Məhkəmə qərarları › İş №2(107)-308/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-308/2020

10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-308/2020 10.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh2 vəkili X6; Cavabdeh - Cavabdeh1 vəkili X8 iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(037)-436/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-436/2019 saylı (hakim Rəfayel Şirinov) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İsmayıllı - Qəbələ yolunun 1.5 km-də yolun cənub hissəsində yerləşən, ümumi sahəsi 1419.4 kv.m əmlak kompleksinə dair X16 ilə Cavabdeh2 arasında İsmayıllı rayon Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 4Ə-2/548 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız sayılması, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qəbələ rayon notariat kontoru, İsmayıllı rayon notariat kontoru, üçüncü şəxslər X13, X3 və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək İsmayıllı - Qəbələ yolunun 1.5 km-də yolun cənub hissəsində yerləşən, ümumi sahəsi 1419.4 kv.m olan əmlak kompleksinin xx xxxxxx 2012-ci il tarixdə İsmayıllı rayon dövlət notariat kontorunda 4Ə- 2/548 nömrəli reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız sayılması və DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, İsmayıllı Qəbələ yolunun 1.5 km-də yolun cənub hissəsində yerləşən, ümumi sahəsi 1397.3 kv.m olan 200 başlıq tövlə, idarə və xidmət sahələrindən ibarət, İsmayıllı şəhəri, keçmiş Bakı “Malqaratədarükemalı” X4 yardımçı təsərrüfatı Cavabdeh1, Allahverdi Vəliyev, Bilal Zülfiyev və onun tərəfindən dövlət əmlakı kimi 29761200 AZM-ə satın alınmışdır. Birgə mülkiyyət hüquqları İqtisadi İnkişaf Nazirliyinin Dövlət X15 və Özəlləşdirilməsi Departamenti tərəfindən xx xxxx 2005-ci il tarixli 6 nömrəli reyestr kitabının 77-ci səhfəsində 003967 qeydiyyat nömrəsi ilə qeydə alınaraq dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 003967 saylı şəhadətnamə verilmişdir. Eyni zamanda birgə mülkiyyət hüquqları İsmayıllı rayonu üzrə Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx xxxx 2005-ci il tarixli 3 nömrəli reyestr kitabının 29-cu səhfəsində qeydə alınaraq 226 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Ona məlum olmuşdur ki, birgə mülkiyyətçi Cavabdeh1 adından verilmiş saxta etibarnamələr əsasında bütün payçıların daşınmaz əmlaka dair sərəncamvermə hüququ Rasim Şərifliyə etibar edilmişdir. Rasim Şərifli birgə mülkiyyətlərində olan daşınmaz əmlakı xx xxxxxx 2012-ci il tarixli notarial qaydada təsdiq edilmiş 4Ə-2/548 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında 80000 manata oğlu Cavabdeh2 satmışdır. Cavabdeh2 mülkiyyət hüququ DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınaraq xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* saylı Çıxarış və texniki pasport verilmişdir. Birgə mülkiyyətlərində olan əmlakın payına düşən hissəsinin özgəninkiləşdirilməsi barədə səlahiyyətlərini notarial qaydada təsdiq edilmiş etibarnamə ilə heç kimə etibar etməmiş və birgə mülkiyyətlərində olan əmlakın alqısatqısı ilə əlaqədar notariat kontorunda olmamışdır. Birgə mülkiyyətlərində olan əmlakın icarəyə verilməsi nəticəsində əldə olunan gəlirdən onun payına düşən hissə verilmədiyi üçün əmlakla maraqlanmış və nəticədə məlum olmuşdur ki, həmin əmlak Şamaxı rayon notariat kontoru tərəfindən verilmiş xx xxxxxx 2008-ci il tarixli 7E-6/3057 reyestr nömrəli və Qəbələ rayon notariat kontoru tərəfindən verilmiş xx xxxxxxxx 2012-ci il tarixli 7E9275 reyestr nömrəli etibarnamələr əsasında Rasim Şərifli tərəfindən xx xxxxxx 2012-ci il tarixli 4Ə-2/548 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında oğlu Cavabdeh2 satılmışdır. Şamaxı rayon notariat kontoru və Qəbələ rayon notariat kontoruna müraciət edərək xx xxxxxx 2008-ci il tarixli 7E-6/3057 və xx xxxxxxxx 2012-ci il tarixli 7E9275 reyestr nömrəli etibarnamələrin təsdiq edilməsinə dair reyestr kitablarından çıxarışların və etibarnamələrin surətlərinin təqdim edilməsini tələb etsə də həmin etibarnamələrin təsdiq edilməsinə dair çıxarışlar və etibarnamələrin surətləri ona təqdim edilməmişdir. Cavabdeh1 birgə mülkiyyətlərində olan əmlak kompleksini istifadə edərək gəlir götürmək üçün həmin əmlak kompleksini girov qoyaraq pul götürmək istədiyini ona bildirmişdir. O, həmin vaxt ölkədə olmasa da birgə mülkiyyətlərində olan əmlak kompleksinin girov qoyularaq pul götürməsi üçün razılıq ərizəsi verməsi məqsədi ilə arvadının notariat kontoruna getməsindən məlumatlı olmuşdur. Cavabdeh1 bacısının əri olduğundan ona inanmışdır. Birgə mülkiyyətində olan daşınmaz əmlak onun razılığı olmadan saxta etibarnamə əsasında digər şəxsə satılmaqla onun mülkiyyət hüququları pozulmuşdur. Bu barədə onun əvvəlcədən məlumatı olmamışdır. Hesab edir ki, İsmayıllı rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2012-ci il tarixli 4Ə-2/548 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin alqı-satqı müqaviləsinin əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına qeydə alınmışxx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* saylı Çıxarış ləğv edilməlidir. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Vəkil Novruz oğlu iddia tələbini müdafiə edərək tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə prosessində iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi ilə razı olduğunu bildirmiş və göstərmişdir ki, birgə mülkiyyətlərində olan əmlak özəlləşdirmədən sonra uzun müddət istifadə olunmamışdır. Həmin əmlakdan istifadə edərək gəlir götürmək üçün digər birgə payçılarla razılaşmışdır. Tələbə yoldaşı olmuş və uzun müddət tanıdığı Rasim Şərifli obyekti bankda girov qoymaqla pul götürməyi və obyekti birlikdə işlədərək gəlir əldə etməyi ona təklif etmişdir. Rasim Şərifli bildirmişdir ki, bankda tanışı var və pulu bankdan ancaq öz adına götürə bilər, digər şəxsin adına kredit vermək istəmirlər. O, digər payçılara birgə mülkiyyətlərində olan əmlakı girov qoyaraq pul götürmək niyyətini bildirsə də, ancaq həmin əmlakın Rasim Şəriflinin adına rəsmiləşdirməklə pul götürmək istəməsi barədə onlara məlumat verməmişdir. Digər payçılar ona etibar etdiklərindən əmlak kompleksinin girov qoyularaq pul götürülməsinə etiraz etmədiklərini bildirmişlər. O, Rasim Şəriflini uzun müddət tanıdığından ona etibar etmiş və obyektin müvəqqəti olaraq Rasim Şəriflinin adına rəsmiləşdirilərək kredit götürülməsinə razılıq vermişdir. Birgə mülkiyyətdə olan obyektin girov qoyularaq pul götürülməsi üçün bir dəfə notarusda olmuş və bir yerdə imza etmişdir. Bundan sonra müxtəlif vaxtlarda bir neçə dəfə Rasim Şəriflidən kreditin götürülüb-götürülməməsi barədə maraqlansa da Rasim Şərifli müxtəlif bəhanələrlə onu aldatmışdır. Sonradan eşitmişdir ki, Rasim Şərifli birgə mülkiyyətlərində olan obyekti xx xxxxxx 2012-ci il tarixli 4Ə-2/548 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında oğlu Cavabdeh2 80000 manata satmışdır. 2017-ci ildə məhkəməyə müraciət edərək xx xxxxxx 2012-ci il tarixli AN-İ ******* saylı alqısatqı müqaviləsinin, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın və xx xxxx 2015-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh2, X13 və qeyrilərinə qarşı xx xxxxxx 2012-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş RX seriyalı ******* saylı xx xxxxxxxx 2014cü il tarixli çıxarışın və Cavabdeh2 ilə X9 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və əmlakın ona qaytarılması tələbinə dair iddiası təmin olunmamışdır. İsmayıllı rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsindən xx xxxx 2017-ci il tarixdə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasında apelyasiya şikayətinə mahiyyəti üzrə baxılarkən vəsatət verərək Qəbələ rayon notariat kontorunda qeydə alınmış xx xxxxxxxx 2012-ci il tarixli reyestrdə 7E9275 nömrə ilə təsdiq edilmiş 067796 nömrəli etibarnamələrdə olan imzaların ona məxsus olmadığını və həmin imzanın dəqiqləşdirilməsi üçün ekspertiza keçirilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 067796 nömrəli etibarnamənin verilməsi ilə bağlı notariat sənədlərinin və notariat əməliyyatlarının aparılması üçün etibarnamələrin qeydiyyat kitablarını baxış keçirilməsindən ötrü məhkəməyə təqdim olunması barədə Qəbələ rayon notariat kontoruna sorğu edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Qəbələ rayon notariat kontoruna edilmiş sorğuya cavab alınmadan və ekspertiza keçirilməsi barədə vəsatəti təmin olunmadan işə mahiyyəti üzrə baxılaraq qərar verilmişdir. O, xx xxxxxx 2012-ci il tarixli 4Ə-2/548 reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etməmiş, bununla bağlı digər payçıların adından Qəbələ rayon notariat kontorunda xx xxxxxxxx 2012-ci il tarixdə reyestrdə 7E9275 nömrə ilə təsdiq edilmiş etibarnaməni imzalamamışdır.xx xxxxxx 2012-ci il tarixli 4Ə-2/548 reyestr nömrəli alqı-satqı müqaviləsindəki xx xxxxxxxx 2012-ci il tarixli reyestrdə 7E9275 nömrə ilə təsdiq edilmiş etibarnamədə qeyd edilmiş imza onun tərəfindən icra edilməmişdir. Onun vəsatəti əsasında məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyində 067796 nömrəli etibarnamənin imza qrafasında göstərilən imzanın onun tərəfindən deyil başqa şəxs tərəfindən icra edildiyi qeyd edilmişdir. O, İsmayıllı rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2012-ci il tarixli 4Ə-2/548 reyestr nömrəli alqı-satqı müqaviləsini və həmin alqısatqı müqaviləsi əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına qeydə alınmışxx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* saylı Çıxarışı əsassız hesab edir və qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 nümayəndəsi X14 iddia tələbini qəbul etməyərək bildirimişdir ki, İsmayıllı şəhərində yerləşən İsmayıllı-Qəbələ yolunun 1.5 km-də yerləşən əmlak komleksi İsmayıllı rayon notariat kontorunda xx xxxxxx 2012-ci il tarixdə bağlanmış reyestrdə 4Ə-2/548 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqısı əsasında Cavabdeh2 tərəfindən alınmışdır. Qeyd edilən əmlak kompleksi üzərində Cavabdeh2 mülkiyyət hüququ DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxxxx 2014-cü ildə dövlət qeydiyyatına alınaraq RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Bakı şəhərində olmasından istifadə edən hazırkı iş üzrə birinci cavabdeh Mikayıl İsmayılov və Rasim Şərifli onun xəbəri olmadan bütün payçıların adından sərəncam vermə hüququnu saxta etibarnamə əsasında Rasim Şərifliyə həvalə etmiş və Rasim Şərifli isə həmin etibarnamə əsasında mübahisəli əmlakı xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən oğlu Cavabdeh2 satmışdır. 2017-ci ildə Cavabdeh1 xx xxxxxx 2012-ci il tarixli reyestrdə 4Ə-2/548 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin və həmin alqısatqı müqaviləsi əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və həmin mülki işlə bağlı İsmayıllı rayon Məhkəməsinin icraatında 2(037)-292/2017 saylı mülki iş olmuşdur. Həmin mülki iş üzrə İsmayıllı rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(037)-292/2017 saylı qətnaməsi ilə Cavabdeh1 iddia tələbi təmin edilməmişdir. İsmayıl Cavabdeh1lı rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(037)-292/2017 saylı qətnaməsindən apelyasiya və kassasiya şikayətləri vermişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(037)-292/2017 saylı qətnaməsi Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(107)-1981/2017 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(102)-4333/2018 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının saxta adlandırdığı mübahisəli əmlaka dair Rasim Şəriflinin sərəncam vermək hüququnu təsdiq edən etibarnamə Cavabdeh1 tərəfindən Rasim Şərifliyə təqdim edilmiş və xx xxxxxx 2012-ci il tarixli reyestrdə 4Ə-2/548 nömrə ilə qeydə alınmış alqısatqı müqaviləsinin bağlanması ilə bağlı iddaçı da daxil olmaqla digər keçmiş mülkiyyətçilərin arvadlarının notariat kontoruna gələrək razılıq ərizələri vermələrini də Cavabdeh1 tərəfindən təmin edilmişdir. Mübahisəli əmlakın alqı-satqısına dair bütün danışıqlar Cavabdeh1la Şərifli Rasim arasında olmuşdur. Həmin danışıqlar zamanı Cavabdeh1 mübahisəli əmlakın ona məxsus olduğunu, digər mülkiyyətçilərin isə formal olaraq adlarının daşınmaz əmlakın qeydiyyat vəsiqəsində qeyd edildiyini bildirərək alqı-satqı üçün zəruri olan bütün sənədləri hazırlayacağını bildirmişdir. Bundan sonra Cavabdeh1 mülkiyyətçilərin adından etibarnaməni və mülkiyyətçilərin arvadlarının nikah haqqında şəhadətnamələrini götürərək notariat kontoruna gəlmiş və mübahisəli əmlakın alqı-satqısına razılıq verilməsini təmin etmişdir. İddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından xəbəri olmadığını bildirsə də arvadı Bakı şəhərində yerləşən notariat kontorunda notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi vermişdir. İddiaçı və digər payçılar mübahisəli əmlakın alqı-satqısı ilə bağlı məlumatlı olmuşlar və həmin faktlar məhkəmə aktlarında öz təsdiqini tapmışdır. Bundan əlavə iddiaçı payçısı olduğu əmlakın satılması ilə bağlı məlumatlı olmadığını bildirsə də yeddi il ərzində mübahisəli əmlaka gələrək həmin əmlakla maraqlanmamışdır. İddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmə müddəti qanunvericilikdə bir il nəzərdə tutulsa da yeddi ilə yaxın müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. O, iddiaçı tərəfindən mübahisələndirilmiş xx xxxxxx 2012-ci il tarixli reyestrdə 4Ə- 2/548 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın qanuni əsaslarla verildiyindən və hazırkı iddia tələbi ilə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X13 izahat verərək göstərmişdir ki, o, keçmiş Bakı “Malqaratədarükemalı” X4 yardımçı təsərrüfatında mühasib vəzifəsində işləmişdir. Müəssədə işlədiyindən ona da pay ayrılmış və özəlləşdirmə zamanı onun da adı payçı kimi qeydə alınmışdır. Cavabdeh1 birgə mülkiyyətlərində olan əmlakın uzun müddət istifadəsiz qaldığından və fayda əldə edə bilmədiklərindən həmin əmlakı girov qoyaraq pul götürüb istifadə edərək gəlir götürməyi ona təklif etmişdir. O, da Cavabdeh1 inanaraq birgə mülkiyyətlərində olan əmlakın girov qoyularaq kredit götürülməsinə şifahi razılıq vermişdir. Sonradan eşitmişdir ki, birgə mülkiyyətlərində olan əmlak onun da verdiyi etibarnamə əsasında Rasim Şərifli tərəfindən oğlu Cavabdeh2 satılmışdır. O, birgə mülkiyyətlərində olan əmlakı satmaq və ya həmin əmlakla əlaqədar sərəncam vermək barədə Cavabdeh1 etibarnamə verməmiş və elə bir etibarnaməni imzalamamışdır. İsmayıllı rayon notariat kontoru tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli reyestrdə 4Ə-2/548 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi və həmin alqısatqı müqaviləsi əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış əsassızdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə cavabdehlər Cavabdeh2, Qəbələ rayon notariat kontorunun, İsmayıllı rayon notariat kontorunun, üçüncü şəxslər X1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin nümаyəndəsinin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh2 apelyаsiyа şikаyəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İsmayıllı rayon Məhkəməsinin qətnaməsini əsassız hesab edir. Belə ki, iş üzrə İddiaçı iş üzrə Cavabdeh1 ilə yaxın qohum (cavabdeh İsmayılın həyat yoldaşı İddiaçı doğma bacısıdır) olmaqla çox yaxın və isti münasibətdədirlər. İsmayıllı Qəbələ yolunun 1.5 ci km.də yerləşən Əmlak kompleksi kimi müəssisə xx xxxx 2005 ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1, İddiaçı,X1, X7 ümumi birgə mülkiyyətlərində olmuşdur. 2008-ci ildə Cavabdeh1, əvvəlcədən tanıdığı və normal münasibətlərdə olduğu X11, sözügedən əmlak kompleksinin ona məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. X16, qeyd olunan daşınmaz əmlakın dəyərini bir dəfəyə deyil hissə-hissə ödəməklə almaq istədiyini bildirmiş və Cavabdeh1 onunla razılaşmışdır. Bu məqsədlə X16, Cavabdeh1 2008 ilkin ödəniş etdikdən sonra, Cavabdeh1 xx xxxxxx 2008 ci il tarixdə X10 adına baş etibarnamə vermişdir. Həmin etibarnamə verilən zaman sözügedən daşınmaz əmlakın qeydiyyat vəsiqəsində Cavabdeh1 əlavə digər üç nəfərin mülkiyyətçi kimi qeyd olunduğunu gördükdə, Rasim Şərifli həmin şəxslərin alqı-satqıya razı olub-olmadıqlarını Cavabdeh1 soruşmuş, Cavabdeh1 isə həmin üç nəfərin (İddiaçı, B.Zülfıyev və A.Vəliyev) adlarının qeydiyyat vəsiqəsində formal olaraq mülkiyyətçi kimi qeyd olunduğunu, əslində əmlakın yeganə sahibinin özü olduğunu və alqı satqı zamanı həmin şəxslərin heç bir etirazının olmayacağını, eyni zamanda alqı-satqıda iştiraklarını təmin edəcəyini bildirmişdir. Cavabdeh1 əvvəlcədən tanıdığından Rasim Şərifli ona inanaraq razılaşmışdır. Rasim Şərifli tərəfindən 2010-cu ilə qədər qeyd olunan daşınmaz əmlakın dəyərinin əksər hissəsi Cavabdeh1 ödənilmiş 2010-cu ildə sözügedən daşınmaz əmlak Cavabdeh1 tərəfindən faktiki olaraq Rasim Şərifliyə təhvil verilmişdir. 2012-ci ildə X20 Mikayılov həmin əmlakın dəyərini tam ödədikdən sonra sözügedən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini tələb etmiş və Cavabdeh1 digər mülkiyyətçilərin adlarından Rasim Şəriflinin adına xx xxxxxxxx 2012-ci il tarixli baş etibarnamə vermişdir. Daha sonra Cavabdeh1 birgə mülkiyyətçilərin (A.Vəliyev istisna olmaqla) nikah haqqında şəhadətnamələrini və sözügedən daşınmaz əmlakın satılmasına dair həyat yoldaşlarının notarial qaydada təsdiq olunmuş razılıq ərizələrinin verilməsini təmin etmişdir. X19 dəyərini əvvəlcədən ödədiyi sözüdən daşınmaz əmlakı birgə mülkiyyətçilərin adından verilmiş etibarnamələr əsasında xx xxxxxx 2012-ci il tarixdə İsmayıllı notariat kontorunda bağlanmış 4Ə-2/548 nömrəli reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən öz oğlu Cavabdeh2 adına rəsmiləşdirmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-dən xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. 2010-cu ildən Rasim Şəriflinin və ailə üzvlərinin faktiki sahibliyində və sərəncamında olan sözügedən daşınmaz əmlakla bağlı 2017-ci ilədək keçmiş mülkiyyətçilərin heç biri tərəfindən hər hansı bir irad və fikir bildirilməmiş və ümumiyyətlə sözügedən daşınmaz əmlakla maraqlanan olmamışdır. 2017-ci ildə Rasim Şərifli xərçəng xəstəliyinə tutulduqdan sonra onun yataq xəstəsi olduğunu bilən Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X12, X2, İddiaçı, Azərbaycan Respublikası ƏMDK-nin DƏDRX-nin 9 saylı ərazi idarəsinə və İsmayıllı rayon Notariat kontoruna qarşı “xx xxxxxx 2012-ci il tarixdə bağlanmış 4Ə-2/548 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Daşınmaz əmlakın dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi” tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. İsmayıllı rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(037)-292/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(037)-436/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili X14 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(037)-436/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili X17 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(037)-436/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər proses iştirakçıları təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərinin üzürlü olması barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(037)- 436/2019 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş İqtisadi İnkişaf Nazirliyi Dövlət X15 və Özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx xxxx 2005-ci il tarixli 003967 qeydiyyat nömrəli şəhadətnamənin surətindən görünür ki, ümumi satış qiyməti əlli milyon on səkkiz min manat olan İsmayıllı şəhəri, Bakı “Malqaratədarükemalı” X4 yardımçı təsərrüfatını özəlləşdirmək üçün dövlət büdcəsinə Cavabdeh1, X13, X3 və İddiaçı tərəfindən iyirmi doqquz milyon yeddi yüz altmış bir min iki yüz manat məbləğində vəsait ödənilərək özəlləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Şamaxı rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2008-ci il tarixli ƏN-İ N101768 nömrəli reyestrdə 7E-6/3057 nömrə ilə qeydə alınmış Cavabdeh1 tərəfindən X11 verilmiş etibarnamənin surətindən görünür ki, İsmayıllı şəhəri, İsmayıllı-Qəbələ yolunun 1.5 km-də yerləşən qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair Cavabdeh1 tərəfindən X11 beş il müddətinə etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş, xx xxxxxxxx 2012-ci il tarixli ƏN-İ N067796 nömrəli reyestrdə 7E 9275 nömrə ilə qeydə alındığı və X3, X13 və İddiaçı adından onların verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndələri Cavabdeh1 X11 verdiyi qeyd edilən etibarnamədə İsmayıllı şəhəri, İsmayıllı-Qəbələ yolunun 1.5 km-də yerləşən qeyri yaşayış sahəsinin X3, X13 və İddiaçı payına düşən hissənin özgəninkiləşdirilməsi üçün X3, X13 və İddiaçı verdikləri etibarnamə əsasında hərəkət edən nümayəndələri Cavabdeh1 X11 iki il müddətinə etibar etdiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2012-ci il tarixli 4Ə-2/548 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixdə verilmiş 3377 nömrəli arayışa əsasən İsmayıllı-Qəbələ yolunun 1.5 kmdə yerləşən 1986-cı ildə tikilmiş bir mərtəbəli ümumi sahəsi 1419.4 kv.m olan Liter A,B,C olan Cavabdeh1, X13, X3 və İddiaçı birgə mülkiyyətində olan əmlak kompleksi xx xxxxxx 2012-ci il tarixli 4Ə-2/548 nömrəli alqısatqı müqaviləsi əsasında Cavabdeh1 verdiyi etibarnamə əsasında hərəkət edən Rasim Şərifli tərəfindən 80000 manata oğlu Cavabdeh2 satılmışdır. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, İsmayıllı-Qəbələ yolunun 1.5 km-də yerləşən 0.1529 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 1386.1 kv.m olan əmlak kompleksi kimi müəssə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2014-cü il tarixli 407-1928/491 inventar nömrəli Texniki pasportun surətindən görünür ki, İsmayıllı-Qəbələ yolunun 1.5 km-də yerləşən 1986-cı ildə tikilmiş bir mərtəbəli ümumi sahəsi 1419.4 kv.m olan Liter A,B,C olan əmlak kompleksi kimi müəssə hüquq subyekti kimi Cavabdeh2 adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(037)-292/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən edilir ki, Cavabdeh1 Cavabdeh2, üçüncü şəxslər X13, X3, İddiaçı, X9, İsmayıllı rayon notariat kontoru və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı xx xxxxxx 2012-ci il tarixli AN-ı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş RX seriyalı ******* saylı xx xxxxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindəbn çıxarışın və Cavabdeh2 iləı X9 arasında bağlanmış xx xxxx 2015ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və əmlakın ona qaytarılması tələbinə dair iddiası təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(107)-1981/2017 saylı qətnaməsindən müəyyən edilir ki, İsmayıllı rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(037)292/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respyublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 4344 nömrəli qərarından müəyyən edilir ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(107)1981/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli 18864 nömrəli Məhkəmə Ekspertia Mərkəzinin ekspert rəyindən müəyyən edilir ki, xx xxxxxxxx 2012-ci il tarixli ƏN-İ N067796 nömrəli reyestrdə 7E 9275 nömrə ilə qeydə alınmış etibarnamədə “İMZA” qrafasında əks olunan imza – Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Müəyyən edilmişdir ki, İsmayıllı - Qəbələ yolunun 1.5 km-də yolun cənub hissəsində yerləşən, ümumi sahəsi 1397.3 kv.m olan 200 başlıq tövlə, idarə və xidmət sahələrindən ibarət, İsmayıllı şəhəri, keçmiş Bakı “Malqaratədarükemalı” X4 yardımçı təsərrüfatı Cavabdeh1, Allahverdi Vəliyev, Bilal Zülfiyev və İddiaçı tərəfindən dövlət əmlakı kimi 29761200 AZM-ə satın alınmış və birgə mülkiyyət hüquqları İqtisadi İnkişaf Nazirliyinin Dövlət X15 və Özəlləşdirilməsi Departamenti tərəfindən xx xxxx 2005-ci il tarixli 6 nömrəli reyestr kitabının 77-ci səhfəsində 003967 qeydiyyat nömrəsi ilə qeydə alınaraq dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 003967 saylı şəhadətnamə verilmişdir. Şamaxı rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2008-ci il tarixli ƏN-İ N101768 nömrəli reyestrdə 7E-6/3057 nömrə ilə qeydə alınmış və Qəbələ rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxxxx 2012-ci il tarixli ƏN-İ N067796 nömrəli reyestrdə 7E 9275 nömrə ilə qeydə alınmış etibarnamələr əsasında İsmayıllı şəhəri, İsmayıllı-Qəbələ yolunun 1.5 km-də yerləşən 1986-cı ildə tikilmiş bir mərtəbəli ümumi sahəsi 1419.4 kv.m olan Liter A,B,C olan əmlak kompleksi İsmayıllı rayon notariat kontorunda bağlanmış xx xxxxxx 2012-ci il tarixli 4Ə-2/548 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən verilən etibarnamə əsasında hərəkət edən X16 tərəfindən 80000 manata Cavabdeh2 satılmışdır. DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışla İsmayıllı şəhəri, İsmayıllı-Qəbələ yolunun 1.5 km-də 0.1529 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 1386.1 kv.m olan əmlak kompleksi kimi müəssə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. Alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin normaları ilə tənzimlənir, alqı-satqı müqavilənin anlayışı isə Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulub. Həmin maddənin mənasına görə, alqı-satqı müqaviləsi üzrə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddənin mənasına görə, alqı-satqı müqaviləsi hər zaman konsensual xarakterlidir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəldikləri andan alqı-satqı müqaviləsi bağlanmış hesab edilir. Həmçinin alqı-satqı müqavilənin etibarsızlığı dedikdə- onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda alqı-satqı müqaviləsi müəyyən hüquqi nəticə doğurmaya bilər. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsində tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir. Bu baxımdan alqı-satqı müqaviləsinin etibarlılığı üçün: alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi; alqı-satqı müqaviləsinin məzmununun qanunilyi; alqı-satqı müqaviləsi üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; alqı-satqı müqaviləsinin formasının qanuniliyi şərtlərinin olması zəruridir. Alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi alqı-satqı müqaviləsinin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur. Alqı-satqı müqaviləsinin məzmunu dedikdə alqı-satqı müqaviləsində əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Bundan başqa alqı-satqı müqaviləsində iradə və iradə ifadəsinin vahidliyi, yəni üst-üstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, alqı-satqı müqaviləsi mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxsin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi) (Mülki Məcəllənin 339.1, 339.2, 339.3, 339.4-cü maddələri). Birinci instansiya məhkəməsi hazırkı iddia tələblərinin təmin edərkən, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İlham Hacıyev tərəfindən Cavabdeh1 əmlakı satmaq üçün etibarnamə verilməmiş, Cavabdeh1 birgə mülkiyyətdə olan əmlakın satılmasıbarədə digər payçıların ona etibarnamə verməsinə dair alıcıya verdiyi etibarnaməni imzalamamışdır. Cavabdeh1 mübahisəli əmlakı satmaq niyyəti olmamışdır. İlham Hacıyevin mübahisəli obyektin alqı-satqısından xəbəri olmamışdır. İlham Hacıyev hüquqlarının pozulmasını öyrəndikdən sonra qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmiş və qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. İddiaçının tələbi həm də onun mülkiyyət hüququnun həyata keçirilməsində baş vermiş pozuntuların aradan qaldırılması haqqındadır. Ona görə də hazırkı iddia tələbi ilə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsi barədə Cavabdeh2 nümayəndəsinin vəsatəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 377.1-ci -ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Aşagıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materialları ilə tam təsdiq olunur ki, mübahisə predmeti olan obyekt 2010cu ildən Cavabdeh2 atası Rasim Şəriflinin istifadəsi və sahibliyində olmuş, xx xxxxxx 2012-ci ildə bağlanmış alqı-satqı müqaviləsindən sonra da Cavabdeh2 mülkiyyətinə keçməklə onun istifadəsi və qanuni sahibliyində olmuşdur. Yəni, həmin obyekt alıcıya təhvil verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, sözügedən alqı-sаtqı müqаviləsi аlıcı və sаtıcı tərəfindən imzаlаnmış, əmlаkın dəyəri (80.000 manat) ödənilmiş, rəsmi nikahda оlаn birgə mülkiyyətçilərin аrvаdlаrı Kаzımоvа Xurаmаn Hаcı qızı, Zülfiyevа Svetа Sədi qızı, Kаzımоvа Mirbəsirə Mirsаlаm qızının nоtаriаt qаydаsındа təsdiq оlunmuş rаzılıq ərizələri аlınmışdır. Bu da onu göstərir ki, İddiaçı оğlu və digər mülkiyyətcilər, onların arvadları mübahisə predmeti olan əmlаk kоmpleksinin satılmasından xəbərləri olmuş və onların mübahisəli əmlakın satılması barədə razılıqları olmuşdur. Hətta, iş materiallarından o da müəyyən olunur ki, Cavabdeh2 öz mülkiyyətində olan obyekti bir il müddətinə, yəni xx xxxx 2015-ci il tarixdən xx xxxx 2016-ci ilədək başqa şəxsin mülkiyyətinə verilmişdir. Hazırkı iş üzrə iddiaçının və Cavabdeh1 və üçüncü şəxslərin mübahisə predmeti olan əmlaka dair alqı-satqı müqaviləsinin bağlanarkən məlumatları olması qanuni qüvvəsini almış məhkəmə qərarları ilə də öz təsdqini tapmışdır. (işə əlavə olunmuş İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnamələrinin surətləri). Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 82.3.-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşdən görünür ki, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasından təxminən 7 il sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti ötürmüşdür. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, əslində kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verənhalları bilib və ya bilməli idi; ikincisi, həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Birinci instansiya məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, İddiaçı hüququnun pozulduğunu bildiyi vaxtdan məhkəməyə müraciət etməsini və tələbin həm də iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsində baş vermiş pozuntuların aradan qaldırılması haqqında olmasını qeyd etməklə səhv nəticəyə gəlmişdir. Göstərilənlərdən belə nəticə hasil olur ki, qeyd olunan alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmuş olsa belə, iddiaçı həmin müqavilənin etibarsızlığını mübahisələndirilməsinin qanunla müəyyən edilmiş müddətini ötürmüşdür. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin385.1.1, 385.1.2-ci maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında baxılması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(037)-436/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-436/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qəbələ rayon notariat kontoru, İsmayıllı rayon notariat kontoru, üçüncü şəxslər X13, X3 və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması, RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar