Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-30/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı -İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(025)-85/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) 06 noyabr 2019-cu il tarixli, 2(025)-85/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 06.05.2014-cü il tarixli 1924 PB/BF nömrəli kredit müqaviləsi üzrə 40905 manat 08 qəpik əsas borc, 27856 manat 08 qəpik faiz, 5000 manat dəbbə pulu olmaqla, cəmi 73761 manat 16 qəpik borc; 20.11.2015-ci il tarixli 2968 PB/BF nömrəli kredit müqaviləsi üzrə 1214 ABŞ dolları 30 sent əsas borc, 866 ABŞ dolları 75 sent faiz, 300 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 2381 ABŞ dolları 05 sent borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan Qəbələ şəhəri, Nəsimi küçəsində yerləşən 5 otaqlı, 248,9 m2 ümumi, 117,9 m2 yaşayış, 131 m2 yardımçı sahədən ibarət 52 nömrəli fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 85000 (səksən beş min) manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına borc İddiaçı BOKT ASC-yə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 mülkiyyətində olan Qəbələ şəhəri, Nəsimi küçəsində yerləşən 5 otaqlı, 248,9 m2 ümumi, 117,9 m2 yaşayış, 131 m2 yardımçı sahədən ibarət 52 nömrəli fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 06 may 2014-cü il tarixli 1924 PB/BF №-li kredit müqaviləsi üzrə 40 905.08 manat əsas, 27 856.08 manat hesablanmış faiz, 49 072.05 manat dəbbə pulu, cəmi 117 833.86 manat; 20 noyabr 2015-ci il tarixli 2968 PB/BF №-li kredit müqaviləsi üzrə 1 214.30 ABŞ dolları əsas, 866.75 ABŞ dolları hesablanmış faiz, 1 665.48 ABŞ dolları dəbbə pulu, cəmi 3 746.53 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 1 000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması; İpoteka predmetinin 100 000 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Qəbələ şəhəri, Nəsimi küçəsində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən Cavabdeh3 tam mülkiyyətində olan 2 mərtəbəli, 5 otaqlı 117.9 kv.m yaşayış, 131 kv.m yardımçı, 248.9 kv.m ümumi sahəsi olan 52 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi və ipoteka predmeti açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi; Qəbələ şəhəri, Nəsimi küçəsində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən Cavabdeh3 tam mülkiyyətində olan 2 mərtəbəli, 5 otaqlı 117.9 kv.m yaşayış, 131 kv.m yardımçı, 248.9 kv.m ümumi sahəsi olan 52 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulardan orada yaşayan - Cavabdeh3 və Cavabdeh2 çıxarılması, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 əvvəlki "xxxx" ASCnin (indiki İddiaçı BOKT ASC-nin) Bakı filialından 06 may 2014-cü il tarixli 1924 PB/BF №li kredit (borc) müqaviləsinə əsasən illik 21 faizlə 36 ay müddətinə 100 000 manat; 20 noyabr 2015-ci il tarixli 2968 PB/BF №-li kredit (borc) müqaviləsinə əsasən illik 29 faizlə 17 ay müddətinə 4 786 ABŞ dolları borc almışdır. Bu borcların təminatı olaraq, Qəbələ şəhəri, Nəsimi küçəsində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən Cavabdeh3 tam mülkiyyətində olan 2 mərtəbəli, 5 otaqlı 7.9 kv.m yaşayış, 131 kv.m yardımçı, 248.9 kv.m ümumi sahəsi olan 52 nömrəli fərdi yaşayış evi tərkibindəki həyətyanı tikili və qurğular 18 yanvar 2011-ci il tarixli MZ/PB-020/01/11 №-li ipoteka (girov) müqaviləsinə edilən 06 may 2014-cü il tarixli 02 №-li və 20 noyabr 2015-ci il tarixli 04 №-li əlavələrlə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı güb ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 2018-ci il iyulun 24-dək Cavabdeh1 İddiaçı BOKT ASC-yə 06 may 2014cü il tarixli 1924 PB/BF №-li kredit müqaviləsi üzrə 40 905.08 manat əsas, 27 856.08 manat hesablanmış faiz, 49 072.05 manat dəbbə pulu, cəmi 117 833.86 manat; 20 noyabr 2015-ci il tarixli 2968 PB/BF №-li kredit müqaviləsi üzrə 1 214.30 ABŞ dolları əsas, 866.75 ABŞ dolları hesablanmış faiz, 1 665.48 ABŞ dolları dəbbə pulu, cəmi 3 746.53 ABŞ dolları borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibətlərini bildirmirlər. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı BOKT ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, onunla İddiaçı BOKT arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit verilmişdir. Bir müddət ödənişləri etsə də, sonradan maddi imkanı aşağı olduğundan ödənişlərini dayandırmaq məcburiyyətində qalmışdır. Qiymətləndirmənin nəticəsi ilə razı deyil. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh1 özü tərəfindən verilmiş apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə onun arasında 06.05.2014-ci il tarixli 1924 PB/BF Ne-li kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı ona evinin təmiri üçün illik 21% olmaqla 36 ay müddətinə 100.000 manat məbləğində kredit verməli idi. Lakin həmin kredit müqaviləsi üzrə ona həmin məbləğ verilməmişdir. Burada ümumiyyətlə pulun verilməsindən söhbət gedə bilməz. Bank sadəcə öz borcunu şişirtməklə gətirib bu həddə çıxartmışdır. Məhkəmə qətnaməsi çıxarılarkən onun banka ödənişləri və bu müqavilələr üzrə ona nə qədər pul verilməsi nəzərə alınmadan həddindən artıq borc hesablanmışdır. Belə ki, adi riyazi hesablama aparılsa, yəni 40905*21%=8590 bu onun illik faizidir. Nəzərə alınsa ki, o, gecikməyə 2018-ci ilin əvvəlində düşmüşdür, belə olan halda bank 2 ilin faizin hesablayanda ondan 8590+8590=17180 manat pul tələb edə bilər. Əslində heç bu qədər də deyil. Çünki bankin tələbi məhz 24.07.2018-ci il tarixədəkdir. Belə olan halda onun faiz borcu 12.000 manat etməlidir. Məhkəmə onun narazılığını nəzərə alıb mühasibatlıq ekspertizası təyin etməli idi. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019cu il tarixli, 2(025)-85/2019 nömrəli qətnaməsini borcun tutulması hissəsində ləğv etməklə, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 özü tərəfindən verilmiş apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, oğlu Cavabdeh1 onun Qəbələ şəhəri Nəsimi küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 248.9 kv.metr sahəsi olan 52 saylı fərdi yaşyış evini razılığı olmadan öz krediti üçün "xxxx" BOKT ASC-yə girov qoymuşdur. O, yaşlı olmaqla ümumiyyətlə bu müqavilələrin nə vaxt və hansı şəraitdə bağlanmasından xəbərim olmamışdır. Bu müqavilələr notarial qaydada bağlanmalıdır. Lakin o, ümumiyyətlə heç bir notariat kontorunda olmamışdır və belə bir müqavilələrə imza etməmişdir. Qəbələ Rayon Məhkəməsindən 2019-cu ilin noyabr ayında məktub gələrkən bilmişdir ki, evi kredit təşkilatında girovdadır və külli miqdarda ordan pul götürülmüşdür. Götürülən məbləğ həddindən artıq çoxdur. O, evinin ipotekaya qoyulmasına razı olmamışdır. Bunları yeni bildikdən sonra banka qarşı ipotekanın etbarsız hesab edilməsi tələbni irəli sürmüşdür. Hazırda iddiası məhkəmədə baxılmaqdadır. Hətta sonradan məlum olmuşdur ki, bu əmlak banka bir dəfə deyil, dəfələrlə girov qoyulmuşdur. İş materiallarında olan 18.01.2011-ci il tarixli MZ/PB-020/01/11 N-li və 18.01.2011-ci il tarixli MZ/PB-020/01/11 saylı ipoteka müqaviləsinin 2 saylı əlavədə olan imzalar onun imzalarına oxşamır. Həmin sənədləri o, qətnamə gələndən sonra məhkəmədən əldə etmişdir. Qəbələ Rayon Məhkəməsi isə bunları araşdırmadan iddianı evə yönəldilmə hissəsində təmin etmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(025)-85/2019 saylı qətnaməsini borcun evə yönəldilməsi hissəsində ləğv edilməklə, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: İddiaçı BOKT ASC-nin nümayəndəsi X3 cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(025)-85/2019 nömrəli qətnaməsinn dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh1 teleqramla məhkəməyə müraciət edərək üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, ekspert rəyinə əsasən təsdiq edilmiş əsas faiz borcunun tutulması və həmçinin cərimənin tam silinmısi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin kredit borcunun tutulmasına aid hissəsini, cavabdeh Cavabdeh3 kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsinə aid hissəsini mübahisələndirmişlər. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə digər Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(025)-85/2019 nömrəli qətnaməsi dəyişdirilməlidir. Belə ki, işdə olan 06.05.2014-c il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 100.000 manat məbləğində illik 21 faiz hesablanmaqla 36 ay müddətinə kredit verilmişdir. İşdə olan 20.11.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 4.786 ABŞ dolları məbləğində illik 29 faiz hesablanmaqla 17 ay müddətinə kredit verilmişdir. İşdə olan 24.07.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 oğlunun 06.05.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 24.07.2018-ci il tarixə 40.905 manat 08 qəpik əsas borc, 27.856 manat 73 qəpik faiz, 49.072 manat 05 qəpik cərimə olmaqla, cəmi 117.833 manat 86 qəpik borcunun olması göstərilmişdir. İşdə olan 24.07.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 20.11.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 24.07.2018-ci il tarixə 1.214 manat 30 qəpik əsas borc, 866 manat 75 qəpik faiz, 1.665 manat 48 qəpik cərimə olmaqla, cəmi 3.746 manat 53 qəpik borcunun olması göstərilmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, faiz borcunun hesablanması müqavilə müddəti qurtardığı andan dayandırılır. Bundan başqa Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317-ci və “İpotekа hаqqındа” Azərbaycan Respublikası Qаnununun 34.1.2-ci mаddəsinə əsаsən öhdəlik üzrə fаizlərin ödənilməsi müddətlərinin аrdıcıl olаrаq iki dəfə pozulmаsı nəticəsində ipotekа sаxlаyаn ipotekа predmetinə tutmаnı yönəltməklə, onun sаtılmаsını, əldə edilmiş puldаn kredit borcunun, hesаblаnmış fаizlərin və cərimələrin, həmçinin bununlа bаğlı çəkilmiş bütün xərclərin ipotekаyа qoyulmuş əmlаk hesаbınа ödənilməsini tələb edə bilər. “İpoteka haqqında” Azərbаycаn Respublikаsı Qаnununun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 319.6-cı və «İpotekа hаqqındа» Azərbаycаn Respublikаsı Qаnununun 47.2-ci mаddələrinə əsаsən, ipotekа predmetinin sаtışındаn əldə olunаn vəsаitdən ipotekа sаxlаyаnın ipotekа ilə təmin olunmuş tələbi, o cümlədən əsаs borc öhdəliyinin icrа edilməməsi və yа lаzımıncа icrа edilməməsi, yаxud icrаnın gecikdirilməsi nəticəsində dəbbə pulu və yа vurulmuş zərər, dаhа sonrа isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qаlаn məbləğ ipotekа qoyаnа qаytаrılır. Bunа görə məhkəmə hesаb edir ki, ipotekа predmeti olаn mənzil hərrаcdа sаtışа çıxаrılmаqlа sаtılmаlı və sаtışdаn əldə olunmuş vəsаit hesаbınа iddiаçının tələbləri ödənilməli, qаlаn məbləğ isə ipotekа qoyаnа qаytаrılmаlıdır. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 4-cü mаddəsinə görə, ipotekа sаxlаyаnın tələbi əsаsə borc, fаizlər,öhdəliyin icrа edilməməsi və yа lаzımıncа icrа edilmməsi, o, cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu, və (və yа) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipotekа predmetinə tutlmаnın yönəldilməsi ilə əlаqədаr icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də dаxil olmаqlа tаm həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən, ipotekaya qoyulmuş yaşayış evinə və mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 39.3-cü mаddəsinə əsаsən məhkəmə ipotekа predmetinə tutmаnın yönəldilməsi hаqqındа qərаr qəbul edərək, qərаrdа ipotekа predmetinin ilkin sаtış qiyməti ipotekа qoyulаn ipotekа sаxlаyаnın rаzılаşmаsı əsаsındа, mübаhisə olduqdа isə müstəqil qiymətləndiricinin rəyi əsаsındа məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşdə olan 18.01.2011-ci il tarixli MZ\PB-020\01\11 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı, 248,9 m2 ümumi, 117,9 m2 yaşayış, 131 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 39.000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan 06.05.2014-cü il tarixli “MZ\PB-020\01\11 saylı ipoteka müqaviləsinə 02 №li əlavə”dən görünür ki, Cavabdeh1 06.05.2014-cü il tarixli 1924 PB/BF nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı, 248,9 m2 ümumi, 117,9 m2 yaşayış, 131 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 100.000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan 06.05.2014-cü il tarixli “MZ\PB-020\01\11 saylı ipoteka müqaviləsinə 04 №li əlavə”dən görünür ki, Cavabdeh1 20.11.2015-ci il tarixli 2968 PB/BF nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı, 248,9 m2 ümumi, 117,9 m2 yaşayış, 131 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 100.000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 08.05.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, fərdi yaşayış evinin və torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İşdə olan "xxxx" MMC-nin 14.10.2019-cu il tarixli H/03-PLS saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh3 Ağanurad qızına məxsus ünvan 1 ünvanında yerləşən 5 otaqlı, 248,9 m2 ümumi, 117,9 m2 yaşayış, 131 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsinin bazar dəyəri 85.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, 06.05.2014-cü il tarixli 1924 PB/BF nömrəli kredit müqaviləsi üzrə 40905 manat 08 qəpik əsas borc, 27856 manat 08 qəpik faiz, 5000 manat dəbbə pulu olmaqla, cəmi 73761 manat 16 qəpik borc; 20.11.2015-ci il tarixli 2968 PB/BF nömrəli kredit müqaviləsi üzrə 1214 ABŞ dolları 30 sent əsas borc, 866 ABŞ dolları 75 sent faiz, 300 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 2381 ABŞ dolları 05 sent borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı; Tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan Qəbələ şəhəri, Nəsimi küçəsində yerləşən 5 otaqlı, 248,9 m2 ümumi, 117,9 m2 yaşayış, 131 m2 yardımçı sahədən ibarət 52 nömrəli fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsinə yönəldilməli; həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı; fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 85.000 (səksən beş min) manat müəyyən edilməli; satışdan əldə olunan vəsait hesabına borc İddiaçı BOKT ASC-yə ödənilməli; borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli; Cavabdeh3 mülkiyyətində olan Qəbələ şəhəri, Nəsimi küçəsində yerləşən 5 otaqlı, 248,9 m2 ümumi, 117,9 m2 yaşayış, 131 m2 yardımçı sahədən ibarət 52 nömrəli fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalıdır. Sözügedən qətnamə ilə razılaşmayan Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin başlıca dəlili birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılarkən onun banka ödənişləri və bu müqavilələr üzrə ona nə qədər pul verilməsi nəzərə alınmadan həddindən artıq borc hesablanması ilə əlaqədar olduğundan iş üzrə qanuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsının 04 fevral 2020-ci il tarixli, 2(107)-400/2020 nömrəli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 04 iyun 2020-ci il tarixli, 5394 nömrəli rəyi rəyindən görünür ki; - 1924 PB/BF saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 06 may 2014-cü il tarixli, 1924 PB/BF saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə sual üzrə 06.05.2017-ci il tarixə (müqavilənin qüvvədə olduğu tarixə) olan ümumi borcu 44.496,79 manat məbləğində, 24.07.2018-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan ümumi borcu isə 46.989, 19 manat məbləğində (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5%-lə hesablanmaqla) müəyyən edilir, o cümlədən; 06.05.2017-ci il tarixə əsas borc üzrə 40970,86 manat, faiz borcu üzrə 3525,94 manat, 24.07.2018-ci il tarixə əsas borc üzrə 40970,86 manat, faiz borcu üzrə 6018,33 manat müəyyən edilir. - 2968 PB/BF saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 20 noyabr 2015-ci il tarixli, 2968 PB/BF saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh Cavabdeh1 sual üzrə 20.04.2017-ci il tarixə (müqavilənin qüvvədə olduğu tarixə) olan ümumi borcu 1.821,98 ABŞ dolları məbləğində, 24.07.2018-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan ümumi borcu isə 1.516,90 ABŞ dolları məbləğində (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5%-lə hesablanmaqla) müəyyən edilir, o cümlədən; 20.04.2017-ci il tarixə əsas borc üzrə 1712,49 ABŞ dolları, faiz borcu üzrə 109,50 ABŞ dolları, 24.07.2018-ci il tarixə əsas borc üzrə 1446,01 ABŞ dolları, faiz borcu üzrə 70,89 ABŞ dolları müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, mühasibatlıq ekspertizası barədə 04 iyun 2020-ci il tarixli, 5394 nömrəli rəyinə hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmi ekspert rəyini tədqiq edərək, araşdırması zamanı hazırkı mühasibatlıq ekspertizasının rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə mühasibatlıq rəyi sübut kimi qəbul edilməlidir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsаslаrını müəyyən edən Аzərbаycаn Respublikаsı Mülki Məcəllənin 460.1-ci mаddəsində göstərilmişdir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci mаddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin 463.1-ci mаddəsində yаzılmışdır ki, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci mаddəsinə əsаsən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəkildə bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Halbuki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Birinci instansiya məhkəməsi 06.05.2014-cü il tarixli 1924 PB/BF nömrəli kredit müqaviləsi üzrə 5000 manat, 20.11.2015-ci il tarixli 2968 PB/BF nömrəli kredit müqaviləsi üzrə 300 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun azaldılaraq 06.05.2014-cü il tarixli 1924 PB/BF nömrəli kredit müqaviləsi üzrə 5000 manat məbləğində, müəyyən edilməsi tərəflərin əmlak mənafelərinə uyğun olmamaqla reallığı əks etdirmir. Məhkəmə kollegiyаsı, cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019cu il tarixli, 2(025)-85/2019 nömrəli qətnaməsi 06.05.2014-cü il tarixli 1924 PB/BF nömrəli kredit müqaviləsi üzrə hesablanmış dəbbə (penya) pulu məbləği hissəsində dəyişdirilərək 1000 manat məbləğində dəbbə (penya) pulu müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin borcun tutulması hissəsində ləğv etməklə, iddianın həmin hissədə rədd edilməsi barədə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və müqavilənin məzmununu mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh3 özü tərəfindən verilimiş apellyasiya şikayətində Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(025)-85/2019 nömrəli qətnaməsini borcun evə yönəldilməsi hissəsində ləğv edilməklə, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialına əlavə edilmiş Azərbaycan Resoublikasının Ali Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2(102)-2694/2021 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh3 İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinə, Cavabdeh1, Qəbələ rayon “ASAN xidmət” Mərkəzi Qəbələ rayon Notariat Kontoruna və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və Para Bank ASC arasında Qəbələ rayon Xüsusi Notariat Kontorunda bağlanmış 18.01.2011-ci il tarixli MZ/PB- 020/01/11 saylı və 18.01.2011-ci il tarixli MZ/PB-020/01/11 saylı ipoteka müqaviləsinin 2 saylı əlavənin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş yüklülük Çıxarışının ləğv edilməklə əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli 2(025)-132/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Sözügedən qətnamədən iddiaçı Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(107)-912/2020 nömrəli qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(025)-132/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Bundan sonra kassasiya şikayəti ilə iş Ali Məhkəmədə baxılarkən kollegiya qeyd etmişdir ki, 06 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 21 fazilə 100.000 manat kredit verilib. Eyni zamanda 20 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh1 17 ay müddətinə, illik 29 fazilə 4.786 ABŞ dolları kredit verilib. Eyni zamanda, həmin kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi 18 yanvar 2011-ci il tarixli ipoteka müqaviləsinə və 06 may 2014-cü il tarixli ipoteka müqabviləsinə əlavəyə əsasən iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulub. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, iddiaçı, sözügedən ipoteka müqaviləsinin və ipoteka müqaviləsinə əlavənin etibarsız hesab edilməsini və ipoteka predmetlərinin yüklülükdən azad edilməsini tələb etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəmə heç bir sübut növü təqdim etməyib. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə digər Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(025)-85/2019 nömrəli qətnaməsi 06.05.2014-cü il tarixli 1924 PB/BF nömrəli və 20.11.2015-ci il tarixli 2968 PB/BF nömrəli kredit müqavilələri üzrə kredit borcu hissəsində dəyişdirilərək Cavabdeh1 06.05.2014-cü il tarixli 1924 PB/BF nömrəli kredit müqaviləsinə əsasən 40905 manat 08 qəpik əsas borcu, 6018,33 manat faiz borcu və 1000 manat dəbbə pulu olmaqla ümumilikdə 47.923,41 manat; 20.11.2015-ci il tarixli 2968 PB/BF nömrəli kredit müqaviləsinə əsasən 1214 ABŞ dolları 30 sent əsas borcu, 70,89 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları dəbbə pulu olmaqla ümumilikdə 1585,19 ABŞ dolları 19 sent məbləğində müəyyən edilməli, qətnamə apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul Cavabdeh1 utulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22.) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə digər Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(025)-85/2019 nömrəli qətnaməsi kredit müqavilələri ilə tutulmalı olan borc hissəsində dəyişdirilsin. Cavabdeh1 06.05.2014-cü il tarixli 1924 PB/BF nömrəli kredit müqaviləsinə əsasən 40905 manat 08 qəpik əsas borcu, 6018,33 manat faiz borcu və 1000 manat dəbbə pulu olmaqla ümumilikdə 47.923,41 manat; 20.11.2015-ci il tarixli 2968 PB/BF nömrəli kredit müqaviləsinə əsasən 1214 ABŞ dolları 30 sent əsas borcu, 70,89 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları dəbbə pulu olmaqla ümumilikdə 1585,19 ABŞ dolları 19 sent məbləğində müəyyən edilsin. Qətnamə apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul Cavabdeh1 tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22.) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-30/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-30/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver