Məhkəmə qərarları › İş №2(107)-396/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-396/2025

08.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-396/2025 08.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X8 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, apellyasiya şikayəti vermiş Cavabdeh1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak tələbi” barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(063)- 13/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları

İddiaçı 25 avqust 2022-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak tələbi” barədə iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində sadalanan ümumilikdə 89 adda qızıl-zinət və cehiz əşyalarının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınması, həmin əmlaklar mövcud olmadığı halda isə həmin əmlakların ümumi dəyəri olaraq cəmi 17791 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 24 mart 2009-cu il tarixdə nikah qeyd etdirib 21 noyabr 2009-cu il tarixdə el adətinə uyğun toy etməklə ailə qurmuş və evlənərkən əmlakı ilə birlikdə digər Cavabdeh2 Ucar şəhəri, H.Əliyev prospekti, bina 135-də yerləşən 3 saylı mənzilinə köçmüşdür. Cavabdeh1la birgə nikahlarından 11 fevral 2011-ci il tarixdə X5 və 16 fevral 2012-ci il tarixdə X6 doğulmuşlar. Cavabdeh1la münasibətləri pozulmuş və onlar 24 yanvar 2021-ci il tarixdən faktiki ayrılmışlar. Belə ki, Cavabdeh1 həmin gün onu qonaq getmək adı ilə valideynlərinin evinə aparmış və geri qaytarmayaraq ondan guya xəyanət etdiyi üçün ayrıldığını bildirmişdir. Ucar Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(063)- 203/2021 saylı qətnaməsinə əsasən Cavabdeh1la aralarında olan nikah pozulmuşdur. Cavabdeh1la nikahları pozulsa da, cavabdehlər evdə qalmış cehiz əmlakını, geyimlərini və qızıl-zinət əşyalarını ona qaytarmamışlar. O, iddia ərizəsində qeyd edilən 89 adda qızılzinət və cehiz əşyalarını (həmin əşyaların adları və dəyəri iddia ərizəsində göstərilmişdir) tələb edərək mediatora müraciət etsə də, ilkin mediasiya sessiyasına gələn Cavabdeh1 nə qızıl-zinət əşyalarını, nə də cehiz əmlakı ilə geyimlərini ona qaytarmayacağını bildirmişdir. Halbuki, nikaha girənə kimi ona məxsus olan, həmçinin nikaha girərkən ona hədiyyə verilmiş əmlaklar ona məxsusdur. Həmin iddia ərizəsi üzrə məhkəmə prosesi başlandıqdan sonra tətbiq edilmiş “müvəqqəti təminat tədbirinin” icrası ilə əlaqədar iddia tələbində qeyd olunan əşyaların bir hissəsi qaytarıldığına görə, İddiaçı “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbini azaltmış və həmin ərizəsində sadalanan ümumilikdə 34 adda qızıl-zinət və cehiz əşyalarının cavabdehlərdən alınması, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyəri olaraq cəmi 9807 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən “iddia tələbinin həcminin azaldılması” barədə ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 89 adda əşyanın cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, məhkəmə prosesi başlandıqdan sonra müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icrası qaydasında əşyalarının bir hissəsini götürmüşdür. Bu səbəbdən də iddia tələbinin həcminin azaldılmasına zərurət yaranmışdır. Ona görə də, aşağıda adları və qiymətləri göstərilən əmlakların-dəyəri 800 manat olan 1 ədəd 8 qram çəkidə anasının hədiyyə verdiyi “tarakan” formalı qızıl üzüyün, dəyəri 200 manat olan 3 qram çəkidə dayısının hədiyyə etdiyi 1 ədəd qızıl boyunbağının, dəyəri 1000 manat olan 10 qram çəkidə, üzərində 3 brilyant qaşı olan qızıl nişan üzüyünün, dəyəri 500 manat olan 5 qram çəkidə yarpaq formalı qızıl boyunbağının (Rusiya qızılı), dəyəri 2000 manat olan üzəri brilyant qaşlarla bəzədilmiş qızıl üzük-sırğa dəstinin, dəyəri 450 manat olan 5 qram çəkidə lent formalı qızıl qolbağın, dəyəri 450 manat olan 5 qram çəkidə hörük formalı qızıl qolbağın (Rusiya qızılı), ümumi dəyəri 1500 manat hər biri 3 qram çəkidə olan 7 ədəd qızıl üzüklərin, dəyəri 750 manat olan 1 ədəd soyuducunun, dəyəri 600 manat olan 1 ədəd paltaryuyan maşının, dəyəri 100 manat olan 1 ədəd tozsoranın, dəyəri 80 manat olan 1 ədəd elektrik ətçəkənin, dəyəri 90 manat olan 1 ədəd elektrik şirəçəkənin, dəyəri 70 manat olan 1 ədəd elektrik samovarının, dəyəri 300 manat olan “Tefal” qazan dəstinin, dəyəri 140 manat olan 1 ədəd nahar dəstinin, dəyəri 15 manat olan 6 ədəd nəlbəkinin, dəyəri 220 manat olan 36 ədəd 3 ölçüdə boşqabın, dəyəri 20 manat olan 6 ədəd kiçik şüşə badənin, dəyəri 20 manat olan 2 ədəd qəndqabının, dəyəri 20 manat olan 12 ədəd kasanın, dəyəri 16 manat olan 1 ədəd qrafinin, dəyəri 10 manat olan 2 ədəd salfet qabının, dəyəri 250 manat olan 1 ədəd taxt odeyalın (çarpayı üstünün), dəyəri 70 manat olan çemodanda olan 7 ədəd əl-üz dəsmalının, dəyəri 12 manat olan 2 ədəd qadın ev ayaqqabısının, dəyəri 12 manat olan 7 ədəd əl-üz sabunun, dəyəri 12 manat olan 12 ədəd qadın corabının, dəyəri 50 manat olan 1 ədəd süfrənin, dəyəri 20 manat olan 1 ədəd çuğun vedrənin, dəyəri 5 manat olan 2 ədəd kauçuk sininin (podnosun), dəyəri 3 manat olan 5 ədəd çay dəsmalının, dəyəri 20 manat olan 2 ədəd sadə üzüyün və dəyəri 20 manat olan 2 ədəd sadə sırğanın, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyərinin, yəni 9807 manat pulun və iddia qaldırarkən ödədiyi 94 manat dövlət rüsumunun, 50 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə araşdırması zamanı cavabdehlər məhkəməyə mülki iş üzrə iddia ərizəsi və “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə əlaqədar etiraz, izahat və mülahizələr təqdim edərək, iddia tələblərinə öz etirazlarını bildirib, iddianın təmin edilməməsini xahiş etmişlər. Eyni zamanda, cavabdeh tərəfin etirazları ilə əlaqədar iddiaçı da məhkəməyə mülahizə və yazılı müraciətlər təqdim edərək, iddiasını müdafiə etmiş və həmin müraciətlərində cavabdeh tərəfin dəlillərini təkzib etmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı şahidlər dindirilmiş və qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə tələb olunan əşyaların qiyməti ilə əlaqədar qiymətləndirmə rəyi alınmışdır. Həmin qiymətləndirmə hesabatından (rəyindən) görünür ki, iddia tələbində alınması tələb olunan 34 adda qızıl-zinət və cehiz əşyalarının ümumi dəyəri “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə qeyd olunduğu kimi “cəmi 9807 manat” məbləğində deyil, ümumilikdə cəmi 6404 manat təşkil edir.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 24 may 2024-cü il tarixli 2(063)-13/2024 nömrəli qətnaməsi ilə qət edilmişdir ki: - “İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 560 manat dəyərində 8 qram çəkidə qızıl üzüyün, 160 manat dəyərində 3 qram çəkidə qızıl boyunbağının, 600 manat dəyərində 10 qram çəkidə qızıl üzüyün, 300 manat dəyərində 3 qram çəkidə qızıl boyunbağının, 1350 manat dəyərində qızıl-üzük sırğa dəstinin, 300 manat dəyərində 5 qram çəkidə lent qızıl qolbağının, 300 manat dəyərində 5 qram çəkidə hörük qızıl qolbağının, 1260 manat dəyərində 7 ədəd hər biri 3 qram çəkidə qızıl üzüyün, 500 manat dəyərində 1 ədəd soyuducunun, 320 manat dəyərində 1 ədəd paltaryuyan maşının, 45 manat dəyərində 1 ədəd tozsoranın, 45 manat dəyərində 1 ədəd ətçəkən maşının, 55 manat dəyərində 1 ədəd şirəçəkən maşının, 50 manat dəyərində 1 ədəd elektrik çaydanının, 180 manat dəyərində 1 ədəd “tefal” qazan dəstinin, 65 manat dəyərində 1 ədəd nahar dəstinin, 12 manat dəyərində 6 ədəd nəlbəkinin, 135 manat dəyərində 1 ədəd boşqab dəstinin, 12 manat dəyərində 6 ədəd şüşə badənin, 12 manat dəyərində 2 ədəd qəndqabının, 12 manat dəyərində 12 ədəd kasanın, 7 manat dəyərində 1 ədəd qrafinin, 6 manat dəyərində 2 ədəd salfet qabının, 35 manat dəyərində 1 ədəd çarpayı üstü örtüyünün, 28 manat dəyərində 7 ədəd əl-üz dəsmalının, 4 manat dəyərində 2 ədəd qadın ev ayaqqabısının, 3,5 manat dəyərində 7 ədəd əl-üz sabununun, 6 manat dəyərində 12 ədəd qadın corabının, 22 manat dəyərində 1 ədəd süfrənin, 5 manat dəyərində 1 ədəd çuqun vedrənin, 2 manat dəyərində 2 ədəd kauçuk sininin, 0,5 manat dəyərində 5 ədəd çay dəsmalının, 6 manat dəyərində 2 ədəd sadə üzüyün və 6 manat dəyərində 2 ədəd sadə sırğanın özü, qətnamə icra olunan vaxt qeyd olunan əmlaklar mövcud olmazsa onların dəyəri alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumuna görə 61,38 manat və mediasiyaya dair xərcə görə 32,35 manat tutulub İddiaçı verilsin. İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 300 (üç yüz) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər.” Ucar Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(063)-13/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə, iddiaçının, onun nümayəndəsinin, Cavabdeh1 nümayəndəsi və vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sübutları tədqiq etməklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 135, mənzil 3-də qeydiyyatdadır, Cavabdeh1 Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 135, mənzil 3də qeydiyyatdadır və Cavabdeh2 Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 135, mənzil 3də qeydiyyatdadır. İş materiallarında olan "xxxx" MMC-nin qiymətləndirmə hesabatından görünür ki, 1 ədəd 8 qram çəkidə qızıl üzüyün qiyməti 560 manat, 1 ədəd 3 qram çəkidə qızıl boyunbağının qiyməti 160 manat, 1 ədəd 10 qram çəkidə qızıl üzüyün qiyməti 600 manat, 1 ədəd 3 qram çəkidə qızıl boyunbağının qiyməti 300 manat, 1dəst qızıl-üzük sırğa dəstinin qiyməti 1350 manat, 1 ədəd 5 qram çəkidə lent qızıl qolbağının qiyməti 300 manat, 1 ədəd 5 qram çəkidə hörük qızıl qolbağının qiyməti 300 manat, 7 ədəd hər biri 3 qram çəkidə qızıl üzüyün qiyməti cəmi 1260 manat, 1 ədəd soyuducunun qiyməti 500 manat, 1 ədəd paltaryuyan maşının qiyməti 320 manat, 1 ədəd tozsoranın qiyməti 45 manat, 1 ədəd ətçəkən maşının qiyməti 45 manat, 1 ədəd şirəçəkən maşının qiyməti 55 manat, 1 ədəd elektrik çaydanının qiyməti 50 manat, 1 ədəd “tefal” qazan dəstinin qiyməti 180 manat, 1 ədəd nahar dəstinin qiyməti 65 manat, 6 ədəd nəlbəkinin qiyməti cəmi 12 manat, 1 ədəd boşqab dəstinin qiyməti 135 manat, 6 ədəd şüşə badənin qiyməti cəmi 12 manat, 2 ədəd qəndqabının qiyməti cəmi 12 manat, 12 ədəd kasanın qiyməti cəmi 12 manat, 1 ədəd qrafinin qiyməti 7 manat, 2 ədəd salfet qabının qiyməti cəmi 6 manat, 1 ədəd çarpayı üstü örtüyünün qiyməti 35 manat, 7 ədəd əl-üz dəsmalının qiyməti cəmi 28 manat, 2 ədəd qadın ev ayaqqabısının qiyməti cəmi 4 manat, 7 ədəd əl-üz sabununun qiyməti cəmi 3,5 manat, 12 ədəd qadın corabının qiyməti cəmi 6 manat, 1 ədəd süfrənin qiyməti 22 manat, 1 ədəd çuqun vedrənin qiyməti 5 manat, 2 ədəd kauçuk sinin qiyməti cəmi 2 manat, 5 ədəd çay dəsmalının qiyməti cəmi 0,5 manat, 2 ədəd sadə üzüyün qiyməti cəmi 6 manat və 2 ədəd sadə sırğanın qiyməti cəmi 6 manat göstərilmişdir. Hesabatın nəticəsində göstərilmişdir ki, qiymətləndirməyə təqdim olunan əşyalara baxış keçirilməsi mümkün olmadığından, qiymətləndirmə iş materiallarında mövcud olan ərizəyə əlavə olunmuş siyahı üzrə nəzəri olaraq aparılmışdır. Bütün göstərilənlər nəzərə alınmaqla apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, əşyaların nəzəri qiyməti 6404 manat təşkil edir. Qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının tələb etdiyi əşyaların (ona məxsus olmuş və ona hədiyyə olunmuş) cavabdehlərdən tələb edilməsinin əsaslı və qanuni olması, həmin əşyaların cavabdehlərin, yəni özgəsinin qanunsuz sahibliyində olması müəyyən edilmişdir. Lakin iddiaçı qızıl-zinət əşyalarının və digər əşyaların qiyməti (dəyəri) barədə məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, iddia iş üzrə verilmiş qiymətləndirməyə dair rəy nəzərə alınmaqla, qismən təmin edilməlidir. Məhkəmə cavabdehlərin etirazını əsaslı hesab etmir və bu nəticəyə gəlir ki, onlar öz etirazlarının əsası kimi istinad etdikləri halları sübut edə bilməmişlər. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qeyd olunan rəy nəzərə alınmaqla 560 manat dəyərində 8 qram çəkidə qızıl üzüyün, 160 manat dəyərində 3 qram çəkidə qızıl boyunbağının, 600 manat dəyərində 10 qram çəkidə qızıl üzüyün, 300 manat dəyərində 3 qram çəkidə qızıl boyunbağının, 1350 manat dəyərində qızıl-üzük sırğa dəstinin, 300 manat dəyərində 5 qram çəkidə lent qızıl qolbağının, 300 manat dəyərində 5 qram çəkidə hörük qızıl qolbağının, 1260 manat dəyərində 7 ədəd hər biri 3 qram çəkidə qızıl üzüyün, 500 manat dəyərində 1 ədəd soyuducunun, 320 manat dəyərində 1 ədəd paltaryuyan maşının, 45 manat dəyərində 1 ədəd tozsoranın, 45 manat dəyərində 1 ədəd ətçəkən maşının, 55 manat dəyərində 1 ədəd şirəçəkən maşının, 50 manat dəyərində 1 ədəd elektrik çaydanının, 180 manat dəyərində 1 ədəd “tefal” qazan dəstinin, 65 manat dəyərində 1 ədəd nahar dəstinin, 12 manat dəyərində 6 ədəd nəlbəkinin, 135 manat dəyərində 1 ədəd boşqab dəstinin, 12 manat dəyərində 6 ədəd şüşə badənin, 12 manat dəyərində 2 ədəd qəndqabının, 12 manat dəyərində 12 ədəd kasanın, 7 manat dəyərində 1 ədəd qrafinin, 6 manat dəyərində 2 ədəd salfet qabının, 35 manat dəyərində 1 ədəd çarpayı üstü örtüyünün, 28 manat dəyərində 7 ədəd əl-üz dəsmalının, 4 manat dəyərində 2 ədəd qadın ev ayaqqabısının, 3,5 manat dəyərində 7 ədəd əl-üz sabununun, 6 manat dəyərində 12 ədəd qadın corabının, 22 manat dəyərində 1 ədəd süfrənin, 5 manat dəyərində 1 ədəd çuqun vedrənin, 2 manat dəyərində 2 ədəd kauçuk sininin, 0,5 manat dəyərində 5 ədəd çay dəsmalının, 6 manat dəyərində 2 ədəd sadə üzüyün və 6 manat dəyərində 2 ədəd sadə sırğanın özü, qətnamə icra olunan vaxt qeyd olunan əmlaklar mövcud olmazsa onların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb iddiaçıya verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 666.1ci maddələrinə və Azərbaycan Respublikasın Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ucar Rayon Məhkəməsinin 24 may 2024cü il tarixli 2(063)-13/2024 nömrəli qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, apellyasiya şikayətlərində Ucar Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(063)-13/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş və hər iki apellyasiya şikayəti – iddia tələbində tələb olunan qızıl-zinət və digər əşyaların cavabdehlərdə olmaması, olan əşyaların isə qaytarılması, tələb olunan əşyaların bəzilərinin istifadə olunaraq köhnəlməsi və yaxud uzun illər istifadə olunduğuna görə sıradan çıxdığı üçün mövcud olmaması, 2009-cu ildə alınmış əşyaların hazırkı dövrdə dəyərinin mütəxəssis rəyində qeyd olunan həddə ola bilməməsi, iddiaçı tərəfin tələb etdiyi əşyalara dair heç bir sübutunun olmaması və ümumiyyətlə iddiaçı tərəfin öz iddia tələbini sübut edə bilməməsi ilə əsaslandırmışlar.

3.2). Apellyasiya şikayətinə qarşı etiraz

İddiaçı nümayəndəsi Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər tərəfindən verilmiş hər iki apellyasiya şikayətinə qarşı yazılı Etirazlar təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərini təmin etməyib, Ucar Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(063)-13/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

4. İş üzrə apellyasiya icraatı:

4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətlərinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına İddiaçı nümayəndəsi Nümayəndə2 və qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh1 nümayəndəsi X4 gəlmişlər. Lakin, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, apellyasiya şikayəti vermiş Cavabdeh2 isə məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş Cavabdeh1 nümayəndəsi X1 Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(063)-13/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Ucar Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(063)-13/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iş üzrə apellyasiya şikayətinə qarşı verdiyi Etirazlarda yazılanlara uyğun izahat verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərini təmin etməyib, Ucar Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(063)-13/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hazırkı apellyasiya şikayətlərində “Ucar Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(063)- 13/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri):

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin normaları (maddələri): 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi - qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, aşağıda qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(063)-13/2024 nömrəli qətnaməsi qismən, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “4 manat dəyərində 2 ədəd qadın ev ayaqqabısının, 3,5 manat dəyərində 7 ədəd əl-üz sabununun, 6 manat dəyərində 12 ədəd qadın corabının alınması” hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi “4 manat dəyərində 2 ədəd qadın ev ayaqqabısının, 3,5 manat dəyərində 7 ədəd əl-üz sabununun, 6 manat dəyərində 12 ədəd qadın corabının alınması” hissəsində təmin edilməməlidir. Ucar Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(063)-13/2024 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu, onların özünə aid edilməlidir. Belə ki, iş materialları və işin konkret halları ilə müəyyən olunur ki, İddiaçı el adəti ilə toy olunmaqla, Cavabdeh1 ilə 2009-cu ildə evlənərkən Azərbaycan cəmiyyətində təşəkkül tapmış “toy etməklə ailə qurmaq” adətlərinə uyğun olaraq sonuncunun digər cavabdeh olan anası Cavabdeh2 ilə birlikdə yaşadığı mənzilə hədiyyə olunmuş qızıl-zinət və cehiz əşyaları ilə birlikdə köçmüş və ailə münasibətləri pozulanadək orada yaşamışdır. Ucar Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(063)-203/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 iddiası əsasında onların arasında 24 mart 2009-cu ildə bağlanmış nikah pozulmuşdur. Tərəflərin münasibətləri pozulduqdan sonra iddiaçının ər evindən ata evinə qayıtmasının əvvəlcədən heç bir hazırlıq olmadan cavabdeh tərəfin təşəbbüsü ilə baş tutması, evdən çıxarılarkən iddiaçının əmlakını götürməməsi və əmlakının bir hissəsini yalnız hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra tətbiq edilmiş “müvəqqəti təminat tədbirinin” icrası ilə əlaqədar götürə bilməsi və işin digər konkret halları ilə müəyyən olunur ki, “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə tələb olunan və birinci instansiya məhkəməsinin məlum qətnaməsi ilə ümumi dəyəri cəmi 6404 manat təşkil edən qızıl-zinət və digər əşyalarını iddiaçı cavabdehlərlə birlikdə yaşadığı evdən aparmamışdır. Ona görə də, Ucar Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(063)- 13/2024 nömrəli qətnaməsində ümumilikdə 6040 manat məbləğində qiymətləndirilən həmin 34 adda qızıl-zinət və digər əşyaları özünün və olmadığı halda isə onların dəyərinin cavabdehlərdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. Lakin, qətnamədə sadalanan həmin 34 adda əşyalardan “4 manat dəyərində 2 ədəd qadın ev ayaqqabısı və 6 manat dəyərində 12 ədəd qadın corabı” yalnız iddiaçının öz istifadəsi üçün nəzərdə tutulduğundan və istifadə olunduğu halda yararsız hala düşdüyündən, eyni zamanda “3,5 manat dəyərində 7 ədəd əl-üz sabunu” isə istehlak olunduğu halda tükəndiyindən, yəni həmin əşyalar iddiaçı tərəfindən istifadə olunmaqla, tükənən və sıradan çıxan əşyalar olduğundan, digər əşyalar isə mülkiyyət hüququ ilə iddiaçıya məxsus olsa da, ümumi ailə tərəfindən istifadə olunduğundan – birinci instansiya məhkəməsi qətnaməsində qızıl-zinət və digər əşyalarla yanaşı “4 manat dəyərində 2 ədəd qadın ev ayaqqabısının, 3,5 manat dəyərində 7 ədəd əl-üz sabununun, 6 manat dəyərində 12 ədəd qadın corabının alınması” qənaətinə gəlməklə, səhv nəticəyə gəlmişdir. Ona görə də, yuxarıda göstərilənlərə əsasən Ucar Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(063)-13/2024 nömrəli qətnaməsi “4 manat dəyərində 2 ədəd qadın ev ayaqqabısının, 3,5 manat dəyərində 7 ədəd əl-üz sabununun, 6 manat dəyərində 12 ədəd qadın corabının alınması” hissəsində ləğv edilib, həmin hissədə iddia təmin edilməməlidir. Çünki, iddia tələbi “4 manat dəyərində 2 ədəd qadın ev ayaqqabısının, 3,5 manat dəyərində 7 ədəd əl-üz sabununun, 6 manat dəyərində 12 ədəd qadın corabının alınması” hissəsində əsaslılığı müəyyən olunmur və mötəbər sübutlarla təsdiq edilmir. Bundan əlavə, apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, məhkəmə qətnaməsində cavabdehlərdən ilk növbədə “əmlakın özünün alınması, əmlak olmadığı halda isə onun dəyərinin ödənilməsi” qət edildiyindən, əmlakın özü qaytarıldığı halda - cavabdehlər üçün onun qiymət meyarı əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(063)-13/2024 nömrəli qətnaməsi qismən, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “4 manat dəyərində 2 ədəd qadın ev ayaqqabısının, 3,5 manat dəyərində 7 ədəd əl-üz sabununun, 6 manat dəyərində 12 ədəd qadın corabının alınması” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi “4 manat dəyərində 2 ədəd qadın ev ayaqqabısının, 3,5 manat dəyərində 7 ədəd əl-üz sabununun, 6 manat dəyərində 12 ədəd qadın corabının alınması” hissəsində təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(063)-13/2024 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar