Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-391/2022 10.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(075)-1972/2021 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-129F, KOD-40412018 nömrəli torpağa mülkiyyətə dair dövlət aktına əsasən Şəki rayonu, Cəyirli kəndi ərazisində onlara və X1 ayılmış 0,25 hektar torpaq sahəsindən paylarının müəyyən edilməsi və naturada ayrılaraq onlara verilməsi, həmçinin Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212-2004-cü il tarixli qətnaməsinə əsasən paylarına düşən hissənin naturada münasib şəkildə ayrılıb İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(075)-1972/2021 saylı qərardadı ilə iddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 JN-129F, KOD-40412018 nömrəli torpağa mülkiyyətə dair dövlət aktına əsasən Şəki rayonu, Cəyirli kəndi ərazisində onlara və X1 ayılmış 0,25 hektar torpaq sahəsindən paylarının müəyyən edilməsi və naturada ayrılaraq onlara verilməsi, həmçinin Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2- 212-2004-cü il tarixli qətnaməsinə əsasən paylarına düşən hissənin naturada münasib şəkildə ayrılıb İddiaçı1 verilməsi tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilmişdir. İddiaçı1 Şəki Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(075)1972/2021 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsasladırmışdır ki, Şəki Rayon Məhkəməsinin 07 may 2004cü il tarixli, 2-212-2004-cü il tarixli qətnaməsinə əsasən Şəki rayonu, Cəyirli kəndində yerləşən mərhum İddiaçı2 Ədil oğlundan miras qalmış ümumi sahəsi 100,3 kvadrat metr, yaşayış sahəsi 70,5 kvadrat metr olmaqla 3 otaqdan ibarət 36,3 kvadrat metr yaşayış sahəsi olan 1 otaq, həmin otağın qarşısındakı mətbəxt, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32,8 sot torpaq sahəsi ilə birlikdə iddiaçı Cavabdeh1 mülkiyyətinə evin 19,4 kvadrat metr yaşayış sahəsi olan otağın, həmin otağın qarşısında şüşəbənd olan, evin qarşısında olan torpaq sahəsindən 8,2 sot torpaq sahəsi cavabdeh X3 mülkiyyətinə, evin 15,8 kvadrat metr yaşayış sahəsi olan otağı, otağın qarşısında yerləşən şüşəbənd, otağın qarşısında yerləşən 8,4 sot torpaq sahəsi və həmin sahədə yerləşən mal tövləsi cavabdeh İddiaçı1 Ədil oğlunun mülkiyyətinə verilmiş, həmin qaydada real bölgü aparılması qərara alınmışdır. Həmçinin, JN-129F, KOD-40412018 nömrəli torpağa mülkiyyətə dair dövlət aktına əsasən Şəki rayonu, Cəyirli kəndi ərazisində onlara və X1 0,25 hektar torpaq sahəsi ayrılmışdır. Lakin, həmin qətnaməyə və torpağa mülkiyyətə dair dövlət aktına əsasən onların payına düşən hissənin naturada ayrılaraq onlara verilməsi, əsasən də torpaq sahəsinin ayrılaraq onlara verilməsi mümkün olmamışdır. Buna səbəb isə məhkəmə qətnaməsində və torpağa mülkiyyətə dair dövlət aktına əsasən onlara verilməli olan torpaq sahəsinin koordinatlarının dəqiq göstərilməməsidir. Bu isə onların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulması ilə, həmçinin əsassız mübahisələrlə nəticələnir. O və digər iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-129F, KOD40412018 nömrəli torpağa mülkiyyətə dair dövlət aktına əsasən Şəki rayonu, Cəyirli kəndi ərazisində onlara və X1 ayılmış 0,25 hektar torpaq sahəsindən paylarının müəyyən edilməsi və naturada ayrılaraq onlara verilməsi, həmçinin Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212-2004 saylı qətnaməsinə əsasən payına düşən hissənin naturada münasib şəkildə ayrılıb İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Onların iddiası Şəki Rayon Məhkəməsinin icraatına 2(075)-1972/2021 nömrə ilə qəbul edilmişdir. Lakin, Şəki Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(075)-1972/2021 nömrəli qərardadına əsasən iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadın qəbul edilməsinə əsas kimi Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212-2004 saylı qətnaməsinin olduğu əsas götürülmüşdür. Halbuki, onların tələbi iki hissədən ibarət olmuşdur. Birinci hissə-JN-129F, KOD-40412018 nömrəli torpağa mülkiyyətə dair dövlət aktına əsasən Şəki rayonu, Cəyirli kəndi ərazisində onlara və X1 ayılmış 0,25 hektar torpaq sahəsindən paylarının müəyyən edilməsi və naturada ayrılaraq onlara verilməsi, ikinci hissə Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212-2004 saylı qətnaməsinə əsasən payına düşən hissənin naturada münasib şəkildə ayrılıb İddiaçı1 verilməsi barədə tələbləri olmuşdur. Lakin, məhkəmə tərəfindən hər iki tələb üzrə icraata xitam verilməsinə əsas kimi Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212-2004 saylı qətnaməsinin olduğu əsas götürülmüşdür. Bu isə onların qanunvericiliklə müəyyən edilmiş hüquqlarını pozur. Bundan başqa Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212-2004 saylı qətnaməsinə və torpağa mülkiyyətə dair dövlət aktına əsasən paylarına düşən hissənin naturada ayrılaraq onlara verilməsi, əsasən də torpaq sahəsinin ayrılaraq onlara verilməsi mümkün olmamışdır. Buna səbəb isə məhkəmə qətnaməsində və torpağa mülkiyyətə dair dövlət aktına əsasən onlara verilməli olan torpaq sahəsinin koordinantlarının dəqiq göstərilməməsidir. Bu isə onların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulması ilə, həmçinin əsassız mübahisələrlə nəticələnir. Şəki Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(075)-1972/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(075)1972/2021 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iddiaçı şikayətin dəlillərinə münasibətdə hər-hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu səbəblə də şikayətin dəlilləri birinci instansiya məhkəməsi qərardadının ləğv edilməsi üçün əsaslı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212-2004 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonunun Cəyirli kəndində yerləşən mərhum İddiaçı2 Ədil oğlundan qalmış ümumi sahəsi 100,3 kv.m, yaşayış sahəsi 70,5 kv.m olmaqla 3 otaqdan ibarət evin 36,3 kv.m yaşayış sahəsi olan 1 otaq, həmin otağın qarşısındakı mətbəxt, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32,8 sot torpaq sahəsi İddiaçı1 mülkiyyətinə verilməsi, evin 19,4 kv.m yaşayış sahəsi olan otağın, həmin otağın qarşısında olan şüşəbəndi və evin qarşısında olan torpaq sahəsindən 8,2 sot torpaq sahəsi cavabdeh X3 mülkiyyətinə və evin 15,8 kv.m yaşayış sahəsi olan otağı, otağın qarşısında yerləşən şüşəbənd və otağın qarşısında yerləşən 8,4 sot torpaq sahəsi və həmin sahədə yerləşən mal tövləsi cavabdeh İddiaçı1 Ədil oğlunun mülkiyyətinə verilməsi və həmin qaydada real bölgü aparılması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı hazırki iddia tələbi üzrə bundan əvvəl də eyni eyni predmet barəsində, eyni əsaslar üzrə və eyni tərəfə qarşı məhkəmədə iddia tələbi irəli sürmüşdür. Göründüyü kimi Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212-2004 saylı qətnaməsi ilə Şəki rayonunun Cəyirli kəndində yerləşən mərhum İddiaçı2 Ədil oğlundan qalmış ümumi sahəsi 100,3 kv.m, yaşayış sahəsi 70,5 kv.m olmaqla 3 otaqdan ibarət evin 36,3 kv.m yaşayış sahəsi olan 1 otaq, həmin otağın qarşısındakı mətbəxt, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32,8 sot torpaq sahəsi İddiaçı1 mülkiyyətinə verilməsi, evin 19,4 kv.m yaşayış sahəsi olan otağın, həmin otağın qarşısında olan şüşəbəndi və evin qarşısında olan torpaq sahəsindən 8,2 sot torpaq sahəsi cavabdeh X3 mülkiyyətinə və evin 15,8 kv.m yaşayış sahəsi olan otağı, otağın qarşısında yerləşən şüşəbənd və otağın qarşısında yerləşən 8,4 sot torpaq sahəsi və həmin sahədə yerləşən mal tövləsi cavabdeh İddiaçı1 Ədil oğlunun mülkiyyətinə verilməsi və həmin qaydada real bölgü aparılması qət edilmişdir. Həmin qətnaməyə nəzər saldıqda aydın olur ki, qeyd edilən ünvanda zəbt edilmiş torpaq sahəsi ilə birlikdə 49.4 sot torpaq sahəsi bölgü predmeti olmuşdur. Yəni Şəki rayon, Aqrar İslahatı Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə X2, İddiaçı1, İddiaçı2, İddiaçı3 verilmiş 0.25 hektar həyatyanı torpaq sahəsi də qeyd edilən qətnamə üzrə bölgü predmeti olaraq bölünmüşdür. Hazırda iddiaçılar olan İddiaçı2 Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212-2004 saylı qətnaməsi çıxarılan günə 10 yaşı, İddiaçı3 isə 12 yaşı olmuşdur. Beləliklə, göründüyü kimi İddiaçı1 qeyd edilən qətnamə üzrə tərəflərdən biri olmuş və hazırki digər iddiaçılar İddiaçı2 və İddiaçı3 təmsil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 29.1-ci maddəsinə əsasən bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. Həmin Məcəllənin 29.3-cü maddəsinə görə 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 35522.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İşdən də görünür ki, Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212-2004 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.2-ci maddələrində müəyyən edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(075)-1972/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(075)-1972/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаddаn surəti rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsı vаsitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Mülki Kollegiyаsınа kаssаsiyа şikаyəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-391/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-391/2022
10.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver