Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-300/2024 08.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinə yenidən cavabdehin daxil olmasına qadağa qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Torpaq sahəsindən çıxarılma, ekspertiza tədqiqatı) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinə yenidən cavabdehin daxil olmasına qadağa qoyulması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(046)-816/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışlara əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətdə və Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən 1.669 ha və 0.6991 ha torpaq sahəsində cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə Göyçay rayonunun Şahsoltanlı kəndində 1,669 ha və 0,6991 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin 1,669 ha və 0,6991 ha torpaq sahələri Daşınmaz Əmlakın Dövlət Reyestrində onun və ailə üzvlərinin adına dövlət qeydiyyata alınmışdır. Lakin həmin torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, Cavabdeh mülkiyyətində olan torpağı zəbt edərək qanunazidd qaydada istifadə etməklə, mülkiyyət hüququnu pozur. Ona həmin torpaq sahəsini boşaltması barədə dəfələrlə müraciət etmiş, lakin nəticəsiz qalmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahatında iddianı müdafiə edərək iddia tələbinin təmin olunması xahiş etmişdir.
4. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay rayon Şahsoltanlı kəndində yerləşən iddiaçıya məxsus 1.669 ha və 0.6991 ha torpaq sahələrini iddiaçının atasında pul müqabilində almış, lakin alqı-satqı müqaviləsini rəsmiləşdirməmişdir. Həmin torpaq sahəsində aqrar işlər aparmış, ağaclar əkmiş, torpaq sahəsini su ilə təmin etmək məqsədi ilə su bərəsi hazırlamışdır. Hesab edir ki, alqı-satqıya əsasən torpaq sahəsi onun mülkiyyətindədir. Buna görə də iddianın rədd edilməsini xahiş edir.
5. Göyçay Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(046)-816/2023 nömrəli qətnaməsi ilə (hakim İ.Fəttahov), iddianın təmin edilməsi, Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan 1.669 ha və 0.6991 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, dövlət rüsumu kimi ödənilmiş 100 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022- ci il tarixli çıxarışlara əsasən iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1.669 ha və 0.6991 ha torpaq sahəsi Cavabdeh qanunsuz istifadəsindədir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı iddiası təmin edilməli, Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışlara əsasən iddiaçının mülkiyyətində olan 1.669 ha və 0.6991 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır.
8. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, -cü maddələri, “İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki işə bахаn birinci instаnsiyа məhkəməsi istinad оlunаn nоrmаtiv hüquqi аktlапn tələblərini pоzmuş, işin faktiki hallarını düzgün müəyyən etməmiş, nəticədə onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
12. Bеlə ki, məhkəmə tərəfindən işə tam, hərtərəfli və obyektiv baxılmasının təmin edilməsi üçün müvafiq ekspertiza təyin etməmiş, istifadə etdiyi ərazinin həqiqətən iddiaçıya məxsus ərazi olması müəyyən edilməmiş, nəticə etibarı ilə ədalətli məhkəmə araşdırması hüququ təmin edilməmişdir.
13. Digər tərəfdən, mübahisəli torpaq sаhəsini 2019-cu il tаriхdə 2.000 mаnаt pul ödəməklə Əliyev Məzаhir Qаryаğdı оğlundаn və sоnuncunun оğlu, hazırki iş üzrə iddiaçı Əliyev Хəyаl Məzаhir оğlundаn fаktiki оlаrаq аlmışdır. Аrаlarındа alğı-satqı müqаviləsi bаğlаnmаsа dа, fаktiki оlаrаq tоrpаq оnlаr tərəfindən ona sаtılmışdır. Tоrpаğın rаzılаşdıпlmış dəyəri оlаn 2.000 mаnаt pulu əlbəəl iddiaçı Əliyev Хəyаl Məzаhir оğlunа vеrmişdir. Tоrpаq sаhəsini iddiaçıdan və sоnuncunun аtаsındаn dəyərini ödəməklə fаktiki оlаrаq аldığını qоhum-qоnşulаr, еləcə də Bələdiyyə sədri bilir. Torpaq sаhəsini fаktiki оlаrаq аldığı 2019-cu ildən cаri dövrədək tоrpаq sаhəsini аdınа rəsmiləşdirmək üçün dəfələrlə iddaçıya və аtаsınа mürаdət еtsə də, оnlаr müхtəlif bəhanələrlə tоrpаq sаhəsinin аlğı-sаtqısını nоtаriаl qаydаdа rəsmiləşdirməkdən imtinа еdirlər.
14. Göyçаy RPŞ TB-niгtəhqiqаtçısı, pоlis bаş lеytеnаntı Хəlilоv Rüstəm Еlşаd оğlunun 13 iyun 2023-cü il tarixli HK- 1/896 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından göründüyü kimi, İddiaçı məxsus Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən 2.37 ha torpaq sahəsi olmuş, sonuncu həmin torpaq sahəsini 2019-cu ildə ona şifahi şəkildə razılaşmaqla satmış, o, bunun müqabilində İddiaçı 2.000 manat pul ödəmişdir. Lakin İddiaçı sözü gedən torpaq sahəsini ona iki il müddətinə icarəyə verdiyini iddia edərək ondan torpaq sahəsini tərk etməyini tələb etmişdir. Torpaq sahəsi ona satıldığından оrаnı tərk etməmişdir, nəticədə İddiaçı torpaq sаhəsindən çıхапlmа tələbinə dаir iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda həmin mübahisəyə məhkəmə qaydasında bахılır.
15. Təsadüfi deyildir ki, Dövlət aktının əsli də ondadır. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı hüquqdan sui-istifadə edir. Bildirir ki, 2019-cu ildə torpaq sаhəsini fаktiki оlаrаq alğı-satqı еdəndən sоnrа, həmin torpaq sаhəsindən təyinаtı üzrə istifadə еtməyə, həmin tоrpаq sаhəsinə sаhiblik еtməyə başlamışdır. 2,37 hа torpaq sаhəsində оrаnı fаktiki оlаrаq аldığı 2019-cu ildən cаri ilədək tахıl əkmişdir. Həmin tоrpаq sаhəsində ərazini dаhа dа münbitləşdirən, məhsuldаrlığı аrtırаn bütün zəruri işləri görmüşdür. Torpaq sаhəsinin münbitliyini аrtırmаq və əkinə yаrаrlı vəziyyətə gətirmək üçün ərazini хüsusi tехniki vаsitə gətirməklə dаş-kəsəkdən təmizləmişdir, ərаziyə pеyin və digər gübrələr tokmüşdür, tоrpаqdа dərin şumlama аpаrmışdır, zərərvericilərə qarşı mübarizə aparmışdır, torpaq sahəsinin keyfiyyətini aşağı salacaq heç bir iş görməmişdir, əksinə torpaq sahəsini göz bəbəyi kimi qorumuşdur. Həmin torpaq sahəsi faktiki olaraq aldığı dövrdəki torpaq sahəsindən xeyli fərqlənir, oranı ərsəyə gətirmək üçün 2019-cu ildən indiyə qədər çox zəhmət çəkmişdir. Bundan başqa, yuxarıda qeyd etdiyi bütün işlərin görülməsi üçün kifayət qədər maddi vəsait sərf etmişdir. İşin bu hallarını işə baxan birinci instansiya məhkəməsi araşdırmamış, iddiaçı ilə aralarında yaranmış mübahisəyə düzgün hüquqi qiymət verməmişdir.
16. Qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Çünki, qətnamə mübahisəli hüquq münasibətini nizama salan maddi hüquq normalarına uyğun çıxarılmamış, işə baxan məhkəmə işin həqiqi və faktiki hallarını düzgün müəyyən etməmiş, eləcə də tətbiq etdiyi maddi hüquq normalarının tələblərini səhv təfsir etmişdir. Bu isə nəticədə prosessual hüquq normalarının tələblərini pozmuşdur.
17. Odur ki, Göyçаy rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-816/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(046)-816/2023 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı ona qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinə yenidən cavabdehin daxil olmasına qadağa qoyulması tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(046)-816/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X11, X10 və Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməşlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər.
25. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
27. “X5rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyator Göyçay Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(046)- 816/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
33. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışa əsasən Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən 1.669 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışa əsasən Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən 0,6991 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X11, X8 və X3 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahələrinin cavabdehin zəbtində olmasını əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir. Məhkəmə kollegiyasının təyin etdiyi ekspertiza tədqiqatı ilə iddiaçının birgə mülkiyyətində olan torpaq sahələrinin cavabdeh tərəfindən zəbt edilmə halı müəyyən edilməmişdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməli olmasına dair apellyasiya şikayətində irəli sürülmüş tələblə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən işə tam, hərtərəfli və obyektiv baxılmasının təmin edilməsi üçün müvafiq ekspertiza təyin etməməsi, istifadə etdiyi ərazinin həqiqətən iddiaçıya məxsus ərazi olmasının müəyyən edilməməsinə dair dəlilləri ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsaslıdır.
36. Belə ki, birinci instansiya məhkəməsi yalnız tərəflərin izahatlarına istinad etməklə iddianın təmin edilməli olması qənaətinə gəlmiş, lakin cavabdehin istifadə etdiyi ərazinin həqiqətən iddiaçının ailə üzvləri ilə birgə mülkiyyətində olan ərazilər olubolmamasının dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın keçirilməsi məsələsini müzakirə etməmiş, nəticədə iş üzrə düzgün və hərtərəfli məhkəmə araşdırılmasını təmin etməmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xüsusi bilik tələb olunan məsələnin aydınlaşdırılmasında sübut qismində əlavə tədqiqatın aparılmasını təmin etmədən yalnız tərəflərin izahatlarına istinad etməkdə səhvə yol vermişdir.
38. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
39. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
40. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Buna görə də mülki işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə havalə edilmişdir.
42. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2024-cü il tarixli, 10/4605 nömrəli ekspert rəyində göstərilir ki:
43. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi Müşfiq Qasımovun tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-2424/2024 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir:
44. **********27 nömrəli çıxarışla (********** qeydiyyat nömrəli) İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,69 ha torpaq sahəsinin və **********28 nömrəli çıxarışla (********** qeydiyyat nömrəli) İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,669 ha torpaq sahəsinin koordinatları və naturada ölçüləri müəyyən edilmişdir.
45. Baxış zamanı iddiaçının naturada göstərdiyi və cavabdehin faktiki istifadə etdiyini bildirdiyi 2,10 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin **********27 nömrəli (********** qeydiyyat nömrəli) çıxarışla ümumi birgə mülkiyyətində olan 0,69 ha və **********28 nömrəli çıxarışla (********** qeydiyyat nömrəli) 1,669 ha torpaq sahələri ilə üst-üstə düşmür. Belə ki, iddiaçının naturada göstərdiyi və cavabdehin faktiki istifadə etdiyini bildirdiyi 2,10 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,69 ha və 1,669 ha torpaq sahələrində şimalda yerləşir. (sxemdə göstərilmişdir)
46. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem mütəxəssis rəyinə əlavə olunmuşdur.
47. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
48. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
49. Məhkəmə kollegiyası hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli, 10/4605 nömrəli ekspert rəyi üzrə ekspertiza tədqiqatının buna dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3- 21-3-36/2-2424/2024 nömrəli mütəxəssis rəyi üzrə aparılmış tədqiqatla uyğunluq təşkil etməsi nəzərə alınaraq, məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli, 10/4605 nömrəli ekspert rəyi mübahisənin həllində iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli, 10/4605 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş 06 sentyabr 2024-cü il tarixli, 10/4605 nömrəli ekpsert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
51. Kollegiya qeyd edir ki, aparılmış ekspertiza tədqiqatı ilə cavabdehin torpaq sahələrini zəbt etməsi müəyyən edilmədiyi halda, cavabdehin zəbt etmədiyi bir torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə yenidən daxil olmasına qadağa qoyulması əsaslı hesab edilə bilməz.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli torpaq sаhəsini 2019cu il tаriхdə 2.000 mаnаt pul ödəməklə Əliyev Məzаhir Qаryаğdı оğlundаn və sоnuncunun оğlu, hazırki iş üzrə iddiaçı Əliyev Хəyаl Məzаhir оğlundаn fаktiki оlаrаq аlması, həmin tоrpаq sаhəsində ərazini dаhа dа münbitləşdirən, məhsuldаrlığı аrtırаn bütün zəruri işləri görməsi, torpaq sаhəsinin münbitliyini аrtırmаq və əkinə yаrаrlı vəziyyətə gətirmək üçün ərazini хüsusi tехniki vаsitə gətirməklə dаş-kəsəkdən təmizləməsi, ərаziyə pеyin və digər gübrələr tökməsi, tоrpаqdа dərin şumlama аpаrması, qeyd etdiyi bütün işlərin görülməsi üçün kifayət qədər maddi vəsait sərf etməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının ümumibirgə mülkiyyətində olan torpaq sahələrini zəbt etməsi halı müəyyən edilmədiyindən həmin dəlillərin müzakirəsinə zərurət müəyyən edilməmişdir.
53. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını pozduğundan, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
54. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
55. Beləliklə məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmiş hallardan bəlli olur ki, Cavabdeh iddiaçının çıxarılmasını tələb etdiyi torpaq sahələrini zəbt etməmişdir.
56. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
57. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir.
58. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-816/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinə yenidən cavabdehin daxil olmasına qadağa qoyulması tələbinə dair iddiası rədd edilməlidir.
59. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi nəzərə alınaraq, ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-816/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinə yenidən cavabdehin daxil olmasına qadağa qoyulması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.