Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-3124/2019 18.12.2019 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nin Zaqatala X1rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)-146/2019 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh İB-nin Zaqatala RQİİ-nə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiаsı təmin edilmişdir. Həmin qətnаmə ilə Cavabdeh İB-nin Zaqatala RQİİ-nin xx xxxxxxx 2018-ci il tarixli 283-K saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki, Ağdaş rayonu üzrə X22 və Satışı Xidmətinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə bərpa edilməsi və məcburi proqula görə əmək haqqının ödənilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh İB-nin nümayəndəsi X6 аpelyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İB tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi əsassız hesab olunub təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və onun vəkili Abdullayev Ehtibar Vaqif oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı və onun vəkili Abdullayev Ehtibar Vaqif oğlunun kassasiya şikayəti təmin edilərək Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İşin halları İddiaçı Cavabdeh Zaqatala X1rşı öz işinə bərpa olunması və məcburi proqula görə əmək haqqının ödənilməsi tələbinə dair iddia qaldırmışdır. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, o, cavabdeh Zaqatala RQİİ-nin xx xxxxxx 2018-ci il tarixli 107-K saylı əmri ilə bir il müddətinə Ağdaş rayonu üzrə X22 və Satışı Xidmətinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə işə qəbul edilmiş və bu barədə cavabdehlə aralarında xx xxxxxx 2018-ci il tarixli 106 saylı əmək müqaviləsi bağlanmışdır. Cavabdeh təşkilatın rəisinin xx xxxxxxx 2018-ci il tarixli 283-K saylı əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi) onunla bağlanmış əmək müqaviləsi ləgv edilərək tutdugu vəzifədən azad edilmişdir. İşdən azad olunması barədə əmrin surətini xx xxxxxxx 2018-ci il tarixdə almışdır. Cavabdeh təşkilatın onun işdən azad olunması barədəki əmrini qanunsuz hesab edir. Fikrinçə, əmr ləğv edilərək işinə bərpa olunmalı, məcburu proqula görə ona əmək haqqı ödənilməlidir. Belə ki, cavabdeh onu işdən azad edərkən qanunvericilik normalarına əsaslanmamışdır. O, 2009-cu ildən Qaz İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. Məcburi köçkündür. Ailəsini tək dolandırır, himayəsində insanlar var. Həmkarlar ittifaqının iclası olmadan cavabdeh onu işdən çıxartmışdır. Cavabdeh onu işdən çıxaranda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini yazsa da, əmək kitabçasında əmək vəzifələrinin kobud şəkildə pozulması əsasında işdən azad olunması göstərilmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X11 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək funksiyalarını pozduguna görə, əvvəllər işə götürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çaxrmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozduguna görə müdiriyyətin xx xxxxxxx 2018-ci il tarixli 283-K saylı əmri ilə tutdugu vəzifədən azad edilmişdir. Həmkarlar İttifaqının razılığının alınması ilə bağlı hazırlıq işləri aparılır. Məhkəmə iclası təxirə salınsa həmin sənədlər təqdim olunacaqdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Qətnаmədən Cavabdeh nümayəndəsi X6 tərəfindən аpelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi hazırkı qənaətə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79, 80-ci maddələrinə istinad etməklə iddiaçının işdən azad edilməsi zamanı Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin pozulduğunu və Həmkarlar təşkilatının razılığı alınmadan həyata keçirildiyini bildirmişdir. Lakin, birinci instansiya məhkəməsi hazırkı qənaətə gələrkən iş üzrə hərtərəfli, obyektiv araşdırma aparmadığından sonda düzgün olmayan nəticəyə gəlmişdir... İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli SOCAR **********00040020A00016 saylı əmri ilə Ağdaş xidmət sahəsi Ağsu Regional X10 tabeçiliyindən çıxarılaraq Zaqatala Regional X10 tərkibinə verilmişdir. Bununla əlaqədar Zaqatala RQİİ ilə bağlanılmış xx.xx.2018-ci il tarixli 106 saylı əmək müqaviləsinə və əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli 107/k nömrəli əmrə əsasən İddiaçı Ağdaş rayonu üzrə TQQSX-nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə təyin edilmişdir. İddiaçı 2018-ci ilin 10 ay ərzində əmək fəaliyyəti zamanı mütəmadi olaraq əmək müqaviləsi və peşə təlimatı ilə üzərinə düşən peşə öhdəliklərini və əmək funksiyalarını kobud şəkildə pozmuş, onun təqsirli hərəkətləri müəssisəyə xeyli miqdarda zərər vurulmasına şərait yaratmış, xidməti ərazisində aşkar edilmiş nöqsanlar barədə əvvəlcədən müəssisəyə məlumat verməmiş, nəticədə işəgötürən tərəfindən barəsində bir neçə dəfə intizam tənbehi tətbiq edilmişdir. Belə ki, İddiaçı xidməti ərazisində istehlakçıların qaz hesablarında istehlak etdikləri təbii qazın dəyərinin ödənişinin təmin edilməsində və bununla bağlı digər tədbirlərin görülməsində nöqsanlara yol verdiyindən RQİİ-nin xx.xx.2018-ci il tarixli 108/Ü saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən ona "töhmət", daha sonra xidməti ərazisində qeyri-qanuni qazdan istifadə halları aşkar edildiyindən və bununla bağlı əvvəlcədən tədbirlər görmədiyindən RQİİ-nin 177/Ü saylı xx.xx.2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən "sonuncu xəbərdarlıqla şiddətli töhmət" elan edilmişdir. Daha sonra xidməti ərazisində debitor borcların yığımını təşkil etmədiyindən və sayğac göstəricilərini təhrif etdiyindən RQİİ-nin xx.xx.2018 tarixli əmri ilə 202/Ü saylı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "c" bəndinə əsasən əmək haqqının ¼-i məbləğində cərimə edilmişdir. Bundan əlavə, 2018-ci ilin sentyabr ayının nəticələrinə əsasən İddiaçı sahəsində iki istehlakçının mənzilində istismarda olan qaz sayğacına müdaxilə edilməklə 15120 m3 və ya 3024 manat məbləğində maddi ziyan vurulduğu, iki istehlakçının qaz hesabında 347 m3 əlavə sərfiyyatın yükləndiyi və bir istehlakçının qaz sayğac qayka birləşməsində plombun olmadığı müəyyən edilmişdir. Ümumilikdə isə 2018-ci il ərzində İddiaçı xidməti sahəsində RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən seçmə üsul ilə aparılan yoxlamalar zamanı 24 fakt üzrə qazdan istifadə qaydalarının pozulması halları aşkar edilərək, nəticələri müvafiq qaydada sənədləşdirilməklə qaz paylayıcısına təkçə istismara yararsız vəziyyətə gətirilən qaz sayğaclarının dəyəri istisna olmaqla itirilmiş təbii qazın həcminə görə 97458 m3 və ya 17468,40 manat həcmində maddi ziyan dəymişdir. Beləliklə, İddiaçı fəaliyyəti dövründə əmək müqaviləsi və peşə təlimatı üzrə əmək funksiyalarını kobud şəkildə pozduğuna, yol verdiyi səhvlərə, nəticədə işəgötürənə mühüm zərər vurduğuna və əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehlərindən nəticə çıxarmadığına görə Həmkarlar təşkilatının onun işdən azad edilməsinə razılıq verilməsinə dair xx.xx.2018-ci il tarixli 01 saylı rəyi nəzərə alınaraq Zaqatala RQİİ-nin xx.xx.2018-ci il tarixli 283/k saylı əmrilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə məlumat xx.xx.2018-ci il tarixli “11YXL70004X0” nömrəli “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Əmək müqaviləsinə xitam verildiyindən əmrin surəti, əmək kitabçası və son haqq-hesab Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə uyğun olaraq sonuncu iş günü İddiaçı təqdim edilmişdir. Zaqatala RQİİ-nin təsdiq etdiyi “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlərin peşə təlimatı”ndan və əmək müqaviləsindən irəli gələn öhdəlik ondan ibarətdir ki, rəhbərlik tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq öz xidməti ərazisində ayda bir dəfə olaraq sayğac göstəricilərinin çıxarılması və bildirişlərin vaxtlı-vaxtında əhali və qeyri-əhali abonentlərə təqdim edilməsi, istifadə olunmuş qazın dəyər məbləğinin yalnız poçt və ya bank vasitəsilə ödənilməsinin təmin edilməsi, müqaviləyə əsasən bildirişlərin təqdim edilməsindən bir ay ərzində qazın dəyəri ödənilmədiyi təqdirdə abonentlərə verilən qaz təminatının akt əsasında dayandırılmasından və xidmət üzrə digər tələblərdən ibarətdir. Həmçinin xidmət sahəsi üzrə qaz itkisinə yol verilməməsinə nəzarət etməli, mənzillərdə quraşdırılmış qaz sayğaclarının sazlığına nəzarət edilməsi, sayğaclara və plomblara müdaxilə, sayğacların sökülməsi, sındırılması zamanı dərhal qaz təminatını dayandırdıqda xidmət rəisinə məlumat verməlidir. Cavabdeh İB-nin xx.xx.2013-cü il tarixdə təsdiq etdiyi “Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğaclarına yerində baxış zamanı təbii qazdan qanunsuz istifadə halları (sayğaca və ya sayğacın yivli birləşməsinə vurulmuş plomba müdaxilə) aşkar edildikdə qaz təminatı dərhal dayandırılır. Beləliklə, daxil olmuş xidməti yazıda qeyd olunanların araşdırılmasının nəticəsi olaraq RQİİ-nin Ağdaş sahəsinin TQQ və SX-nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlərinin xidməti ərazilərdə yol vermiş olduqları bu nöqsanlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində və onlarla bağlanılmış əmək müqaviləsində müəyyən edilmiş öhdəliklərinin pozulması ilə bağlı həmin Məcəlləinin 70 maddəsinin "ç" bəndi ilə xitam verilməsinə əsas vermişdir. Bütün bunlara baxmayaraq, Zaqatala Rayon Məhkəməsi iş üzrə araşdırma aparmadan dərhal qətnamə çıxardığından mülki işdə olan materiallar və iclas protokolları ilə tanış olmağa şərait yaradılması məqsədilə cavabdehin nümayəndələri X11 və X6 xx.xx.2019-ci il tarixli ərizə ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və ərizədə əlaqə telefonları qeyd olunmuşdur. Lakin sözügedən ərizəyə rəsmi və ya qeyri-rəsmi heç bir münasibət bildirilməmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi X11 xx.xx.2019-cu ildə Zaqatala Rayon Məhkəməsinə teleqram ünvanayaraq, 2(033)-146/2019 saylı mülki işin materialları, protokollarıyla tanış olmaq istədiyini bildirmiş, lakin ona məhkəmə iclas protokolu ilə taniş olub ona qeydlər verməyə imkan verilməmişdir. Zaqatala Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2019-cu il tarixli 2(033)-146/2019 saylı qətnamə təqdim edildikdən sonra qətnamədən məlum olmuşdur ki, nümayəndənin izahatında reallığı əks etdirməyən məlumatlar qeydə alınmışdır. Belə ki, qətnamənin 2-ci səhifəsinin 2-ci abzasında nümayəndənin izahatında göstərilir: “Həmkarlar İttifaqının razılığının alınması ilə bağlı hazırlıq işləri aparılır, məhkəmə iclası təxirə salınsa həmin sənədlər təqdim olunacaqdır”. Bununla da cavabdehin nümayəndəsi iddiaçı işdən azad edilərkən həmkarlar ittifaqının razılığının qabaqcadan alınmamasını dolayısı ilə təsdiq etmişdir. Halbuki, məhkəmə iclasında X11 belə bir izahat verməmişdir və tamamilə yanlış qeyd edilmiş izahatdan ibarətdir. Əgər onun xx.xx.2019-cu il tarixli ərizəsi əsasında protokolollarla tanış olmağına şərait yaradılardısa, bu barədə protokolda hökmən sözügedən mübahisəli ifadələrlə bağlı qeydlərini verəcək və məhkəmənin protkollarda yanlış göstərdiyi izahata etirazını bildirəcəydi. Məhkəmə xx.xx.2019-cu il tarixli məktubda “Ramazan Şabanova iclas protokolları təqdim edilmiş, sonuncu məhkəmə iclas zalında protokollarla tanış olmuş, heç bir qeyd verməmişdir” bildirsə də, X13 Heydərovun iclasda verdiyi izahatına hər hansı qeyd verməsi prossesual qanunverciliyin tələblərinə ziddir. Ona görə də, məhkəmənin bu mövqedən çıxış etməsi düzgün olmamışdır. Bundan əlavə, qətnamənin 2-ci səhifəsinin 10-cu abzasında göstərilir ki, məhkəmə iclasında iş üzrə cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanılmış əmək müqaviləsinə xitam verilərkən həqiqətən Həmkarlar İttifaqının qabaqcadan razılığının alınmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlar məhkəmənin sübutların təqdim edilməsi ilə bağlı şərait yaratmamasından və mülki işin obyektiv araşdırmasına mane olmasından irəli gəlmişdir. Çünki məhkəmə iclası zamanı nümayəndənin verdiyi izahatlar tam təfsilatı ilə qətnamədə yer alımamış, əksinə, onun demədiyi fikirlər qətnamədə yer almışdır. İclas zamanı bütün sənədlərin təqdim edilməsi üçün fasilə və ya iclasın təxirə salmasını xahiş etsə də, məhkəmə iş üçün vacib əhəmiyyətli sənədlərin təqdim edilməsinə şərait yaratmamışdır. İddiaçı işdən azad edilərkən Həmkarlar təşkilatının razılığı alınmışdır və həmin razılığın alınmaması qeyri-mümkündür. Ən azından ona görə ki, cavabdeh müəssisə dövlət təşkilatı olmaqla, sənədləşmənin qanunverciliyin tələblərinə uyğun aparılması nəzarət altındadır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası MPM-in 273-274-cü maddələri əsasında xx.xx.2019-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinə “iş üzrə protokola yazılı qeydlərin əlavə edilməsi barədə” ərizə təqdim edilərək ərizədə qeyd olunanların nəzərə alınması və sənədlərin əlavə edilməsi xahiş edilmişdir. Zaqatala Rayon Məhkəməsi sözügedən ərizə əsasında xx.xx.2019-cu il tarixdə iclas çağırmışdır. Məhkəmə iclasında protokolda və qətnamədə cavabdehin nümayəndəsinin izahatının faktiki olaraq təhrif edilməklə qeydə alınması məhkəmənin diqqətinə çatdırılmışdır. Məhkəməyə təqdim edilmiş coxsaylı sübutlardan görünür ki, iddiacı işdən azad edilərkən əvvəlcədən həmkarlar təşkilatının rəyi alınmışdır. Hazırkı iş üzrə iddiaçı cavabdeh olduğu xidməti ərazisi üzrə qeydiyyatda olan bir sıra istehlakçılar tərəfindən qazdan qanunsuz istifadə edilməsinə göz yummaqla və onlara şərait yaratmaqla dövlət əmlakının talanması kimi qiymətləndirilən yuxarıda qeyd edilən halların mövcud olması dövlətin strateji maraqlarına, dövlət siyasətinin bu sahədəki icraçısı olan Cavabdeh İB-nin hüquqlarına, qanunla qorunan mənafelərinə, işgüzar nüfuzuna, eyni zamanda əhalinin dövlətə olan etimadına xələl gətirmişdir. Bu səbəbdən dövlət əmlakının talanmasına şərait yaradan şəxsləri qaz təsərrüfatından uzaqlaşdırmaqla onların bu əməllərinin qarşısı alınmaqdadır. Lakin iddiaçının yenidən işə bərpa edilməsi görülən tədbirlərin səmərəliliyinə mane olacaqdır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)-146/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş 25 01.2018-ci il tarixli 106 nömrəli əmək müqaviləsindən məlum olur ki, İddiaçı müddətli əmək müqaviləsi ilə xx xxxxxx 2018-ci il tarixdən bir il müddətinə cavabdeh X16 X4 rayonu üzrə X22 və Satiş Xidmətinə (əsas iş yeri kimi) qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə işə qəbul edilmişdir. İşə əlavə edilmlş xx xxxx 2018-ci il tarixli 83-Ü nömrəli əmrdən görünür ki, İddiaçı xidməti ərazisi Ağdaş rayonu Aşağı Zeynəddin kəndi, Ağdaş şəhəri 20 Yanvar kücəsi, Kamran Kərimov, Muxtar Əfəndizadə, Əli Bayramov və Şeyxzadə kücələrini əhatə etmişdir. İşə əlavə edilmiş cavabdeh təşkilatın xx xxxxxxx 2018-ci il tarixli 283-K saylı əmrindən məlum olur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi işəgötürənin əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə iş üzrə Cavabdeh İB-nin Zaqatala X14 İdarəsi işçi ilə əmək müqaviləsinə xitam verərkən Həmkarlar ittifaqının razılığını almamış, bununla da cavabdeh təşkilat öz işçisini işdən azad edərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalara əməl etməmiş və həmkarlar ittifaqının üzvü olan işçini həmkarlar ittifaqı təşkilatının razılığı olmadan işdən azad etmişdir. Belə оlаn hаldа iddiаçının iddiа tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası mülki işin materiallarını Ali Məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli qərarında şərh etdiyi hüquqi mövqeyi və göstərişləri kontekstində yenidən araşdıraraq bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh İB-nin Zaqatala RQİİ-nə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiası əsasslıdır və birinci instansiya məhkəməsi həmin iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh təşkilat iddiaçı ilə əmək müqaviləsini ləğv edib onu işdən azad etməsini iddiaçının öz əmək funksiyalarını lazımınca yerinə yetirməməsi, xidməti ərazisində bir sıra istehlakçılar tərəfindən qazdan qanunsuz istifadə edilməsi, qaz sərfiyyatının süni şəkildə azaldılması məqsədilə qaz sayğaclarına müdaxilə edilməsi hallarına göz yumması, bununla dövlət əmlakının talanmasına şərait yaratması ilə əsaslandırmışdır. Cavabdehin istinad etdiyi faktlara dair materiallardan görünür ki, idarə tərəfindən iddiaçının xidməti ərazisində aparılmış yoxlamalar zamanı Ağdaş şəhəri 20 Yanvar küçəsində Zərqələm Məmmədovanın yaşadığı ünvandakı sayğaca xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və ******* nömrəli akt tərtib edilmişdir. Aktda göstərilir ki, sayğacdankənar birləşmə aparılmaqla evə təbii qaz ötürülərək istifadə edilir. Bundan başqa, Ağdaş şəhəri Əfəndizadə küçəsində Afiq Qasımovun yaşadığı ünvanda qaz sayğacına xx.xx.2018-ci ildə baxış keçirilərək ******* nömrəli akt tərtib edilmişdir. Aktdan görünür ki, sayğacın hesablama mexanizmi yan tərəfdən əzilərək ona müdaxilə edilmişdir. Bundan əlavə, xx.xx.2018-ci il tarixdə Aşağı Zeynəddin kəndində Yaqub Qasımovun yaşadığı ünvanda qaz sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin aşağı hissəsində deşik açılmaqla qaz sayğacına müdaxilə edilmişdir. Bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Həmin tarixdə Ağdaş şəhəri 20 Yanvar küçəsində yaşayan Şahin Əliyevin ünvanındakı qaz sayğacına da baxış keçirilmiş və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, sayğacın hesablama mexanizmi sındırılmışdır. Yenə həmin tarixdə Ağdaş şəhəri Kamran Kərimov küçəsində Həmzə Umarovun yaşadığı ünvandakı sayğaca baxış keçirilmiş və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Aktdan görünür ki, sayğacın hesablama mexanizminin altından deşik açılmaqla ona müdaxilə olunmuşdir. Bundan başqa, Ağdaş şəhəri Üçqovaq küçəsində Vədihə Rəhimovanın yaşadığı ünvanda və həmin küçədə yaşayan Hikmət Məmmədovun evində quraşdırılmış sayğaclara baxış keçirilib 27.06. 2018-ci il tarixdə müvafiq olaraq ******* nömrəli və ******* nömrəli aktlar tərtib edilmişdir. Hər iki aktdan görünür ki, sayğacların hesablama mexanizmi yan tərəfdən əzilmişdir. Qeyd edilən tarixdə Kamran Rəhimov küçəsində Elçin İbrahimovun yaşadığı ünvanda sayğaca baxış keçirilərək ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilərək sayğaca müdaxilə edilmişdir. Eyni qaydada sayğaca müdaxiləyə həmin küçədə yaşayan Şükür Məmmədovun ünvanındakı sayğacda da yol verilmişdir. İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Ağdaş rayonu Aşağı Zeynəddin kənd sakini Nurəddin Əliyevin yaşadığı evin qaz sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablayıcı mexanizminin yan tərəfindən cızıqlar aşkar edilməklə ona müdaxilə olunmuşdur. Həmin tarixli ******* nömrəli aktdan görünür ki, kənd sakini Sahib Nəbiyevin evindəki qaz sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizmi keçən qaz həcmini qeyd etmir. Bundan əlavə, Ağdaş şəhəri 20 Yanvar küçəsində yaşayan Sənan Hacıyevin evindəki qaz sayğacına baxış keçirilmiş və xx.xx.2018-ci tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, sayğacın hesablama mexanizmi yan tərəfdən əzilmişdir. Eləcə də, Şeyxzadə küçəsində yaşayan Nuridə Əliyevanın adına olan sayğaca xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və ******* nömrəli akt tərtib edilmişdir. Hər iki aktan görünür ki, sayğacların hesablama mexanizmi yan tərəfdən əzilməklə onlara müdaxilə edilmişdir. xx.xx.2018-ci il tarixdə həmin kənddə yaşayan Gündüz Abubəkirovun ünvanındakı sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, hesablama mexanizminin qoruyucusu aşağı tərəfindən deşilmişdir. Bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Bundan əlavə, həmin küçədə Məhərrəm Məhərrəmovun yaşadığı evdə quraşdırılmış sayğaca xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Bundan əlavə, xx.xx.2018-ci il tarixdə Aşağı Zeynəddin kəndində yaşayan Eyvaz Nəsirovun ünvanındakı sayğaca baxış keçirilmiş və sayğacdan çıxan plastmas boruda deşik açılması müəyyən edilərək ******* nömrəli akt tərtib edilmişdir. Qeyd edilən tarixdə həmin kənddə Sahib Nəbiyevin yaşadığı ünvandakı qaz sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, qaz sayğacından kecən qaz qeydiyata alınmır və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. xx.xx.2018-ci il tarixdə Ağdaş şəhəri 20 Yanvar küçəsində Məlikə Mahmudovanın yaşadığı ünvanda olan sayğaca baxış keçrilmiş və ******* nömrəli akt tərtib edilmişdir. Aktdan görünür ki, sayğacdan çıxan plastmas borudan deşik açılmaqla sayğaca müdaxilə olunmuşdur. Həmin tarixdə Üçqovaq küçəsində yaşayan Yalçın Məmmədovun ünvandakı qaz sayğacına baxış keçirilərkən onun hesablama mexanizminin qoruyucu örtüyünün gövdəsindən aralanması müəyyən edilərək bu barədə akt tərtib edilmişdir. Qaz işciləri Aşağı Zeynəddin kəndində xx.xx.2018-ci il tarixdə Nazim Bayramovun ünvanındakı sayğaca baxış keçirərkən sayğacın hesablama mexanizminin keçən qazı qeydə almaması müəyyən edilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin gün kənd sakini Niftalı Nəsirovun yaşadığı ünvandakı qaz sayğacına baxış keçirilmiş və bu barədə ******* nömrəli akt tətib eilmişdir. Aktdan görünür ki sayğacın hesablama mexanizmi əzilməklə ona müdaxilə edilmişdir. Kənd sakini Qüddəsər Məmmədovun yaşadığı ünvanda da sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin üzərinə şirə tökülməsi və nəticədə ora yığılan həşəratların mexanizmin işləməsinə imkan verməməsi aşkar edilmiş, bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Eyni qayda ilə sayğaca müdaxilə edilməsi kənd sakini Elçin Qarakişiyevin yaşadığı ünvanındakı sayğaca baxış keçirilərkən də aşkar edilmiş və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Kənd sakini Əli Şahməmmədovun yaşadığı ünvanda sayğaca baxış zamanı sayğacın hesablama mexanizminin əzilməsi ilə ona müdaxilə edilməsi aşkar edilmiş və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, Ağdaş rayonu Aşağı Zəynəddin kənd sakinləri Gündüz Abubəkirov, Yaqub Qasımov, Ağdaş şəhəri 20 Yanvar küçəsində yaşayan Şahin Əliyev və həmin küçədə yaşayan Məlikə Mahmudovanın ünvanlarındakı sayğaclara müdaxilə olması ilə əlaqədər İddiaçı tərəfindən İdarəyə məlumat verilməsinə və müdaxilələrin aradan qaldırılması ilə bağlı tədbir görülməsinə baxmayaraq sonrakı aylarda həmin ünvandakı sayğaclarda yenidən müdaxilə hallarına yol verilmiş, lakin sonrakı müdaxilələr İddiaçı tərəfindən deyil, yaradılmış komissiya tərəfindən aşkar edilərək sənədləşdirilmişdir. İş materiallarından həmçinin görünür ki, 2018-ci ildə X21 X9 X10 tabeliyinə verildikdən sonra iddiaçının barəsində 10 ay ərzində 4 dəfə intizam tənbehi tətbiq olunmuşdur: - xx.xx.2018-ci il tarixli 108-Ü saylı əmrləƏmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinəəsasən "töhmət"; - xx.xx.2018-ci il tarixli 177-Ü saylı əmrləƏmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinəəsasən "sonuncu xəbərdarlıqla şiddətli töhmət"; - xx.xx.2018 tarixli 202-Ü saylı əmrləƏmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "c" bəndinəəsasən əmək haqqının ¼-i məbləğində cərimə; - xx.xx.2018-ci il tarixli 283-K saylı əmrləƏmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinəəsasən əmək müqaviləsi ləğv edilmişdir. Əmək müqaviləsinin ləğv edilməsinin konkret əsası kimi isə işçinin əmək funksiyasını pozduğuna görəəvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozması göstərilmişdir. Bu əsas Əmək Məcəlləsinin 72-ci maddəsinin ə) bəndində nəzərdə tutulmuşdur. İddiaçı əmək müqaviləsinin ləğvinə dair cavabdehin əmrinin qanunsuz olduğunu bildirərək “işə bərpa və məcburi proqula görəəmək haqqının ödənilməsi tələbinə dair” iddiаərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddianı əsaslı sayaraq təmin etmiş və bu zaman işəgötürən tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin pozulmasına, yəni əmək müqaviləsi ləğv edilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmamasına istinad etmişdir. Əvvəlki apelyasiya baxışı zamanı cavabdeh, həmkarlar ittifaqı təşkilatının iddiaçı ilə bağlanmışəmək müqaviləsinin ləğvinə razılıq verməsinə dair xx.xx.2018-ci il tarixli protokolunu təqdim etmiş və apelyasiya instansiyası məhkəməsi həmin protokolu əsas götürərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, iddianın rədd olunması barədə yeni qətnamə çıxarmışdır. Həmkarlar təşklatının protokolunda əmək müqaviləsinin ləğvinə münasibət bildirilməsi barədə müdiriyyətin məktubunun müzakirə olunduğu vəəmək müqaviləsinin ləğvinə etiraz olunmadığı göstərilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, Əmək Məcəlləsinin 80ci maddəsində həmkarlar ittifaqının üzvü olan işçi iləəmək müqaviləsini ləğv etmək istəyən işəgötürənin həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına məktubla deyil, əsaslandırılmış yazılı təqdimatla müraciət etməsi nəzərdə tutulmuşdur. Digər tərəfdən, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Zaqatala RQİİ-nin rəisi xx.xx.2018-ci il tarixli məktubla İdarənin həmkarlar təşkilatına müraciət edərək, RQİİ-nin Ağdaş sahəsinin TQQ və SX-nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərləri X7, İddiaçı və X8 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinəəsasən xitam verilməsinə münasibət bildirilməsini xahiş etmişdir. RQİİ-nin Həmkarlar təşkilatının İdarə heyətinin xx.xx.2018-ci il tarixli 01 saylı iclas protokoluna görə, iclasda Həmkarlar təşkilatının İdarə heyətinin 5 nəfər üzvü iştirak etmiş, iclasa barələrində müraciətə baxılan şəxslər (o cümlədən iddiaçı) də dəvət edilmiş, hətta bu şəxslər iclasda çıxış edərək aşkar edilmiş nöqsanları təsdiqləmişlər. Lakin İddiaçı həmkarlar təşkilatının iclasına dəvət olunmadığını və belə bir iclasda iştirak etmədiyini bildirmiş, cavabdeh tərəf isə məhkəmə kollegiyasına bunun əksini, yəni iddiaçının həmkarlar təşkilatının iclasına dəvət olunmasını və belə bir iclasda iştirak etməsini təsdiq edən sübutlar (məsələn, iddiaçının adına göndərilmiş telefonoqram, telefonuna göndərilmiş SMS-in çıxarışı, Ağdaş rayonundan Zaqatala rayonuna göndərilməsi barədə ezamiyyə vərəqəsi və s.) təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçı onunla əmək müqaviləsinin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edilməsini iddia ərizəsində də qeyd etmişdir. Birinci instansiya məhkəməsində iddia ərizəsinin surəti cavabdehə təqdim olunmuş, cavabdehə iddianın əsası kimi istinad olunan hallar, o cümlədən həmkarlar təşkilatının razılığının olmaması barədə dəlil əvvəlcədən məlum olmuş, xx.xx.2018-ci ildə məhkəmə hazırlıq iclası, xx.xx.2019-cu ildə isə məhkəmə baxışı iclası keçirilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmiş, lakin həmkarlar ittifaqı təşkilatının razılıq qərarının olmasını bildirməmiş və iddiaçının dəlillərini təkzib edən sübutlar qismində sonradan apelyasiya məhkəməsinə təqdim etdiyi sənədləri birinci instansiya məhkəməsində icraat zamanı təqdim etməmişdir. Halbuki, iş materiallarından qeyd olunan sübutun (həmkarlar ittifaqı təşkilatının protokolunun) cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməsinə və ya poçt vasitəsilə göndərilməsinə mane ola bilən hər hansı hal müəyyən olunmur... Qeyd edilən arqumentlər cavabdeh tərəfindən apelyasiya məhkəməsinə təqdim edilmiş bəzi sənədlərin, o cümlədən həmkarlar ittifaqı təşkilatının protokolunun sonradan formal surətdə hazırlanması ehtimalına əsaslı şübhə yaradır. Eyni zamanda, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində deyilir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir... Məhkəməyə təqdim edilmiş sənədlərdən isə belə görünür ki, RQİİ-nin Həmkarlar təşkilatının İdarə heyəti (əgər müvafiq iclasın keçirildiyi qəbul olunarsa) müraciət üzrə hərtərəfli araşdırma və müzakirələr aparıb nəticələrinə dair əsaslandırılmış yazılı qərar qəbul etmək əvəzinə, 3 nəfər işçinin barəsində müdiriyyətin müraciətinə baxılması ilə bağlı 2 gün ərzindəiclas çağıraraq həmin işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmələrinə razılıq verilməsi haqda formal xarakterli protokol tərtib etmişdir. Əsas vəzifəsi işçilərin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək olan həmkarlar təşkilatının işçilər üçün müstəsna əhəmiyyətli məsələyə belə tələsik, səthi və laqeyd reaksiyası təəssüf doğurur. Göründüyü kimi, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi məsələsinin həlli zamanı həmin Məcəllənin 80-ci maddəsinin tələbləri həm müdiriyyət, həm də həmkarlar təşkilatı tərəfindən ciddi şəkildə pozulmuşdur. İş materiallarından həmçinin görünür ki, iddiaçı iləəmək müqaviləsi ləğv edilərkən 6 ay ərzində təkrarən əmək funksiyasının pozulmasını təsdiq edən fakt kimi işəgötürən tərəfindən həmin İdarənin Qazın balansı və satışı şöbəsinin rəisi K.Hüseynlinin xx.xx.2018-ci il tarixli xidməti yazısı əsas götürülmüşdür. Həmin yazıda iddiaçıya təhkim olunmuşərazidə 2018-ci ilin 9 ayı ərzində qazdan istifadə qaydalarının pozulması ilə bağlı 5 fakt aşkar edildiyi göstərilmişdir (i.v.134-136, 1-ci cild). Halbuki, iş materiallarından göründüyü kimi, həmin 5 fakt iddiaçının özü tərəfindən xx.xx.2018-ci ildə, yəni xidməti yazıdan əvvəl aşkar edilmiş və bu barədə müdiriyyətə məlumat verilmişdir (i.v.34, 1-ci cild). İddiaçı bunu müdiriyyətə yazdığı izahatlarında bildirsə də, onun həmin izahatı nə işəgötürən, nə də işə baxan məhkəmə tərəfindən nəzərə alınmamış, araşdırılmamış və qiymət verilməmişdir. Hal-hazırda isə cavabdeh iddiaçının xidməti ərazisində aşkar edilmiş qazdan qanunsuz istifadəyə dair 24 fakt barədə məlumatları məhkəmə kollegiyasına təqdim etmişdir. Həmin faktlar içərisində iddiaçı işdən azad ediləndən sonra məlum olmuş (xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə tərtib edilmiş qüsur aktlarına əsasən) faktlar da vardır. Halbuki, işçi işdən azad ediləndən sonra pozuntu kimi müəyyən edilmiş faktlar onun ziyanına istifadə oluna bilməz. Yuxarıda qeyd edildiyi kimi, X21 X9 X10 tabeliyinə verildikdən sonra iddiaçının barəsində 10 ay ərzində 4 dəfə intizam tənbehi tətbiq olunmuş və bu intizam tənbehlərinin hamısı eyni və ya oxşar xarakterli nöqsanlara görə verilmişdir. Xüsusən də, iddiaçıya xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli əmrlərlə verilmiş tənbehlər istehlakçıların debitor borcları ilə əlaqədar olmuşdur. Halbuki, debitor borclarının yaranması və ya artması istehlakçılar tərəfindən istifadə olunmuş qazın dəyərinin ödənilməməsi və ya vaxtında ödənilməməsi ilə əlaqədardır. Belə vəziyyətdə iddiaçının vəzifəsi borclu abonentləri borclarını ödəməyə dəvət etmək və əks təqdirdə qaz verilməsinin dayandırılacağı barədə onlara xəbərdarlıq etməkdən ibarət ola bilər. Ona görə də istehlakçıların debitor borclarının mövcudluğu faktlarının müvafiq işçi (o cümlədən iddiaçı) tərəfindən əmək vəzifələrinin yerinə yetirilməməsi və ya keyfiyyətsiz yerinə yetirilməsi kimi qiymətləndirilməsi əsaslı sayıla bilməz. Artıq qeyd edildiyi kimi, cavabdeh təşkilatın xx xxxxxxx 2018-ci il tarixli 283-K saylı əmrinə müvafiq olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni onun (iddiaçının) əmək funksiyasını (əmək müqaviləsi üzrə öhdəliklərini) yerinə yetirməməsinə görə ləğv edilmişdir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İş materiallarından görünür ki, cavabdeh iddiaçının əmək funksiyasını (əmək müqaviləsi üzrə öhdəliklərini) yerinə yetirməməsi dedikdə sonuncunun xidməti ərazisində qaz sayğaclarına müdaxilə olunması və nəticədə onların işləməməsi (keçən qazı qeydə almaması) və ya sərfiyyatı səhv (az) hesablaması, habelə qaz xətlərinə sayğacdankənar qoşulmaların olması faktlarının aşkar edilməsini, belə hallarla işəgötürənin (X10) maddi zərər və itkilərə məruz qalmasını nəzərdə tutmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, cavabdeh təşkilatın təşkil etdiyi komissiya tərəfindən həmin faktlar aşkar edilənədək iddiaçı müvafiq faktları özü aşkar edib gündəlik məlumat blanklarında qeydə almış və bu blankları sahə rəisinə, sonuncu da öz növbəsində həmin məlumatları ümumiləşdirərək RQİİ-yə təqdim etmişdir (i.v. 32-91, 1-ci cild). Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Lakin iş materiallarından göründüyü kimi, müdaxilə aşkar olunmuş sayğacların heç biri qoruyucu örtüklə təmin edilməmişdir ki, bunun da məsuliyyəti nəzarətçi-çilingərlərin deyil, X10 üzərinə düşür. Məhz qoruyucu örtüklərin olmaması ictimai zonalarda (küçələrdə) quraşdırılmış sayğaclara müdaxilə hallarının baş verməsinə şərait yaratmışdır. X19 sayğaclara müdaxilələrin qarşısını almaq məqsədilə onları qoruyucu örtüklərlə təmin etmək əvəzinə, müdaxilələrə görə nəzarətçi-çilingərləri cəzalandırmağa üstünlük vermişdir. Halbuki, nəzarətçi-çilingərləri cəzalandırmaq üçün sayğaclara müdaxilələrin məhz onlar tərəfindən və ya onların razılığı ilə edilməsi müəyyən və sübut olunmalıdır. Sayğacların qoruyucu örtüyünün olmaması onlara hər hansı kənar şəxslərin (həmçinin uşaqların) də müdaxiləsini mümkün edir. Odur ki, müdaxilələrin müvafiq abonentlər tərəfindən də edilməsini sübut etmək mümkün olmur. Bu səbəbdən də sayğaca müdaxilə faktına görə qaz paylayıcısı tərəfindən müvafiq abonentlərin üzərinə (koduna) itirilmiş qazın dəyəri kimi əlavə pul (cərimə) hesablandıqda və abonentlər həmin pulun silinməsi tələbi ilə məhkəməyə müraciət etdikdə, formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq belə iddialar əsaslı hesab edilir və hesablanmış əlavə pulun (cərimənin) abonentin hesabından (kodundan) silinməsi barədə qətnamələr qəbul olunur. Nəticədə sayğaca müdaxilə faktları üzrə hesablanmış qaz itkisi qaz paylayıcısının üzərində qalır. Konkret halda isə qaz paylayıcısı, yəni cavabdeh təşkilat həmin itkiləri nəzarətçi-çilingərlərin, o cümlədən iddiaçının üzərinə yönəltmişdir. Müdaxilə əlaməti ilə qaz xəttindən açılıb müvafiq laboratoriyaya göndərilmiş sayğacların yoxlanışı zamanı əksər hallarda rəy verilmişdir ki, “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var”. Bununla yanaşı, həmin rəylərdə sayğacın plombuna müdaxilə olunması (zədələnməsi, qırılması) barədə məlumat göstərilməmişdir. Bu da onu təsdiqləyir ki, sayğaca onun plombunu qırıb qapağını açmadan bərk əşya (dəmir, daş, ağac və s.) ilə kənardan fiziki təsir göstərilməklə zədə yetirilmişdir. Əgər sayğacın qoruyucu örtüyü olsaydı, yəqin ki, ona qeyd edilən formada zədə yetirilməsi mümkün olmazdı. Sayğaclara edilmiş digər xarakterli müdaxilələr də əsasən qoruyucu örtüyün olmaması nəticəsində baş vermişdir. Eyni zamanda, laboratoriya rəylərində bir qayda olaraq yoxlanılan sayğaclara müdaxilə olunması və onların sonrakı istifadəyə yararsız olması qeyd edilsə də, lakin müdaxilənin sayğacın işinə (hesablama mexanizminə) necə təsir göstərməsi və hansı nəticələrə (xüsusən də qaz sərfiyyatının hesablanmasında) səbəb olması göstərilməmiş, bir çox hallarda isə hətta sayğaca müdaxilənin müəyyən olunması ilə yanaşı, onun hesablama mexanizminin normal işləməsi (xətaların normaya uyğun olması) qeyd edilmişdir. Həmin rəylərdən belə nəticəyə gəlmək olur ki, sayğaclarda müdaxilə (zədə, deformasiya və s.) faktlarının aşkar olunması heç də bütün hallarda müvafiq abonentlərin üzərinə qaz itkisinin hesablanmasına əsas vermir. Şərh olunanlardan göründüyü kimi, iddiaçı tərəfindən yol verildiyi iddia edilən pozuntular əslində onun qəsdən və ya səhlənkarlıq, yaxud etinasızlıq göstərməklə əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi səbəbindən deyil, daha çox işəgötürənin (cavabdehin) ona lazımi şərait yaratmaması və müvafiq təminatlar verməməsi (o cümlədən: küçələrdə quraşdırılmış qaz sayğaclarını örtüklə təmin etməməsi, həyətlərdə olan sayğacları kənara çıxarmaması və s.) nəticəsində baş vermiş, digər tərəfdən isə, iddiaçı həmin (vizual baxışla müəyyən edilə bilən) pozuntuları mütəmadi olaraq aşkar edib lazımi tədbir görmüşdür (üzərinə düşən əmək vəzifəsinə uyğun olaraq aşkar etdiyi pozuntular barədə öz sahə rəisinə müvafiq forma üzrə yazılı məlumat vermişdir). Bu da Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin tələbi baxımından iddiaçının həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla işdən azad olunmasının yolverilməzliyini və qanunsuzluğunu təsdiqləyir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı azad edildiyi işdə və vəzifədə 2009-cu ildən fəaliyyət göstərmiş, Laçın rayonundan məcburi köçkün kimi məskunlaşdığı Ağdaş şəhərində həmin işə qəbul olunmuşdur. Bir idarədə uzun müddət (10 ilə yaxın) işləməsi onun intizamlı, məsuliyyətli və əmək kollektivinə uyğun işçi olması qənaətini formalaşdırır. O, ailəli olmaqla himayəsində 2 azyaşlı uşağı var və ailə üzvləri ilə birlikdə Ağdaş şəhərində Humanitar kollecin yataqxanasında yaşayır. Ailənin yeganə qazanc gətirənidir. Bundan əlavə, iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi cədvəldən (forma 2) görünür ki, o, 2018-ci ilin 10 ayı ərzində xidməti ərazisindəki qaz istehlakçılarına hesablanmış abonent borcunun 108,2 % (90762 manata qarşı 98200,81 manat) həcmində ödənişini təmin etmişdir. Qeyd edilən məlumatlar kontekstində cavabdeh təşkilatın iddiaçıya olan münasibəti və barəsində tətbiq etdiyi çox sərt tədbir həm də ədalətsiz görünür. Məhkəmə kollegiyası xatırladır ki, əmək münasibətlərində hüquqların məhdudlaşdırılmasına, ayrı-seçkiliyə və s. hallara yol verilməsi Əmək Məcəlləsinin 16-cı maddəsinin tələbinə görə qəti qadağandır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək Cavabdeh İB-nin Zaqatala RQİİ-nin xx xxxxxxx 2018-ci il tarixli 283-K saylı əmrinin ləğv edilməsini, İddiaçı əvvəlki, X22 və Satışı Xidmətinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə beşinci dərəcəli çilingər vəzifəsinə bərpa edilməsini və ona məcburi proqula görə əmək haqqının ödənilməsini qət etməkdə haqlı olmuş, işin faktiki halları və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən Cavabdeh nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri isə qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)-146/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(033)-146/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-3124/2019
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-3124/2019
18.12.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver