Məhkəmə qərarları › İş №2(107)-40/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-40/2022

19.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-40/2022 19.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 Cavabdeh qarşı JN-567 Kod 40718018 nömrəli “Torpağa mülkiyət hüququna dair dövlət aktı” əsasında mülkiyyətlərində olan 1,33 hektar pay torpaq sahəsindən çıxarılması, torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair ilk, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 qarşı torpaq sahəsinin hazırkı bazar dəyərinin, həmin torpaq sahəsinə çəkilən xərclərin və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 27.10.2020-ci il tаrixli, 2(037)- 684/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rüstəm qızı və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 27.10.2020-ci il tаrixli, 2(037)-684/2020 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, JN-567 Kod 40718018 nömrəli “Torpağa mülkiyət hüququna dair dövlət aktı” əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 birgə mülkiyyətlərinə verilmiş 2,22 hektar pay torpaq sahəsinin 1,33 hektar hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, mübahisəli torpaq sahəsinin hazırkı bazar dəyərinə görə 9995 manat, həmin torpaq sahəsinə çəkilən xərclərə görə 18000 manat, cəmi 27995 (iyirmi yeddi min doqquz yüz doxsan beş) manat məbləği iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 müştərək qaydada alınaraq Cavabdeh ödənilməsi, qətnamənin eyni vaxtda icra edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 iddia ərizəsi ilə müraciət edərək Cavabdeh JN-567 Kod 40718018 nömrəli “Torpağa mülkiyət hüququna dair dövlət aktı” əsasında mülkiyyətlərində olan 1,33 hektar pay torpaq sahəsindən çıxarılması, torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh qarşılıqlı iddia tələbi ilə müraciət edərək İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 müştərək qaydada torpaq sahəsi üçün 28000 manat və mənəvi zərərə görə 20000 manat, cəmi 48000 manat və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 məhkəmə iclasına gəlməmişlər. Nümayəndələri İddiaçı3 məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə İddiaçı1, İddiaçı2, İddiaçı4 (Talıbova) və İddiaçı5 iştirakı olmadan baxılması qərara alınmışdır. İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı3 iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarı ilə onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində 2,22 hektar əkin torpaq sahəsi verilmişdir. Torpaq sahəsindən 2009-cu ilədək özləri istifadə etmişlər. 2009-cu ildə ailəliklə müvəqqəti olaraq Bakı şəhərinə köçmüşlər. Qardaşı İddiaçı5 həmkəndliləri Cavabdehlə razılaşaraq mülkiyyətlərində olan torpaq sahəsinin 1,33 hektar hissəsini ili 130 manata olmaqla 10 illik icarəyə vermiş, həmin vaxt 10 ilin icarə haqqını, yəni 1300 manat Xaliddən pul almışdır. Aralarında razılaşmışlar ki, 10 ildən sonra Cavabdeh istəklərinə uyğun olaraq ya torpaq sahəsini onlara qaytarar, ya da yenidən icarə haqqında razılaşarlar. 2019-cu ildə şifahi razılaşdırılmış icarə müqaviləsinin müddəti bitmişdir. Cavabdeh həmin torpaq sahəsinin qardaşı İddiaçı5 tərəfindən ona satıldığını əsas gətirərək onlara qaytarmaqdan imtina edir. O, və digər mülkiyyətçilər qeyd edilən torpaq sahəsinin Cavabdeh satılmasına razılıq verməmişlər. Vəziyyəti öyrəndikdən sonra onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin 1,33 hektar hissəsinin boşaldılmasını tələb etsə də Cavabdeh onların mülkiyyətində olan torpaq sahəsini boşaltmaq əvəzinə onlara qarşı əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh torpaq sahəsi üçün 28000 manat, mənəvi zərər kimi 20000 manat – cəmi 48000 manat məbləğinin ondan və ailə üzvlərindən müştərək qaydada alınması barədə qarşılıqlı iddiasını qəbul etmir. Qardaşı Hüseyn torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Cavabdehlə razılaşmış, razılaşdırılmış pulu ondan almışdır. Xaliddən başqa torpağın icarəyə verilməsi və ya satılması ilə bağlı hər hansı müəssisə və ya şəxslərlə heç bir danışıq aparılmamışdır. Məsələnin məhkəmədənkənar həlli üçün Cavabdehlə danışıqlar aparsalar da, bu mümkün olmamışdır. O, Cavabdeh JN- 567 Kod 40718018 nömrəli “Torpağa mülkiyət hüququna dair dövlət aktı” əsasında mülkiyyətlərində olan 1,33 hektar pay torpaq sahəsindən çıxarılması, torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddialarının təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə etdiyini, ilkin iddia tələbini isə qəbul etmədiyini bildirmiş və məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 2010-cu ilin sonlarından "xxxx" QSC-də qeyri rəsmi, 01 fevral 2012-ci ildən isə rəsmi olaraq əvvəl mühafizəçi, sonra isə təssərüfat müdiri işləmişdir. "xxxx" QSC tərəfindən ona torpaq sahələrinin alqı-satqısının aparılmasının, qiymətinin müəyyənləşdirilməsi, pulun alınıbverilməsi və sairə üçün etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında torpaq sahələrini satmaq istəyən mülkiyyətçilərdən torpaq sahələrinin "xxxx" QSC üçün alınmasından yararlı hala gətirilənədək çəkilən xərclər onun vasitəsilə aparılmışdır. Həmkəndliləri olan İddiaçı5 və onun ailə üzvləri də torpaq sahələrini satmaq istəmələri barədə ona bildirmiş, o, da nümayəndəsi olduğu "xxxx" QSC tərəfindən onların torpaqlarının alınması işini təşkil etmişdir. İddiaçı5 ailə üzvülərinin razılığı ilə 22 aprel 2011-ci il tarixdə yazılı şəkildə bağlanmış torpağın alqı-satqı müqaviləsinə əsasən İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən özünün və ailə üzvlərinin mülkiyyətində olan 2,22 hektar torpaq sahəsinin 1,33 hektar hissəsini satmışdır. Müqavilə imzalanan vaxt həmin ərazidə olan torpaq sahəsinin 1 hektarının dəyəri 1100 manat təşkil edirdi. Nümayəndəsi olduğu QSC adından mülkiyyətçi İddiaçı5la ailələrinin razılığı ilə sadə müqavilə bağlayaraq iddiaçıların 1,33 hektar torpaq sahəsi üçün 1465 manatı qarşılıqlı razılıq əsasında İddiaçı5 vermişdir. Həmin müqavilədə İddiaçı5 22 aprel 2011-ci il tarixdə satdığı torpağın tam dəyərini aldığını öz imzası ilə təsdiq etmişdir. İddiaçıların hamısının torpaq sahəsinin satılmasından xəbərləri olmuşdur. Torpaq sahəsi faktiki istifadəyə keçdiyi üçün üzüm bağı salınmağa başlanılmışdır. Əgər iddiaçılar torpaq sahəsini satmasaydılar orada üzüm bağı salınan zaman öz etirazlarını bildirərdilər. Hazırda həmin sahədə bağ salındıqdan sonra onlar müqavilənin notarial qaydada bağlanmamasından istifadə edərək həmin vaxt "xxxx" QSC-nin nümayəndəsi kimi alqı-satqıda iştirak etdiyindən ondan əlavə pul tələb edirlər. İddiaçı1 bir müddət əvvəl ona bildirmişdir ki, 2000 manat əlavə pul verərsə ailə üzvləri ilə birlikdə Notariat Ofisinə gələrək alqı-satqını rəsmiləşdirərlər. O, mübahisənin yaranmaması və alqı-satqının rəsmiləşdirilməsi üçün bu təkliflə razılaşsa da sonradan İddiaçı1 onunla heç bir danışığa gəlməmişdir. Müqavilə bağlanan vaxt 22 aprel 2011-ci il tarixdə torpaq sahəsinin bir hektarının dəyəri 1100 manat təşkil edirdisə, hazırda həmin torpaq sahəsinin yerləşdiyi ərazidə torpaq sahəsinin bir hektarının dəyəri münbitliyindən, məhsuldarlığından və növündən asılı olaraq 9000-10000 manat təşkil edir. Həmin vaxt həmin ərazilərdə bir hektar torpaq sahəsini 300-400 manata almaq olardı. Lakin iddiaçılara məxsus həmin torpaq sahəsi "xxxx" QSC tərəfindən salınmış 80 hektar üzüm bağının ortasında yerləşdiyindən onların tələb etdiyi məbləğdə pul ödənilmişdir. Bu faktı iddiaçılar da yaxşı bilirdi. Bundan başqa iddiaçıların göstərdiyi kimi əgər həmin torpaq sahəsi 2011-ci ildə 1300 manata 10 il üçün icarəyə verilmişdirsə bu müddət 2021-ci ildə tamam olur. Bu fakt da iddiaçıların iddialarının yalan olduğunu bir daha təsdiq edir. O, "xxxx" QSC-nin nümayəndəsi kimi torpaq sahəsinin yararlı hala gətirilməsindən üzüm bağının salınmasına qədər bütün işlərdə iştirak etmiş və görülmüş işlər üçün çəkilən bütün xərclər onun vasitəsi ilə ödənilmişdir. İddiçıların satdıqları torpaq sahəsində üzüm bağının salınması ilə əlaqədar torpağın münbit vəziyyətə gətirilməsi üçün xeyli vəsait sərf olunmaqla müvafiq aqrotexniki xidmətlər həyata keçirilmişdir. Göstərilən işlərin aparılması üçün müvafiq mütəxəssis rəyinə əsasən 18926 manat məbləğində vəsait sərf olunmuşdur. Cavabdehlər torpaq sahələrini satsalar da, hazırkı vaxtadək alqı-satqı müqaviləsi bağlanılması üçün Notariat Ofisinə gəlmədiklərindən həmin torpaq sahəsinin "xxxx" QSCnin mülkiyyətinə keçməsi mümkün olmamışdır. Torpaq sahəsinin alqı-satqısını o apardığından iddiaçılar onu cavabdeh qismində məhkəməyə vermişlər. Torpaq sahəsinin alqı-satqısına razılaşdırılmış məbləği "xxxx" QSC-dən alaraq iddiaçılara verdiyi üşün və torpaq sahəsinin yararlı hala gətirilməsindən üzüm bağı salınanadək "xxxx" QSC tərəfindən çəkilən xərclər onun vasitəsilə ödənildiyindən o, həmin xərclərin iddiaçılardan alınmasına görə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıların onlara məxsus olmuş və sonradan İddiaçı5 tərəfindən yazılı formada tərtib olunmuş alqı-satqı müqaviləsinə əsasən satılmış torpaq sahəsinin onlara qaytarılması barədə iddialarının təmin olunacağı halda, mütəxəssis rəyinə əsasən həmin torpaq sahəsində çoxillik üzüm bağı sahəsinin salınmasına sərf edilmiş cəmi 18000 manat, həmin torpaq sahəsinin halhazırkı qiymətini təşkil edən 10000 manat məbləğində pul vəsaiti və ona vurulmuş mənəvi zərər kimi 20000 manat, cəmi 48000 manat məbləğinin iddiaçılardan müştərək qaydada alınaraq ona ödənilməlidir. Ona görə də iddiaçılar tərəfindən irəli sürülmüş ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə Cavabdehlə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rüstəm qızı və İddiaçı5 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rüstəm qızı və İddiaçı5 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 684/2020 saylı mülki iş üzrə qəbul etdiyi 27 oktyabr 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddianm təmin edilməsi hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməlidir. İsmayıllı Rayon Məhkəməsi qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində qətnaməsini onunla əsaslandırmışdır ki, İddiaçı5 mübahisəli torpaq sahəsini faktiki olaraq Cavabdeh vasitəsilə satmış və öz razılığı ilə həmin torpaq sahəsini Cavabdeh istifadəsinə vermişdir. Ona görə də, əsassız varlandıqları üçün torpaq sahəsinin hazırki dəyərini Cavabdeh ödəməlidirlər. Həmin torpaq sahəsi iddiaçılar tərəfindən cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Aralarında şifahi olaraq istifadə müddəti 10 il müəyyən edilmişdir. Cavabdeh isə faktiki istifadə etdiyi və fayda götürdüyü torpaq sahəsinə görə iddiaçılara razılaşdırılmış istifadə haqqı ödəmişdir. Rayon Məhkəməsinin gəldiyi nəticədə hüquqi əsas qalsın qırağa, heç bir məntiqi əsas yoxdur. Belə ki, məhkəmə qeyd edir ki, torpaq sahəsinin hazırki bazar dəyəri olan 9.995 manat iddiaçılardan tutularaq cavabdehə ödənilməlidir. Hətta məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi əsassız varlanmanı göstərmişdir. Əsassız varlanma - o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabma əmlak əldə etsin (Mülki Məcəllə, maddə 1091). İddiaçılar öz mülkiyyətlərində olan torpaq sahəsini onu zəbt etmiş və əsassız olaraq qaytarmayan şəxsdən geri tələb edirlər. İddiaçlıların 9.995 manat həcmində varlanması heç nə ilə sübut edilmir. Digər tərəfdən Məhkəmə gəldiyi mövqe ilə faktiki olaraq iddiaçılarm öz mülkiyyətində olan torpağı onun hazırki bazar dəyəri ilə iddiaçıların özünə faktiki olaraq alğı-satqı etmişdir. Bu heç bir hüquqi əsasa və məntiqə sığmır. Bundan başqa, birinci instansiya məhkəməsinin çəkilmiş xərclərə görə iddiaçılardan cavabdehin xeyrinə 18.000 manat tutulması hissəsində də gəldiyi nəticə işin hallarına və maddi hüquq normalarının tələblərinə uyğun deyil. Belə ki, Cavabdeh iddiaçıların razılığı ilə 10 il torpaqdan istifadə etmiş və onun çəkdiyi xərclər onun gəlir götürmək üçün torpaqdan istifadə etməsi ilə bağlıdır. O, əvvəlcədən istifadə müddətinin 10 il olduğunu və bu müddətdən sonra torpaq sahəsini iddiaçılara qaytarmalı olduğunu əvvəlcədən bilirdi və torpaq sahəsi ilə bağlı etdiyi bütün hərəkətləri bu müddəti nəzərə almaqla etməli idi. Torpaq sahəsini abad vəziyyətdə saxlamaq onun torpaq sahəsinin istifadəçisi kimi vəzifəsi idi. Çoxillik üzüm bağı salması isə iddiaçıların razılığı ilə olmamış və üzümlərini torpaqdan ayırıb özü ilə hara istəsə aparıb əkə bilər. Onun üzümləri iddiaçılara lazım deyil. İddiaçılar öz mülkiyyətlərində olan torpaq sahəsinin geri qaytarılmasını tələb edirlər, üzüm ağaclarına dair hər hansı tələbləri yoxdur. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 27.10.2020-ci il tаrixli, 2(037)-684/2020 nömrəli qətnaməsinin qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2, Məmmədli (Talıbova) Vəfa Rustam qızı, İddiaçı5 və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rüstəm qızı və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 27.10.2020-ci il tаrixli, 2(037)-684/2020 nömrəli qətnaməsi mübahisəli torpaq sahəsinin hazırkı bazar dəyərinə görə 9995 manat, həmin torpaq sahəsinə çəkilən xərclərə görə 18000 manat, cəmi 27995 (iyirmi yeddi min doqquz yüz doxsan beş) manat məbləği iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 müştərək qaydada alınaraq Cavabdeh ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən JN 567 KOD 40718018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X1, İddiaçı2 Məhəmməd qızı, İddiaçı3 Rüstəm qızı, X2 və İddiaçı5 birgə mülkiyyətlərində olan 1,33 hektar torpaq sahəsi üçün 22 aprel 2011-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 1465.86 manat, həmin torpaq sahəsinə çəkilən xərclərə görə 14986 manat, cəmi 16361.86 manat məbləği iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 müştərək qaydada alınaraq Cavabdeh ödənilməli, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılsın. İşdə olan JN 567 KOD 40718018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarı ilə X1, İddiaçı2 Məhəmməd qızı, İddiaçı3 Rüstəm qızı, X2 və İddiaçı5 birgə mülkiyyətlərinə 2,22 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 05 yanvar 2011-ci il tarixli tarixli 10 nömrəli etibarnamədən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh torpaqların alqı-satqısı və bununla bağlı müxtəlif əməliyyatların aparılması səlahiyyətləri verilmişdir. İşdə olan 22 aprel 2011-ci il tarixli müqavilədən görünür ki, alıcı İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən 1,3326 hektar əkin torpaq sahəsinin hər hektarını 1100 manata olmaqla tam dəyərini 1465,86 manatı satıcıya ödəməyi, satıcı isə mülkiyyətində olan torpaq sahəsinin hər hektarını 1100 manata olmaqla cəmi 1465,86 manat pulu qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçı5 22 aprel 2011-ci il tarixdə satdığı torpağın tam dəyərini aldığını öz imzası ilə təsdiq etmişdir. İşdə olan 17 avqust 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı3 tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İşdə olan 01 sentyabr 2020-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İşdə olan "xxxx" MMC-nin 23 oktyabr 2020-ci il tarixli 18 nömrəli məktubundan görünür ki, İsmayıllı rayonu üzrə həmin əraziyə yaxın satılan və satışa çıxarılan eyni həcmli, eyni keyfiyyət qrupuna və məhsuldarlığa malik boş torpaq sahəsinin 1,0 ha miqdarının hazırda orta bazar qiyməti 7000-8000 manat arasında dəyişir. Qiymətləndiriməsi təklif olunan 1,3326 ha torpaq sahəsi üçün bu dəyər göstəricisi – 1,3326 ha x 7500 manat = 9995 manat həddindədir. İşdə olan Mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsində bir hektar üzüm bağının salınması üçün beş il ərzində 18926 manat xərc çəkilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 1091 və 1092.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli, 62 saylı qərarı ilə İsmayıllı rayon Kürdmaşı kənd sakinləri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətlərinə yaşadıqları kənd ərazisindən 2.22 hektar əkin torpaq sahəsi verilmişdir. İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı3 həmin torpaq sahəsini satmadıqlarını, 1,33 hektar torpaq sahəsini ili 130 manat olmaqla 10 il üçün 1300 manat Cavabdeh almaqla icarəyə verildiyini bildirərək mülkiyyətlərində olan İsmayıllı rayon Kürdmaşı kəndində yerləşən, Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarı ilə birgə mülkiyyətlərinə verilmiş, 1,33 hektar pay torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması barədə iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə əsassız olduğundan təmin edilməməsini xahiş edir. Cavabdeh ilkin iddia tələbini qəbul etmir, qarşılıqlı iddia tələbini müdafiə edir. "xxxx" QSC tərəfindən Cavabdeh QSC üçün torpaq sahələrinin alınması və həmin torpaq sahələrində işlərin görülməsi səlahiyyəti verilmişdir. "xxxx" QSC-nin nümayəndəsi kimi İddiaçı5la aralarında 22 aprel 2011-ci il tarixdə yazılı şəkildə torpağın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin şərtinə əsasən sonuncu tərəfindən İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən 1,3326 hektar torpaq sahəsi müqavilə imzalanan vaxt həmin ərazidə olan torpağın dəyəri nəzərə alınmaqla hər hektarı 1100 manat olmaqla 1465,86 manata "xxxx" QSC-yə satılmışdır. 22 aprel 2011-ci il tarixli müqavilədə İddiaçı5 satdığı torpağın tam dəyərini aldığını öz imzası ilə təsdiq etmişdir. Hazırda həmin sahədə bağ salındığından iddiaçılar müqavilənin notarial qaydada bağlanmamasından istifadə edərək Cavabdeh qarşı iddia qaldıraraq əlavə qazanc əldə etmək istəyirlər. Müqavilə bağlanan 22 aprel 2011-ci il tarixində torpaq sahəsinin bir hektarının dəyəri 1100 manat təşkil edirdisə, hazırda həmin torpaq sahəsinin yerləşdiyi ərazidə torpağın bir hektarının dəyəri mütəxəssis rəyinə əsasən 7000-8000 manat arasında dəyişir. Mütəxəssis rəyinə əsasən satılan torpaq sahəsində çoxillik üzüm bağı sahəsinin salınması ilə əlaqədar torpağın münbit vəziyyətə gətirilməsi üçün "xxxx" QSC tərəfindən Cavabdeh vasitəsi ilə 18926 manat sərf olunmaqla müvafiq aqrotexniki xidmətlər həyata keçirilmişdir. Cavabdeh iddiaçıların onlara məxsus olmuş və İddiaçı5 tərəfindən yazılı formada tərtib olunmuş alqı-satqı müqaviləsinə əsasən satılmış torpaq sahəsinin onlara qaytarılması barədə iddialarının təmin olunacağı halda, mübahisəli torpaq sahəsinin hazırkı bazar qiymətinə görə 10000 manat dəyərini, həmin torpaq sahəsinə çəkilən xərclərə görə 18000 manat, 20000 manat mənəvi zərər, cəmi 48000 (qırx səkkiz min) manat iddiaçılardan müştərək qaydada alınaraq ona ödənilməsini, iddiaçılar tərəfindən irəli sürülmüş ilkin iddia tələbinin təmin edilməməsini xahiş edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi mülkiyyət sənədinə əsasən iddiaçıların birgə mülkiyyətində olduğundan Cavabdeh həmin torpaq sahəsinə mülkiyyət hüququ olmadığından iddiaçıların birgə mülkiyyətlərində olan İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən zəbt olunmuş 1,33 hektar əkin torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddiaçıların mülkiyyətlərində olan 1,33 hektar torpaq sahəsini satmadıqları, ili 130 manat olmaqla 1300 manata 10 il müddətinə icarəyə vermələrinə dair izahatlarına münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında münasibət yarandığı vaxt mübahisəli torpaq sahəsinin dəyəri bazar qiyməti ilə təxminən 1300 - 1500 manat olduğu halda cavabdehin həmin torpaq sahəsinin dəyərini tam ödədikdən sonra alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə keçirmək əvəzinə 10 illik icarə haqqını əvvəldən ödəməklə həmin müddətə icarəyə götürməsi ağlabatan deyildir. Bu fakt iş materialları ilə də təkzib olunur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı5 mübahisəli torpaq sahəsini faktiki olaraq Cavabdeh vasitəsi ilə satmış və öz razılığı ilə həmin torpaq sahəsini Cavabdeh istifadəsinə vermişdir. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmetinə aid olan torpaq sahəsinin hazırkı dəyəri mütəxəssis rəyinə əsasən 9995 manat həddindədir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar Cavabdeh torpaq sahəsinin dəyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş pulu aldığı halda həmin torpaq sahəsini Cavabdeh satmaqdan imtina etməklə və həmin torpaq sahəsini geri tələb etməklə Cavabdeh hesabına əmlak əldə etmiş əsassız varlanan şəxslər sayılırlar. İddiaçılar əsassız varlanmadan əldə etdikləri vəsaiti Cavabdeh qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyləri və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, habelə "xxxx" QSC-nin nümayəndəsi kimi Cavabdeh həyata keçirdiyi abadlıq işləri və çoxillik üzüm bağı sahələrinin salınması nəzərə alınmaqla iddia tələbi həmin hissədə qismən təmin olunaraq 1,33 hektar torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 9995 manat, həmin torpaq sahəsinə çəkilən xərclərə görə 18000 manat, cəmi 27995 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin iddiaçılardan 20000 manat mənəvi zərər tələbinə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh qarşılıqlı iddia tələbində ona 20000 manat məbləğində mənəvi zərər dəydiyini qeyd etsə də həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı mənəvi zərərin nədə ifadə olunduğunu və ona hansı qaydada zərər dəydiyini, bununla bağlı iddiaçılar tərəfindən törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin konkret olaraq nədən ibarət olduğunu hər hansı sübutla izah edə bilməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Qarşılıqlı iddia tələbi mənəvi zərər hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı 27995 manat həcmində təmin edərkən gəldiyi nəticə ilə razılaşmır. Tərəflər arasında olan hazırkı mübahisə torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar yaranmışdır. Cavabdeh qarşılıqlı iddiasında iddia edir ki, iddiaçılarla həmin torpaq sahəsinin alğısatqısı barədə razılaşmış, alqı-satqı barədə sadə yazılı formada müqavilə bağlanmışdır. Cavabdeh məhkəməyə mübahisəli torpaq sahəsinin alğı-satqısı ilə bağlı 22 aprel 2011-ci il tarixli sadə yazılı şəkildə bağlanmış müqavilə təqdim etmiş, 1,33 ha torpaq sahəsinə görə iddiaçılara 1465.86 manat pul verdiyini göstərmiş, həmin torpaq sahəsinin hazırkı dövr üçün dəyəri olaraq 10000 manat pulun qaytarılmasını tələb etmişdir. İddiaçılar isə 2009-cu ildə ailəliklə müvəqqəti olaraq Bakı şəhərinə köçdüklərini, İddiaçı5 həmkəndliləri Cavabdehlə razılaşaraq mülkiyyətlərində olan torpaq sahəsinin 1,33 hektar hissəsini ili 130 manata olmaqla 10 illik icarəyə verdiyini, həmin vaxt 10 ilin icarə haqqını, yəni 1300 manat Xaliddən pul aldığını bildirmişlər. Xaliddən başqa torpağın icarəyə verilməsi və ya satılması ilə bağlı hər hansı müəssisə və ya şəxslərlə heç bir danışıq aparılmadığını göstərmişlər. İddiaçılar cavabdehdən pul almalarını etiraf etmişlər. MPM-nin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Lakin pulun hansı məqsədlə iddiaçılara verilməsi ilə bağlı tərəflər arasında ziddiyətli izahatlar vardır. Cavabdehin məhkəməyə təqdim etdiyi müqavilənin məzmunundan görünür ki, tərəflər 1,33 ha torpaq sahəsinin alğı-satqısı barədə razılığa gəlmişlər. Lakin iddiaçılar belə bir müqavilə bağlamadıqlarını bidirmiş, müqavilənin məzmununu inkar edərək mübahisəli torpaq sahəsini cavabdehə icarəyə verdiklərini göstərmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu halın müəyyən edilməsi tərəflər arasında olan mübahisənin qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki cavabdeh iddia tələbinin əsası kimi təqdim etdiyi müqaviləyə istinad etmiş, iddiaçılar isə bu müqavilənin həqiqliyini mübahisələndirmişlər. Tərəflər arasında hansı mülki hüquq münasibətlərinin olması həmin müqavilənin məzmununa görə dəqiq müəyyən edilə bilər. Cavabdehin təqdim etdiyi müqaviləni iddiaçılardan İddiaçı5 tərəfindən imzalanması mübahisəsizdir, buna görə onun tərəfindən imzalanmış sənədin həqiqiliyi prezumpsiyası qüvvədədir. Yəni iddiaçılar mübahisəli torpaq sahəsinin cavabdehə satılmadığını, icarəyə verildiyini bidirdiyindən, həmin müqavilənin onların iradələrinə uyğun olmamasını sübut etmə yükü artıq iddiaçıların üzərinə düşür. Məhkəmə mübahisəli sübutetmə predmeti ilə bağlı sübutları araşdırdıqdan sonra tərəflər arasında mübahisəli torpaq sahəsinin satılması ilə bağlı razılığa gəlindiyini müəyyən etdiyindən tərəflər arasında etibarsız əqdin nəticələrinin tətbiqini müzakirə edir. Torpaq sahəsinin faktiki olaraq cavabdehin istifadəsinə verilməsi təsdiq olunur və bu bütün mülkiyyətçilərin razılığı ilə baş vermişdir. Bu hal iddiaçılar tərəfindən də etiraf olunur. Ona görə də, cavabdeh qarşılıqlı iddiada pulun iddiaçılardan müştərək qaydada alınmasını tələb etməkdə haqlıdır. İddiaçılar isə torpaq sahəsini satmadıqlarını, icarəyə verdiklərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmirlər. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə etibarsız əqdin nəticələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır Həmin Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göstərilənlərə əsasən aydın olur ki, cavabdeh torpaq sahəsinin alınması üçün müqaviləyə əsasən ödədiyi pulu iddiaçılardan tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göstərilən maddələrin tələbi baxımından məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçılardan aldığı İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən 1,33 hektar torpaq sahəsinin pulunu və həmin torpaq sahəsinə çəkdiyi xərclərin əvəzini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh göstərilən torpaq sahəsinin hazırki bazar qiymətini iddiaçılardan tələb etməkdə haqlı deyil. Cavabdehin həmin torpaq sahəsinin dəyərinin inflyasiya faizini tələb etmək hüququ vardır ki, hazırda cavabdehin belə bir iddiası olmadığından məhkəmə bu barədə araşdırma aparmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə MM-nin 337.5-ci maddəsinin tələbi baxımından cavabdehin İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən 1,33 hektar torpaq sahəsini iddiaçılardan aldığı zaman müqavilə əsasında ödədiyi 1465.86 manat iddiaçılardan alınaraq cavabdehə ödənilməlidir. Cavabdeh göstərilən torpaq sahəsinə çəkdiyi xərclərin, həmçinin etdiyi yaxşılaşdırmaların əvəzini tələb etmək hüququ olsa da, məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdehin bu məqsədlə tələb etdiyi məbləğ tənasübsüz dərəcədə yüksəkdir. Belə ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X6 Mərkəzi tərəfindən verilmiş 10 avqust 2021-ci il tarixli 106 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, sözü gedən torpaq sahəsinə mütəxəssis tərəfindən baxış keçirilmişdir. Sözü gedən torpaq sahəsi İsmayıllı-Qaraməryəm avtomobil yolunun sol tərəfində, Mingəçevir-Abşeron yüksək gərginlikli elektrik xətinin cənub hissəsində yerləşməklə üzümlük altındadır. Araşdırmanın nəticələri aşağıdakı kimidir:

1. Həmin, yəni 1,33 ha torpaq sahəsi yerləşən və ona yaxın ərazidə 2011-ci ildə torpağın alış qiyməti orta hesabla 1000 manat olmuşdur.

2. Hazırda həmin ərazidə torpağın alış qiyməti 4500 manat və yuxarıdır. Həmin ərazidə pay torpaq sahəsi üzüm bağının əhatəsində və ya ona yaxın yerdə yerləşən mülkiyyətçilər daha çox (2 dəfə) qiymət tələb edirlər.

3. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı və məqsədli istifadə növü əkin olduğu üçün torpağın münbitləşdirilməsinə ehtiyac olmamışdır. Ora çəkilən cari xərclər isə alınacaq məhsulun məhsuldarlığının artmasına xidmət etmişdir ki, bu da illik xərcdə oturur.

4. Həmin torpaq sahəsində 2011-2014 cü illərdə taxıl əkilmişdir. Həmin dövrdə buğdanın orta məhsuldarlığı 27 sentner, (müxtəlif illərdə aşağı, bəzi illərdə isə çox olmuşdur) buğdanın bazar qiyməti isə 0,25 manat olmuşdur. Onda fermer 1 ildə 1,33 ha x 27 sen = 3591 kq x 0,25 manat = 897,7 manat ümumi gəlir əldə edə bilər. 1.33 hektara çəkilən istehsal xərcləri isə (şum, mala, toxum, səpin, biçin, daşınma, becərmə və s.) 436 manat təşkil edir. Onda, 897.7 (ümumi gəlir) - 436 (çəkilən xərc) = 461.7 manat təmiz gəlir olar.

5. Həmin 1,33 ha sahə 2015-ci ildən üzüm altındadır. Bağın əkin sxemi 3 x 1,5 olmaqla, cəmi 2950 ədəd üzüm tingi vardır.

6. 1 ha üzüm bağının salınmasına (torpağın əkinə hazırlanması, əkin, dayaq materialının və məftilin alınması, tingin əkilməsi, şpalerin qurulması və s.) 9000 manat xərc tələbolunur. Onda 1,33 ha sahədə üzüm bağının salınması üçün 1,33 ha x 9000 manat = 11.970 vəsaitə ehtiyac yaranır,

7. 1 ha üzüm bağının becərilməsinə (cərgəaralarının becərilməsi, budama, bağlama, xəstəlik və zərərvericilərə qarşı mübarizə, qorunması və s.) il ərzində 2200 xərc çəkilərsə, onda 1.33 ha x 2200 manat = 2926 manat vəsait tələb olunur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, kameral qaydada Mərkəzin elektron məlumat bazasına, naturada aparılmış ölçü işlərinə və iş üzrə təqdim olunmuş sənədlərə əsasən araşdırma zamanı məlum olmuşdur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 JN-567 KOD 40718018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında mülkiyyətində olan İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən 2,22 hektar torpaq sahəsinin 567 cizgisində göstərilən 1,33 hektar hissəsi "Kənd” MMC tərəfinden istifadə edilən ərazinin hüdudları daxilindədir. Sözügedən 1,33 hektar torpaq sahəsində "xxxx" MMC tərəfindən üzüm bağı salınmışdır (yərquruluşu planı 1,2,3,4). 2-ci, 3-cü, 4-cü, 5-cİ suallar mütəxəssilərin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli 7/782; 9/5654 nömrəli ekspert rəyində göstərilmişdir ki, Şəki Apellyasiya məhkəməsinin 07.09.2021-ci il tarixli məktubundakı mütəxəssis rəyinə əsasən 1,33 hektar pay torpaq sahəsinə baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: - həmin 1,33 hektar pay torpaq sahəsində 2011-2014-cü illərdə taxıl əkilmişdir. Həmin dövrdə buğdanın orta məhsuldarlığı 27 sentner, (müxtəlif illərdə aşağı, bəzi illərdə isə çox olmuşdur). 1,33 hektar sahədə şum, mala, toxum səpini, biçin, daşınma, becərmə kimi aqrotexniki işlər görülmüşdür. - həmin 1,33 hektar pay torpaq sahəsi 2015-ci ildən üzüm əkilmişdir. Bağın əkin sxemi 3x1,5 olmaqla cəmi 2950 ədəd üzüm tingi vardır. 1 hektar üzüm bağının salınması üçün torpağın əkinə hazırlanması, əkin, dayaq materialının və məftilin alınması, tingin əkilməsi, şpalerin qurulması kimi işlər görülmüşdür. 1 hektar üzüm bağının becərilməsi zamanı cərgə aralarının becərilməsi, budama, bağlama, xəstəlik və zərərvericilərə qarşı mübarizə aparılması kimi aqrotexniki işlər görülmüşdür. Tədqiqata təqdim edilmiş, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X6 Mərkəzinin direktoru Rövşən Yəhyayev tərəfindən tərtib edilmiş 10 avqust 2021-ci il tarixli 106 Nq-İİ məlumata əsasən aşağıdakılar müəyyən edilir: Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı və məqsədli istifadə növü əkin olduğu üçün torpağın münbitləşdirilməsinə ehtiyac olmamışdır. Ora çəkilən cari xərclər isə alınacaq məhsulun məhsuldarlığının artmasına xidmət etmişdir ki, bu da illik xərcdə oturur. Həmin torpaq sahəsində 2011-2014 cü illərdə taxıl əkilmişdir. Həmin dövrdə buğdanın orta məhsuldarlığı 27 sentner (müxtəlif illərdə aşağı, bəzi illərdə isə çox olmuşdur) buğdanın bazar qiyməti isə 0,25 manat olmuşdur. Onda fermer 1 ildə 1,33 ha x 27 sen = 3591 kq x 0,25 manat = 897,7 manat ümumi gəlir əldə edə bilər. 1.33 hektara çəkilən istehsal xərcləri isə (şum, mala, toxum, səpin, biçin, daşınma, becərmə və s.) 436,00 manat təşkil edir. Onda, 897,7 (ümumi gəlir) - 436 (çəkilən xərc) = 461,70 manat xalis gəlir olar. Həmin 1,33 ha sahə 2015-ci ildən üzüm altındadır. Bağın əkin sxemi 3 x 1,5 olmaqla, cəmi 2950 ədəd üzüm tingi vardır. 1 ha üzüm bağının salınmasına (torpağın əkinə hazırlanması, əkin, dayaq materialının və məftilin alınması, tingin əkilməsi, şpalerin qurulması və s) 9000 manat xərc tələb olunur. Onda 1.33 ha sahədə üzüm bağlının salınması üçün 1,33 ha x 9000 manat = 11970 manat vəsaitə ehtiyac yaranır. 1 ha üzüm sahəsinin becərilməsinə (cərgə aralarının becərilməsi, budama, bağlama, xəstəlik və zərəvericilərə qarşı mübarizə, qorunması və s. ) il ərzində 2200,00 manat xərc çəkilərsə, onda 1,33 ha x 2200 manat = 2926,00 manat vəsait tələb olunur. Pay torpaqlarının qiymətinin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinə çəkilən xərclər və edilən yaxşılaşdırmaların əvəzi olaraq 14896 manat (11970+2926=14896) iddiaçılardan alınaraq Cavabdeh verilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın 27995 manat həcmində təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rüstəm qızı və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 27.10.2020-ci il tаrixli, 2(037)-684/2020 nömrəli qətnaməsi mübahisəli torpaq sahəsinin hazırkı bazar dəyərinə görə 9995 manat, həmin torpaq sahəsinə çəkilən xərclərə görə 18000 manat, cəmi 27995 (iyirmi yeddi min doqquz yüz doxsan beş) manat məbləği iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 müştərək qaydada alınaraq Cavabdeh ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən JN 567 KOD 40718018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X1, İddiaçı2 Məhəmməd qızı, İddiaçı3 Rüstəm qızı, X2 və İddiaçı5 birgə mülkiyyətlərində olan 1,33 hektar torpaq sahəsi üçün 22 aprel 2011-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 1465.86 manat, həmin torpaq sahəsinə çəkilən xərclərə görə 14986 manat, cəmi 16361.86 manat məbləği iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 müştərək qaydada alınaraq Cavabdeh ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rüstəm qızı və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İsmayıllı Rayon Məhkəməsinin 27.10.2020-ci il tаrixli, 2(037)-684/2020 nömrəli qətnaməsi mübahisəli torpaq sahəsinin hazırkı bazar dəyərinə görə 9995 manat, həmin torpaq sahəsinə çəkilən xərclərə görə 18000 manat, cəmi 27995 (iyirmi yeddi min doqquz yüz doxsan beş) manat məbləği iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 müştərək qaydada alınaraq Cavabdeh ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən JN 567 KOD 40718018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X1, İddiaçı2 Məhəmməd qızı, İddiaçı3 Rüstəm qızı, X2 və İddiaçı5 birgə mülkiyyətlərində olan 1,33 hektar torpaq sahəsi üçün 22 aprel 2011-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 1465.86 manat, həmin torpaq sahəsinə çəkilən xərclərə görə 14986 manat, cəmi 16361.86 manat məbləği iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 müştərək qaydada alınaraq Cavabdeh ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar