Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-378/2022 23.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçi İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(046)-1349/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(046)-1349/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia qismən təmin olunmuş, İddiaçı məxsus 1100 manat dəyərində bir dəst (qızıl ağ qaşlı üzük, yarı ağ qaşlı qızıl, yarı ağ qaşlı qızıl bilərzik və ağ qaşlı qızıl sirğa), dəyəri 250 manat olan bir ədəd ağ qaşlı qızıl üzük, dəyəri 180 manat olan bir ədəd ağ qaşlı qızıl üzük, dəyəri 235 manat olan bir ədəd ağ qaşlı qızıl üzük, dəyəri 200 manat olan bir ədəd sadə qızıl boyunbağı, dəyəri 270 manat olan bir ədəd ağ qaşlı qızıl üzük, dəyəri 170 manat olan bir qızıl üzük və dəyəri 899 manat olan Samsung markalı bir ədəd televizor, mövcud olmadığı təqdirdə onların ümumi dəyəri olan 3304 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada alınaraq İddiaçı verilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1m alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada qızıl-zynət əşyalarının və bir ədəd televizorun alınması, olmadıqda isə həmin əmlakların ümumi dəyəri olan 3904 manat pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə 05 may 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahdan uşaqları anadan olmamışdır. Cavabdeh1 ilə evlənəndən sonra aralarında münasibətlər pozulduğundan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş, nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikahın pozulması barədə məhkəmədə iddia qaldırdıqdan sonra cavabdehlərin tələbinə və razılığına əsasən 10 may 2021-ci il tarixdə cehiz əmlaklarının bir hissəsini cavabdehlərə məxsus evdən çıxarmışdır. Lakin cavadehlər toy zamanı hədiyyə edilmiş qızıl-ziynət əşyalarının və cehiz əmlak olan Samsung markalı televizoru qaytarmaqdan imtina edərək şərt qoymuşlar ki, bazarlıqda verdikləri 1000 manatı onlara qaytardıqdan sonra qızılları və televizoru qaytaracaqlar, onların tələblərini yerinə yetirmədikləri üçün televizoru və bütün qızılları qaytarmaqdan imtina etmişlər. Halhazırda ona məxsus olan dəyəri 1700 manat olan bir dəst komplekt (qızıl ağ qaşlı üzük, yarı ağ qaşlı qızıl boyunbağı, yarı ağ qaşlı qızıl bilərzik və ağ qaşlı qızıl sirğa), dəyəri 250 manat olan bir ədəd ağ qaşlı qızıl üzük,dəyəri 180 manat olan bir ədəd ağ qaşlı qızıl üzük, dəyəri 235 manat olan bir ədəd ağ qaşlı qızıl üzük, dəyəri 200 manat olan bir ədəd sadə qızıl boyunbağı, dəyəri 270 manat olan bir ədəd ağ qaşlı qızıl üzük,dəyəri 170 manat olan bir ədsfesadə qızıl üzük və dəyəri 899 manat olan Samsung markalı bir ədəd televizor cavabdehlərə məxsus evdə qalmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 iddianı qismən qəbul edərək göstərmişlər ki, iddiaçının onlardan tələb etdiyi Samsung markalı televizor onlara məxsus evdə qalmışdır. Həmin televizoru iddiaçıya qaytarmağa etiraz etmirlər. Bundan başqa iddiaçının iddia ərizəsində qeyd etdiyi bir toy zamanı iddiaçıya hədiyyə edilmiş (qızıl ağ qaşlı üzük, yarı ağ qaşlı qızıl boyunbağı, yarı ağ qaşlı qızıl bilərzik və ağ qaşlı qızıl sirğa) dəstinin dəyəri 1700 manat deyil, 1100 manat olmuşdur. İddiaçıya toy zamanı hədiyyə edilmiş və iddia ərizəsində qeyd edilmiş digər qızıl-ziynət əşyalarını isə onların yaxın qohumları toy zamanı hədiyyə etmişlər. Həmin əmlakları iddiaçı evdən çıxıb gedərkən özü ilə aparmışdır. İddiyaçıya məxsus cehiz əmlak olan Samsung markalı televizoru iddiaçıya ona görə qaytarmamışlar ki, bazarlıq zamanı iddiaçı tərəfə 1000 manat pul vermişlər. Buna görə də iddianın rədd edilməsini xahiş etmişlər. İş üzrə şahid qismində ifadə verən X2 göstərmişdir ki, iddiaçı onun qızıdır. Qızı Adilə 27.01.2021-ci il tarixdə ona zəng vuraraq səhətində problemıər olduğunu, özünü yaxşı hiss etmədiyini bildirmiş, cavabdehlərə məxsus evdən onun aparılmasını xahiş etmişdir. Həmin vaxt qızı Adiləni yaşadığı Bığır kəndindən öz yaşadığı evlərinə gətirmişdir. Qızı Adilənin halı pis olduğundan təcili tibbi yardım çağırılmış, Adiləyə tibbi yardım göstərilmişdir. Adilə evdən çıxarkən qızıl-ziynət əşyaları və cehiz əmlakı cavabdehlərə məxsus evdə qalmışdır. Bundan sonra razılıq əsasında cehizəmlakın bir qismini götürmüşlər. Lakin qızıl-ziynət əşyaları və bir ədəd Samsung markalı televizor cavabdehlərdə qalmışdır. İş üzrə şahid qismində ifadə verən Şahid Nərman qızı göstərmişdir ki, Cavabdeh1 onun ərinin qardaşı oğludur. 27.01.2021-ci il tarixdə İddiaçı anası, dayısı, nənəsi və bibisi taksi ilə gələrək Adiləni aparmışlar. Lakin Həmin vaxt cavabdehlər evdə olmamışdır. Adiləyə məxsus qızıl-ziynət əşyalarının aparıldığını görməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iddia tələbini təmin edən zaman yalnız iddiaçı tərəfin formal və həqiqətlə əlaqəsi olmayan arqumentlərini nəzərə almış, cavabdeh tərəfindən çağırılmış şahidin ifadəsini önəmsəməmişdir. Belə ki, şahid qisminə ifadə verən Şahid Nərman qızı iddiaçı evdən gedən zaman cavabdehlərin evdə olmadığını bildirmiş, iddiaçının öz qohumları olan anası, dayısı, nənəsi və bibisi taksi ilə gələrək Adiləni aparmasını aydınlaşdırmamışdır. Bu hal iş üçün önəmli haldır. Belə ki, iddiaçı mənzildən gedən zaman heç bir müqavimətlə qarşılaşmamış, özünə məxsus əmlakı aparmasına heç kim tərəfindən maneəçilik yaradılmamışdır. İddiaçı tərəf də qohumları ilə evdən gedən zaman cavabdehlərin həmin vaxt evdə olmadığını inkar etməmişdir. Qızıl-zinət əşyaları ağır olmadığından onların aparılması iddiaçı üçün çətin deyil. Eyni zamanda məhkəmə iddiaçını aparmağa gəlmiş qohumalarından ancaq iddiaçını anasını dinləmiş, dayısı, nənəsi və bibisinin ifadəsini almağa zərurət görməmişdir. Məhkəmə tərəfindən iddiaçının hansı şəraitdə, öz istəyi və ya məcburi şəkildə (fizki zor tətbiq etmə və s) evdən getməsi aydınlaşdırılmamışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı mənzildən cavabdehlər mənzildə olmayan zaman getmişdir. Cavabdeh mənzildən gedən zaman cavabdehlər sonradan gəlmiş, iddiaçının özünə məxsus olan qızıl-zinət əşyalarını aparmasına hər hansı maneə yaratmamışdır. Cavabdehlər sonradan bilmişdir ki, qızıl-zinət əşyaları yoxdur. Bu hal iddiaçı evdən gedən zaman cavabdehlərin yerində olmaması, cavabdehin (Məmmədov Cavabdeh3) sonradan evə gəlməsi, həmin vaxt digər cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 evdə olmaması) aydınlaşdırılmamışdır ki, bu hal hazırki məhkəmə məhkəmə qətnaməsinin qət edilməsi ilə nəticələnmişdir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(046)- 1349/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçi İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(046)-1349/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə baxışı zamanı İddiaçı, cavabdehlərin bir dəst komplektin (qızıl ağ qaşlı üzük, yarı ağ qaşlı qızıl boyunbağı, yarı ağ qaşlı qızıl bilərzik və ağ qaşlı qızıl sirğa) qiymətinin 1100 manat olduğu ilə bağlı göstərdikləri xüsasat, eləcə də cavabdehlər iddia ərizəsində qeyd edilmiş qızıl-ziynət əşyalarının çeşidi, dəyəri və televizorun dəyərini mübahisələndirməmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı məxsus dəyəri 1100 manat olan bir dəst (qızıl ağ qaşlı üzük, yarı ağ qaşlı qızıl boyunbağı, yarı ağ qaşlı qızıl bilərzik və ağ qaşlı qızıl sirğa), dəyəri 250 manat olan bir ədəd ağ qaşlı qızıl üzük,dəyəri 180 manat olan bir ədəd ağ qaşlı qızıl üzük, dəyəri 235 manat olan bir ədəd ağ qaşlı qızıl üzük, dəyəri 200 manat olan bir ədəd sadə qızıl boyunbağı, dəyəri 270 manat olan bir ədəd ağ qaşlı qızıl üzük,dəyəri 170 manat olan bir qızıl üzük və dəyəri 899 manat olan Samsung markalı bir ədəd televizor cavabdehlərin qanunsuz sahibliyindədir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus 1100 manat dəyərində bir dəst (qızıl ağ qaşlı üzük, yarı ağ qaşlı qızıl, yarı ağ qaşlı qızıl bilərzik və ağ qaşlı qızıl sirğa), dəyəri 250 manat olan bir ədəd ağ qaşlı qızıl üzük,dəyəri 180 manat olan bir ədəd ağ qaşlı qızıl üzük, dəyəri 235 manat olan bir ədəd ağ qaşlı qızıl üzük, dəyəri 200 manat olan bir ədəd sadə qızıl boyunbağı, dəyəri 270 manat olan bir ədəd ağ qaşlı qızıl üzük,dəyəri 170 manat olan bir qızıl üzük və dəyəri 899 manat olan Samsung markalı bir ədəd televizor, mövcud olmadığı təqdirdə onların ümumi dəyəri olan 3304 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada alınaraq İddiaçı verilməlidir. İddiaçı məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iddiaçının mənzildən cavabdehlərin mənzildə olmadığı zaman getməsi, ona qızıl-zinət əşyalarını aparmasına hər hansı maneə yaradılmaması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının sağlamlığında baş vermiş problemlə bağlı valideynlərinin köməyilə həmin evi tərk etməsi və ona yardım etmək üçün təcili tibbi yardımın dəvət edilməsi işin mübahisəsiz hallarındandır. Bu da onu göstərir ki, iddiaçı evi daimi tərk etmək niyyəti ilə evdən getməmişdir. Cavabdehin istinad etdiyi yuxarıda göstərilən dəlil iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(046)-1349/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(046)-1349/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-378/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-378/2022
23.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver