Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-402/2020 01.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi hakim), Eyvazov Akif Məhərləm oğluvə Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Cavabdeh2, Cavabdeh1 vəkili X2 və maraqlı şəxs X4 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(046)-769/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, maraqlı şəxslər X8 və X11 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, xx xxxxxx 2015-ci il tarixli GY-1256 saylı kredit müqaviləsi üzrə 18299 ABŞ dolları əsas, 12404 ABŞ dolları faiz və 73 ABŞ dolları cərimə olmaqla, cəmi 30776 ABŞ dolları borcun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, xx xxxxxx 2015-ci il tarixli GY-1256 saylı kredit müqaviləsi üzrə borcun tutulmasının ipoteka qoyulmuş ünvan 2v 29 A, mənzil 25 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilə yönəldilərək həmin mənzilin açıq hərrac yolu ilə satılması, ipotekaya qoyulmuş ünvan 2v 29 A, mənzil 25 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilin hərracda ilkin satış qiymətinin 40000 manat məbləgində müəyyənləşdirilməsi, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğindən Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli GY-1256 saylı kredit müqaviləsi üzrə cəmi 30776 (otuz min yeddi yüz yetmiş altı) ABŞ dolları məbləğində borcunun ödənilməsi, ipotekaya qoyulmuş ünvan 2v 29 A, mənzil 25 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra ipoteka predmeti olan mənzilin boşaldılması, 30 manat ödənilmiş dövlət rüsumunun, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 26 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınarkən ödənilmiş 11 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(046)-769/2019 nömrəli (hakim Z.Quliyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2015-ci il tarixli GY-1256 saylı kredit müqaviləsi üzrə 18299 (on səkkiz min iki yüz doxsan doqquz) ABŞ dolları əsas, 12404 (on iki min dörd yüz dörd) ABŞ dolları faiz, 73 (yetmiş üç) ABŞ dolları cərimə olmaqla, cəmi 30776 (otuz min yeddi yüz yetmiş altı) ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, Tələb ipoteka predmeti olan ünvan 2v 29 A, mənzil 25 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilə yönəldilsin, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 45.000 (qırx beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində ünvan 2v 29 A, mənzil 25 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilin boşaldılması, Əldə edilən vəsaitdən 30776 (otuz min yeddi yüz yetmiş altı) ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat ödvlət rüsumu, ödənilmiş 26 (iyirmi altı) manat notariat xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 11 (on bir) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqının İddiaçı ASC-yə ödənilməsi, İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 11 (on bir) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqı Cavabdeh1 tutulub İddiaçı ASC-yə ödənilməsi, İş üzrə səndələrin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 26 (iyirmi altı) manat dövlət rüsumu cavabdeh X5 tutularaq İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, maraqlı şəxslərX8 və X11 apelyasiya şikayəti verərək, iddiaçı “İddiaçı» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızma qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair” 2(046)- 769/2019 saylı mülki iş üzrə , Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin qisməntələbin ipoteka predmeti olan ünvan 1 A, mənzil 25 ünvanda yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 45000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində ünvan 1 A, mənzil 25 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilin boşaldılması, əldə edilən vəsaitdən 30776 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ödənilmiş 26 manat notariat xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 11 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə əsassız olduğundan rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. işin faktiki halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış GY-1256 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 20 faiz olmaqla 19090 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Kredit məbləği xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh1 ödənilmişdir. xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 2v 29 A, mənzil 25 ünvanında yerləşən 3 otaqlı mənzil kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 40000 manat qiymətləndirilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya 8299 ABŞ dolları əsas, 12404 ABŞ dolları faiz və 73 ABŞ dolları cərimə olmaqla, cəmi 30776 ABŞ dolları borcu qalmışdır. Cavabdeh1 dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, maraqlı şəxslər X8 və X11 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, iş materiallarından görünür ki, iddiaçı Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və ipoteka predmeti olanmənzilə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2015-ci il tarixli, GY-1256 saylı kredit müqaviləsi üzrə 18299 manatABŞ dolları əsas, 12404 ABŞ dolları faiz və 73 ABŞ dolları cərimə olmaqla cəmi 30776 ABŞ dolları borcun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsini və s. xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2015-ci il tarixli, GY-1256 saylı kredit müqaviləsi üzrə 1835^nanatABŞ dolları əsas, 9010 ABŞ dolları faiz və 273 ABŞ dolları cərimə olmaqla cəmi 27582 ABŞ dolları borcun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsini və s. xahiş etmişdir. Lakin, işə baxan məhkəmə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni qətnaməsində qeyd etməmiş, həmin ərizəni tədqiq etməmiş və münasibət bildirməmiş, ilkin iddia ərizəsində iddiaçının xahişini qismən təmin edilməklə xx xxxxxx 2015-ci il tarixli, GY-1256 saylı kredit müqaviləsi üzrə 18299 manatABŞ dolları əsas, 12404 ABŞ dolları faiz və 73 ABŞ dolları cərimə olmaqla cəmi 30776 ABŞ dolları borcun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsini və s.hissədə təmin, iddianın qalan hissədə rədd edilməsini qət etmişdir. İddianın rədd edilmiş qalan hissəsinin nədən ibarət olmasını qətnamədə göstərməmiş və əsaslandırmamışdır. Bütün bunlar Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş və iş üzrə dindirilmiş Cavabdeh2 izahtlarından da aşkar görünür. Belə ki, qətnamədən məlum olur ki, cavabdehlər həqiqətən də xx xxxxxx 2015-ci il tarixli, GY-1256 saylı kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən məbləğdə kreditin götürülməsini, lakin maddi imkanları olmadığına görə kredit borcunu ödəyə bilmədiklərini etiraf etmişdir və iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişlər. Lakin iddianın hansı hissədə qəbul etmələri, hansı hissədə isə qəbul etmədikləri qətnamədə öz əksini tapmamışdır. Cavabdehlər məhkəmə iclasında verdiyi izahatlarında bildirmişlər ki, kredit və ipoteka müqavilələri üzrə götürülmüş krediti ilk əvvəllər ödəniş cədvəlinə uyğun olaraq ödəsək də sonralar şəraitin dəyişməsi səbəbindən, yəni ikici devalvasiyadan sonra maddi vəziyyətləri ağırlaşdığından krediti ödəyə bilməmişlər. Əgər bizimlə də faiz və gecikmə borcları çıxılmaq şərti ilə əsas borc üzrə illik faiz dərəcəsi tətbiq edimədən uzun müddətli yeni razılaşma müqaviləsi bağlanarsa, həmin krediti ödəyə bilərik. Bundan başqa bizim ailələrində iki nəfər ailə üzvlərimizin olmasını, onların ipoteka müqaviləsindən xəbərləri olmadığına və həmin müqavilə üzrə hər hansı öhdəliyi üzərilərinə götürmədiyinə və bunlar notariat kontorunda rəsmiləşirilmədiyinə görə iddianın “tələbin ipoteka predmeti olan ünvan 1 A, mənzil 25 ünvanda yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 45000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində ünvan 1 A, mənzil 25 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilin boşaldılması, əldə edilən vəsaitdən 30776 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ödənilmiş 26 manat notariat xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 11 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” hissəsini qəbul etməmişik. Belə ki, oğlu X8 və gəlni X11 ailənin üzvü olmaqla müvafiq olaraq 1991-ci ildən və 2014-cü ildən bu günədək qeyd edilən ipoteka predmeti olan mənzildə pasport qeydiyyatında olmaqla həmin mənzildə yaşayırlar. Onlar müqavilə bağlanan zaman müvəqqəti olaraq başqa yerdə yaşadıqları üçün kreditin götürülməsi ilə əlaqədar həmin kreditin ödənilməsinin təminatı kimi ünvan 1 A, mənzil 25 ünvanda yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilin ipoteka ilə yüklü edilməsindən xəbərləri olmamış, ailə üzvü kimi həmin mənzilin ipoteka ilə yükülü edilməsinə münasibət (razılıq və ya etiraz) bildirməmiş, həmin kreditin götürülməsi və yaşadığımız mənzilin ipoteka edilməsi ilə əlaqədar üzərilərinə heç bir öhdəlik götürməmiş, məhkəmə iclaslarına dəvət olunmamış və məhkəmə preseslərindən xəbərləri olmamış, iddiaçının və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb edilməmişlər. Götürülmüş kreditin təminatı olaraq mübahisəli mənzil ipoteka ilə yüklü edilən zaman həmin mənzildə kimlərin qeydiyyatda olması və ya faktiki yaşamasını dəqiq müəyyən etmək İddiaçı ASC- nin vəzifəsi və risq dairəsidir. Lakin iddiaçı bunu dəqiq müəyyən etməmiş, işə baxan məhkəmə isə işə baxarkən bütün bunları, yəni yuxarıda qeyd etdiyimiz işin həqiqi hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə istifadəçi kimi bizim qeyd edilən şəxslərin maraqlarını və hüquqlarını pozan qanunsuz və ədalətsiz qətnaməsini qəbul etmişdir. Bütün bunlar da istifadəçi kimi onların hüquqlarının pozulması deməkdir. Ona görə də hesab edirik ki, iddiaçının “tələbin ipoteka predmeti olan ünvan 1 A, mənzil 25 ünvanda yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 45000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində ünvan 1 A, mənzil 25 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilin boşaldılması, əldə edilən vəsaitdən 30776 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ödənilmiş 26 manat notariat xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 11 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmək üçün heç bir hüquqi əsası olmamışdır. Göründüyü kimi, iddiaçı tərəf qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərkən kredit və ipoteka müqaviləsinin şərtlərini pozmuş, həmin hallar işə baxan məhkəmə tərəfindən hərtərəfli və obyektiv araşdırılmamış, iddiaçının iddia tələbinin dəqıqləşdirilməsinə dair ərizəsini nəzərə almamışdır. Odur ki,iddiaçı “İddiaçı» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair” 2(046)- 769/2019 saylı mülki iş üzrə , Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən- tələbin ipoteka predmeti olan ünvan 1 A, mənzil 25 ünvanda yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 45000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində ünvan 1 A, mənzil 25 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilin boşaldılması, əldə edilən vəsaitdən 30776 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ödənilmiş 26 manat notariat xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 11 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə əsassız olduğundan rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, maraqlı şəxs X11 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili X6 bildirdi ki,bu iş üzrə 4 dəfə iddia ərizəsi verilib. İş ekspertizaya göndərilib. Ekspertizadan müvafiq rəy məhkəməyə daxil olmuşdur. Əsas borcun bir hissəsi ödənilməsinə baxmayaraq əsas borcda artım davam edib. Çoxlu sayda qayda pozuntuları var. Bank tərəfindən hər dəfə iddia ərizəsi veriləndə hər dəfə faizdə artım olub. Qeyri dəqiq iddia ərizələri var. Birinci iddia ərizəsində faiz göstərilib 7485 dollar, 2-ci iddia ərizəsində 9010 dollar və 3-cü iddia ərizəsində isə 12404 dollar göstərilmişdir. İpoteka predmetinin ilkin satış qiymətini mübahisələndirməsələr də, ev ipotekaya qoyulanda Cavabdeh3 və Cavabdeh2 qeydiyyatda olmaqlarına baxmayaraq onların razılığı olmamışdır. Ona görə borcun ipoteka predmetinə yönəldilməsindən narazıdırlar. Ekspertizanın rəyi ilə də razı deyillər. Bankdan kredit götürülən zaman 1 dolların kursu 0.78 manat idi. Müdafiə etdiyi şəxs əsas borcu və faiz borcunu qəbul edir, lakin dolların manata olan nisbəti 0.78 manat olduğundan əsas borcu 0.78 manatla qaytarmağa imkanları olduqlarını bildiriblər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və maraqlı şəxs X8 apelyasiya şikayətinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin qismən ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli GY-1256 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən illik 20 % hesablanmaqla 60 aylıq müddətə Cavabdeh1 19090 ABŞ dolları məbləğində kredit verilmiş, borclu həmin kredit borcunu müəyyən olunmuş müddətdə onu faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür (1.1, 3.1, 3.4, 4.1-ci bəndləri). İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 2-ci maddəsində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur (müqavilənin 1.1-ci bəndi). İpotekanın predmeti ünvan 2v 29 A, 25 saylı mənzildir (3.1-ci bənd). İpoteka predmetinin qiyməti 40000 manat məbləğində qiymətləndirilmişdir (3.2-ci bənd). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 2v 29 A, 25 saylı mənzil Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. (qeydiyyat tarixi xx.xx.2015). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh1 məxsus ünvan 2v 29 A, 25 saylı mənzil İddiaçı ASC-nin Göyçay filialının xeyrinə yüklü edilmişdir (qeydiyyat tarixi xx.xx.2015). İddiaçı ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixli məktub ünvanlayaraq Cavabdeh1 məxsus ünvan 2v 29 A, 25 saylı mənzilə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Bildiriş bank tərəfindən xx.xx.2017-ci il tarixdə ipoteka qoyan Cavabdeh1 göndərilmiş və cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə bildiriş alınmışdır. İpoteka predmeti olan Cavabdeh1 məxsus daşınmaz əmlak üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində xx xxxxxx 2019-cu il tarixə banka 18299 ABŞ dolları əsas, 12404 ABŞ dolları faiz və 73 ABŞ dolları cərimə olmaqla, cəmi 30776 ABŞ dolları borcu yaranmışdır (xx.xx.2019-cu il tarixli maliyyə arayışı). “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən ünvan 2v 29 A, mənzil 25 ünvanında yerləşən 3 otaqlı mənzilin xx.xx.2019-cu il tarixinə bazar qiyməti 45000 manat təşkil edir. xx.xx.2016-cı il tarixli ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərin təsdiq olunmuş surətlərindən görünür ki, iddiaçı tərəfindən notariat kontoruna sənədlərin təsdiqi üçün 26 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqlarından görünür ki,ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 11 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli GY-1256 saylı kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. MM-inn 465.2. maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli GY-1256 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən illik 20 % hesablanmaqla 60 aylıq müddətə Cavabdeh1 19090 ABŞ dolları məbləğində kredit verilmiş, borclu həmin kredit borcunu müəyyən olunmuş müddətdə onu faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tutulmasını tələb etməyə haqlıdır. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddia qismən təmin olunmalı, xx.xx.2015-ci il tarixli GY-1256 saylı kredit müqaviləsi üzrə 18299 (on səkkiz min iki yüz doxsan doqquz) ABŞ dolları əsas, 12404 (on iki min dörd yüz dörd) ABŞ dolları faiz, 73 (yetmiş üç) ABŞ dolları cərimə olmaqla, cəmi 30776 (otuz min yeddi yüz yetmiş altı) ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarıCavabdeh1 tutularaq İddiaçı ASCyə ödənilməli, tələb ipoteka predmeti olan ünvan 2v 29 A, mənzil 25 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilə yönəldilməli, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 45000 (qırx beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, satıldıqdan 1 ay ərzində ünvan 2v 29 A, mənzil 25 ünvanında yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzil boşaldılmalı, satışdan əldə edilən vəsaitdən 30776 (otuz min yeddi yüz yetmiş altı) ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat ödvlət rüsumu, ödənilmiş 26 (iyirmi altı) manat notariat xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 11 (on bir) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqı İddiaçı ASC-yə ödənilməli, qalan hissədə iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası, apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək illik faizin dərəcəsi dəqiq müəyyən edilmişdir. Müqavilənin predmetini xarici valyuta, yəni ABŞ dolları təşkil etdiyindən cavabdeh həmin valyutanın məzənnəsinin dəyişə biləcəyi riskini bilməli idi. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən X1 və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilmişdir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X3 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə fərmanın təsiri altına düşür. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi tərəflər arasında müqavilə xx xxxxxx 2015-ci il tarixdə 60 ay müddətinə bağlanmış, həmin müqavilə əsasında cavabdehə illik 20 faiz hesablanmaqla 19090 manat kredit verilmiş və kreditin ödənilməmiş əsas məbləği hazırda 18074,22 ABŞ dolları təşkil edir. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən, fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, cavabdehin hazırkı kredit müqaviləsi üzrə borcu fərmanın təsir dairəsinə düşmür. Digər tərəfdən məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri bilir ki, cavabdehlər həm əsas, həm də faiz borcuna münasibətdə iddianı qəbul edirlər, lakin bildirirlər ki, onlar məlum kredit məbləğini dolların azərbaycan manatına olan 0,78 manat məzənnəsi ilə götürüblər və həmin məzənnə ilə də kredit borcunu qaytarmağa razıdırlar. Bundan əlavə Cavabdeh1 vəsatəti əsasında məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş vəekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2015-ci il tarixli GY-1256 saylı kredit xətti müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 məhkəməyə müraciət edilən tarixə İddiaçı X7 cəmi borcu 30013,25ABŞ dolları məbləğində müəyyən edilir: o cümlədən; əsas borc üzrə-18074,22 ABŞ dolları, faiz borcu üzrə 11939,03 ABŞ dolları qeyd edilir. Cərimə pulu üzrə tədqiqat aparılmamışdır. Goründüyü kimi iddia qaldırılarkən cavabdehlərdən tələb olunan əsas və faiz borcu artıq hesablanmışdır. Cərimə borcuna münasibətdə kollegiya qeyd edir ki, məbləğindən asılı olmayaraq işə baxan məhkəmələr həmin cəriməni ağlabatan məbləğdə azaltmaq hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə əsas və faiz borcuna münasibətdə dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin cavabdehlərin apelyasiya şikayətlərində “işə baxan məhkəmə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni qətnaməsində qeyd etməmişdir” kimi dəlili ilə də razılaşmır. Çünki, iş materiallarında belə bir ərizənin mövcudluğuna rast gəlinmir. Həmçinin, İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsindən aydın olur ki, ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 2-ci maddəsində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur (müqavilənin 1.1-ci bəndi). İpotekanın predmeti ünvan 2v 29 A, 25 saylı mənzildir (3.1-ci bənd). MM-in 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əmlаkın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. İşə «xxxxxxx» ASC-nin Göyçay filialı tərəfindən ipoteka qoyana göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş işə əlavə olunmuşdur. MM-in 319.3, 319.6-cı mаddələrinə və «İpоtekа hаqqındа» Qаnunun 47.2-ci mаddəsinə əsаsən ipоtekа predmetinin sаtışındаn əldə оlunаn vəsаitdən ipоtekа sаxlаyаnın ipоtekа ilə təmin оlunmuş tələbi, о cümlədən əsаs bоrc öhdəliyinin icrа edilməməsi və yа lаzımıncа icrа edilməməsi, yаxud icrаnın gecikdirilməsi nəticəsində dəbbə pulu və yа vurulmuş zərər, dаhа sоnrа isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qаlаn məbləğ ipоtekа qоyаnа qаytаrılır. Bunа görə məhkəmə hesаb edir ki, ipоtekа predmeti оlаn mənzil hərrаcdа sаtışа çıxаrılmаqlа sаtılmаlı və sаtışdаn əldə оlunmuş vəsаit hesаbınа iddiаçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qаlаn məbləğ isə ipоtekа qоyаnа qаytаrılmаlıdır. «İpоtekа hаqqındа» Qаnunun 4-cü mаddəsində göstərilmişdir ki, əgər ipоtekа müqаviləsi ilə аyrı qаydа nəzərdə tutulmаyıbsа ipоtekа sаxlаyаnın tələbi əsаs bоrc, fаizlər, öhdəliyin icrа edilməməsi və yа lаzımıncа icrа edilməməsi, о cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də dаxil оlmаqlа tаm ödənilir. Belə olan halda məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instаnsiyа məhkəməsi bоrcun ipоtekа qоyulmuş əmlаkа yönəldilməsi ilə bаğlı dа düzgün hüquqi nəticəyə gəlmişdir. Göründüyü kimi, bоrclu icrаsını təmin etmək üçün əşyаnın ipоtekаyа verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipоtekа sаxlаyаn ipоtekа ilə yüklü edilmiş оbyekti аçıq hərrаcdаn sаtmаq hüququnа əsаsən məhkəməyə mürаciət etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən ünvan 2v 29 A, mənzil 25 ünvanında yerləşən 3 otaqlı mənzilin xx.xx.2019-cu il tarixinə bazar qiyməti 45000 manat təşkil edir. Tərəflərin izahatlarından, eləcədə tədqiq edilən iş materiallarından bəlli olur ki, bu məbləğ cavabdehlər tərəfindən mübahisələndirilməmiş, yalnız apelyasiya şikayətlərində qeyd etmişlər ki, onların ailələrində iki nəfər ailə üzvlərinin olmasını, onların ipoteka müqaviləsindən xəbərləri olmadığına və həmin müqavilə üzrə hər hansı öhdəliyi üzərilərinə götürmədiyinə və bunlar notariat kontorunda rəsmiləşirilmədiyinə görə iddianın “tələbin ipoteka predmeti olan ünvan 1 A, mənzil 25 ünvanda yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilə yönəldilməsi, hissəsini qəbul etmirlər. Belə ki, oğlu X8 və gəlni X11 ailənin üzvü olmaqla müvafiq olaraq 1991-ci ildən və 2014-cü ildən bu günədək qeyd edilən ipoteka predmeti olan mənzildə pasport qeydiyyatında olmaqla həmin mənzildə yaşayırlar. Onlar müqavilə bağlanan zaman müvəqqəti olaraq başqa yerdə yaşadıqları üçün kreditin götürülməsi ilə əlaqədar həmin kreditin ödənilməsinin təminatı kimi ünvan 1 A, mənzil 25 ünvanda yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 3 otaqlı mənzilin ipoteka ilə yüklü edilməsindən xəbərləri olmamış, ailə üzvü kimi həmin mənzilin ipoteka ilə yükülü edilməsinə münasibət (razılıq və ya etiraz) bildirməmişlər. Lakin, işə baxan məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlilini məlum məhkəmə qətnaməsinin ləğvi üçün əsas bilmir. Çünki, işdən görünür ki, mübahisəli ipoteka predmeti olan mənzil tam mülkiyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Mövcud qanunvericiliyə əsasən isə əmlakın ipoteka ilə yülkü edilməsinə yalnız mülkiyyətçilərin razılığı tələb olunur. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd olunan dəlillər qətnamənin ləğv edilməsi üçün əsaslı deyil. MPM-in 384.0. və 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, maraqlı şəxslər X8 və X11 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(046)-769/2019 nömrəliqətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 əsas borc üzrə 18074,22 ABŞ dolları, faiz borcu üzrə 11939,03 ABŞ dolları 73 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 30086,25(otuz min səksən altı dollar iyirmi beş sent) ABŞ dollar borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 11 (on bir) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqı Cavabdeh1 tutulub İddiaçı ASC-yə ödənilsin. İş üzrə 145 manat ekspertiza xərci Cavabdeh1ndаn alınaraq Dövlət büdcəsinə- AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-402/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-402/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver