyi bаrədə şübhə yаrаnmаdıqdа, о vicdаnlı аlıcı qismində qəbul оlunur. Bundаn bаşqа, əldə оlunmuş əmlаkа üçüncü şəxslərin mümkün iddiаlаrındаn xəbəri оlmаdığı hаllаrdа dа аlıcı vicdаnlı hesаb edilir. Həmçinin vurğulаnmаlıdır ki, mülkiyyət hüququnа dаir dövlət reyestrindəki yаzının qаnuniliyinin yоxlаnılmаsındаn sоnrа deyil, məhz həmin yаzının müvcudluğu fаktınа əsаsən vicdаnlı аlıcı əmlаkın mulkiyyətcisi kimi tаnınır. Gələcəkdə əqdin bаğlаnmаsı аnındа оnа mаne оlаn hər hаnsı hаllаrın muəyyən оlunmаsı isə vicdаnlı аlıcının əmlаk hüquqlаrının pоzulmаsı səbəbini təşkil etməməlidir. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı1 və İddiaçı3 1.0479 ha torpaq sahəsinin alqı-satqısına razılıq verməmiş, notarial qaydada bu müqavilə bağlanarkən onlar dəvət edilməmiş, onlara məxsus torpaq sahəsinin İddiaçı2 tərəfindən özgəninkiləşdirilməsinə yazılı və ya şifahi razılıq alınmamış, onların buna münasibəti müəyyən edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, sözügedən torpaq sahəsini almış Cavabdeh da iddiaçılar kimi Balakən rayonu Talalar kəndində yaşayır və iddiaçıları tanıyır. Bundan başqa müqavilədə satıcının X4 olması qeyd edilsə də alqı-satqı notariat orqanında İddiaçı2 və Cavabdeh iştirakı ilə Dövlət Aktı əsasında həyata keçirilmişdir. X12 isə alqısatqının predmeti olan 1.0479 ha torpaq sahəsinin daxil olduğu 1.10 ha torpaq sahəsinin X4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi mülkiyyətində olduğu qeyd edilmişdir. Belə olan halda Cavabdeh həmin 1.10 ha torpaq sahəsinə daxil olan 1.0479 ha torpaq sahəsinin JN 258 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna X13 əsasən X2, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi mülkiyyətinə verildiyini, həmin torpaq sahəsi ilə bağlı 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinin X2 əvəzinə buna müvafiq etibarnaməsi olmadan İddiaçı2 tərəfindən imzalandığını, bu zaman ümumi mülkiyyətin subyektlərindən İddiaçı1 və İddiaçı3 notariat orqanında iştirak etmədiklərini, bu alqı-satqı müqaviləsinin bağlanmasında onların İddiaçı2 şifahi və ya yazılı qaydada razılıqlarının olmadığını və İddiaçı2 onların adından və onların razılğı ilə belə bir müqaviləni bağlamağa səlahiyyətinin olmadığını bilirdi və ya ən azından bilməli idi. Hansı ki, sonradan həmin müqavilə əsasında Cavabdeh adına Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********97 olan, ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli çıxarış verilmişdir. Kollegiya hesab edir ki, şərh edilən hallarla yanaşı notariat əməliyyatının nəticəsi üzrə Cavabdeh təqdim edilmiş 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin məzmunundan da əqdin legitimsizliyi açıq-aydın müəyyən edilmiş, beləliklə də Cavabdeh vicdanlı alıcı kimi qəbul edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kollegiya Mülki Məcəllənin 337.5-ci maddəsinə diqqət yetirərək qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, məhkəmə kollegiyası işin hallarını işdə mövcud olan sübutlarla qarşılıqlı tədqiq edərək bu qənaətə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 9 dekabr 2021ci il tarixli 2(019)-28/2021 nömrəli qətnaməsi 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin alqı-satqı predmeti olmuş 1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)-cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh satılması hissəsində etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın qismən-1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)- cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qismən-alqı-satqı predmeti olmuş 1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)-cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh satılması hissəsində etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarış qismən-1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)- cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli 2(019)-28/2021 nömrəli qətnaməsi 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin alqı-satqı predmeti olmuş 1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)-cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh satılması hissəsində etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın qismən-1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)- cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməsi hissəsində ləğv edilsin, həmin hissə üzrə yeni qətnamə çıxarılaraq iddia həmin hissədə təmin edilsin. 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qismən-alqı-satqı predmeti olmuş 1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)-cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh satılması hissəsində etibarsız hesab edilsin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarış qismən-1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)- cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-278/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-278/2023
14.02.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver