Məhkəmə qərarları › İş №2(107)-308/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-308/2022

05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-308/2022 05.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı ASC-yə qarşı “20.11.2014-cü il tarixli 5-G-1-0-3909-14 saylı kredit müqaviləsi üzrə əsas borcun İddiaçı ASC tərəfindən illik 1% olmaqla 5 il müddətinə restrukturizasiya olunması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(025)-324/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 20 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 14727,01 manat əsas, 11616,18 manat faiz, 1673,78 manat cərimə və kredit müqaviləsi üzrə 20.11.2019-cu il tarixdən 12.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 844,45 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 28861,42 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətindəki Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinə 0,07 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinə 0,07 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinə 0,07 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1 və Cavabdeh2 Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinə 0,07 ha torpaq sahəsi ilə birlikdə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X3 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı ASC-yə qarşı “20.11.2014-cü il tarixli 5-G-1-0-3909-14 saylı kredit müqaviləsi üzrə əsas borcun Yelo Bank ASC tərəfindən illik 1% olmaqla 5 il müddətinə restrukturizasiya olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" İKB ASC ilə onun arasında 20.11.2014-cü il tarixli 5-G-1-0-3909-14 saylı kredit müqaviləsinə əsasən yaranmış 14727,01 manat kreditin qalıq məbləğinin cavabdeh İddiaçı tərəfindən fərmanın qaydalarına əsasən illik 1% olmaqla 5 illik restrukturizasiya olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 07 oktyabr 2021-ci il tarixli, 2(025)- 324/2021 nömrəli qətnaməsinə əsasən ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 14427,01 manat əsas, 11616,18 manat faiz borcu, 1400 manat cərimə borcu və 20.11.2019-cu il tarixdən 12.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 842,71 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 28285,9 (iyirmi səkkiz min iki yüz səksən beş manat doxsan qəpik) manat məbləğində kredit borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətindəki Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinə və 0,07 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinin və 0,07 ha torpaq sahəsinin birlikdə açıq hərracda ilkin satış qiyməti (likvid dəyəri) 94 000 (doxsan dörd min) manat müəyyən edilməsi, fərdi yaşayış evi və torpaq sahəsi birlikdə satılması və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ cavabdeh, mülkiyyətçi Cavabdeh1 qaytarılması, fərdi yaşayış evi və torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evini və 0,07 ha torpaq sahəsini tərk etməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “20.11.2014-cü il tarixli 5-G-1-0-3909-14 saylı kredit müqaviləsi üzrə əsas borcun Yelo Bank ASC tərəfindən illik 1% olmaqla 5 il müddətinə restrukturizasiya olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 200 (iki yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı ASC və Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəfələr məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. İddiaçı ASC 21 fevral 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə “apellyasiya şikayətindən imtinaya” dair ərizə ünvanlayaraq Cavabdeh1 ilə bank arasında məhkəmədən kənar razılıq əldə olunduğunu, bu səbəbdən apellyasiya şikayətindən imtina olunması zərurəti yarandığını bildirmişlər. Ona görə də İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair 2(107)-30S/2022 nömrəli mülki iş üzrə Cavabdeh1 ilə bank arasında məhkəmədən kənar razılıq əldə olunduğundan apellyasiya şikayətindən imtina olunması və mülki iş üzrə apellyasiya icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Bundan sonra həmçinin Cavabdeh1 22 fevral 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq hazırda bankla razılaşmalarının olduğunu və Banka 15.000 manat ödəməklə borcunu tam bağladığını, bankla aralarında mübahisə qalmadığını, borcun olmaması ilə bağlı Bankdan arayış aldığını bildirmişdir. Ona görə də qeyd edilənlərə əsasən apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3. maddəsinə görə, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4. maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Mülki Prosessual Məcəllənin 191-ci maddəsi iddiaçının iddiadan imtinasının, cavabdehin iddianı etirafının qəbul olunmasının və barışıq sazişinin təsdiq edilməsinin qaydalarını və nəticələrini nəzərdə tutur. Deməli apellyasiya şikayətindən imtina qanuna zidd olmadıqda, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadıqda məhkəmə imtinanı qəbul etməli və apellyasiya icraatına xitam verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayətlərindən imtinası onların sərbəst iradə ifadəsini əks etdirir, imtinalar qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtinalar qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC və Cavabdeh1 apellyasiya şikayətindən imtinaları qəbul edilsin. İddiaçı ASC və Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(025)-324/2021 nömrəli qətnaməsindən vermiş olduqları apellyasiya şikayətləri üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar