Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-401/2024 25.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi ) Hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və nümayəndəsi, həmçinin vəkili Vəkil1, Cavabdeh1 və nümayəndəsi, həmçinin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(075)-1116/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 6600 manat pulun alınaraq ona ödənilməsi, birgə nikah dövründə əldə edilmiş və hazırda cavabdehin mülkiyyətində olan “Kia Ceed” markalı **-EV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin alınması üçün verilən 16600 manatdan 6600 manatı çıxılaraq qalan 10000 manata 1/2 hissədə payı müəyyən edilərək həmin vəsaitin Cavabdeh1 alınması, evin alınması və çəkilən xərclərin ümumi dəyəri olan ödənilən 10280 (5450+1080+3750) manat pulun cavabdehlərdən müştərək qaydada alınması, ona məxsus 450 manat dəyərində Samsung A13 markalı mobil telefonun, mövcud olmadıqda dəyərinin cavabdehlərdən alınması, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin, 127.68 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan 2 övladları olmuşdur. Cavabdehlə aralarında olan nikahın pozulması barədə Şəki Rayon Məhkəməsinin icraatında iş vardır. Hazırda barışıq üçün 3 ay vaxt verilmişdir. Cavabdehlə nikahdan əvvəl 2010-cu ildə 7200 ABŞ dollarına “Vaz 21074” markalı **-GR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili baş etibarnamə ilə almışdır. 2014-cü ilin avqust ayında həmin nəqliyyat vasitəsini 6600 manata satmışdır. Həmin məbləğin üstünü kredit alıb tamamlayaraq 12200 manata “Mercedes Benz C200” markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobili almışdır. 2019-cu ilin oktyabr-noyabr aylarında həmin maşını 12800 manata sataraq növbəti dəfə kredit almaqla və valideynlərindən 1500 manat borc alaraq 20000 manata “Hyundai Elantra” markalı **-UZ-*** dövlət nömrə nişanlı avtomobili almışdır. Sonradan ailə mübahisələri yarandığı üçün qaynatasının təkidi ilə həmin maşını həyat yoldaşı Cavabdeh1 adına rəsmiləşdirmişlər. Şərtləri belə idi ki, bir müddət sonra yenidən onun adına qaytaracaqlar. Lakin aralarında hərdən ailə mübahisələri yarandığından nəqliyyat vasitəsini öz adına keçirməmişdir. Səbəb isə ailəsinin dağılmaması və uşaqlarının ailəsindən ayrı yaşamaması idi. Sonradan ailə daxili problemləri həll etmək yolu kimi belə qərara gəlmişlər ki, ayrıca ev alsınlar. Bu zaman o "xxxx" QSC-nin Şəki Filialından 4000 manat öz adına (2353 manat ödənib, 3096 qalıb) kredit almışdır. Qaynı Orxanın adına "xxxx" ASC-nin Şəki Filialından götürülmüş 3000 manat kreditdən də 1080 manatını o ödəmişdir. Həmin puldan əlavə tərəflərindən yoldaşı Vüsaləyə alınan qızıl qismi də 3500 manata satılaraq ev alınmışdır. Lakin evin pulunun bir qismini qaynatası qoyaraq 23000 manata ev almışlar. Lakin o növbədə olduğuna görə evi ondan xəbərsiz yoldaşı Vüsalənin anası Adilənin adına rəsmiləşdirmişlər. Ailəsi dağılmasın deyə, o, bu dəfə də hər hansı bir narazılıq etməmişdir. Evin təmiri olmadığından, həmçinin hamam və ayaq yolu tam təmirsiz olduğundan, o, maşınını 21100 manata sataraq 15600 manata 2022-ci ilin sentyabr ayında “Kia Ceed” markalı maşın almışdır. Qalan vəsaitdən 1200 manat maşının xərclərinə və rəsmiləşdirilməsinə sərf olunmuşdur. Ailə daxili məsələlərə görə sonuncu maşını da həyat yoldaşının adına rəsmiləşdirmiş və sürmə hüququ verən etibarnamə əsasında idarə edirdi. Qalan 4000 manat pulu da həmin evin hamam və ayaq yolu tikilməsinə sərf etmişdir. Sonradan ailə daxili problemlər öz həllini tapmadığından aralarında ciddi mübahisə yaşanmışdır. Ev qaynanasının adına rəsmiləşdirildiyi üçün ondan evdən çıxmağını tələb etmişlər. O da məcbur olub evi tərk etməli olmuşdur. Hazırda aralarında olan nikahın pozulması ilə bağlı Şəki Rayon Məhkəməsində iş vardır. İşin hallarından görünür ki, birgə nikah dövründə əldə edilmiş və hazırda cavabdehin mülkiyyətində olan “Kia Ceed” markalı **-EV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin alınması üçün verilən 16600 manatın 6600 manatı nikah dövründən əvvəl qazandığı vəsait hesabına ödənilmişdir. Ona görə də həmin məbləğ 16600 manatdan çıxılaraq 10000 manata onun 1/2 hissədə payı müəyyən edilməli və həmin vəsait Cavabdeh1 alınmalıdır. Həmçinin ev almaq üçün "xxxx" QSC-nin Şəki Filialından 4000 manat kredit almışdır. Kredit məbləğinin 2353 manatı tərəfindən ödənilmiş və xx.xx.2024-cü il tarixədək aylıq 181 manat olmaqla 3096,55 manat kredit öhdəliyi davam edir. Ona görə də ödənilən 2353 manatın və ödəniəcək 3096,55 manat da cavabdehlərdən alınmalıdır. Bundan əlavə alınan evə çəkilən xərclər 3750 manat, ona məxsus 450 manat dəyərində Samsung A13 markalı mobil telefon, 1080 manat kreditə ödənilən vəsait, maşına çəkilən 1000 manat xərc cavabdehlərdən alınaraq ona ödənilməlidir. Birinci instansiya məhkəməsində icraat: Şəki Rayon Məhkəməsinin (hakim: E.Vəliyev) 20 sentyabr 2023-cü il tarixli, 2(075)- 1116/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X3 birgə nikah dövründə 15600 manata əldə etdikləri “Kia Ceed” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomaşının ½ payı müəyyən edilərək, 15600 (on beş min altı yüz) manat məbləğində pulun yarı bölünməsi və cavabdeh X2 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pul və evin alınması və çəkilən xərclər üçün 1500 (bir min beş yüz) manat məbləğində pulun Cavabdeh2 alınıb İddiaçı verilməsi, hüquqi yardım üçün vəkilə ödənilmiş pulun 87.50 (səksən yeddi manat əlli qəpik) manatının X2, 17.50 (on yeddi manat əlli qəpik) manatının Cavabdeh2 alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 44.68 (qırx dörd manat altmış səkkiz qəpik) manatının X2, 8.93 (səkkiz manat doxsan üç qəpik) manatının Cavabdeh2 alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir; Birinci instansiya məhkəməsi tədqiqi zamanı iddiaçının izahatından və iş üzrə təqdim olunmuş sənədlərdən, həmçinin yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarına əsasən müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh 10 noyabr 2012-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. İddia tələbi üzrə iddiaçı tərəfindən dəyərinin ½ hissəsi tələb edilən buraxılış ili 2009-cu il olan, U5YHC816AAL124809 BAN nömrəli, minik tipli, qızılı-gümüşü metal rəngli “Kia Ceed” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı ilə cavabdehin birgə nikahları müddətində 15600 manata əldə edildiyindən, həm də bu əmlak ailə büdcəsindən maliyyələşdirilməklə, dəyəri ödənilərək əvəzli surətdə əldə edildiyindən, göstərilən əmlak tərəflərin birgə ümumi mülkiyyəti hesab olunur. Belə olan halda, iddiaçının həmin avtomobilin dəyərinin yarısının cavabdehdən alınaraq ona verilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Birinci instansiya məhkəməsi tədqiqi zamanı iddiaçının izahatından və iş üzrə təqdim olunmuş sənədlərdən, həmçinin yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarına əsasən müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh 10 noyabr 2012-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. İddia tələbi üzrə iddiaçı tərəfindən dəyərinin ½ hissəsi tələb edilən buraxılış ili 2009-cu il olan, U5YHC816AAL124809 BAN nömrəli, minik tipli, qızılı-gümüşü metal rəngli “Kia Ceed” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı ilə cavabdehin birgə nikahları müddətində 15600 manata əldə edildiyindən, həm də bu əmlak ailə büdcəsindən maliyyələşdirilməklə, dəyəri ödənilərək əvəzli surətdə əldə edildiyindən, göstərilən əmlak tərəflərin birgə ümumi mülkiyyəti hesab olunur. Belə olan halda, iddiaçının həmin avtomobilin dəyərinin yarısının cavabdehdən alınaraq ona verilməsini tələb etməkdə haqlıdır. Bundan başqa birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı birgə nikah dövründən əvvəl 7200 ABŞ dollarına aldığı “Vaz 21074” markalı avtomobilin hazırki dəyəri olan 6600 manat pulun alınaraq ona ödənilməsi hissəsində iddia tələbi rədd edilməlidir. Belə ki, avtomaşın birgə nikah dövründən əvvəl əldə edilsə də, birgə nikahda olduqları keçən on il ərzində onların bir neçə dəfə avtomaşın alıb sonra isə satıb yenisini almış, həm də bu əmlaklar ailə büdcəsindən maliyyələşdirilməklə, dəyəri ödənilərək əvəzli surətdə əldə edildiyindən, iddia tələbi həmin hissədə də, rədd edilməlidir. Bundan başqa tələb edilən “Samsung A13” markalı mobil telefona gəldikdə məhkəmə hesab edir ki, həmin mobil telefon cavabdehə iddiaçı tərəfindən hədiyyə olaraq verilmişdir. Qanunvericiliyə uyğun olaraq hədiyyə edilmiş əşya isə hədiyyə edilənin mülkü sayılır. Buna görə də iddiaçının iddia tələbi həmin hissədə də, əsassızdır. Bundan başqa birinci instansiya məhkəməsinin iclası zamanı müəyyən edilmişdir ki, birgə nikah dövründə cavabdehin anasının adına olan evdə yaşamışlar. Tərəflər birgə olaraq həmin evdə yaşamağa başlamış, mülk sahibinin razılığı ilə evdə yaxşılaşdırma (təmir) işi aparmışlar. Tərəflərin etirafedici izahatlarından da aydın olur ki, həmin yaxşılaşdırma işinin aparılması üçün iddiaçı tərəfindən 3000 manat məbləğində pul verilmişdir. Göründüyü kimi mübahisəli əmlakda tərəflərin birgə nikah dövründə təmir işləri aparılmışdır. Beləliklə, həmin əmlakda çəkilmiş xərclər üzərində iddiaçı və cavabdehin birgə əmlak rejimi yarandığından iddiaçı həmin xərclərin dəyərinin yarısının Cavabdeh2 alınaraq ona verilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilən qanunvericilik normasından da aydın olduğu kimi hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından məhkəmə iddia ərizəsində göstərilən tələblər üzrə sübutlara qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə cavabdeh X3 birgə nikah dövründə 15600 manata əldə etdikləri “Kia Ceed” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomaşının ½ payı müəyyən edilərək, 15600 manat məbləğində pul yarı bölünsün və cavabdeh X2 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pul və evin alınması və çəkilən xərclər üçün 1500 (bir min beş yüz) manat məbləğində pul Cavabdeh2 alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Hüquqi yardım üçün vəkilə ödənilmiş pulun 87.50 (səksən yeddi manat əlli qəpik) manatı X2, 17.50 (on yeddi manat əlli qəpik) manatı Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Ödənilmiş dövlət rüsumunun 44.68 (qırx dörd manat altmış səkkiz qəpik) manatı X2, 8.93 (səkkiz manat doxsan üç qəpik) manatı Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 36.1, 36.3, 37.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 220.1, 220.2, 220.3, 225.1, 225.2, 225.3-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdehlə nikahdan əvvəl 2010-cu ildə 7200 ABŞ dolarına vaz 21074 markalı **-GR-*** dövlət qeydiyat nömrə nişanlı avtomobili baş etibarnamə ilə almışdır. 2014-cü ilin avqust ayında həmin nəqliyyat vasitəsini 6600 manata satmışdır. Həmin məbləğin üstünü kredit alıb tamamlayaraq 12200 manata Mercedes Benz C200 markalı 55BP093 dövlət nömrə nişanlı avtomobili almışdır. 2019-cu ilin oktyabr-noyabr aylarında həmin maşını 12800 manata sataraq növbəti dəfə kredit almaqla və valideynlərindən 1500 manat borc alaraq 20000 manata Hyundai Elantra markalı 99UZ097 dövlət nömrə nişanlı avtomobili almışdır. Sonradan ailə mübahisələri yarandığı üçün qaynatasının təkidi ilə həmin maşını həyat yoldaşı Cavabdeh1 adına rəsmiləşdirmişlər. Şərtləri belə idi ki, bir müddət sonra yenidən onun adına qaytaracaqlar. Lakin aralarında hərdən ailə mübahisələri yarandığından nəqliyyat vasitəsini öz adına keçirməmişdir. Səbəb isə ailənin dağılmaması və uşaqlarının ailəsindən ayrı yaşamaması idi. Sonradan ailə daxili problemləri həll etmək yolu kimi belə qərara gəlmişlər ki, ayrıca ev alsınlar. Bu zaman o, "xxxx" QSC-nin Şəki Filialından 4000 manat öz adına (2353 manat ödənib, 3096 qalıb) kredit almışdır. Qaynı Orxanın adına Unibank KB ASC-nin Şəki Filialından götürülmüş 3000 manat kreditdən də 1080 manatını o ödəmişdir. Həmin puldan əlavə yoldaşı Vüsaləyə alınan qızıl qismi də 3500 manata satılaraq ev alınmışdır. Lakin evin pulunun bir qismini qaynatası qoyaraq 23000 manata ev almışlar. Lakin o, növbədə olduğuna görə evi ondan xəbərsiz yoldaşı Vüsalənin anası Adilənin adına rəsmiləşdirmişlər. Ailəsi dağılmasın deyə, o, bu dəfə də hər hansı bir narazılıq etməmişdir. Evin təmiri olmadığından, həmçinin hamam və ayaq yolu tam təmirsiz olduğundan o, maşınını 21100 manata sataraq 15600 manata 2022-ci ilin sentyabr ayında Kia Ceed markalı maşın almışdır. Qalan vəsaitdən 1200 manat maşının xərclərinə və rəsmiləşdirilməsinə sərf olunmuşdur. Ailə daxili məsələlərə görə sonuncu maşını da həyat yoldaşının adına rəsmiləşdirmiş və sürmə hüququ verən etibarnamə əsasında idarə edirdi. Qalan 4000 manat pulu da həmin evin hamam və ayaq yolu tikilməsinə sərf etmişdir. Sonradan ailə daxili probləmlər öz həllini tapmadığından aralarında ciddi mübahisə yaşanmışdır. Ev qaynanasının adına rəsmiləşdiyi üçün ondan evdən çıxmağını tələb etdilər. O da məcbur olub evi tərk etməli olmuşdur. Hazırda aralarında olan nikahın pozulması ilə bağlı Şəki Rayon Məhkəməsində iş vardır. İşin hallarından görünür ki, birgə nikah dövründə əldə edilmiş və hazırda cavabdehin mülkiyyətində olan Kia Ceed markalı **-EV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin alınması üçün verilən 16600 manatın 6600 manatı nikah dövründən əvvəl qazandığı vəsait hesabına ödənilmişdir. Ona görə də həmin məbləğ 16600 manatdan çıxılaraq 10000 manata onun 1/2 hissədə payı müəyyən edilməli və həmin vəsait Cavabdeh1 alınmalı idi. Həmçinin ev almaq üçün Accesbank QSC-nin Şəki Filialından 4000 manat kredit almışdır. Kredit məbləğinin 2353 manatı tərəfindən ödənilmiş və xx.xx.2024-cü il tarixədək aylıq 181 manat olmaqla 3096,55 manat kredit öhdəliyi davam etmişdir. Ona görə də ödənilən 2353 manatın və ödəniləcək 3096,55 manat da cavabdehlərdən alınmalı idi. Bundan əlavə alınan evə çəkilən xərclər 3750 manat, ona məxsus 450 manat dəyərində Samsung A13 markalı mobil telefon,1080 manat kreditə ödənilən vəsait, maşına çəkilən 1000 manat xərc cavabdehlərdən alınaraq ona ödənilməli idi. Lakin məhkəmə işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan iddia tələbini qismən təmin etmişdir. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin 2(075)-1116/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və nümayəndəsi, həmçinin vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin 2(075)-1116/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi, həmçinin vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(075)-1116/2023 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, keçmiş əri ilə krediti evə xərcləmək üçün həqiqətən də götürmüşdürlər. Lakin ev üçün xərcləməmişdilər deyə pul qalmışdır. Həmin məbləğə hamam inşa etmişdirlər. Sözügüdən pulun aralarında bölünməsi məhkəmənin işidir. Nəqliyyat vasitəsinə münasibətdə nəqliyyat vasitəsinin pulunun yarısının müəyyən edilməsini qəbul etmişdir. 2014-cü ildə keçmiş əri kredit götürmüşdür, lakin məbləğindən məlumatı yoxdur. O ailə qurduqdan indiyədək keçmiş əri kredit götürüb ödəmişdir. 2014-cü ildə bankdan kredit götürərək avtomobil almışdırlar. Belə ki, ondan öncə cavabdeh VAZ-2107 markalı avtomobilini satmışdır deyə nəqliyyat vasitəsiz qalmışdır. Avtomobili sataraq əldə etdiyi vəsaiti cavabdeh özündə saxlamışdır ki, məbləği bitirərək yeni avtomobil alsın. Bir müddət cavabdehin avtomobili olmadığına görə o, iddiaçının ya atasının, ya da qardaşının avtomobilini, təxminən, 3 ay sürərək taksi xidməti göstərmişdir ki, pul vəsaiti toplayaraq yeni avtomobil alsın. Həmin ərəfələrdə də onların birgə nikahdan olan övladları tez-tez xəstələnərdi, ona görə də qeyd olunan avtomobilin satılmasından əldə edilmiş pul vəsaitindən hamam təşkil etmək üçün su isitmə sistemi (pyatiminutka) və mətbəx mebeli almışdırlar. Qayınanası sifariş vermişdir. Beləliklə də, yeni avtomobil üçün toplanmış vəsaitdən xərclənmişdir. Ona görə də həm keçmiş əri, həm də qayınanası bankdan kredit götürmüşdürlər və əlavə olaraq da borc pul götürülmüşdü. Həmin toplanan vəsaitə də 2014-cü ildə mersedes markalı avtomobil alınmışdır. Yəni, satılmış avtomobildən əldə edilmiş 6600 manat pul vəsaitindən, təxminən, 3000 manatı qalmış, qalan məbləği isə ev üçün xərclənmişdir. Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə cavabeh Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycam Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1–ci maddəsinə əsasən ər–arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər– arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər–arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 2(075)- 1116/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(075)-1116/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin 3000 manat və 452 manata aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(075)- 1116/2023 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən, nikahdan əvvəl alınmış avtomobilin satışından qalmış 3000 manat və ödənilmiş kredit borcunun 452,50 manata aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, 3000 manat və 452,50 manat manat pulun Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 10 noyabr 2012-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. İddia tələbi üzrə iddiaçı tərəfindən dəyərinin ½ hissəsi tələb edilən buraxılış ili 2009-cu il olan, U5YHC816AAL124809 BAN nömrəli, minik tipli, qızılı-gümüşü metal rəngli “Kia Ceed” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı ilə cavabdehin birgə nikahları müddətində 15600 manata əldə edildiyindən, həm də bu əmlak ailə büdcəsindən maliyyələşdirilməklə, dəyəri ödənilərək əvəzli surətdə əldə edildiyindən, göstərilən əmlak tərəflərin birgə ümumi mülkiyyəti hesab olunur. İddiaçı birgə nikah dövründən əvvəl 7200 ABŞ dollarına aldığı “Vaz 21074” markalı avtomobilin hazırki dəyəri olan 6600 manat pulun dəyərinin yarısının cavabdehdən alınaraq ona verilməsini tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslı olmaqla, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvi üçün əsasdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib hesab edir. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, 2010-cu ildə 7200 ABŞ dolarına Vaz 21074 markalı **-GR-*** dövlət qeydiyat nömrə nişanlı avtomobili baş etibarnamə ilə almışdır. 2014-cü ilin avqust ayında həmin nəqliyyat vasitəsini 6600 manata satmışdır. Həmçinin ev almaq üçün Accesbank QSC-nin Şəki Filialından 4000 manat kredit almışdır. Kredit məbləğinin 2353 manatı tərəfindən ödənilmiş və xx.xx.2024-cü il tarixədək aylıq 181 manat olmaqla 3096,55 manat kredit öhdəliyi davam etmişdir. Ona görə də ödənilən 2353 manatın və ödəniləcək 3096,55 manat da cavabdehlərdən alınmalı idi. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlilləri ilə qismən razılaşır. Belə ki, Cavabdeh1 məhkəmə kollegiyasının iclasında etiraf edərək bildirmişdir ki, 2014-cü ildə bankdan kredit götürərək avtomobil almışdırlar. Belə ki, ondan öncə cavabdeh VAZ-2107 markalı avtomobilini satmışdır deyə maşınsız qalmışdır. Avtomobili sataraq əldə etdiyi vəsaiti o, özündə saxlamışdır ki, məbləği bitirərək yeni avtomobil alsın. Beləliklə də, yeni avtomobil üçün toplanmış vəsaitdən xərclənmişdir. Həmin toplanan vəsaitə də 2014-cü ildə mersedes markalı avtomobil alınmışdır. Yəni satılmış avtomobildən əldə edilmiş 6600 manat pul vəsaitindən, təxminən, 3000 manatı qalmış, qalan məbləği isə ev üçün xərclənmişdir. Kollegiya qeyd edir ki, cavabdeh məhkəmə iclasında vaz 21074 markalı **-GR-*** dövlət qeydiyat nömrə nişanlı avtomobili 2014-cü ilin avqust ayında həmin nəqliyyat vasitəsini 6600 manata satılmasını və vəsaitindən, təxminən, 3000 manatın qaldığını, qalan məbləği isə ev üçün xərcləndiyini etiraf etmişdir. Əlavə olaraq kollegiya qeyd edir ki, iddiaçı ilə Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə verilmiş 4000 (dörd min) manat 30 ay müddətinə aylıq ödənişi 181 (yüz səksən bir) manat məbləğli müqavilədən irəli gələn kredit öhdəliyinin xx.xx.2024 -cü il tarixinədək 4706 (dörd min yeddi yüz altı) manat ödəniş ödənmiş və həmin kreditin xx.xx.2024-cü il qədər 743 (yeddi yüz qırx üç manat ) 55 qəpik kredit öhdəliyi davam edir. Tərəflərin vermiş olduğu izahatdan görünür ki, onların ailə münasibtələri 5 noyabar 2022-ci ildə pozulmuşdur. İddiaçı isə iddia ərizəsi ilə 14 aprel 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Ona görə də kollegiya hesab edir ki, iddiaçının 2022-ci ilin noyabır ayından 2023-cü ilin aprelin 14-də kimi ödədiyi kredit borcunun yarısı yəni 181 manat × 5 ay= 905 manat, onun da yarısı 452,50 manatı cavabdehin payına düşdüyündən cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarı ilə, ər-arvadın ümumi əmlakının bölgüsü barədə hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur; 3.9. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Yuxarıda qeyd edilən tərəflərin izahatlarından da görünür ki, iddiaçı iddia tələbini yuxarıda qeyd edilən hissədə sübuta yetirmişdir. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi 3000 manat və 452.50 manata aid hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, iddianın 3000 manat və 452 manata aid hissədə təmin edilməməsi barədə iddiaçının apellyasiya şikayətindəki dəlilləri məhkəmə iclasında öz təsdiqini qismən tapdığından şikayət qismən əsaslıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(075)- 1116/2023 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən nikahdan əvvəl alınmış avtomobilin satışından qalmış 3000 manat və ödənilmiş kredit borcunun 452,50 manata aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, 3000 manat və 452,50 manat pul Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(075)-1116/2023 saylı qətnaməsi qismən ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı ilə cavabdeh X3 birgə nikah dövründə 15600 manata əldə etdikləri “Kia Ceed” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomaşının dəyəri olan 15600 (on beş min altı yüz) manat məbləğində pulun 10800 manatı və iddiaçı tərəfindən ödənilmiş 905 manat kredit borcunun yarısı olan 452,50 manat, cavabdeh X2 alınıb İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-401/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-401/2024
25.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver