Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-408/2025 06.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh oğluna qarşı çəkilmiş hasarın sökülməsi və yolun açılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: yolun açılması, hasarın sökülməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X13 (sədrlik edən və məruzəçi), X16 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı çəkilmiş hasarın sökülməsi və yolun açılması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tаrixli, 2(033)-3/2025 nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 may 2012-ci il tarixli ******* saylı çıxarışa və Zaqatala Rayon Məhkəməsinin 31 may 2012-ci il tarixli qətnaməsinə əsasən pay torpağını və yolun müəyyən hissəsini zəbt etməklə tikilmiş hasarın sökülməsinə, yararsız dərədən eni 12 metr olmaqla pay torpaqlarına giriş üçün yol sahəsi ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayon aqrar islahat komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı ilə verilmiş 1657,39 kvm pay torpağının girişi üçün eni 8 metr yolun və pay torpağın bir hissəsini zəbt edərək qonşusu tərəfindən daş hasar tikilmişdir. Hasarı tikməyə hazırlaşarkən cavabdehlə çox saylı söhbətlər aparmış və cavabdehə izah etmişdir ki, yol ona aiddir. Eyni zamanda xəritə, məhkəmə qətnaməsini və bu sahəyə dair çıxarışla ona qanunsuz hasarın çəkilməsinə etirazını bildirdirmişdir. Hasarı tikmək üçün gələn ustaya orada işləməməyi, mübahisəli və qanunsuz olduğundan hasarın tikməməsini tələb etmişdir. Pay torpağı yaşadığı ərazidən kənarda olduğundan və aramsız yağan üç günlük yağışdan sonra gələndə usta hasarı tikmişdir. Cavabdehin daş hasar tikdirdiyi ərazi yararsız dərədir və cavabdehin bu sahəyə dair heç bir sənədi yoxdur. Həmin ərazidəki yol ona məxsusdur. Cavabdeh ondan icazəsiz onun küçə darvazalarını çıxararaq pay torpağına 6 maşın daş tökərək hasarı tikmişdir. Məhkəmə qətnaməsində ona aid edilən və yolun enlənməsini nəzərdə tutulan ona məxsus daş bünövrəsinin üstündən özünə hasar tikməklə yolu maşın üçün keçilməz etmişdir. Həmin qonşunun həyətyanı ilə birgə yaşadığı ərazidə cəmi 35 sot torpağı ona məxsusdur. Qalan mübahisəli və ona aid yol olan ərazi dövlətə aiddir. Eyni zamanda ona bitişik iki ailənin pay torpağa giriş yolunu da hasarla bağlanmaqla həmin pay torpaqlara da girişi bağlanmışdır. Bununla da qonşu iki ailənin pay torpaqlarına tam, onun isə müəyyən hissəsini zəbt etmişdir. Bu məsələni qarşılıqlı anlaşma yolu ilə həll etmək istəsələr də, qızı və atası davaya qalxmış, əl-qol atmış, baş verə biləcək xoşagəlməz hadisədən aralanmışlar. Bu məsələ çox mübahisəli olduğundan məhkəməyə müraciət etməli olmuşdur.
3. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə Sistemi”ndən çıxarışdan görünür ki, İddiaçı 30 dekabr 2022-ci il tarixdə ölmüşdür.
4. İddiaçı arvadı X4 25 oktyabr 2023-cü il tarixdə ərizə ilə müraciət edərək İddiaçı varisi kimi tanınmasını xahiş etmişdir.
5. İddiaçı hüquq varisi X4 ilə əvəz edilmişdir.
6. X5 30 noyabr 2022-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq onların hasarının üstündə cavabdeh tərəfindən tikilən hasarın sökülməsi və yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli yol onlara məxsusdur. Həmin yolun olduğu sahə bələdiyyənin mülkiyyətində olsa da onların istifadəsinə verilmiş və onda qərar və sxem vardır. 2008-ci ildə həmin yol başqa şəxs üçün ayrılmışdır. Daha sonra müəyyən olunmuşdur ki, yol üçün nəzərdə tutulan sahə onlara aiddir. O dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə müraciət etmiş və orada ona bildirmişlər ki, həmin sahə yol kimi nəzərdə tutulduğundan çıxarış verilməsi mümkün deyil. Həmin yol bələdiyyə tərəfindən ayrılmışdır. Cavabdeh tərəfindən onun hasarının üstünə 70 sm-lik hasar çəkilmişdir. Onun istifadə etdiyi yol 5 metr enində olmuşdur. Lakin cavabdeh həmin yolun müəyyən hissəsini zəbt etmiş və hazırda 3 metr yol qalmışdır. Həmin yoldan traktor keçə bilmir. Bağını kol-kos basmışdır. O, əvvəllər bağdan bir tona yaxın fındıq məhsulu yığsa da, hazırda heç oradan 10 kiloqram fındıq əldə etmir. Tərəflərindən tikilmiş hasarın üstünə cavabdeh tərəfindən tikilmiş hasarın sökülməsini və yolun açılmasını tələb edir.
8. Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi əsassızdır. Belə ki, iddiaçı onun hasarının üstündə tikilmiş hasarın sökülməsini tələb edir. Həmin hasarın olması iddiaçının hər hansı bir hüququnu pozmur. Belə ki, həmin hasar yolu zəbt etmir və yol bələdiyyənin mülkiyyətidir. 2021-ci ildə hasarın üstündə cavabdeh tərəfindən hasar tikilmişdir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 07 yanvar 2025-ci il tаrixli, 2(033)-3/2025 nömrəli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı çəkilmiş hasarın sökülməsi və yolun açılması tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun iddiaçı X2 özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manatın iddiaçı X1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X7, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı onların hasarının üstündə cavabdeh tərəfindən tikilən hasarın sökülməsini tələb etmiş, tələbini hasarın onların mülkiyyətində olan sahəyə gedən yolda tikilməsi, yolun 5 metr enində bələdiyyə tərəfindən onlara ayrılması, cavabdeh tərəfindən həmin yolun müəyyən hissəsinin zəbt edilməsi və yolun eninin 3 metr qalması, yoldan traktorun keçə bilməməsi səbəbindən bağını kol-kos basması, nəticədə məhsul əldə edə bilməməsi ilə əsaslandırmışdır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
11. Məhkəmə iddiaçının tələbinin əsası kimi istinad etdiyi halın təsdiqi üçün təqdim etdiyi Zaqatala rayonu X12 üzvlərinin xx.xx.2021-ci il tarixli 14 saylı iclasının protokolunun çıxarışına və Zaqatala rayonu Car Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli təqdimatına eni 5 metr olan yolun İddiaçı istifadəsinə verilməsi, digər vətəndaşların həmin yoldan istifadə edilməsinə yol verilməməsi və müvafiq torpaq sahəsinin vətəndaş İddiaçı mülkiyyətində olmasının qeyd edilməsi hissəsində tənqidi yanaşır və qeyd edilən sənədlərin mövcudluğunu iddianın təmin edilməsinə əsas saymamışdır.
12. Məhkəmə qeyd etmişdir ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, istisna olmaqla digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edildiyindən, eləcə də, bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlar istisna olmaqla bələdiyyə torpaqlarının digər şəxslərə istifadə hüququ ilə verilməsi qanunla qadağan olduğundan, Zaqatala rayonu Car Bələdiyyəsinin qeyd edilən sənədləri torpaq sahəsinin mülkiyyət və ya istifadə hüququ üzrə İddiaçı ayrılması olaraq dəyərləndirilə bilməz.
13. Bundan başqa məcburi olsa da, eni 5 metr olan yola dair İddiaçı hüquqların dövlət qeydiyyatına alınmamışdır və torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
14. Mövcud vəziyyətdə tikintinin aparıldığı sahə bələdiyyə mülkiyyətində olan torpaqlara aid olmaqla tərəflərə məxsus deyil.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı sökülməsi tələb olunan tikintinin zəbt edilmiş sahədə aparıldığını iddia etsə də, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin apardığı tikinti, iddiaçının hasar tikintisinin üzərində olmaqla, əlavə sahənin tutulmasına deyil, yalnız hasarın hündürlüyünün artmasına səbəb olmuşdur. Bu hal isə cavabdeh tərəfindən əlavə sahənin zəbt edilməsi olaraq dəyərləndirilə bilməz.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, göründüyü kimi, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən yolun eninin 1.2 m-ə qədər daralması yəni yolun başlanğıc hissəsində eninin 4.7 m olduğu halda, yolun sonunda torpağa giriş hissədə faktiki 3.5 m təşkil etməsi, hasarın hündürlüyünü artırmış (yüksəltmiş) cavabdehin hərəkətlərinin nəticəsində deyil, iddiaçının və onun mərhum ərinin hasar tikintisini bu şəkildə aparmaları səbəbindən olmuşdur.
17. Eyni zamanda iş üzrə sübutlarla yolun eninin 3.5 m olmasının, zəruri aqrotexniki işlərin həyata keçirilməsi üçün müvafiq texnikanının iddiaçının mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş gəlişinə maneə törətməsi halı da təsdiq olunmamışdır.
18. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, Zaqatala rayonu Kebeloba kəndində yerləşən iddiaçıya məxsus 0,1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun, mövcud hasarın cavabdeh tərəfindən hündürləşdirilməsi səbəbindən daralması sübut edilmədiyindən, iddia təmin edilə bilməz.
19. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı X2 özünə aid edilməli, 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67, 84, 111-ci maddələrinə, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 88, 217.3, 217.4, 220.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnаmədən nаrаzı qаlаn iddiaçı X4 apellyasiya şikаyəti vermişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsinin əsaslandırma hissəsində, mülkiyyətində olan 0,1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən Bələdiyyə tərəfindən ayrılan eni 5 metr olan gediş-gəliş yolunun cavabdehin qanunsuz tikdiyi hasar nəticəsində 1.2 m-ə qədər daraldığını, yəni yolun başlanğıc hissəsində eninin 4.7 m olduğu halda, yolun sonunda torpağa giriş hissədə faktiki 3.5 m təşkil etdiyini açıq-aydın qeyd edilmişdir. Halbuki, məhkəmə gəldiyi nəticədə Zaqatala rayonu Kebeloba kəndində yerləşən iddiaçıya məxsus 0,1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun, mövcud hasarın cavabdeh tərəfindən hündürləşdirilməsi səbəbindən daralmasının sübut edilmədiyi qənaətinə gəlmişdir. Bununla da, məhkəmə Azərbaycan Respublikasının Mulki Məcəlləsinin 157.4-cü maddəsində nəzərdə tutulmuş mülkiyyətində olan torpaqdan maneəsiz istifadəyə qarşı yaradılmış başqa maneələrin qəsd edən tərəfindən aradan qaldırılmasının məhkəmə yolu ilə tələb etmək hüququnu əsassız olaraq təmin etməmişdir. Eyni zamanda Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu 7.2-ci maddəsinin tələblərini pozaraq ümumi istifadədə olan bələdiyyə yollarının və təsərrüfatdaxili yollarının cavabdeh tərəfindən zəbt olunmasını əsaslı hesab etmişdir. Halbuki, birinci instansiya məhkəməsi iddiasını rədd edərək, mülkiyyətində olan 0,1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən Bələdiyyə tərəfindən ayrılan eni 5 metr olan gediş-gəliş yolunun cavabdehin qanunsuz hərəkətləri nəticəsində zəbt olunmasının aradan qaldırılmasının məhkəmə yolu ilə tələb etmək hüququnu pozmuşdur.
23. Zaqatala Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarında olan X8 23 fevral 2022-ci iltarixli 633 saylı mütəxəssis rəyindən görünür ki, cavabdeh tərəfindən inşa edilmiş daş hasar adlarına qeydiyyata alınmış 0,1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən yolun enini 1.2 m-ə qədər daraltmasının müşahidə olunması, həmin yolun başlanğıc hissədə eni 4.7 m olduğu halda, yolun sonunda - torpağa giriş hissədə isə faktiki 3.5 m təşkil etməsi müəyyən edilir.
24. Lakin birinci istansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən yolun eninin 1.2 m-ə qədər daralmasını yəni yolun başlanğıc hissəsində eninin 4.7 m olduğu halda, yolun sonunda - torpağa giriş hissədə faktiki 3.5 m təşkil etməsini, cavabdeh tərəfindən hasarın hündürlüyünün artırılması nəticəsində deyil, iddiaçının və onun mərhum ərinin hasar tikintisini bu şəkildə aparmaları səbəbindən olduğunu qeyd edir.
25. Bu cümlədən görünür ki, birinci instansiya məhkəməsi mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpağa gedən yolun mövcud hasar nəticəsində daralması faktını və mövcud hasarın cavabdeh tərəfindən yüksəldilməsi faktını qəbul edir. Lakin sonda belə qənaətə gəlir ki, Zaqatala rayonu Kebeloba kəndində yerləşən iddiaçıya məxsus 0,1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun, mövcud hasarın cavabdeh tərəfindən hündürləşdirilməsi səbəbindən daralması sübut edilmir. Buradan görünür ki, məhkəmə qətnaməni düzgün əsaslandırmamışdır.
26. Odur ki, Azərbaycan Respublikası Zaqatala Rayon Məhəkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(033)-3/2025 iş nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhəkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(033)-3/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçının digər hüquqi varisləri X18 və X15, Cavabdeh, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala rayonu Car Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 176.1-ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 176.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
31. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin; 18-ci maddəsinə görə, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edlir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatinin ödənilməsinə xidmət edən digər obyektlər altindakı torpaq sahələri yaşayiş məntəqələrinin torpaqlarinin tərkibinə daxildir. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
33. Qərar: “X11rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Apellyator Zaqatala Rayon Məhəkəməsinin 07 yanvar 2025-ci il tarixli 2(033)-3/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Zaqatala rayonu Kebeloba kəndi ərazisində yerləşən 0.1657 ha torpaq sahəsi iddiaçı X4 ilə onun mərhum əri İddiaçı ümumibirgə mülkiyyətlərindədir. İddiaçı ümumibirgə mülkiyyətində olan 0.1657 ha torpaq sahəsinə yol sahəsinin nəzərdə tutulduğunu, həmin yol sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini, həmçinin yol sahəsinin kənarındakı hasarlarının üzərində cavabdeh tərəfindən hasar çəkildiyini əsas gətirərək, yolun açılması və hasarın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisi tərəfindən aparılmış tədqiqatla isə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reystr nömrəsi **********38 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il olan çıxarış üzrə iddiaçı X2 ümumibirgə mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0.1657 ha torpaq sahəsinə sənəd üzrə yol sahəsinin nəzərdə tutulmadığı, naturada yol sahəsi kimi istifadə olunan torpaq sahəsinin hər hansı bir hissəsinin Cavabdeh tərəfindən zəbt edilməməsi, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********38 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il olan çıxarış üzrə iddiaçı X2 ümumibirgə mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0.1657 ha torpaq sahəsinin kənarında çəkilmiş daş hasarın Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
41. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin iş materiallarında olan X8 23 fevral 2022-ci iltarixli 633 saylı mütəxəssis rəyi ilə cavabdeh tərəfindən inşa edilmiş daş hasarın adlarına qeydiyyata alınmış 0,1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən yolun enini 1.2 m-ə qədər daraltması, həmin yolun başlanğıc hissədə eni 4.7 m olduğu halda, yolun sonunda - torpağa giriş hissədə isə faktiki 3.5 m təşkil etməsinin müəyyən edilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi mübahisənin həllində ekspertiza tədqiqatına da istinad edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, icrası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmişdir.
42. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının icrası üzrə verilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 18 noyabr 2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə İddiaçı və X2 adına qeydiyyata alınmış 0.1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmamışdır. İddiaçının iddia etdiyi cavabdeh tərəfindən inşa edilmiş hasar Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə İddiaçı və X3 adına qeydiyyata alınmış 0.1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşmir.
43. Həmçinin birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının icrası üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/455 nömrəli 15 mart 2024-cü il tarixli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haaqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə İddiaçı və X2 adına qeydiyyata alınmış 0.1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmamışdır. İddiaçının iddia etdiyi cavabdeh tərəfindən inşa edilmiş hasar Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə İddiaçı və X3 adına qeydiyyata alınmış 0.1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşmir.
44. Mülki işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmişdir.
45. İşə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 19 avqust 2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir: 46.Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi**********38 qeydiyyat 47.Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi**********38 qeydiyyat
48. Daşınmaz əmlakın dövlət reyestrindən verilmişreyestr nömrəsi **********38 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il olan çıxarış üzrə iddiaçı X2 ümumibirgə mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0.1657 ha torpaq sahəsinə yol sahəsi nəzərdə tutulmamışdır.
49. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reystr nömrəsi **********38 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il olan çıxarış üzrə iddiaçı X2 ümumibirgə mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0.1657 ha torpaq sahəsinə sənəd üzrə yol sahəsi nəzərdə tutulmamışdır və ancaq naturada yol sahəsi kimi istifadə olunan torpaq sahəsinin hər hansı bir hissəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir.
50. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********38 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il olan çıxarış üzrə iddiaçı X2 ümumibirgə mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0.1657 ha torpaq sahəsinin kənarında çəkilmiş daş hasarın uzunluğu 30.6 metr olmaqla Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həmin torpaq sahələrinin və daş hasarın yeləşmə vəziyyəti tərib edilmiş yerquruluşu planında göstərilmişdir.
51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən isə ekspertiza rəyinin verilməsindən imtina edilmiş, 13 oktyabr 2025-ci il tarixli məlumatla qərardad icra edilmədən iş materialları ilə birlikdə geri qaytarılmışdır.
52. Beləliklə birinci instansiya məhkəməsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisinin, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin apardığı tədqiqatlarla iddiaçının iddia etdiyi hasarın İddiaçı və X3 adına qeydiyyata alınmış 0.1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşməməsi, məhkəmə kollegiyasının qərardadının icrası üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin verdiyi mütəxəssis rəyi ilə isə iddiaçı X2 ümumibirgə mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0.1657 ha torpaq sahəsinə yol sahəsinin nəzərdə tutulmaması, naturada yol sahəsi kimi istifadə olunan torpaq sahəsinin hər hansı bir hissəsinin Cavabdeh tərəfindən zəbt edilməməsi, 0.1657 ha torpaq sahəsinin kənarında çəkilmiş daş hasarın Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir.
53. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza rəyləri ilə, məhkəmə kollegiyasının qərardadının icrası üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin verdiyi mütəxəssis rəyləri əlaqəli təhlil edildikdə həmin rəylərdən birinin digərini təkzib etməsi halı müəyyən edilməmişdir.
54. İşdə olan X8 23 fevral 2022-ci iltarixli 633 nömrəli mütəxəssis rəyinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlaklara dair baza məlumatlarının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində cəmləşməsi, beləliklə torpaq sahələrinin yerləşmə vəziyyətlərinə dair daha müfəssəl məlumatların həmin təşkilatda saxlanılması, X8 23 fevral 2022-ci iltarixli 633 nömrəli mütəxəssis rəyində qeyd edilənlərin həm birinci instansiya məhkəməsində məhkəmə araşdırması dövründə verilmiş ekspert və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyləri ilə həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin məhkəmə kollegiyasının qərardadının icrası üzrə verilmiş mütəxəssis rəyi ilə təkzib edilməsi nəzərə alınaraq, X8 23 fevral 2022-ci iltarixli 633 nömrəli mütəxəssis rəyinə mübahisənin həllində mötəbər sübut qismində istinad edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
55. Məhkəmə kollegiyası hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza rəyləri ilə iddiaçı X2 ümumibirgə mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0.1657 ha torpaq sahəsinə yol sahəsinin nəzərdə tutulmaması, naturada yol sahəsi kimi istifadə olunan torpaq sahəsinin hər hansı bir hissəsinin Cavabdeh tərəfindən zəbt edilməməsi, 0.1657 ha torpaq sahəsinin kənarında çəkilmiş daş hasarın Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşməsinin müəyyən edilməsi diqqətə alınaraq apellyasiya şikayətinin məhkəmənin mülkiyyətində olan torpaqdan maneəsiz istifadəyə qarşı yaradılmış maneələrin qəsd edən tərəfindən aradan qaldırılmasının məhkəmə yolu ilə tələb etmək hüququnun əsassız olaraq təmin edilməməsi, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinin tələblərini pozaraq ümumi istifadədə olan bələdiyyə yollarının və təsərrüfatdaxili yollarının cavabdeh tərəfindən zəbt olunmasını əsaslı hesab etməsi, 0,1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən Bələdiyyə tərəfindən ayrılan eni 5 metr olan gediş-gəliş yolunun cavabdehin qanunsuz hərəkətləri nəticəsində zəbt olunmasının aradan qaldırılmasının məhkəmə yolu ilə tələb etmək hüququnun pozulmasına dair dəlilləri özü-özlüyündə əsassızdır.
56. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin apardıqları tədqiqatlardan müəyyən edildiyi kimi iddiaçı X2 ümumibirgə mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0.1657 ha torpaq sahəsinə sənəd üzrə yol sahəsinin nəzərdə tutulmamış, naturada yol sahəsi kimi istifadə olunan torpaq sahəsinin hər hansı bir hissəsi Cavabdeh tərəfindən zəbt edilməmiş, 0.1657 ha torpaq sahəsinin kənarında çəkilmiş daş hasar X3 ümumibirgə mülkiyyətində olan 0.1657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində deyil, Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşmişdir. Qeyd edilənlər diqqətə alınaraq iddiaçının iddia tələbi sübuta yetirilməmişdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
58. Əksinə iş materiallarından 0.1657 ha torpaq sahəsinə sənəd üzrə yol yeri nəzərdə tutulmasa da, iddiaçının ümumibirgə mülkiyyətində olan torpaq sahəsinə daxil olması üçün faktiki olaraq istifadə etdiyi yol sahəsinin mövcud olması müəyyən edilmişdir.
59. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
60. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 18 noyabr 2023-cü il və 19 avqust 2025-ci il tarixli mütəxəssis rəyləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/455 nömrəli 15 mart 2024-cü il tarixli ekspertiza rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, həmin rəylər sübut növlərindən olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasalar da, məhkəmənin qərardadları əsasında keçirilmiş 18 noyabr 2023-cü il və 19 avqust 2025-ci il tarixli mütəxəssis, 15 mart 2024-cü il tarixli ekspertiza rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin iki mütəxəssis, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza rəyləri ilə ziddiyyət təşkil etməsi diqqətə alınaraq X8 23 fevral 2022-ci iltarixli 633 nömrəli mütəxəssis rəyinə mötəbər sübut qismində istinad edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
61. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir.
62. Odur ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tаrixli, 2(033)-3/2025 nömrəli qətnaməsi iddiaçı X2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tаrixli, 2(033)-3/2025 nömrəli qətnaməsi iddiaçı X2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.