Məhkəmə qərarları › İş №2(107)-329/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-329/2023

31.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-329/2023 31.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Ucar Rayon Məhkəməsinin hakimi Xəlilov Hilal İsmayıl oğlunun sədrliyi ilə baxılmasına Cavabdeh Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilova edilmiş etiraza yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq cehiz əşyalarının və birgə nikah dövründə əldə olunan əmlakların cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 18 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə ünvanlayaraq işə hakim Hilal Xəlilovun sədrliyi ilə baxılmasına etiraz etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilov digər mülki işə baxarkən iki uşağın qanunsuz olaraq anasına verilməsinə görə etraz edərək işə başqa məhkəmədə baxılmasını xahiş etmişdir. Beləliklə, Cavabdeh Ucar Rayon Məhkəməsinin hakimi Xəlilov Hilal İsmayıl oğluna verdiyi etiraz müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bununlа bаğlı məhkəmə kоllegiyаsı qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmiş etirazın həll edilmə qaydası Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 22-ci mаddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 19.2-ci maddəsinə əsaən, aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: 19.2.1. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.2.2. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və qohumu olmuşsa; 19.2.3. o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 19-20-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən etirazlar əsassızdır və etirazlarda qeyd edilən əsaslar müəyyən edilmədiyindən etirazların təmin edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, etirazların dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş etiraz əsaslandırılmadığından və etirazın təmin edilməsi üçün sübutlar təqdim olunmadığından təmin edilməməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 22, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə kоllegiyаsı qərara aldı: Cavabdeh Ucar Rayon Məhkəməsinin hakimi Xəlilov Hilal İsmayıl oğluna verdiyi etiraz təmin edilməsin. Mülki iş baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar