Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-390/2020 18.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh1 iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1957/2019 saylı qətnaməsindən iddiaçı «xxxx» KB ASC tərəfindən verilmiş apelyаsiyа şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1957/2019 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) iddiaçı “xxxx” KB ASC-nin Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 753 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının paylı mülkiyyətdə olan 61.7 kv.m sahəsi üzrə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4ə-1394 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 753 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının 61.7 kv.m sahəsinə dair mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın və onun əsasında Cavabdeh2 verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı «xxxx» KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X14 və Şəki Regional “Asan Xidmət” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 753 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının paylı mülkiyyətdə olan 61.7 kv.m sahəsi üzrə xx.xx.2019-cu il tarixli, 4ə-1394 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 753 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının 61.7 kv.m sahəsinə dair mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixli 24EM/11 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 05EMk/14 saylı əlavə kredit müqaviləsinə əsasən, 31 ay müddətinə, xx.xx.2016-cı il tarixədək, illik 22 % ödəmək şərtilə, 51.000 ABŞ dolları məbləğində kredit verilmiş və kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxx» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 24Emi/11 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 paylı mülkiyyətində olan Şəki şəhəri, X12 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyriyaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsi «xxxx» KB ASC-də ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyindən «xxxx» KB ASC "kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 «xxxx» KB ASC-nin xeyrinə cəmi 41.665,82 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan Şəki şəhəri, X12 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə yönəldilməsi, ipotekanın ilkin satış qiymətinin 94.000 manat müəyyən edilməsi və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması tələbi təmin edilmişdir. Bundan sonra «xxxx» KB ASC-nin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və T.Səmədovanın apelyаsiyа şikayəti üzrə mülki iş Şəki Apelyаsiyа məhkəməsinin icraatında olan zaman, X6 Şəki Rayon Məhkəməsində ipoteka müqaviləsini etibarsız hesab olunmasına dair qaldırdığı iddia üzrə icraatın dayandırılması barədə vəsatəti təmin edilmiş və T.Səmədovanın iddiası üzrə keçirilmiş xəttşünaslıq ekspertizasının rəylərindən sonra məlum olmuşdur ki, borclu və eyni zamanda ipoteka qoyan Cavabdeh1 ipoteka müqaviləsi bağlanarkən həyat yoldaşı (arvadı) X7 adından təqdim etdiyi notarial təsdiqli əmlakın ipoteka qovulmasına razılıq verilməsi barədə ərizədə olan imza və yazı qeydləri həmin şəxsə məxsus deyil. Bunun nəticəsində ipotekanın mülkiyyətçisi Cavabdeh1 olmasına baxmayaraq, həyat yoldaşı Tubu Səmədovanın qanunamüvafıq razılığı alınmaması əsası ilə Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə «xxxx» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 24Emi/11 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Şəki Apelyаsiyа Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə isə Şəki Apelyаsiyа Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra, «xxxx» KB ASC-nin iddia tələbi üzrə işə baxan Şəki Apelyаsiyа Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli qətnaməsi iddia üzrə tutmanın ipoteka predmeti olan Şəki şəhəri, X12 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyriyaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə yönəldilməsi, ipotekanın ilkin satış qiymətinin 94.000 manat müəyyən edilməsi və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə isə Şəki Apelyаsiyа Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra, Cavabdeh1 sözügedən ipotekadan azad olunan 41.665,82 ABŞ dolları məbləğində kredit öhdəliyi üzrə icra vərəqəsi məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədilə Şəki Rayon İcra və Probasiya Şöbəsinin icraatına göndərilmişdir. Şəki Rayon İcra və Probasiya Şöbəsi borclu Cavabdeh1 tələbin könüllü icrası haqqında bildiriş ilə müəyyən olunmuş vaxtdan sonra, məcburi icra tədbirləri qismində ƏMDK yanında DƏDRX-nin 12 saylı ərazi idarəsinə, ƏƏSMN yanında DSMF-nin Şəki Şəhər Şöbəsinə, DİN BDYPl-yə və banklara sorğu ilə müraciətlər ünvanlanmış, sorğuya verilən cavablarda Cavabdeh1 adına hər hansı bir daşınar əmlakın olmadığı müəyyən olunmuş, vəkil sorğusu ilə xx.xx.2019-cu il tarixdə ünvanlanan müraciətlərinə isə ƏMDK yanında DƏDRX-nin xx.xx.2019-cu il tarixli sorğuya cavabında bildirilmişdir ki, “Xidmətin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Cavabdeh1 adına paylı mülkiyyətdə olan Səki şəhəri, X12 prospektində yerləşən qeyriyaşayış binası qeydiyyata alınmışdır”. Bildirmişdir ki, Cavabdeh1 adına yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun tərəfindən ipoteka ilə yüklü edilmiş Şəki şəhəri, X12 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsi mövcud olmuşdur. Baxmayaraq ki, ipoteka müqaviləsi üzrə tələbin yönəldilməsinin mümkün olmaması o demək deyil ki, borclu Cavabdeh1 paylı mülkiyyətində olan qeyri-yaşayış sahəsindən ibarət olan sözügedən əmlakın hərraca çıxarılmaqla satılması və borclunun borcunun ödənilməsinə yönəldilməsi qanunvericiliyə ziddir. Əksinə, Cavabdeh1 mülkiyyətində olan əmlak onun yeganə yaşayış yeri deyil, məhz mağaza kimi fəaliyyət göstərən qeyri-yaşayış binası olmuşdur. Mülki qanunvericiliyin ümumi mülkiyyətdəki paya tutmanın yönəldilməsi ilə bağlı münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224-cü maddəsinin tələblərinə əsasən borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılması tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət olunmuş, xx.xx.2019-cu il tarixdə məhkəmədə qeydiyyatdan keçən iddia ərizəsi isə məhkəmənin xx.xx.2019-cu il tarixdə banka təqdim olunan xx.xx.2019-cu il tarixli qərardadı ilə əsassız olaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin banka geri qaytarılması qərara alınmışdır. Həmin qərardadan «xxxx» KB ASC-nin verdiyi şikayətə baxan Şəki Apelyаsiyа Məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadı ilə ‘‘Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı və həmin qərardadla bağlı məhkəmənin iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilərək, iddiaçı «xxxx» KB ASC-nin iddia ərizəsinin icraata qəbul edilib baxılması üçün məhkəməyə göndərilməsi qərara alınmışdır.” Bundan sonra, Elektron Məhkəmə Sistemindən əldə etdikləri məlumata əsasən Şəki Rayon Məhkəməsi tərəfindən borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılması tələbi üzrə mülki işin hazırlıq iclasının keçirilməsinin xx.xx.2019-cu il tarixə saat 16:20-yə təyin olunduğunu öyrəndikdən dərhal sonra, bank tərəfindən iddianı təmin tədbiri barədə məhkəməyə təqdim olunan ərizəyə baxan məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə“hazırkı iddia tələbinə baxılıb iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək, Cavabdeh1 paylı mülkiyyətində olan Şəki şəhəri, X12 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulmaqla, 2(075)-1181/2019 saylı mülki iş üzrə çıxarılacaq yekun qərar qanuni qüvvəsini alanadək sözügedən qeyri-yaşayış sahəsi üzərində bütün hərəkətlərin dayandırılması və həmin qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır”. Bundan əlavə, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru “Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatında olan Şəki Apelyаsiyа Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(107)-302/2018 saylı icra sənədi üzrə borclu Cavabdeh1 paylı mülkiyyətində olan Səki səhəri, X12 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binası üzərinə həbs qoyulması barədə təqdimat ilə Səki Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən təqdimata baxılması xx.xx.2019-cu il tarixə təyin olunmuşdur. Sonradan məhkəmə əsassız olaraq, təqdimata baxılmasını xx.xx.2019-cu il tarixə təxirə salmış və həmin tarixli qərardad ilə təqdimatın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardadan şikayətə baxan Şəki Apelyаsiyа Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(107)-67/2019-002 saylı qərardadı ilə Şəki Apelyаsiyа Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixli 2(107)-2534/2019 saylı qərardadı qanunin qüvvəsini alana kimi hazırki işin icraatı dayandırılması qərara alınmışdır. Eyni zamanda Şəki Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər «xxxx» KB ASC-yə, «xxxx» KB ASC-nin Şəki filialına və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcdan azad edilmə” tələbinə dair 2(075)-1322/2019 saylı mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmənin baxış iclasında iş üzrə icraatın dayandırılması və məhkəmə-xəttşünaslıq ekspertizasının təyin olunması barədə qərardad elan olunmuş, həmin qərardaddan bankın verdiyi şikayətə baxan Şəki Apelyаsiyа Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə bankın şikayəti təmin olunaraq, iddiaçı Cavabdeh1 cavabdehlər «xxxx» KB ASC-yə, «xxxx» KB ASC-nin Şəki filialına və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı “kredit müqaviləsinin etibarsız, hesab edilməsi və borcdan azad edilmə” tələbinə dair 2(075)-1322/2019 saylı mülki iş üzrə icraat xitam verilmişdir. Sonradan, yəni xx.xx.2019cu il tarixdə Şəki şəhər Məhkəmənin sorğusuna cavab olaraq, AR ƏMDK yanında DƏDRX-nin 12 saylı X17 bildirilmişdir ki, “Elektron bazada toplanmış məlumatlara və mövcud arxiv materiallarına əsasən Cavabdeh1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.” “xxxx” KB ASC yenidən vəkil sorğusu ilə ƏMDK yanında DƏDRX-nə müraciət etmiş, xx.xx.2019-cu il tarixli **********40 saylı sorğuya cavab məktubunda ƏMDK yanında DƏDRX-nin rəis müavini Elşad Məmmədov tərəfindən qeyd olunmuşdur ki, “Səki səhəri, M.Ə.Rəsulzadə prospekti 753 savlı ünvanda yerləşən (qeyri-yaşayış binasının Cavabdeh1 məxsus 61.7 kv.m hissəsi Şəki Regional “Asan xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4ə-1394 savlı bağışlama müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixində Cavabdeh2 adına qeydiyyata alınmışdır.” Göstərmişdir ki, “xxxx” KB ASC tərəfindən sözügedən daşınmaz əmlak ilə bağlı xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim olunan iddia ərizəsi üzrə mübahisənin olması, bundan əlavə, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmurunun “Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatında olan Şəki Apelyаsiyа Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(107)-302/2018 saylı icra sənədi üzrə borcluCavabdeh1 paylı mülkiyyətində olan Şəki şəhəri. X12 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binasınınüzərinə həbs qovulması barədə təqdimatın 2019-cu ilin may ayında məhkəməyə təqdim olunmasına baxmayaraq, Şəki Rayon Məhkəməsinin əsassız qərardadlarına görə yuxarı instansiya məhkəmələri tərəfindən həmin qərardadlar ləğv olunanadək olan müddətdən istifadə edən Cavabdeh1 paylı mülkiyyətində olan Şəki şəhəri, X12 prospektində yerləşən 1 mərtəbəli (61.7 kv.m) sahədən ibarət qeyri-yaşayış binasını kredit borcu üzrə məsuliyyətdən yayınmaq məqsədilə qəsdən, hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün atası Cavabdeh2 ilə bağışlama müqaviləsi bağlayaraq, əmlakı özgəninkiləşdirmişdir. Qeyd olunanlardan da görünür ki, həmin bağışla müqaviləsi hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanılmış uydurma əqd olmaqla əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd isə etibarsız əqd hesab olunur. Göründüyü kimi, “xxxx” KB ASC-nin “borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılması tələbi” ilə məhkəməyə müraciət etməsindən sonra məsuliyyətdən yayınmaq və həmçinin icra məmurunun qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi məqsədilə sözügedən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etdikdən sonra, Cavabdeh1 məhkəməinin ona yaratdığı bu şəraitdən səmərəli istifadə edərək, paylı mülkiyyətində olan “Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 753 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının ona məxsus 61.7 kv.m hissəsi Şəki Regional “Asan xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4ə1394 saylı bağışlama müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli çıxarışla atası Cavabdeh2 adına qeydiyyata alınmışdır.” Hesab edir ki, həmin bağışla müqaviləsi hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanılmış uydurma əqd olmaqla əhəmiyyətsizdir. Bütün bunları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)-806/2017 saylı qətnaməsinə əsasən “xxxx” KB ASC ilə onun arasında xx xxxxxxx 2011-ci ildə bağlanmış və Şəki 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 24Emi/11 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Şəki Apelyаsiyа Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(107)-2078/2017 saylı qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)-806/2017 saylı qətnaməsi apelyаsiyа şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3354/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Şəki Apelyаsiyа Məhkəməsinin MK-nın hazırki iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-74/2019 saylı qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X13 üzərinə onun mülkiyyətində olan 24 Emi/11 nömrəli ipoteka müqaviləsi əsasırda “xxxx” KB ASC qarşısında ipoteka ilə yüklü edilmiş Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən bir mərtəbəli 61,7 kv.m sahədən ibarət qeyriyaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə dair dövlət reyestrində aparılmış yüklülüyə dair qeydin ləğv edilməsi öhdəliyinin qoyulması qət edilmişdir. Şəki Apelyаsiyа Məhkəməsinin 2-1(107)-238/209 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən Şəki İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 74/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Bildirdi ki, həyat yoldaşı Tubu Səmədova uzun müddətdir ki, qan xərçəngindən əziyyət çəkir. Onun müalicəsi Türkiyə Cumhuriyyətində aparılır. Müalicənin aparılması və davam etdirilməsi üçün çoxlu vəsait tələb edir. Bildirdi ki, bu günə kimi həyat yoldaşının müalicəsinə çoxlu pul vəsaiti sərf etmiş, həmçinin həmin pul vəsaitlərinin əksəriyyətini atasından və qardaşından börc kimi almişdir. Həyat yoldaşının müalicəsini davam etdirməsi üçün yenidən ona pul vəsaiti lazım olmuşdur. Əvvəllər bu məqsədlə dəfələrlə atasından borc pul aldığından, yenidən ondan pul almağa utanmışdır. Buna görə də mülkiyyətində olan mağazanı atasına bağışlamaqla mağazanı faktiki olaraq satmaqla ondan pul almışdır. Buna görə də xx xxxx 2019-cu il tarixdə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən yerləşən ümumi sahəsi 61.7 kv m olan qeyri-yaşayış binasını atası Cavabdeh2 bağışlamışdır. Bildirdi ki, bağışlama müqaviləsi bağlanarkən qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun bağlanmış, müqavilə bağlanarkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Əmlakını atasına bağışlamaq istəmiş və bağışlamışdır. Əgər bağışlamanın reallaşmasında hər hansı qanunsuzluğa yol verilmiş olsa idi, həmin bağışlama müqaviləsi reallaşa bilməzdi. Hesab edir ki, mübahisələndirilən bağşlanma müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsızlığına əsas ola biləcək hər hansı qanun pozuntusuna yol verilməmişdir. Ona görə də iddianı qəbul etmir və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə digər cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçı «xxxx» KB ASC apelyаsiyа şikаyəti vermişlər. Apelyаsiyа şikayətinin dəlilləri: İddiaçı apelyаsiyа şikayətini iddia tələbində qeyd etdiyi dəlillərlə əsaslandıraraq Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1957/2019 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi X4 apelyаsiyа şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1957/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyаsiyа şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tаrixli, 2(075)-1957/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi, digər cavabdeh və üçüncü şəxslərin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyаsiyаşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyаsiyа şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)- 1957/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)806/2017 saylı qətnaməsindən görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında xx xxxxxxx 2011-ci ildə bağlanmış və Şəki 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 24Emi/11 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3354/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(107)-2078/2017 saylı qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)-806/2017 saylı qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3354/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının hazırki iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı X17 tərəfindən verilmiş Seriya MA ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X12 prospektində yerləşən ümumi sahəsi 88,4 kv m olan qeyri-yaşayış binası Cavabdeh1 və X2 paylı mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş Şəki İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-74/2019 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X13 üzərinə iddiaçı Cavabdeh1 mülkiyyətində olan24 Emi/11 nömrəli ipoteka müqaviləsi əsasırda “xxxx” KB ASC qarşısında ipoteka ilə yüklü edilmiş Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən bir mərtəbəli 61,7 kv.m sahədən ibarət qeyriyaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsinə dair dövlət reyestrində aparılmış yüklülüyə dair qeydin ləğv edilməsi öhdəliyinin qoyulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin 2-1(107)-238/209 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-74/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 Notariat ofisinə yazdığı notarial qaydada təsdiq edilmiş 28.06.019-cu il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş ********** nömrəli çıxarış əsasında Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasının və torpaq sahəsinin ona məxsus hissəsini bağışlamaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması barədə məlumatın real vaxt daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş edir. Qeyd olunan əldə edilməsi ilə bağlı dövlət rüsumunun və xidmət haqqının ödənilməsinə dair qəbzləri ərizəsinə əlavə edir. İş materiallarına əlavə edilmiş X6 Notariat ofisinə yazdığı notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasının və torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə əri Cavabdeh1 məxsus olan hissəsinin bağışlanmasına etiraz etmir. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli “hədiyyə verən” Cavabdeh1 və “hədiyyə alan” Cavabdeh2 arasında bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən yerləşən ümumi sahəsi 61.7 kv m olan qeyriyaşayış binasının tam mülkiyyət üzrə ona məxsus hissəsini Cavabdeh2 bağışlamışdır. İş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı X17 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X12 prospektində yerləşən ümumi sahəsi 88,4 kv m olan qeyri-yaşayış binası Cavabdeh2 və X2 paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Həmin Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi, bağışlama müqaviləsi nəticəsində hədiyyə alan əvəzsiz olaraq zənginləşsə də, o, həmin zənginləşmə sayəsində bağışlayana (hədiyyə verənə) heç bir cavab xidməti vermək öhdəliyi daşımır. Müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında sözügedən bağışlama müqaviləsi bağlanarkən həmin müqavilənin qanunda göstərilən şərtlərinə dəqiq əməl olunmuşdir. Yəni tərəflər iradə ifadələrini sərbəst və azad şəkildə, heç bir kənar müdaxilə olmadan həyata keçirməklə müqaviləni bağlamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin uydurma əqd hesab edərək onun etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, qeyd edilən müqavilə mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq bağlanmış və bağlanarkən hər hansı qeyri-qanuniliyə yol verilməmişdir. Onların iradə ifadəsi heç kəsin hüquq və mənafelərinə toxunmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci madəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü madəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr və mənzil sertifikatları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Həmin maddəyə əsasən cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası apelyаsiyа şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslandırılmış qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının yuxarıda qeyd etdiyi iddiaçı Cavabdeh1 cavabdehlər «xxxx» KB ASC-nin Şəki filialına və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı “kredit müqaviləsinin etibarsız, hesab edilməsi və borcdan azad edilmə” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi barədə Şəki Apelyаsiyа Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(075)-1322/2019 saylı qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7778/2019 saylı qərarı ilə ləğv edilmişdir. Ali Məhkəmə həmin qərarında göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi isə, şikayətin yalnız işin icraatının dayandırılması hissəsindən verilməsini, habelə birinci instansiya məhkəməsinin qərardadının iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsinə dair hissəsinin qüvvədə olmasını nəzərə almayaraq, işə mahiyyəti üzrə baxıb qərardadı tamamilə ləğv edib iş üzrə icraata xitam vermişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyаsiyа instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyаsiyа şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1957/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı «xxxx» KB ASC tərəfindən verilmiş apelyаsiyа şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1957/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-390/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-390/2020
18.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver