Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-415/2023 28.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Fərdi yaşayış evinin naturada bölünməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili X9, Cavabdeh nümayəndəsi X11 oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-33/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 14 mart 2022-ci il tarixdə verilmiş **********28-10301 reyestr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Şəki şəhəri, X14 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evindən payına düşən 5/6 hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 14 mart 2022-ci il tarixdə verilmiş **********28-10301 reyestr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışına əsasən paylı mülkiyyətdə olan Şəki şəhəri, X14 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evi onun və Cavabdeh paylı mülkiyyətindədir. Həmin əmlakdan payına düşən hissədə yaxşılaşdırma işləri aparmaq istəyir. Lakin rəsmi sənəddə onun payına düşən hissə müəyyən olunmadığından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, özü cavabdehlə paylı mülkiyətlərində olan mübahisə predmeti olan fərdi yaşayış evində yaşayır. Ekspert yerində baxış keçirərkən, evin 2 qapısının olmasını ona göstərmişdir. Həmçinin qeydiyyatda olmayan tikilidə mətbəxt və sanitar qovşağ vardır. Cavabdeh tərəfindən heç bir icazə olmadan qanunsuz olaraq əlavə tikililər tikilməkdədir. Şəki şəhəri, X14 küçəsi 37 ünvanda yerləşən cavabdehlə paylı mülkiyyətdə olan fərdi yaşayış evi faktiki olaraq bölünməmişdir. Ekspertin rəyi ilə razı deyil. Odur ki, yuxarıda qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) xx.xx.2023-cü il tarixli, 2(075)- 33/2023 saylı qətnaməsi ilə İddiaçı ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 14 mart 2022-ci il tarixdə verilmiş **********28-10301 reyestr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Şəki şəhəri, X14 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evindən payına düşən 5/6 hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilən 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun İddiaçı tutulması və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 14 mart 2022-ci il tarixdə verilmiş **********28-10301 reyetr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışa əsasən Şəki şəhəri, X14 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evinin 5/6 hissəsi İddiaçı, 1/6 hissəsi isə Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı həmin evdən ona düşən payın dəqiq müəyyən edilməməsini əsas gətirərək həmin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi mümkün olmadıqda onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi və ya öz payının ayrılmasını və yaxud öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə (indiki halda bu baş vermişdir), mülkiyyətçi əmlak bölgüsündə israr edə bilməz.
9. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi, tərəflərin paylı mülkiyyətində olan Şəki şəhəri, X14 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evindən iddiaçının 5/6 hissə payının naturada ayrılması mümkün deyil.
10. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
11. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşmış və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.
12. Beləliklə məhkəmə hesab etmişdir ki, İddiaçı ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 14 mart 2022-ci il tarixdə verilmiş **********28-10301 reyetr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Şəki şəhəri, X14 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evindən payına düşən 5/6 hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi tələbinə dair iddiası təmin edilməməli, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 215.1, 215.2, 215.5, 220.1, 220.2, 220.3, 220.4, 220.6-cı maddələri, “X5rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 101.3, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin yerləşmə mövqeyi payların naturada bölünməsinə qətiyyən maneə yaratmır. Ekspertiza aparan şəxsə də göstərdiyi kimi paylara düşən hər bir hissəyə ayrıca giriş-çıxış qapısı mövcuddur. Yəni hər hansı bir giriş-çıxışın açılmasına ehtyac yoxdur. Paylara düşən hər bir hissənin ayrıca mətbəxi, sanitar qovşağı mövcuddur. Həmçinin bütün həyət evlərində olduğu kimi həyətdə də sanitar qovşağı mövcuddur. Torpaq sahəsində əlavə tikililərin olmasına gəlincə o, iddia ərizəsində də göstərmişdir ki, digər payçı tərəfindən əlavə razılaşdırılmamış tikinti işləri aparılıb. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qətnamə tamamilə əsassızdır və tamamilə ləğv olunmalıdır.
16. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də hesab edir ki, barəsində şikayət olunan Şəki rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə faktlara deyil, öz subyektiv fikirlərinə istinad etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara heç bir qiymət verməmişdir. Məhkəmə tərəfindən təqdim edilən sübutların qiymətləndirilməsi ilə bağlı üzərinə düşən vəzifələri qəti olaraq icra etməmişdir.
17. Məhkəmə tərəfindən iş üçün əsas əhəmiyyət kəsb edən halın- evə 2 (iki) girişin olması və ayrı sanitar qovşağın olması nəzərə alınmamış və məhkəmə bu hala aydınlıq gətirməmişdir.
18. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, təqdim etdiyi çox mötəbər sübutlar və verdiyi izahat nəzərə alınmamışdır. Nəticədə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlməmişdir. Həmçinin məhkəmə özünün istinad etdiyi normaları düzgün tövsif etməmişdir.
19. Qeyd edilənlərə əsasən Şəki rayon Məhkəməsinin e-2(075)-33/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin və iddiasının təmin olunmasını xahiş etmişdir. O, həmçinin izahatında bütün sübutlarını birinci instansiya məhkəməsinə təqdim etdiyini göstərmişdir.
22. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili X12 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin və İddiaçı iddiasının təmin olunmasını xahiş etmişdir.
23. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh kollegiyanın iclasına gəlməmiş, lakin məhkəməyə elektron qaydada göndərdiyi ərizəsində üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılıb, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarı.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz .
28. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
29. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.
30. “X3rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-33/2023 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
32. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)- 33/2023 saylı qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
35. Kollegiyanın iclasında müəyyən edildi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 14 mart 2022-ci il tarixdə verilmiş **********28-10301 reyetr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X14 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evinin 5/6 hissəsi İddiaçı, 1/6 hissəsi isə Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı həmin evdən ona düşən payın dəqiq müəyyən edilməməsini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
36. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, baxılan iş üzrə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir.
37. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2022-ci il tarixli, 10/4737 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiq olunan Şəki şəhəri, X14 küçəsi 37 ünvanda fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə, torpaq sahəsində əlavə tikililərin inşa olunmasına görə ümumi sahəsi 133.20 kv.metr olan fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq naturada ayrılması İnşaat Norma və Qaydalarının və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün deyil.
38. Göründüyü kimi ekspertiza tədqiqatı zamanı fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir.
39. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya bildirir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, fərdi yaşayış evinin yerləşmə mövqeyinin payların naturada bölünməsinə qətiyyən maneə yaratmaması, paylara düşən hər bir hissəyə ayrıca giriş-çıxış qapısının mövcud olması, paylara düşən hər bir hissənin ayrıca mətbəxinin, sanitar qovşağının mövcud olması, həyətdə də sanitar qovşağının mövcud olması, digər payçı tərəfindən torpaq sahəsində əlavə razılaşdırılmamış tikinti işləri aparılması, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillərin həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmaması, məhkəmənin faktlara deyil, öz subyektiv fikirlərinə istinad etməsi, məhkəmənin iddiaçının təqdim etdiyi sübutlara heç bir qiymət verməməsi, məhkəmənin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, təqdim etdiyi çox mötəbər sübutlar və verdiyi izahatın nəzərə alınmaması, məhkəmənin istinad etdiyi normaları düzgün tövsif etməməsinə istinad etmişdir.
40. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, X14 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evinin 5/6 hissəsi İddiaçı, 1/6 hissəsi isə Cavabdeh xüsusi mülkiyyətindədir.
41. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şiykayətində olan dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli daşınmaz əmlak payları bəlli olan mülkiyyət hüququ əsasında tərəflərə məxsusdur. Məhkəmə təyin edilərək alınmış ekspert rəyinə uyğun olaraq payların naturada bölünməsinin mümkün olmaması nəticəsinə gəlmişdir. İşin hallarından görünür ki, sözügedən daşınmaz əmlakın naturada bölgüsünün mümkün olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, əksinə verilmiş ekspert rəyinə əsasən bunun mümkünsüz olması müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə kollegiyasının iclasında da bütün sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyini göstərdiyi halda iş materialından fərdi yaşayış evində paylara uyğun, yəni 02 ədəd mətbəxin, 02 ədəd sanitar qovşağının mövcud olmasına dair hər hansı bir sübutun olması müəyyən edilməmişdir. Evin 02 ədəd giriş-çıxış qapısının olması müəyyən edildiyi halda belə ekspertiza tədqiqatının naturada bölgünün fərdi yaşayış evinin 02 ədəd ayrıca giriş-çıxış qapılarının olmaması ilə deyil, digər əsaslarla yanaşı mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkünsüzlüyü ilə əsaslandırılması müəyyən edilmişdir. Bu qeyd edilənlər isə iddiaçının apellyasiya şikayətində göstərdiyi məhkəmə qərarının əsası kimi istinad olunanların və gətirilən dəlillərin həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmaması, məhkəmənin faktlara deyil, öz subyektiv fikirlərinə istinad etməsi, məhkəmənin iddiaçının təqdim etdiyi sübutlara heç bir qiymət verməməsi, məhkəmənin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, təqdim etdiyi çox mötəbər sübutların və verdiyi izahatın nəzərə alınmaması, məhkəmənin istinad etdiyi normaları düzgün tövsif etməməsinə dair dəlillərinin özüözlüyündə əsassız olmasına dəlalət edir.
44. İddiaçının apellyasiya şikayətində göstərdiyi həyətdə də sanitar qovşağının mövcudluğuna dair gətirdiyi dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin predmetini tərəflərin paylı mülkiyyətində olan həyətyanı sahənin bölgüsü deyil, məhz onların paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin bölünməsi təşkil edir.
45. Apellyasiya kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
46. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarına əsasən mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.
47. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir.
48. Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir.
49. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
50. Əlavə olaraq kollegiya qeyd edir ki, bu xarakterli iddialarda ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
51. Ona görə də kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-33/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir