Məhkəmə qərarları › İş №2(107)-381/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-381/2025

03.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-381/2025 03.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə mülki iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə mülki iş üzrə Şəki Rayon Məhkəməsinin e-2(075)-536/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Mediasiya prosesində nikahın pozulmasına, uşağın himayəsində qalmasına, aliment tələbi olmamağına, cavabdehin uşaqla görüş vaxtının müəyyən edilməsinə və digər məsələlərlə bağlı hər ikisi razılıq vermiş və barışıq sazişi imzalanmış, nikahın pozulması hissəsində isə mediasiya prosesinə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞŞ/MT018/2023-01611 saylı barışıq sazişinin 2.2-ci bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh X4 ilə nikahlarını 11 oktyabr 2021-ci il tarixdə Şəki Regional ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə, ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2022-ci il tarixdə Altay adlı övladı olmuşdur. Cavabdehlə ailə qurduğu ilk dövrlərdə münasibətləri normal olsa da sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün pozulmuşdur. ailənin dağılmaması üçün xeyli cəhdlər etsə də pozulan münasibətləri bərpa edə bilməmişdir. Artıq cavabdehlə birgə yaşamağı, ailə münasibətlərinin bərpası və barışmağı mümkün olmadığından nikahın da rəsmi cəhətdən pozulması qənaətinə gəlmişdir. Qanunvericiliyin tələblərinə əməl edərək ilk növbədə mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində nikahın pozulmasına, uşağın himayəsində qalmasına, aliment tələbi olmamağına, cavabdehin uşaqla görüş vaxtının müəyyən edilməsinə və s digər məsələlərlə bağlı hər ikisi razılıq vermiş və barışıq sazişi imzalanmış, nikahın pozulması hissəsində isə mediasiya prosesinə xitam verilmişdir. Nikahın pozulması tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişlər. İş hakim Kamran Musayevin icraatındadır və işə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərini pozaraq uşağı almış, hətta alimentin tutulması barədə məhkəməyə müraciət etmişdir. Bununla da o, barışıq sazişinin tələblərini pozur və könüllü icrasından imtina edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024- 01611 nömrəli barışıq sazişinin 2.2-ci bəndindən görünür ki, Maraqlı şəxs və Ərizəçi birgə nikahdan anadan olmuş və hazırda yetkinlik yaşına çatmayan uşağı 14 noyabr 2022-ci il təvəllüdlü X3 atası Ərizəçi himayəsində və yanında saxlanılmasına hər iki valideyn Ərizəçi Qəməbr oğlu və Maraqlı şəxs razı olması göstərilir.

5. Şəki Rayon Məhkəməsinin e-2(075)-536/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Vəliyev) ərizə təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-01611 nömrəli barışıq sazişinin 2.2-ci bəndi təsdiq edilməsi, Maraqlı şəxs və Ərizəçi birgə nikahdan anadan olmuş və hazırda yetkinlik yaşına çatmayan uşağı 14 noyabr 2022-ci il təvəllüdlü X3 atası Ərizəçi himayəsində və yanında saxlanılması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1, 355-23.2, 355-25, 355-26 və 355-26.2-ci maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədə istinad etmişdir: İş materiallarında olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-01611 nömrəli barışıq sazişinin 2.2-ci bəndindən görünür ki, Maraqlı şəxs və Ərizəçi birgə nikahdan anadan olmuş və hazırda yetkinlik yaşına çatmayan uşağı 14 noyabr 2022-ci il təvəllüdlü X3 atası Ərizəçi himayəsində və yanında saxlanılmasına hər iki valideyn Ərizəçi Qəməbr oğlu və Maraqlı şəxs razı olması göstərilir.

8. Qətnаmədən nаrаzı qаlаn Maraqlı şəxs аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri

9. Maraqlı şəxs apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, e-2(075)-536/2025saylı qətnaməsini qeyriobyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, onların arasında mediasiya qaydasında barışıq sazişi bağlanan zaman “Mediasiya Haqqında Azərbaycan Respublikası” Qanunun 26-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin Qanunun 26.3-cü maddəsinə deyilir ki, uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır. Nikah pozulduqdan sonra uşağın yaşayış yerinin müəyyən edilməsi onun maraqlanına toxunanan mübahisədir. Uşaq hüquqlarının həyata keçirilməsi,uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasınaşərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstünistiqamətlərindən biridir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Uşağın ailədə yaşamaq və tərbiyə almaq hüququnun həyata keçirilməsi müxtəlif vasitələrlə, o cümlədən onun yaşayış yerinin müəyyən edilməsi ilə də təmin edilir. Uşağın yaşayış yerinin müəyyən edilməsi zamanı ailə qanunvericiliyinin əsas prinsiplərindən biri olan yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının və mənafelərinin müdafiə edilməsi prinsipi rəhbər tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarında qeyd olunur ki,yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici)əsas ola bilməz. Digər tərəfdən “Valideynlik hüquqlarından məhrum etmə və uşaqların tərbiyə edilməsi hüquqları barədə mübahisələr üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası AliMəhkəməsinin Plenumunun 29 dekabr 1976-cı il tarixli 3 nömrəli qərarının 2- ci bəndində qeyd edilir ki, Məhkəmələr uşaqların tərbiyə edilməsi ilə əlaqədar mübahisələri həll edərkən, hər şeydən əvvəl uşaqların mənafeyini əsas götürməli, valideynlərdən hansının öz şəxsi keyfiyyətlərinə əsasən uşaqların tərbiyəsi ilə daha yaxşı məşğul ola bilməsini, onların uşaqlara münasibətini, eləcə də uşağın yaşını, valideynlərdən hansının yanında qalması arzusunu və valideynə şəxsi bağlılığını nəzərə almalıdır. Valideynlərin maddi, mənzil-məişət şəraiti bu işlərdə həlledici faktor ola bilməz və mübahisə həlledilərkən, bütün göstərilən, eləcə də digər hallarla birlikdə nəzərə alınmalıdır. Bundan əlavə qeyd edir ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 16(107)-72/2024 saylı qərardadı ilə iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək 14 noyabr 2022-ci ildə doğulmuş X5 atası Ərizəçi alınaraq anası Maraqlı şəxs yanında saxlanılması qərara alınmışdır. Həmin qərardadda da məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, 14 noyabr 2022-ci ildə doğulmuş X5 adlı uşaq 1yaş 11 aylıq olmaqla azyaşlı və südəmər olaraq ana qayğısına və nəvazişinə daha çox ehtiyacı olan bir yaş həddindədir. Halbu ki, hazırkı işdə işə baxna birinci instansiya məhkəməsi xx.xx.2024-cüil tarixli, MŞŞ/MT-018/2024-01611 nömrəli barışıq sazişinin 2.2-ci bəndini təsdiq etməklə ana südü ilə qidalanan və hazırda ana nəvazişinə və qayğısına ehtiyacı olan azyalı övladının həyatını təhlükə altına almışdır. Göründüyü kimi işə baxan məhkəmə işin faktiki hallarını araşdırmamış və nəticədə qanunsuz və əsassız qətnamə qəbuledilmişdir.

10. Ona görə də, Şəki Rayon Məhkəməsinin e-2(075)-536/2025 saylı, 17 yanvar 2025-ci il tarixli saylı qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Ərizəçi tərəfindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin e-2(075)- 536/2025 saylı, 17 yanvar 2025-ci il tarixli saylı qətnaməsinin dəyişdirimədən saxlanılmasını xahiş etdi.

13. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

16. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 26.3. Uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır. Maddə 26.4. Əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. Maddə 26.5. Mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməyə borcludur.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Maraqlı şəxs Şəki Rayon Məhkəməsinin e-2(075)-536/2025 saylı, 17 yanvar 2025-ci il tarixli saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

23. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) rəyini alır.

24. Lakin iş materialından görünür ki, baxmayaraq ki, barışıq sazişi uşağın kimin yanında saxlanılması ilə ədaqədardır, yəni birbaşa uşağın maraqlarına toxunan məsələdir mediasiya prosesi zamanı barışıq sazişi bağlanarkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) rəyi alınmamışdır.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Şəki Rayon Məhkəməsinin e- 2(075)-536/2025 saylı, 17 yanvar 2025-ci il tarixli saylı qətnaməsi ləğv edilməli, ərizə təmin edilməməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 355, 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Maraqlı şəxs tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin e-2(075)-536/2025 saylı, 17 yanvar 2025-ci il tarixli saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar