Məhkəmə qərarları › İş №2(107)-320/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-320/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-320/2022 16.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh1 və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Ləğv Prosesində Olan (LPO) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 Qulu oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(039)-892/2021 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(107)-320/2022 nömrəli qətnaməsi ilə (hakim Toğrul Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 18 iyun 2015ci il tarixli 115.LN.2004.180615.00002 saylı kredit müqaviləsi üzrə 5,086.81 manat əsas, 379.88 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan illik 5 % üzrə 584.04 manat, 500 cərimə, habelə 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 6,581 (altı min beş yüz səksən bir) manat 13 (on üç) qəpik İddiaçı ASC-nin xeyrinə tutulması, tələb Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 Qulu oğluna, Cavabdeh2 və Cavabdeh3 məxsus Yevlax şəhəri, Rüstəmli kəndində yerləşən 0.3063 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə yönəldilməklə həmin yaşayış evi açıq hərracdan satılmaqla satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC- yə ödənilməsi, Yevlax şəhəri, Rüstəmli kəndində yerləşən 0.3063 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin ilkin satış qiyməti 22.000 (iyirmi iki min) manat müəyyən edilməsi, həmin ev və torpaq sahəsi satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 Qulu oğlu, Cavabdeh2 və Cavabdeh3 həmin evdən və torpaq sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməklə çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi, mütəxəssisə ödənilməli 105 (bir yüz beş) manat Cavabdeh1 "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. İşin halları İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək 12,505.51 manat, bundan 5,086.81 manat əsas, 379.88 manat faiz, 6,453.78 manat cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 585.04 manat faiz borcunun və ödənilmiş 30.40 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, paylı mülkiyyət hüququ üzrə digər cavabdehlərə məxsus Yevlax şəhəri, Rüstəmli kəndində yerləşən 0,3063 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə yönəlməsi yuxarıda əmlakın ilkin satış qiymətinin 20,000 manat müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra digər cavabdehlərin həmin fərdi yaşayış evdən çıxarılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 18 iyun 2015-ci il tarixli 115.LN.2004.180615.00002 saylı Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 36 ay müddətinə illik 6 % ödəmək şərti ilə 10,000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış 18.06.2015-ci il tarixli, 112.LN.2004.180615.00002 saylı Sonrakı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.06.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən paylı mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 məxsus Yevlax şəhəri, Rüstəmli kəndində yerləşən 0.3063 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin 5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********582 saylı 30.10.2020-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh1 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh1 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 02.10.2020-ci il tarixə Cavabdeh1 kredit üzrə 5,086.81 manat əsas, 379.88 manat faiz, 6,453.78 manat cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 585.04 manat faiz borcu təşkil edir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Elmar Əliyev teleqram göndərərək işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 nümayəndəsi və vəkili X2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdeh olaraq onun məhkəmənin vaxtı və yeri haqqında heç bir məlumatı olmamışdır. Bu səbəbdən də məhkəmə prosesində iştirak edə biləməmişdir. O iddianı qəbul etmir. İddia tələbində qeyd olunanlar rəsmən şişirdilib. Ödəmə məbləği əsas borca münasibətdə artıq yazılmışdır. Onun tərəfindən 4800.50 manat borc ödənilib. Ancaq yenə də əsas borc 5.086.81 manat olaraq qalmışdır. Bu səbəbdən tərəfindən məhkəmə prosesi keçiriləcəyi təqdirdə bu işdən xəbərdar olsa idi ən öncə əsas borca və faizə münasibətdə mühasibatlıq ekspertizasının keçirilməsini, həmçinin 80000 manat dəyərində olan evinin ucuzlaşdırılaraq 22000 manat dəyərində qiymətləndirilməsi ilə bağlı əmtəəşünaslıq ekspertizasının keçirilməsini tələb edərdi. Burada məhkəmənin istinad mənbəyi "xxxx" MMC-dir. Bu müəssisə də evini ucuz qiymətləndirmişdir. Onun maddi və prosessual hüquqları pozulmaqla iddia tələbi təmin edilmişdir. Qeyd edilənlərə əsasən, Yevlax Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(039)-892/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, mühasibatlıq ekspertizasının və əmtəəşünaslıq ekspertizasının nəticələrinə əsasən müəyyən edilmiş yeni sübutlar əsasənda yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı Ləğv Prosesində Olan (LPO) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi, cavabdehlər, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 Qulu oğlu, Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(039)-892/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 iyun 2015-ci il tarixli 115.LN.2004.180615.00002 saylı kredit müqaviləsindən müəyyən olunur ki, sonuncuya 36 ay müddətinə illik 6 % ödəmək şərti ilə 10,000 manat kredit verilmişdir. İşdə olan 18.06.2015-ci il tarixli, 115.CLN.180615.00002/a saylı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.06.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən birgə mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 məxsus Yevlax şəhəri, Rüstəmli kəndində yerləşən 0.3063 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi Bankın xeyrinə yüklü edilmişdir. Qeyd edilən ipoteka müqavilələri barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmış və həmin qeyddən çıxarışlar verilmişdir. İşdə olan maliyyə arayışlarına əsasən İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 iyun 2015-ci il tarixli, 115.LN.2004.180615.00002 saylı kredit müqaviləsi üzrə əsas borc 5,086 manat, kredit müqavilə müddəti üçün 379.88 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan illik 5 % üzrə 584.04 manat borc var, 6,453.78 manat cərimə hesablanmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş 03 sentyabr 2021-ci il tarixli mütəxəssis rəylərində qeyd olunur ki, Yevlax şəhəri, Rüstəmli kəndində yerləşən 0.3063 ha torpaq sahəsi üzərində tikilmiş 2 mərtəbəli 6 otaqlı, fərdi yaşayış evinin 03.09.2021-ci il tarixdə bazar satış qiyməti 32,000 manat , likvid qiyməti 22,000 manat müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci 385.1-ci, 442-ci, 467-ci, 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü, 41-ci, 59.3-cü, 59.3.1-ci, 59.3.2-ci, 59.4-cü maddələrin istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması anında yarana bilər. Həmin Qanunun 41-ci maddəsinə əsasən ipoteka saxlayanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti predmeti açıq bazarda satıla bilər. Həmin Qanunun 59.3-cü maddəsinə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında ona 36 ay müddətinə illik 6 % ödəmək şərti ilə 10,000 manat kredit verilmiş və həmin kreditin təminatı olaraq birgə mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 məxsus Yevlax şəhəri, Rüstəmli kəndində yerləşən 0.3063 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi Bankın xeyrinə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi nəticəsində borc yaranmışdır və mülki qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımından iddiaçının cavabdehdən yaranmış borcu tələb etmək və tutmanın ipoteka predmetinə yönəltməsini tələb etmək hüququ vardır. İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 iyun 2015-ci il tarixli 115.LN.2004.180615.00002 saylı kredit müqaviləsi üzrə əsas, faiz borcunun, habelə gecikdirilmiş vaxt üçün hesablanan illik 5 % üzrə 584.04 manat borcun düzgün hesablanmadığına dair hər hansı dəlil müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Kredit müqaviləsi üzrə borc yarandığından tutma ipoteka predmeti olan, birgə mülkiyyət hüququ üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 məxsus Yevlax şəhəri, Rüstəmli kəndində yerləşən 0.3063 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə yönəldilməli və ipoteka haqqında qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımından ipoteka predmeti açıq hərracdan satılmalı, satışdan sonra bir ay müddətində birgə mülkiyyətçi olan həmin cavabdehlər evi tərk etməzlərsə məcburi çıxarılmalıdırlar. Məhkəmənin qənaətinə görə məhkəmə xərcləri hissəsində iddia əsaslıdır və təmin edilməlidir. Mütəxəssisə ödənilməli məbləğ Cavabdeh1 tutularaq "xxxx" MMC-nin müvafiq hesabına ödənilməlidir. Həmçinin məhkəmənin qənaətinə görə İddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması hissəsi ilə bağlı qeyd edilməlidir ki, bu, məhkəmə qətnaməsinin icrası qaydasında həll edilən məsələ olduğundan qətnamədə qeyd edilməsinə zərurət yoxdur. İddia tələbinin əmlak satıldıqdan sonra ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, qanunvericiliklə ipoteka predmetinin hərracdan satılması nəzərdə tutulmuşdur, xeyrinə yüklü edilmiş şəxsə təhvil verilməsi deyil. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 18 iyun 2015-ci il tarixli 115.LN.2004.180615.00002 saylı kredit müqaviləsi üzrə 5,086.81 manat əsas, 379.88 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan illik 5 % üzrə 584.04 manat, 500 cərimə, habelə 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 6,581 (altı min beş yüz səksən bir) manat 13 (on üç) qəpik İddiaçı ASC-nin xeyrinə tutulmalı, tələb Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 Qulu oğluna, Cavabdeh2 və Cavabdeh3 məxsus Yevlax şəhəri, Rüstəmli kəndində yerləşən 0.3063 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə yönəldilməklə həmin yaşayış evi açıq hərracdan satılmaqla satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC- yə ödənilməli, Yevlax şəhəri, Rüstəmli kəndində yerləşən 0.3063 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin ilkin satış qiyməti 22.000 (iyirmi iki min) manat müəyyən edilməsi, həmin ev və torpaq sahəsi satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 Qulu oğlu, Cavabdeh2 və Cavabdeh3 həmin evdən və torpaq sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməklə çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməli, mütəxəssisə ödənilməli 105 (bir yüz beş) manat Cavabdeh1 "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində onun məhkəmənin vaxtı və yeri haqqında heç bir məlumatının olmaması və bu səbəbdən də məhkəmə prosesində iştirak edə biləməməsi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, mülki işin 93-cü vərəqində olan xəbərnamədən və 101-ci vərəqində olan protokoldan görünür ki, o, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış və məhkəmə iclasında iştirak etmişdir. İpoteka predmetinin ilkin satış qiymətinə gəlincə isə, birinci instansiya məhkəməsi ipoteka müqaviləsi bağlanan zaman ipoteka predmetinin qiymətinin 20 000 manat olduğunu nəzərə alaraq qiymətləndirici dəvət etmiş və həmin qiymətləndiricinin rəyi ilə ipoteka predmetinin bazar qiyməti 32 000 manat, likvid qiyməti isə 22 000 manat müəyyən edilmişdir. Ona görə, İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə bağlı olan vəsatət təmin edilməməlidir. Cavabdeh kredit borcu üzrə daha artıq ödəniş etməsini göstərsə də, bunu təsdiq edən heç bir sübutu təqdim etmədiyindən məhkəmə kollegiyası onun mühasibatlıq ekspertizası keçirilməsi ilə bağlı olan vəsatətini təmin etməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(039)-892/2021 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(039)-892/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar