Məhkəmə qərarları › İş №2(107)-39/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-39/2021

03.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-39/2021 03.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, İddiaçı X2, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onun vəkili X3 iştirakıları ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ümumi paylı mülkiyyətdən payının ayrılaraq ona verilməsi, evə köçürülmə və bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(075)-37/2019 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(075)-37/2019 saylı qətnаməsi ilə (hakim Elçin Mehdiyev) iddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ümumi paylı mülkiyyətdən payının ayrılaraq ona verilməsi, evə köçürülmə və bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, **********34-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçı X2, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan, Şəki rayonu Baltalı kəndində yerləşən 0,45 hektar torpaq sahəsindən iddiaçı X2 1/3 hissə payı müəyyən edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, **********34-10301 reyestr nömrəli çıxarışa əsasən X2, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan, Şəki rayonu Baltalı kəndində yerləşən 0,45 hektar torpaq sahəsindən Azərbayan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən işlənilmiş torpaq sahəsinin sxeminə və mütəxəssis rəyinə uyğun olaraq şimaldan 22.1 metr və 9.0 metr olmaqla cəmi 31.1 metr, şərqdən döngə nöqtəsinə qədər 51.6 metr, ikinci döngə nöqtəsinə qədər 28.23 metr, üçüncü döngə nöqtəsinə qədər 2.15 metr, cənubdan 37.14 metr, qərbdən döngə nöqtələrinə uyğun olaraq 8.28 metr, 18.36 metr və 39.21 metr olmaqla əhatələnərək 1450 kvaddrat metr sahə ayrılaraq iddiaçı X4 verilməsi, iddiaçı X2 dövlət büdcəsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilməsi, iş üzrə təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizası ilə bağlı ödənilməli olan 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinəАZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Аgentliyi, KОD 210005 VÖEN **********, müxbir hesаb АZ 41, NАBZ ******************** İWİFT BİK CTREАZ 22 hesаbınа ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 60 manat tutularaq Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin hesabına ödənilməsi qət edilmişdir. işin halları: İddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlərin birgə mülkiyyətlərində olan, anası Cavabdeh1 və qardaşı Cavabdeh2 ilə birgə yaşadıqları evə aid olan 0,45 hektar həyətyanı torpaq sahəsinin, cavabdehlərin kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,3817 hektar torpaq sahəsi və cavabdehlərin kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,388 hektar torpaq sahəsindən ona düşən payın ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X2 nümayəndəsi X8 11 yanvar 2018-ci il tarixli məhkəmə iclası zamanı məhkəməyə təqdim etdiyi iddia tələbinin dəyişdirilməsi və azaldılması barədə ərizəsində iddiaçı X6 ilə cavabdehlərin birgə mülkiyyətlərində olan, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birgə yaşadıqları evə aid olan 0,45 hektar həyətyanı torpaq sahəsindən iddiaçıya düşən payın ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X2 iddia tələbinin dəyişdirilməsi və azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı X1 məhkəməyə 02 fevral 2018-ci il tarixdə daxil olan iddia tələbinin dəyişdirilməsi və artırılması barədə ərizəsində onun cavabdehlərin birgə mülkiyyətlərində olan, anası Cavabdeh1 və qardaşı Cavabdeh2 ilə birgə yaşadıqları evə aid olan 0,45 hektar həyətyanı torpaq sahəsindən payının ayrılıb ona verilməsi, onun həmin evə köçürülməsi, onunla cavabdehlərin göstəriciləri JN 223, KOD 40400038 olan Dövlət Aktı üzrə paylı mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən ona düşən payın anasına bağışlanmasına dair müqavilənin ləğv edilməsi və həmin torpaq sahəsindən payının ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X2 iddia tələbinin dəyişdirilməsi və artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı X6 09 yanvar 2019-cu il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəyişdirilməsi və artırılması barədə ərizəsində onunla anası Cavabdeh1 və qardaşı Cavabdeh2 ilə birgə yaşadıqları evə aid olan 0,45 hektar həyətyanı torpaq sahəsindən payının ayrılıb ona verilməsi, onun həmin evə köçürülməsi, bu mümkün olmadıqda həmin evin və həyətyanı torpaq sahəsinin hərracda satılması və onunla cavabdehlərin göstəriciləri JN 223, KOD 40400038 olan Dövlət Aktı üzrə paylı mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən ona düşən payın anasına bağışlanmasına dair müqavilənin ləğv edilməsi və həmin torpaq sahəsindən payının ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X2 iddia tələbinin dəyişdirilməsi və artırılması barədə ərizəsində ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Sonradan iddiaçı X6 məhkəməyə iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, iddia tələbinin evə köçürülmə ilə bağlı hissəsinin azaldılmasını və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, **********34-10301 reyestr nömrəli çıxarışa əsasən onun, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan, Şəki rayonu Baltalı kəndində yerləşən 0,45 hektar torpaq sahəsindən 1/3 payının müəyyən edilməsi və 0,45 hektar torpaq sahəsindən Azərbayan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən işlənilmiş torpaq sahəsinin sxeminə və mütəxəssis rəyinə uyğun olaraq şimaldan 22.1 metr və 9.0 metr olmaqla cəmi 31.1 metr, şərqdən döngə nöqtəsinə qədər 51.6 metr, ikinci döngə nöqtəsinə qədər 28.23 metr, üçüncü döngə nöqtəsinə qədər 2.15 metr, cənubdan 37.14 metr, qərbdən döngə nöqtələrinə uyğun olaraq 8.28 metr, 18.36 metr və 39.21 metr olmaqla əhatələnərək 1450 kvadrat metr sahəsinin ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı X6 göstərdi ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 14 fevral 2019cu il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, Baltalı kəndində yerləşən 0,45 hektar metr torpaq sahəsi üzərindəki 56,3 kvadrat metr fərdi yaşayış evi Cavabdeh1, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,45 hektar torpaq sahəsi isə onun və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətindədir. Qeyd edilən 0,45 hektar torpaq sahəsi onunla cavabdehlərin ümumi birgə mülkiyyətlərində olsa da, cavabdehlər ona həmin torpaq sahəsindən istifadə etməsinə imkan vermirlər. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən 0,45 hektar torpaq sahəsi hər üçünün birgə mülkiyyətində olduğundan onun payına 1500 kvadrat metr torpaq sahəsi düşür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən həmin torpaq sahəsinə baxış keçirilmişdir. Mütəxəssisin verdiyi rəyə əsasən həyətlərə giriş-çıxışın normal olması üçün 4 metr enində yol nəzərdə tutulduğundan 4500 kvadrat metrlik torpaq sahəsindən 150 kvadrat metrlik hissəsi yol üçün ayrılması və nəticədə payçıların hər birinə düşən payin 50 kvadrat metr azalması, yəni ona 1500 kvadrat metr deyil, 50 kvadrat metr yola çıxılmaqla 1450 kvadrat metr torpaq sahəsi düşməli olması və bu halda bölünmənin mümkün olduğu göstərilmişdir. O, da Azərbayan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən işlənilmiş torpaq sahəsinin sxemi və mütəxəssis rəyi əsasında aparılacaq bölgü ilə razıdır. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı iddiaçı X2 nümayəndəsi X8 da mahiyyət etibarı ilə iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh1 izahatında göstərdi ki, mübahisə predmeti olan torpaq sahəsində yerləşən ev tam mülkiyyət hüququ ilə ona məxsusdur. O, 44 ildən çox müdətdir ki, həmin torpaq sahəsindən istifadə edir. Əvvəlki məhkəmə iclasları zamanı birgə mülkiyyətlərində olan torpaq sahəsinin öz aralarında bölünməsinə razılığını bildirsə də, hazırda birgə mülkiyyətlərində olan həmin torpaq sahəsinin bölünməsinə, yəni, həmin torpaq sahəsindən iddiaçının payının ayrılmasına razı deyildir. Buna görə də bununla bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən verilmiş rəylə və işlənilmiş sxemlə da razı deyildir. Ümumiyyətlə, həmin iddiaya baxılmasına etiraz edir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh2 da mahiyyət etibarı ilə Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apelyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1999/2019 saylı, 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Şəki Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(075)-37/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22(107)-1999/2019 saylı, 10 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların vəkli X9 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19.11.2019-cu il tarixli qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 1999/2019 saylı, 10 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, mübahisə predmeti olan torpaq sahəsində yerləşən ev tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. O, 44 ildən çox müdətdir ki, həmin torpaq sahəsindən istifadə edir. Əvvəlki məhkəmə iclasları zamanı birgə mülkiyyətlərində olan torpaq sahəsinin öz aralarında bölünməsinə razılığını bildirsə də, hazırda birgə mülkiyyətlərində olan həmin torpaq sahəsinin bölünməsinə, yəni, həmin torpaq sahəsindən iddiaçının payının ayrılmasına razı deyildir. Buna görə də bununla bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən verilmiş rəylə və işlənilmiş sxemlə da razı deyildir. Ümumiyyətlə, həmin iddiaya baxılmasına etiraz edir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı onun qızı olsa da aralarında olan ana-övlad münasibəti tamamilə pozulub. O, cavabdehin mübahisəli torpaq sahəsində yerləşən evdə gəlib yaşamasına etiraz etmir, lakin torpağın bölünməsinə, iddiaçının payınınn ayrılmasına qəti etiraz edir. Ona görə də apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh1 vəkili X7 apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X6 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehlər onun ana və qardaşlarıdır. Lakin ana-övlad, bacıqardaş kimi yola getmirlər. Mübahisəli torpaq sahəsi onların birgə mülkiyyətindədir. Lakin o öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir, cavabdehlər onu həmin torpaq sahəsinə buraxmır. İddiaçı sonda Şəki Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(075)- 37/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb, proses iştirakçılarının çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddia tələbi təmin edilməməlidir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-7254/2019 saylı qərarı ilə cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilmiş və mülki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması müəyyən edilmişdir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 14 fevral 2019-cu il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Baltalı kəndində yerləşən 0,45 hektar torpaq sahəsi üzərindəki 56,3 kvadrat metr fərdi yaşayış evi tam Cavabdeh1, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,45 hektar torpaq sahəsi isə X2, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətindədir. İşdə olan məhkəmə tikinti texniki ekspertizasının 30 iyul 2018-ci il tarixli, 362 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, "xxxx" MMC-nin Şəki Layihə- Tədqiqat İdarəsinin mütəxissis rəyinin göstəricilərini, o cümlədən mübahisəli torpaq sahəsinin faktiki istifadə vəziyyətinin JN297A saylı şəhadətamədə göstərilən konfiqursiyadan fərqli olduğunu, torpaq sahəsinin üzərində yerləşən əsas və köməkçi tikililərdən istifadə qaydasının göstərilmədiyini nəzərə alaraq, torpağın mülkiyyətə verilməsi dair JN-297A saylı, Kod 40400038 olan şəhadətnaməyə əsasən iddiaçı X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan Şəki rayonu, Baltalı kəndində yerləşən 0,45 hektar torpaq sahəsindən iddiaçı X4 düşən 1/3 hissənin naturada ayrılmasına dair tədqiqat aparılması mümkün deyildir. İşdə olan Azərbayan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən işlənilmiş torpaq sahəsinin sxemi və mütəxəssis rəyində göstərilmişdir ki, Şəki Rayon Məhkəməsinin icraatında olan 2 (075)-37/2019 saylı mülki işlə əlaqədar Şəki rayonu, Baltalı kəndində yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış nəticəsində iddiaçıya ayrılacaq torpaq sahəsinin yeri və giriş-çıxış yolu tərəflərin razılığı ilə müəyyənləşdirilmişdir. Fərdi yaşayış evinə aid mülkiyyətdə olan torpaq sahəsi 4500 kvadrat metrdir. Həyətlərə girişçıxışın normal olması üçün 4 metr enində yol nəzərdə tutulduğundan 4500 kvadrat metrlik torpaq sahəsindən 150 kvadrat metrlik hissəsi yol üçün ayrılır. Nəticədə payçıların hər birinə düşən pay 50 kvadrat metr azalır. Beləliklə, iddiaçıya 1500 kvadrat metr deyil, 50 kvadrat metr yola çıxılmaqla 1450 kvadrat metr torpaq sahəsi düşür. İddiaçıya düşən torpaq sahəsi şimaldan 22.1 metr və 9.0 metr olmaqla cəmi 31.1 metr, şərqdən döngə nöqtəsinə qədər 51.6 metr, ikinci döngə nöqtəsinə qədər 28.23 metr, üçüncü döngə nöqtəsinə qədər 2.15 metr, cənubdan 37.14 metr, qərbdən döngə nöqtələrinə uyğun olaraq 8.28 metr, 18.36 metr və 39.21 metr olmaqla əhatələnərək 1450 kvaddrat metr təşkil edir. Ayrılan yoldan hər üç payçı birgə istifadə edə bilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-7254/2019 saylı qərarında qeyd edilmişdir ki, iş üzrə məhkəmə-mühəndis ekspertizasını təyin olunmalı olmasına dair kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və hesab edir ki, qeyd edilən ekspertizanın rəyi alındıqdan sonra iş üzrə qanuni və əsaslı nəticəyə gəlinə bilər. Bununla bağlı olaraq məhkəmə kollegiyası 26 fevral 2020-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tikinti-texniki ekspertizası təyin edilərək ekspertizаnın qаrşısındа iş torpağın mülkiyyətə verilməsinə dair JN-297 A saylı, KOD 40400038 olan şəhadətnaməyə əsasən iddiaçı Yusifova Kəmalə Ələfsər qızının, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ələsfər oğlunun paylı mülkiyyətlərində olan Şəki rayonu, Baltalı kəndində yerləşən 0,45 hektar torpaq sahəsindən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, digər tikililər nəzərə alınmaqla və ya nəzərə alınmamaqla iddiaçı X4 düşən 1/3 hissəsinin naturada ayrılması mümkündürmü? Əgər, torpağın mülkiyyətə verilməsinə dair JN-297 A saylı, KOD 40400038 şəhadətnaməyə əsasən Şəki rayonu, Baltalı kəndində yerləşən 45 hektar torpaq sahəsindən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, digər tikililər nəzərə alınmaqla və ya nəzərə alınmadan iddiaçı X4 düşən 1/3 hissəsinin naturada ayrılması mümkündürsə, həmin 1/3 hissə payın naturada ayrılması nəcə olmalıdır? sualları qoyulmuş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli 10/2672 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı Ünvan Reyestri Xidməti, "xxxx" MMC-nin Şəki Layihə Tədqiqat İdarəsinin mütəxəsssis rəyinin göstəricilərini nəzərə alaraq, torpağın mülkiyyətə verilməsinə dair JN-297A saylı, Kod 40400038 olan şəhadətnaməyə əsasən iddiaçı X2, cavabdehlər Cavabdeh1 X5 paylı mülkiyyətində olan, Şəki rayonu, Baltalı kəndində yerləşən 0,45 hektar torpaq sahəsindən iddiaçı X4 düşən 1/3 hissənin naturada ayrılmasına dair tədqiqat aparılması mümkün olmamışdır. Bunda başqa məhkəmə kollegiyası 31 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tikinti-texniki ekspertizası təyin edilərək ekspertizаnın qаrşısındа iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı Ünvan Reyestri Xidməti, "xxxx" MMC-nin Şəki Layihə Tədqiqat İdarəsinin mütəxəsssis rəyinin göstəriciləri əsasında ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, **********34-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçı X2, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan, Şəki rayonu Baltalı kəndində yerləşən 0,45 hektar torpaq sahəsinin naturada bölgüsü mümkündürmü sualları qoyulmuş Məhkəmə Ekspertiza Xidmətləri” MMC tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli 03-36/21 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı Ünvan Reyestri Xidməti, "xxxx" MMC-nin Şəki Layihə Tədqiqat İdarəsinin mütəxəsssis rəyinin göstəriciləri əsasında ƏMDK yanında DƏDRX-ın 12 sayı ərazi idasəri tətəfindən verilmiş verilmiş RX seriyalı, ******* nömrəli, **********34-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçı X2, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan, Şəki rayonu Baltalı kəndində yerləşən 0,45 hektar torpaq sahəsinin cəmi bir giriş-çıxışı olduğundan və onları ayrı-ayrılıqda sərbəst giriş çıxışla təmin etmək mümükün olmadığından sözügedən torpaq sahəsinin naturada bölgüsü mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, iddiaçı X6 DƏDRXnin 12 saylı Ərazi İdarəsi tərəfindən 14 fevral 2019-cu il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa cavabdehlər Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan Şəki rayonu, Baltalı kəndində yerləşən 0,45 hektar torpaq sahəsindən iddiaçı X4 düşən 1/3 hissənin naturada ayrılmasını iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki rayonu, Baltalı kəndində yerləşən 0,45 hektar torpaq sahəsindən iddiaçı X4 düşən 1/3 hissənin naturada ayrılmasına dair tədqiqat aparılması mümkün deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. Belə ki, kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyilərini iş üzrə sənədlərlə birlikdə təhlil edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyləri sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti versələr də, iddiaçı Kəmalə Yusifovanın iddia tələbi Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 paylı mülkiyyətindədir. Mübahisənin mahiyyəti torpaq sahəsinin naturada bölgüsü olduğundan və tələb bölünməz olduğundan, apellyasiya şikayəti təmin edilərək, iş üzrə Şəki Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tаrixli qətnaməsi tam ləğv edilməli iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan Şəki rayonu, Baltalı kəndində yerləşən 0,45 hektar torpaq sahəsindən iddiaçı X4 düşən 1/3 hissənin naturada ayrılmasına dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən yol verilmiş qeyd edilən pozuntuya diqqət yetirməmiş, nəticədə qanuni olmayan qətnamə qəbul etmişdir. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tаrixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlarla yanaşı, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsində isə göstərilir ki, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu və ekspertiza xərcləri onun özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, qətnaməsi ləğv edilsin. İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ümumi paylı mülkiyyətdən payının ayrılaraq ona verilməsi, evə köçürülmə və bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ekspertiza xərci olan 150 manat iddiaçıya aid edilsin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN ********** Müxbir hesab AZ 41 NABZ********************, SFİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE******************) hesabına ödənilsin Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar