Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-399/2020 04.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğluvə Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, İddiaçı, onun nümayəndəsi Dadaşov İntiqam Söyüb oğlunun, Cavabdeh və cavabdehin vəkili Vəkil iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hаkim Elman İsayev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus 19,458,20 manat dəyərində cehiz əmlakının və 8,990,00 manat dəyərində qızıl-zinət əşyalarının və yaxud onlardan hansınınsa birinin olmadığı təqdirdə dəyərinin məcburi qaydada alınıb ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2011-ci il tarixdə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Qumru adında, xx.xx.2014-cü il tarixdə isə əkiz övladları Nərmin və Adil adında uşaqları doğulmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Qəbələ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)-353/2019 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Nikah pozulandan sonra aşağıda qeyd etdiyi 19,458,20 manat dəyərində cehiz əmlakı və 8,990,0 manat dəyərində qızıl-zinət əşyaları cavabdehin öhdəsində qalmışdır. Həmin əmlakları cavabdehdən qaytarmasını tələb etsə də, cavabdeh ona məxsus əmlakı könüllü qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. 1 divan, 2 kreslo (rumuniya istehsalı) -1500 AZN; 1 kamot, 1 qorka-1050 AZN; 1 televizor stolu-200 AZN; 1 ədəd tək kravat -250 AZN; 1 ədəd qabaq stolu,8 stullar-800 AZN; 1 taxt, 2 tumba, 1 şifoner, 1 termo -1800 AZN; 2 uşaq kravatı+ 2 uşaq matrası, 30+60-340 AZN:2 tablo-80 AZN; 1 dividi “aleks”-45 AZN; 1 plazma televizior “samsung” 102 dioqanal-450 AZN; Krosnu aparatı “super maxx” -60 AZN; Paltaryuyan maşın “samsung” 6 kq- 550 AZN: Televizor stabizatoru-30 AZN; Blendir-25 AZN; Kofemolka -20 AZN; Şirəçəkən-60 AZN; Qablı miksel-45 AZN; Tefal çaydan-çaynik dəsti-30 AZN; Tozsoran “samsung” 1200 w- 95 AZN; Ütü (Wolf)-50 AZN; 1 ədəd naçnik-30 AZN; Çaydan-çaynik dəsti “germaniya istehsalı”-120 AZN; 18 predmetli qazan dəsti “vest”-155 AZN; 1 ədəd böyük 2 qulplu, qapaqlı tefal tava, şabalıdı rəng-24 AZN; 6 ədəd ağ rəngli altı qalın qazan dəsti-80 AZN; 1 ədəd balaca tefal bilinçik tavası12 AZN; 1 ədəd qara, böyük, 1 qulplu tefal tava-28 AZN; 1 çuğun qazan, qapaqlı-12 AZN; 1 ədəd balaca, qulplu çuğun tava-3 AZN; 1 ədəd alminium balaca, 2 qulplu tava-2 AZN; 3 dədə qulplu potnis (dəst)-35 AZN; 3 ədəd iridən xırdaya nikkel tavalar, 1 ısıs böyük nikkel aşsüzən, 1 ədəd iri alminium tava-70 AZN; 1 ədəd tefal kek qabı-7 AZN; 1 ədəd iri zibil qabı, (ağ rəngli üstü qara bəzəkli)-20 AZN; Pol vedrəsi ağacı (mavi rəngli)-13 AZN; Şuvabra-2 AZN; 1 ədəd iri dördayaq-15 AZN; 1 ədəd iri sürtgəc-7 AZN; 1 ədəd taxta (soğan doğrayan)-2 AZN; Kuxna dəsti (çay, duz, pesok)-30 AZN; Kuxna üçün biçaq dəsti (gümüşü-qara rəngli)-50 AZN; Taxta qaşıq dəsti 6 ədəd-8 AZN; Türkiyə istehsalı pambıq çay dəsmalı 6 ədəd-25-AZN;Qaşıq çamadan dəsti 12 ədədlik 2 mərtəbəli-100 AZN; 5 dədə parça süfrə-120 AZN; 2 ədəd ayna çaynik-12 AZN; Kuxna üçün çay servisi (qızılı rəngli)-40 AZN; 6 ədəd böyük kasa-10 AZN; 12 ədəd balaca qaşıqlı kasalar, 40 ədəd kvadrat boşqab dəsti bənövşəyi güllü (dərin, düz, tort, bulud, dörə)-250 AZN; 1 ədəd böyük göy dörə-6 AZN; 18 ədəd çəhrayı güllü kvadrat boşqab dəsti (dərin, düz, tort)-50 AZN; 40 ədəd yumru qara güllü boşqablar (dərin, düz, tort) -40 AZN; 6 ədəd yumru düz göy güllü boşqablar-6 AZN; 7 ədəd ağ düz boşqab yumru ,2 ədəd buludu-20 AZN; Ağ rəngli yumru tort dəsti (6 boşqab, 1 dörəsi)-8 AZN; Qara kvadrat tort dəsti (6 boşqab, 1 dörəsi, 1 külqabı)-8 AZN; 1 ədəd xrustal “çexiya” istehsalı meyvə qabı-90 AZN; 1 ədəd xrustal “çexiya” istehsalı iri güldan-150 AZN; 6 ədəd xrustal “çexiya” istehsalı stəkan-20 AZN: 2 ədəd xrustal “çexiya” istehsalı lötkə-50 AZN; 2 ədəd xrustal “çexiya” istehsalı ayaqlı araq rumkaları-45 AZN; 12 ədəd razetka (qızılı rəngli)-10 AZN; 12 ədəd göy nəgli nəlbəki-10 AZN; 6 ədəd ağ rəngli dilikli nəlbəki-6 AZN; 12 ədəd sadə stəkan dəsti- 12 AZN; 5 ədəd meyvə qabı (3 ayaqlı,2 ayaqsız) 15 AZN + 10 AZN-25 AZN; 18 ədəd çaşka nəlbəki dəsti (ağ, göy, qızılı)-40 AZN; 8 ədəd ayna salatnik, 2 ədəd göy şirniyyat qabı,l ədəd ağ şirniyyat qabı-20 AZN; 1 ədəd yağ çayniki 3 AZN; 2 ədəd lötkə konfet qabı-8 AZN; 4 ədəd ayaqlı konfet qabı-8 AZN; 12 ədəd ayna ayaqsız balaca ləbləbi qabı-16 AZN; 2 ədəd ayaqlı qənd qabı (ağ rəngli)-8 AZN; 6 ədəd ayaqlı, qapaqlı qənd qabı (ağ rəngli)-12 AZN; 2 ədəd ayaqlı, qapaqlı qənd qabı (kvadrat)-8 AZN: 2 ədəd hündür ayaqlı, ağzı dilikli qapaqlı qənd qabı-10 AZN; 8 ədəd hündür ayaqlı qənd qabı (2 forma bəzəkli)-21 AZN; 2 ədəd hündür ayaqlı qənd qabı12AZN; 2 ədəd ayaqsız ləbləbi qabı-6 AZN; 2 ədəd ayaqlı ləbləbi qabı-10 AZN; 6 ədəd ayaqlı mürəbbə qabı-18 AZN; 2 ədəd qapaqlı qənd qabı, 1 şirniyyat qabı-10AZN; 6 ədəd uzun bakal (ağ işləməli)-15 AZN; 6 ədəd balaca bakal (ağ işləməli)-8 AZN; 6 ədəd uzun bakal (sadə)-10 AZN; 6 ədəd balaca bakal (sadə)-6 AZN; 1 dəst çaynı-servis (qızılı işləməli)-50 AZN; 12 ədəd qara hündür ayaqlı bakallar(böyük, balaca)-60 AZN; 6 ədəd qırmızı hündür ayaqlı bakal-30 AZN; 6 ədəd çəhrayı hündür ayaqlı bakal-20 AZN; 2 ədəd yaşıl, böyük, ayaqlı konfet qabı-30 AZN; İri ütü stolu-50 AZN; 2 ədəd tək yorğan-20 AZN; 1 ədəd taxt yorğanı-15 AZN; 1 ədəd böyük sintifon yorğan-30 AZN; 2 ədəd tək yay yorğanı-14 AZN; 2 ədəd tək döşək-24 AZN; 1 ədəd taxt döşəyi-20 AZN; 2 ədəd kvadrat paduşka-8 AZN; 2 ədəd uzun paduşka-8 AZN; 1 ədəd böyük taxt pakrıvalı (2 sintifon uzun,l kvadrat paduşka) 230 AZN; 1 ədəd böyük tək ədyal (2 üzlü)-25 AZN; 1 ədəd taxt ədyalı (qalın, qırmızı rəngli)-60 AZN; 4 ədəd taxt çxol-prostinası-180 AZN; 2 dəst tək çxolprostina-20 AZN; 2 ədəd tək prostina (ağ, yaşıl rəngli)-15 AZN; 2 ədəd qırmızı paduşka üzü-9 AZN; 7 ədəd pambıq əlüz dəsmalı-20 AZN; 5 ədəd pambıq, böyük hamam dəsmalı-50 AZN; Uşaq hamam dəsti (yuyunmaq üçün)-30 AZN; 1 ədəd “çini” materialında güldan-65 AZN; 2 ədəd ağ bpyük külqabı-16 AZN; 1 ədəd qara böyük künc güldanı, 5 ədəd gülü-85 AZN; 2 tül pərdə (üstü qızılı işləməli)-80 AZN; 1 tül pərdə (üstü qırmızı işləməli)-40 AZN; 8 ədəd-qırmızı pərdə, 4 ədəd sarı pərdə (atlaz, qulaqlıq)-535 AZN; 1 ədəd uzun ağ atlas pərdə (içlik)-45 AZN; 2 ədəd balaca ayaqaltı (yumru, bənövşəyi rəngli)-50 AZN; 1 ədəd böyük yumru daruşka (bənövşəyi rəngli)-145 AZN; 1 ədəd böyük kvadrat daruşka (ağ rəngli)-180 AZN; 1 ədəd böyük xalça qırmızı (ev boyu)-310 AZN; 2 ədəd böyük kvadrat xalça (qırmızı rəngdə)-250 AZN; 1 divan üzü, 2 kreslo üzü,3 döşəkcə üzü (3 döşəkcə)-50 AZN; 1 ədəd balaca saxsı dopu,13 ədəd ağ gül-10 AZN; 1 ədəd böyük ağ lüstur-150 AZN; 1 ədəd balaca aq-qara güzgülü lüstur-100 AZN; 2 ədəd uşaq yorğaq-döşəyi, paduşkası-100 AZN; 2 dəst uşaq çxol-prostinası-60 AZN; 4 ədəd uşaq ədyalı (2 çəhrayı, 1 mavi, 1 göy)-100 AZN; Uşaq kolyeskası-200 AZN; Uşaq üçün kuklalar (irili-xərdalı sintifon kuklalar)-250 AZN; Uşaq oyuncaqları, yolka, uşaq üçün piknik sumkası-375 AZN; Uşaq üçün vannalar (sarı, mavi, plasmas, böyük, balaca)-45 AZN; 1 ədəd plasmas mavi rəngli kuruşka2 AZN; Uşaq velosipedi 1 ədəd (qırmızı)-50 AZN; Uşaq motoskileti balaca qırmızı, böyük ağ rəngli-340 AZN; 1 ədəd güzgü, 2 şam, 1 ləmpə-31 AZN; Uşaq üçün dəmir stol-stul (hörümçək adamlı, barbili)-80 AZN; Paltar səbəti (göy)- 5 AZN; Uşaqların paltarları, ayaqqabıları (həm körpəlik həm də böyük)-700 AZN; Paltarasan veşilkalar (15 ədəd), paltar üçün remenlər, 2 ədəd ev damaşniki-16 AZN; 3 ədəd böyük əl sumkası qara rəngdə-68 AZN; 2 ədəd balaca kvadrat əl sumkası-72 AZN; 1 ədəd qırmızı kaşlok-20 AZN; 2 ədəd klac (qara, ağ)-45 AZN; 1 ədəd epilyator 108 AZN; İdialdan “bos” duxu-227 AZN; Oriflame dən “lawpausen” duxu-75 AZN; Oriflame dən “eniqma” duxu-74 AZN; Oriflame dən “aventus” duxu- 80 AZN; 5 ədəd sadə duxular-50 AZN; “İnglot” layner, kistiçkası, 22 AZN+ 25 AZN-47 AZN; 2 ədəd maye göz qələmləri “Giordani gold”, “The one” 34 AZN; 2 ədəd tuj “burjua”, “wonder lash”-34 AZN; Pudra “Pupa”-25 AZN; Rumiyana “Golden rose”-7 AZN; Highlither “Goldenrose”- 16AZN;Laklar,“Goldenrose”,№34,42,10,44,54,65,66,13,52,16,30,44,17,11 -28 AZN; Dırnaq silən3,50 AZN; Pomada “İnglot”, №52,17,88,91,93,92,97-175 AZN; Blesk “Giordani gold”, №81,82,83,84,85-65 AZN;Dodaq qələmləri “Giordani gold”, №01,03,04,06,07,09-80 AZN; Oriflame dən “Giordani gold”tonal krem 2 ədəd-50 AZN; Oriflame dən “Giordani gold” ingrid-22 AZN; Oriflame dən göz kölgəsi-13 AZN; Oriflame dən qaş teni-22 AZN; Göz üçün rəngli qələmlər24 AZN; Sadə böyük ten-18 AZN; 3 ədəd balaca ten sadə-10 AZN; 8 ədəd ten fırçası-32 AZN; 1 ədəd qaş darağı-5 AZN; 1 ədəd pilka-2 AZN; 1 ədəd qaş qayçısı-1 AZN; 1 ədəd prinset-3 AZN; Oriflame dən əl kremi-12 AZN; 2 ədəd Oriflame dən “Optimals” üz üçün gündüz və gecə üçün krem, 18 AZN+ 25 AZN-43 AZN; Bədən kremi “divane”-11 AZN; Ayaq kremi-5 AZN; Üzü təmizləmək üçün lasyon-1.2 AZN; Saç şampunu-11 AZN; 5 ədəd diş fırçası (uşaq və böyük üçün)-15 AZN; 1 ədəd diş pastası-4 AZN; 1 ədəd böyük saç lakı-3,50 AZN; 2 ədəd fen (hava feni və ütü fen)-36 AZN; 1 dəst qırmızı daraq dəsti-25 AZN; Kostyum şalvar-köynək göy rəngdə “Zara”-75 AZN; Qırmızı palto “Zara”-220 AZN; Qara trapes şalvar “Zara”-59 AZN; Göy şalvar “Zara”-43 AZN; 4 ədəd cins Şalvar-112 AZN; Şabalıdı gödək kofta “new yorker”-55 AZN; Qara şalvar “pull bear”-65 AZN; Kofta “lc waikiki”-32 AZN; Yaşıl kofta “new yorker”-35 AZN; Göy qollu kofta “new yorker”-25 AZN; Çəhrayi futbolka kofta-15 AZN; 4 ədəd sadə sport koftalar-40 AZN; 4 ədəd lasin şalvarlar-36 AZN; Qara uzunqol saroşka-23 AZN; Ağ uzunqol saroşka-46 AZN; Ağ qısaq ol saroşka-32 AZN; Göy uzunqol saroşka sadə-15 AZN; Qara pencək “Zara”-75 AZN; Şabalıdı sport pencək “charm”-80 AZN; Qara dəri pencək “charm”-110 AZN; Yaşıl yupqa-kofta dəsti “pull bear”-90 AZN; Qara qısa qollu don-58 AZN; Qara qısa düz qolsuz don-42 AZN; Firuzəyi küpür qollu don, qısa-100 AZN; Firuzəyi qısa,düz, qollu don-45 AZN; Gümüşü düz, qısa, qolsuz don-62 AZN; Göy tül, qolsuz don-220 AZN; Göy, qısa, düz, qolsuz don-48 AZN; Göy, şifon, qısa, qollu don-78 AZN; Külrəngi sport dəst “new yorker”-67 AZN; Bənövşəyi sport dəst “new yorker”-67 AZN; 5 ədəd kapron-15 AZN; 2 ədəd kolfı-4 AZN; 8 dəst pünyar dəsti-76 AZN; 3 dəst pirj ama dəsti-55 AZN; Ağ keta “sport”-50 AZN; Qara keta-30 AZN; Ağ gəlinlik ayaqqabısı-35 AZN; Qara stiletto ayaqqabı-40 AZN; Qara stiletto basanuşka-40 AZN; Şabalıdı kablok ayaqqabı30 AZN; Firuzəyi çust ayaqqabı-30 AZN; Qara çust ayaqqabı-30 AZN; Ağ-qara çust ayaqqabı-30 AZN; 2 cüt vetnamka-10 AZN; 1 cüt qara sapaşki-35 AZN; 1 cüt qara uzunboğaz kablok sapaşki 90 AZN; 1 cüt mavi tapışka-4 AZN; 2 blok nasqı (yay, qış)-12 AZN; 1 dəst gümüş dəsti firuzəyi qaşlı (sırqası, sepi, üzüyü, qolbağı)-140 AZN; Gümüşü, qızılı rəng rəng bujiteriyalar, uşaq və böyük üçün saç rezinləri, saş zajemləri, yabaları, nivdinkaları, abadokları-210 AZN. Qızıl-zinət əşyaları: 1 ədəd nişan üzüyü ortasında 5 ədəd brilyant qaş italyan qızılı, 750 əyyar, 6 qram-1200 AZN; italyan qızılı təkqaş həri üzüyü, 750 əyyar, 4 qram-375 AZN; 1 ədəd üzük türk qızılı sadə qaşlı, 585 əyyar, 2 qram-210 AZN; 1 ədəd qolbaq qaşsız italyan qızılı, 750 əyyar, 3 qram-300 AZN; Halqa sırğa qaşsız italyan qızılı, 750 əyyar, 3.7 qram-205 AZN; Tək sep türk qızılı, 585 əyyar- 200 AZN; Uşaq sırğası gülqaş, 750 əyyar-150 AZN; Kompilekt (sırğa, üzük, bilərzik, sep) kale. brilyant qaşlı, 750 əyyar, 32 qram-4700 AZN; 1 ədəd üzük italyan qızılı 8 ədəd brilyant qaşlı, 750 əyyar, 6 qram-1500 AZN. Qeyd olunan 28,448,20 manat dəyərində əmlakı cavabdehin öhdəsindədir. Ona görə də qeyd olunan cehiz əmlaklarının cavabdehdən məhkəmə vasitəsilə götürülməsi məcburiyyətindədir. İddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia tələbində qeyd etdiyi cehiz əmlaklarının bir hissəsinin geri aldığını bildirərək,1 ədəd nişan üzüyü ortasında 5 brilyant qaşlı italyan qızılı, 750 əyyar, 6 qram;1 ədəd üzük türk qızılı sadə qaşlı, 585 əyyar, 2 qram; 1 ədəd qolbaq qaşsız italyan qızılı, 750 əyyar, 3 qram; Halqa sırğa qaşsız italyan qızılı, 750 əyyar, 3.7 qram; Tək sep türk qızılı, 585 əyyar; Uşaq sırğası gülqaş, 750 əyyar; Kompilekt (sırğa, üzük, bilərzik, sep) kale. brilyant qaşlı, 750 əyyar, 32 qram; 1 ədəd üzük italyan qızılı 8 ədəd brilyant qaşlı, 750 əyyar, 6 qram;Tefal çaydan-çaynik dəsti; 1 ədəd şabalıdı rəngli 2 qulplu tefal tava; 1 ədəd iri zibil qabı, (ağ rəngli üstü qara bəzəkli); Pol vedrəsi ağacı (mavi rəngli; 1 ədəd taxta (soğan doğrayan;Taxta qaşıq dəsti 6 ədəd; 5 dədə parça süfrə; 2 ədəd ayna çaynik; 40 ədəd yumru qara güllü boşqablar (dərin, düz, tort); 1 ədəd xrustal “çexiya” istehsalı meyvə qabı; 12 ədəd göy nəgli nəlbəki; 4 ədəd ayaqlı konfet qabı-1 əksik; 6 ədəd uzun bakal (ağ işləməli)-1 əksik; 6 ədəd uzun bakal (sadə)-1 əksik; 6 ədəd balaca bakal (sadə); 4 ədəd taxt çxol-prostinası-2 əksik; 7 ədəd pambıq əl-üz dəsmalı-1 əksik; 5 ədəd hamam dəsmalı- 3 əksik; veşilkalar-14 əksik; paltar səbəti; 3 ədəd böyük kvadrat əl sumkası – 2 əksik; 2 ədəd klac (qara, ağ)-1 əksik; ətirlər; “İnglot” layner; 2 ədəd tuj “burjua”, “wonder lash; Highlither “Golden rose”; 14 lak-9 əksik; pomadalar, 6 ədəd blesk – 3əksik; 2 tonal krem-1 əksik; balaca tenlər, ten fırçaları- 6əksik; kremlər; qırmızı daraq dəsti; paltarlar; ayaqqabılar; 1 dəst firuzəyi gümüş dəstinin yaxud onlardan hansınınsa birinin olmadığı təqdirdə dəyərinin məcburi qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi Dadaşov İntiqam Şöyüb oğlu iddianı müdafiə edərək bildirdi ki, qeyd olunan cehiz və qızıl-zinət əşyalarının hamısı cavabdehin öhdəsindədir, qızı evə qayıdan zaman həmin əşyaların heç birini özü ilə gətirməmişdir. Sonda isə o, tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə xx.xx.2011-ci il tarixdə ailə qurmuşdur, evlənəndə iddiaçı gəlin kimi ata evinə gəlib. Nikahları xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən məhkəmə qaydasında pozulmuşdur. İddiaçı gedən zaman iki uşağı özü ilə aparmış digər bir uşaq isə onunla getmək istəməmişdir. Evdən gedən zaman qohumu Rusiyadan gəldiyi üçün anasıgilə qonaq getdiyini bildirmişdir, lakin iddiaçı geri qayıtmamışdır. Evdən gedən zaman bir neçə çanta ilə, həm özünə aid olan çanta, həm uşaqlara aid olan çanta ilə getmişdir. Ehtimal edir ki, qızıl-zinət əşyaları həmin çantaların birinə qoyub getmişdir. Tamellanı geri gətirmək üçün dəfələrlə yanına getmiş, lakin Tamella geri qayıtmaqdan imtina etmişdir. Cehiz əmlaklarından da nə var idisə bir hissəsini sonradan o, əmisinin köməyi ilə özünə qaytarmışdır. Qalan əşyalardan bu yaxınlarda gəlib aparmışlar. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında şahid X13 ifadəsində göstərmişdir ki, iddiaçı onun bacısıdır, bacısı uşaqları ilə birlikdə ata evinə gələn zaman o da həmin evdə olmuşdur. Özü ilə heç bir cehiz əşyası, qızıl-zinət əşyası gətirməmişdi, boğazında şərf var idi. Bir də uşaqların paltarlarını gətirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid X19 ifadəsində göstərmişdir ki, o Tamellanın ata evi ilə Həmzəlidə qonşusu kimi, Tamella ata evinə qayıdan zaman onu görmüşdür, o özü ilə heç bir cehiz əşyası gətirməmişdir, qızıl əşyalarını görməmişdir, əlində ancaq uşaq çantası olmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid X14 ifadəsində göstərmişdir ki, cavabdeh onun oğludur. İddiaçı ata evinə getməmişdən 20 gün əvvəl oğlu ilə mübahisə etmişdir. İddiaçı evdən gedən zaman onlar çantalarını yoxlamamışlar. Lakin qızıllar evdə deyil, deməli Tamella onları özü ilə aparıb. İddiaçı evdən gedən zaman xalasının Rusiyadan gəldiyini və anasıgilə bu səbəbdən getdiyini bildirmişdir. Ora getdikdən sonra iddiaçının anası onu geri qayıtmağa qoymamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, Elvinə keçmiş arvadının cehiz əşyalarının, əsasən paltarlarının qaytarılmasında kömək etmişdir. Həmin əşyaların hamısı Tamellanın özündədir, cavabdehin öhdəsində deyil. İddiaçının paltarlarının hamısını çantaya yığıb düz onların qapısına qoymuşlar. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Apelyasiya şikаyətinin dəlilləri : İddiaçı аpelyаsiyа şikаyəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişdir. O, аpelyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla əsassız qətnamə qəbul etmişdir. Belə ki, Qəbələ rayonu, Həmzəli kənd icra nümayəndəsinin iştirakı ilə cavabdehə məxsus ünvan 1 ünvanından ilkin iddia ərizəsində göstərilən əşyaların bir qismini götürmüş, həmin fakt icra nümayəndəsi tərəfindən siyahıya alınmış və təsdiq edilmiş Aktla sübuta yetirilir. İcra nümayəndəsi ilə cavabdehin evinə gedərkən onun ilkin iddia ərizəsində göstərdiyi bütün əmlak və qızıl-zinət əşyaları orada olmuşdur. Onun keçmiş qayınatası və qaynanası qanunsuz olaraq onun əmlakını öz sahibliyinə götürmüş, geri qaytarmaqdan imtina etmişdir. Qətnamədə bu faktlara hüquqi münasibət bildirməmişdir. Hazırda isə Aktda göstərilən aşağıdakı növdən olan əşyaları cavabdeh tərəfindən gizlədilərək saxlanılır və ona geri qaytarılmır. Həmin əşyalara -1 ədəd nişan üzüyü ortasında 5 ədəd brilyant italyan qızıl - 750 əyyar, 6 qram, 1 ədəd sadə qaşlı qızıl üzük - 585 əyyar, 2 qram, 1 ədəd qolbağ qaşsız italyan qızılı- 750 əyyar, 3 qram, halqa sırğa qaşsız italyan qızılı - 750 əyyar, 3.7 qram, tək sep türk qzılı - 585 əyyar; uşaq sırğası qulqaş - 750 əyyar; komplekt (sırğa, üzük, birərzik, sep) - kale brilyant qaşlı - 750 əyyar, 32 qram, 1 ədəd -üzük italyan qızılı - 8 ədəd brilyant qaşlı - 750 əyyar, 6 qram qızıl-zinət əşyaları aiddir. Həmçinin cehiz əşyaları olan Tefal çaydan-çaynik dəsti; 1 ədəd şabalıdı rəngli 2 qulplu tefal tava; 1 ədəd iri zibil qabı (ağ rəngli, üstü qara bəzəkli); pol vedrəsi ağacı (mavi rəngli); 1 ədəd taxta soğandoğrayan taxta qaşıq dəsti - 6 ədəd; 5 ədəd parça süfrə; 2 ədəd ayna çaynik; 40 ədəd yumru qara güllü boşqablar (dərin, düz, tort); 1 ədəd xrustal “çexiya” istehsalı meyvə qabı; 12 ədəd göy rəngli nəlbəki; 4 ədəd ayaqlı konfet qabından 1 əskik olan; 6 ədəd uzun bakaldan 1 əskik olan (ağ işləməli); 6 ədəd uzun bakal (sadə) 1 əskik olan; 6 ədəd balaca bakal (sadə); 4 ədəd taxta çexol prostinasından 2 əskik olan; 7 ədəd pambıq əi-üz dəsmalından 1 əskik olan; 5 ədəd hamam dəsmalından 3 əskik olan; 14 paltar asılqanı; paltar səbəti; 3 ədəd böyük kvadrat çantasından 2 əskik olanı; 2 ədəd klac (ağ, qara) 1 əskik olan; “İNGLOT” layner; 2 ədəd tuj “BURJUA”, “WONDER LASH”, “HİGHLİGHTER”, “GOLDEN ROSE”; 14 lakdan 9 əskik olan, pomadalar, 6 ədəd bleskdən 3 əskik olan; 2 tonal kremdən 1 əskik olan; balaca tenlər; 6 ədəd ten (fırçası; kremlər; qırmızı daraq dəsti); paltarlar; ayaqqabılar; 1 dəst firuzəyi gümüş dəst, 1 ədəd qırmızı rəngli xalça. Yuxarıda göstərilən və Aktla götürmədiyi təsdiq edilmiş əşyaların ona geri qaytarılmasını, əgər onlar mövcud deyildirsə və ya cavabdeh tərəfindən, qırılmış, sındırılmışlarsa dəyərinin ondan tutularaq ödənilməsini tələb etmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirdi ki, cavabdehlə 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 2012-ci il təvəllüdlü bir qızı və 2014-cü il təvəllüdlü iki əkiz övladları vardır. 2019-cu ilin aprel ayında nikahları pozulmuşdur. Nikahları pozulmasından 2-3 ay əvvəl valideyinləri ona zəng etmişlər ki, xalası Rusiya Federasiyasından Azərbaycana gəlmiş, ona görə də gəlib xalası ilə görüşsün. Ona görə əri Elvin onu uşaqları ilə birlikdə valideyinlərinin evinə aparmış, danışmışlar ki, Elvin axşam gəlib onu evlərinə qaytarsın, sonra əri gəlsə də onun valideyinləri onu ər evinə qayıtmağa qoymamışdır. Sonradan əmlak tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmə prosesi vaxtı xx.xx.2019-cu il tarixdə Qəbələ rayon Həmzəli Kənd İcra Nümayəndəsinin, sahə müvəkkilinin və onun iştirakı ilə cehiz əşyalarını və ona alınmış qızıl-zinət əşyalarını cavabdehin yaşadığı evdən təhvil almış bununla bağlı müvafiq akt tərtib edilmişdir. Həmin akta görə o bir ədəd üzük, bir ədəd qolbağ, bir ədəd gözmuncuğu, bir ədəd sadə sırğa, bir ədəd üzük -üzük dəstini qəbul etmişdir. Eyni zamanda 102 adda 336 ədəd məişət əşyalarını, 15 adda kosmetika vasitələrini, 33 ədəd suvenir və digər əmlaklarını almış və akta imza etmişdir. Onun istifadə edilmiş köhnə əşyalar da olsa da onların bir qismi cavabdehlərdə qalmış, onun qaytarılmasını istəyir. Bundan əlavə onun qızıl-zinət əşyalarının qalan hissəsini tələb edir. Qeyd edilən qızıl əşyaların birkaları onun qızıl-zinət əşyaları qoyulan yerdə olmuşdur. Cavabdeh tərəfindən təqdim edilən qızıl əşyaların birkaları ona məxsus qızıllara aid deyildir. Ona cehiz kimi verilmiş əşyaların məhv olması və ya köhnəlməsini qəbul edir. Lakin, onun qızıllarını cavabdeh qaytarmalıdır. İddiaçı əlavə olaraq bildirdi ki, əşyalarını aidiyyəti icra nümayənəsi və polis şöbəsinin əməkdaşının iştirakı ilə götürərkən mövcud olan bütün əşyalar siyahıya alınmış və ona təhvil verilmişdir. Orada digər əşyalarla bağlı etiraz etmək imzanı olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi İntiqam Dadaşov bildirdi ki, qızının izahatına uyğun ifadə verərək apelyasiya şikayətinin təmin edilməsini xhiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının qızıl-zinət əşyalarından onun heç vaxt xəbəri olmamışdır. Belə ki, onların otaqları ayrı olmuş və otağı qapısı daimi olaraq bağlı olmuş, qızıllar da daimi olaraq iddiaçının özündə olmuşdur. İddiaçının hansı qızılları olmuşdursa icra nümayəndəsi və sahə müvəkkilinin iştirakı ilə ona qaytarılmışdır. Onların böyük qızı Qumru hələlik onun yanında qalır. Ona görə də bir ədəd uşaq sırğası uşağın üzərindədir. Bundan əlavə iddiaçıya məxsus digər cehiz əşyaları gətirildiyi vaxtdan 10 ilə yaxın vaxt keçmişdir. Birgə yaşadıqları dövrdə həmin əşyaların istifadə nəticəsində xarab olması mümkündür. İddiaçıya məxsus bütün cehiz və digər əşaylar müvafiq akt tərtib edilərək ona təqdim edilmişdir. Onun anası iddiaçıya məxsus hər hansı bir əşyanın istifadə etməsi mümkün deyildir. Eyni zamanda, onlara məxsus evdə iddiaçıya məxsus olmuş qızıl-əşyalarının qiymət birkalarını təqdim edir. Həmin birkalarda qeyd edilən qızılların hamısı iddiaçıdadır. İddiaçının iddia etdiyi qızıl komplekti 585 əyyar olmaqla 17,4 qram olmuş qiyməti isə 920 manat olmuşdur. İddiaçı isə qızılların qiymətini şişirtməklə vermişdir. Uşağa alınan sırğa bildiyinə sonradan hədiyyə alındığına görə Qumrunun öz istifadəsindədir. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil iddiaçının tələb etdiyi qızl-zinət əşyalarının və cehiz əmlaklarının ona şəxsən təqdim edilməsi nəzərə alınmalıdır. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kollegiyası müəyyən etdi ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(025)-353/2019 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilməsi, X15 ilə Abdullazadə (Dadaşzadə) Tamella İntiqam qızı arasında Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 2011-ci il noyabr ayının 18-də qeydə alınmış 187 nömrəli nikah pozulması, xx xxxxxxxx 2014-cü il təvəllüdlü X10 və X16 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yanında saxlanılması, xx xxxxxx 2012-ci il təvəllüdlü X3 Elvin Adil oğlundan alınıb anası Abdullazadə (Dadaşzadə) Tamella İntiqam qızına verilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 2019-cu il noyabrın 13-dən başlayaraq uşağları - xx xxxxxxxx 2014-cü il təvəllüdlü X10 və X7yetkinlik yaşına çatanadək saxlanılması üçünhər ay sabit pul məbləğində hər uşaq üçün 80 manat olmaqla cəmi 160 (bir yüz altmış) manatsabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, xx xxxxxx 2012-ci il təvəllüdlü X1 üçün 80 (səksən) manat sabit pul məbləğində aliment X17 cavabdeh X5 alınıb iddiaçı Abdullazadə (Dadaşzadə) Tamella İntiqam qızına verildiyi tarixdən hesablanması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(107)-2149/2019 saylı qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(025)-353/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı müəyyən edir ki, tərəflər 2011-ci il noyabr ayının 18-də rəsmi nikaha daxil olmuş, onların nikahları Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər arasında nikah pozulmazdan əvvəl yəni 2019cu ilin əvvəlində iddiaçının xahişi ilə cavabdeh onu Rusiya Federasiyasından gəlmiş xalası ilə görüşmək üçün valideyinlərinin yaşadığı Həmzəli kəndinə aparmış, lakin iddiaçı sonradan fikrini dəyişmiş və gəlin olduğu evə qayıtmamışdır. Sonradan aralarında olan nikahın pozulması və əmlak tələblərinə dair məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsində icraat zamanı tərəflərin özlərinin etiraf etdikləri kimi iddiaçıya məxsus qızıl-zinət əşyalarının 6 adda qızıl-zinət əşyalarını, həmçinin tələb edilən cehiz əşyalarının 336 ədəd məişət əşyalarını, 15 adda kosmetika vasitələrini, 33 ədəd suvenir və digər əmlaklarını almış və tərəflər həmin aktı imzalamışdır. İddiaçı birinci instansiya məhkəməsində iddia tələbinin həcmini azaldaraq 1 ədəd nişan üzüyü ortasında 5 ədəd brilyant italyan qızıl - 750 əyyar, 6 qram, 1 ədəd sadə qaşlı qızıl üzük - 585 əyyar, 2 qram, 1 ədəd qolbağ qaşsız italyan qızılı- 750 əyyar, 3 qram, halqa sırğa qaşsız italyan qızılı - 750 əyyar, 3.7 qram, tək sep türk qzılı - 585 əyyar; uşaq sırğası qulqaş - 750 əyyar; komplekt (sırğa, üzük, birərzik, sep) - kale brilyant qaşlı - 750 əyyar, 32 qram, 1 ədəd -üzük italyan qızılı - 8 ədəd brilyant qaşlı - 750 əyyar, 6 qram qızıl-zinət əşyaları aiddir. Həmçinin cehiz əşyaları olan Tefal çaydan-çaynik dəsti; 1 ədəd şabalıdı rəngli 2 qulplu tefal tava; 1 ədəd iri zibil qabı (ağ rəngli, üstü qara bəzəkli); pol vedrəsi ağacı (mavi rəngli); 1 ədəd taxta soğandoğrayan taxta qaşıq dəsti - 6 ədəd; 5 ədəd parça süfrə; 2 ədəd ayna çaynik; 40 ədəd yumru qara güllü boşqablar (dərin, düz, tort); 1 ədəd xrustal “çexiya” istehsalı meyvə qabı; 12 ədəd göy rəngli nəlbəki; 4 ədəd ayaqlı konfet qabından 1 əskik olan; 6 ədəd uzun bakaldan 1 əskik olan (ağ işləməli); 6 ədəd uzun bakal (sadə) 1 əskik olan; 6 ədəd balaca bakal (sadə); 4 ədəd taxta çexol -prostinasından 2 əskik olan; 7 ədəd pambıq əi-üz dəsmalından 1 əskik olan; 5 ədəd hamam dəsmalından 3 əskik olan; 14 paltar asılqanı; paltar səbəti; 3 ədəd böyük kvadrat çantasından 2 əskik olanı; 2 ədəd klac (ağ, qara) 1 əskik olan; “İNGLOT” layner; 2 ədəd tuj “BURJUA”, “WONDER LASH”, “HİGHLİGHTER”, “GOLDEN ROSE”; 14 lakdan 9 əskik olan, pomadalar, 6 ədəd bleskdən 3 əskik olan; 2 tonal kremdən 1 əskik olan; balaca tenlər; 6 ədəd ten (fırçası; kremlər; qırmızı daraq dəsti); paltarlar; ayaqqabılar; 1 dəst firuzəyi gümüş dəst, 1 ədəd qırmızı rəngli xalçanın qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi öz əmlakını özgənin qanunsuz istifadəsindən geri tələb edə bilər. Məhkəmə kollegiyasının iclasında tədqiq edilən tərəflərin izahatları və təqdim etdikləri sübutlar əsasında müəyyən edildi ki, tərəflər 10 ilə yaxın bir müddətdə bir yerdə yaşamışlar, həmin müddət ərzində iddiaçıya cehiz əmlak olaraq verilmiş əşyaların xarab olması və ya məhv olması qaçılmazdır. Bundan başqa iddiaçıya xx.xx.2019-cu il tarixdə Aktla təqdim edilmiş cehiz əşyalarından əksik olanlarını, gündəlik istifadə olunan əşyaları tələb edərkən qeyd edilən akta hər hansı bir etirazı olmamış, əlavə əmlaklarının da qaytarılması ilə bağlı qeyd etməmişdir. Məhkəmə kollegiyasının iclasında tələb edilən cehiz əmlaklarının çatışmayanının hazırda mövcud olmasını, həqiqətən cavabdehlərin istifadəsində olması ilə bağlı iddiaçı bildirdikləri dəlilləri əsaslandıra bilməmişdir. Məsələn iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş Aktın 17-ci sırasında üç ədəd xalçanın (ağ, qırmızı,sarı) qəbul edildiyi görünür. Lakin, iddiaçı yenidən qırmızı rəngli xalçanı tələb edir. Həmin tələb edilən xalçanın fərqləndirici əlamətləri, kim tərəfindən verilməsi və ya alınması ilə bağlı hallara aydınlıq gətirə bilməmişdir. Eyni hallar kosmetika əşyalarına və digər əşyalara da aiddir. Bundan əlavə qeyd edilən əşyaların hamısının cehiz olması və ya sonradan birgə nikah dövründə əldə edilməsi ilə bağlı əsaslandırıcı sübutlar təqdim edə bilməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid X6 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, Elvinə keçmiş arvadının cehiz əşyalarının, əsasən paltarlarının qaytarılmasında kömək etmiş, həmin əşyaların hamısı Tamellanın özündədir, iddiaçının paltarlarının hamısını çantaya yığıb onların qapısına qoymuşlar. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının qalan cehiz əmlakları və əşyaları ilə bağlı iddia tələbinin təmin edilməməsi hissəsi ilə bağlı razılaşır, həmin hissədə məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bundan əlavə iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarına münasibətdə məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı ona xx.xx.2019-cu il tarixli Aktla təqdim edilən 6 adda qızıl-zinət əşyalarından əlavə 1 ədəd nişan üzüyü ortasında 5 ədəd brilyant qaş olan italyan qızıl - 750 əyyar, 6 qram, 1 ədəd sadə qaşlı qızıl üzük - 585 əyyar, 2 qram, 1 ədəd qolbağ qaşsız italyan qızılı- 750 əyyar, 3 qram, halqa sırğa qaşsız italyan qızılı - 750 əyyar, 3.7 qram, tək sep türk qzılı - 585 əyyar; uşaq sırğası qulqaş - 750 əyyar; komplekt (sırğa, üzük, birərzik, sep) - kale brilyant qaşlı - 750 əyyar, 32 qram, 1 ədəd -üzük italyan qızılı - 8 ədəd brilyant qaşlı - 750 əyyar, 6 qram qızıl-zinət əşyalarını tələb edir. Cavabdeh iddiaçıya məxsus qızıl-zinət əşyalarının daimi olaraq özündə olmasını, real mövcud olanının hamısının iddiaçıya qaytarıldığını, bir ədəd uşaq sırğasının hazırda qızı Qumrunun onun yanında qaldığından qızının üzərində olduğunu bildirmişdir. Bundan əlavə cavabdeh 6 ədəd qızıl-zinət əşyalarının qiymətini, çəkisini və probunu özündə əks etdirən birkaları təqdim etmiş, həmin birkaların iddiaçıya məxsus qızıl əşyaları qoyduğu otaqda mövcud olduğunu bildirmişdir. Məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçıya 6 ədəd qızıl-zinət əşyalarının rəsmi olaraq qaytarılmış, iddiaçının yerdə qalan digər qızıl əşyalarının fərqləndirici əlamətlərini ilə bağlı hallara aydınlıq gətirilmədiyindən, yalnız bir ədəd uşaq sırğasının hazırda qızları Qumrunun üzərində olması faktı təsdiq edildiyindən birinci instansiya məhkəməsinin iddia tələbinin tam rədd edilməsi işin hallarına uyğun olamamışdır. Belə ki, iddiaçının tələb etdiyi qızıl komplekt əşyasının cavabdehlə onun nikahı bağlanan vaxt iddiaçıya hədiyyə olunduğu onun təqdim etdiyi fotolardan aydın görünür. İddiaçı nikahları pozulmamışdan qabaq valideyinlərinin evinə gedərkən həmin komplektin üzərinə taxılması üçün hər hansı bir əsas olmadığı müəyyən olunur. Bundan əlavə iddiaçının nişan üzüyünün və digər sadə qızıl əşyalarının üzərində olmaması dəlili ilə bağlı birinci instansiya məhkəməsində dindirilən şahidlərin iddiaçının qohum və qonşuları olması səbəbindən onların verdikləri ifadləri inandırıcı hesab etmir. Məhkəmə kollegiyası ona görə də qızıl komplektinin iddiaçı tərəfindən öz üzərində aparılmasını təsdiq edə biləcək faktların mövcud olmadığı qənətinə gəlmişdir. Tərəflər hər ikisi iddiaçıya məxsus qızılların dəyəri və digər göstəriciləri olan birkaların qızıl qutularının içərisində olduğunu bildirdiyindən, iddiaçının həmin birkaların hər hansı bir səbəb göstərmədən ona məxsus qızıllara aid olmamasını göstərməsini məhkəmə kollegiyası inandırıcı qəbul etmir. Həmin qızılın dəyərinin cavabdehin məhkəmə kollegiyasının iclasında təqdim etdiyi qızıl birkalarında göstərildiyindən, iddiaçı tərəfindən tələb edilən qızılın yalnız özü tərəfindən qiymətləndirilməsi aparıldığından həmin birkada qeyd edilən qızıl əşyasının 585 əyyarda, çəkisinin 17,4 qram və qiymətinin 920 manat olması qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya hədiyyə edilmiş bir ədəd qızıl komplekt ona qaytarılmamış, digər qızıl əşyalarının bir qismi iddiaçının özünə aktla qaytarılmış, qalan əşyaların isə cavabdehdə olması faktı öz təsdiqini tapmamışdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi “bir ədəd qızıl komplektin (sep, sırğa, üzük qolbağ) təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: X2tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli qətnaməsi “bir ədəd qızıl komplektin (sep, sırğa, üzük qolbağ) təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh 585 əyyarlı, 17,4 qram çəkisi olan, qiyməti 920 manat dəyərində olan qızıl komplekt (sep,üzük,sırğa, bilərzik), özü olmadıqda onun dəyəri alınıb İddiaçı verilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-399/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-399/2020
04.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver