Məhkəmə qərarları › İş №2(107)-394/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-394/2024

03.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-394/2024 03.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlaklar üzrə payına uyğun pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlaklar üzrə payı) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlaklar üzrə payına uyğun pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 8 sentyabr 2023-cü il tarixli 2(014)-1200/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-100/2022 saylı qətnaməsi ilə nikah qeydi pozulmuşdur. Birgə nikah müddətində Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində QAZ-3110 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2020-ci il tarixində Ford Transit markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobillər alınmış, sonuncu avtomobil iddiaçının xəbəri olmadan xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən sonuncunun qardaşı X1.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlaklar üzrə payına uyğun pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir..

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından Ömər adlı oğulları doğulmuşdur. Aralarında olan ailə münasibətlərinə Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-1100/2022 saylı qətnaməsi ilə son qoyulmuş, xx.xx.2007-ci il tarixli nikah qeydi pozulmuşdur. X4 onun himayəsində saxlanılması və müvafiq alimentin ödənilməsi qət edilmişdir. Bundan başqa aralarında olan əmlak mübahisələri Yevlax Rayon Məhkəməsində davam etmiş, ancaq birgə nikah dövründə əldə etdikləri avtomobillərin bölünməsi nəzərdən qaçmışdır. Onlar ər-arvad olduqları mərhələlərdə Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində QAZ-3110 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil adına alınmışdır. Eyni ilə keçmiş əri ticarətlə məşğul olduğundan eyni zamanda Ford Transit markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixində alınmış, onun xəbəri olmadan xx.xx.2022-ci il tarixində Cavabdeh adından qeyddiyyatdan çıxarılaraq qardaşının adına sənədləşmişdir. Hal-hazırda da qardaşı Teymur Cəfərovun adına qeydiyyatdadır. Hər iki avtomobil onların birgə nikah dövründə əldə olunan daşınar əmlakdır. Ford markalı transit modelli **-UJ-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, ağ rəngli, furqon tipli avtomobil əmlakın qiymətləndirilməsi MMC tərəfindən qiymətləndirilərək, bu yük avtomobilinin xx.xx.2023-cü il tarixə real bazar qiyməti 17800 manat müəyyən edilmişdir. Həmin avtomobilin rəngi gümüşü metallik, mühərrikinin həcmi 2400 sm3 , yanacaq növü dizel, tipi furqon, buraxılış ili 2006-cı il qeyd edilməklə qiyməti 17800 manat müəyyən edilmişdir. Bu barədə qiymətləndirmə hesabatında tam olaraq avtomobilin qiyməti qeyd olunub. Digər avtomobil QAZ markalı, 3110 modelli, **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, qara rəngli, sedan tipli, minik avtomobilinin real bazar qiyməti 6500 manat müəyyən edilmişdir. Həmin avtomobil barəsində də qiymətləndirmə rəyi alınmışdır. Hər iki avtomobil birgə nikah dövründə əldə edilmiş daşınar əmlakdır. Qeyd olunan əmlaklar cavabdeh tərəfindən qəsdən, bilərəkdən özgəniləşdirilmiş, digəri isə hal-hazırda şəxsi istifadəsindədir. Onlar 2007-ci ildə nikaha daxil olmuşlar, xx.xx.2022-ci il tarixində rəsmi boşanmışlar, 17800 manat dəyərində olan Ford Transit markalı **-UJ-*** dövlət qeydiyyatlı avtomobil xx.xx.2020-ci il tarixində birgə nikahları dövründə alınaraq, xx.xx.2022-ci il tarixində onun tərəfindən qardaşına alqı-satqı edildiyi qeyd edilir. Bütün bunlarda onun iştirakı olmadan onun icazəsi və razılığını almadan cavabdeh onun da payını qardaşı X6 adına alqı-satqı yolu ilə rəsmiləşdirməklə ona aid payını da özününkiləşdirmişdir. Aydındır ki, avtomobil boşanma ərəfəsində teztələsik bir addan digər ada keçirilib. Qeyd olunan avtomobilə ½ hissədə payın müəyyən edilməsini və müəyyən edilmiş payın dəyərinin 8900 manat məbləğində pulun cavabdehdən alınmasında qəti və israrlıdır. Digər avtomobildə, yəni QAZ-3110 markalı 04- BD-700 dövlət qeydiyyatlı avtomobilin bazar qiyməti 6500 manatdır. Həmin avtomobilə ½ hissədə payın müəyyən edilməsini, avtomobilin yarı dəyərinin, yəni 3250 manat məbləğində pulun cavabdehdən alınmasını istəyir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər və hallar müəyyən edilmişdir.

5. Eyni zamanda, məhkəmə iclasında iddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddiaya etiraz etmişdir.

6. Ağdaş Rayon Məhkəməsinin 8 sentyabr 2023-cü il tarixli 2(014)-1200/2023 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) iddia təmin olunmuş, İddiaçı ilə Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri 17800 manat dəyərində olan “Ford” markalı, “Transit” modelli, 99- UJ-151 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, “Ağ” rəngli, furqon tipli, yük avtomobilinin yarı dəyəri 8900 manat və 6500 manat dəyərində olan “QAZ” markalı, “3110” modelli, **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, “Qara” rəngli, sedan tipli, minik avtomobilinin yarı dəyəri 3250 manat məbləğində pul, əmlakın qiymətləndirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində pul və 164 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220 və 225-ci maddələrinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31 və 32-ci maddələrinə istinad etmişdir.

8. İstinad olunan sənədlər: Əmlakın Qiymətləndirilməsinin Nəticələri haqqında Hesabata əsasən 22 iyun 2023cü il tarixli, ƏQ-254/2023 saylı daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi Əmlakın Qiymətləndirilməsinin Nəticələri haqqında Hesabata əsasən 22 iyun 2023cü il tarixli, ƏQ-255/2023 saylı daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-16-11/2-1983/23 saylı məktub Apellyasiya şiakyətinə əlavə edilmiş, mülki işin 105-109-cu vərəqlərində yer alan “X8” MMC-nin 17 noyabr 2022-ci il tarixli rəyi

9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçının iddia ərizəsində yarı dəyərini tələb etdiyi “QAZ-3110" markalı minik avtomobilini həqiqətən də 07 sentyabr 2019-cu ildə almışdır. “Ford Transit" markalı yük avtomobili isə qardaşı X9 Yevlax rayonunda yaşayan Namiq adlı kürəkəninə məxsus olmuşdur. İddiaçı ilə evlənməmişdən xeyli əvvəl qardaşı X10 mərhum atasına məxsus olmuş, onun ölümündən sonra özü idarə etdiyi "VAZ-2106" markalı minik avtomobilini həmin vaxt Ağdaş şəhərində yaşadığından kəndə gedib-gəlmək üçün etibarnamə ilə ona vermişdir. 2020-ci ilin yaz aylarında o qardaşının kürəkəninin "Ford Transit" markalı yük avtomobilini almaq istədiyindən şəxsən iddiaçının razılığı ilə "QAZ-3110“ markalı minik avtomobilini 1000 (min) manata Yevlax rayon sakininə satmışdır. Həmin avtomobil sərnişin daşımaq və minik avtomobili kimi istifadəyə yararsız olduğundan salon hissəsi kəsilmiş və yük daşımaq üçün yararlı olmuşdur. Hazırda bu avtomobilin demək olar ki heç bir maddi dəyəri yoxdur.“Ford Transit" markalı yük avtomobilini Namiqlə 14000 manata razılaşmışlar. Lakin onun pulu çatmadığına görə Vaz-2106 markalı minik avtomobilinin sahibi olan qardaşı X14 razılaşaraq və avtomobili 4000 manat qiymətləndirməklə Namiqə vermişdir. Bundan sonra Namiq Vaz-2106 markalı minik avtomobilini qardaşından aldığına görə ondan 10000 manat pul alaraq “Ford Transit" markalı yük avtomobilini 31 may 2020-ci il tarixdə onun adına rəsmiləşdirmişdir. 2022-ci ilin əvvəllərində ailənin maddi vəziyyəti ağır olduğundan və pula ehtiyacı olduğundan şəxsən iddiaçının özünün razılığı ilə “Ford Transit" markalı yük avtomobilini 12000 manata qardaşı X2. İddiaçı ilə ailə münasibətləri pozulduğu zaman yaranmış ev və digər mübahisələr barədə 23 fevral 2023-cü il tarixdə barışıq sazişi bağlayaraq imzalamışlar. Həmin sazişə əsasən yaşadığı evdən istifadə hüququna xitam verilməsi və çıxması müqabilində onun tərəfindən ona 15000 manat pul verilmiş və iddiaçı qonaq dəsti (qorka, kamot, stol və 8 ədəd stul). Divan-kreslo (yazı stolu daxil olmaqla), uşaq otağında olan kondisioner, paltaryuyan maşın, soyuducu və uşaq otağında olan uşaq üçün kravat və şifonerdən (dolab) ibarət əmlakları da özü ilə aparmışdır. Saziş bağlanan zaman mübahisə predmeti olan hər iki yük və minik avtomobilləri müvafiq olaraq rəsmi qaydada və faktiki (etibarnamə ilə) satıldığından heç biri həmin əmlakları mübahisələndirməmişlər. Ona görə də, hazırda iddiaçının ona qarşı belə bir tələblə müraciət etməyə heç bir subyektiv hüququ yaranmamışdır və yoxdur. İddiaçı ilə aralarında əmlak bölgüsü ilə bağlı imzalanaraq bağlanmış barışıq sazişi məhkəmə iclasında məhkəməyə təqdim olunsa da, işə baxan məhkəmə tərəfindən araşdırılmamış və ondan istifadə edilməmişdir. Həmin barışıq sazişi avtomobillərin birgə nikah dövründə satılmasını tam təsdiq edir. İddiaçının tələb etdiyi avtomobillər birgə nikah dövründə satılması iddiaçı ilə aralarında əmlak bölgüsü aparılan zaman mübahisələndirilməməsi iddiaçı ilə aralarında imzalanaraq bağlanmış barışıq sazişi ilə tam sübut olunur. Həmin barışıq sazişi iddia tələbinə qarşı etirazının əsasını təşkil edir. Alqı-satqı müqaviləsi məhkəmə tərəfindən həmin şöbədən tələb edilsəydi “Ford Transit” yük avtomobilinin dəyərinin 17800 manat yox, 12000 manat olması sübut olunardı.

11. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 8 sentyabr 2023-cü il tarixli 2(014)- 1200/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 8 sentyabr 2023-cü il tarixli 2(014)-1200/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Mаddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mаddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Mаddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mаddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Mаddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.4-cü maddəsinə əsasən ər-arvadın hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təhcizetmə və i.a.) müəyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda təbiq edilmir.

16.Qərarlar: E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 18 mart tarixli qərarı “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 23 iyul tarixli qərarı Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarı

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

19. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 8 sentyabr 2023-cü il tarixli 2(014)- 1200/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ümumilikdə gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, məhkəmə “QAZ” markalı, “3110” modelli, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini müəyyən edərkən səhvə yol vermişdir. E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 18 mart tarixli qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən ər-arvadın ümumi əmlakının bölünməsi və ya vərəsəlik qaydasında keçməsi ilə bağlı işlərə baxılarkən, ilk növbədə, həmin əmlakın ərarvadın birgə nikah dövründə və onların ümumi gəlirləri hesabına əldə olunması məsələsi araşdırılmalı, bu zaman tərəflərin öz tələblərini əsaslandırdığı hallar, etiraz və dəlillər ətraflı müzakirə edilməli, bununla bağlı verilmiş vəsatətlər həll edilərək əsaslandırılmış qərar qəbul edilməlidir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 23 iyul tarixli qərarında göstərilmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 7.17-ci bəndində göstərilmişdir ki, ümumi əmlaka daxil olan predmetin (məsələn, avtomobilin) ərin (arvadın) bağladığı müqavilə əsasında üçüncü şəxsin adına qeydə alındığı halda ərin (arvadın) həmin müqavilənin etibarsız sayılması və (və ya) əşyanın ümumi mülkiyyətə qaytarılmaqla, bölünməsinə dair əqdin hər iki tərəfinə (sərəncam verən ərə (arvada) və əldə edən üçüncü şəxsə) qarşı iddia qaldırmaq hüququ vardır. Həmin şəxslərə qarşı göstərilən tələblərdən hər hansı birinin irəli sürülməsi iddiaya baxılması üçün kifayət edir. Belə ki, müqavilənin etibarsız sayılması barədə iddia qaldırıldıqda, etibarsızlığın nəticəsi (Mülki Məcəllənin 337.5-ci maddəsi) kimi üçüncü şəxsin adına olan reyestr qeydinə düzəliş edilməsi (Mülki Məcəllənin 141-ci maddəsi); etibarsız əqd əsasında verilmiş əşyanın qaytarılması tələbi (Mülki Məcəllənin 157.2-ci maddəsi) üzrə isə qeydin əsasında duran müqavilənin etibarlılığının yoxlanılması məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsidir və tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 7.19-7.20-ci bəndlərində göstərilir ki, iddiaçı ər (arvad) cavabdeh arvadın (ərin) bağladığı etibarsız əqd əsasında üçüncü şəxsin adına rəsmiləşdirilmiş əşyanın özünü deyil, onun payına düşən dəyərini arvaddan (ərdən) tələb etdikdə isə üçüncü şəxsə qarşı yönəlmiş iddia tələbi olmadığından məhkəmə öz təşəbbüsü ilə əqdin etibarsızlığını nəzərə alaraq, əşyanın iddiaçıya verilməsi barədə qərar çıxara bilməz... Bu halda üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pul şəklində cavabdeh ərdən (arvaddan) tutulması mümkündür. Çünki həmin pul vəsaitinə olan hüquq da ərin (arvadın) əmlakının qanuni rejimindən irəli gəlir. Məhkəmənin cavabdeh ərə (arvada) qarşı yönəlmiş pul tələbini göstərilən əsasla təmin etməsi ümumi əmlaka olan hüququn pul şəklində kompenasiyasıdır. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonradan bəyəndiyi üçün həmin müqavilə etibarlı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsini pul şəklində cavabdeh ərdən (arvaddan) tələb edə bilər. Cavabdehin apellyasiya şikayətində Ford Transit markalı avtomobilin iddiaçının razılığı ilə satıldığı barədə dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında nikahın pozulması barədə Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)- 1100/2022 saylı qətnaməsinin məzmunundan görünür ki, tərəflər 11 aprel 2022-ci ildə nikahın pozulması üçün mediatora müraciət etmişlər. Həmin vaxt tərəflərin faktiki ailə münasibətləri mövcud olmamış, ayrı yaşamışlar. Ford Transit markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən qardaşı X1. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 7.4-cü bəndinə görə reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübutetmə vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, avtomobilin alqı-satqısının olduğu vaxt iddiaçı və cavabdehin birlikdə yaşadığını, o cümlədən cavabdehin müqaviləyə razılıq verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüş, cavabdeh isə bu barədə apellyasiya şikayətində qeyd etməklə kifayətlənmiş, hər hansı sübut və ya dəlili məhkəməyə təqdim etməmişdir. Kollegiya onu da qeyd edir ki, cavabdeh özü belə apellyasiya şikayətində avtomobili 12.000 manata satdığını qeyd etsə də, onun nümayəndəsi və vəkili Vəkil2 kollegiya göndərdiyi xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətində avtomobilin 9500 manata satıldığı görünür. Bu hal da cavabdehin iddia etdiklərinin inandırıcı olmadığı barədə kollegiyanın gəldiyi daxili inamı təsdiqləyir. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, hazırki halda İddiaçı Ford Transit markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı müqaviləsinin onun razılığı olmadan bağlandığını bildirməklə müqaviləni bəyənmədiyini ifadə etmişdir. Belə olan halda, avtomobilin hansı qiymətə satılmış olması deyil, avtomobilin orta bazar qiyməti əhəmiyyət kəsb edir. Həmin orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə təyin edilmiş eksöpertiza tədqiqatının nəticə olaraq verilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 24 aprel 2024-cü il tarixli 9/2263 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərardadda və iş materiallarında göstərilən avtomobillərin normal vəziyyətdə orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: - 2006-cı il buraxılışlı “Ford Transit” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı, furqon tipli avtomobil – 22.500,00 manat - 2006-cı il buraxılışlı, “QAZ-3110"D dövlət qeydiyyat nişanlı avtomobil – 6000,00 manat. “Ford Transit” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ekspert rəyində göstərilmiş qiyməti iddia tələbi həcmindən artıq olduğundan, həmin hissədə ekspert rəyi sübut qismində qəbul edilməməklə, apellyasiya şikayəti həmin hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin gəldiyi nəticə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 2006-cı il buraxılışlı, “QAZ-3110"D dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti isə birinci instansiya məhkəməsinin gəldiyi nəticədən 500 manat aşağı olduğundan həmin hissədə ekspert rəyi sübut qismində qəbul edilməli, apellyasiya şikayəti həmin hissədə qismən əsaslı hesab edilməlidir.

22. İddiaçı və cavabdeh arasında 23 fevral 2023-cü il tarixdə barışıq sazişi olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək kollegiya qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də hazırki apellyasiya baxışında məhkəmə kollegiyasına belə bir saziş təqdim etməmişdir. Məhkəmə iclaslarında iddiaçı tərəf onlar arasında elə bir saziş olduğu etiraf etsə də, bildirmişdir ki, həmin saziş iddiaçının cavabdehə məxsus evdən istifadə hüququ ilə bağlı olmuş, hazırki mübahisə üzrə avtomobillərlə bağlı həmin sazişdə heç bir qeyd mövcud olmamışdır.

23. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən ümumilikdə düzgün nəticəyə gəlsə də, “QAZ” markalı, “3110” modelli, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini müəyyən edərkən səhvə yol verdiyindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin 8 sentyabr 2023-cü il tarixli 2(014)- 1200/2023 nömrəli qətnaməsi dəyişdirilməli, “QAZ” markalı, “3110” modelli, **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, “Qara” rəngli, sedan tipli minik avtomobilinin dəyəri 6000 manat, həmin avtomobilə görə Cavabdeh alınaraq İddiaçı verilməli olan pulun məbləği isə 3000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Ağdaş Rayon Məhkəməsinin 8 sentyabr 2023-cü il tarixli 2(014)-1200/2023 nömrəli qətnaməsi dəyişdirilsin. “QAZ” markalı, “3110” modelli, **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, “Qara” rəngli, sedan tipli minik avtomobilinin dəyəri 6000 manat, həmin avtomobilə görə Cavabdeh alınaraq İddiaçı verilməli olan pulun məbləği isə 3000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar