Məhkəmə qərarları › İş №2(107)-397/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-397/2025

17.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-397/2025 17.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh qarşı əmlak və ya dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlak və ya dəyərinin ödənilməsi tələbi, qüvvə) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, iddiaçı X4 nümayəndəsi X5 və Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı əmlak və ya dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-2388/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı X7 Cavabdeh qızıl-zinət əşyalarını və cehiz əşyalarını tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı X7 Cavabdeh qarşı əmlak və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 3.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 28 yanvar 2011-ci il tarixli nikah Yevlax Rayon Məhkəməsinin 2(039)-229/2024 saylı, 08 may 2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Ailə həyatı qurarkən toy hədiyyəsi olaraq ona alınmış qızıl-zinət və cehiz əşyalarını, yəni 1080 manat dəyərində 583 əyar 12 qramlıq qızıl boyunbağı və qolbağı dəstini, 600 manat dəyərində 1 ədəd plazma televizoru, 300 manat dəyərində, hər birinin dəyəri 150 manat olan 2 ədəd çilçırağı Cavabdeh dəfələrlə tələb etməyinə baxmayaraq, cavabdeh həmin əşyaları qaytarmaqdan imtina etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddələrinə istinad edərək, Cavabdeh dəyəri 1080 manat 12 qram çəkidə Rusiya istehsalı 1 dəst boyunbaşı-qolbağın, dəyəri 600 manat olan 1 ədəd televizorun (plazma), dəyəri 300 manat 2 ədəd (1 ədədi 150 manat) çılçırağın, həmin əmlaklar naturada olmadıqda onların dəyəri olan 1980 (bir min doqquz yüz səksən) manat pulun və 30.8 (otuz manat səksən qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı məhkəməyə iddianın həcminin azaldılmasına və dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehdən 1080 manat dəyərində 583 əyar Rusiya istehsalı olan 12 qramlıq 1 ədəd qızıl boyunbağının, 600 manat dəyərində 1 ədəd «Samsung» markalı, 109 dioqanal televizorun və 300 manat dəyərində 2 ədəd (hər biri 150 manat) çilçırağın, həmin əşyalar olmadıqda isə dəyərinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Yevlax Rayon Məhkəməsinin 2(039)-2388/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Q.Paşayev) iddia təmin olunmuş, Cavabdeh 1080 (bir min səksən) manat dəyərində 583 əyar Rusiya istehsalı olan 12 qramlıq 1 ədəd qızıl boyunbağı, 600 (altı yüz) manat dəyərində 1 ədəd «Samsung» markalı, 109 dioqanal plazma televizor, 300 manat dəyərində 2 ədəd (hər birinin dəyəri 150 manat) çilçıraq, həmin əşyalar olmadıqda isə cəmi dəyəri 1980 (bir min doqquz yüz səksən) manat pulun və 30.8 (otuz manat səksən qəpik) dövlət rüsumunun alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə, Ailə Məcəlləsinin 34.1 və 34.2-ci maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)- 229/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmn edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Yevlax rayon qeydiyyat şöbəsində 28 yanvar 2011-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. İşdə olan «X8» MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxxəsis rəyindən görünür ki, 1 ədəd 12 qramlıq 583 əyar (1 qr. 90 manat) qızıl boyunbağının dəyəri 1080 (bir min səksən) manat, 1 ədəd «Samsung» markalı (109 ekran) televizor 600 (altı yüz) manat, 2 ədəd (1 ədədi 150 manat) çilçıraq 300 (üç yüz) manat qiymətləndirilmişdir. İşdə olan toy mərasimini əks etdirən fotoşəkildən görünür ki, X4 üzərində 1 ədəd qızıl boyunbağı vardır.

8. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddia tələbində qeyd olunanlarla razılaşmır. Onda heç bir qızıl-zinət əşyası və digər əmlak yoxdur. Ata evinə gedərkən iddiaçı iddia ərizəsində qeyd etdiyi bütün əşya və əmlaklarını aparmışdır. Lakin məhkəmə heç bir əsas olmadan iddiaçının mənafeyinə uyğun əsassız qətnamə qəbul etmişdir. Nəticədə bu qətnamə ilə onun hüquqları çox ciddi şəkildə pozulmuşdur.

10. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 2(039)-2388/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı X7 və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 2(039)-2388/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

23. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

24. Belə ki, Cavabdeh verdiyi apellyasiya şikayətində qeyd etdiyi dəlil barədə hər hansı əsaslandırma aparmamışdır. Belə ki, apellyator şikayətində qızıl-zinət əşyası və digər əmlakın onda olmadığını qeyd etsə də, dəlilini əsaslandıracaq hər hansı sübut təqdim edə bilməmişdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallar və formal olaraq verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilmsinə əsas ola bilməz.

26. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 2(039)-2388/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

29. Göründüyü kimi iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-2388/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar