Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-420/2024 18.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağdaş rayon Notariat ofisinə və qeyrilərinə qarşı torpaq sahəsi üzərində Ağdaş Bələdiyyəsinin mülkiyyətini təsdiq edən 21 may 2018-ci il tarixdə ********** saylı çıxarışın və həmin çıxarış əsasında tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin etibarsız sayılması və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində Ağdaş Bələdiyyəsinin mülkiyyətini təsdiq edən 21 may 2018-ci il tarixdə ********** saylı çıxarışın və həmin çıxarış əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağdaş rayon Notariat ofisinə və qeyrilərinə qarşı torpaq sahəsi üzərində Ağdaş Bələdiyyəsinin mülkiyyətini təsdiq edən 21 may 2018-ci il tarixdə ********** saylı çıxarışın və həmin çıxarış əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(014)- 467/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağdaş rayon Notariat ofisinə və qeyrilərinə qarşı torpaq sahəsi üzərində Ağdaş Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xx.xx.2018-ci il tarixdə ********** saylı çıxarışın və həmin çıxarış əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 1950-ci ildə X3 istifadəsində olan torpaq sahəsində ev inşa etdirmişdir. Həmin evdə iddiaçı və digər bacı-qardaşları doğulmuş, orada böyüyüb boya-başa çatmışlar. Doğulduğu 1965-ci ildən bugünə kimi iddiaçı valideynlərinə məxsus qeyd olunan ünvanda yaşamış və hal-hazırda da ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Böyük qardaşı X8 evli olmasını nəzərə alaraq Ağdaş rayon ZDS Ağdaş rayon İcraiyyə Komitəsinin 17 dekabr 1976-cı il tarixli 28 saylı qərarına əsasən atası Şükür Məsimovun istifadəsində olan 22 sot torpaq sahəsindən 600 m2 torpaq sahəsi qardaşı Məsumov Rəsula yaşayış evi tikdirmək üçün verilmişdir. Digər qardaş və bacıları evləndikdən sonra özlərinin şəxsi evlərində yaşayırlar. X3 12 mart 1980-ci ildə, anası X2 isə 3 sentyabr 2000-ci ildə ölmüşlər. 1965-ci ildən bugünə kimi iddiaçı ata mülkündə ailəsi ilə birlikdə yaşamaqda davam etmiş, bugün də yaşayır. 1976-cı ildən 2019-cu ilə kimi qardaşı X9 ayrılmış 600 kv.m. torpaq sahəsi ilə onun istifadəsində qalan 15 sot torpaq sahəsini ayırmaq üçün dəmir setka olmuşdur. 2018-ci ilin mart ayının əvvəlində iddiaçının xəbəri olmadan onun həyətyanı torpaq sahəsi ilə küçəni ayıran daş hasar sökülən zaman, ona məlum olmuşdur ki, 54 il istifadəsində olmuş torpaq sahəsi bələdiyyə tərəfindən cavabdeh şəxsə verilməsi üçün sənədlər hazırlanır. Bununla bağlı Ağdaş Bələdiyyəsinə rəsmi müraciət etmişdir. Onların rəsmi cavabından məlum olmuşdur ki, valideynlərinin və onun istifadəsində olan 0,15 ha torpaq sahəsini cavabdehə verilən torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Lakin sonra ölçü aparan zaman məlum olmuşdur ki, Cavabdeh1 digər cavabdeh Ağdaş Bələdiyyəsi tərəfindən verilən torpaq sahəsi onun istifadəsində olan torpaq sahəsinin hesabına verilmişdir. Hal-hazırda 15 sot əvəzinə 12 sot torpaq sahəsi onun istifadəsindədir. Mübahisə olunan torpaq sahəsi Ağdaş Bələdiyyəsinin qanuna zidd olaraq mülkiyyətinə verilmiş və bununla bağlı xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış və çıxarış verilmişdir. Bunun da əsasında Cavabdeh1 ilə Ağdaş Bələdiyyəsi arasında xx.xx.2019-cu il tarixdə Ağdaş rayon Notariat ofisində bağlanmış 4Ə-202 saylı alqı-satqı müqaviləsi həyata keçirilmişdir. Rəsmi sorğu əsasında onun vərəsəlik hüququ bir daha tanınmışdır. Bu da onu göstərir ki, cavabdehlər tərəfindən onun mülkiyyət hüququ pozulmuşdur. Ağdaş Bələdiyyəsinin sədri tərəfindən ona verilmiş 24 iyul 2018-ci il tarixli, 155 saylı rəsmi Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2019-cu il tarixli, M-750 saylı rəsmi cavablarında ziddiyyətlər mövcuddur. Göstərilənlərə əsasən torpaq sahəsi üzərində Ağdaş Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xx.xx.2018-ci il tarixli ********** saylı çıxarışın və həmin çıxarış əsasında Cavabdeh1 ilə Ağdaş Bələdiyyəsi arasında xx.xx.2019-cu il tarixdə Ağdaş rayon Notariat ofisində bağlanmış 4Ə-202 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(014)-467/2023 saylı qətnaməsi ilə (hakim C.Sultanov) İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağdaş rayon Notariat ofisinə və qeyrilərinə qarşı torpaq sahəsi üzərində Ağdaş Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xx.xx.2018-ci il tarixdə ********** saylı çıxarışın və həmin çıxarış əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərcləri iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin 50 (əlli) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Z34CTRE********************) köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı Ağdaş Bələdiyyəsinin torpaq sahəsini öz mülkiyyətinə qəbul etməsinə dair çıxarışın və Ağdaş Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş edir və bunun əsası kimi Ağdaş Bələdiyyəsinin onun mülkiyyətində olan torpaq sahəsinə dair çıxarış aldığını iddia edir və eyni zamanda alqısatqının predmeti olmuş torpaq sahəsinin də ona (iddiaçıya) məxsus olduğunu bildirir. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan 0,1185 ha torpaq sahəsi ilə Cavabdeh1 **********83 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,0404 ha torpaq sahəsi sərhəd qonşuluğu olmaqla üst-üstə düşmə qeydə alınmamışdır. Qeyd olunanlardan başqa, işin halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 30 sentyabr 2019-cu il tarixli məktubu ilə iddiaçıya məlum olmuşdur ki, hazırkı mübahisənin predmeti olan müqavilənin bağlanması barədə İddiaçı məlumatlandırılmışdır. Buna baxmayaraq, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Belə olan halda həmçinin müəyyən edilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş bir illik kəsici müddət də iddia verilərkən buraxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağdaş rayon Notariat ofisinə və qeyrilərinə qarşı torpaq sahəsi üzərində Ağdaş Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xx.xx.2018-ci il tarixdə ********** saylı çıxarışın və həmin çıxarış əsasında tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin etibarsız sayılması və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3, 110, 111.1, 111.2-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 157.2, 337.1, 337.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 76.1, 14.2, 217.4, 217.3 və 119.1-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, 1965-ci ildən 2018-ci ilə kimi istifadəsində və mübahisə predmeti olan 15 sot torpaqdan istifadə etmişdir. 2018-ci ildə Ağdaş Bələdiyyəsi ona məlumat vermədən hər tərəfdən hasara alınmış, istifadəsində olan torpaq sahəsinin 3 sotunu Cavabdeh1 satmışdır. Onu da bildirir ki, Mülki Məcəllənin 178.6cı maddəsinə əsasən "Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasizləsiz, etirazsız sahiblik etmişsə o mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər". Lakin onun bu hüququ bələdiyyə tərəfindən kobud surətdə pozulmuşdur. İnsan hüquqları üzə Avropa məhkəməsinin "X11rşı" iş üzrə 2002-ci il, 18 iyun tarixli qərarında deyildiyi kimi Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki "Mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və həmçinin əmlakı, o cümlədən ərizəçinin onun mülkiyyət hüququnun səmərəli surətdə həyata keçirilməsinə nail olmaq üçün heç olmazsa ağlabatan və "qanuni ümid"lərə malik olduğunu iddia edə bildiyi tələbləri əhatə edə bilir. Bundan əlavə Torpaq Məcəlləsinin 49-cu maddəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, "Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. Lakin birinci instansiya məhkəməsi öz qanuna zidd qətnaməsində onun bu hüquqlarını pozmaqla mülkiyyət hüququndan onu məhrum etmişdir. Bildirir ki, qanunvericiliyə uyğun olaraq əgər bu torpaq sahəsi onun tərəfindən zəbt olunmuşdursa və uzun müddət istifadəsində olduğuna görə bələdiyyə tərəfindən ilk növbədə onun satılması ilə bağlı ona rəsmi müraciət olunmalı idi. Lakin onun bu hüququ bələdiyyə tərəfindən kobud surətdə pozulmuş, ona heç bir rəsmi xəbərdarlıq edilmədən torpaq Cavabdeh1 satılmışdır. Məhkəmə bu faktı araşdırmadan torpaq üzərində olan mülkiyyət hüququnu pozmuşdur və qanuna zidd qətnamə çıxarmışdır. Onun 54 il həmin torpaq sahəsi üzərində yaşamağı və istifadə etməyini nəzərə almamışdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmaqla torpaq sahəsi üzrəində Ağdaş Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarışının və həmin çıxarış əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılmasını və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatlarının ləğv edilməsi tələbinə dair verdiyi iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, torpaq sahəsi üzrəində Ağdaş Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarışının və həmin çıxarış əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılmasını və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatlarının ləğv edilməsi tələbinə dair verdiyi iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər və üçüncü şəxslər məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının tətbiqi üçün əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti təmin olunmaqla torpaq sahəsi üzrəində Ağdaş Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarışının və həmin çıxarış əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılmasını və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatlarının ləğv edilməsi tələbinə dair verdiyi iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(014)-467/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(107)-420/2024 saylı qərardadı ilə iddia tələbinin “torpaq sahəsi üzərində Ağdaş Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xx.xx.2018-ci il tarixdə ********** saylı çıxarışın etibarsız hesab edilməsi”nə dair hissəsi ləğv edilmiş, həmin hissə üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbinin “tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi” hissəsində düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə apellyasiya şikayətinə münasibətdə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi hissəsində təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(014)-467/2023 saylı qətnaməsi tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin etibarsız sayılması və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, ünvan 7 küçəsində yerləşən 0,0404 hektar yaşayış məntəqələrinin torpaqları Ağdaş rayonu Ağdaş Bələdiyyəsinin mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Ağdaş rayonu, Ağdaş Bələdiyyəsinin 17 aprel 2019-cu il tarixli iclasının protokolunun 04 saylı qərarı ilə, ünvan 1 ünvanda yaşayan Cavabdeh1 19 mart 2018-ci il tarixli ərizəsinin nəzərə alınması, Ağdaş Bələdiyyəsinin inzibati ərazisində yerləşməklə Bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan şəhərin F.Səfərov küçəsi 1/9 A ünvanda yerləşən fərdi yaşayış məntəqələrinin torpaq sahəsindən 0,0404 hektarının ’’Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri barədə) 9.1 maddəsinə uyğun olaraq ünvan 2 ünvanda yaşayan Cavabdeh1 mülkiyyətinə satılması barədə sənədlərin nəzərə alınması, ünvan 3 ünvanda yaşayan Cavabdeh1 Ağdaş Bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan yararlı torpaq sahəsindən 0.0404 hektar fərdi ev tikintisi məqsədilə (torpağın hər 0.01 hektarının müvafiq kadastr qiyməti rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0.01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə) satılması, Cavabdeh1 torpaq sahəsinin normativ qiymətindən az olmamaq şərti ilə onun dəyərini X5 bankdakı ******************** saylı hesabına ödənilməsinin təmin edilməsi, Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1052-İV nömrəli Qanunun 9.1-ci maddədə “vətəndaşların mülkiyyətinə”, “bu qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla”, vətəndaş Cavabdeh1 9.8 “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda, bu qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini 5 (beş) il müddətində özgəninkiləşdirə bilməməsi vətəndaş R. Qurbanovaya elan olunması, Cavabdeh1 satılan, şəhərin F. Səfərov küçəsi 1/9 A saylı ünvanda yerləşən torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 17 saylı Ərazi idarəsindən xahiş edilməsi qərara alınmışdır. Daha sonra müəyyən edilmişdir ki, 23 aprel 2019-cu il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə, satıcı ünvan 5 ünvanında qeydiyyatda olan X12 ilə alıcı ünvan 6vanında qeydiyyatda olan Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 404 kv/m olan torpaq sahəsi satıcı Ağdaş rayon Ağdaş Bələdiyyəsinin nümayəndəsi X12 tərəfindən alıcı Cavabdeh1 satmışdır. ünvan 7 ünvanında yerləşən 0,0404 yaşayış məntəqələrinin torpaqları Cavabdeh1 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Birinci instansiya məhkəməsi tərfindən ekspertiza təyin edilmiş və rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 10/2540 saylı ekspert rəyindən görünür ki, işin materiallarına mərhum X6 adına tərtib edilmiş texniki pasport əlavə edilmədiyindən, həmçinin ikinci nüsxəsi 17 saylı Yevlax Ərazi İdarəsinin arxivində və qeydiyyat kitabında mövcud olmadığından, texniki pasporta əsasən iddiaçının istifadəsində nə qədər torpaq sahəsinin olmasını müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının faktiki istifadəsində 0,1185 ha torpaq sahəsi var. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, iş materiallarına mərhum X6 adına tərtib edilmiş texniki pasport əlavə edilmədiyindən, həmçinin ikinci nüsxəsi 17 saylı Yevlax Ərazi İdarəsinin arxivində və qeydiyyat kitabında mövcud olmadığından, texniki pasporta əsasən iddiaçının istifadəsində nə qədər torpaq sahəsinin olmasını, eləcə də Cavabdeh1 **********83 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,0404 ha torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmadı. İddiaçının faktiki istifadəsində olan 0,1185 ha torpaq sahəsi ilə Cavabdeh1 **********83 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,0404 ha torpaq sahəsi sərhəd qonşuluğu olmaqla üst-üstə düşmə qeydə alınmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, üst-üstə düşmə mövcud deyil. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli və hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında və müqavilə müddəalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi vacib əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 30 sentyabr 2019-cu il tarixli məktubu ilə iddiaçıya məlum olmuşdur ki, hazırkı mübahisənin predmeti olan müqavilənin bağlanması barədə İddiaçı məlumatlandırılmışdır. Buna baxmayaraq, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Belə olan halda həmçinin müəyyən edilir ki, qanunvericiliklə müəyyən edilmiş bir illik kəsici müddət də iddia verilərkən buraxılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kollegiya qeyd etməyi lazım bilir ki, sözügedən bu müddətlər iddia müddəti olmayıb, kəsici müddətlərdir. Bunun (yəni mübahisələndirmə müddətlərinin kəsici müddət olmasının) səbəbləri və iddia müddətləri ilə olan fərqləri barəsində aşağıdakıları qeyd etmək olar. Əvvəla, yuxarıda da qeyd olunduğu kimi iddia müddətləri, adından da məlum olduğu kimi, yalnız məhkəmədə iddia qaldırmaqla təmin oluna bilən tələblər üçün olan bir müddəti bildirir. Mübahisələndirmə ilə bağlı arzu olunan nəticənin əmələ gələ bilməsi üçün isə, məhkəmə qərarına ehtiyac yoxdur. Nəticə etibarı ilə, iddia müddətləri həmişə məhkəməyə müraciət etməklə bağlı olan müddətlərdir, ancaq kəsici müddətlərin məhkəməyə müraciət etməklə bağlı olması həmişə zəruri deyildir. İkincisi, iddia müddətlərinin ötürülməsi iddiaçının iddia tələbinin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirmir. Halbuki kəsici müddətin ötürülməsi bu müddətin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir hüququ təmin olunmasına dair qərar çıxarda bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın hüququn mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. İndi bir haqqın mövcud olmadığı iş materiallarından məlum olmasına baxmayaraq sanki belə bir haqq varmış kimi onun təmin olunmasına dair çıxarılan bir qətnamə qanuni və əsaslı ola bilməz. Buna görə də, iddia müddətlərinin ötürülmüş olmasını məhkəmələr öz-özlüyündən nəzərə ala bilmədikləri halda, heç kim irəli sürməsə də iş materiallarından kəsici müddətlərin ötürülüməsinin məlum olduğu hallarda məhkəmə bunu nəzərə almağa məcburdur. Əks halda məhkəmə, olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni manefeyini hüquqa zidd bir şəkildə pozmuş olar. Yuxarıda qeyd olunduğu kimi maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Kollegiya şikayətin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasizləsiz, etirazsız sahiblik etmişsə, o mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilməsi barədə dəlilinə münasibət bildirən kollegiya qeyd edir ki, qeyd edilən mübahisəli ünvan 7 küçəsində yerləşən 0,0404 hektar yaşayış məntəqələrinin torpaqları Ağdaş rayonu Ağdaş Bələdiyyəsinin mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Ağdaş Bələdiyyəsi də mülkiyyətində olan həmin torpaq sahəsini 23 aprel 2019-cu il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə, alıcı ünvan 6vanında qeydiyyatda olan Cavabdeh1 satmışdır. İddiaçı isə mübahisəli torpaq sahəsinin satılmasından 30 sentyabr 2019-cu il tarixdə məlumatlı olmuş (səh 51), ancaq məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş bir illik kəsici müddət iddia verilərkən buraxılmışdır. Ona görə də kollegiya hesab edir ki, şikayət təmin edilə bilməz. Daha sonra şikayətdə qeyd edilir ki, Torpaq Məcəlləsinin 49-cu maddəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, "Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. Lakin birinci instansiya məhkəməsi öz qanuna zidd qətnaməsində onun bu hüquqlarını pozmaqla mülkiyyət hüququndan onu məhrum etmişdir. Kollegiya şikayətin bu hissəsi ilə də razılaşmır. Çünki maddənin məzmununda qeyd edilmişdir ki, "Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. Restitusiya (latıncadan tərcümədə “bərpa etmək” “köhnə vəziyyətin bərpa olunması” mənasını verir). Hazırkı halda isə apelyator hansı hüququnun bərpa edilməsinə aydınlıq gətirməmişdir. İşdən görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmamış, eyni zamanda da iş materialları ilə də ailə üzvlərindən də həmin torpaq sahəsinin mülkiyyətçisi olması müəyyən edilmir. Ona görə də kollegiya hesab edir ki, apelyator Torpaq Məcəlləsinin 49-cu maddəsinin 3-cü bəndinə istinad etməkdə haqlı olmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı iddia tələbinin “tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi” hissəsində işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi hissəsində edilməməli, Ağdaş Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(014)-467/2023 saylı qətnaməsi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi hissəsində təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(014)-467/2023 saylı qətnaməsi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin əsaslarla dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-420/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-420/2024
18.04.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver