Məhkəmə qərarları › İş №2(107)-430/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-430/2020

11.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-430/2020 11.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, iddiaçı Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl zinət əşyalarının qaytarılması və 5000 manat maddi, 10000 manat mənəvi ziyanın alınması tələbinə dair ilk, Cavabdeh ilk iddiaçıya qarşı 37120 (otuz yeddi min yüz iyirmi) ABŞ dolları borcun qaytarılması tələbinə dair qarşılıqlı iddia üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-1025/2019 saylı qətnaməsindənCavabdeh və İddiaçı nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı nümayəndəsi Aytən Həsənova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 ədəd olmaqla 235 qram 03 milliqram qızıl və 437 sot brilyantdan ibarət qızıl-zinət əşyalarının, olmadıqda isə dəyərinin, vurulmuş 5000 manat maddi və 10000 manat mənəvi ziyanın məbləğinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək, qızıl-zinət əşyaları olmadıqda dəyərinin qaytarılmasına dair qətnamə çıxrılmasını xahiş etmişdir. Məhkəmədə mahiyyəti üzrə işə baxılarkən Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan 37120 (otuz yeddi min yüz iyirmi) ABŞ dolları pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019 tarixli, 2(033)-1025/2019 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) ilk iddia qismən təmin edilərək Cavabdeh dəyəri 769 manat olan, 585 əyarlı, 17.1 qram çəkili 1 ədəd mafioz sep, dəyəri 693 manat olan, 583 əyarlı, 15.4 qram çəkili 1 ədəd kardinal sep, dəyəri 360 manat olan, 750 əyarlı, 5.1 qram çəkili 1 ədəd sırğa, dəyəri 260 manat olan 750 əyarlı, 5 qram çəkili 1 ədəd qırıq üçük (0,5 qram çıxılır), dəyəri 500 manat olan 916 əyarlı, 7.2 qram çəkili 1 ədəd Atatürk pulu, dəyəri 600 manat olan, 999 əyarlı, 8.8 qram çəkili 1 ədəd Avstriya pulu, dəyəri 450 manat olan, 750 əyarlı, 5.5 qram çəkili 1 ədəd brilyant tək qaş sırğa, dəyəri 120 manat olan 583 əyarlı, 1.6 qram çəkili 1 ədəd brilyant kişi üzüyü (1.2 qram qaş çıxılır), dəyəri 110 manat dəyəri olan, 585 əyarlı, 2 qram çəkili bir ədəd qara qaş üzük (0.7 qram çıxılır), dəyəri 1682 manat olan, 750 əyarlı, 63.9 qram çəkili 1 ədəd zəncir sep, dəyəri 300 manat olan 583 əyarlı 5 qram çəkili 1 ədəd brilyant romb üzük (0.3 qram çıxılır), dəyəri 490 manat olan 583 əyarlı 7.2 qram çəkili 1 ədəd brilyant qolbaq, dəyəri 300 manat olan, 585 əyarlı, 4.5 qram çəkili, 1 ədəd brilyant saat (6 qaş- 4 qram çıxılır), dəyəri 250 manat olan, 585 əyarlı, 3.7 qram çəkili 1 ədəd fantaziya üzük (0.3 qram çıxılır), dəyəri 220 manat olan 585 əyarlı, 3.6 qram çəkili 1 ədəd sep, dəyəri 110 manat olan, 585 əyarlı, 2.1 qram çəkili 1 ədəd kəpənək sırğa, dəyəri 95 manat olan, 585 əyarlı, 1.6 qram çəkili, 1 ədəd qolbaq, dəyəri 110 manat olan 585 əyarlı, 1.8 qram çəkili 1 ədəd sırğa (0.3 qram çıxılır), dəyəri 210 manat olan 585 əyarlı, 2 qram çəkili 1 ədəd brilyant klon (ağ qızıl, 2.1 qram çıxılır), dəyəri 1400 manat olan 750 əyarlı, 23.8 qram çəkili 1 ədəd qolbaq, dəyəri 500 manat olan 750 əyarlı 9.2 qram çəkili 1 ədəd sep kobra, dəyəri 500 manat olan 750 əyarlı 5.6 qram çəkili, 1 ədəd brilyant paxlava, dəyəri 600 manat olan 750 əyarlı, 6.8 qram çəkili 1 ədəd brilyant paxlava, dəyəri 360 manat olan 750 əyarlı, 4.3 qram çəkili 1 ədədbrilyant klon, dəyəri 1050 manat olan, 583 əyarlı, 12.5 qram çəkili 1 ədəd brilyant sırğa naturada, olmadıqda isə dəyəri alınaraq İddiaçı verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İşin faktiki halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdə pula ehtiyacları olduğundan Cavabdeh 5300 ABŞ dolları borc götürmüş, bunun müqabilində isə 235 qram 03 milliqram qızıl və 437 sot brilyantdan ibarət olan qızıl-zinət əşyalarını girov kimi sonuncuya vermişlər. Aralarında razılıqla bağlı yazılı formada qəbz yazılmışdır. Bundan sonra isə 2016-cı ilin həmin vaxtından 2019-cu ilin ortalarına kimi müxtəlif vaxtlarda Cavabdeh Moskvadan poçt vasitəsilə pullar göndərilmişdir. Hazırda isə ödənilən pulların məbləği həddindən artıq çox olduğundan Zaqatala şəhərinə gələrək Həsəndən qızılların qaytarılmasını tələb etmiş, sonuncu ona bildirmişdir ki, qızılların qaytarılması üçün əlavə olaraq 5000 manat pul ödəməlidir. O, da şəhərdə qohumlarının köməyi ilə 5000 manatı (2970 dolları) bitirib Cavabdeh göndərmiş, sonuncu pulu aldıqdan sonra demişdir ki, evə gəlin qızılları götürün. O, Həsənin evinə getmiş, qızılları istədikdə Həsən ona demişdir ki, qızılları götürmək üçün hələ çox məbləğdə pul ödəməlidir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, aparılan hesablamaya görə qarşı tərəf ona 37120 ABŞ dolları pul verməlidir. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Eyni zamanda qarşılıqlı iddia ərizəsinə münasibətdə bildirmişdir ki, o, ancaq 2016-cı ilin mart ayında verdiyi qızılları tələb edir. Ondan əvvəl və ondan sonra borcun alınması ilə bağlı qızılları tələb etmir. Yəni həmin qızıllar ev qızılları olmaqla çoxdan qalan və dəyərli qızıllardır. 2015-ci ildə alınan 200 dollar, 500 dollar və 1000 dollar girovla bağlı bu məbləğdə yazılmış razılaşmada pulun ödənilmədiyi təqdirdə qızılın satılmasına onlar tərəfindən razılıq verilmişdir. Göstərilən müddət keçdiyindən Həsən 2016-cı ilədək verilən qızılları satmışdır. Hazırda isə Cavabdeh ondan əlavə olaraq 5000 manat istəmiş ki, qızılları qaytarsın. O, da Həsənə 2970 ABŞ dolları pul verdikdən sonra isə Həsən fikrini dəyişmişdir. Cavabdehin bu hərəkətləri bütün əsəblərini pozmuş, dörd il ardıcıl olaraq daimi artan qiyməti ilə pulları ona göndərmiş, lakin hələ də borcun qalmasını deyərək qızılları qaytarmamaqla onlara maddi və mənəvi ziyan vurmuşdur. Dəfələrlə bununla əlaqədar Moskvadan Zaqatalaya gəlmiş, Zaqatalada uzun müddət qalmaqla Həsənin qanunsuz hərəkətləri nəticəsində görməli işlərindən olmuş, mənəvi sarsıntılar keçirmişdir. Hər dəfə onunla danışdıqdan sonra dərman atmalı olmuş, sağlamlığına xeyli zərər vurmuşdur. Odur ki, dəymiş maddi və mənəvi zərərinin də Cavabdeh tərəfindən ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində Cavabdeh göstərmişdir ki, əvvəlki illərdə verilən qızıllar da həmin qızılların içərisindədir. Girov qoyulan qızıllar bankdan götürülmüş və araşdırılaraq müəyyən olunmuşdur ki, əvvəlki illərdə verilən qızıllar xırda qiymətli və sadə qızıllar olmuş və onların adları siyahıda yoxdur. Tərəflər arasında razılıq əsasında 25 ədəd qızıl və brilyantdan ibarət qızıl-zinət əşyalarını götürərək Elşada xx xxxx 2016-cı il tarixdə 5300 ABŞ dolları borc vermişdir. İddiaçıcavabdeh tərəf uzun illər ərzində ona müxtəlif vaxtlarda pul göndərmişlər. Lakin, onların göndərdikləri pul məbləği borcu ödəmir. Sonuncu dəfə ona 2970 ABŞ dolları pul vermişdir. Hazırda o, hesablama aparmış, müəyyən olunmuşdur ki, iddiaçı-cavabdehin ona hələ 37120 ABŞ dolları borcu qalmışdır. İddiaçı-cavabdeh 2015-ci ildə əlavə olaraq 200 dollar, 500 dollar və 1000 dollar olmaqla 3 dəfə faizlə borc vermişdir. Həmin borc məbləğləri də razılaşma əsasında girov kimi tərəfindən qızıl əşyaları götürülməklə verilmişdir. O, Elşadla telefonla danışmış, sonuncu ona bildirmişdir ki, üç dəfədə borcu tam olaraq bağlayacaqdır. Ona ödənilən pul məbləği qızılları qaytarmaq üçün kifayət etmir. O, borcu 10 faiz olmaqla vermişdir və buna onun ixtiyarı çatır, borc götürən özü razılaşıb. Eyni zamanda əvvəlki qızıllarda axırıncı dəfə borc verilən, yəni xx xxxx 2016-cı il tarixli qızıllara qatılıb. Tərəfin ona hələ 37100 ABŞ dolları borcu vardır. Borcu ödədiyi təqdirdə qızılları qaytaracaqdır. Odur ki, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilmişdir. Belə ki, ilk İddiaçı ondan pulları aylıq 10% ödəmək şərti ilə götürmüşdür və barədə qəbzdə qeyd olunmuşdur, həmin qəbzdə girov olaraq hansı qızılı qoyur və pulu ödəyə bilmədiyi halda qızılın satılmasına etiraz etmir. İddiaçının tələb etdiyi qızılları təsdiq edən sübutları yoxdur. Əgər iddiaçı, 2015-ci ildən sonra bütün qızılları tələb edirsə (hansı ki, satılıb) deməli 2015-ci ildən bu günədək həmin pulların faizlərin ödəməlidir. Həmin qəbzlərdəki pulların faizləri hesablansa iddiaçı ona borclu qalmış olar. O Rusiya Federasiyasına aid Bank vasitəsilə yalnız imzalayaraq aldığı pulları qəbul edir. Birinci instansiya məhkəməsi təqdim edilmiş maliyyə sənədlərinə özü hesablamış və qızıllara özü qiymət qoymuşdur. İddiaçının ona 12508 ABŞ dolları pul verilməsi əsassızdır və iş materialları sübuta yetirilmir. Onun aylıq faizlə borca pul vermək səlahiyyətini heç kim məhdudlaşdıra bilməz. Məhkəmə illik beş faizdən az olmamaq şərti ilə faizə pul vermək hüququ olmasını özü qeyd edir. O hər dəfə borca verdiyi pula görə ilk iddiaçı tərəfindən 10 faiz pul ödənilmişdir. Bu faktı məhkəmə sübut kimi qiymətləndirmir. 2016-cı ildə 3 martda ilk iddiaçı onadan 5300 ABŞ dollar pul istəmiş və hər ay 260 ABŞ dolları olmaqla 2600 dollara, 530 ABŞ dollar 5300 dollara faiz verəcək, cəmi hər ay yəni 790 ABŞ dollar faiz verəcəkdir. O da razılaşmış və Elşada 5300 ABŞ dolları vermişdir. Lakin, Elşad dediyinə əməl etməmiş, birinci ayı pulu düz göndərməmiş, yəni, 2016-cı ilin aprel ayında cəmi 130 ABŞ dollar pul göndərmiş, may ayında 230 və 100 ABŞ dollar göndərib beləliklə, Elşad heç vaxta pulunu düzgün göndərməmiş və sonrakı aylarda 100 dollar göndərməyə başlamışdır. O, 2018-ci ilin noyabr ayında Elşada zəng edib pulu göndərmədiyi təqdirdə qızıl əşyalarını satacağını bildirmişdir. Elşad qızılları satmamağı 2018-ci ilin dekabr ayında pulun hamısını göndərəcəyini bildirmişdir. 2019-cu ilin fevral ayında Elşad zəng edib 2019-cu ilin may ayında 7600 ABŞ dolları, iyun ayında 7600 ABŞ dollar, iyul ayında 7600 ABŞ dolları pul göndərəcəkdir. Onda olan qızılları üç hissəyə bölməklə qaytarsın. Lakin Elşadın yoldaşı 2970 dollar verəcəyini və qızılların da yarısını qaytarmağı demiş, razılıqları alınmamışdır. Ona görə də sadalanan hallar nəzərə alınaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edib, ilk iddianın rədd edilməsini, onun qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində tutulan qızılların qiyməti düzgün müəyyən edilməmiş, qızılların real qiyməti olduqca yüksəkdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsini qızılların qiymətinə uyğun hissədə ləğv edilməsini və qızılların real qiymətinin müəyyən edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclaslarında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Elşada 2015-ci ilin iyul ayında aylıq 10 faizə 200 ABŞ dolları pul vermiş, Elşad girov olaraq üç ədəd sadə üzük və bir ədəd sadə klon-sep olan qızılları girov qoymuş, xx.xx.2015-ci ildə 1600 ABŞ dolları aylıq 10 faizə pul vermiş, bir ədad sadə qolbağ, bir ədəd boyun sepi, bir ədəd kolon qızılları girov qoymuş, xx.xx.2015-ci il tarixdə 500 ABŞ dolları aylıq 10 faizə borc vermiş, girov olaraq bir ədəd sadə qolbağ, iki ədəd sadə üzük, üç ədəd sırğa olan qızılları girov qoyulmuş, xx.xx.2016-cı ildə 300 ABŞ dolları aylıq 10 faizə pul vermiş, bir ədəd qızıl qadın saatı girov qoyulmuşdur. Qeyd edilən pul vəsaitlərinin hər biri yazılı qəbzlə verilmiş, həmin qəbzlərin surətləri iş materiallarında olduğundan əsli isə özündə olduğunu bildirmişdir. Bundan əlavə İddiaçı xx.xx.2015-ci il tarixdə 5300 ABŞ dolları borc olaraq ondan pul götürmüş, girov olaraq 235 qram 03 milli qramlıq qızıl əşyaları (həmin qızılların üstündə 437 sot briliyant qaşlı) 25 ədəd qızıl əşylarını girov qoymuşdur. Yuxarıda qeyd edilən qəbzlərdə belə razılaşmışlar ki, əgər borc verilmiş məbləğlər qaytarılmadığı təqdirdə, o cümlədən 25 ədəd qızıl əşyaları həmin əşyaların satılmasına girov qoyan razılıq vermişdir. Həmin 25 adda qızıl əşyaları Bankda qiymətləndirilməsini mübahisələndirmir. O, 5300 ABŞ dollarını İddiaçı aylıq 10 faizlə vermişdir. Onun məhkəməyə təqdim etdiyi qəbzin əsli ilə təsdiq edilir. Bundan əlavə qeyd edilən borca görə X1 bank vasitəsilə onun adına pul məbləğləri göndərmiş, o həmin məbləğləri almışdır. Lakin həmin məbləğlər yalnız 5300 ABŞ dollarına görə deyil, əvvəlki illərdə aldığı qızıl əşyaları girov qoyulmuş və borc götürülmüş məbləğlərlə bağlı olmuşdur. O, hansı məbləği götürdüyü indi yadında deyil, bununla bağlı onda sübut yoxdur, bunu iddiaçı tərəf təqdim etməlidir. O, eyni zamanada, bildirmişdir ki, verdiyi pulların hansı müddətə verilməsini konkret müəyyən etməmişlər, həmin məbləğlər qaytarılana kimi borcu götürən şəxsin həmin məbləğlərə görə faiz ödənilməsini razılaşdırmışlar. Bundan əlavə həmin borca görə Elşad arvadı vasitəsilə ona 2970 ABŞ dolları göndərmiş və o həmin pulu borcun bir qisminin əvəzində qəbul etmişdir. Lakin iddiaçı qeyd edilən borc məbləğini tam ödəməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsini qarşılıqlı iddia tələbinin təmin edilərək 37120 ABŞ dollarının İddiaçı onun xeyrinə tutulmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmçinin məhkəmə baxışı təxirə salınsa da İddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, hazırkı işin təkrar təxirə salınması üçün əsaslar görmür, ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: İşdə olan xx.xx.2016-cı il tarixli tərəflər arasında imzalanmış qəbzlərdən görünür ki, Cavabdeh 5300 ABŞ dolları borcu 25 sayda təqdim edilmiş siyahı əsasında qızıllar və brilyantlardan ibarət qızıl-zinət əşyalarını girov kimi götürərək, İddiaçı vermişdir. İşdə olan İddiaçı tərəfindən imzalanmış və məhkəməyə Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərin surətindən görünür ki, Elşad girov qoyaraq götürdüyü 5300 ABŞ dollarını xx xxxxx 2016cı il tarixədək qaytarmadığı təqdirdə girov qoyulmuş qızılların satılmasına razılıq vermişdir. İşdə olan xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətlərdə İddiaçı göstərilən dövr üçün debet kartı üzrə əməliyyatların aparılmasına dair təsdiq olunmuş, Moskva, “Sber bank” tərəfindən verilmiş məlumatlardan görünür ki, müddət ərzində İddiaçı tərəfindən Cavabdeh əlavə olaraq pul məbləğləri göndərilmişdir. İşdə olan İddiaçı tərəfindən Cavabdeh Abdusalam oğluna pul məbləğlərinin göndərilməsinə dair bankdan çıxarılmış siyahıda göstərilmiş pul məbləğləri əksini tapmışdır (iş materialları 35-39 səh). İşdə olan girov qoyulmuş qızılların sayının dəyəri barədə siyahıdan görünür ki, qızıl-zinət əşyaları 25 adda olmaqla həmin vaxt üçün dəyəri 6394,81 manat olmuşdur. İşdə olan Azərbaycan Beynəlxalq Bankı Zaqatala filialı tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.2016-cı il tarixdə borc verilərkən 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 1.5971 manat, 1 rus rublunun Azərbaycan manatına məzənnəsi ilə 0.0235 rubl manat olmuşdur. İşdə olan X7 filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, 2017-ci ildə 1 ABŞ dollarının rus rubluna olan məzənnəsi 58.2295, 2018-ci ildə isə 1 ABŞ dollarının rus rubluna olan məzənnəsi 61.8182 olmuşdur. Birinci instansiya məhkəməsində qızıl-zinət əşyalarının alqı-satqısı üzrə mütəxəssis X6 xx.xx.2019-cu il tarixli məktubunda siyahı üzrə təqdim edilən 25 ədəd qızıl-zinət əşyalarının hazırkı bazar qiymətini müəyyən etmiş, və birinci instansiya məhkəməsi həmin mütəxəssisin rəyinə əsaslanmışdır. Məhkəmə kollegiyası təqdim edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, hazırkı mübahisənin predmeti olan 5300 ABŞ dollarının borc olaraq xx.xx.2016-cı il tarixdə İddiaçı Cavabdeh tərəfindən verilmiş, əvəzində borcun təminatı olaraq çəkisi 235 qram 03 milli qram olan, 437 sot briliyant qaşları olan 25 adda qızıl əşyaları İddiaçı tərəfindən girov qoyulmuşdur. Bu faktı Cavabdeh mübahisələndirilməmişdir. Lakin o qeyd edir ki, xx.xx.2016-cı ildə 5300 ABŞ dollarının verilməsinə dair və 25 adda qızıl əşyalarının girov qoyulması ilə bağlı iki ədəd imzalanmış qəbz vardr. İş materiallarının 33-cü vərəqində surəti əlavə edilən sənədin əsli Həsən Davidov tərəfindən məhkəmə iclasında təqdim edildi və sonradan əsli qaytarıldı. Həmin sənədə görə qeyd edilən 5300 ABŞ dolları pulun aylıq 10 faizlə verildiyi, həmçinin xx.xx.2016-cı il tarixədək borc verildiyi, həmin tarixədək qaytarılmadığı təqdirdə girov qoyulmuş 25 ədəd qızıl əşyalarının satılmasına razılıq verildiyi qeyd edilir. Lakin həmin sənədin yalnız İddiaçı tərəfindən imzalandığı qeyd edilmişdir. İş materiallarının 198-ci vərəqində olan ikinci sənəddə qeyd edilir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdehnən 5300 ABŞ dolları borc pulu aldım. Girov olaraq 235 qaram 03 milliqram qızıl əşyaları və 437 sot biriliyant əşyaları girov qoydum.Qeyd edilən qəbz həm Cavabdeh və İddiaçı tərəfindən imzlanmışdır. Məhkəmə kollegiyası tərəflər arasında qeyd edilən sənədlərin hansının mötəbər sənəd olması ilə bağlı konkret sübut təqdim etmədiklərindən, həmçinin tərəflər arasında hansı münasibətin borc müqaviləsindən irəli gələn mübahisə olmasını, həmçinin qızıl əşyalarının girov qoyulması ilə bağlı halları tərəflər mübahisələndirmədiyindən tərəflərin hər ikisi tərəfindən imzalanmış sənədi daha mötəbər sənəd olaraq qəbul edir. Məhkəmə kollegiyası iş materiallarının 198-ci vərəqində olan ikinci sənədi tərəflərin iradə ifadəsi baxımından əsas sübut olaraq qəbul edir, digər sənəddə tərəflərin iradə ifadəsi qeyrimüəyyən olduğundan həmin sənədi sübut olaraq qəbul etmir. Məhkəmə kollegiyası təqdim edilmiş sənədlərdə İddiaçı tərəfindən girov qoyulmuş 25 adda qızıl əşyaları ilə bağlı iş materiallarının 15-16-cı səhifəsində olan həmin qızıl əşyalarının fərqləndirici əlamətləri (növü, çəkisi və qiyməti) müəyyən edilən sənədi də sübut kimi qəbul edir. Belə ki, həmin sənəddən qeyd edilən qızıl əşyalarının bankda qiymətləndirilməsi görünür, həmin sənəd imzalanmasa da həmin sənədi Cavabdeh mübahisələndirməmişdir. Bundan əlavə Cavabdeh Rusiya Federasiyasından bank yolu ilə onun adına İddiaçı tərəfindən göndərilmiş pul vəsaitlərini almasını etiraf etsə də, məhkəmənin qətnaməsində qeyd edilən məbləğdə olmadığını, yalnız imzaladığı sənədlə qəbul etdiyi məbləğləri qəbul etdiyini bildirmiş, lakin məhkəmə iclasında hansı məbləği qəbul etdiyini, hansı məbləği qəbul etmədiyini əsaslandırmamış, konkret fakt irəli sürməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətlərdə İddiaçı göstərilən dövr üçün debet kartı üzrə əməliyyatların aparılmasına dair təsdiq olunmuş, Moskva, “Sber bank” tərəfindən verilmiş məlumatlardan görünür ki, müddət ərzində İddiaçı tərəfindən Cavabdeh əlavə olaraq pul məbləğləri göndərilmişdir. İddiaçı Uğurlu tərəfindən Cavabdeh Abdusalam oğluna pul məbləğlərinin göndərilməsinə dair bankdan çıxarılmış siyahıda (iş materiallrı 35-39 səhifə) göstərilmiş pul məbləğlərinin bir qisminin X4 tərəfindən mübahisələndirməmişdir. Qeyd edilən sənəd surət olsa da iş materillarının 65-194-cü səhiflərində qeyd edilən X5 Bankının təsdiq etdiyi bank çıxarışları ilə öz təsdiqini tapır. Cavabdeh həmin bankla göndərilən pul vəsaitlərinin əvvəllər borca götürülmüş pul vəsaitləri üçün də ödənildiyi, bir qisminin hazırkı borca aid olduğunu bildirilmişdir. Lakin Cavabdeh məhkəmə kollegiyasının iclasında bank vasitəsilə göndərilən qeyd edilən məbləğlərin konkret olaraq hansı məbləği almadığını, həmin məbləğlərin hansı hissəsinin keçmiş borclara aid edilməsini əsaslandıra bilməmiş və bununla bağlı dəlil irəli sürməmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd edilən hallarla bağlı məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə lüzüm görməmişdir. Bundan əlavə Cavabdeh borca görə İddiaçı göndərdiyi 5000 manat pulu ABŞ dollarına məzənnəsi ilə 2970 ABŞ dollarını qəbul etməsini təsdiq etmiş, həmçinin o, birinci instansiya məhkəməsində də bu faktın mövcudluğunu təkzib etməmişdir. O sadəcə olaraq İddiaçı ödəməli olduğu məbləğin daha çox məbləğ təşkil etdiyini bildirmişdir. Hazırkı işin məhkəmə qaydasında araşdırılma prinsiplərindən biri sübutların iş üzrə tərəflərin təqdim etməsi, sübutların təqdim edilə bilməməsini əsaslandırmasını və məhkəmə tərəfindən həmin sübutların tələb edilməsinə əsaslanır. İddiaçı tərəfdən sübutlar təqdim edilmiş cavabdeh tərəf bu sübutların əsassız olduğunu təqdim etdiyi konkret faktlarla təkzib etməlidir. Bunadan əlavə Cavabdeh bildirmişdir ki, Elşada 2015-ci ilin iyul ayında aylıq 10 faizə 200 ABŞ dolları pul vermiş, Elşad girov olaraq üç ədəd sadə üzük və bir ədəd sadə klon-sep olan qızılları girov qoymuş, xx.xx.2015-ci ildə 1600 ABŞ dolları aylıq 10 faizə pul vermiş, bir ədad sadə qolbağ, bir ədəd boyun sepi, bir ədəd kolon qızılları girov qoymuş, xx.xx.2015-ci il tarixdə 500 ABŞ dolları aylıq 10 faizə borc vermiş, girov olaraq bir ədəd sadə qolbağ, iki ədəd sadə üzük, üç ədəd sırğa olan qızılları girov qoyulmuş, xx.xx.2016-cı ildə 300 ABŞ dolları aylıq 10 faizə pul vermiş, bir ədəd qızıl qadın saatı girov qoyulmuşdur. Elşadın bank vasitəsilə ödədiyi məbləğlərin həmin vəsaitə aid olması ilə bağlı sübutlar təqdim edilməmişdir. Belə ki, Bank yolu ilə göndərilmiş pul vəsaitlərinin göndərilmə müddətinin 2016-cı ilin aprel ayından 2019-cu ilin avqust ayına kimi olan dövrü əhatə etdiyi görünür. Bundan əlavə qeyd edilən pul vəsaitləri təxminən bir aylıq müddətə verilmiş və həmin vəsaitlərin qaytarılmadığı təqdirdə girov qoyulmuş qızılların satılmasına İddiaçı tərəfindən razılıq bildirilmişdir. Tərəflər arasında borc olaraq verilən iş materiallarının 98-ci vərəqində qeyd edilən sənəddə ilk iddianın əsasını təşkil edən borcun qaytarılma müddəti göstərilməmiş və qızılların satılması ilə bağlı hər hansı bir razılıq olmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən borc olaraq götürülmüş 5300 ABŞ doları müqabilində ayrı-ayrı vaxtlarda cəmi 82 dəfə olmaqla cəmi 9538 ABŞ dolları pul Moskva şəhərindən bank vasitəsilə birbaşa cavabdehə göndərilmişdir. Hansı ki, həmin məbləğlərin həmin illərin məzənnəsinə uyğun olaraq 133.864 rubl:58=2308 ABŞ dolları 2016-cı ildə, 155.689 rubl:58=2684 ABŞ dolları 2017-ci ildə, 212.392 rubl:61=3481 ABŞ dolları 2018-ci ildə, 74.572 rubl: 70=1065 ABŞ dolları isə 2019-cu ildə rəsmi qaydada göndərilmişdir. Beləliklə, borc alınmış 5300 ABŞ dolları müqabilində iddiaçı-cavabdeh tərəfindən cəmi 9538 ABŞ dollarının ödənildiyi iş materiallarında olan bank sənədləri, eyni zamanda 2970 ABŞ dolları manatın şəxsən ona Zaqatalada verilməsindən ibarət işin faktiki halları təsdiqini tapmış, cavabdeh-iddiaçı bunları mübahisələndirməmiş, lakin göndərilən pul məbləğinin müəyyən edilmiş faiz məbləğlərini ödəmədiyini bildirərək, 37120 ABŞ dollarının ödənilməli olmasını əsas gətirərək, qızılları qaytarmaqdan imtina etmiş, məhkəmə iclasında borc məbləğini hissə-hissə qaytardıqca qızılları da hissə-hissə qaytaracağını bildirmişdir. Hansı ki, ümumilikdə 9538+2970=12508 ABŞ dolları pul iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyası Cavabdeh təqdim etdiyi sübutları və bildirdiyi faktları, qeyd edilən halları təkzib etmək üçün yetərli olmamış, ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 742.2-ci maddəsinə əsasən yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə kollegiyası təqdim edilmiş sübutlar əsasında iddiaçının borc götürdüyü 5300 ABŞ dolları ilə bağlı Cavabdeh borcunun olmadığı müəyyən edilir. Bundan əlavə Cavabdeh İddiaçı borc olaraq verdiyi məbləğlərin faizlərlə birlikdə ödənilməmiş qalan 37120 ABŞ dolları tələbi qanunsuz və əsassız hesab edilir. Ona görə ki, Cavabdeh kredit məbləğlərini faiz qarşılığında borc verməklə gəlir əldə etməklə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan və götürdüyü gəlirlərdən dövlət büdcəsinə müvafiq vergiləri ödəyən şəxs olmalıdır. Əks təqdirdə Cavabdeh belə bir fəaliyyəti qanunsuz olmaqla bərabər, sahibkarlıq fəaliyyətinə ziddir. Bu yalnız xüsusi lisenziya əsasında fəaliyyət göstərən lombard fəaliyyətinə aid edilə bilər. Ona görə Cavabdeh faizlərlə borca verdiyi puldan on dəfələrlə artıq pul tələb etməsi ən azı qanunvericiliyin tələblərinə ziddir. Hazırkı tələb üzrə borc məbləğinə, yəni 5300 ABŞ dollarına münasibətdə məhkəmə kollegiyasının sübut olaraq qəbul etdiyi sənəddə tərəflər faizlə borca pul vermək barədə razılıqları müəyyən edilmir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 404-cü maddəsinin tələbi baxımından da qeyd olunan müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almış, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmışdır. Məhkəmə kollegiyası tərəflər arasında imzalanmış qəbz formasında yazılı sənədləri müqavilə olaraq qiymətləndirə bilmir. Belə ki, müqavilədə müqavilə predmetinin bütün halları həmin sənəddə öz əksini tapmamış, borcun hansı müddətə verilməsi, faiz, geri tələbetmə, təminatının hansı formada olması, borc qayıtmadıqda borcun təmini olaraq girov predmetinə yönəltmə və bu kimi çoxsaylı sualları həmin yazılı imzalanmış sənədlərdən müəyyən etmək mümkün deyildir. Bu halları tərəflərin bildirdikləri əks mövqe ilə də müəyyənləşdirmək mümkün deyildir. Həmin sənədlərə yalnız tərəflərin tələblərini əsaslandıran faktları təsdiq edən sübutlar kimi baxmaq mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci mаddəsinə əsаsən girоv və ipоtekа hüququ girоv qоyаnın əşyаsı bаrəsində girоv sаxlаyаnаnın əşyа hüququdur və eyni zаmаndа bоrclunun girоv sаxlаyаn qаrşısındа pul və yа bаşqа öhdəliyinin icrаsının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 280.1-ci mаddəsinə əsаsən girоv müqаviləsi yаzılı fоrmаdа bаğlаnmаlıdır. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 294.1 və 294.1.1-ci maddələrinin tələbinə əsasən girova xitam verilməsinin əsaslarından biri də girovla təmin edilmiş öhdəliyə xitam verilməsidir. Həmin Məcəllənin 294.2-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Mülki Məcəllənin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 302.7-ci mаddəsinə görə əşyаnın lоmbаrddа girоv ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qаytаrılmаdıqdа lоmbаrd həmin əşyаnı аçıq hərrаcdаn reаlizə edə (sаtа) bilər. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən fiziki və hüquqi şəxslər mülki hüquqlаrı öz mənаfelərini gerçəkləşdirmək üçün irаdələrinə uyğun olаrаq əldə edir və həyаtа keçirirlər. Onlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvericiliyə zidd olmаyаn hər hаnsı müqаvilə şərtləri qoymаqdа sərbəstdirlər. Yuxarıda qeyd edilən normaların tələblərindən də göründüyü ki, Cavabdeh lombard kimi fəaliyyəti ilə bağlı hər hansı bir lisenziyası olmadığından həmin fəaliyyətlə məşğul olması qadağandır. Buna baxmayaraq İddiaçı borc götürdüyü pulu dəfələrlə artıqlaması ilə ödəməsinə baxmayaraq onun girov olaraq cavabdehdə saxlanılan qızıl əşyalarının olması təsdiq edilmişdir. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsinin tələb edilən qızıl-zinət əşyalarının real bazar dəyərinin müəyyən edilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilini də əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi qızıl-zinət əşyalarının alqı-satqısı sahəsində müvafiq biliyə məxsus şəxsin rəyinə əsaslanaraq tələb edilən qızıl-zinət əşyalarının dəyərini müəyyənləşdirmişdir. İddiaçının nümayəndəsi bunları mübahisələndirdiyi təqdirdə bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilərdi. Qeyd edilən tərəf isə məhkəmə iclası barədə məlumatlı olsa da məhkəmə iclasında gəlməmişdir. Mülki məhkəmə icraatında sübutları məhkəməyə tərəflər təqdim etdiyindən, məhkəmə tərəfindən həmin sübutlar digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası bu səbəbdən həmin qızıl əşyalarının dəyərinin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin əldə etdiyi sübutu mötəbər sübut olaraq dəyərləndirir. Azərbaycan Respublikası MM-nin 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)- 1025/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh və İddiaçı nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-1025/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar