Məhkəmə qərarları › İş №2(107)-429/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-429/2025

01.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-429/2025 01.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Qax rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon Şöbəsinə, Cavabdeh4, X1 və Cavabdeh5 qarşı “torpaq sahələrinin qaytarılması, torpaq sahələrindən çıxarılma və qərarın etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli e- 2(024)-385/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Qax rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon Şöbəsinə, Cavabdeh4, X1 və Cavabdeh5 qarşı “torpaq sahələrinin qaytarılması, torpaq sahələrindən çıxarılma və qərarın etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə “icraata hissəvi xitam verilməsi” barədə qəbul edilmiş Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli e-2(024)-385/2024 nömrəli qərardadından İddiaçı tərəfindən şikayət verilmişdir. Qax Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli e-2(024)-385/2024 nömrəli qərardadına əsasən Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli e-2(024)- 385/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Qax Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli məktubu ilə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli e-2(024)-385/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, aşağıdakıları etmək hüququ vardır: - məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli e-2(024)-385/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, e-2(024)-385/2024 nömrəli mülki işin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla müəyyən olunur ki, İddiaçı 23 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Qax rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon Şöbəsinə, Cavabdeh4, X1 və Cavabdeh5 qarşı “torpaq sahələrinin qaytarılması, torpaq sahələrindən çıxarılma və qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, 1952 və 1959-cu illərdə X6 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il torpaq aktına əsasən 25m x 20m və xx.xx.1959-cu il müqaviləsinə əsasən 25m x 35m torpaq sahələrinin) Cavabdeh4, X3 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X6 qanun üzrə vərəsəsi olan ona verilməsi, cavabdehlər Cavabdeh4, X3 və Cavabdeh5 göstərilən torpaq sahələrindən çıxarılmaları və Qax Rayon X13 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X4 aid hissəsində etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı 29 may 2024-cü il tarixdə isə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, 1952 və 1959-cu illərdə X6 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il torpaq aktına əsasən 25m x 20m və xx.xx.1959-cu il müqaviləsinə əsasən 25m x 35m torpaq sahələrinin) Cavabdeh4, X3 və Cavabdeh5 olan hissələrinin həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X6 qanun üzrə vərəsəsi olan ona verilməsi, cavabdehlər Cavabdeh4, X3 və Cavabdeh5 göstərilən torpaq sahələrindən çıxarılmaları və Qax Rayon X13 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X4 aid hissəsində etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 2(024)-385/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı “1952-1959-cu illərdə X6 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il torpaq aktına əsasən 25m x 20m və xx.xx.1959-cu il müqaviləsinə əsasən 25m x 35m torpaq sahələrinin) Cavabdeh4, X5 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X6 qanun üzrə vərəsəsi olan ona verilməsi, cavabdehlər Cavabdeh4, X5 və Cavabdeh5 göstərilən torpaq sahələrindən çıxarılması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməsi və iddiaçının məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Eyni zamanda, həmin mülki iş üzrə məhkəmə araşdırması zamanı “mülki işin icraatına hissəvi xitam verilməsi” barədə qəbul edilmiş Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli e-2(024)-385/2024 nömrəli qərardadına əsasən yuxarıda qeyd olunan iddia tələblərindən “Qax rayon X13 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X4 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi” hissəsi işə baxan Qax Rayon Məhkəməsində baxılmalı olmadığına görə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələblərinə istinad olunmaqla, mülki işin icraatına həmin hissədə xitam verilmiş və iddiaçıya bu tələblə bağlı müvafiq səlahiyyətli məhkəməyə (Şəki İnzibati Məhkəməsinə) müraciət etmək hüququ izah edilmişdir. Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli e-2(024)-385/2024 nömrəli qərardadında birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbləri üzrə “mülki işin icraatına hissəvi xitam verilməsi” ilə əlaqədar mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İnzibati Prosessual Məcəllənin normaları ilə tənzimlənir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, mülki işlərə baxmaqda səlahiyyətli olan, ümumi yurisdiksiyalı məhkəmə tərəfindən inzibati-prosessual qanunvericiliyə istinad olunmaqla, işin inzibati xarakter daşımasına hüquqi qiymət verilməsi yolverilməzdir. Çünki, mülki prosessual qanunvericilikdə (MPM-də) mülki işlərə baxılmasının prosedur qaydaları kifayət qədər əhatə olunmuş və ondan kənara çıxılmasına zərurət də yoxdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 17-ci maddəsində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. İddianın hüquqi təbiətindən görünür ki, İddiaçı iddia tələbində qeyd olunan “X4 aid hissədə etibarsız hesab edilməsi” tələbi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsinə əsas olmuş Qax rayon X13 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarından narazıdır. Bu səbəbdən də hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 15.4-cü bəndində qeyd edilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında “ümumi məhkəmədə baxılmalı olmaması” əsası ilə iş üzrə icraat xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmaldır. Qeyd olunan hüquq normalarının məzmunundan və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının həmin iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Ona görə də, iddia tələbinin “Qax rayon X13 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X4 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsinə dair” hissəsi hazırda işə baxan məhkəmədə baxılmalı olmadığından, mülki işin icraatına həmin hissədə xitam verilməli və iddiaçıya tələbin həmin hissəsi ilə bağlı aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (Şəki İnzibati Məhkəməsinə) müraciət etmək hüququ izah olunmalıdır. Həmin qərardaddan narazı qalan İddiaçı Qax Rayon Məhkəməsinin 21 avqust 2024cü il tarixli 2(024)-385/2024 nömrəli qərardadından şikayət vermiş və Qax Rayon Məhkəməsi tərəfindən İddiaçı həmin şikayəti işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-1247/2024 nömrəli qərardadı ilə Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(024)-385/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilmiş və iddiaçının şikayəti MPM-nin tələblərinə riayət edilməsi üçün iş materialı ilə Qax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardadda Apellyasiya Məhkəməsini hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin iddia tələbinin “Qax rayon X13 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X4 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi”nə dair hissəsində iş üzrə icraata xitam verilməsi barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli 2(024)-385/2024 nömrəli qərardaddan İddiaçı şikayət vermişdir. Lakin, birinci instansiya məhkəməsi İddiaçı həmin şikayətinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun baxmadan, iş materiallarını qərardaddan şikayətə baxılması üçün birbaşa apellyasiya məhkəməsinə göndərmişdir. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(024)-385/2024 nömrəli qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respubliksı Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-4022/2024 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və bundan sonra mülki iş materialları xx.xx.2024-cü il tarixli 2(024)-385/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün Qax Rayon Məhkəməsinə qaytarılmışdır. Qax Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli e-2(024)-385/2024 nömrəli qərardadı ilə Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli e-2(024)-385/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılaraq təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0 və 2.0.1-ci maddələrinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinin tələblərinə görə - şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) (maddə 2.2.1), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) (maddə 2.2.2), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) (maddə 2.2.3), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) (maddə 2.2.4), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) (maddə 2.2.5), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia) (maddə 2.2.6) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara (maddə 2.2.7) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 1-4-cü bəndlərinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 5.1-ci bəndində göstərilir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, iddiaçının iddia tələbinin “Qax rayon X13 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X4 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi” hissəsində irəli sürülən tələb üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün, həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd etmək lazımdır ki, məhkəməyə müraciət hüququ - qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir və iddia ərizəsi yalnız Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə, onun mülki (kommersiya) icraatı qaydasında məhkəmə icraatı mümkündür. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 2-ci bəndində məhkəmələrə izah edilir ki, ... mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, Mülki-Prosessual Məcəllənin 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. Eləcə də, qərardaddan verilmiş hazırkı şikayətin dəlilləri ilə əlaqədar qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 02 iyun 2021-ci il tarixli Qərarlarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, hazırkı iş üzrə iddia tələbinin “Qax rayon X13 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X4 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi” hissəsinin ümumi məhkəmədə, yəni Qax Rayon Məhkəməsində baxılmalı olmadığına görə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələblərinə istinad olunmaqla Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli e-2(024)-385/2024 nömrəli qərardadına əsasən mülki işin icraatına həmin hissədə hissəvi xitam verməkdə və eləcə də, həmin qərardaddan İddiaçı verdiyi hazırkı şikayəti təmin etməməkdə - birinci instanisya məhkəməsi haqlı olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli e-2(024)-385/2024 nömrəli qərardadından verdiyi hazırkı şikayətin dəlilləri əsassızdır və Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli e-2(024)-385/2024 nömrəli qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli e-2(024)-385/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli e-2(024)-385/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar