Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-428/2025 15.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X7 qarşı miras əmlakda məcburi payların müəyyən edilməsi və həmin paylar üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: miras əmlakda məcburi payların müəyyən edilməsi və həmin paylar üzərində mülkiyyət hüququnun tanınması tələbi, qismən ləğv) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X7 qarşı miras əmlakda məcburi payların müəyyən edilməsi və həmin paylar üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(046)-1808/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X7 qarşı miras əmlakda məcburi payların müəyyən edilməsini və həmin paylar üzərində mülkiyyət hüququnun tanınmasını tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Göyçay rayonu, Birinci Ərəbcəbirli kəndində yerləşən 0.13 ha torpaq sahəsi üzərində onların məcburi paylarının müəyyən edilməsi və həmin pay üzərində mülkiyyət hüququnun tanınmasını xahiş etmişlər.
3. İddiaçılar iddia tələbini belə əsaslandırmışdır ki, ataları X13 xx.xx.2005-ci il tarixdə «Kardiogenşok» xəstəliyi nəticəsində ölmüşdür. Mərhum atası X13 18 may 2001-ci il tarixdə Göyçay rayon Dövlət Notariat Kontorunda təsdiq edilməklə vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamə ilə Göyçay rayonu l-ci Ərəbcəbirli kənd sakini mərhum X1 verərək ölən günədək ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını o cümlədən Göyçay rayon l-ci Ərəbcəbirli kəndində yerləşən evini və həyətyanı torpaq sahəsini İddiaçı1 vəsiyyət etmişdir. Vəsiyyətnamənin həyətyanı torpaq sahəsinə dair hissəsi qüvvədədir. DƏDRX-nin 16-saylı ərazi idarəsinin əməkdaşları tərəfindən İddiaçı2 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021 -ci il tarixli çıxarışa əsasən Göyçay rayonu, birinci Ərəbcəbirli kəndində yerləşən 0.26 ha torpaq sahəsi X8 mülkiyyətindədir. İddia ərizəsinə əlavə etdiyi Göyçay rayon icra Hakimiyyəti Başçısının ikinci Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən X4nun yaşadığı müddətdə öhdəsində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı2, X10, İddiaçı1 ailə üzvləri olmuşdur. X5 miras qalmış DƏDRX-nin 16-saylı ərazi idarəsinin əməkdaşları tərəfindən İddiaçı2 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, 19.11 2021-ci il tarixli çıxarışa əsasən Göyçay rayonu, birinci Ərəbcəbirli kəndində yerləşən 0.26 ha torpaq sahəsinə yiyələnmiş və miras əmlakı faktiki surətdə idarə etməyə başlamışdır. Göyçay rayon Məhkəməsinin 2(046)-1220/2022-nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən - Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən, X4ndan miras qalmış 0,26 ha torpaq sahəsində İddiaçı1 1/2 hissədə payı müəyyən edilməsi və İddiaçı1 0,13 ha torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik hüququ tanınması qət edilmişdir. Göründüyü kimi İddiaçı1 Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən, X4ndan miras qalmış 0,26 ha torpaq sahəsində 1/2 hissədə payı müəyyən edilsə də, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən, X4ndan miras qalmış 0,26 ha torpaq sahəsində məcburi payı müəyyən edilməmişdir. Bu səbəbdən Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən, X4ndan miras qalmış 0,26 ha torpaq sahəsində məcburi payına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə Göyçay rayon Notariat Ofisinə rəsmi müraciət edərək, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən, X4ndan miras qalmış 0,26 ha torpaq sahəsində məcburi payına dair vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı2 və X10 notariat kontoruna gəlməmişdir. Bu səbəbə görə Göyçay rayon notariat Ofisinin notariusu qərarla ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu baxımdan hazır ki, tələblə məhkəməyə müraciyət etmək məcburiyyətində qalmışlar. Göründüyü kimi sözügedən torpaq sahəsinin iddiaçıya vəsiyyət edilməsi və həmçinin iddiaçıların məcburi paya malik olması işin mübahisəsiz hallarıdır. Bu səbəbdən hesab edirlər ki, iddiaçılar mirası qəbul etdiyi üçün onların miras əmlak üzərində məcburi payı müəyyən olunmalıdır.
4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, X4 ilə X14 rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Həmin nikahdan onların Rəna, Minarə, Vaqif, Nizam, Niyaz, Rübabə və Xatirə adlı 7 övladları anadan olmuşdur. İddiaçıların anası Zəriş Həsənova xx.xx.2001-ci il tarixdə, atası Həsən Həsənov isə xx.xx.2005-ci il tarixdə vəfat etmişlər. X29 xx.xx.2001-ci il tarixdə özünə məxsus olan fərdi yaşayış evini, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrini qızı, hazırkı iş üzrə İddiaçı1 vəsiyyət etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə həmin vəsiyyətnamə evə dair hissədə etibarsız hesab edilmiş, eyni zamanda, Həsən Həsənovdan və Zəriş Həsənovadan miras qalmış 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və İddiaçı2 arasında bölünmüş, Vaqif və Cavabdeh4ların Həsən Həsənovdan və Zəriş Həsənovadan miras qalmış 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə vəsiyyət və qanun üzrə vərəsələr kimi paylarının müəyyən edilməsi tələbinə dair iddiaları rədd edilmişdir. Daha sonra Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Göyçay rayonu 1- ci Ərəbcəbirli kəndində yerləşən və mərhum ataları Həsən Həsənovdan miras qalmış fərdi yaşayış evinin qanun üzrə birinci növbə vərəsələr arasında bərabər qaydada bölünməsini xahiş etmişlər. Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X29dan miras qalmış Göyçay rayonu İ Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 102,6 kv.m yaşayış, 58,7 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evində Cavabdeh5, Cavabdeh3, İddiaçı2 və İddiaçı1 hər birinin 1/4 hissədə payı müəyyən edilmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən X29dan miras qalmış fərdi yaşayış evini onun birinci növbəli vərəsələri İddiaçı1, Cavabdeh5, Cavabdeh3 və İddiaçı2, kənd təsərrüfatı təyinatlı torpaq sahəsini isə İddiaçı1 və İddiaçı2 qəbul etmişlər. Həmçinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən X29 tərəfindən qoyulmuş xx.xx.2001-ci il tarixli vəsiyyətnamə yalnız fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilmişdir. Həmin vəsiyyətnamə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsinə dair hissədə halhazıradək qüvvədə olmuş, X29dan miras qalmış 0,26 ha həyətyanı torpaq sahəsi İddiaçı1 iddiasına əsasən vərəsələr arasında bölünərək, iddiaçının payı müəyyən edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, X29dan miras qalmış əmlakı iddiaçı ilə yanaşı, digər birinci növbə üzrə vərəsələrdən Rübabə Həsənova, Cavabdeh3 və İddiaçı2 qəbul etmişlər. Miras əmlak olan 0,26 ha torpaq sahəsinin İddiaçı1 vəsiyyət edildiyini, digər miras əmlakları faktiki qəbul edən Cavabdeh5, Cavabdeh3 və İddiaçı2 həmin 0,26 ha torpaq sahəsində məcburi pay hüququnun olmasını nəzərə alan məhkəmə, hesab etmişdir ki, torpaq sahəsində İddiaçı1 1/2 hissədə payı müəyyən edilərək, onun 0,13 ha torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik hüququ tanınmışdır. Məhkəmə hesab etmişdir ki, Göyçay rayon 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsində İddiaçı1 1/2 hissədə payı müəyyən edilərək, onun 0,13 ha torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik hüququ tanındığından, qalan 0.13 ha torpaq sahəsi üzərində qanun üzrə məcburi payı müəyyən edilməməklə iddia ona dair hissədə təmin edilməməli, həmin torpaq sahəsi üzərində qanun üzrə vərəsələr Rübabə Həsənova, Cavabdeh3 və İddiaçı2 payının olması nəzərə alınmalıdır. İddiaçı2 0.13 ha torpaq sahəsi üzərində özünün məcburi pay hüququnun müəyyən edilməsini və həmin yay üzərində mülkiyyət hüququnun tanınmasını tələb etdiyindən, onun payı 0.043 ha (0.13/3=0.043) müəyyən edilməlidir. İddiaçı1 vəsiyyət üzrə vərəsə olduğundan nəzərə alınmır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0.13 ha torpaq sahəsi üzərində İddiaçı2 0.043 ha İddiaçı2 məcburi pay hüququ müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
5. Göyçay Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(046)-1808/2024 qətnaməsi ilə (hakim Gülnaz Qurbanova) iddia qismən təmin olunmuş, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0.13 ha torpaq sahəsi üzərində İddiaçı2 0.043 ha İddiaçı2 məcburi pay hüququnun müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçılara aid edilməsi, Qətnamənin icrasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1, 1193, 1194, 1195, 1196 və 1200-cü maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Evlənmə haqqında 037429 saylı şəhadətnamənin surətindən görünür ki, X13 ilə X14 arasında 10 iyun 1950-ci il tarixdə nikah bağlanmışdır. Doğum haqqında şəhadətnamələrin və Göyçay rayon Qeydiyyat Şöbəsinin arayışının surətlərindın görünür ki, X18 xx.xx.1927-ci ildə, X19 xx.xx.1951-ci ildə, X11 xx.xx.1952-ci ildə, İddiaçı2 xx.xx.1959-cu ildə, X12 xx.xx.1962-ci ildə və İddiaçı1 xx xxxxxx 1964-cü ildə anadan olmuşdur. Göyçay rayon İHB-nın İkinci Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdn görünür ki, X4nun yaşadığı müddətdə öhdəsində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı2, X10, İddiaçı1 ailə üzvləri olmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, 19.11 2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinin ¼ hissəsi X12, fərdi yaşayış evinin ¼ hissəsi Cavabdeh3, fərdi yaşayış evinin ¼ hissəsi və 0.13 ha torpaq sahəsi İddiaçı1, fərdi yaşayış evinin ¼ hissəsi İddiaçı2 mülkiyyətindədir, X8 0.13 ha torpaq sahəsində payı açıq saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, Göyçay rayonun 1-ci Ərəbcəbirli kəndində yefrləşən fərdi yaşayış evinin hüquqi subyektləri İddiaçı2, X12, Cavabdeh3, İddiaçı1dır. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən, X4ndan miras qalmış 0,26 ha torpaq sahəsində İddiaçı1 1/2 hissədə payının müəyyən edilməsi, İddiaçı1 0,13 ha torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh5 birgə verdikləri apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2022-ci il tarixli qətnamə cavabdehlər Cavabdeh3 və Cavabdeh5 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, kasassiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (107)-259/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X14 xx.xx.2001-ci ildə və X13 xx.xx.2005-ci ildə ölmüşdür. 200168 saylı vəsiqənin surətindən İddiaçı1 ümumi səbəbdən ikinci qrup əlildir. Göyçay rayon Notariat Ofisinin 15 iyul 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı2 X20, X11, Cavabdeh3 və X12 ilə aralarında X21 ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
8. Qətnаmədən nаrаzı qаlаn İddiaçı1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən mirasda məcburi pay qanun üzrə vərəsəlik zamanı çatası miras payın yarısını təşkil edir. Qanun üzrə vərəsəlik zamanı isə vərəsələrin miras payı bütün qanun üzrə vərəsələr arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydalarla bölüşdürülməsi ilə müəyyən edilir. Göründüyü kimi İddiaçı1 xx.xx.2005-ci il tarixdə vəfat etmiş X8 həm qanun üzrə vərəsəsi, həmdə vəsiyyət üzrə vərəsəsi olması işin mübahisəsiz halıdır. Bu səbəbdən işə baxılarkən xx.xx.2005-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlak İddiaçı1 həm vəsiyyət üzrə keçməli, həmdə qanun üzrə vərəsə olduğuna görə onun miras əmlakda məcburi payı müəyyən edilməli idi. Lakin işə baxan birinci instansiya məhkəməsi İddiaçı1 0,13 ha torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik hüququ tanındığından, qanunsuz olaraq onun miras əmlakda məcburi payını müəyyən etməmişdir. Bununla da maddi hüquq normalarının şərhində səhvə yol verilmişdir. Həmçinin qeyd edir ki, Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsindən məlumdur ki, Mülki Məcəllənin 1196-cı maddəsinin sonuncu cümləsində məcburi payın həcmi müəyyən edilərkən vəsiyyət üzrə vərəsələrin nəzərə alınmaması dedikdə, vəsiyyət üzrə o vərəsələr nəzərdə tutulur ki, həmin vərəsələr qanun üzrə vərəsələr sırasına aid olmayan vəsiyyət üzrə vərəsələrdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən (Mülki Məcəllənin 1193- cü, 1196-cı və 1202.1-ci maddələrinin) maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və İddiaçı1 hüququnun pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul edilmişdir.
10. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(046)- 1808/2024 qətnaməsinin ləğv edilməsini və iddianın İddiaçı1 münasibətdə təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X12 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
13. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin təmin edilməsinə etiraz etməyərək, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(046)-1808/2024 qətnaməsinin ləğv edilməsini və iddianın ona münasibətdə təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinin təmin edilməsinə etiraz etməyərək, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). ... 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1200-ci maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
24. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. İddiaçı1 Göyçay Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(046)- 1808/2024 qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Şəki Apellyasiya Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2(107)-428/2025 nömrəli qərardadı ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(046)-1808/2024 qətnaməsi iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X7 qarşı paylar üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair hissədə ləğv edilmiş, həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən xx.xx.2005-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0.13 ha torpaq sahəsi üzərində İddiaçı2 0.043 ha İddiaçı2 məcburi pay hüququ müəyyən edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
28. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.
29. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsində işin hallarında qeyd edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(046)-498/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçılar Cavabdeh5, Cavabdeh3, cavabdehlər İddiaçı2 və İddiaçı1 X4ndan miras qalmış, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 102,6 m2 yaşayış, 58,7 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evində qanun üzrə birinci növbə vərəsələr kimi hər birinin payının 1/4 hissə olmasının müəyyən edilməsi, X4ndan miras qalmış, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 102,6 m2 yaşayış, 58,7 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evində iddiaçılar Cavabdeh5 1/4 hissə payı, Cavabdeh3 1/4 hissə payı, cavabdehlər İddiaçı2 1/4 hissə payı və İddiaçı1 1/4 hissə payı üzərində mülkiyyət hüququnun tanınması qət edilmişdir.
30. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər X6, Cavabdeh3, Cavabdeh4, İddiaçı2 və Cavabdeh5 tərəfindən kassasiya şikayəti verilmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, kasassiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (107)-259/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
32. X4 ilə X14 rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Həmin nikahdan onların Rəna, Minarə, Vaqif, Nizam, Niyaz, Rübabə və Xatirə adlı 7 övladları anadan olmuşlar. İddiaçıların anası Zəriş Həsənova xx.xx.2001-ci il tarixdə, atası Həsən Həsənov isə xx.xx.2005-ci il tarixdə vəfat etmişlər.
33. Baxmayaraq ki, X4 ilə X9 rəsmi nikahından 7 övladı anadan olmuş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə Cavabdeh5 1/4 hissə payı, Cavabdeh3 1/4 hissə payı, cavabdehlər İddiaçı2 1/4 hissə payı və İddiaçı1 1/4 hissə payı üzərində mülkiyyət hüquqları tanınmışdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması nəzərə alınmaqla miras qoyan X5 miras qalmış əmlaka yuxarıda qeyd olunan məhkəmə aktları ilə müəyyən edilmiş birinci növbə vərəsələrinin payları müəyyən edilməlidir.
35. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.
36. Konstitusiya Məhkəməsinin Plenumunun qənaətinə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir.
37. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir.
38. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən xx.xx.2005-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0.13 ha torpaq sahəsi üzərində İddiaçı2 0.043 ha İddiaçı2 məcburi pay hüququ müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(046)-1808/2024 qətnaməsi həmin hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0.13 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin ¼ hissədə payları müəyyən edilməlidir.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: İddiaçı1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(046)-1808/2024 qətnaməsi xx.xx.2005-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0.13 ha torpaq sahəsi üzərində İddiaçı2 0.043 ha İddiaçı2 məcburi pay hüququ müəyyən edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. xx.xx.2005-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0.13 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin ¼ hissədə payları müəyyən edilsin. Qətnamədən, cavabdeh, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.